Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-69/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-118/2024 nömrəli iş üzrə 20 aprel 2024-cü il tarixli qərarına əsasən həbs etmənin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş (Suxaranı Rayon Məhkəməsinin 4(010)-227/2024 nömrəli iş üzrə 17 iyul 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış), hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin may-iyun aylarında dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ümumi qiyməti 35.000 manat, üstündə tikintisi başa çatdırılmamış fərdi yaşayış evi olan 500 kvadrat metr torpaq sahəsini, həmin torpaq sahəsi və evə mülkiyyət hüququ və əmlak kimi əqdlər bağlamağa heç bir hüququ olmadan, qabaqcadan yaydığı ev satışı barədə elan ilə onunla əlaqə saxlamış Zərərçəkmiş şəxs2 25.000 manata satmaq barədə sonuncu ilə razılığa gələrək 25.000 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində ələ keçirib Zərərçəkmiş şəxs1 qiyməti 35.000 manat olan tikintisi başa çatdırılmamış fərdi yaşayış evini və 500 kvadrat metr torpaq sahəsini satmaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, təkrarən, Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ümumi qiyməti 35.000 manat, üstündə tikintisi başa çatdırılmamış fərdi yaşayış evi olan 500 kvadrat metr torpaq sahəsini, həmin torpaq sahəsi və evə mülkiyyət hüququ və əmlak kimi əqdlər bağlamağa heç bir hüququ olmadan, qabaqcadan yaydığı ev satışı barədə elan ilə onunla əlaqə saxlamış X1 barədə ilə razılığa gələrək, sonuncunun 31.000 manat pulunu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində alıb aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 qiyməti 35.000 manat olan tikintisi başa çatdırılmamış fərdi yaşayış evini və 500 kvadrat metr torpaq sahəsini satmaqla Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında ev alqı-satqısı ilə məşğul olan Ramin kimi tanıdığı şəxsə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozundan ev almaq istədiyini bildirmişdir. Ramin adlı şəxs də onu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozuna aparıb 5 sot torpaq sahəsində yerləşən yarım hasarlı, iki mərtəbəli fərdi yaşayış evini göstərmişdir. O, 25.000 manat ekvivalentində 15.000 ABŞ dolları məbləğində pulu verərək həmin evi Ramindən almışdır. Ramin ona demişdir ki, evin və torpağın heç bir sənədi yoxdur və belə qərara gəlmişlər ki, sonra bir yerdə torpağa və evə sənəd düzəldərlər. Ancaq Raminin koronavirusdan ölməsini eşitmiş və bundan sonra torpağa dair sənəd düzəltmək məsələsi alınmamışdır. 2023-cü ilin may ayında pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən həmin evi satmaq qərarına gəlmiş və elan vermişdir. Verdiyi elana görə müraciət edən Zərərçəkmiş şəxs2 adlı şəxsə evi 25.000 manata satmışdır. O, evi alandan sonra satdığı günə qədər orada bir gün də olsa yaşamamışdır. Hər hansı bir təmir-tikinti işləri aparmamışdır. Evi satandan təxminən iki ay sonra Zərərçəkmiş şəxs2 ona demişdir ki, ev çox böyükdür, təmirinə maddi imkanı çatmayacaqdır, buna görə də evi qaytarmaq istəmişdir. O, da Gülbabadan aldığı pulu xəstəliyi ilə bağlı müalicələrinə xərcləmişdir. Buna görə də məcbur olmuşdur ki, evi bir başqasına satıb Gülbabanın pulunu qaytarsın. Onu da qeyd edir ki, evin Gülbabaya satılması barədə sonuncuya etibarnamə vermişdir. Evi satmaq üçün elan vermiş, həmin ilin təxminən avqust ayında Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayıb görüşərək evi almaq istədiyini bildirmişdir. O, Rəşadla görüşüb Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozuna gedərək həmin evi göstərib evin özünə məxsus olmasını, sənədsiz olmasını demişdir. Rəşad da ona demişdir ki, özünün adamları var və evin sənədlərini özü düzəldəcəkdir. O, evi 31.000 manata Zərərçəkmiş şəxs3 satmışdır. Sonra isə Hövsan qəsəbəsi İcra Nümayəndəliyindən Zərərçəkmiş şəxs3 adına həmin ünvanla bağlı işıq, qaz və su barədə arayışlar alıb vermişdir. Həmin ərəfədə bir nəfər Qoşqar adlı oğlan onunla görüşüb evi almaq istədiyini demiş, o isə Qoşqara demişdir ki, evi satdığı adam imtina etdiyinə görə pulunu qaytarmalıdır, buna görə də evi başqa birinə satıb beh də almışdır. Qoşqar çox cəhd etmişdir ki, evi alsın, ancaq razılıq verməmişdir. Ona görə ki, evi başqasına, yəni Rəşada satmışdır. Bundan təxminən iki ay sonra 3 saylı ŞKX-də stasionar müalicə olunduğu zaman Rəşad ona zəng edib demişdir ki, üstünə bir dəsdə adam gəlib, evin onlara məxsus olmasını deyirlər. O, soruşanda ki, adamların başında duran kimdir, Rəşad demişdir ki, Qoşqar adlı şəxsdir. O, dərhal başa düşmüşdür ki, Qoşqar kimdirsə evi ona satmadığına görə belə bir varianta əl atıb adamları üstünə göndərib. X15 birlikdə onun yanına gəlmiş və ona torpağa dair sənədlər göstərib izah etmək istəmişlər ki, Rəşada satdığı ev Qoşqarın adamlarına məxsusdur. Ancaq dəqiq bilir ki, sənəddə göstərilən torpaq sahəsi onun Zərərçəkmiş şəxs3 satdığı torpaq sahəsinin olduğu yer deyildir və başqa yerdir. O, evi aldığı Ramin adlı şəxsin soyadı, atasının adını və ünvanını bilmir. Onu bilir ki, 2020-ci ildə Ramin fərdi evlərin tikilib satılması ilə məşğul olmuşdur. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu adlanan yaşayış massivində ailəsinə məxsus olan 1200 kvadrat metr (12 sot) torpaq sahəsinin 500 kvadrat metrində (5 sot) tikdikləri və tikintisi başa çatdırılmamış fərdi yaşaış evi torpaqla birlikdə onların xəbəri olmadan Təqsirləndirilən şəxs tərəfindən saxta sənədlərlə Zərərçəkmiş şəxs3 Hüseyn oğluna satılmışdır. Zərərçəkmiş şəxs3 qabaqcadan evin onlara məxsus olması barədə xəbərdar etmələrinə baxmayaraq, evə daxil olub orada yaşamaqla onların evə və torpaq sahəsinə olan mülkiyyət hüququnu pozması, qanuni əsasları olmadan onların evini ələ keçirməkdən çəkinmək barədə onların qanuni tələblərini rədd etməsi barədə şikayətini təsdiq edir. Mərhum əri X10 2008-ci ildə həmin 12 sot torpaq sahəsini Şahid7 satın almışdır. Torpağı satanda Şahid7 həmin vaxt torpağa aid əlində olan sənədləri də Tahirə vermişdir. Torpaq sahəsi evlər tikintisi üçün ayrılmış torpaqlara aid olmuş, onlar da orada fərdi yaşayış evi tikmək məqsədi ilə torpağı almışlar. O vaxtlar həmin ətrafda tikilən evlər olmuş, amma indiki kimi sıx olmamışdır. Ailədə üç övladı - iki oğlu və bir qızı vardır. Həmin 12 sot torpağı uşaqları arasında elə bölmüşlər ki, 5 sot (500 kv.metr) oğlu Qoşqara çatır. Maddi imkanı olmadığına görə torpağı alandan dərhal sonra tikintiyə başlaya bilməmişlər, bir neçə il torpaq sahəsi boş qalmışdır. 2014-cü ildə Qoşqarın torpaq sahəsində fərdi evin tikintisinə başlamışlar, o vaxta qədər isə Şahid7 torpaq sahəsinin dövlət torpaq və xəriləçəkmə komitəsində rəsmi qeydiyyata alınmış plan və ölçülərini çıxartdırıb onlara vermişdir. Həmin sənədlərin surətini şikayət ərizəsi verəndə sənədlərinə əlavə etmişdir. Evin tikintisi aparılan müddətdə 2016-cı ildə əri Tahir Abdinov avtomobil qəzasında həlak olmuşdur. Ərinin ölümündən sonra 2017-ci ildə evin dam örtüyünü vurmuşlar, ondan sonra təmir işlərini başa çatdıra bilmədiklərinə görə evdə yaşayış olmamışdır. 2023-ci ilin iyul ayında, dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki qonşulardan zəng vurub evi satmaları ilə bağlı maraqlanmışlar, onlar evi salmaq fikrinin olmadığını bildirəndə qonşular demişlər ki, Cəfər adlı şəxs (sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs) onların evini Gülbaba adlı şəxsə satır. Bundan sonra qayınları Şahid5 və X8 yerində araşdırmaq üçün evin yerləşdiyi Quşçuluq massivinə getmişlər. Orada qaynı Hüseyn evi alan Gülbaba ilə görüşmüş və evin onlara məxsus olduğunu izah etmiş, evi başqa heç kimin satmaq hüququ olmadığını və kiməsə belə bir səlahiyyət vermədiklərini Gülbabaya demişdir. Bundan sonra Gülbaba satılan evin Cəfərə aid olmadığını, Cəfərin evin sahibi olmadığını və evin sahibinin icazəsi olmadan hərəkət etdiyini bilib evi almaqdan imtina etmişdir. Həmin vaxt onların müdaxiləsi olmasaydı, Cəfər evi Gülbabaya satıb sonuncunu da aldadacaq və dələduzluqla evə sahib çıxıb pul əldə edəcəkdir. Gülbabanın deməsinə görə Cəfər evi 25.000 manata satmışdır. Hüseyn bundan sonra Cəfərin özünə də xəbərdarlıq etmiş və demişdir ki, onlara məxsus olan evlə bağlı fırıldaq işlətməsin. Onlar fikirləşmişlər ki, Təqsirləndirilən şəxs düzgün nəticə çıxardacaq və bir daha evlərinə yaxınlaşmaz. Cəfər isə qayınlarının xəbərdarıqları ilə əməlindən geri çəkilmək istəməmiş, çox keçməmişdir ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə evi hansısa saxta sənədlərlə Zərərçəkmiş şəxs3 satması məlum olmuşdur. Bunu biləndən sonra qayınları oğlu Qoşqar, Polad və Hüseyn yenidən məsələyə müdaxilə etməli olmuşlar. Onlar həmin vaxt hələ evə köçməmiş Zərərçəkmiş şəxs3 tapıb izah etmişlər ki, bu ev onlara məxsusdur, sənədlərini göstərmişlər. Rəşadla birlikdə Təqsirləndirilən şəxs yanına gedib görüşmüşlər, ev alqı-satqısı ilə məşğul olan şəxslərdən, maklerlərdən də dəvət etmişlər, oğlu Şahid8 da bu danışıqlarda iştirak etmişdir. Həmin danışıqlarda Cəfər və Rəşad evin alqı-satqısı ilə bağlı hərəkətlər etmək, evin özlərinə məxsusluğuna dəlalət edən heç bir sənəd təqdim edə bilməmişlər, danışıqlarda iştirak edən maklerlər evinin sənədlərinə baxıb evin onlara məxsus olduğunu bildirmişlər. Qaynı Polad, oğlu Qoşqar həmin danışıqlar zamanı Rəşaddan tələb etmişlər ki, onların evi ilə bağlı Cəfər ilə qanunsuz razılaşmadan çəkinsin və evə girməsin. Zərərçəkmiş şəxs3 isə evin onlara məxsus olduğunu bilə-bilə oraya girib evi və torpaq sahəsini heç bir əsası olmadan tutmuş və istifadə edir, onların həmin torpağa və evə qanuni hüquqlarını pozur, öz hərəkətlərinin isə Təqsirləndirilən şəxs 31.000 manat pul verməsi ilə izah edir, sonuncunun pulu qaytarılmayacağı halda torpağı və evi buraxmayacağını deyir. Onun 5 sot, yəni 500 kvadrat metr sahəsi olan torpağı və tikintisi tamamlanmamış fərdi yaşayış evinin Təqsirləndirilən şəxs tərəfindən saxta sənədlər göstərilərək aldadılmış Zərərçəkmiş şəxs3 dələduzluq yolu ilə satılması və Rəşadın qabaqcadan onlar tərəfdən evə köçməmək barədə xəbərdarlığa əhəmiyyət vermədən oraya köçüb evi və torpağı tutması ilə ona 35.000 manat ziyan vurulmuşdur. Göstərilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2023-cü ildə özünə yaşayış evi almaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində işləyən daşınmaz əmlakın alqı-satqısı üzrə ofislərə müraciət etmişdir. Eyni zamanda internetdə sosial şəbəkələrdə elanları nəzərdən keçirmişdir. Məqsədi imkanına uyğun əlverişli bir variant tapmaq olmuşdur. Həmin vaxt, yəni 2023-cü ilin iyul ayında “Tik-tok” internet şəbəkəsində bir elan diqqətini çəkmiş, elanda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu adlanan yaşayış massivində 5 sot torpaq sahəsində tikintisi tamamlanmamış iki mərtəbəli yaşayış evi satılır. Elanda göstərilən telefon nömrəsinə zəng vurmuş, cavab verən tanımadığı kişi bildirmişdir ki, evi satan Cəfər adlı bir şəxsdir. Zəng vurduğu şəxsdən Cəfərin telefon nömrəsini öyrənib mobil nömrəyə zəng vurmuş və həmin vaxt tanımadığı, indi artıq məlum olduğu kimi Təqsirləndirilən şəxs ilə danışmış, satışa qoyduğu evlə maraqlandığını demişdir. Razılaşmışlar ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ev alqı- satqısı ofisində görüşüb danışsınlar. Beləliklə, ofisdə adını sonradan bildiyi makler Şahid1 yanında görüşmüşlər, sonuncunun iştirakı ilə Cəfərin satışa təklif etdiyi evlə əlaqədar danışmışlar. Əvvəl evə baxmağı qərara almış və Cəfərlə birlikdə satılan evin həyətinə getmiş, baxandan sonra 31.000 manata razılaşmışlar. Satılan ev ikimərtəbəli, yarıtikilmiş vəziyyətdə olmuş, 5 sot torpaqdan ibarət olan həyəti tam hasarlanmamışdır. Bundan sonra o, razılaşdıqları məbləği hazırlayaraq Cəfərlə və Bəxtiyarla əlaqə saxlamış, 10 avqust 2023-cü il tarixdə Hövsan qəsəbəsində yerləşən notarius X3 ofisində alqı-satqını ərizə ilə sənədləşdirmişlər, yəni 31.000 manat pulu sayaraq Cəfərə vermiş, Cəfər isə ona notariusda təsdiq olunmuş bir vərəqdən ibarət ərizə vermişdir ki, ondan 31.000 manat pul alıb evi satmışdır. Bundan əlavə, Cəfər evin özünə məxsus olduğunu təsdiq edən sənəd kimi möhürlü bir vərəq vermiş, amma həmin vərəqdə hansısa ev barədə məlumat olmamış, Cəfərin bağçılıqda növbə qeydiyyatına götürüldüyü yazılmışdır. O, Cəfərə həmin sənəddə evlə bağlı heç nə olmadığını deyib soruşmuşdur ki, bu necə sənəddir. Cəfər isə onu arxayın edərək demişdir ki, ev tikilib hazır olana qədər hamıya belə sənədlər verilir, ev tikiləndən sonra isə qeydiyyata götürülüb başqa sənəd verirlər. O da Cəfərə inanmış, çünki Cəfərin onu aldadacağını güman etməmişdir. O. evi alandan bir müddət sonra aldığı evin sahibi kimi özlərini təqdim edən şəxslər iddia etməyə başlamışlar ki, ev onlara məxsusdur, evə dair sənədlər təqdim etmişlər və evin onlardan icazə olmadan, özbaşınalıqla satıldığını, evi satmış Cəfərin həmin evə və torpağa heç bir aidiyyəti olmadığını bildirmişlər, ondan tələb etmişlər ki, evə köçməkdən imtina etsin. Həmin vaxt o, maklerlər Bəxtiyar və Mübariz, evin sahibi olduğunu deyən Şahid8 və onun əmisi Şahid5la birlikdə Təqsirləndirilən şəxs yanına getmişlər. Cəfər xəstəxanada müalicədə olduğuna görə Sabunçu xəstəxanasına yanına getməli olmuşlar. Qardaşı Damət də onlarla olmuşdur. Xəstəxanada Cəfər evi ona düzgün salmasını deyib axıradək sözünün üstündə dayanmışdır. Buna baxmayaraq maklerlər Şahid8 təqdim etdiyi sənədlərə baxıb demişlər ki, həmin torpaq və ev Abdinovların mülküdür. Cəfər isə heç bir sənəd təqdim edə bilməmişdir. Bu vəziyyət onu narahat etmiş, çünki 31.000 manat pulu əlindən çıxmış, yəni Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirmişdir. Şahid8 və qohumları ondan evə köçməkdən imtina etməyi tələb etsələr də, pulunu itirməmək üçün evə köçəcəyini bildirmiş, ona görə də evə köçmüş, indiyədək ev və torpaq onun istifadəsindədir, oranın abadlığına özü xeyli xərc çəkmişdir. Onu da bildirir ki, Təqsirləndirilən şəxs ona satdığı evlə bağlı mübahisəli vəziyyət yaranan vaxtlarda 2023-cü ilin avqust ayında bilmişdir ki, Cəfər həmin evi ondan qabaq Gülbaba adlı şəxsə eyni qaydada qanunsuz sataraq 25.000 manatını ələ keçirmiş, ev sahibi bu barədə bilib Gülbaba ilə görüşərək vəziyyəti bildirəndən sonra Gülbaba pulunu Cəfərdən tələb edərək evi almaqdan imtina etmişdir. Cəfər isə evi ona 31.000 manata satandan sonra Gülbabanın 25.000 manat pulunu qaytarmışdır. O, evi alan zaman Cəfərin özünə məxsus olmayan evi qanunsuz satdığını bilməmiş, bunu bilsəydi şübhəsiz ki, mübahisəli evi və torpağı almazdı. O, evin pulunu Cəfərə verəndən sonra Zərərçəkmiş şəxs1 qohumları evin onlara məxsus olduğunu bildirəndə və oraya köçməməyi tələb edəndə narahat olmuş, çünki pulu əlindən çıxdığına görə evi də buraxmaq istəməmiş, ona görə də evə köçmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 hüquq mühafizə orqanlarına şikayət verdiyini görüb özü də Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə şikayət vermişdir. Göstərilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu adlanan yaşayış massivində 5 sot torpaq sahəsində tikintisi tamamlanmamış yaşayış evinin satılması barədə 2023-cü ilin may ayında məlumat almış, elan vermiş şəxs Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və görüşüb satılan evə baxmışlar. Cəfər əvvəllər Su Polisi İdarəsində işlədiyini demiş və o, da həmin idarənin polis əməkdaşı kimi nə vaxtsa gördüyünü yada salmış, yəni ötəri olsa da, tanımışdır. Onlar danışıb 25.000 manata razılaşandan sonra Cəfərdən həmin yerin və evin sənədlərini istəmişdir. Cəfər evin sənədi kimi ona bir vərəqdən ibarət olan möhürlü bir sənəd təqdim etmiş, həmin sənəd məzmununa görə hansısa bağ birliyində Təqsirləndirilən şəxs bağ növbəsinə götürülməsi haqqında olmuş, sənəddə torpaq sahəsi və ev barədə yazılmamışdır. O, Cəfərdən sənədin məzmunu barədə şübhələri ilə bağlı soruşanda sonuncu demişdir ki, əvvəl bu cür sənəd verirlər, sonra tikilən evə sənəd alınır. Bundan bir müddət sonra, yəni 2023-cü ilin may-iyun aylarında, dəqiq tarix yadında deyil, 25.000 manat pulu düzəldib Cəfərə vermişdir. Cəfər pulu alandan sonra notariusda təsdiq olunmuş bir ərizəni ona vermişdir ki, həmin ərizədə ona 500 kv.metr torpaq üzərində evi satması və buna görə ondan 25.000 manat aldığı təsdiq edilmişdir. 2023-cü ilin iyul ayında o, Quşçuluq massivində aldığı həmin evin qonşuluğunda yaşayanlardan eşitmişdir ki, evin sahibi başqa adamdır, həmin şəxs evin satılmasından xəbərsizdir. Bu məsələdən narahat olmuş və evin sahibi kimi deyilən şəxslə görüşmək istədiyini bildirmişdir. Görünür bundan sonra qonşular həmin şəxsə xəbər etmişlər, iyul ayında onun tapıb bu barədə danışanda, ev sahibinin qardaşı kimi özünü təqdim edən Hüseyn Abdinov adlı əvvəllər tanımadığı şəxs demişdir ki, ev mərhum qardaşının ailəsinə məxsusdur, ev satılmır və evi satmaq üçün heç kimə səlahiyyət verməmişlər. Bundan sonra onun narahatlığı daha da artmış, amma Hüseyn Abdinova demişdir ki, artıq Təqsirləndirilən şəxs evə görə 25.000 manat pul ödəmiş, sonuncu da evi satmasını təsdiq edən notariusda tərtib olunan sənəd vermişdir. Həmin vaxtlar o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə yaxınlaşıb orada əməkdaşlara Cəfərin verdiyi sənədi göstərmiş, reyestr xidməti əməkdaşları ona demişlər ki, bu sənədin heç bir qüvvəsi, əhəmiyyəti yoxdur, daşınmaz əmlakın sənədləşdirilməsi, qeydə alınması üçün istifadə edilə bilməz. Bundan sonra o, Cəfəri tapıb demişdir ki, sənədləri saxta olduğuna və evin başqa sahibi olduğuna görə mübahisəli ev ona lazım deyil, pulunu geri qaytarmasını tələb etmişdir. Cəfər isə özünün haqlı olduğuna və sənədlərin qaydasında olduğuna inandırmağa çalışaraq pulu qaytarmaq istəməmiş, sonradan bu barədə dəfələrlə danışığı olsa da pulu qaytarmağı uzatmışdır. 2023-cü ilin avqust ayında isə ona məlum olmuşdur ki, Cəfər həmin evi ondan sonra daha bir nəfər Rəşad adlı adlı şəxsə 31.000 manata satmışdır. O, Cəfərdən pulunu tələb edərək barəsində şikayət verəcəyini bildirmiş və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə çağırtdırmışdır. Polis şöbəsində təhqiqatçının yanında Cəfər ona söz vermişdir ki, qısa zamanda pulunu qaytaracaq, ona görə də polisə şikayət verməmişdir. Bundan sonra gec də olsa avqust ayında Cəfərdən pulunu ala bilmiş, Cəfərin onu aldadaraq sahibi olmadığı yeri satmaq adı ilə ələ keçirdiyi 25.000 manatını tam ödədiyinə görə şikayət etməmişdir. Pulunu alanda Cəfərin ona verdiyi sənədləri də özünə qaytarmışdır. Ev sahibi ilə Cəfər və Rəşad arasında sonradan baş verənlərdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin iyun ayının əvvəllərində tanıdığı Zərərçəkmiş şəxs3 ona demişdir ki, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda təxminən 5 sot torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin satışa çıxarılaraq elanda görmüş və həmin elanla onun maraqlanmasını xahiş etmişdir. O, maraqlandıqda öyrənmişdir ki, evi satışa qoyan ev alqı-satqısı ilə məşğul olan Mübariz adlı tanışıdır. Mübarizlə əlaqə saxlamış və evin kimə məxsus olduğunu soruşmuş, Mübariz demişdir ki, ev Cəfər adlı şəxsə məxsusdur və sonuncu evin elana qoyulmasını xahiş etmişdir. Ertəsi gün Mübarizlə görüşmüş və Cəfəri işlədiyi ofisə dəvət etmişlər, həmin vaxt Rəşad da gəlmişdir. Cəfər bildirmişdir ki, ev özünə məxsusdur, pula ehtiyacı olduğu üçün 35.000 manata satışa qoymuşdur. Onlar Cəfərdən evin nə kimi sənədlərinin olmasını soruşduqda Cəfər bildirmişdir ki, bu evi uzun müddət əvvəl Ramin adlı şəxsdən heç bir sənəd olmadan etibarnamə ilə almış, hamı bilir ki, ev ona məxsusdur. Bundan sonra Rəşad ilə Cəfər evin qiyməti ilə bağlı özləri danışmışlar və Rəşad evin qiymətini 31.500 manata saldırıb Cəfərə beh olaraq 500 manat pul vermişdir. Sonra Rəşad demişdir ki, öz evini 15 günə satıb yerdə qalan pulu da verəcəkdir. Bir sözlə, evin alqsatqısı ilə bağlı Cəfər özü Rəşadla razılaşmışdır. Bu alqı-satqının nə ona, nə Mübarizə heç bir aidiyyəti olmamışdır. Təxminən 15 gün sonra Rəşad aldığı evin həyətinə daş töküb hasar çəkmək istəyərkən başqa şəxslər, sonradan tanıdığı Qoşqar, Polad adlı şəxslər gəlib evin onlara məxsus olmasını demişlər və Rəşaddan işləri dayandırmağı tələb etmişlər. Bundan sonra Rəşad bu hadisə barədə ona məlumat verdikdə həmin Polad və Qoşqar adlı şəxsləri, Rəşadı və Cəfəri ofisinə dəvət edib bu məsələyə aydınılıq gətirilməsini xahiş etmişdir. Qoşqar adlı şəxs demişdir ki, həmin ev atasına məxsus olmuş, 12 sot torpaq sahəsini qardaşı ilə bölərək ona 5 sot torpaq qalmışdır. Cəfər Qoşqara demişdir ki, “ev sənindirsə, nə üçün evin giriş qapısına qıfıl vurmamışdın, nə üçün mən orda olanda həmin evə gəlmirdin’’. Qoşqar isə ona cavabında bildirmişdir ki, “sən xəstə adamsan, qorxuram söz deyəm bir hadisə vaş verər”. Cəfər, Qoşqar və Polad bir birilərini başa düşə bilmədiklərinə görə qərara gəlmişlər ki, məsələyə polis şöbəsində aydınılq gətirilsin. Ona görə də bir yerdə 30-cu polis şöbəsinə getmişlər və orada Rəşad ərizə və izahat verəndən sonra təhqiqatçı onun da izahatını almışdır. Bundan sonra Rəşad hələ evə köçməmiş, adamları ilə onun yanına gələrək Cəfəri tapıb söhbət etməyi xahiş etmişlər. Həmin vaxt Cəfər 3 saylı Şəhər Klinik Xəstəxanasında stasionar müalicədə olmuşdur. Rəşadı və qohumlarını götürüb xəstəxanaya aparmış, orada olan zaman Rəşad Cəfərə narazılıq edərək nə üçün başqasının evini ona satmasına aydınlıq gətirməsini tələb etmişdir. Cəfər isə israr ilə inkar edərək, evin özünə məxsus olmasını bildirmişdir. Rəşad başqa yolu qalmadığı üçün bu vəziyyətlə barışmışdır. Rəşadın 30-cu polis şöbəsinə müraciət etməsindən təxminən 1 ay sonra Rəşad ailəsi ilə birlikdə həmin evə yaşamağa köçmüşdür. Halbuki, bu bir ay ərzində Qoşqar və Polad ondan evə girməməyi tələb etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. X2 2016-cı ildə avtomobi qəzasında dünyasını dəyişmişdir. Mərhum atası Tahir Abdinov sağlığında 2008-ci ildə həmin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində 12 sot torpaq sahəsini Şahid7 satın almış, satıcı həmin vaxt torpağa aid əlində olan sənədləri atama vermiş, sənədlər indi də anasında saxlanılır, sənədlərin surətlərini anası şikayətinə əlavə etmişdir. İlk vaxtlar imkansızlıqdan torpaq sahəsində tikinti apara bilməmişlər. 2014-cü ildə torpaqda yaşayış evi tikməyə başlamışlar. Atası dünyasını dəyişəndə hələ evin damını örtməmişlər, 2017-ci ildə damı da örtmüş, amma köçüb yaşamaq üçün təmir edə bilməmişlər. 2023-cü ilin iyul ayında Quşçuluq yaşayış massivindəki qonşular onlarla telefonla əlaqə yaradıb evi satmaq niyyətləri ilə maraqlanmışlar, onlar evi satmaq fikri olmadığını bildirəndə isə xəbərdar etmişlər ki, Cəfər adlı şəxs (sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs) torpaqlarını və evi satışa çıxardıb, artıq Gülbaba adlı bir şəxsə satır. X17 həmin əraziyə gedib Gülbabanı taparaq görüşmüş, Gülbaba torpağın ona Cəfər tərəfindən 25.000 manata təklif edildiyini bildirmişdir. Hüseyn evi alan Gülbabaya izah etmişdir ki, onlara məxsus olan evi onlardan başqa heç kim sata bilməz, çünki kiməsə belə bir səlahiyyət verməmişlər. Bundan sonra Gülbaba Cəfərin evin sahibi olmadan özbaşına hərəkət etdiyini bilib evi almaqdan imtina etmiş və Cəfər evi sata bilməmişdir. Əmiləri Hüseyn və Polad Cəfərin özünə də xəbərdarlıq etmişlər ki, onların evini satmaq fikrindən əl çəksin. Amma çox keçməmişdir ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə evi hansısa saxta sənədlərlə Zərərçəkmiş şəxs3 satması məlum olmuşdur. Həmin vaxt onun üçün maraqlı olmuşdur ki, Təqsirləndirilən şəxs evi necə, hansı əsasla və sənədlə satır. Ona görə Cəfərin telefon nömrəsini əldə edib zəng vurmuş və evi almaq istəyən müştəri kimi danışmağa başlamışdır. Cəfər onu əmin etməyə başlamışdır ki, evi rəsmi sənədlə satır, evin qiymətinin isə 35.000 manat olduğunu, amma razılaşmağın mümkün olacağını bildirmişdir. O, Cəfərdən sənədin surətini istəmiş və vatsapp vasitəsi ilə ötürməsini xahiş etmişdir. Cəfər də ona bir səhifədən ibarət mətni çox pis oxunan bir sənədin şəklini çəkib göndərmişdir. Həmin sənədə baxanda görünür ki, nəinki onların evinə, ümumiyyətlə hər hansı bir evə aid olmayan, forması da, üstündə yazılanlar da şübhəli olan bir vərəqdir. Cəfərlə danışanda və sənədin surəti kimi göndərdiyi şəkli alandan sonra tam əmin olmuşdur ki, müştəri kimi tapdığı şəxsləri aldatmaq və bu yol ilə evini sənədləşməsiz satmaqla məşğuldur. Həmin vaxt Cəfər onunla danışıq aparanda satmaq istədiyi evin sahibi olduğunu bilməmişdir. Cəfərin ona göndərdiyi sənədin şəkli telefonunda qalmışdır. Sonradan o, əmisi Şahid5la birlikdə evinin qanunsuz olaraq Zərərçəkmiş şəxs3 satılmasını araşdırmağa başlamış və Rəşad evi Cəfərin ona 31.000 manata satdığını deyəndən sonra maraqlanmışlar ki, ev hansı əsasla satılmışdır. Rəşadın deməsindən məlum olmuşdur ki, Cəfər ilə arasında heç bir müqavilə yoxdur, ev ilə bağlı heç bir sənəd verilməmişdir. Rəşadın əlində Cəfərin ev ilə bağlı verdiyi yeganə bir ərizənin surəti olmuş, həmin ərizədə göstərilmişdir ki, Cəfər Quşçuluqda faktiki istifadəsində olan 500 kv.metr torpaq sahəsində tikilmiş 340 kv.metrdən ibarət yaşayış evini 31.000 manata Rəşada satmışdır. Sənəddə satılan evin onların evi olduğuna dəlalət edən heç bir uyğunluq olmamış, yəni hər hansı bir xəritə, cizgilər və ya evin yerləşdiyi ərazidə həyətin sərhədləri, qonşuları və ünvanı barədə məlumat yoxdur. 2023-cü ilin avqust ayında, Zərərçəkmiş şəxs3 onların evinə faktiki köçənə qədər, əmisi Şahid5, Zərərçəkmiş şəxs3 və onun Damət adlı qardaşı, evin satılmasında vasitəçilik etmiş Bəxtiyar adlı makler və daha bir adını bilmədiyi makler ilə birlikdə 3 saylı X5 gedib, həmin vaxt müalicədə olan Cəfərlə görüşüb danışmışlar. Cəfər satmış olduğu hesab etdiyi evin özünə məxsus olması və ya kiminsə evi satmağı həvalə etməsi barədə heç sənəd, dəlil-sübut göstərə bilməmiş, ancaq təkrar-təkrar demişdir ki, ev özünündür və düzgün satmışdır. Onlar isə sənədlərini təqdim etmiş və evin ailəsinə məxsus olduğunu hamıya göstərmişlər. Orada olan maklerlər də sənədlərə baxıb onların sənədlərinin düzgün olduğunu təsdiq etmişlər, Rəşadın qardaşı da demişdir ki, “bu evin alqı-satqısını aparmaqla Cəfər düz iş görməyib, mülkün sahibi başqasıdır, səni aldadıb pulunu alıb, indi sən qalırsan ortada". Bütün bunları Cəfərə və Rəşada bildirmələrinə baxmayaraq, Rəşad ancaq pulunu Cəfərdən alacağı halda torpağı və evlərini buraxacağını bildirir, Cəfər isə onlara və Rəşada vurduğu ziyanı aradan qaldırmır. Nəticədə Rəşad da torpağın onlara məxsus olduğunu bil-bilə torpağı qanunsuz olaraq tutmaqda və istifadə etməkdə davam edir. 05 sot, yəni 500 kvadrat metr sahəsi olan torpağının və tikintisi tamamlanmamış fərdi yaşayış evinin Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə, saxta sənədlər göstərilərək aldatmaqla Zərərçəkmiş şəxs3 satılması və Rəşadın qabaqcadan onlar tərəfindən evə köçməmək barədə xəbərdarlığa əhəmiyyət vermədən oraya köçüb evi və torpağı tutması ilə onlara 35.000 manat ziyan vurulmuşdur. Sonradan hər şeyi araşdıranda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəl 2023-cü ilin iyul ayında aldatdığı Gülbaba adlı şəxs, evin onlara məxsus olduğunu və Cəfər tərəfindən aldadıldığını biləndən sonra sonuncudan pulunu qaytarmasını tələb etdiyinə görə Cəfər tez bir zamanda avqust ayının əvvəlində evi 31.000 manata Zərərçəkmiş şəxs3 sataraq həmin puldan Gülbabanın pulunu ödəmiş, yerdə qalan pulu özünə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum X10 onun qardaşıdır, qardaşı Tahir 2016-cı ildə avtoqəzada dünyasını dəyişmişdir. Mərhum qardaşı Tahir sağlığında 2008-ci ildə həmin Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində 12 sot torpaq sahəsini Şahid7 satın almışdır. Torpağı satan Şahid7 həmin vaxt torpağa aid əlində olan sənədləri də Tahirə vermiş, sənədlər indi də ailəsində saxlanılır, onların surətlərini Zərərçəkmiş şəxs1 şikayətinə əlavə etmişdir. Qardaşıgil aldıqları torpaq sahəsində ilk vaxtlar tikinti apara bilməmişlər, 2014-cü ildə torpaq sahəsində fərdi evin tikintisinə başlamışlar, evin damını isə artıq Tahirin ölümündən sonra bağlamışlar. Bundan sonra imkanları olmadığına görə evi köçüb yaşamaq üçün təmir edə bilməmişlər. 2023-cü ilin iyul ayında Quşçuluq massivindəki həmin torpağın qonşuluğunda yaşayan Rafiq ona zəng vurub evi qardaşıgilin evinin satılması ilə maraqlanmış, o, demişdir ki, evi satmaq fikirləri olmayıb. Rafiqlə söhbətdən başa düşmüşdür ki, Cəfər adlı şəxs qardaşıgilin evinin satılması barədə məlumat yayıb və artıq Gülbaba adlı şəxsə satır. O, Gülbabanı tapıb görüşmüş və evin mərhum qardaşına məxsus olduğunu izah etmişdir. Gülbaba demişdir ki, Cəfər evi 25.000 manata satmış, bir sənəd də vermiş, amma həmin sənədin düzgünlüyündən şübhələnmiş, ona görə də Cəfəri axtarır ki, pulunu geri alsın. Qardaşı Polad evlə bağlı qanunsuz hərəkətinə görə Cəfərin özünə də xəbərdarlıq etmiş və etiraz bildirərək tələb etmişlər ki, qardaşının ailəsinə məxsus evlə bağlı qanunsuzluq etməsin. Bir müddət sonra məlum olmuşdur ki, Gülbaba ilə Cəfər arasında narazılıq yaranmış və polisə müraciət etmişlər, son nəticədə 2023-cü ilin avqust ayında Cəfər elə həmin evi başqasına, yəni Zərərçəkmiş şəxs3 31.000 manata sataraq o puldan Gülbabanın pulunu qaytarmışdır. Evin Rəşada satılması barədə avqust ayının əvvəlində eşitmişlər və Rəşadı tapıb bildirmişlər ki, Cəfər özünə məxsus olmayan evi qanunsuz satmış, ev Zərərçəkmiş şəxs1 ailəsinə məxsusdur. O, əvvəl Cəfərin telefonunu öyrənib əlaqə saxlamış, 13 avqust 2023-cü il tarixdə özü Rəşadla görüşmüş və bildirmişdir ki, Cəfərin satmaq istədiyi ev mərhum qardaşının ailəsinə məxsusdur, həmin yerin əzəldən kimə verildiyi barədə sənədləri vardır, mülkün ilk sahibi də torpağı onlara satmış, onlar torpağı kiməsə satmasalar başqası bunu edə bilməz. Rəşad isə onunla razılaşmaq istəməmiş, Təqsirləndirilən şəxs artıq ondan 31.000 manat pul aldığını və evi ona notarius vasitəsi ilə satdığını demişdir. Həmin vaxt Rəşad hələ Məhəbbəd Abdinovanın evinə köçməmişdir. Bundan sonra Rəşad həmin həyətə girərək evə və torpağa sahib durmuş, onlar Rəşaddan təkrarən evi və həyəti tərk etməyi tələb edəndə isə demişdir ki, “mən evin həyətinə 800 manatlıq qum, daş tökmüşəm, pulumu versəniz çıxaram oradan”. Beləliklə, indiyədək Rəşad evdən çıxmamış. Cəfər də aldatma yolu ilə evi sataraq qardaşı arvadı Zərərçəkmiş şəxs1 35.000 manat ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhum X10 onun qardaşıdır, Tahir 2016-cı ildə avtomobil qəzasında dünyasını dəyişmişdir. Qardaşı Tahir sağlığında 2008-ci ildə həmin Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində 12 sot torpaq sahəsini Şahid7 satın almışdır. Torpağı satan Şahid7 həmin vaxt torpağa aid əlində olan sənədləri də Tahirə vermiş, sənədlər indi də ailəsində saxlanılır, onların surətlərini Zərərçəkmiş şəxs1 şikayətinə əlavə etmişdir. Qardaşıgil aldıqları torpaq sahəsində ilk vaxtlar tikinti apara bilməmişlər, 2014-cü ildə torpaq sahəsində fərdi evin tikintisinə başlamışlar, evin damını isə artıq Tahirin ölümündən sonra bağlamışlar. Bundan sonra imkanları olmadığına görə evi köçüb yaşamaq üçün təmir edə bilməmişlər. 2023-cü ilin iyul ayında Quşçuluq yaşayış massivindəki qonşular xəbər vermişlər ki, Cəfər adlı şəxs (sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs) Məhəbbətgilin torpağını və evini satışa çıxardıb və Gülbaba adlı bir şəxsə satır. Qonşular onların torpağı satmaqla bağı elan vermələri ilə maraqlananda demişlər ki, satmaq fikirləri yoxdur və bu barədə elan verməmişlər. Həmin vaxt onlar narahat olmuşlar, qardaşı Hüseyn Abdinov həmin əraziyə gedib torpağa müştəri çıxmış Gülbabanı tapıb görüşmüşdür. Gülbabanın deməsinə görə Cəfər evi ona 25.000 manata təklif etmişdir. Hüseyn evi alan Gülbabaya evin onlara məxsus olduğunu izah etmiş və demişdir ki, onlardan başqa heç kimin evi satmaq hüququ yoxdur, onlar tərəfdən isə kiməsə belə bir səlahiyyət verilməmişdir. Gülbaba təklif olunmuş evin Cəfərə aid olmadığını, Cəfərin evin sahibi olmadan özbaşına hərəkət etdiyini bilib evi almaqdan imtina etmiş və Cəfər evi sata bilməmişdir. Onların işə vaxtında qarışmalarına görə Cəfər evi Gülbabaya sata bilməmişdir. Qardaşı Hüseynlə birlikdə bundan sonra Cəfərin özünə də xəbərdarlıq etmişlər və evlə bağlı fırıldaq işlətməməyi tələb etmişlər. Bu vəziyyətlə qane olmayan Cəfər Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə şikayət etmişdir ki, guya özünə məxsus evi satmasına onlar maneə yaradırlar. Həmin şikayətə 30-cu polis şöbəsində baxılanda izahat verib hər şeyə aydınlıq gətirmişdir. Bundan sonra fikirləşmişlər ki, Təqsirləndirilən şəxs düzgün nəticə çıxardacaq və bir daha evə yaxınlaşmaz. Amma çox keçməmişdir ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə onların evini hansısa saxta sənədlərlə Zərərçəkmiş şəxs3 satması məlum olmuşdur. Bunu biləndən sonra onlar Zərərçəkmiş şəxs3 tapıb izah etmişlər ki, evi satan şəxsin bu evə heç bir hüququ və səlahiyyəti yoxdur. Mərhum qardaşı Tahirin oğlu Şahid8 da onunla birlikdə həmin danışıqlarda iştirak etmişdir. Rəşad onlarla söhbət zamanı demişdir ki, həmin evin satılması barədə maklerin elanından eşitmiş, sonra zəng vurub əlaqə saxlamış və maklerlə birlikdə evi qanunsuz olaraq satan Cəfərlə görüşmüşdür. Rəşad Cəfərlə 31.000 manata razılaşıb pulunu verdiyini və evi özününkü hesab etdiyini iddia etmiş, amma onlar başa salmağa çalışmışlar ki, Cəfər evi sata bilməzdi, çünki bunun üçün heç bir hüququ və səlahiyyəti yoxdur. Aralarında yaranmış bəhsi araşdırmaq üçün Cəfərlə görüşüb danışmağı qərara almışlar, Cəfər isə həmin vaxt X4 müalicə almışdır. 2023-cü ilin avqust ayında xatırlamadığı tarixdə o, qardaşı oğlu Qoşqar, Zərərçəkmiş şəxs3 və Damət adlı qardaşı, evin satılmasında iştirak etmiş Bəxtiyar adlı makler və adını bilmədiyi daha bir makler 3 saylı X5 gedib orada Cəfərlə görüşüb danışmışlar. Cəfər satmış olduğu hesab etdiyi evin özünə məxsus olması və ya kiminsə evi satmağı ona həvalə etməsi barədə heç bir sənəd, dəlil-sübut göstərə bilməmiş, ancaq təkrar-təkrar demişdir ki, ev özünündür və düzgün satmışdır. Onlar isə sənədlərini götürmüşlər və evin qardaşı arvadı Zərərçəkmiş şəxs1 ailəsinə məxsus olduğunu hamıya sübut etmişlər. Orada iştirak edən maklerlər də sənədlərə baxıb onların sənədlərinin düzgün olduğunu təsdiq etmiş və Cəfərə, Rəşada demişlər ki, evin alqı-satqısını düzgün etməmişlər. Rəşadın qardaşı da demişdir ki, “bu evin alqı-satqısını aparmaqla Cəfər düz iş görməyib, mülkün sahibi başqasıdır, səni aldadıb pulunu alıb, indi sən qalırsan ortada”. Rəşad bütün bunları bilməsinə və onların xəbərdarlıqlarına baxmayaraq bir müddət sonra mərhum qardaşı Tahirin ailəsinə məxsus evi və torpağı tutaraq oraya köçmüş, indi də qanunsuz tutduğu torpağı və evi buraxmaqdan imtina edir. Nəticədə Təqsirləndirilən şəxs aldadıb 31.000 manat pulunu aldığı Zərərçəkmiş şəxs3 həmin pulu qaytarmır, onlara da evi qaytara bilmir. Onu da bildirir ki, həmin vaxt maraqlanıb dəqiqləşdirmişlər ki, Təqsirləndirilən şəxs əvvəl 2023-cü ilin iyul ayında Gülbaba adlı şəxsi aldadıb evi 25.000 manata satandan sonra, onların təsiri altında razılaşmanı pozaraq pulunu qaytarmasını tələb edən Gülbabanın pulunu vermək üçün tez bir zamanda avqust ayının 10-da evi 31.000 manata Zərərçəkmiş şəxs3 sataraq həmin puldan Gülbabanın pulunu ödəmiş, yerdə qalan pulu özünə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1991-ci ilədək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki Abşeron quşçuluq sovxozunda müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Quşçuluq sovxozu ərazisində həyətyanı sahələr kimi ev tikmək üçün torpaqlar ayrılaraq, ilk növbədə işçilərə verilmişdir. O, da həmin vaxt sovxozun idarə rəhbərliyinə torpaq sahəsi üçün müraciət etmiş və mövcud qaydalara uyğun olaraq ona sovxozun əmək kollektivinin iclasının qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. Sonradan o, həmin torpaq sahəsini satmaq qərarına gəlmiş və 2007-ci ilin sonunda torpaq sahəsinə müştəri çıxmış X10 ilə torpağın alqı-satqısı barədə razılığa gəlmişdir. Həmin vaxt lazım olan sənədləri toplamaq üçün makler kimi xidmət göstərən X9 adlı şəxslə razılığa gəlmişlər ki, onun həmin torpaq sahəsinə dair lazım olan sənədləri toplamaqda kömək etsin və razılaşdıqları kimi zəhmət haqqını ödəmişdir. Sənədlər hazır olandan sonra 2008-ci ildə o, torpaq sahəsini Tahir Abdinova satmışdır. Torpaq sahəsinə dair sənədləri də mərhum Tahirə vermiş, sənədlər arasında həmin torpağı satmağı ilə əlaqədar onunla bir ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələrinin surətlərini, Həsən Hüseynovun sorğusu ilə Abşeron rayon dövlət arxivindən alınmış arayışın surətini, torpağın ona verilməsi barədə İclasın protokolundan çıxarışı əlavə etmişdir. O, torpağını Tahir Abdinova satan vaxtlarda torpaqla bağlı qanunlar və qaydalar yenilənib dəyişilmişdir. Ona görə də bir müddət sonra torpaqlara Dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfindən kadastr sənədi verilməyə başlanmış və 2012-ci ildə o, həmin sənədi də çıxardıb Tahir Abdinova vermişdir. Satdığı torpağın sonrakı taleyi ilə maraqlanmamış, amma mərhum Tahir Abdinova demişdir ki, gələcəkdə sənədləşmə ilə bağlı onun adında hər hansı hərəkətlərin edilməsi lazım olarsa, o, hər vaxt iştirak etməyə hazırdır. 2024-cü ilin mart ayında mərhum Tahir Abdinovun ailə üzvlərinin xahişi ilə torpaqla əlaqədar rəsmiləşdirmələrin aparılması üçün onların dedikləri X7 adına etibarnamə vermişdir. Həmin vaxtlarda eşitmişdir ki, Abdinovların ondan aldıqları torpaq sahəsi ilə bağlı onlara qarşı dələduzluq edilmiş, kimsə torpağı və üstündə tikilmiş evi özününkü kimi saxta sənədlərlə satmaqla pullarını ələ keçirtmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi qaydada ustalıqla məşğul olur, 20 ildən artıqdır ki, bina və ev tikintisində bənnalıqla məşğul olur, həm divar hörgüsü, həm də monolit tökmə işlərini görür. Bakı şəhəri, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində həyətyanı torpaq sahəsi və evi olan mərhum Tahir Abdinovu tanımış, 2014-cü ildə sonuncunun sifarişi ilə Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində olan evinin inşası ilə məşğul olmuş, usta kimi evin divarlarının qaldırılmasında hörgü və monolit işləri görmüşdür. Ev iki mərtəbəli olmuş, tikintisi başa çatdırılmamış, evin ətrafında hasarı da olmamışdır. Evin tikildiyi ərazidə həmin vaxt 10-15 ev olmuşdur. Bir müddət sonra, təxminən 2015-2016-cı illərdə, dəqiq tarix yadında qalmamış, Tahir avtomobil qəzasında ölmüşdür. Ondan sonra həmin evin tikintisində dam işi görən Elnur adlı usta da işləmişdir. Mərhum Tahirin ölümündən sonra evinin kimsə tərəfindən qanunsuz satılması barədə polisdə izahat verəndə eşitmiş, özü bu hadisələrin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində ailəsi ilə birlikdə 2014-cü ildən yaşayır. 2014-cü ildə evini inşa edəndə qonşuluqda Abdinov Tahir də yaşayış evi tikdirmişdir. İki mərtəbəli olan həmin evin tikintisi sonradan yarımçıq qalmışdır. Evin tikintisi başa çatdırılmamış, 2016-cı ildə Tahir avtomobil qəzasında dünyasını dəyişmiş, ölümündən təxminən bir il sonra evin damının şiferini vurub damı bağlamışlar, ondan sonra evdə iş getməmişdir. Evdə yaşayış da olmamış, çünki yaşamaq üçün hazır vəziyyətə gətirilməmişdir. Tikintisi yarımçıq saxlanılmış və hasarı olmayan evin qapı və pəncərələri də qurulmamışdır. Mərhum Tahirin ailə üzvləri çox az hallarda gəlib-getmişlər, ev və torpaq demək olar ki, nəzarətsiz, baxımsız qalmışdır. 2023-cü ilin əvvəlindən tanımadığı şəxslərin həmin torpağa gəlməsini görüb mərhum Tahirin qardaşı Hüseynə zəng vurmuş və evin satılıb-satılmaması, kiməsə verilməsi ilə maraqlanmış, bildirmişdir ki, evə kimlərsə daxil olmuş, hərəkətlərindən görünmüşdür ki, məskunlaşmaq istəmişlər. Bundan sonra Hüseyngil özləri vəziyyətlə maraqlanmışlar. Sonradan eşitmişdir ki, kimsə sahiblərindən xəbərsiz evi satmış, buna görə də mərhum Tahirin arvadı ev sahibi kimi polisə şikayət etmişdir. Polisdə araşdırma aparılanda özü də izahat vermiş, ona məlum olanları bu ifadəsində göstərdiyi kimi bildirmişdir. Onu deyə bilər ki, 2023-cü ilin yay aylarında evə köçmüş şəxslər hal-hazırda da yaşamaqda davam edirlər. Evin kim tərəfindən, hansı şərtlərlə, kimə satılmasının iştirakçısı və şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şamxəlil oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində 2018-ci ildən məskunlaşmışdır. Orada yaşamağa başlayan vaxtda artıq qonşuluqdakı ikimərtəbəli tikintisi yarımçıq saxlanılmış ev olmuşdur. Evin damı örtülmüş olsa da, qapı və pəncərələri olmamışdır. Həmin evin sahibi ilə şəxsi tanışlığı olmamışdır. Qonşulardan eşitdiyinə görə bu evin sahibi əslən Naxçıvandan olan Tahir adlı şəxs olmuş, həmin şəxs rəhmətə getmişdir. Onlar orada yaşayandan mərhum Tahirin qardaşı Hüseyn həmin həyətə gəlib nəzarət etmiş, amma ailə üzvlərinin oraya tez-tez gəlməsini görməmişdir. 2023-cü ilin yay aylarında, dəqiq tarixi xatırlamır, həmin evdə tanımadığı şəxslər təmir işləri görəndən sonra köçüb yaşamağa başlamışlar, hal-hazırda da yaşamaqda davam edirlər. Mərhum Tahirin evinin kim tərəfindən, hansı şərtlərlə, kimə satılması barədə məlumatı olmamışdır. 2023-cü ildə həmin evlə bağlı polisə çağırılıb izahat verəndə eşitmişdir ki, ev sahibləri onlara məxsus həyətin və evin qanunsuz yol ilə satılmasından narazı olaraq polisə şikayət vermişlər. Özü bu işlərin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində 2014-cü ildə yeni inşa etdiyi evdə ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin arxa tərəfindəki torpaq sahəsində Tahir Abdinov adlı şəxs yaşayış evi tikdirmişdir. İki mərtəbəli olan həmin evin tikintisi sonradan yarımçıq qalmış, ev tam tikilənə qədər Tahirin avtomobil qəzasında öldüyünü eşitmişdir. O vaxtdan həmin ev gördüyü vəziyyətdə qalmışdır. Tikintisi yarımçıq saxlanılmış və hasarı olmayan bu evə mərhum Tahirin ailə üzvləri çox az hallarda gəlibgetmişlər, ev və torpaq demək olar ki, nəzarətsiz vəziyyətdə qalmışdır. O, bir qonşu kimi mərhum Tahirin evinə arabir baxmış, ötəri nəzarət etmişdir. 2023-cü ilin əvvəlindən tanımadığı şəxslərin həmin torpağa gəlməsi ilə rastlaşmış, gələnlər baxıb getmişlər, amma kimin hansi məqsədlə evə baxmasını bilməmişdir. 2023-cü ilin yay aylarında isə tanımadığı şəxslərin konkret olaraq həmin evə daxil olduqlarını görmüş, mərhum Tahirin qardaşı Hüseynə zəng vurub evi kiməsə satıb-satmadıqları ilə maraqlanmış, evə kimlərinsə daxil olub məskunlaşmaq istədiklərini bildirmişdir. Hüseyn evin heç kimə satılmadığını bildirmişdir. Bundan sonra mərhum Tahirin arvadının həyətinə gəldiyini görmüşdür. O vaxtlarda məlum olmuşdur ki, evi sahibindən xəbərsiz satmışlar, buna görə də ev sahibi polisə şikayət etmişdir. Polisdə araşdırma aparılanda özü də izahat vermiş, ona məlum olanları bu ifadəsində göstərdiyi kimi bildirmişdir. Onu deyə bilər ki, 2023-cü ilin yay aylarında evə köçmüş şəxslər hal-hazırda da yaşamaqda davam edirlər. Mərhum Tahirin evinin kim tərəfindən, hansı şərtlərlə, kimə satılmasının iştirakçısı və şahidi olmamışdır. Şahidlər Şahid2 və Şahid9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, fərdi qaydada ustalıqla məşğul olur, bina və ev tikintisində dam örtüklərinin vurulması işlərini görür. Bakı şəhəri, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində həyətyanı torpaq sahəsi və evi olan mərhum Tahir Abdinov onun atasının yaxın tanışı olmuşdur. Tahirin Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində olan ikimərtəbəli evinin dam örtüyünü özü vurmuş, işinə görə pul almamışdır. Bir müddət sonra, təxminən 2015-2016-cı illərdə, dəqiq tarix yadında qalmayıb, Tahir avtomobil qəzasında rəhmətə getmişdir. Mərhum Tahirin ölümündən sonra evinin tikintisi yarıda qalmış, ev pəncərəsiz, qapısız olduğuna görə nəzarətsiz qalmışdır. Ondan başqa da Tahirin evinin tikintisində adlarını bilmədiyi ustalar da işləmişlər. Həmin evə Tahirin başqa ailə üzvləri də nəzarət etmişlər. Mərhum Tahirin ailəsinə məxsus evin başqası tərəfindən qanunsuz satılması barədə polisdə izahat verəndə eşitmiş, özü bu hadisələrin şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid9 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində 2013cü ildən məskunlaşmışdır. Burada yaşamağa başlayanda ətrafda evlər çox az və birbirindən aralı məsafələrdə yerləşmişlər, yəni yaşayış evlərinin indiki sıxlığı olmamışdır. 2014-cü ildə yaxınlıqda bir neçə ev tikilmişdir. Həmin vaxt qonşuluqda ev tikən, o vaxta qədər tanımadığı Tahir adlı şəxs ona yaxınlaşıb özünü təqdim etmiş və yeni tikilən evin sahibi olduğunu bildirmişdir. Eyni zamanda Tahir demişdir ki, özü şəhərdə yaşadığına görə tikinti aparılan həyətinə həmişə nəzarət edə bilmir, ona görə də ondan xahiş etmişdir ki, qonşu kimi mümkün qədər həyətə nəzarət etsin. Tahir lazım olanda əlaqə saxlamaq üçün telefon nömrəsini də ona vermişdir. Bir müddət sonra yeni tikilən evlə ərazi icra nümayəndəsi və polis əməkdaşları maraqlanmışlar. O, Tahirə zəng vurub bu barədə məlumat vermiş və sonuncunu çağırmışdır. Tahir onun zəngindən sonra gəlib icra nümayəndəsi və polis nümayəndəsi ilə tanış olub danışmış, bundan sonra evin tikintisini davam etdirmişdir. Bundan bir müddət sonra isə Tahirin avtoqəzada öldüyünü eşitmişdir. Tahirin ölümündən sonra qohumları az-az hallarda gəlib həyətə baxmışlar, demək olar ki, həyət nəzarətsiz buraxılmışdır. Mənim isə Tahirin qohumları ilə əlaqəsi yox idi. 2023-cü ilin yay aylarında eşitmişdir ki, mərhum Tahirin torpağını və evi kimsə almış, ev sahibinin qohumları bu məslədən xəbər tutub evi satan və alan şəxslərlə münasibətlərini araşdırırlar. Hal-hazırda həmin həyəti kimsə tutub orada yaşayır. Özü evin satılması ilə bağlı işlərdə iştirak etməmiş, amma onu deyə bilər ki, bu ünvanda yaşadığı müddətdə həyəti ilkin olaraq mərhum Tahir almış, ondan sonra oraya kiminsə sahib çıxmasını görməmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-118/2024 nömrəli iş üzrə 20 aprel 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-227/2024 nömrəli iş üzrə 17 iyul 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün həddində, yəni 07 avqust 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 aprel 2024-cü ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə zərərçəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 aprel 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-69/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-69/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver