Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-69/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakları ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə İmişli rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 152, mənzil 8 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, şəxsiyyəti istintaqa məlum olmayan “Şahin” adlı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin sentyabr ayında meşə fonduna aid olmayan yaşıllıq sahəsində tikinti və abadlşadırma məqsədi ilə ünvan 2 ünvanın yaxınlığındakı dövlət mülkiyyətində olan torpaq sahəsindəki meşəfonduna aid olmayan 04 (dörd) ədəd köküstə yaş halda tut (d= 18-18-20-20 sm), 01 (bir) ədədköküstə yaş halda Xan çinarı (d=20 sm) ağaclarını və köküstə yaş halda 12 (on iki) ədəd Liqustr kol bitkisini qanunsuz olaraq qəsdən kəsərək məhv edib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni ümuır ilikdə 11160,00 (on bir min altmış) manat ziyan vurmuşlar. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2008-ci ildə Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında "50 qəpik" adı altında ilk restoran onun tərəfindən təsis edilmişdir. Müxtəlif vaxtlarda, müxtəlif yerlərdə restoranlar icarəyə götürərək "50 qəpik" adı altında işlətmişdir. Obyektləri götürüb təmir işləri gördükdən sonra onların fəaliyyəti ilə məşğul olmuşdur. 2010-cu ildən “50 Qəpik” restoranlarının rəhbərliyi ilə məşğul olmuşdur. Sadəcə öz restoranını “50 qəpik” adı altında işlətmək istəyənlər onu çağırır, müəyyən maddi vəsait qarşılığında o, restoranın tikinti və vizual planlaşdırmasını hazırlayaraq lazımı vəziyyətə gətirdikdən sonra maddi haqqını alır və restoranı sahibkarın özünə təhvil verir. Suraxanı qəsəbəsi dairəsində yerləşən “Halal Süfrədə” işləyən Yura təxminən 2022-ci ilin sentyabr ayininin əvvəllərində ona zəng edərək Qəhrəman adlı şəxsin Binə qəsəbəsində yerləşən obyekti ilə əlaqədar onunla görüşmək istədiyini bildirmişdir. Yura ilə Binə qəsəbəsində ona məxsus restoranın qarşısında görüşmüş, Yura özünə məxsus restoranın “50 Qəpik” adı altında fəaliyyət göstərməsini istədiyini ona bildirdikdə Yuraya obyektin lazımi vəziyyətə gətirilməsi üçün müəyyən təmir işlərinin görülməsinin və obyektin lazımi vəziyyətə gətirilməsinin lazım olduğunu bildirmişdir. Yura ona obyekti hazırladıqdan sonra icarəyə verəcəyini bildirmişdir. Qəhrəman 2022-ci ilin sentyabr ayında ona Binə qəsəbəsində və Şüvəlan qəsəbəsində ayrı-ayrı vaxtlarda 30000 (otuz min) manat pul və "Kia Sorento" markalı avtomobili vermiş, o, maşını 22000 (iyirmi iki min) manata satımış, ümumilikdə 52 (əlli iki min) manat pulu obyektin təmirinə və lazımı avadanlıqların alınmasına xərcləmişdir. Hal-hazırda həmin obyekt Qəhrəman tərəfindən icarəyə verilmiş və həmin obyekt “50 qəpik” adı altında fəaliyyət göstərir. Sözügedən obyektdə tikinti işlərini başlayan zaman orada ağaclar olmamışdır. O, həmin obyektə su və qaz çəkməmişdir. Şahid4 yalan danışır, o, Amidlə görüşməmişdir. O, obyekti təhvil alan zaman obyektdə olan ağaclar hazırda da orada olmaqdadır. Seymuru o, orada tikinti təmir işləri görməsi üçün dəvət etmiş, seymur isə öz növbəsində Şahini çağırmışdır. Beləliklə qeyd edilən ərazidə təmir tikinti işləri onlar və onların dəvət etdiyi digər işçilər tərəfindən görülmüşdür. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirdi ki, Amid adlı şəxs qonşu idi, təndirxananın arxası onun evinə düşürdü. Seymurun iş icraçısı olmuş, o, proyekti çəkib vermiş və Seymur da işləmişdir. Amid bir gün ona zəng vurmuş, o ona iftardayam demiş, sonradan dəfələrlə yenidən yığmış, o, Amidin obyektin açılışından sonra ondan pul istəməsini güman edərək onun zənginə cavab verərək onu təhqir etmiş və onun yanına getməmişdir. Səhəri gün Seymur ona zəng edərək Amidin əlində balta ilə dama çıxdığını. Sökmək istədiyini bildirmiş, o da Seymura ona deyil Qəhrəmana zəng etməli olduğunu demiş, Seymur da Qəhrəmana desə də gəlmədiyini bildirmişdir. Onun da icarə müqaviləsi olmadığından ora getməmiş və ümumiyyətlə bu məsələyə soyuq yanaşmışdır. O, obyektdə təmir işlərini aparmaq üçün Seymurla danışmış, Qəhramandan aldığı pulları hissə-hissə ona vermiş, bütün usta və işçiləri Seymur tapmış, ağacların kəsilməsi barədə heç kimə göstəriş verməmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sətvətlər Nazirliyinin Bakı şəhəri 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müvəkkil edilmiş nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 1991-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu il tarixdən isə Azərbaycan Resputlikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda məsləhətçi müfəttiş vəzifəsində işləyir, məsləhətçi müfəttiş olaraq vəzifəsi qanunla müəyyən edilmiş qaydada Bakı şəhərində təhkim edilmiş ərazidə monitorinqlər və araşdırmalar aparmaq, ətraf mühitin qorunmasına, qanunvericiliyə əməl edilməsinə nəzarət eməkdən və buıunla bağlı irəli gələn vəzifələri icra etməkdən ibarətdir. Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, ev 54 ünvanında yaşayan X2 yaşadığı evin yaxınlığındakı kafenin ətrafında tut ağaclarının kəsilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanladığı və araşdırılması üçün Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş müraciəti 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılmışdır. Baş vermiş faktla bağlı vətəndaş Amid Adıgözəlov izahat verərək yaşadığı evin arxa tərəfində yerləşən ictimai iaşə obyektinin həyətində 2022-ci ilin sentyabr-oktyabr aylarında Bəhruz adlı şəxs tərəfindən ağacların və kolların qanunsuz kəsilərək yerində tikinti işlərinin aparıldığını bildirmişdir. Araşdırma dövründə “Google Earth” proqramı vasitəsilə 2022-ci ilin iyul ayına olan peyk görüntüsündən edilmiş çıxarışa və vətəndaş Amid Adıgözəlovun təqdim etdiyi fotoşəkilə əsasən yaşayış evi ilə həmin ictimai iaşə obyektinin arasındakı mövcud olan torpaq sahəsində 05 (beş) ədəd ağacın və 12 (on iki) ədəd kol bitkisinin olduğu müəyyən edilsə də, hazırkı vəziyyətdə müqayisəli təhlil zamanı həmin ağacların və kolların məhv edilərək yerində tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, 253-cü Hövsan küçəsində yerləşən həmin ərazidə, yəni “50 Qəpik” adlı restoranın arxa hissəsində ağacların tikinti məqsədilə kəsilməsi barədə vətəndaş Amid Adıgözəlov tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sənətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Şahid2 və onun özü tərəfindən 06 fevral 2023cü il tarixdə araşdırılmış və bu barədə 77905 nömrəli akt tərtib edilmişdir. Onlar tərəfindən aparılan araşdırma ilə müəyyən edilmişdir ki, vətəndaş Amid Adıgözəlovun göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, 253-cü Hövsan küçəsində yerləşən torpaq sahəsində yaş köküstə bioloji inkişafda olan meşə fonduna daxil olmayan 02 (iki) ədəd 18 diametrli tut cinsli ağac, 02 (iki) ədəd 20 diametrli tut cinsli ağac, 01 (bir) ədəd 20 diametrli xan çinar cinsli ağac və 12 (on iki) ədəd liqüstr kolu tikinti və abadlaşdırma məqsədi ilə qanunsuz kəsilkəklə təbiətə 11160 (on bir min altmış) manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sətvətlər Nazirliyinin Bakı şəhəri 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müvəkkil edilmiş nümayəndəsi Nümayəndə verilmiş suallara cavab olaraq bildirdi ki, Amid adlı şəxs Nazirliyə şikayət edərək evinin yaxınlığında olan ağacların kəsilərək həmin ərazidə tikinti işləri aparıldığını bildirmişdir. Araşdırma aparılan zaman Amid adlı şəxs şəkillər təqdim etmiş, həmçinin peykdən görüntülər əldə edilib dəqiqləşdirilmiş və ağacların kötükləri üzərində betonlama işlərinin aparıldığı müəyyən edilmişdir. Araşdırma aparılarkən ona Bəhruzun mobil telefon nömrəsi verilmiş, ona zəng etmiş, o isə yerin Qəhrəmanın olduğunu bildirmişdir. Qəhrəman yeri Bəhruza verdiyini demiş, Bəhruzla əlaqə saxlanılmış və İdarəyə dəvət olunmuş, o gəlməmiş və dəymiş ziyan cinayət tərkibi yaratdığından projurorluğa müraciət edilmişdir. Amid adlı şəxs ağacların kəsildiyini bildirdi, lakin onlar ağacların kim və ya kimlər tərəfindın kəsildiklərini müəyyən edə bilməmişlər, işləri aparanın Bəhruz olduğunu demişlər. Ziyan aktı Azərbaycan Respublikası NK-nin 421 saylı qərarına uyğun olaraq diametrə görə hesablanmışdır. Ziyan meşədə döş hüddürlüyündən, aid olmayanda kök boğazından hesabladıqlarını, ağacların diametrlərini görmədiklərini, ağac və kolların diametrini və sayını şəkillərdən müəyyən etdiklədini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ziyan ödənilməmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda baş məsləhətçi müfəttiş Şahid2 da zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sətvətlər Nazirliyinin Bakı şəhəri 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müvəkkil edilmiş nümayəndəsi Nümayəndə göstərdikləri xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda baş məsləhətçi müfəttiş Şahid2 verilmiş suallara cavab olaraq bildirdi ki, Nazirliyin qaynar xəttinə şikayət daxil olmuş, şikayətçi ilə görüşmüşlər, o da restoranla evinin bitişik olduğunu, ağacların kəsilərək hasarla evin arasına yığıldığını bildirdi. Araşdırma zaman 4-5 ədəd iri gövdəli ağac görmüşlər, tərəflərindən akt tərtib olunmuş, ziyan hesablanmış və materiallar araşdırılması üçün prokurorluğa göndərilmişdir. Yaşıllığı “Google” proqramı vasitəsilə, ağacların diametrini isə şəkillərə əsasən müəyyən etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30-cu X15 qəsəbəsində yerləşən polis sahə məntəqəsinin arxasında ona məxsus «Elit» kafesi var idi. 2022-ci ilin sentyabr ayında Bəhruz adlı şəxslə tanış olmuş və Bəhruza özünə məxsus olan Binə qəsəbəsində yerləşən kafeni ona icrayərə vermək istədiyini bildirmiş, lakin Bəhruz oranı icarəyə götürməsi üçün ilkin olaraq oranı təmir etməli olduğunu, sonra kafeni icarəyə götürə biləcəyini ona demişdir. O, kafeni işlədə bilmədiyinə görə Bəhruzun bu şərtinə razı olmuşdur. Bəhruza 30.000 manat və «Kia» markalı avtomobilini vermişdir ki, satıb kafeni təmir edib icarəyə götürsün. Sonra o, ailə vəziyyəti ilə əlaqədar sentyabr ayının 26-da Lerik rayonuna getmişdir. Gələndə Bəhruzun həmin kafedə təmir işləri aparıb və təmir zamanı kafenin yaxınlığında yaşayan Amid adlı qonşunun divarını zədələdiyini görmüşdür. Bunu gördükdə Bərhuza iradını bildirmişdir ki, qonşuları narahat etməyi düzgün olmamışdır. Sonra Amid bu barədə DİN-nin «102» xidmətinə zəng edib şikayət etdiyini eşitmişdir. Bəhruz «50 qəpik» restoranlar şəbəkəsinin müdiridir. Kafeni Bəhruz adlı şəxsə təhvil verəndə orada ağaclar olmuşdur. Orada ağacların sayını dəqiq bilmir, lakin kollar da olmuş və təqribən 05 ədəd ağac da var idi. Həmin ağacları Bəhruz adlı şəxsin göstərişi ilə orada işləyən fəhlələr kəsmişdir. Bəhruz tərəfindən ağacların kəsilməsini o, 30-cu PB-nə çağırılan zaman bilmişdir. Onun Bəhruzla ağac və yaşıllıqlar barədə hər hansı söhbəti olmamışdlr. Bəhruzun ağacları kəsmək niyyəinin olmasını bilsəydi Bəhruzla heç bir razılaşma etməzdi. Həmin ağacların kəsilməsində Şahin və Seymur adlı fəhlələr iştrak etmişdirlər. Şahid qismində dindirilmiş Şahid3 verilmiş suallara cavab olaraq bildirdi ki, Amid şikayət etsə də, sonradan onunla razılıq əldə edilmişdir. Bəhruz ağacları kəsən zaman ona xəbərdarlıq etməmişdir. Ağaclar balaca meyvə ağacları idi. Bəhruzun ağacları kəsməkdə məqsədi həmin ərazidə zal tikmək olmuşdur. Ağacların kəsilməsində Şahin və Seymur da iştirak etmişdir. Bəhruz obyrkti 40 günə təhvil verməi idi, lakin təmir 7 ay çəkmişdir. Təmir zamanı obyektə gəlib gedəndə Bəhruzu orda görmüşdür, lakin iş icraçıdı Seymur adlı şəxs olmuşdur. Orada 5-6 fəhlə işləyirdi. Kafenin arxasında meyvə ağacları var idi, sayı yadında qalmamışdır, kol cox idi. Ekologiya İdarəsindən gələndə orada olmamışdır. Amid adlı qonşu onları obyektə gətirmişdir. Ağacların diametri və gövdəsi bilinmir. Orada ağaclar olmuşdur, həmçinin sputnikdən də görünür. Təmir aparılan zaman Amidin evinə ziyan dəymişdir. Ziyanın nəticəsini aradan qaldırmaq üçün usta gətirmiş və 1500 manat xərci çıxmışdır. Amidə pul verməmişdir, ancaq evinə dəyən ziyanı ödəmişdir. Amidin Bəhruzdan pul almasından məlumatı olmamışdır. O, Bəhruzun ağac kəsdiyini görməmiş və kiməsə onun yanında elə bir göstəriş verməmişdir. Qonşu Amid 4 ay sonra şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində və ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Bəhruzu 4 il olar ki tanıyır. Usta kimi işlədiyindən Bəhruz ara sıra ona santexnik işləri vermişdir. Obyektdə santexnik işləri görmüşdür. Ondan başqa orada Zaur, Kamran və Şahin də işləmişdir. İşə başlayanda obyektdə kollar və meyvə ağacı olmuşdur. O, ağac kəsməmiş, kəsilən zaman orada olmamış, həmin vaxt rayonda olmuş, kotük görməmiş, ağaclar kəsiləndən sonra işə başlamışlar. Orada olan ağacları başqa yerdən yandırmaq üçün gətirmişlər. Ustaları onun gətirdiyini, materialların onun tərəfindən alındığını, pulunu isə Bəhruzun verdiyini bildirmişdir. Bəhruz ona materialın alınması üçün 30000 manat pul vermişdir. Amid obyektin evə birləşdirilməsinə razılıq vermişdir, lakin sonradan şikayət etmişdir. Ağacların kəsilməsindən xəbəri olmamış, orada kollar var idi, təmir zamanı kolların üzərinə taxta düşmüşdü, ayaq altında qalıb məhv olmuşdur və onlar da kolları təmizləmişlər. Ağacları İldırım adlı şəxs kəsmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, Bəhruzun onun kəndçisidir. O, işləmədiyi üçün Bəhruz ona iş təklif etmiş və o da Bəhruzun təklifini qəbul edərək sözügedən obyektdə fəhlə işləmişdir. Binədə kirayə yaşadığını, fəhləlik üçün günlük 20-25 manat aldığını, pulu ona Seymurun verdiyini, Bəhruzdan pul almadığını bildirmişdir. Obyektin arxasında 2-3 ədəd kol, biri tut ağacı olmaqla iki ağac var idi. O, obyektdə təmizlik işini gördüyündən tamet döşənəcəyini və arakəsmə hörülməli olduğunu bilmiş və orada olan ağacı bilmədən kəsmişdir. Ağacları kəsmək üçün heç kim ona göstəriş verməmiş, o ağacları özbaşına kəsmişdir. Ağaclar hündür deyildi, hündürlüyü 3 metr olardı və gövdəsi balaca idi. Tikinti gedəndə qonşu ilə münasibəti yaxşı olmuş, sonradan ağacın kəsildiyi üçün şikayət etdiyini eşitmişdir. Ağacı kəsməsinin cinayət əməli olduğunu sonradan bilmişdir. Obyektdə çinar ağacı olmamış, kəsdiyi iki ağac və üç kol olmuşdur. Qəhrəman sonradan gəlib gördükdə ağacları kəsdiyi üçün ona irad bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, onun barəsində iki dəfə məcburi gətirilməsi haqqında qərar qəbul edilərək icra etmək üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərlmiş, lakin onun iştirakını təmin etmək mümkün olmamışdır. Həmçinin məhkəmə tərəfindən Şahid4 2023-2024-cü il tarixlərdə Azərbaycan Respublikasına giriş və çıxış barədə məlumat verilməsi üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlanmış və onun xx.xx.2023-cü il tarixdə Azərbaycandan çıxış etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında yuxarıda göstərilən ünvanda yerləşən evi alaraq orada qeydiyyata düşmüşdür. Evi aldıqdan bu günə kimi həmin ünvanda yaşayır. Evi alanda qonşuluqda yerləşən obyektin sahibi Qəhrəmanla tanış olmuş, onun Qəhrəmanla söhbəti yaxşı alınmış və normal münasibət saxlamışlar. Bir müddət sonra Qəhrəmanla danışan zaman Qəhrəman ona həmin obyekti işlətməsi üçün Bəhruz adlı şəxsə verdiyini bildirmiş və Bəhruzun həmin obyektdə tikinti işlləri aparacağını da ona demişdir. Beləliklə o, bir müddət Bakı şəhərində olmadığından evə gedə bilməmişdir. 2022-ci ilin sentyabr ayında evə gedən zaman həyətə daxil olduqda həyətdə nəyinsə çatışmadığını hiss etmişdir. Ətrafa dəfələrlə baxdıqda nəyin çatışmadığını anlamamışdır. Birdən divar qonşusu olan obyektdə tikinti səslərinin gəldiyini eşitdikdə həmin obyektin ərazisinə baxması üçün öz həyətində yerləşən çənin üzərinə çıxmışdır. Bu zaman orada olan adlarını sonradan öyrəndiyi Seymur və digər işçilərin obyektin, yəni yeməkxananın həyətində olan ağacları kəsdikərini görmüşdür. Həmin an başa düşmüşdür ki, həyətinə girdikdə çatışmadığını düşündüyü məsələ yemekxananın həyətində olan bir ədəd böyük tut ağacının olmaması idi. Belə ki, həmin ağac qonşunun həyətində yerləşsə də, böyük olduğundan onun həyətinə də kölgə salmışdır. Həmin usta və fəhlələrin ağacları kəsdiklərini görüb onlara nə etdiklərini soruşduqda bu zaman Seymur adlı işçi ona “bizə deyiblər bizdə edirik” deyə bildirmişdir. Bu zaman onlardan kimin onlara göstəriş verdiyini soruşduqda onlar ona Bəhruz adlı şəxsin onlara göstəriş verdiyi bildirmişlər. Həmin vaxt həyətdə artıq bir neçə ağacın kəsildiyini görmüşdür. Ağaclar kəsilərək böyrü üstə yerə qoyulmuşdur. Bu məsələ ilə əlaqədar onun özü müvafiq qurumlara şikayət etmək istəsə də, düşünmüşdür ki, ilkin olaraq Bəhruz adlı şəxsi görsün və ona bu məsələni bərpa etməsini bildirsin, nəticəsi olmasa artıq rəsmi qaydada müraciət edər. Bundan bir müddət sonra Bəhruz onunla əlaqə yaradaraq görüşmək istədiyini bildirdikdə Bəhruzla razılaşmış və onlar görüşmüşlər. Bəhruzla təqribən 2022-ci ilin noyabr ayının ortalarında görüşmüşdür. Görüş zamanı Bəhruz ondan yeməkxana üçün su və qaz istədikdə o, insanlıq naminə Bəhruza qaz və su çəkməsi üçün şərait yaratmış və bildirmişdir ki ağacları kəsməsi yalnışdır. Bu zaman Bəhruz onu əmin etmişdir ki, təcribən 1 həftə - 10 gün müddətinə yeməkxananın açılışını edir, həmin müddətədək obyektin həyətində park salacaq və orada yeni böyük ağaclar əkəcəkdir. Bu zaman Bəhruza inanmış və gözləmək qərarına gəlmişdir. Lakin bu söhbətin üstündən 2 ay keçsə də o, hər hansı bir irəliləyişin olmasını görməmişdir. Bu zaman Bəhruza zəng edərək söz verdiyi məsələ ilə əlaqədar soruşduqda Bəhruz onu təhqir edərək “get kimə istəyirsən denən” deyib onu təhdid etmişdir. Lakin Bəhruzun təhdidlərinə boyun əyməyərək DİN-nin 102 xidmətinə, sonra isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdir. Bundan sonra həm polis əməkdaşları və həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı ərazidə kəsilmiş ağaclar müəyyən edilmiş və müvafiq sənədləşmələr aparılmışdır. Həmçinin o, 30-cu PB-də ərizə və izahat vermişdir. Ağaclar onun yaşadığı ünvan 4 ünvanın qonşuluğunda yerləşən dəqiq ünvanını bilmədiyi ünvanda 2022-ci ilin sentyabr ayında kəsilmişdir. Hadisədən bir qədər vaxt keçdiyindən hadisənin dəqiq tarixi yadında deyildir. Ağaclar Bəhruz adlı şəxsin sifarişi ilə obyektdə işləyən Seymur, Şahin və digər işçilər tərəfindən kəsilmişdir. Qəhrəmanın bu məsələyə dəxli olmadığnı düşünür. Qəhrəmanın özü də məsələdən sonradan xəbərdar olmuşdur. Həmçinin Qəhrəmar ona obyekti icarəyə verəcəyini bildirdikdən sonra həmin obyektdə Bəhruz adlı şəxs tikinti işləri aparmağa başlayan andan ağacları kəsilməyə başlamışdır. İş materiallarında olan kompleks məhkəmə bioloji və məhkəmə əmtəəşiinaslıq ekspetizasının 20 iyun 2023-cu il tarixli, 7/751-9/3845 №-li ekspertiza rəyindən göründüyü kimi təqdiqata təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, 77905 №-li aktına əsasən ünvan 5 ünvanın yaxınlığındakı torpaq sahəsində 04 (dörd) köküstə yaş halda tut (d= 18-18-20- 20 sm), 01 (bir) ədəd köküstə yaş halda Xan çinarı (d=20 sm) ağaclarının və köküstə yaş halda 12 (on iki) ədəd Liqustr kol bitkisinin kəsilərək məhv olunduğu müəyyən edildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023 cü il tarixli, 77905 nömrəli akta əlavə edilmiş həcm-qiymət cədvəlinə əsasən göstərilən ağacın qanunsuz olaraq kəsilməsi nəticəsində tikinti və abadlaşdırma məqsədi ilə təbiətə dəymiş ziyanın ümumi məbləği 11160,00 manat müəyyən edilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiuya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 77905 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 6 ünvanında yaşayan X2 yaşadığı evin yaxınlığında kafenin ətrafında 2022-ci ilin sentyabr-oktyabr aylarında Bəhruz adlı şəxs tərəfindən 8-15 ədəd tut, çinar, əncir ağaclarının və coxlu sayda kolların kəsilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və araşdırılması üçün Nazirliyə daxil olmuş müraciətinə əsasən həmin kafenin həyətinə baxış keçirilmiş və “Google Earth” proqramından əldə edilmiş 2022-ci ilin iyul ayına aid olan peyk görüntülərinin təhlili zamanı şikayətçiyə məxsus fərdi yaşayış evi ilə həmin qeyri-yaşayış obyektinin arasında təxminən 70-80 kv.m torpaq sahəsinin bir müddət əvvəl yaşıllıqlarla örtülü olduğu, baxış zamanı isə həmin yaşıllıqların məhv edilərək yerində tikinti işlərinin aparılması məlum olmuş, şikayətçinin araşdırmaya təqdim etdiyi fotoşəkillərə və peyk görüntülərinin təhlilinə əsasən həmin torpaq sahəsində 05 (beş) ədəd, o cümlədən 04 (dörd) ədəd kökü yaş halda tut (d= 18 -18 - 20 – 20 sm), 01 (bir) ədəd köküstə yaş halda xan çinarı (d = 20 sm) ağaclarının və köküstə yaş halda 12 (on iki) ədəd kol bitkisinin kəsilərək məhv edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Google Earth” proqramı vasitəsilə ərazinin 2022-ci ilin iyul ayına olan peyk görüntüsündən edilmiş çıxarışa və şikayətçinin araşdırmaya təqdim etdiyi fotoşəkillərə əsasən yaşayış evi ilə həmin obyektin arasındakı torpaq sahəsində 05 (beş) ədəd ağacın və 12 (on iki) ədəd kol bitkisinin olduğu müəyyən edilsə də, hazırki vəziyyətlə müqayisəli təhlil zamanı, həmin yaşıllıqların məhv edilərək yerində tikinti işlərinin aparıldığı məlum olmuşdur. Azərbaycan Respublikası CM-nin 259-cu maddəsinə əsasən yaşıllığa dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 253-cü Hövsan küçəsi ünvanına baxış keçirilmiş, həmin ərazidə iaşə obyektunun tikilməsi nəticəsində qanunsuz kəsilmiş müxtəlif diametrli və cinsli 12 (on iki) ədəd kolun və 05 (beş) ədəd ağacın kötüklərinin aşkar edilməsi mümkün olmamışdır. Baxışda iştirak edən Azərbaycan Respublikası Ekologiuya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nümayəndə şifahi olaraq bildirdi ki, ərazidə olmuş müxtəlif diametrli və cinsli 12 (on iki) ədəd kol və 05 (beş) ədəd ağacın kötüklərini onların yerində iaşə obyekti tikildiyindən müəyyən etmək mümkün olmamışdır. Ağac və kolların yığılması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, 77905 nömrəli akt tərtib edilmişdir. Nümayəndə həmçinin bildirdi ki, ümumilikdə 12 (on iki) ədəd kol və 05 (beş) ədəd ağacın məhv edilməsi nəticəsində dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən hesablanaraq cədvəl tərtib edilmiş və ümumilikdə 11160 (on bir min yüz altmış) manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxs qsmində tanınma haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirli bilinsə də Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq ona cəza təyin edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olı|nayan təqsirləndirilən şəxs kimi hesab edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsindən CM-nin 259.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən icraata məlum olmayan “Şahin” adlı və digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ünvan 7 ünvanı keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respubikası Prezidentinin 13 iyun 2008ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respubikası Prezidentinin 2181 nömrəli, 14 iyun 2023-cü il tarixli Fərmanının icrası ilə əlaqədar sahəyə X8 tərəfindən müraciət olmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3cü maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Şahin” adlı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin sentyabr ayında meşə fonduna aid olmayan yaşıllıq sahəsində tikinti və abadlşadırma məqsədi ilə ünvan 2 ünvanın yaxınlığındakı dövlət mülkiyyətində olan torpaq sahəsindəki meşəfonduna aid olmayan 04 (dörd) ədəd köküstə yaş halda tut (d= 18-18-20-20 sm), 01 (bir) ədədköküstə yaş halda Xan çinarı (d=20 sm) ağaclarını və köküstə yaş halda 12 (on iki) ədəd Liqustr kol bitkisini qanunsuz olaraq qəsdən kəsərək məhv edib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni ümuır ilikdə 11160,00 (on bir min altmış) manat ziyan vurmuşlar. İş materiallarından görünür ki, Hacıyev X7 Şirinbəy oğluna məxsus qeyri-yaşayış sahəsini təmir edərkən həmin obyektin arxa tərəfində yerləşən torpaq sahəsində olan iki ədəd 18 sm dm-də və 02 (iki) ədəd 20 sm dm-də tut ağaclarını, bir ədəd 20 sm dm-də Xan çinarı ağacını, eləcə də 12 (on iki) ədəd liqustr kolunu 2022-ci ilin sentyabr ayında Şahin adlı və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz kəsərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ümumilikdə 11160 (on bir min yüz altmış) manat məbləğində küllli miqdarda ziyan vurmuşdur. Lakin ilkin araşdırmanı aparmış mütəxəssislər Nümayəndəla Şahid2 izahat və ifadələrindən görünür ki, onlar qanunsuz kəsilmiş ağacların diametrlərini vizual baxış keçirməklə deyil, yalnız «Google Earth» proqramından istifadə etməklə müəyyən etmişlər. Belə ki, həmin proqramdan istifadə edərək 2022-ci ilin iyul ayında təmir-tikinti işləri aparılmış obyektin arxa tərəfində olan yaşıllıq ərazisinə baxış keçirməklə həmin ərazidə hansı sayda ağacın və kolun kəsildiyini guya dəqiqləşdirmişlər. Bu isə şəxsi fərziyyələrə və ehtimallara görə ittiham vermək tamamilə qanunsuzdur. Mütəxəssis Nümayəndə tərəfindən tərtib olunmuş 06 fevral 2023-cü il tarixli, 77905 №-li aktda da kəsilmiş ağac və kolların sayının, o cümlədən ağacların diametrlərinin hansı elmi əsaslara görə 18 sm və 20 sm hesablandığı müəyyən edilməmişdir. Eyni zamanda Nümayəndə bildirmişdir ki, Amid adlı şəxs ağacların kəsildiyini bildirmiş, lakin onlar ağacların kim və ya kimlər tərəfindın kəsildiklərini müəyyən edə bilməmişlər. Ziyan aktı Azərbaycan Respublikası NK-nin 421 saylı qərarına uyğun olaraq diametrə görə hesablanmışdır. Ziyan meşədə döş hüddürlüyündən, aid olmayanda kök boğazından hesabladıqlarını, ağacların diametrlərini görmədiklərini, ağac və kolların diametrini və sayını şəkillərdən müəyyən etdiklədini bildirmişdir. İş materiallarından görünür ki, faktla bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Babək Zakirzadə tərəfindən araşdırma aparılmış, videoçəkilişlə hadisə yerinə baxış keçirilmişdir. 27 fevral 2023-cü il tarixli protokolda da qeyd olunmuşdur ki, baxış keçirilərkən qanunsuz kəsilmiş ağac və kolların kötüklərini, eləcə də diametrlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin baxışda iştirak edən mütəxəssis Nümayəndə videoçəkiliş zamanı bildirir ki, təmir-tikinti işləri aparılmış obyektdə ərazi betonlaşdırıldığı üçün kolların sayını və ağacların diametrlərini müəyyən edə bilməmişlər. Belə olduğu halda təmir-tikinti işləri aparılmış ərazidə qanunsuz kəsilmiş ağacların 02 (iki) ədədinin 18 sm dm-də, 02 (iki) ədədinin isə 20 sm dm-də tut ağacları, 01 (bir) ədədinin 20 sm dm-də Xan çinarı ağacının, eləcə də liqustr cinsli koların 12 (on iki) ədəd olduğunun müəyyən edilməsi təəccüb və ciddi şübhə doğurur. «Yaşıllıqların mühafizəsi» haqqında Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən yaşıllıqların uçotu, kadastrı və monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir. Həmin Qanunun 12.3-cü maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. Lakin ibtidai istintaq orqanı Şahid3 məxsus obyektin arxa tərəfindəki yaşıllıq sahəsinin uçotunun, kadastrının və manitorinqinin aparılıbaparılmadığını, həmin yaşıllıq sahəsində hansı sayda kol və ağacın qeydə alındığını araşdırmamış, bu barədə müvafiq icra hakimiyyəti orqanına sorğu göndərməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Şahid3 həmin qeyri-yaşayış sahəsini təxminən 3 il bundan əvvəl Binə qəsəbə sakini Arzuman Əliyevdən almış, obyektin arxa tərəfində yerləşən torpaq sahəsində mövcud olmuş ağac və kollar həmin şəxs tərəfindən uzun illər bundan əvvəl əkilmişdir. Lakin istintaq zamanı göstərilən xüsusatla bağlı araşdırma aparılmamış, qeyd edilən torpaq sahəsində obyektin əvvəlki sahibi tərəfindən neçə ədəd ağac və kolun əkildiyi müəyyən edilməmiş, Arzuman Əliyev adlı şəxs iş üzrə şahid qismində dindirilməmişdir. Həmçinin Şahid3 məhkəmə istintaq zamanı verilmiş suallara cavab olaraq Bəhruzun ağac kəsdiyini görmədiyini və kiməsə onun yanında elə bir göstəriş vermədiyini bildirmişdir. Digər tərəfdən ağac və kolların Təqsirləndirilən şəxs tərəfindən şəxsən kəsilməsi ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur və özü də həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində bunu tam halda təkzib etmişdir Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində faktla bağlı apardıqları araşdırma zamanı təmir-tikinti işləri aparılmış obyektin ərazisində konkret olaraq hansı sayda ağacın və kolun kəsildiyi barədə dəqiq məlumatları olmadıqlarını, bunu yalnız təxmini hesablayıb, akt tərtib etməklə vurulmuş ziyanı müəyyən etdiklərini bildirmişlər. Eyni zamanda Şahid3 ifadəsində ona məxsus obyektdə aparılmış təmir-tikinti zamanı obyektin arxa tərəfində yerləşən ərazidə hansı sayda ağacın və kolun olduğu barədə dəqiq bir məlumat verə bilməmişdir. Göründüyü kimi iş üzrə şahid qismində dindirilmiş bütün şəxslər təmir-tikinti işləri aparılmış obyektin ərazisində hansı sayda ağac və kolun olduğuna dair dəqiq informasiyaya malik olmadıqlarını qeyd etmişlər. Həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında X3 iş üzrə şahid qismində dindirilmiş, o, sərbəst ifadəsində və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. İş axtardığı üçün Təqsirləndirilən şəxs Binə qəsəbəsində yerləşən obyektdə işləməyi ona təklif etmişdir. O da razılaşmış və həmin obyektdə iki aya yaxın müddət ərzində 7-8 nəfərlə birlikdə işləmişdir. İşlədiyi obyektin arxa tərəfində 02 (iki) ədəd ağac, 2-3 ədəd kol olmuş, ağaclar hündür olmamış, kiçik diametrli, balaca gövdəli olmuşlar, onlardan biri tut ağacı olmuş, orada çinar ağacı olmamışdır. Tut ağacını yerə tamet döşəyərkən kəsmişdir. Ağaclar qonşunun hasarının dibində olmuşdur. Kəsdiyi 02 (iki) ədəd ağac, 03 (üç) ədəd kol olmuşdur. Ağacları işinin rahatlığına görə özbaşına kəsmiş, heç kim ona göstəriş verməmişdir. Göründüyü kimi şahid ifadələrində də Şahid3 məxsus obyektin arxa tərəfindəki ərazidə yerləşən sayı dəqiq məlum olmayan ağac və kolların Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilməsi, yaxud həmin ağac və kolların onun tapşırığı ilə kəsilməsi öz təsdiqini tapmır. İş materiallarından olan bütün bu ziddiyyətlər kifayət qədər ciddi şübhələr doğurur. Həmin şübhələr Təqsirləndirilən şəxs xeyrinə təfsir olunmaqla o, cinayət məsuliyyətindən azad olunmalıdır. İş materialları arasında Təqsirləndirilən şəxs Şahid3 məxsus obyektin ərazisində mövcud olmuş hər hansı sayda ağac və kolu kəsməsini, yaxud kim(lər)əsə kəsdirməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Yəni Təqsirləndirilən şəxs verilmiş ittiham yalnız ehtimallara və müstəntiqin şəxsi mülahizələrinə və fərziyyələrinə əsaslanır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı müdafiə etmək üçün heç bir mötəbər dəlil və sübutlar təqdim edə bilməmişdir. Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bununlada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100.00 (bir yüz) manat dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Suraxanı rayon Prokurorluğuna göndərilməlidir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilsin və o, təqsirsiz elan edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 100.00 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Suraxanı Rayon Prokurorluğuna göndərilsin. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-69/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-69/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver