Məhkəmə qərarları › İş №1(010)-7/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-7/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-7/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təli oğlunun iştirakı ilə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1990-cı ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, boşanmış, orta təhsilli, “Dəcəllər” uşaq baxım evinin rəhbəri olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz şəhəri, Puşkin küçəsi, 42 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yeni yaşayış massivində yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 11 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət və Uçot İdarəsi tərəfindən ********** nömrəli VÖENlə qeydiyyata alınmış sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs – fərdi sahibkar kimi 2018-ci ilin aprel ayının sonlarında şifahi razılaşma əsasında icarəyə götürdüyü Şahid2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində “Dəcəllər” uşaq baxım evini təşkil etməklə, öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, baxım evində işləmək üçün ona müraciət edən şəxslərə özünü bağçanın rəhbər vəzifəli şəxsi kimi təqdim edib onların inam və etibarını qazanaraq, həmin şəxsləri işə götürmək niyyəti olmadan guya baxçanın fəaliyyət göstərməsi ilə əlaqədar ərzaq, əşya və digər ləvazimatların alınması, icarə haqqı və digər xərclərin qarşılanması üçün müəyyən vəsaitin tələb olunmasını bildirməklə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli Qanununa əsasən təşkil etdiyi bağçanın məktəbəqədər təhsil müəssisəsi kimi müvafiq lisenziya alındıqdan sonra fəaliyyət göstərməli olduğu halda, lisenziya almadan və almaq üçün müraciət etmədən bağçanın gələcəkdə fəaliyyət göstərməsinin mümkün olmadığını bilərək həmin şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində, yəni onları guya bağçaya işə götürəcəyi və aralarında rəsmi əmək müqaviləsi bağlanacağı, baxçada işləyəcəkləri müddətin əmək stajına hesablanacağı ilə bağlı özü üçün birbaşa yolla maddi nemət olan 500 – 1.500 manat pulun rüşvət kimi verilməsinin zəruriliyini yalandan bildirib aldadaraq, ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə, o cümlədən Zərərçəkmiş şəxs1 2018-ci ilin aprel ayında “Dəcəllər” uşaq baxım evinin fəaliyyət göstərdiyi həmin evdə 900 manat, Zərərçəkmiş şəxs2 Nəcməddin qızından 18 aprel 2018-ci il tarixdə sonuncunun əri Şahid1 ilə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində görüşüb götürməsi üçün göndərdiyi istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə 1.500 manat, X1 26 aprel 2018-ci il tarixdə “Dəcəllər” uşaq baxım evinin fəaliyyət göstərdiyi həmin evdə 1.000 manat, Zərərçəkmiş şəxs4 2018-ci ilin aprel ayında baxım evinə menecer kimi təyin etdiyi və cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs8 vasitəsilə həmin evdə 1.000 manat, Zərərçəkmiş şəxs5 17 may 2018-ci il tarixdə həmin evdə şəxsən 1.000 manat, Zərərçəkmiş şəxs6 cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs8 vasitəsilə həmin evdə 23 iyun 2018-ci il tarixdə 500 manat, 2018-ci ilin avqust ayında 500 manat, 2018-ci ilin sentyabr ayında 500 manat olmaqla, cəmi 1.500 manat və Zərərçəkmiş şəxs7 18 sentyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs8 vasitəsilə həmin evdə 500 manat olmaqla, ümumilikdə 07 nəfər şəxsdən cəmi 7.400 (yeddi min dörd yüz) manat məbləğində pul vəsaitini alaraq, onlarla hər hansı müqavilə bağlamadan və bununla bağlı mühasibatlıq sənədləri tərtib etmədən həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə həmin şəxslərə xeyli miqdar təşkil edən cəmi 7.400 (yeddi min dörd yüz) manat ziyan vurmaqla dələduzluq etmiş və xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə ediləcək hərəkətə görə birbaşa yolla özü üçün maddi nemət olan pulu rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zülfiyə Abbasova, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, göstərilən qaydada qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs-fərdi sahibkar kimi 2018-ci ilin aprel ayının sonlarında şifahi razılaşma əsasında icarəyə götürdüyü Şahid2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində “Dəcəllər” uşaq baxım evini təşkil etməklə, məcburi sosial sığorta ayırmalarından və digər ödənişlərdən azad olunmaq üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 46 və 49-cu maddələrində nəzərdə tutulmuş qaydada əmək münasibətlərinə daxil olan hər bir şəxslə əmək müqaviləsi bağlamalı və bununla əlaqədar əmək müqaviləsinin bildirişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etməli olduğu halda, həmin tələbləri yerinə yetirmədən, yəni əmək müqaviləsi bağlanmadan və müqavilə hüquqi qüvvəyə minmədən “Dəcəllər” uşaq baxım evində xeyli sayda - 12 nəfər işçini, o cümlədən Zərərçəkmiş şəxs1 2018-ci ilin may ayında, həmin ilin sentyabr ayından 2019cu ilin aprel ayınadək, Zərərçəkmiş şəxs2 Nəcməddin qızını 2018-ci ilin may ayından dekabr ayınadək, X3 2018-ci ilin may ayından 2019-cu ilin iyul ayınadək, Zərərçəkmiş şəxs4 2018-ci ilin sentyabr-noyabr aylarında, Zərərçəkmiş şəxs5 2018-ci ilin iyun-iyul aylarında, Zərərçəkmiş şəxs6 2018-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək, Zərərçəkmiş şəxs8 2018-ci ilin may ayından 2019-cu ilin yanvar ayınadək, Zərərçəkmiş şəxs9 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayınadək, X9 2018-ci ilin may-iyun aylarında, Zərərçəkmiş şəxs7 2018-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayınadək, Zərərçəkmiş şəxs11 2018-ci ilin noyabr-dekabr aylarında və Zərərçəkmiş şəxs12 2018-ci ilin dekabr ayından 2019-cu ilin mart ayınadək tərbiyəçi, dayə, müəllimə, aşpaz, nəzarətçi və psixoloq kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 11 iyul 2016-cı ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. 2018-ci ilin yaz aylarında uşaq baxım evi təşkil etmək üçün həmin ilin mart ayında “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialından 8.000 manat kredit almış, bağçanın təşkili üçün isə 2018-ci ilin aprel ayında ünvan 3 ünvanında yerləşən üçmərtəbəli həyət evini ev sahibi Şahid2 şifahi razılıq əsasında icarəyə götürmüşdür. Götürdüyü kreditlə bağça üçün avadanlıqlar, əşyalar almış, lakin vəsait kifayət etmədiyindən tanışı Zərərçəkmiş şəxs8 da şərikli işləməyi təklif etmişdir. O, razılaşaraq ümumi işləri üçün 4.000 manat pul qoymuşdur. Beləliklə, 25 aprel 2018-ci il tarixdə həmin uşaq baxım evinin açılışı olmuşdur. Açılışadək bağçaya Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 müraciət edərək şifahi şəkildə işə düzəlməsinə dair razılığa gəlmişlər. Həmin şəxslərlə işə qəbul olunması ilə bağlı ilkin danışıq zamanı onların bağçaya rəsmi işə qəbul olunacaqlarını, aralarında əmək müqaviləsi bağlanacağını, rəsmi əmək haqqı alacaqlarını demiş və işə qəbul üçün onlardan müxtəlif məbləğlərdə - Zərərçəkmiş şəxs1 900 manat, Zərərçəkmiş şəxs2 1.500 manat, Zərərçəkmiş şəxs3 1.000 manat pul almışdır. Qeyd olunan şəxslərdən pulu işə qəbul olunacaqları və işləyəcəkləri adı ilə alsa da, əslində həmin pulu bağçanın fəaliyyəti üçün müvafiq şəraitin təşkili, zəruri avadanlıq və əşyaların alınmasına sərf etmişdir. Belə ki, bağça fəaliyyətə başlayarkən əksər zəruri mebellərin, əşyaların alınmasını, təmir və s. işləri həll etmişdir, lakin, bəzi əşyaları nisyə aldığından və işləri nisyə icra etdirdiyindən borcları olmuşdur ki, işçilərə bu barədə demək istəməmişdir. Çünki, bağça müdiri kimi nüfuzdan düşmək istəməmişdir. O, bağçanın körpələrə baxım evi kimi xidmət göstərməsi ilə yanaşı, həm də məktəbəqədər təhsil bağçası kimi fəaliyyət göstərməsi üçün lisenziya tələb olunduğunu bilmişdir. Hətta, Qaraçuxur qəsəbəsində “Dəcəllər” uşaq baxım evini açmamışdan əvvəl “Asan Xidmət” Mərkəzindəki vergi xidməti göstərən sektorda bununla maraqlanmış, lakin lisenziyanın verilməsi ilə bağlı çox ciddi tələblərin olduğunu öyrəndiyindən həmin razılığı-lisenziyanı ala biləcəyini güman etməmiş, belə bir planı da olmamışdır. Odur ki, işçilərin bəzilərini işə götürərkən də onlara rəsmi işə götürüləcəkləri, əmək müqaviləsi bağlanacağı, əmək stajı hesablanacağını vəd versə də, əvvəlcədən belə bir fikri olmamışdır. O, bu şəkildə icazəsiz fəaliyyət göstərərkən dövlət orqanları tərəfindən fəaliyyəti yoxlanılan zaman sadəcə bağçanın fəaliyyətini dayandırılacağını güman etmiş, lisenziyasız müvafiq fəaliyyətlə məşğul olmağın, habelə xeyli sayda işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb olunmasının cinayət məsuliyyətinə səbəb olacağını bilməmişdir. Qaraçuxur qəsəbəsində açılmış “Dəcəllər” uşaq baxım evi 2018-ci ilin may ayından 2019-cu ilin iyun aymadək fəaliyyət göstərmişdir. Fəaliyyətə başladıqdan sonra orada menecer, yəni nəzarətçi kimi təyin etdiyi Zərərçəkmiş şəxs8 işləmiş, 2019-cu ilin yanvar ayının sonunda işdən ayrılmışdır. Həmin dövr ərzində Zərərçəkmiş şəxs8 bağçanın gündəlik fəaliyyətini idarə etmişdir. O, arabir həmin bağçaya gəlib-getsə də, onun rəhbəri özü olmuş, Zərərçəkmiş şəxs8 bağçanın idarə olunması ilə bağlı ciddi məsələlər barədə ona məlumat vermiş, onun tapşırığı ilə hərəkət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həqiqətən də o, bağçaya rəsmi işə qəbul olunması adı ilə 2018ci ilin aprel ayında Zərərçəkmiş şəxs4 1.000 manat, Zərərçəkmiş şəxs5 2018-ci ilin may ayında 1.000 manat, Zərərçəkmiş şəxs6 1.500 manat, Zərərçəkmiş şəxs7 500 manat pul almışdır. Çox zaman bağçada olmadığından Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 pul alarkən onu menecer Zərərçəkmiş şəxs8 verməsini, sonuncuya isə həmin şəxslərdən müvafıq məbləğlərdə pulun alınmasını tapşırmışdır ki, sonra həmin pulu bağçaya gəlib ondan almışdır. Yəni, Zərərçəkmiş şəxs8 qeyd olunan şəxslərdən pul istəməsi yə almasında heç bir rolu, marağı və məsuliyyəti olmamışdır. Zərərçəkmiş şəxs8 bağçanın fəaliyyətində onunla şərik olmaq üçün artıq bağça fəaliyyətə göstərməyə başladıqdan sonra verdiyi 4.000 manat şəxsi borclarına xərclənmişdir. Zərərçəkmiş şəxs8 ilə aralarında olan razılığa əsasən bağçanın gəliri (onun əmək haqqından başqa) aralarında bölünməli olmuşdur. Lakin, bağçanın heç bir gəliri olmadığından Vüsalə ilə heç bir gəlir bölməmişlər. Daxil olan vəsait yalnız bağçanın icarə, kommunal, ərzaq və işçilərin əmək haqqı xərclərinə çatmışdır. 2019-cu ilin yanvar ayının sonlarında bağçaya az sayda uşaq gəlməsi ilə əlaqədar vəsait yetmədiyindən Zərərçəkmiş şəxs8 ev sahibi ilə icarə haqqının aşağı salınması və ya onun verilməsinin ertələnməsi ilə əlaqədar aralarında narazılıq yaranmış, bundan sonra Vüsalə işdən ayrılmışdır. Həmin bağçanı 2019-cu ilin iyun ayınadək ev sahibi Şahid2 və arvadı Hökümə Hüseynova idarə etmişdir. Həmin dövrdə arabir bağçaya gedib onun fəaliyyəti və gəlirləri ilə maraqlanmışdır. Lakin, həmin dövrdə də gəlir olmamışdır. 2019-cu ilin iyun ayından ev sahibləri ilə aralarında yaranmış narazılıq səbəbindən həmin bağçadan tamamilə ayrılmışdır. Onun sonrakı fəaliyyətindən məlumatsız olmuşdur. Qaraçuxur qəsəbəsində təşkil etdiyi “Dəcəllər” uşaq baxım evində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 başqa Zərərçəkmiş şəxs9, Liana Fəmanova, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 ad və soy adlı şəxslər də faktiki işləmişlər ki, onlarla da heç bir rəsmi əmək müqaviləsi bağlanmamışdır. Qeyd olunan digər şəxslər iş üçün menecer Zərərçəkmiş şəxs8 müraciət etmiş, sonuncu bu barədə ona məlumat vermiş və razılıq verdikdən sonra onlar bağçada işləmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən cavanlığını, hamilə olmasını nəzərə alaraq barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 25 fevral 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş X4 göstərmişdir ki, 2018-ci ilin aprel ayının 25-də yaşadığı evin yaxınlığında, yəni ünvan 2 ünvanında “Dəcəllər” uşaq baxım evinin açılışı olmuşdur. Bağça qeyd olunan ünvanda yerləşən üç mərtəbəli fərdi yaşayış evində təşkil edilmişdir. Həmin evin sahibi Həsənin arvad Hökümə xanım evlərini bağça kimi fəaliyyət göstərməsi üçün icarəyə verdiklərini deyərək, istəsə həmin bağçada işləmək üçün bağçanın müdiri Vüsalə xanıma müraciət etməsini məsləhət görmüşdür. 24 aprel 2018-ci il tarixdə bağçada tərbiyəçi kimi işləmək məqsədilə sözügedən ünvana gedib ilk dəfə gördüyü Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs işə qəbul etməsi üçün 1.000 manat pul istəmiş, həmin pulun müqabilində onunla əmək müqaviləsi bağlayacağını, iş stajının yazılması üçün əmək kitabçasının açılacağını bildirmişdir. Qohumlarından borc tapıb 1.000 manat pulu 26 aprel 2018-ci il tarixdə, saat 12 radələrində, ünvan 2 ünvanında yerləşən “Dəcəllər” uşaq baxım evində Təqsirləndirilən şəxs vermişdir. Beləliklə, 26 aprel 2018-ci il tarixdən bağçada tərbiyəçi kimi fəaliyyətə başlamışdır. Onunla eyni zamanda Aygün adlı şəxs də işə başlamışdır. İlk əvvəl qrupda uşaq sayı az (3-4) olsa da, sonradan 15-16 nəfərədək artmışdır. Vüsalə ilə aralarında olan razılığa əsasən 2018-ci ilin oktyabr ayınadək ayda 150 manat əmək haqqı alırmış, həmin aydan 2019-cu ilin iyul ayınadək 200 manat olmaqla əmək haqqı almışdır. 2019-cu ilin iyul ayından öz istəyi ilə bağçada işləmir. Həmin dövrdə ondan başqa bağçada Elnarə, Bəyaz, Samirə, Liana və digərləri işləmişdir. Maaş az olduğundan işçilər tez-tez dəyişmiş, sözügedən dövrdə bağçada tək aşpaz vəzifəsində 6-7 nəfər ayrı-ayrı şəxslər işləmişdir. Bağçanın müdiri Təqsirləndirilən şəxs olsa da, o, demək olar ki bağçaya gəlib getməmiş, bağçaya onun təyin etdiyi menecer Zərərçəkmiş şəxs8 rəhbərlik etmişdir. Əmək haqqını ayın sonunda nağd şəkildə Zərərçəkmiş şəxs8 almışdır. Zərərçəkmiş şəxs8 2019-cu ilin fevral ayınadək orada işləmiş, sonradan icarədar Həsən müəllimlə aralarında yaranmış narazılıq səbəbindən işdən çıxmışdır. Onların narazılıqları Zərərçəkmiş şəxs8 icarə haqqı olan 1.000 manatı, kommunal xərcləri vaxtında ödəməməsi və s. bağlı olmuşdur. 2019-cu ilin fevral ayından Vüsalənin əvəzinə bağçanı Həsən müəllim arvadı Hökümə ilə idarə etməyə başlamışlar. Davamiyyət az olduğundan və gəlir olmadığından onların deməsinə görə Təqsirləndirilən şəxs bağçanın fəaliyyətindən pul verməmişlər. Daxil olan vəsait kommunal xərclərə, icarə haqqına, müəllimələrin əmək haqqı və uşaqların yemək-içmək xərclərinə getmişdir. Həqiqətən də bağçada tərbiyə alan uşaqların sayı ilə hesabladıqda bunu görmək olmuşdur. Bağça fəaliyyətə başladığı gündə uşaqların yatması üçün çarpayılar, stol-stul, şkaf, xalça, oyuncaq və s. ilə tam təmin olunmuş vəziyyətdə olmuşdur. Hətta ərzaq belə alınmışdır. Bağçanın fəaliyyət göstərməsi üçün Təqsirləndirilən şəxsnm hansı rəsmiləşmələr aparmasını, lisenziyasının olub-olmamasını, vergi verib-verməməsini bilməmişdir. Belə ki, o, bağçada tərbiyyəçi-baxıcı işləmiş, bu məsələlərlə məşğul olmamışdır. Bağçada heç bir əmək müqaviləsi bağlamadan işləmiş, işlədiyi dövrdə (aprel 2018- iyul 2019) ümumilikdə 2.750 manat əmək haqqı almışdır. Zərərçəkmiş şəxs8 işdən çıxdıqdan sonra əmək haqqını Həsən və ya arvadı Hökümədən almışdır. Uşaqların valideynlərindən aylıq pulu da özləri almışlar. Zülfiyə Abbasova daha sonra ifadəsində göstərmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Dəcəllər”və “Manuscript book” yazılmış, göy rəngli qeydiyyat kitabında olan qeydlər uşaqların davamiyyəti, ödənişləri, işçilərin əmək haqqıları ilə bağlı qeydlərdir. Əmək haqqı qeydləri kitabda tam qeyd olunmamışdır. Kitabın son səhifələrində əmək haqqının işçilər tərəfindən alınmasına dair cədvəl də tərtib edilmişdir ki, qeydlər yarımçıq aparılmışdır. Jurnalı bağça açıldığı ilk dövrlərdə bağçanın qeydiyyatçısı Zərərçəkmiş şəxs2, sonralar Zərərçəkmiş şəxs8, 2019-cu ilin fevral ayından isə Hökümə xanım yazmışdır. Sonda Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 25 fevral 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 göstərmişdir ki, o, təxminən 10 ildən çoxdur ki, Bakı şəhərində yaşayır. Əvvəllər müxtəlif yerlərdə işləmişdir. 2018-ci ilin avqust aymda işsiz olduğundan iş axtararkən yaşadığı Qaraçuxur qəsəbəsində küçədə divara yapışdırılmış elanda “Dəcəllər” uşaq baxım evində rus dili, aşpaz, dayə və s. iş təklifi barədə məlumat almışdır. Elanda qeyd olunmuş xatırlamadığı nömrəyə zəng edib işlə maraqlanmışdır. Zəngə cavab verən xanım ona ünvanı izah etdikdən sonra ünvan 2 ünvanında yerləşən “Dəcəllər” uşaq baxım evinə getmişdir. Orada özünü bağçanın meneceri kimi təqdim edən Zərərçəkmiş şəxs8 ilə görüş, sonuncu ilə bağçada dayə kimi işləməsi barədə razılığa gəlmişlər, onun aylıq maaşı 150 manat olmaqla bağçada hər gün (bazar günü istisna olmaqla) səhər saat 8-dən 18-dək aşağı qrup sayılan 2-3 yaşlı uşaqlara baxacaqdır. Danışıq zamanı aralarında işə qəbul olunması ilə bağlı onunla əmək müqaviləsi bağlanacağı barədə söhbət olmamışdır. İşə qəbul olunarkən bağça artıq fəaliyyət göstərmiş, bağçanın təşkil edildiyi üçmərtəbəli evdə bütün şərait, yəni sinif otaqlarında stol-stul, yataqlar, oyuncaqlar və s. vardı. Bağçada aşağı qrup sayılan 2-3 yaşlı uşaqlara baxılmış, orta qrup 3-4 yaşlı uşaqlarla əyləncəli oyunlar aparılmış, ilkin dünyagörüşü ilə bağlı bilgilər öyrədilmiş, 5-6 yaşlı uşaqlara isə artıq məktəbə hazırlıq üçün rus və ingilis dili dərsləri, ətraf aləmlə tanışlıq, dünyagörüşü və s. dərslər keçirilmişdir. Beləliklə, növbəti gün, yəni 25 avqust 2018-ci il tarixdə işə başlamışdır. Bağçada işləyərkən ondan başqa aşağı qrup uşaqlara baxan Zərərçəkmiş şəxs3, orta qrupla məşğul olan Elnarə, rus dili müəlliməsi Rəhilə, aşpaz Nərmin, nəzarətçi Aygün, psixoloq Sevda, ingilis dili müəlliməsi Bəyaz işləmişdir. O, 2019-cu ilin fevral ayının 05-dək həmin bağçada işləmişdir. 2019-cu ilin fevral ayından icarə haqqı ödənilmədiyindən Zərərçəkmiş şəxs8 ilə bağçanın fəaliyyət göstərdiyi üçmərtəbəli evin sahibi Həsən və Hökümə arasında narazılıq yaranmış, Vüsalə işdən çıxmışdır. Həmin vaxt özü də Zərərçəkmiş şəxs8 işdən çıxdığı üçün könüllü işdən çıxmışdır. Bundan sonra həmin bağçaya getməmiş, orada işləməmişdir. Bağçanın meneceri Zərərçəkmiş şəxs8 olsa da, bağçanın müdiri soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı xanım olmuşdur. O, arabir bağçaya gəlib getmişdir. Onunla aralarında işçi kimi yaxşı münasibət olmuşdur. İşə qəbul olunmasında müdir Vüsalə xanımın heç bir rolu olmamışdır, onu Zərərçəkmiş şəxs8 işə götürmüşdür. İşə götürülərkən ondan heç nə, o cümlədən pul və s. tələb olunmamışdır. Bağçada qeyrirəsmi işləmiş, hər ayın sonu 150 manat əmək haqqını Zərərçəkmiş şəxs8 almışdır. “Dəcəllər” uşaq baxım evinin rəhbəri Təqsirləndirilən şəxs bağçaya işçiləri pul müqabilində götürməsi barədə bağçada işləyərkən işçilərin danışığından eşitmişdir. Bildiyinə görə Aygün, Elnarə və Zülfiyyədən işə götürülərkən pul alınmışdır. Lakin, pulun məbləği, hansı şəraitdə istənilməsi və alınması barədə ətraflı məlumatı yoxdur. İşə qəbul olunarkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs8 ondan pul və s. istəməmiş və almamışdır. Eyni zamanda onun rəsmi işə götürülməsi, əmək müqaviləsi bağlanılması barədə həmin şəxslər tərəfindən təşəbbüs göstərilməmiş, ümumiyyətlə aralarında belə bir danışıq olmamışdır. Sonda Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 10 mart 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, o, 2018-ci ilin iyun ayından ünvan 2 ünvanında “Dəcəllər” uşaq baxım evində müəllimə işləmişdir. Ondan əvvəl həmin bağçada tanışı Zərərçəkmiş şəxs3 işləməyə başlamış, ondan iş barədə maraqlandıqdan sonra, özü də həmin bağçada işləmək qərarına gəlmişdir. Bağçaya gəlib orada menecer Zərərçəkmiş şəxs8 ilə söhbət edərkən, sonuncu ona işə qəbul olunması üçün 1.500 manat pul verməli olduğunu demişdir. Onun deməsinə görə 1.500 manatın müqabilində onunla əmək müqaviləsi bağlanacaq və adına əmək kitabçası açılacaqdır. Zərərçəkmiş şəxs8 verəcəyi 1.500 manatın bağçanın müdiri Təqsirləndirilən şəxs çatacağını demişdir. Həmin təkliflə razılaşıb Zərərçəkmiş şəxs8 ilə qeyd olunan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə, 23 iyun 2018-ci il tarixdə Zərərçəkmiş şəxs8 bağçada 500 manat pul vermiş və həmin gündən əvvəlcə aşpaz kimi işləməyə başlamışdır. Aralarında olan razılığa görə həmin ilin sentyabrından müəllimə kimi işləyəcəkdi, aşpaz kimi 150 manat, müəllimə kimi isə 200 manat alacaqdı. Bundan sonra 2018-ci ilin avqust ayında yenə də Zərərçəkmiş şəxs8 bağçada 500 manat, 2018-ci ilin sentyabr ayında isə yenə də qalan 500 manatı vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs8 zəng edib Təqsirləndirilən şəxs onun qalan 500 manatı da ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan 500 manatı taksi ilə göndərməsini xahiş etmiş, Zərərçəkmiş şəxs8 da həmin pulu taksi ilə göndərmişdir. Təqsirləndirilən şəxs ilk dəfə işə başladıqdan bir həftə sonra görmüşdür. O, arabir bağçaya gəlib-getmiş, bağçanın fəaliyyətinə rəhbərliyi isə Zərərçəkmiş şəxs8 etmişdir. Zərərçəkmiş şəxs8 bağçada 6 ay işlədikdən sonra onunla əmək müqaviləsi bağlanacağını, əmək kitabçasının açılacağını dediyindən həmin vaxtın tamamında bağçada olarkən Təqsirləndirilən şəxs müraciət etmişdir. Vüsalə tezliklə müqavilə bağlanacağını vəd versə də, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. 2019-cu ilin fevral ayından icarə haqqı ödənilmədiyindən Zərərçəkmiş şəxs8 ilə bağçanın fəaliyyət göstərdiyi üçmərtəbəli evin sahibi Həsən və Hökümə arasında narazılıq yaranmış, Vüsalə işdən çıxmışdır. Zərərçəkmiş şəxs8 bağçaya kifayət qədər uşaq gəlmədiyindən vəsait olmadığını, ona görə də icarə haqqının verilmədiyini demişdir. 2019-cu ilin fevral ayında Hökümə işin necə getməsi, gəlirin olub-olmamasını yoxlamaq məqsədilə müvəqqəti bağçanı idarə etməyə başlamışdır. Həmin ilin may ayında Təqsirləndirilən şəxs bir neçə gün gəlib bağçada işləsə də, sonradan işə çıxmamışdır. 2019-cu ilin iyul ayından bağçanın fəaliyyəti dayanmışdır. Bağçada işlədiyi dövrdə cəmi 2.500 manat əmək haqqı almışdır. Ondan başqa bağçada Zülfiyyə, Bəyaz, Aygün, Samirə, Lena və digərləri işləmişdir. Maaş az olduğundan işçilər tez-tez dəyişmişdir. Bağçanın müdiri Təqsirləndirilən şəxs olsa da, o, demək olar ki, bağçaya gəlib getməmiş, bağçaya onun təyin etdiyi menecer Zərərçəkmiş şəxs8 rəhbərlik etmişdir. Əmək haqqını ayın sonunda nağd şəkildə Zərərçəkmiş şəxs8 almış, sonradan maaşı Hökümə xanımdan və ya əri Həsəndən almışdır. Bağçada işləməyə başlayarkən artıq bir neçə ay olmuşdur ki, həmin bağça fəaliyyət göstərmiş, orada çarpayılar, stol-stul, şkaf, xalça, oyuncaq və s. ilə tam təmin olunmuş vəziyyətdə olmuşdur. Bağçanın fəaliyyət göstərməsi üçün Təqsirləndirilən şəxs hansı rəsmiləşmələr aparmasını, lisenziyasının olub-olmamasını, vergi verib-verməməsini bilməmişdir. Belə ki, bağçada müəllimə işləmiş, bu məsələlərlə məşğul olmamışdır. Bağçada heç bir əmək müqaviləsi bağlamadan işləmişdir. Uşaqların valideynlərindən aylıq pulu da menecer Zərərçəkmiş şəxs8, sonralar isə Hökümə və yaxud Həsən almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Dəcəlləri’və “Manuscript book” yazılmış, göy rəngli qeydiyyat kitabında bağçaya gələn uşaqların davamiyyəti, ödənişləri, işçilərin əmək haqqıları ilə bağlı qeydlər aparılmışdır. Əmək haqqı qeydləri kitabda tam qeyd olunmamışdır. Göründüyü kimi kitabın son səhifələrində əmək haqqının işçilər tərəfindən alınmasına dair cədvəl də tərtib edilmişdir ki, orada özü də imza edərək əmək haqqını almışdır. Lakin, göründüyü kimi qeydlər yarımçıq aparılmışdır. Zərərçəkmiş şəxs6 həmin vaxt təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Sonradan 18 may 2021-ci ildə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ərizə ilə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 10 mart 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, 2011-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, 318 saylı orta məktəbdə laborant işləyir. Əmək haqqı ailəsi üçün az olduğundan əlavə iş yeri axtarmışdır. 2018-ci ilin aprel ayında ünvan 2 ünvanında uşaq bağçasının açılacağını öyrənmiş, maraqlanmaq üçün həmin ünvana gedərkən orada özünü bağçanın müdiri kimi təqdim edən Təqsirləndirilən şəxs onun əlaqə nömrəsini götürmüş, ehtiyac olarsa əlaqə saxlayacağını bildirmişdir. Bundan bir neçə gün sonra bağçanın meneceri Zərərçəkmiş şəxs8 ona zəng edərək işə qəbul olunması üçün 1.000 manat pul verməli olduğunu demişdir. Həmin məbləğdə pulu olmadığını dedikdə bu barədə danışmaq üçün bağçaya gəlməsini demiş, bağçada Təqsirləndirilən şəxs ilə görüşüb danışarkən sonuncu tələb etdiyi 1.000 manatdan 100 manat azaltmış, işə götürülməsi üçün 900 manat istəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ilə həmin danışığından sonra səhəri gün (2018-ci ilin aprel ayı) 500 manat gətirib bağçada Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs ona zəng edib qalan 400 manat pulu da aparıb menecer Zərərçəkmiş şəxs8 verməsini tapşırmışdır. O, 400 manatı aparıb bağçada Zərərçəkmiş şəxs8 vermişdir. Bundan sonra 2018-ci ilin may ayının əvvəllərindən bağçada ingilis dili dərsləri keçməyə başlamışdır. Aralarında olan razılığa görə aylıq 150 manat əmək haqqı almalı idi. Lakin, 6 iş günündən (həftədə 3 iş günü olurdu) sonra Zərərçəkmiş şəxs8 ona 70 manat verərək bağçaya uşaqların az gəlməsi ilə əlaqədar onu tətilə göndərmiş və işin sentyabrda başlayacağım bildirmişdir. 2018-ci ilin sentyabr ayının əvvəllərindən yenə bağçada işləməyə başlamış, 2019-cu ilin may ayından orada işləməmişdir. Bağçada işlədiyi dövrdə ondan başqa Elnarə, Zülfiyyə, Samirə, Aygün və digərləri işləmişdir. Maaş az olduğundan işçilər tez-tez dəyişirdi. Bağçanın müdiri Təqsirləndirilən şəxs olsa da, o, demək olar ki, bağçaya gəlib getməmiş, bağçaya onun təyin etdiyi menecer Zərərçəkmiş şəxs8 rəhbərlik etmişdir. Əmək haqqını aym sonunda nağd şəkildə Zərərçəkmiş şəxs8 almışdır. Zərərçəkmiş şəxs8 2019-cu ilin fevral ayınadək orada işləmiş, sonradan icarədar Həsən müəllimlə aralarında yaranmış narazılıq səbəbindən işdən çıxmışdır. Onların narazılıqları Zərərçəkmiş şəxs8 icarə haqqı olan 1000 manatı, kommunal xərcləri vaxtında ödəməməsi və s. bağlı olmuşdur. 2019-cu ilin fevral ayından Vüsalənin əvəzinə bağçanı Həsən müəllim arvadı Hökümə ilə idarə etməyə başlamışlar. Davamiyyət az olduğundan və gəlir olmadığından onların deməsinə görə Təqsirləndirilən şəxs bağçanın fəaliyyətindən pul verməmişlər. Daxil olan vəsait kommunal xərclərə, icarə haqqına, müəllimələrin əmək haqqı və uşaqların yemək-içmək xərclərinə getmişdir. Bildiyinə görə Zərərçəkmiş şəxs8 menecer vəzifəsində işlədiyi dövrdə də eyni vəziyyət olmuşdur. Bağça açıldığı gündən fəaliyyəti üçün lazım olan avadanlıqlarıçarpayılar, stol-stul, şkaf, xalça, oyuncaq və s. ilə tam təmin olunmuş vəziyyətdə olmuşdur. Hətta ərzaq da alınmışdır. Bağçanın fəaliyyət göstərməsi üçün Təqsirləndirilən şəxsnm hansı rəsmiləşmələr aparmasını, lisenziyasının olub- olmamasını, vergi verib-verməməsini bilməmişdir. Belə ki, bağçada müəllimə işləmiş, bu məsələlərlə məşğul olmamışdu'. O, bağçada heç bir əmək müqaviləsi bağlamadan işləmiş, işlədiyi dövrdə ümumilikdə 1270 manat əmək haqqı almışdır. Zərərçəkmiş şəxs8 işdən çıxdıqdan sonra əmək haqqını Həsən müəllimdən və ya arvadı Hökümədən almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Dəcəllər”və “Manuscript book” yazılmış, göy rəngli qeydiyyat kitabında uşaqların davamiyyəti, ödənişləri, işçilərin əmək haqqıları ilə bağlı qeydlər aparılmışdır. Əmək haqqı qeydləri kitabda tam qeyd olunmamışdır. Kitabın son səhifələrində əmək haqqının işçilər tərəfindən alınmasına dair cədvəl də tərtib edilmişdir ki, qeydlər yarımçıq aparılmışdır. Jurnalı bağça açıldığı ilk dövrlərdə bağçanın qeydiyyatçısı Zərərçəkmiş şəxs2, sonralar Zərərçəkmiş şəxs8 aparmışdır. Bağçaya uşaqların az gəlməsi ilə əlaqədar vəsait az olduğundan 2019-cu ilin may ayından yenə tətilə göndərilmişdir. Təqsirləndirilən şəxs ona uşaq sayından asılı olmayaraq ayda 150 manat maaş verəcəyini vəd versə də, sonradan buna əməl, etməmiş, faktiki onu aldadıb 900 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 həmin vaxt təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Sonradan 18 may 2021-ci ildə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 01 sentyabr 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş X12 göstərmişdir ki, təxminən 2018-ci ilin aprel ayında rəfiqəsi Aysel ona Qaraçuxur qəsəbəsində yeni bağça açılması ilə əlaqədar açılış şənliyi olacağını deyərək azyaşlı uşaqları ilə oraya getməyi təklif etmişdir. Onlar birlikdə Qaraçuxur qəsəbəsində “Dəcəllər” uşaq baxım evinin açılışında iştirak etmiş, orada uşaqlar üçün klounlar dəvət edilmiş, musiqili əyləncəli şənlik keçirilmişdir. Orada olarkən sonradan bağçanın müdiri kimi tanıdığı Təqsirləndirilən şəxs özü ona yaxınlaşmış, rus dilində danışdığını eşitdiyini bildirərək bağçada rus dili müəlliməsinin tələb olunduğunu deyib orada işləməyi təklif etmişdir. Deməsinə görə həmin işə başqa işçi nəzərdə tutulsa da, hələlik işə çıxa bilmədiyindən müvəqqəti işçi lazım olmuşdur. Təqsirləndirilən şəxs ona bazar günü istisna olmaqla hər gün səhər saat 8:30-dan 19-dək bağçada rus bölməsi uşaqları ilə məşğul olacağını və ayda 200 manat əmək haqqı alacağını demişdir. Həmin vaxt 5 yaşı olan övladını da özü ilə oraya gətirəcəyi halda endirimlə 50 manat verəcəkdir. Danışıq zamanı aralarında işə qəbul olunması ilə bağlı onunla əmək müqaviləsi bağlanacağı barədə söhbət olmamışdır. Beləliklə, həmin təkliflə razılaşmış və bir həftədən sonra, yəni 2018-ci ilin may ayının 7-də işə çıxmışdır. Bağçanın təşkil edildiyi üçmərtəbəli evdə bütün şərait, yəni sinif otaqlarında stol-stul, yataqlar, oyuncaqlar və s. olmuşdur. 2018-ci ilin may və iyun aylarında bağçada 7-8 nəfərdən ibarət rus bölməsinin 3-4 yaşlı uşaqlarına tərəfindən rus dilində ətraf və heyvanlar aləmi ilə tanışlıq, dünyagörüşü, musiqi, idman və s. dərslər keçilmişdir. Bundan başqa bağçada daha azyaşlı (yasli) uşaqlara da baxılmışdır. Uşaqlar günortalar yatmış, gündə üç dəfə yemək verilmişdir. Bağçada işlədiyi dövrdə orada Vüsalə (menecer), Aygün (nəzarətçi), Zülfiyyə, Samirə, Elnarə və Bəyaz adlı işçilərin də işlədiyini xatırlayır. O, 2018-ci ilin iyul ayında əmək haqqının az olması ilə əlaqədar öz istəyi ilə işdən çıxmış, bundan sonra həmin bağçaya getməmişdir. Bağçada qeyri-rəsmi işlədiyi 2 ayda cəmi 400 manat əmək haqqı almışdır. Maaşı hər ayın sonu menecer Vüsalə xanımdan almışdır. Bağçanın müdiri Təqsirləndirilən şəxs olsa da, o, arabir bağçaya gəlib getmiş, bağçanın işinə menecer Vüsalə nəzarət etmişdir İşə qəbul olunarkən Təqsirləndirilən şəxs ondan heç nə, o cümlədən pul və s. istəməmişdir. “Dəcəllər” uşaq baxım evinin rəhbəri Təqsirləndirilən şəxs bağçaya işçiləri pul müqabilində götürməsi barədə bağçada işləyərkən işçilərin – Samirə, Aygün, Elnarə, Zülfiyyənin danışığından eşitmişdir. Lakin, kimlərdən hansı məbləğdə, hansı şəraitdə pul istənilməsi və alınması barədə ətraflı məlumatı yoxdur. O, işə qəbul olunarkən Təqsirləndirilən şəxs və ya digər bir şəxs ondan pul və s. istəməmiş və almamışdır. Eyni zamanda onun rəsmi işə götürülməsi, əmək müqaviləsi bağlanılması barədə bağça müdiri Təqsirləndirilən şəxs ilə aralarında heç bir danışıq olmamışdır. Özü də işin müvəqqəti olmasını düşünüb buna önəm verməmişdir. “Dəcəllər” uşaq baxım evinin fəaliyyətinin qanuni olub-olmaması barədə heç bir məlumatı yoxdur. Həmin bağçaya işə qəbul olunması və işləməyi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Sonda Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 01 sentyabr 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 göstərmişdir ki, o, 2013-2017-ci illərdə ərzaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan “xxxx” MMC-də satış müdiri işləmişdir. Övladının dünyaya gəlməsi ilə əlaqədar həmin iş əlverişli olmadığından işini dəyişmək qərara gəlmiş, həmin vaxt övladı Banunun Binə qəsəbəsində getdiyi “Dəcəllər” uşaq baxım evinin müdiri kimi tanıdığı Təqsirləndirilən şəxs ona Ramana qəsəbəsində “Dəcəllər” uşaq baxım evinin açılacağını deyərək menecer (idarəçi) vəzifəsini təklif etmişdir. O, Yeni Ramana qəsəbəsində, köhnə “Komsomol” dairəsinin yaxınlığında yerləşən icarəyə götürülmüş ikimərtəbəli fərdi yaşayış evində təşkil edilmiş uşaq bağçasında bir müddət işlədikdən sonra Vüsalə həmin bağçanı Xəyalə adlı qadına təhvil verərək 2018-ci ilin yaz aylarında Qaraçuxur qəsəbəsində yeni uşaq bağçası açacağını bildirmiş, ona həmin bağçada menecer vəzifəsini təklif etmişdir. Beləliklə, razılıq verdikdən sonra Şahid2 adlı şəxsdən icarəyə götürülmüş ünvan 2 ünvanında yerləşən üçmərtəbəli fərdi yaşayış evində uşaq bağçasının təşkili üçün işlərə başlamışdır. Təqsirləndirilən şəxs bağça üçün təxminən 45 uşaqlıq çarpayı, 20 paltar şkafı, xatırlamadığı sayda stol və 50 ədəd stul, mətbəx ləvazimatları almışdır. 2018-ci ilin aprel ayının 25-də bağçanın açılışı olmuş, həmin gündən uşaqlar bağçaya qəbul olunaraq tərbiyə və təhsil almışlar. Bağçanın açılışınadək Təqsirləndirilən şəxs Zülfiyyə və Aygün adlı şəxsləri işə götürmüşdü. Onun menecer kimi əmək haqqı 200 manat təşkil etmişdir. Bağçanın müdiri Təqsirləndirilən şəxs olsa da, bağçanın fəaliyyətinə nəzarət və rəhbərliyi özü icra etmişdir. Vüsalə özü nadir hallarda oraya gəlib getmişdir. Təqsirləndirilən şəxs bağçanın işçiləri- nəzarətçi (resepşn) Zərərçəkmiş şəxs2m, tərbiyəçi-baxıcı Zərərçəkmiş şəxs3, daha sonralar ingilis dili müəlliməsi Zərərçəkmiş şəxs1, azərbaycan dili müəlliməsi Zərərçəkmiş şəxs6, baxıcı Zərərçəkmiş şəxs5, psixoloq Zərərçəkmiş şəxs7 işə götürmüşdür. Özü menecer işlədiyi dövrdə Zərərçəkmiş şəxs9 baxıcı, Nərmin adlı şəxsi aşpaz, Liana və Fatimə adlı şəxsləri müxtəlif vaxtlarda rus dili müəlliməsi kimi işə götürmüşdür ki, onlar qısa müddət bağçada işləyərək sonradan işdən çıxmışlar. Bağçanın gəlirləri oraya gələn uşaqların sayından asılı olduğudan və əmək haqqı aşağı olduğundan, işçilər tez-tez dəyişmişdir. Bağçada məktəbəqədər yaşda (2-6 yaş) olan uşaqlar həftədə 6 gün səhər saat 08-dən axşam saat 19-dək bağçada olmuş, 4-6 yaşlı uşaqlara müxtəlif dərslər (məktəbəqədər hazırlıq dərsləri) keçirilmiş, gün ərzində 5 dəfə yemək verilmişdir. Bağçada aylıq ödəniş uşağın yaşından asılı olaraq 100-150 manat arası təşkil etmişdir. Aylıq ödənişləri əvvəlcə özü, sonradan isə nəzarətçi Zərərçəkmiş şəxs2 toplamış və bu barədə müvafiq jurnalda qeydlər aparılmışdır. Toplanmış pul vəsaitini özü saxlamış, bağçanın fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi ilə bağlı bütün xərcləri, o cümlədən kommunal, icarə, ərzaq, işçilərin əmək haqqı və digər ödənişləri şəxsən özü icra etmişdir. İcarə haqqı 1.000 manat təşkil etmişdir ki, onu hər ayın sonunda ev sahibi Şahid2 qeyri-rəsmi vermişdir. Bildiyinə görə Vüsalə evi əvvəlcə sahibi Həsəndən qeyri-rəsmi, yəni icarə müqaviləsi bağlamadan istifadəyə götürmüş, sonradan (təxminən 2018-ci ilin yay aylarında) nədənsə həmin icarə müqaviləsini Həsənlə başqa bir şəxs bağlamışdır ki, nə üçün Vüsalənin öz adından bağlamadığını bilmir. Ev sahibi Həsən və arvadı Hökümə evin icarəyə verilməsinə baxmayaraq hər şeyə qarışmış, istədikləri vaxt bağçaya gəlib-getmiş, hətta işlərinə də müdaxilə etmişlər. Bu səbəbdən aralarında narazılıqlar olmuşdur. 2018-ci ilin dekabr ayında davamiyyət az olduğundan icarə haqqını çətinliklə ödəmişdir. 2019-cu ilin yanvar ayında isə davamiyyət daha da azaldığından Həsəndən aylıq icarəni 800 manata endirməyi xahiş etmişdir. Lakin, Həsən buna qəti və sərt şəkildə etiraz etmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Ailəsi ilə birlikdə həmin bağçada yaşadığından mübahisə vaxtı oradan çıxmasını tələb etmişdir. Nəticədə 2019-cu ilin yanvar ayının sonlarında həmin evdən, eləcə də işdən çıxmışdır. Bundan sonra həmin bağçaya getməmiş, onun fəaliyyəti ilə maraqlanmamışdır. Yalnız bildiyinə görə Təqsirləndirilən şəxs bağçanı müvəqqəti işlətmək üçün Həsən və Höküməyə təhvil vermiş, onlar isə bir müddət bağçanı işlətdikdən soma Vüsaləni də oradan uzaqlaşdırmışlar. Onlar hətta Vüsaləyə öz əşyalarını da götürməyə imkan verməmişlər. Hazırda bağçanın fəaliyyət göstəribgöstərmədiyini bilmir. Qaraçuxur qəsəbəsində açılmış “Dəcəllər” uşaq baxım evində işlədiyi dövrdə qeyri-rəsmi işə götürülməklə işləmişdir. Eyni zamanda digər işçilər də rəsmi şəkildə işləməmiş, onların əmək müqaviləsi olmamışdır. Bağçanın fəaliyyət göstərməsi üçün Təqsirləndirilən şəxs lisenziya və digər icazə sənədinin olub-olmadığını bilmir. Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsində açılmış “Dəcəllər” uşaq baxım evinə işə götürdüyü Zərərçəkmiş şəxs2 işə götürülməsi üçün 1.500 manat, Zərərçəkmiş şəxs3 isə 1.000 manat pul almışdı. Onun bu barədə ilk əvvəl məlumatı olmamışdır. Sonradan Zərərçəkmiş şəxs5 bağçaya işə düzəlmək üçün müraciət edərkən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və dayə kimi işləmək üçün müraciət olunduğunu bildirmişdir. Vüsalə işə düzəlmək istəyən şəxsə onun rəsmi işə qəbul ediləcəyini, onunla əmək müqaviləsi bağalanacağını deməsini, bu şəkildə işləyib əmək stajı qazanacağını deyərək işə qəbulu üçün 1.000 manat pul verməli olduğunu deməsini tapşırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs istədiyi 1.000 manat pulun qanuni tələb olduğunu düşünmüş və burada hər hansı qanunsuzluq olmasını bilməmişdir. Güman etmişdir ki, əmək stajının yazılması ödənişlidir. Samirə həmin məbləğdə pulu düzəldərək 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs vermiş və bağçada dayə kimi işləməyə başlamışdır. İki aydan sonra Samirə işdən çıxmış və Təqsirləndirilən şəxs verdiyi 1.000 manat pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs Samirənin pulunu qaytarmadığı üçün sonradan onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş, bununla bağlı araşdırma başlanmışdır. Eyni zamanda bağçaya işə götürülmüş Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 da işə götürülməsi ilə bağlı müxtəlif məbləğlərdə pullar alınmışdır. Həmin pulları Təqsirləndirilən şəxs özü şəxsən və yaxud onun tapşırığı ilə alıb Vüsaləyə vermişdir. Zərərçəkmiş şəxs7 işə götürülməsi üçün verdiyi 500 manat pul Təqsirləndirilən şəxs tapşırığı ilə tərəfindən Zərərçəkmiş şəxs2 verilmişdir. Belə ki, Aygün işə qəbul olunarkən menecer vəzifəsində işləyəcəyi ilə bağlı Təqsirləndirilən şəxs ilə aralarında olan razılığa görə sonuncuya 1.500 manat pul vermişdir. Sonradan Aygün menecer kimi deyil, nəzarətçi kimi işləyərkən onun maaşı 300-dən 200 manata endirilmişdir. Buna görə də Təqsirləndirilən şəxs tapşırığı ilə Aygünə 500 manat vermişdir. Yuxarıda qeyd olunan şəxslərdən başqa heç kimdən işə götürülməsi üçün pul alınmamış, eyni zamanda işə götürülmə ilə bağlı alınmış pullardan ona heç nə çatmamışdır. Vüsalənin sonradan ona deməsinə görə işçilərdən işə qəbul zamanı aldığı pullar bağçanın fəaliyyətinə sərf edilmişdir. Belə ki, bağçanın açılışından sonra bağçada müşahidə kameralarının quraşdırılması üçün Niyaməddin adlı şəxsə 1.100 manat, xalçaların alınmasına, jalyüzlərin düzəldilib quraşdırılmasma, rəssam xidmətlərinə, ərzaq alınmasına görə ayrı-ayrı şəxslərə borclar vardır ki, Vüsalə onları hissə-hissə ödəmişdir. Kameraları quraşdıran Niyaməddinlə qohumluq münasibətləri olduğundan Vüsalə onun pulunu bağça fəaliyyət göstərdiyi müddətdə hissə-hissə onun vasitəsi ilə qaytarmışdır. Bundan əlavə bağçada işlədiyi dövrdə bağçanın qazancı daimi olmamış, bir neçə ayda olmuş qazancla isə bağçaya yelləncək alınması və turnik quraşdırılmasına (təxminən 2.000 manat), rəssam xidmətlərinə (600 manat) sərf edilmişdir. Bağçanın işləməsi ilə bağlı xərclər ərzaq, komunal, icarə xərcləri çox olduğundan uşaqların az gəldiyi aylarda ümumiyyətlə pul yalnız qeyd olunan xərclərə (o cümlədən əmək haqqı) çatmışdır, işlədiyi dövrdə bağçaya daxil olan pul vəsaitlərindən Vüsaləyə qazanc (gəlir) kimi heç bir məbləğdə pul verilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs8 ifadəsində Zərərçəkmiş şəxs3 bağçaya işə qəbul olunması üçün Təqsirləndirilən şəxs pul verilməsində heç bir iştirakı olmadığını, Zərərçəkmiş şəxs6 uşaq bağçasına işə qəbul üçün ilk öncə ona müraciət etdiyini, bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu Zərərçəkmiş şəxs6 rəsmi işə götürülməsi üçün 1.500 manat tələb olunmasını deməyi tapşırdığını, öz növbəsində bunu Zərərçəkmiş şəxs6 dediyini, bundan sonra Elnarə bağçada işləməyə qərar verərək ilk 500 manatı Təqsirləndirilən şəxs özünə verdiyini, sonradan ona verdiyi qalan 1.000 manatı isə Təqsirləndirilən şəxs verdiyini, iş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi bəzi xüsusatları təsdiq etmədiyini, belə ki, Bəyazla işə qəbul olunması ilə bağlı danışıq aparmadığını, ondan pul və s. istəmədiyini, Bəyazın özünün Təqsirləndirilən şəxs ilə görüşüb işə qəbulla bağlı razılaşdıqlarını, bu danışıq və razılaşmadan məlumatı olmadığını, Bəyazın həqiqətən də 2018-ci ilin aprel ayında ona 400 manat pul verdiyini, Təqsirləndirilən şəxs həmin pulu götürüb nisyə alınmış müşahidə kameraları üçün ilkin ödəniş kimi Niyaməddinə verməsini tapşırdığını, həmin vaxt Bəyazın nə üçün ona 400 manat verməsini bilmədiyini, ümumiyyətlə buna əhəmiyyət də vermədiyini, bağçada işləmiş Zərərçəkmiş şəxs5 işə qəbul üçün əvvəlcə ona müraciət edərkən bu barədə Təqsirləndirilən şəxs məlumat verdiyini, sonuncu Samirədən işə qəbul üçün 1.000 manat tələb olunmasını deməsini tapşırdığını, öz şəxsi fikri kimi deyil, Vüsalənin tələbini Samirəyə bildirdiyini, sonradan Samirənin 1.000 manat pulu Təqsirləndirilən şəxs verdiyini, həmçinin, Zərərçəkmiş şəxs7 da işə qəbul üçün müraciət edərkən bu barədə Təqsirləndirilən şəxs məlumat verdiyini, sonuncunun Sevdaya işə qəbul üçün 500 manat tələb olunmasını deməsini tapşırdığını, Sevda sonrada işləmək qərarına gəldikdən sonra gətirib ona 500 manat verdiyini, Təqsirləndirilən şəxs tapşırığı ilə həmin pulun Zərərçəkmiş şəxs2 verildiyini göstərməklə, heç kimi pul müqabilində işə götürmədiyini, heç kimdən pul tələb etmədiyini, yalnız bağça müdiri Təqsirləndirilən şəxs tapşırığı ilə iş üçün müraciət etmiş şəxslərə işə qəbulla bağlı müəyyən məbləğdə pul tələb olunduğunu bildirdiyini, həmin pulun qanunsuz tələb olunmasını bilmədiyni, qanuni şəkildə əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, işləməklə əmək stajının yazılması ilə bağlı tələb olunduğunu güman etdiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 tanıyır. O, 2018-ci ilin payız aylarında “Dəcəllər” uşaq baxım evində rəqs müəlliməsi işləmişdir. Onu Təqsirləndirilən şəxs özü işə götürmüşdür. Əslində Günel pianino müəlliməsi olduğundan keçdiyi rəqs dərsləri qənaətbəxş olmamışdır. Təqsirləndirilən şəxs Günelin işindən narazı olduğunu, onun əvəzinə başqa şəxsin işə dəvət olunmasını təklif etmişdir. Lakin, Vüsalə əvvəlcə həmin təkliflə razı olmasa da, sonradan razılaşmışdır. İşlədiyi dövrdə ayağının burxulması ilə əlaqədar Günel işdən icazə almış, sonradan qayıtmaq istəyərkən müəyyən müddət sonra işə çıxmasını demişdir. Bundan sonra Giinel işə çıxmamışdır. Günellə aralarında heç bir qohumluq və digər münasibətlər olmamış, eləcə də onunla heç bir şəxsi və digər narazılığı olmamışdır. Sadəcə bağçadakı uşaqların yaxşı rəqs hazırlıqlarının olması üçün Günelin əvəzinə daha yaxşı rəqs müəlliməsinin işləməsinin tərəfdarı olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 “Dəcəllər” uşaq baxım evinə işə götürərkən 1.000 manat pul istəyib almasından məlumatı yoxdur. Nə Zərərçəkmiş şəxs4, nə də ki, Təqsirləndirilən şəxs ona bu barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs4 bağçaya işə qəbul üçün Təqsirləndirilən şəxs vermək üçün gətirdiyi 1.000 manat pulu sonuncuya çatdırılması üçün ona verməsini xatırlamır. Ola bilsin ki, belə bir hal baş versin, lakin, bunu xatırlamır. Hər bir halda Zərərçəkmiş şəxs4 işə qəbulu ilə bağlı Təqsirləndirilən şəxs pul verməsindən məlumatı yoxdur. Daha sonra Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, “Dəcəllər” uşaq baxım evində işlədiyi 2018-ci ilin may ayından 2019-cu ilin yanvar aymadək olan dövrdə bağçaya hər ay gələn uşaqların sayında asılı olaraq vəsait daxil olmuşdur. Uşaqların yaşından asılı olaraq aylıq ödənişləri 50-150 manat arasında dəyişmişdir. Onların davamiyyəti və ödənişləri barədə qeydlər bağçada gündəlik yazılan jurnalda qeyd olunmuşdur. Bağçanın yerləşdiyi yaşayış evinin icarə haqqı 1.000 manat olmuşdur ki, işlədiyi dövrdə aylıq həmin məbləğdə pul ev sahibi Həsən və yaxud onun arvadı Hökümə Həsənovaya verilmişdir. Lakin, bu barədə heç bir rəsmiləşmə aparılmamışdır. Bağçanın kommunal xərclərinə görə ödənişləri onun tərəfindən “Milli ön” terminal vasitəsilə hər ay gecikmədən ödənilmişdir. Bundan əlavə uşaqların sayından və fəsildən asılı olaraq ərzaq alınmasına 500-1.000 manat arası pul xərclənmişdir. Belə ki, bağçaya 20 uşaq gələrkən təxminən 500 manat, 35 uşaq gələrkən isə 1.000 manata yaxın pul xərclənmişdir. Gündəlik (həftədə 5 dəfə) uşaqlara səhər yeməyinə südlü qoğal (həftədə 1 dəfə), şirin çay, şor – çörək, yumurta qayğanağı (İd), yağ-pendir, qatılaşdırılmış süd (İd), yağ, çay, yumurtalı çörək (İd), cem (İd), nahara dövğa və kartof qızartması (İd), pomidor-xiyar salatı, qıymalı makaron (İd), toyuqlu aş (İd), kartof püresi kotletlə (İd), qarabaşaq ətlə (İd), şam yeməyinə kələm dolması (İd), düşbərə (İd), ətlə bulqur (İd), ətli kartof qızartması (İd) yeməkləri verilmişdir. Bundan əlavə uşaqlara günortalar toyuq, düyü və vermişel şorbası verilmişdir. Habelə saat 11-də uşaqlara mövsümi meyvələr, saat 16-da isə çay saatında çay və şirniyyat təqdim olunmuşdur. Uşaqların yemək təminatında heç vaxt problem yaranmamışdır. Habelə, bağçanın fəaliyyəti ilə əlaqədar müvafiq dövrdə işləmiş işçilərə əmək haqqı verilmişdir. Orta hesabla ayda işçilərə cəmi təxminən 1 100-1 500 manat əmək haqqı ödənilmişdir. Bundan əlavə kommunal xərclərə qışda təxminən 300 manat, yay aylarında isə təxminən 200 manat sərf edilmişdir. Belə ki, ev üçmərtəbəli və böyük olduğundan qızdırılması üçün kombi və üç split sistemli kondisionerdən istifadə olunurdu ki, bu da qaz və elektrik enerjisinin sərfıyyatını artırmışdır. Yayda isə soyutmaq üçün kondisionerlər çox işlədilmişdir. “Dəcəllər” uşaq baxım evində işlədiyi dövrdə bağça gəlir əldə etməmiş, daxil olmuş vəsait elə yuxarıda qeyd olunan xərclərə sərf edilmişdir. Bağçaya daxil olan vəsaitdən gəlir kimi Təqsirləndirilən şəxs pul verməmişdir. Habelə, bağçanın fəaliyyəti ilə əlaqədar müxtəlif vaxtlarda müəyyən ləvazimatların – qab qaşıq, mələfə, oyuncaqlar və s. alınmasına, işlərin görülməsinə pullar sərf olunmuşdur ki, onların hesabatının verməsi mümkün deyildir. “Dəcəllər” uşaq baxım evində işlədiyi dövrdə həmin bağçaya Zərərçəkmiş şəxs9, rus dili müəlimələri Liana, Fatma və aşpaz Nərmini işə götürmüşdür. Adları qeyd olunan şəxsləri işə götürərkən onlarla özü danışmış, əmək haqqı və iş qrafiki barədə razılaşmışdır. Sonra isə bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və onun razılığı ilə işçilər işə götürülmüşlər. Həmin şəxslərin heç birinə rəsmi işə götürüləcəkləri və əmək müqaviləsi bağlanacağı barədə heç nə deməmişdir. Həmçinin, həmin şəxslərə bağçanın rəhbərinin Təqsirləndirilən şəxs olmasını demiş, özü də orada işçi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə bağçaya ondan başqa işə götürdüyü işçilər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 olmuşdur. Zərərçəkmiş şəxs8 həmin vaxt təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Sonradan 17 iyun 2021-ci ildə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ərizə ilə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 08 oktyabr 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Nəcməddin qızı göstərmişdir ki, bacısı Günel Qarayevanın uşağı Xatun Qarayeva əvvəllər Ramana qəsəbəsində yerləşən “Dəcəllər” uşaq bağçasında tərbiyə almışdır. 2018-ci ilin aprel ayında bacısı ona həmin bağçanın Suraxanı rayonu, Qaraxçuxur qəsəbəsində başqa filialının açıldığını və işçi axtarıldığını demişdir. Belə ki, həmin dövrdə özünə iş axtarmışdır. Əri Şahid1 Ramana qəsəbəsində yerləşən “Dəcəllər” uşaq bağçasına gedərək bağça müdiri Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu həqiqətən də tezliklə Qaraçuxur qəsəbəsində bağça açılacağını, işçi tələb olunduğunu bildirmişdir. Vüsalə onu bağçaya menecer kimi, yəni nəzarətçi-rəhbər kimi işə götürülməsi üçün 1.500 manat tələb olunduğunu demişdir. Onun deməsinə görə həmin pulun müqabilində onunla əmək müqaviləsi bağlanacaqdı, adına əmək kitabçası açılacaqdı. Beləliklə, məsləhətləşib razılaşdıqdan sonra əri Nəcib Vüsalə ilə əlaqə saxlamış, sonuncu işə götürülməsi üçün verməli olduqları pulu şəriki kimi təqdim etdiyi hansısa tanışına verməyi tapşırmışdır. Nəcib tanımadığı həmin şəxslə Bakı şəhərində Xəqani (köhnə Torqovaya küçəsi) küçəsində görüşüb pulu ona vermişdir. Bundan sonra 26 aprel 2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Dəcəllər” uşaq baxçasının açılışı olmuşdur. Bundan bir gün əvvəl isə həmin bağçaya gəlib orada digər işçilər - müəllimələr Zülfiyyə, Bəyaz və diglərləri ilə birlikdə təmizlik işləri aparmışdır. Bundan sonra bağçanın meneceri kimi iki ay işlədikdən sonra Təqsirləndirilən şəxs bağçaya Zərərçəkmiş şəxs8 adlı tanışını onun vəzifəsinə təyin etmişdir. Onun özünü isə nəzarətçi (resepşn) işinə keçirmişdir. Menecer kimi ayda 300 manatı şəxsən Təqsirləndirilən şəxs almışdır. Zərərçəkmiş şəxs8 bağçada menecer kimi işə başladıqdan sonra onun maaşı 200 manata endirilmişdir. 2018-ci ilin iyul ayında xəstəliyi ilə əlaqədar məzuniyyətdə olmuş, avqust ayından yenidən işə başlayaraq 2018-ci ilin dekabr ayının sonunadək bağçada işləmişdir, ayda 200 manat olmaqla əmək haqqını menecer Zərərçəkmiş şəxs8 almışdır. İlin sonunda Zərərçəkmiş şəxs8 bağçanın gəlirsiz işləməsi ilə əlaqədar ona məzuniyyətə çıxmasını demişdir. Bu şəkildə iş sərfəli olmadığından işdən çıxmaq qərarına gəlmiş və Zərərçəkmiş şəxs8 işə qəbul olunması üçün verdiyi pulu tələb etmişdir. Həmin vaxt verdiyi 1.500 manatdan 1000 manat qalmışdır. Belə ki, menecer vəzifəsindən nəzarətçi keçirilərkən maaşının azalması ilə əlaqədar 500 manat pul ona Zərərçəkmiş şəxs8 tərəfindən geri qaytarılmışdır. Qalan pulu geri istəmək üçün əri Nəcib Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb danışarkən pulu qaytarmayacağını, ümumiyyətlə onlardan pul almadığını demişdir. Bir neçə dəfə Nəcib Vüsalə ilə əlaqə saxlayıb danışdıqdan sonra sonuncu onlarla əlaqədən yayınmışdır. Qeyd olunan ərəfələrdə Təqsirləndirilən şəxs 1.000 manat pul alıb sözügedən bağçaya dayə kimi işə götürdüyü Samirənin də pulunu qaytarmadığından o, Suraxanı rayon prokurorluğuna şikayət etmişdir. Şikayəti ilə bağlı izahat verməyə gedərkən özü də onunla birlikdə gedib izahat vermişdir. Bundan sonra 2018-ci ilin mart ayında özünü Vüsalənin nənəsi kimi təqdim edən bir şəxs ona zəng edib 1.000 manatı qaytarmaq istədiyini demişdir. Həmin vaxt əri Nəcib Samirənin əri Hüseynlə Vüsalənin Bakı şəhəri, Nobel prospektində yaşayan nənəsinin evinə gedib ondan 1.000 manat pulu almışdır. Orada Samirəgilin pulu da qaytarılmışdır. “Dəcəllər” uşaq baxım evində işlədiyi müddətdə ona cəmi 1.750 (2018-ci ilin iyul ayında 150 manat) manat əmək haqqı verilmişdir. İşlədiyi dövrdə onunla əmək müqaviləsi bağlanmamış, əmək kitabçası açılmamışdır. O, işləməyə başlayarkən şəxsiyyət vəsiqəsinin və texnikomu bitirməyinə dair diplomunun surətini Vüsaləyə təqdim etmişdir. İşdən çıxdıqdan sonrada ona heç bir sənəd verilməmişdir, yəni o, bağçada qeyri-rəsmi işləmişdir. Bağçanın müdiri Təqsirləndirilən şəxs olsa da, o, bağçaya nadir hallarda gəlib-getmişdir. Bağçaya menecer Vüsalə rəhbərlik etmişdir. Bağçada işləməyə başlayarkən orada bağçanın fəaliyyəti üçün tələb olunan avadanlıqlar - çarpayılar, stol-stul, şkaf, xalça, oyuncaq və s. olmuşdur. Bağçanın fəaliyyət göstərdiyi 3 mərtəbəli ev Həsən və Hökümə adlı ər-arvada məxsus olmuşdur. Onlar da arada nəzarət üçün bağçaya gəlib getmişlər. Bağçada uşaqların tərbiyə alması haqqı 100-150 manat arası olmuşdur. Bağçada yay aylarında təxminən 14-15 uşaq, qışa doğru isə artaraq 35-40 nəfər uşaq tərbiyə almışdır. Uşaqların sayı və davamiyyəti barədə qeydiyyat kitabında gündəlik qeydlər aparmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Dəcəllər” və “Manuscript book” yazılmış, göy rəngli qeydiyyat kitabında olan qeydlər uşaqların davamiyyəti, ödənişləri, işçilərin əmək haqqıları ilə bağlı qeydlərdir. Həmin kitabda 2018-ci ilin dekabr ayınadək uşaqların davamiyəti, ödənişləri, jurnalın son səhifələrində işçilərə əmək haqqının verilməsinə dair cədvəli və digər qeydləri özü aparmışdır. Uşaqlardan aylıq ödənişləri özü qəbul etmiş və Zərərçəkmiş şəxs8 tapşırığı ilə işçilərin aylıq maaşlarını da vermişdir. Əmək haqqı qeydləri bir neçə ay aparılsa da, sonradan aparılmamışdır. Özü də həmin cədvəli 2018-ci ilin iyul ayı üzrə qrafada imzalamış və 150 manat (həmin ayda 15 gün məzuniyyətdə olduğundan əmək haqqı az verilmişdir) əmək haqqı almışdır. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 08 oktyabr 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 2018-ci ilin aprel ayında əri Elçin Məmmədovun qohumunun yaşadığı ünvan 2 ünvanında “Dəcəllər” uşaq baxım evinin fəaliyyət göstərdiyini eşitmişlər. Maraqlanmaq üçün həmin ərəfələrdə qeyd olunan bağçaya getmiş, orada özünü bağçanın müdiri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Vüsalə onun sənədlərinə, şəxsiyyət vəsiqəsinə, “M.Ə.Sabir” adına pedoqoji texnikomu bitirməsinə dair diploma, əmək kitabçasına baxmış və bağçada aylıq 150 manata rəqs və musiqi müəlliməsi işləməsini təklif etmişdir. Lakin, işə götürülməsinin müqabilində Təqsirləndirilən şəxs ondan 1.000 manat pul tələb etmiş, onun rəsmi işə götürüləcəyini, onunla əmək müqaviləsi bağlanacağını, əmək kitabçasında işləməsi barədə qeydlər yazılacağını bildirmişdir. O, yoldaşı ilə məsləhətləşib bu barədə ona məlumat verəcəyini bildirmişdir. Vüsalə əgər işləmək istəyirsə həmin gün günortayadək pulu gətirməsini demişdir. Əri ilə məsləhətləşdikdən sonra bağçada işləmək qərarına gəlmişdir. Elə həmin gün evdən 1.000 manat götürüb bağçaya gəlmiş, yolda Təqsirləndirilən şəxs zəng edərkən, sonuncu bağçada olmadığını, pulu aparıb bağçanın meneceri olan adaşı Vüsaləyə verməsini tapşırmışdır. O, ünvan 2 ünvanında yerləşən üçmərtəbəli fərdi yaşayış evində təşkil edilmiş “Dəcəllər” uşaq baxım evinə gedib, orada soyadnı bilmədiyi menecer Vüsalə ilə görüşüb ona 1.000 manat pul vermişdir. Vüsalə pulu alarkən ondan heç nə soruşmamış, çox güman ki, Təqsirləndirilən şəxs ona artıq pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan razılığa əsasən iyun ayından işə başlayacaqdır. Eyni zamanda onun verəcəyi 1.000 manata dair ona mədaxil qəbzi də verəcəkdir. Təxminən 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs ona 1.000 manat pul verməsinə dair 30 aprel 2018-ci il tarixli, 247324 nömrəli mədaxil qəbzini vermişdir. Təxminən pulu da ona həmin tarixdə təqdim etmişdir. Bağçaya işə düzəlmək üçün gedərkən bağça artıq fəaliyyət göstərmişdir. Orada Aygün, Elnarə, iki Zülfiyyə, Vüsalə (menecer) adlı şəxslər də işləmişdir. Beləliklə, 2018-ci ilin iyun ayında Zərərçəkmiş şəxs8 ilə əlaqə saxlayarkən ona yay tətili ilə əlaqədar bağçaya az uşaq gəldiyini, buna görə də işçilərin maaşının verilməsində problem olduğunu deyərək payızda işə çıxmasını demişdir. Buna görə də o, 01 sentyabr 2018-ci il tarixdə işə çıxmışdır. Həmin ilin noyabr ayının əvvəllərində ayağının burxulması ilə əlaqədar yeriyə bilmədiyindən, Zərərçəkmiş şəxs8 bir həftəlik icazə almış, ayağı sağaldıqdan sonra ona zəng etdikdə yenə uşaqların davamiyyətinin az olduğunu, növbəti ayda, yəni dekabrda işə çıxmasını demişdir. Dekabrda da ona zəng etdikdə növbəti ilin fevral ayında işə çıxmasını demişdir. 2019-cu ilin yanvar ayının sonlarında menecer Vüsalə işdən çıxarıldığından Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu yenə işə çıxmasını yubadarkən ondan pulunu tələb etməyə başlamışdır. 2019-cu ilin may ayınadək dəfələrlə Vüsalənin mobil telefonuna zəng edib pulunu tələb etsə də sonuncu pulu qaytarmamışdır. Həmin vaxtdan sonra isə onunla əlaqə saxlamamışdır. Belə ki, Vüsalə zənglərinə cavab verməmiş, nömrəsini dəyişmişdir. Bağçada işlədiyi dövrdə yeni işçilərdən Bəyazı, Sevdanı xatırlayır. Bağçada işlədiyi dövrdə cəmi 300 manat maaş almışdır. Həmin puldan ayda 50 manat olmaqla, öz uşağının həmin bağçada tərbiyə alması ilə əlaqədar iki ay üçün cəmi 100 manat geri qaytarmışdır. Təqsirləndirilən şəxs işə qəbul olunarkən verdiyi 1.000 manatdan ona pul qaytarılmamışdır. Bağçanın müdiri Təqsirləndirilən şəxs olsa da, o, demək olar ki, bağçaya gəlib-getməmiş, bağçaya onun təyin etdiyi menecer Vüsalə rəhbərlik etmişdir. Əmək haqqını ayın sonunda nağd şəkildə menecer Vüsalədən almışdır. Bağçada işlədiyi 2018-ci ilin sentyabr-oktyabr aylarında oraya təxminən 38-39 uşaq gəlmişdir. Uşaqlara bağçada rus və ingilis dilləri, rəqs və musiqi dərsləri keçilmişdir. Körpə uşaqlara dayələr baxmışdır. Bağça səhər saat 8-dən 18-dək işləmiş, uşaqlara yemək, meyvə və s. də verilmişdir. Hazırda bağçanın fəaliyyət göstərib-göstərmədiyini bilmir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs ondan başqa bağçaya işə götürdüyü Aygün, Zülfiyyə, Elnarə, Sevdadan da pullar almışdır. Həmin şəxslərdən Aygünün pulunu Vüsalə qaytarmışdır. “Dəcəllər” uşaq bağçasında işlədiyi dövrdə onunla rəsmi müqavilə bağlanmamış, əmək kitabçasında işləməsi barədə qeydlər aparılmamışdır. Bağçanın qanuni fəaliyyət göstəribgöstərməməsini bilmir. Zərərçəkmiş şəxs4 həmin vaxt təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Sonradan 13 aprel 2021-ci ildə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 notarial təsdiq olunmuş ərizəsini təqdim edərək, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 08 oktyabr 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında yaşadığı evin yaxınlığında olan ünvan 2 ünvanında yerləşən “Dəcəllər” uşaq bağçasına psixoloq tələb olunduğunu kimdənsə eşidib həmin bağçaya getmişdir. Orada özünü bağçanın meneceri kimi təqdim edən Zərərçəkmiş şəxs8 psixoloq kimi bağçaya işə qəbul olunması üçün 500 manat tələb olunduğunu demişdir. Onun deməsinə görə həmin pulun müqabilində onunla əmək müqaviləsi bağlanacaq, adına əmək kitabçası açılacaqdır. Bir neçə gündən sonra, yəni 18 sentyabr 2018-ci il tarixdə 500 manat pul götürüb bağçaya gəlmiş, orada girişdə həmin pulu Zərərçəkmiş şəxs8 vermişdir. Eyni zamanda şəxsiyyət vəsiqəsinin və diplomunun surətini də ona vermiş və həmin gündən işə başlamışıdır. Həftədə 6 gün (bazar günü istisna olmaqla) saat 8-dən 15-dək psixoloq kimi bağçada uşaqlarla məşğul olmuş, ayda 150 manat əmək haqqı almışdır. Əmək haqqı vəsaitini hər ayın 18-də nəzarətçi işləyən Zərərçəkmiş şəxs2 almışdır. Bağçanın müdiri Təqsirləndirilən şəxs olsa da, o, demək olar ki, bağçaya gəlib getməmiş, bağçaya menecer Zərərçəkmiş şəxs8 rəhbərlik etmişdir. 2019-cu ilin yanvar ayının əvvəlində məzuniyyətə göndərilmiş, fevral ayında yenidən işə çıxmışdır. Həmin ərəfələrdə bağça rəhbərliyi üə bağçanın yerləşdiyi 3 mərtəbəli evin sahibi Həsən və Hökümə arasında ödəniş apaırlmaması ilə bağlı narazılıq yaranmışdır. Belə ki, həmin vaxtlarda uşaqların sayı azalmış, vəsait çatışmamışdır. 2019-cu ilin fevral ayından menecer Vüsalə artıq orada işləməmiş, bağçanı evin sahibi Həsən müəllim arvadı Hökümə ilə idarə etməyə başlamışlar. Özü də orada qalıb 2019-cu ilin iyun ayınadək işləmiş, həmin 5 ayda 150 manat olmaqla Hökümə xanımdan pul almışdır. 2019-cu ilin iyun ayında bağçaya uşaq az gəldiyindən, kommunal xərclərə, icarə haqqına, müəllimələrin əmək haqqı və uşaqların yemək-içmək xərclərinə pul çatmadığından ona məzuniyyət getmək təklif olunmuşdur. Həmin vaxtdan sonra işə getməmişdir. O, faktiki olaraq 18 sentyabr 2018-ci il tarixdən həmin ilin sonunadək işlədiyi 03 ayda ona cəmi 450 manat pul verilmiş, 2019-cu ilin fevral ayında isə Zərərçəkmiş şəxs8 ona qalan 12 gün işləməyin əvəzi kimi 50 manat pul vermişdir. Bağçada işlədiyi dövrdə onunla əmək müqaviləsi bağlanmamış, əmək kitabçası açılmamışdır, yəni o, bağçada qeyri-rəsmi işləmişdir. İşə qəbul üçün Zərərçəkmiş şəxs8 ondan 500 manat istəyib alsa da, həmin pulun alınmasından Təqsirləndirilən şəxs məlumatı olmuşdur. Belə ki, 2019-cu ilin fevral ayında məcburi çıxarıldığı məzuniyyətdən işə davam etmək üçün özü qayıdarkən orada hər Zərərçəkmiş şəxs8 və Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs ilə yenidən məzuniyyətə göndərilməsi ehtimalı, işlərinin gələcək vəziyyəti ilə bağlı danışarkən ondan işdən çıxdığı halda ondan alınmış pulun geri qaytarılacağını demişdir. Sonradan 2019-cu ilin iyun ayınadək bağçada işlədiyi dövrdə Vüsalədən pul tələb etməmişdir. Lakin, işdən çıxdıqdan sonra onunla telefon əlaqəsi saxlayıb 500 manatı geri tələb etmişdir. Təqsirləndirilən şəxs ilk əvvəl pulun qaytarılacağını vəd versə də, sonradan vədinə əməl etməmişdir. Sonda Zərərçəkmiş şəxs7 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, oğlu X10 2018-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraxçuxur qəsəbəsində yerləşən 338 saylı bağçada tərbiyə almışdır. Həmin bağçada övladı tərbiyə alan Urfanə adlı xanım öz övladını bağçadan çıxarıb həmin ilin may ayında Qaraxçuxur qəsəbəsində yerləşən “Dəcəllər” uşaq baxım evinə qoymuşdur. Qeyd olunan ərəfələrdə Urfanə ilə görüşərkən sonuncu ona həmin bağçada dayə axtardıqlarını demişdir. Maraqlanmaq üçün birlikdə ünvan 2 ünvanında yerləşən “Dəcəllər” uşaq baxım evinə getmişlər, lakin, həmin vaxt orada bağça rəhbərliyindən heç kim olmamışdır. Sonradan özü oraya tək gedəndə bağçanın meneceri kimi özünü təqdim edən Vüsalə xanımla görüşmüş, sonuncu dayə kimi işə qəbul olunması üçün 1.000 manat tələb olunduğunu demişdir. Həmin vaxt Vüsalə harasa getməyə tələsdiyindən söhbətləri qısa olmuşdur. Vüsalə 1.000 manatın nə üçün tələb olunduğunu, kimə verəcəyini və s. deməmiş, sadəcə qısa şəkildə işləməsi üçün 1.000 manat tələb olunduğunu demişdir. Sonradan evdə fikirləşib həmin bağçada işləmək qərarına gəlmiş, bu məqsədlə 17 may 2018-ci il tarixdə 1.000 manat düzəldib bağçaya getmiş, orada Vüsalə ilə görüşüb həmin pulu vermək istəyərkən sonuncu onu götürməmiş, bağçanın müdiri olan adaşı Təqsirləndirilən şəxs gözləməsini, pulu ona verməsini demişdir. Bir qədər gözlədikdən sonra əvvəllər görmədiyi və tanımadığı bağça müdiri Vüsalə oraya gəlmiş, onunla bağçada görüşüb 1.000 manat pulu vermişdir. Aralarında olan razılığa görə həftədə 06 gün (bazar günü istisna olmaqla), saat 8-dən 18-dək dayə kimi bağçada işləyəcək, aylıq maaşı 150 manat olacaqdır. Vüsalə 1.000 pulun isə adına əmək kitabçasının açılması məqsədilə tələb olunduğunu demişdir. Vüsalə iş onu qane etmədiyi, çətin olacağı halda işdən çıxarkən 1.000 manatının geri qaytarılacağını demişdir. Beləliklə, 17 may 2018-ci il tarixdə işə başlamışdır. Elə ilk günlərdən uşaqlara baxmaqla yanaşı bağçanın təmizlik işlərinə də cəlb edilmişdir. Bağçada işə xadimə götürülmədiyindən təmizlik işləri dayələrə və müəllimələrə tapşırılmışdır. Sonradan bağçaya uşaq az gəldiyindən, maaş verilə bilinmədiyindən tərbiyəçiləri, o cümlədən onu 17 iyul 2018-ci il tarixdə guya öz hesabına məzuniyyətə çıxarmışlar. Belə olan halda işdən çıxmaq qərarına gəlmiş, bağçanın müdirinə müraciət edib 1.000 manatını geri tələb etmişdir. Vüsalə xanım əvvəlcə heç bir etiraz etməmiş və pulun 2018-ci ilin oktyabr ayında, yəni bağçaya uşaqlar gəldikdən sonra onlardan alınacaq pul hesabına qaytarılacağını demişdir. Lakin, həmin vaxt çatdıqda Vüsalə xanımla telefon əlaqəsi saxlayarkən müxtəlif bəhanələr gətirərək pulu qaytarmasını uzatmışdır. Eyni zamanda Vüsalə ona bir neçə dəfə işə qayıtmasını təklif etmişdir ki, buna razı olmamışdır. Vüsalə sonradan ümumiyyətlə pulu qaytarmaqdan imtina etdiyindən onun barəsində Azərbaycan Respublikası Baş prokurorluğuna şikayət etmişdir. Bundan sonra 2018-ci ilin mart ayında Vüsalə onda aldığı 1.000 manat pulu tam şəkildə əri Hüseynə Bakı şəhəri, Nobel prospektində yaşayan anasının evində qaytarmışdır. “Dəcəllər” uşaq baxım evində 02 ay işləmiş, həmin müddətdə ona ayda 100 manat olmaqla, cəmi 200 manat pul verilmişdir. Belə ki, qalan 50 manat həmin bağçada tərbiyə alan qızı Şəbinə Muradlıya görə tutulmuşdur. Bağçada işlədiyi dövrdə onunla əmək müqaviləsi bağlanmamış, əmək kitabçası açılmamışdır. İşləməyə başlayarkən müdir Vüsalənin tapşırığı ilə şəxsiyyət vəsiqəsinin surətini və yeni aldığı əmək kitabçasını təqdim etmişdir. İşdən çıxdıqdan sonrada ona heç bir sənəd verilməmiş, yəni bağçada qeyri-rəsmi işləmişdir. Ondan əlavə işlədiyi dövrdə bağçada qəbul otağında Aygün, müəllimələr Zülfiyyə, Elnarə, Bəyaz və digər şəxslər işləmişdir. Bağçanın müdiri Təqsirləndirilən şəxs olsa da, o, bağçaya nadir hallarda gəlib-getmişdir. Bağçaya menecer Vüsalə rəhbərlik etmişdir. Əmək haqqını ayın sonunda nağd şəkildə menecer Vüsalədən almışdır. Bağçada işləməyə başlayarkən orada bağça üçün tələb olunan avadanlıqlar-çarpayılar, stol-stul, şkaf, xalça, oyuncaq və s. olmuş, xırda əşyalar istisna olmaqla ciddi çatışmazlıqlar olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Dəcəllər” və “Manuscript book” yazılmış, göy rəngli qeydiyyat kitabında sözügedən bağçaya gələn uşaqların davamiyyəti, ödənişləri, işçilərin əmək haqqıları ilə bağlı qeydlər aparılmışdır. Kitabın son səhifələrində əmək haqqının işçilər tərəfindən alınmasına dair cədvəl də tərtib edilmişdir ki, “Samirə” yazısı qarşısındakı iyun və iyul ayları üzrə sütunlardakı imzaları özü icra etmiş və həmin aylarda 100 manat olmaqla pul almışdır. Pulu qaytarıldığı üçün Təqsirləndirilən şəxs barəsində heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs11 Rza qızının ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2018-ci ilin payız aylarında işsiz olarkən Qaraçuxur qəsəbəsində “Dəcəllər” uşaq baxım evində iş təklifi barədə eşidib oraya gəlmişdir. Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 13-cü döngədə yerləşən 4 saylı fərdi yaşayış evində təşkil edilmiş bağçada özünü bağçanın meneceri kimi təqdim edən Zərərçəkmiş şəxs8 ilə görüşmüş, danışıqdan sonra Zərərçəkmiş şəxs8 ilə bağçada aşpaz kimi işləməsi barədə razılığa gəlmişlər. Aylıq maaşı 150 manat olmaqla bağçada hər gün (bazar günü istisna olmaqla) səhər saat 7-dən 19-dək işləyəcəkdir. Danışıq zamanı aralarında işə qəbul olunması ilə bağlı onunla əmək müqaviləsi bağlanacağı barədə söhbət olmamışdır. O, işə qəbul olunarkən bağça artıq fəaliyyət göstərmiş, bağçanın təşkil edildiyi üçmərtəbəli evdə bütün şərait, yəni sinif otaqlarında stol-stul, yataqlar, oyuncaqlar və s. olmuşdur. Bağçada aşağı qrup sayılan 2-3 yaşlı uşaqlara dayələr baxmışdır. Orta qrup olan 3-4 yaşlı uşaqlarla əyləncəli oyunlar aparılmış, ilkin dünyagörüşü ilə bağlı bilgilər öyrədilmiş, 5-6 yaşlı uşaqlara isə artıq məktəbə hazırlıq üçün rus və ingilis dili dərsləri, ətraf aləmlə tanışlıq, dünyagörüşü və s. dərslər keçirilmişdir. Beləliklə, o, 2018-ci ilin noyabr və dekabr aylarında bağçada aşpaz kimi işləmişdir. Gündəlik uşaqlara bir neçə dəfə müxtəlif yeməklər bişirmişdir. Bağçada işləyərkən ondan başqa işləmiş Zülfiyyə, Elnarə, Fatiməni xatırlayır. Rəfiqəsi olan Fatiməni həmin bağçada işə özü dəvət etmişdir. Fatimə 2018-ci ilin dekabr ayından təxminən 2019-cu ilin yazınadək orada Rus dili müəlliməsi işləmişdir. Özü isə 2019-cu ilin yanvar ayının ilk günlərində şəxsi istəyi ilə həmin bağçadakı işindən çıxmışdır. Bağçanm meneceri Zərərçəkmiş şəxs8 olsa da, bağçanın müdiri soyadını bilmədiyi Vüsalə adlı şəxs olmuşdur. O, arabir bağçaya gəlib getmişdir. Onunla aralarında işçi kimi yaxşı münasibət olmuşdur. İşə qəbul olunması ilə bağlı isə yalnız menecer Vüsalə xanıma müraciət etmişdir. Onların arasında onun işə götürülməsi barədə söhbət olub-olmamasını bilmir. İşə götürülərkən ondan heç nə, o cümlədən pul və s. tələb olunmamışdır. Bağçada qeyri rəsmi işləmiş, hər ayın sonu 150 manat əmək haqqını Zərərçəkmiş şəxs8 almışdır. Ümumilikdə, sözügedən bağçada iki ay işləyib ayda 150 manat olmaqla cəmi 300 manat əmək haqqı almışdır. “Dəcəllər” uşaq baxım evinin rəhbəri Təqsirləndirilən şəxs bağçaya işçiləri pul müqabilində götürməsi barədə bağçada işləyərkən işçilərin danışığından eşitmişdir. Lakin, kimlərdən pul alınmasını, onun məbləği, hansı şəraitdə istənilməsi və alınması barədə ətraflı məlumatı olmamışdır, işə qəbul olunarkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs8 ondan pul və s. istəməmiş və almamışdır. Eyni zamanda onun rəsmi işə götürülməsi, əmək müqaviləsi bağlanılması barədə həmin şəxslər tərəfindən təşəbbüs göstərilməmiş, ümumiyyətlə aralarında belə bir danışıq olmamışdır. “Dəcəllər” uşaq baxım evinin fəaliyyətinin qanuni olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Həmin bağçaya işə qəbul olunması və işləməsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. 24 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 Rza qızı məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeydetmişdir. Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, rəfiqəsi Zərərçəkmiş şəxs11 2018-ci ilin payız aylarında Qaraçuxur qəsəbəsində yerləşən “Dəcəllər” uşaq baxım evinə aşpaz kimi işə düzəlmişdir. İşsiz olduğundan ona həmin bağçada işləməyi təklif etmişdir. Təxminən 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 13-cü döngədə yerləşən 4 saylı fərdi yaşayış evində təşkil edilmiş bağçaya gedib orada özünü bağçanın meneceri kimi təqdim edən Zərərçəkmiş şəxs8 ilə görüşmüş, danışıqdan sonra Zərərçəkmiş şəxs8 ilə bağçada 2-4 yaşlı rus bölməsi uşaqları ilə müəllimə kimi məşğul olması barədə razılığa gəlmişdir. Aylıq maaşı 200 manat olmaqla bağçada hər gün (bazar günü istisna olmaqla) səhər saat 8-dən 18-dək işləyəcəkdir. Danışıq zamanı aralarında işə qəbul olunması ilə bağlı onunla əmək müqaviləsi bağlanacağı barədə söhbət olmamışdır. O, işə qəbul olunarkən bağça artıq fəaliyyət göstərmiş, bağçanın təşkil edildiyi üçmərtəbəli evdə bütün şərait, yəni sinif otaqlarında stol-stul, yataqlar, oyuncaqlar və s. olmuşdur. Beləliklə, 2018-ci ilin dekabr ayından işə başlamış, 7-8 nəfərdən ibarət rus bölməsinin uşaqları ilə rus dilində ətraf aləmlə tanışlıq, dünyagörüşü və s. dərslər keçmişdir. 2018-ci ilin dekabr ayından 2019-cu ilin mart ayınadək, yəni 04 ay həmin bağçada işləmişdir. 2019-cu ilin yanvar ayında bağçanın təşkil edildiyi evin kirayə haqqı ödənilmədiyindən ev sahibi Həsənlə menecer Vüsalə xanım arasında narazılıq yaranmış, nəticədə Vüsalə işdən çıxmışdır. Bundan sonra həmin bağçanı Həsən və onun arvadı Hökümə xanım idarə etmişdir. Bağçada işlədiyi dövrdə əmək haqqını əvvəllər menecer Vüsalədən, sonralar isə Həsən müəllim və ya Hökümə xanımdan almışdır. Ümumilikdə, bağçada işlədiyi 04 ayda 800 manat əmək haqqı almışdır. Daha sonra 2019-cu ilin mart ayının sonlarında işdən öz istəyi ilə çıxmışdır. Bağçada işlədiyi dövrdə ondan başqa Zülfiyyə, Elnarə, Sevda, Bəyaz, Fərqanə, Zeynəb adlı xanımlar da orada işləmişdir. Rəfiqəsi Nərmin isə 2019-cu ilin yanvar ayında işdən çıxmışdır. Bağçanın meneceri Zərərçəkmiş şəxs8 olsa da, bağçanın müdiri soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı xanım olmuşdur. O, arabir bağçaya gəlib getmişdir. İşə qəbul olunması ilə bağlı yalnız menecer Vüsalə xanıma müraciət etmişdir. İşə götürülərkən ondan heç nə, o cümlədən pul və s. tələb olunmamışdır, bağçada qeyri-rəsmi işləmişdir. “Dəcəllər” uşaq baxım evinin rəhbəri Təqsirləndirilən şəxs bağçaya işçiləri pul müqabilində götürməsi barədə bağçada işləyərkən işçilərin danışığından eşitmişdir. Lakin, kimlərdən pul alınmasını, onun məbləği, hansı şəraitdə istənilməsi və alınması barədə ətraflı məlumatı olmamışdır. O, işə qəbul olunarkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs8 ondan pul və s. istəməmiş və almamışdır. Eyni zamanda onun rəsmi işə götürülməsi, əmək müqaviləsi bağlanılması barədə həmin şəxslər tərəfindən təşəbbüs göstərilməmiş, ümumiyyətlə aralarında belə bir danışıq olmamışdır. Həmin bağçaya işə qəbul olunması və işləməsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. 24 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs12 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeydetmişdir. Şahid1 Müslim oğlu məhkəmədə, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Nəcməddin qızının ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən üçmərtəbəli yaşayış evi ona məxsusdur. Həmin evdə 2004-2017-ci illərdə ailəsi ilə birlikdə yaşamış, sonradan ailəsi ilə birlikdə başqa mənzilə köçmüşlər. Bundan sonra Qaraçuxur qəsəbəsindəki evində heç kim yaşamamışdır. Təxminən 2018-ci ilin aprel ayında ona sonradan tanıdığı Təqsirləndirilən şəxs zəng edərək Qaraçuxur qəsəbədində uşaq baxım evi açmaq istədiyini deyərək, sözügedən evini icarəyə versə həmin bağçanı orada təşkil etmək fikrini bildirmişdir. Boş qalmış evinin gəlir gətirməsi, eləcə də xeyirxah bir iş (evin yerləşdiyi ərazidə bağça olmamışdır) görmək məqsədilə buna razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə Qaraçuxurdakı evində görüşmüşdür. Vüsalə görüşə bir neçə qızla gəlmiş, həmin qızlardan biri sonradan evində təşkil edilmiş “Dəcəllər” uşaq baxış evində menecer işləmiş Zərərçəkmiş şəxs8 olmuşdur, digərlərini isə xatırlamır. Beləliklə, evin icarə haqqını Təqsirləndirilən şəxs ilə 1.000 manata razılaşmışlar. Eyni zamanda kommunal xərcləri də icarə götürən ödəməli olmuşdur. Bundan sonra evin əşyalarını boşaldıb Təqsirləndirilən şəxs təhvil vermiş, sonuncu isə uşaq baxçasının təşkili üçün açılıb-yığılan çarpayılar, şkaf, stol-stul, xalça və s. ləvazimatları evə gətirmişdir. Təxminən 2018-ci ilin may ayında bağça fəaliyyətə başlamışdır. Bağçaya Zərərçəkmiş şəxs8 rəhbərlik etmiş, ilk əvvəl işləyən işçilərdən Aygün, Zülfiyyə, Elnarə, Bəyaz, Sevdanı xatırlayır. Bağça təşkil edildikdən az müddət sonra icarə haqqının ödənişi ilə bağlı problemlər yaranmış, ödənişin gecikdirilməsini az sayda uşağın bağçaya gəlməsini bildirmişlər. 2018-ci ilin iyul ayından həmin ilin sonlarmadək icarə haqqının verilməsində problem olmamış, ilin sonlarında yenidən icarə haqqının verilməsində gecikmə olmuş, 2019-cu ilin yanvar ayında isə bağçanın meneceri Zərərçəkmiş şəxs8 icarə haqqını vermək üçün vəsaitin olmadığını bildirmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs8 ailəsi ilə birlikdə bağçada yaşamışdır, ilk əvvəl buna razılıq versə də, bundan peşman olmuşdur. Qeyd olunan narazılıq zamanı Zərərçəkmiş şəxs8 ailəsi ilə birlikdə evindən çıxmasını tələb etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ilə danışıb Zərərçəkmiş şəxs8 evindən çıxmasını tələb etmişdir. Zərərçəkmiş şəxs8 evdən çıxarkən bundan sonra bağçada işləməyəcəyindən həyətdə olan yellənçəkləri, girişdə olan qəbul masasını, monitoru, stasionar telefonu, “Wİ-Fİ” cihazını və digər bəzi əşyaları da götürüb aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə bağçanı iki aylıq köməklik, yəni müştəriləri cəlb etmək, dövriyyəsini artırmaqla köməklik məqsədilə özü, yəni arvadı Hökümə ilə birlikdə işlədəcəklərinə dair razılığa gəlmişlər. Bu şəkildə Vüsalənin işçiləri qalmaqla fəaliyyətə davam etmişlər. Artıq bundan sonra bağçanın bütün işləri ilə onlar məşğul olmuş, ərzaq almışlar, kommunal xərcləri ödəmişlər. Uşaqlara görə ödənişləri Zeynəb adlı işçi toplayıb ona və ya yoldaşı Höküməyə vermişdir ki, həmin vəsaitlə bağçanın xərclərini qarşılayır, işçilərə əmək haqqı vermişlər. Təqsirləndirilən şəxs arada bağçaya gəlib-getmişdir. Bu şəkildə 2019-cu ilin may ayınadək işlədikdən sonra Təqsirləndirilən şəxs zəng edib gəlib işini idarə etməsini demişdir. Belə ki, 2019-cu ilin fevral-may aylarında bağçanı işlətdiyi dövrdə faktiki gəlir gətirməmiş, daxil olan vəsait kommunal xərclərə, işçilərin əmək haqqına (150-200 manat), uşaqlara yemək alınmasına və digər amortizasiya xərclərinə, eləcə də zəruri ləvazimatların alınmasına sərf edilmişdir. Buna görə də Vüsalədən işinə rəhbərlik etməsini, ona aylıq icarə haqqını verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ilə növbəti aydan, yəni 2019-cu ilin iyun ayında özü bağçanı işlədəcəyi barədə razılığa gəlmişlər. Hətta, Zülfiyyə adlı işçini də menecer təyin etmişdir. Lakin, sonradan özü bağçada ola-ola oraya bağça işini başqasına satmaq üçün müştəri gətirdiyindən aralarında ciddi narazılıq yaranmış, münasibətləri korlanmışdır. Vüsaləyə bir daha bağçaya gəlməməsini demişdir. Evdə olan əşyaların götürülməsi ilə bağlı danışıq zamanı Vüsalədən evinin icarəsi zamanı təmirinin korlandığını deyib, onu təmir etməsini tələb etmişdir. Vüsalə isə pulun olmadığını bildirdiyindən əşyalarını özündə saxlamışdır. Beləliklə, bundan sonra yenə bağçanı özləri işlətmiş, iyul ayında bağçanın fəaliyyəti dayandırılmışdır. 2019-cu ilin fevral ayından sonrakı dövrdə bağçada Təqsirləndirilən şəxs işə götürdüyü işçilər işləmiş, yalnız 2019-cu ilin sentyabr ayında Natəvan adlı işçi qeyrirəsmi işə götürülmüşdür. İşçilərlə Təqsirləndirilən şəxs əmək müqaviləsi bağlamamışdır. Onun bu barədə məlumatı olmamış, sonradan bilmişdir ki, Vüsalə işçilərlə əmək müqaviləsi bağlamamış, bəzi işçilərdən isə işə götürülmə ilə bağlı müxtəlif məbləğdə pul almışdır. Lakin, bu barədə məlumatı yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs5 Musa qızının Bakı şəhəri Qaraçuxur qəsəbəsində yerləşən “Dəcəllər” uşaq baxım evinə işə düzəlmək üçün 17 may 2018-ci il tarixdə bağça müdiri Vüsalə adlı şəxsə 1.000 manat pul verməsi, iki aydan sonra işdən çıxdıqdan sonra həmin pulu geri tələb etməsinə baxmayaraq qaytarılmaması barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanladığı və 30 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunda daxil olmuş ərizəsi Surxana rayon prokurorluğunda araşdırılmış, toplanmış material 2019-cu ilin may ayında isə araşdırlmanın davam etdirilməsi üçün Baş İdarəyə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin 29 mart 2019-cu il tarixli **********035400 saylı məktubundan görünür ki, “Vergi ödəyicilərinin dövlət reyestri”ndə olan məlumata əsasən xx xxxxxx 1990-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 11 iyul 2016-cı il tarixdə ********** saylı VÖEN-lə vergi orqanlarında qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 13 iyul 2018-ci il tarixli ərizəyə əsasən sahibkarlıq fəaliyyəti 13 iyul 2018-ci il tarixdən 03 dekabr 2018-ci il tarixədək və 08 yanvar 2019-cu il tarixli ərizəyə əsasən 08 yanvar 2019-cu il tarixdən 01 yanvar 2024-cü il tarixədək dayandırılmışdır. Təqsirləndirilən şəxs hər hansı müəssisənin rəhbəri və təsisçisi kimi vergi orqanlarında qeydiyyatda olması, “Dəcəllər” Uşaq baxım evinin vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olması barədə məlumat mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 aprel 2019-cu il tarixli, 05-18-353/10 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli, 650 nömrəli Fərmanına əsasən sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. 19 oktyabr 2015-ci il tarixədək Təqsirləndirilən şəxs və “Dəcəllər” uşaq baxım evinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəy və ya lisenziya verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 19 iyun 2019-cu il tarixli, İN-X/O-7537/2019 saylı məktubundan görünür ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “Dəcəllər” uşaq baxım evinə körpələr evi, məktəbəqədər hazırlıq qrupları və uşaq bağçası fəaliyyət növü üzrə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş “Dəcəllər” uşaq bağçasının maliyyə-təsərrüfat fəaliyyətinin dayandırılmasına dair 22 noyabr 2019-cu il tarixli rəydən görünür ki, “Dəcəllər” uşaq bağçasında müxtəlif vaxtlarda işləyən 12 nəfər işçiyə 2018-ci ilin may ayından 2019cu ilin iyun ayınadək olan dövrdə 13.920 manat əmək haqqı verilmişdir. Əmək haqqı verilərkən dövr ərzində “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən sığortaedən tərəfindən, əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında 3062.40 manat məbləğində sığorta haqqı, sığortaolunan tərəfindən ödənilən işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi miqdarında 417.60 manat məbləğində sığorta haqqı, Vergi Məcəlləsinin 101 və 102-ci maddəsinə əsasən 122.50 manat gəlir vergisi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən sığortaedən tərəfindən ödənilən əməyin ödənişi fondunun 0,5 faizi miqdarında, yəni 69.60 manat işsizlikdən sığorta haqqı, sığortaolunan tərəfindən ödənilən işçinin əməkhaqqının 0,5 faizi miqdarında, yəni 69.60 manat işsizlikdən sığorta haqqı olmaqla, cəmi 3741.70 manat vergi və məcburi dövlət sosial sığorta haqqları hesablanmamış və büdcəyə ödənilməmişdir. Bundan əlavə, müəyyən edilmişdir ki, “Dəcəllər” uşaq bağçasında 2018-ci ilin may ayından 2019-cu ilin iyun ayınadək olan dövr ərzində bağçanın xəzinəsinə 38.710 manat məbləğində pul vəsaiti daxil olmuş, ərzağın alınmasına 7.925 manat, elektrik enerjisinin istifadəsinə 522.67 manat, suyun istifadəsinə 170 manat, təbii qazın istifadəsinə 712 manat, icarə haqqına 9000 manat, əmək haqqına 13.920 manat olmaqla, cəmi 32.249.67 manat pul vəsaiti xərclənmişdir. “Dəcəllər” uşaq bağçası fəaliyyət göstərdiyi dövr ərzində 6.460.33 manat gəlir əldə etmişdir (38710- 32249.67). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin 29 mart 2019-cu il tarixli **********035400 saylı məktubundan görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 11 iyul 2016-cı il tarixdə, ********** saylı VÖEN-lə vergi orqanlarında qeydiyyatdan keçmiş, onun tərəfindən təqdim edilmiş 13 iyul 2018-ci il tarixli ərizəyə əsasən sahibkarlıq fəaliyyəti 13 iyul 2018-ci il tarixdən 03 dekabr 2018-ci il tarixədək və 08 yanvar 2019-cu il tarixli ərizəyə əsasən 08 yanvar 2019-cu il tarixdən 01 yanvar 2024-cü il tarixədək dayandırılmışdır. Göründüyü kimi “Dəcəllər” uşaq baxım evi faktiki olaraq 2018ci ilin aprel ayının sonlarından 2019-cu ilin iyun aymadək fəaliyyət göstərsə də, həmin dövrün əksər hissəsində Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti dayandırılmışdır. İş materiallarına əlavə edilmiş “Dəcəllər” uşaq baxım evinin fəaliyyətinə dair müvafiq qeydlərin aparıldığı üzərində “Dəcəllər” və “Manuscript book”yazılmış, göy rəngli və üzərində “Okul defteri” yazısı olan qeydiyyat kitablarından “Dəcəllər” uşaq baxım evinin 2018-ci ilin may ayından 2019-cu ilin iyul ayınadək fəaliyyət göstərdiyi, bağçada tərbiyyə almış azyaşlıların davamiyyəti, aylar üzrə ödənişləri, habelə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Nəcməddin qızı, X4 və qeyrilərinin həmin bağçada işləmələri, onların əmək haqqı almaları müəyyən olunur. İş materiallarına əlavə edilmiş 30 aprel 2018-ci il tarixli, 247324 nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ilin aprel ayında “Dəcəllər” uşaq bağçasına işə qəbul olunması ilə əlaqədar Zərərçəkmiş şəxs4 1.000 manat almışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və hamilə olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyası ilə nəzərdə tutulmasa da, V.H.Hacıyevaya təlim, tədris və tərbiyyəvi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunu hesab etmişdir ki, əlavə cəzalar cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeydlərinin xeyrinə edəcəyi hərəkətin müqabilində özü üçün birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə qeydlərini vahid qəsdlə təhrik etmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçiləri müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmiş V.H.Hacıyevanın müəyyən müddətə təlim, tədris və tərbiyyəvi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi cəzanın tənbeh təsirinin gücləndirilməsi və cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsini təmin etmək baxımından zəruridir. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, habelə Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsi tətbiq edilməklə cinayətlərin məcmusu üzrə təyin edilən azadlığın məhdudlaşdırılması növündə əsas cəzaya, təlim, tədris və tərbiyyəvi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəza birləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı ilə əvvəli 13 aprel 2021-ci il tarixdən hesablanmaqla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 13 aprel 2021-ci il tarixədən 01 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 ay 18 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 05 ay 06 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin təqsirlən şəxs Təqsirləndirilən şəxs hazırda 28-30 həftəlik hamilə olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79-cü maddəsinin tətbiq edilməsini mümkün edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Buna görə də, məhkəmə Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının onun bətnində olan uşağın doğulduqdan sonra 14 (on dörd) yaşına çatanadək təxirə salınmasını məqsədəuyğun hesab edir. Məhkəmə habelə hesab edir ki, hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs bətnində olan uşağın doğulduqdan sonra 14 (on dörd) yaşına çatanadək təxirə salınmasının məqsədəuyğun hesab edildiyindən Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsində müəyən edilmiş vəzifələrin qoyulmasına da zərurət yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılmasına zərurət aradan qalxdığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərində “Dəcəllər” və “Manuscript book” yazılmış göy rəngli və üzərində “Okul defteri” yazısı olan qeydiyyat kitabları, habelə 30 aprel 2018-ci il tarixli, 247324 nömrəli mədaxil qəbzi Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X5 və X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə 28 dekabr 2019-cu ildən 27 oktyabr 2020-ci il tarixədək göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçisi Müdafiəçi1 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına köçürülməlidir. Habelə 13 aprel 2021-ci il tarixdən məhkəmə iclaslarında hüququnun müdafiəsi üçün Təqsirləndirilən şəxs Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təli oğlu ilə öz vəsaiti hesabına müqavilə bağladığını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin 13 aprel 2021-ci il tarixdən məhkəmə iclaslarında hüququnun müdafiə edilməsinə görə Müdafiəçi2 Təli oğluna dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162- 1.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə, həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə təlim, tədris və tərbiyyəvi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaqla ona, 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə əsas cəzaya, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə təlim, tədris və tərbiyyəvi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəza birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün 01 (bir) il 06 (altı) ay müddətinə təlim, tədris və tərbiyyəvi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 13 aprel 2021-ci il tarixədən 01 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə əsas cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən əsas cəzadan 05 (beş) ay 06 (altı) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə təlim, tədris və tərbiyyəvi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 03 (üç) il 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması növündə əsas cəzanın icrası Təqsirləndirilən şəxs bətnində olan uşaq doğulduqdan sonra 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərində “Dəcəllər” və “Manuscript book” yazılmış göy rəngli və üzərində “Okul defteri” yazısı olan qeydiyyat kitabları, habelə 30 aprel 2018-ci il tarixli, 247324 nömrəli mədaxil qəbzi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə 28 dekabr 2019-cu ildən 27 oktyabr 2020-ci il tarixədək göstərilmiş pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar