Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-7/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını talama məqsədi ilə 18 fevral 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən «Gənclik Mail» Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Pull&Bear” geyim mağazasına müştəri qismində daxil olub orada olan paltar masazırın üzərindən Zərərçəkmiş şəxs2 məxsus içərisində 3.800 manat pul, 400 ABŞ dolları, həmin dövr üzrə azərbaycan manatı ilə 680 manat, 1 ədəd 70 manat dəyərində «Ray-Ban» markalı gün eynəyi, 1 ədəd 400 manat dəyərində «Airpods» qulağcığı, 1 ədəd 25 manat dəyərində ***-***-**-** GSM nömrə ilə istifadə olunan 2.700 manat dəyərində «iPhone» markalı, «11 Pro Мах» modelli mobil telefon olan 30 manat dəyərində əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 7.705 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədi ilə 05 aprel 2022-ci tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 98 ünvanında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunun soyunubgeyinmə otağına qanunsuz daxil olaraq oradan 2010-cu il təvəllüdlü Şahid5 istifadəsində olan Zərərçəkmiş şəxs1 məxsus üzərində balansında 8 manat olmaqla 7 manat dəyərində ***-***-**-** GSM nömrə və 5 manat dəyərində qoruyucu şüşə ilə istifadə olunan 3.740 manat dəyərində «iPhone» markalı, «12 Pro Мах» modelli mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3.760 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədi 10 iyun 2022-ci il tarixdə saat 19 radələrində “Dokta MMC”-yə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 29 saylı binanın yaxınlığında yerləşə “Tamerlan” aptekə müştəri kimi daxil olduqdan sonra həmin mağazada əlini uzadaraq müştəri üçün nəzərdə tutulmayan yerə qanunsuz daxil olaraq oradan hər birinin qiymət 3 manat 89 qəpik olan Almaniya istehsalı olan 3 qutu “Amaril 2 mq №30”, hər birinin qiyməti 1 manat 96 qəpik olan Almaniya istehsalı olan 2 qutu “Ardeysedon Naxt №30”, hər biri qiyməti 0,83 qəpik olan Serbiya istehsalı olan 10 qutu “Bisakodil 5 mq №30”, hər birinin qiyməti 8 manat 42 qəpik olan Türkiyə istehsalı olan 1 qutu “Biatenz 5 mq №30", hər birinin qiyməti 0,12 qəpik olan 20 qutu Rusiya istehsalı olan "Kalsiya qlyukonat 0,5 mq №10”, hər birinin qiyməti 2, 62 qəpik olan 2 qutu Rusiya istehsalı “Kaptopril 25mq№-40”, hər birinin qiyməti 11 manat 25 qəpik olan 1 qutu Macarıstan istehsalı olan “Tireqıs-D 80/12,5 mq №28”, hər birinin qiyməti 23 manat 43 qəpik olan Fransa istehsalı olan 3 qutu Tripliksam 10 mq/2, 5 mq №30” həbləri, hər birinin qiyməti 3 manat 58 qəpik olan Hindista- istehsalı olan 1 ampula “Baralqin (Aventis) 5 ml №5”, hər birinin qiyməti 3 manat 40 qəpik olan Türkiyə istehsalı olan 2 ampula “Trentilin 5 ml №5”, 15 manat 68 qəpik olan Alman istehsalı olan 0,05 ml “Sel-T №5 x20”iynələri, hər birinin qiyməti 13 manat 30 qəpik olan Türkiyə istehsalı olan 1 ədəd "Qaynomaks №7” vaginal şamı, hər birinin qiyməti 2 manat 32 qəpik olan Rusiya istehsalı olan 5 ədəd “Qliserin 2,11 qr №10" şamı, hər birinin qiymət 14 manat 48 qəpik olan Moldaviya istehsalı olan 3 ədəd “Klindabioks 100 mq №3” vagir a şamı, hər birinin qiyməti 29 manat 90 qəpik olan Çin istehsalı olan 1 ədəd “Silvaqin vaginal şamı, hər birinin qiyməti 1 manat 17 qəpik olan Azərbaycan istehsalı olan 2 ədəa “Almeks 125 ml şərbəti”, hər birinin qiyməti 13 manat 82 qəpik olan Çexiya istehsalı olan ədəd “Anqilor 30 ml sprey”, hər birinin qiyməti 13 manat 67 qəpik olan Almaniya istehsalı olan 2 ədəd “Berodual H200 doz 10 ml aerozol”, hər birinin qiyməti 0,76 qəpik olan Rusiya istehsalı olan 10 ədəd “Naftizin”, hər birinin qiyməti 0,50 qəpik olan Hindistan istehsa olan 10 ədəd “Bir dəfəlik baş geyimi olan kolpa №1”, hər birinin qiyməti 3 manat 10 qəpik olan Azərbaycan istehsalı olan 2 qutu “Arıqlamaq üçün Zərif çayı №25”, hər birinin qiyməti 7 manat 10 qəpik olan Türkiyə istehsalı olan 1 ədəd 90 qramlıq “Kapila” sabunu “Arıqlamaq üçün Zərif çayı №25”, hər birinin qiyməti 15 manat 98 qəpik olan Türkiyə istehsalı olan 1 qutu “Bez”, hər birinin qiyməti 1 manat 80 qəpik olan Rusiya istehsalı ola- 5 ədəd 50 ml “Skrab” təmizləyici krem və 8,00 manat dəyərində bir ədəd “Viferon-115 000 ME №10” rektal şamı və hər birinin dəyəri 20 manat olan 03 paket “Huggies” uşac bezlərini gizli yolla talamış və nəticədə zərərçəkmiş şəxs “Dokta MMC”-yə ümumilikdə 409.01 (dörd yüz bir manat qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə bibisi oğlu Nərimanın ona məxsus olan “VAZ 2107” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Yeni Günəşli qəsəbəsinə gəldi. Həmin vaxt o da avtomobilin ön sərnişin oturacağında olduğunu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən binaların qarşısından keçərkən həmin yerdə olan “Tamerlan aptek”i gördüyünü və həmin aptekdən ‘aspirin kardio” və ya “Kardio maqnit” adlı dərmanlardan hansı olsa almağı qərara aldığını bildirdi. Həmin vaxt ürək nahiyyəsində sıxıntının olduğunu və özünü narahat hiss etdiyin bildirmişdir. O, Nərimana avtomobili saxlamasını dediyini və Nərimanın, həmin aptekin yaxınlığında saxladığını bildirmişdir. O, avtomobildən düşüb həmin “Tamerlan aptek” yaxınlaşdığını, aptekə daxil olduğunu və içəridə növbədə bir neçə müştərinin olduğunu görüb təkrar çölə çıxdığını qeyd etmişdir. Bu zaman həmin aptekin qarşısında dayandığ zaman aptekin işçiləri üçün nəzərdə tutulmuş yerin girişində kiçik ölçülü taxta qapının açıq olmasını, qapının yanında yerdə sellofanın içərisində “Huggies" uşaq bezi olduğunu gördüyünü bildirmişdir. Bu anda həmin sellofanı oğurlayıb satmaq qərarına gəldiyini, ikinci dəfə aptekə daxil olub ətrafa nəzər yetirdikdən və heç kimin ona tərəf baxmadığına əmin olduqdan sonra əyilib satıcılar üçün nəzərdə tutulan yerdən qeyd etdiyim sellofanı götürüb aptekdən çıxaraq iti yerişlə oradan uzaqlaşdığını bildirmişdir. Oradan birbaşa gəlib Nərimanın idarə etdiyi avtomobilə ön sərnişin oturacağına əyləşdiyini və oradan uzaqlaşdıqlarını bildirmişdir. Avtomobildə olarkən sellofanı açıb içinə baxdığını, içində 3 paket uşaq bezi olduğunu gördüyünü bildirmişdir. Bundan başqa həmin sellofanın içərisində başqa bir dərman və ya nəyinsə olmadığını bildirmişdir. Nərimana avtomobili Bakıxanov qəsəbəsi istiqamətinə sürməsini dediyini və Nərimanın həmin istiqamətdə sürməyə başladığını bildirmişdir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “ASAN xidmət mərkəzinə çatmağa biraz qalmış yolun solunda yerləşən kiçik marketə həmin oğurladığı uşaq bezini cəmi 35 manata satdığını bildirmişdir. Bundan sonra onlar, “Xalqlar dostluğu” metrostansiyası istiqamətinə getdiklərini və orada Nərimanın avtomobildən düşüb getdiyini, o isə öz avtomobilini idarə edərək taksi fəaliyyəti ilə məşğul olmağa davam etdiyini bildirmişdir. Bundan başqa 18 fevral 2022-ci il tarixdə saat təxminən 21 radələrində özünə geyim əşları almaq üçün Bakı şəhəri. Nərimanov rayonu.F.X.Xoyski küçəsində yerləşən «Gənclik» Mail Ticərəl mərkəzinə getdiyini Mola daxil olduqdan sonra özünə şalvar almaq üçün molun nəzdində olan «Pull Bear» adlı mağazaya daxil olduğunu bildirmişdir. Mağazaya daxil olduqdan sonra mağazada özünə şalvar axtarmağa başladığını bildirmişdir. Bu zaman paltarların olduğu vitrinin üzərində qara rəngli balaca çanta gördüyünü. Həmin çantanı gördükdə çantanı götürüb mağazadan çıxmağa qərar verdiyi bildirmişdir. Buna görə də mən həmin çantanı vitrinin üzərindən götürüb aşağı vitrinə saldığını, bunu etməkdə məqsədinin orada olan şəxslərin fikirini yayındırmaq olduğunu bildirmişdir. Daha sonra mağazada 1 neçə dəqiqə gəzdikdən sonra yenidən həmin çantanı götürüb mağazanın tərk etdiyini qeyd etmişdir. Çantanın götürməsini mağazada heç kimin görmədiyini əlavə etmişdir. Mağazadan çıxıb Molun içərisində bir qədər aralanıb çantanı açdığını və çantanın içərisində 3800 manat pulun, 400 ABŞ dollarının bir ədəd eynəyin, 1 ədəd qulağcığın və «iPhone 11 Pro Мах» markalı mobil telefon olduğunu gördüyünü bildirmişdir. Moldan çıxdıqdan sonra çantadan 3800 manat pulu, 400 ABŞ dollarını və mobil telefonu götürüb cibinə qoyduğunu. Eynəyi və qulaqcığı çanta ilə birlikdə xatırlamadığı zibil qutusuna atdığını bildirmişdir. Səhəri gün «iPhone 11 Pro Мах» markalı mobil telefonun üzərində olan nömrəsini çıxarıb Sovetski deyilən yerdə tanımadığı şəxsə 200 manata satdığını. Pulları isə öz şəxsi işlərinə xərclədiyini qeyd etmişdir. Bundan başqa 05 aprel 2022-ci il tarixdə saat təxminən 9 radələrində Bakı şəhəri. Nərimanov rayonu Gənclik metrostansiyası ətrafında gəzişərkən, pula ehtiyacı olduğu üçün münasib yer olarsa mobil telefon oğurlayıb satıb pul əldə etmək qərarına gəldiyini bildirmişdir. Belə ki, həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından keçərkən orta yaşlı uşaqların əlində mobil telefon stadiona daxil olmalarını gördüyünü və stadionunun soyunub-geyinmə otağına daxil olub oradan oğurluq etmək qərarına gəldiyini qeyd etmişdir. Tofiq Bəhramov adına stadiona daxil olaraq soyunma-geyinmə otağına keçdiyini, həmin vaxt orada idman çantalarını gördüyünü və həmin çantaları bir-bir açıb baxdığını bildirmişdir. Baxdığı çantaların birində qara rəngli «iPhone 12 Pro Мах» markalı mobil telefon gördüyünü və tez həmin telefonu götürüb otağı tərk etdiyini bildirmişdir. Stadiondan aralandıqdan sonra telefonun üzərindən nömrəni çıxarıb atdığını, səhəri gün həmin mobil telefonu Sovetski adlanan yerdə tanımadığı şəxsə pula ehtiyacı olduğunu, bildirib 300 manata satdığını bildirmişdir. Əldə etdiyi pulları öz şəsi ehtiyaclarına xərclədiyini qeyd etmişdir. Verilən suallara cavab olaraq bildrimişdir ki, xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S-də törətdiyi oğurluq əməlini bu aptekə daxil olub sellofanı gördükdən sonra törətməyi qərara alaraq icra etmişdir. Həmin ana qədər oğurluq etmə niyyətinin olmadığını bildirmişdir. Oğurluq edən zaman ətrafına baxdığını və heç kimin ona fikir vermədiyinə əmin olduqdan sonra həmin oğurluq əməlini törətdiyini bildirmişdir. Oğurluğu etdikdən sonra aptekdən çıxıb uzaqlaşan zaman arxası ilə heç kimin onu çağırmadığını bildirmişdir. Aptekdə olan təhlükəsizlik kamerasını gördüyünü, lakin həmin kameranın onun oğurluq etdiyi yeri çəkmədiyini düşündüyünü bildirmişdir. Oğurluq əməlini tək törətdiyini və əldə etdiyi gəliri tək xərclədiyini bildirmişdir. Oğurluq etdiyi sellofan içərisində yalnız 3 ədəd uşaq bezinin olduğunu, başqa hər hansı bir növ dərman preparatı və ya başqa əşya, predmet olmadığını bildirmişdir. Məhkəmə iclasında təqsiriləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində təqsirini qismən etiraf etmiş, özünü aptek epizodunda təqsirli bilmişdir. Aptekdəki epizodu tam etiraf edir. Tofiq Bəhrəmovdakı geyim otağında olan cinayəti o, törətməmişdir. Özünü o qisimdə təqsirli bilmir. 18 saylı PŞ-nin əməkdaşları onu şöbəyə aparmışlar, hədə-qorxu gəlmişlər, işgəncə vermişdlər. Sonra onu müstəntiqin yanına aparmışlar. Ona video görüntü təqdim olunmuş, müstəntiq demişdir ki, “bu şəxs o şəxs deyil, niyə gətirmisiniz”. Sonra qapıya çıxıb polis əməkdaşları danışdılar, birdə qayıtdılar. Ondan istəyirdilər ki, izahat yazsın, sonra imza ilə təsdiq etmiş, o, ondan imtina etmişdir. Sonra yenə ona hədə-qorxu gələrək, ona dedilər ki, “evindən filan-filan şeyləri çıxaracayıq”. Müstəntiq dedi ki, “narahat olma prokurorluq baxandan sonra sən olmadığına görə xitam veriləcək”. Sonra ifadələri kompyuterdə çıxardılar, dedilər ki, “qol çək” çəkməmişdir. Heç bir prosedurda vəkil iştirak etməyib. Bu isə qanunsuzdur. İş materialları ilə sonda tanış olanda da vəkili yox idi və o, qol çəkməmişdir. Həmçinin ifadənin alınmasında da vəkili iştirak etməyib. Onunla kabinetdə iki nəfər, Tuqay müəllim və köməkçisi olub. O, işin üstünə düşmüş, onu 6 aylıq Maştağaya yerləşdirmişdirlər. Sonra isə ona axtarış veriblər. Çıxmağına bir ay qalmış, axtarış veriblər, onu təcridxanaya gətiriblər. Onu məhkəmə məcburi müayinəyə göndərib. O, çöldən-çölə istintaqa gedirdi. Aprelin 27-si onu gəlib, götürüblər. Tofiq Bəhrəmova onu aparanda hadisə yerinə o, bilmirdi ona sanksiyanı çölə verəcəklər, ya içəri, o orda gördü ki, girişdə də kamera var və otaqda girişlərə də kamera var. Həmçinin imza onun deyildir. Onun adından yazıblar. O, moll-da işləmişdir. “Pull and Bear”, “Zara”, “Stradivarius”, “Massimo Dutti” mağazalar və digər 18 mağaza Ritel Grupa məxsusdur və onların rəhbəri Zaradaşdır. O, həmin Zarada menecer işləmişdir. Yalnız aptek epizodundakı zərərçəkmişlə üzləşmə olub. O, həmçinin müharibə iştirakçısı olmuş, 45 günlük müharibədə iştirak etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3cü və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, əmək müqaviləsi üzrə Zərərçəkmiş şəxs3 MMCnin aptek nəzarətçisi vəzifəsində işləyir. İbtidai isitntaqı aparı a cinayət işi üzrə Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi olduğunu qeyd edərək, baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 10 iyun 2022-ci il tarixdə Ba- şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 29 ünvanına., fəaliyyət göstərən nümayəndəsi olduğum Zərərçəkmiş şəxs3 MMC-yə məxsus “Tamerlan” aptekdən oğurluq hadisəsi baş vermişdir. Həmin cinayət hadisəsinin ibtidai istintaq zamanı şəxsiyyəti haqqında onlarda məlumat olan Təqsirləndirilən şəxs tərəfindən törədildiyni bildirmişdir. Təqsirləndirilən şəxs aptekdən oğurluq etməsi fakt aptekə quraşdırılmış videomüşahidə kamerası ilə də qeydə alınmışdır. Belə ki, həmin günü aptekdən hər birinin qiyməti 3 manat 89 qəpik olan Almaniya istehsa olan 3 qutu “Amaril 2 mq №30”, hər birinin qiyməti 11 manat 96 qəpik olan Almanıya- istehsalı olan 2 qutu “Ardeysedon Naxt №30”, hər birinin qiyməti 0,83 qəpik olar Serbiya istehsalı olan 10 qutu “Bisakodil 5 mq №30”, hər birinin qiyməti 8 manat -2 qəpik olan Türkiyə istehsalı olan 1 qutu “Biatenz 5 mq №30”, hər birinin qiymə: 0,12 qəpik olan 20 qutu Rusiya istehsalı olan “Kalsiya qlyukonat 0,5 mq №10”, hə' birinin qiyməti 2, 62 qəpik olan 2 qutu Rusiya istehsalı “Kaptopril 25 mq №40", hər birinin qiyməti 11 manat 25 qəpik olan 1 qutu Macarstan istehsalı olan “Tireqis-D 80/12,5 mq №28”, hər birinin qiyməti 23 manat 43 qəpik olan Fransa istehsalı olan 3 qutu “Tripliksam 10 mq/2, 5 mq №30” həbləri, hər birinin qiyməti 3 manat 58 qəp- olan Hindistan istehsalı olan 1 ampula "Baralqin (Aventis) 5 ml №5”, hər birinin qiyməti 3 manat 40 qəpik olan Türkiyə istehsalı olan 2 ampula “Trentilin 5 ml №5 15 manat 68 qəpik olan Almaniya istehsalı olan 0,05 ml “Sel-T №5 x20”iynələr hər birinin qiyməti 13 manat 30 qəpik olan Türkiyə istehsalı olan 1 ədəc “Qaynomaks №7” vaginal şamı, hər birinin qiyməti 2 manat 32 qəpik olan Rus...a istehsalı olan 5 ədəd “Qliserin 2,11 qr №10” şamı, hər birinin qiyməti 14 manat 48 qəpik olan Moldaviya istehsalı olan 3 ədəd “Klindabioks 100 mq №3” vaginal şamı hər birinin qiyməti 29 manat 90 qəpik olan Çin istehsalı olan 1 ədəd “Silvaqin №8' vaginal şamı, hər birinin qiyməti 1 manat 17 qəpik olan Azərbaycan istehsalı olan 2 ədəd “Almeks 125 ml şərbəti”, hər birinin qiyməti 13 manat 82 qəpik olan Çex .a istehsalı olan 1 ədəd “Anqilor 30 ml sprey”, hər birinin qiyməti 13 manat 67 qəpı- olan Almaniya istehsalı olan 2 ədəd "Berodual H200 doz 10 ml aerozol”, hər birinin qiyməti 0,76 qəpik olan Rusiya istehsalı olan 10 ədəd “Naftizin”, hər birinin qiymə: 0,050 qəpik olan Hindistan istehsalı olan 10 ədəd “Bir dəfəlik baş geyimi oia kolpa №1”, hər birinin qiyməti 3 manat 10 qəpik olan Azərbaycan istehsalı olar 2 qutu “Arıqlamaq üçün Zərif çayı №25”, hər birinin qiyməti 7 manat 10 qəpik ola-Türkiyə istehsalı olan 1 ədəd 90 qramlıq “Kapila” sabunu “Arıqlamaq üçün Zərif çayı №25”, hər birinin qiyməti 15 manat 98 qəpik olan Türkiyə istehsalı olan 1 qutu Bez”, hər birinin qiyməti 1 manat 80 qəpik olan Rusiya istehsalı olan 5 ədəd 50 ml Skrab” təmizləyici krem və 8,00 manat dəyərində bir ədəd “Viferon-1 150 000 ME №10” rektal şam oğurlandığını bildirmişdir. Həmçinin 3 ədəd 3 ölçüdə hər paketin dəyəri 20 manat olan 3 paket “Huggies” uşaq bezlərinində oğurlandığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən hadisə ilk dəfə idi Daş verirdi. Daha əvvəl verilən ərizə və izahatlrda qeyd edilən məbləğin doğru olmadığını və hadisə nəticəsində nümayəndəsi olduğu şirkətə ümumilikdə 409.01 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasına video-konfrans vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, oğlu Şahid5 idmanın futbol növü ilə məşğuldur və o, ünvan 5 ünvanında yerləşən Tofiq Bəhrəmov adma Respublika stadionunda məşq keçir. Mahiyyəti üzrə bildirmişdir ki, azyaşlı oğlu Şahid5 05 aprel 2022ci il tarixdə saat 18:00-dan saat 20:00-dək olan müddət ərzində ünvan 6 ünvanında yerləşən Tofiq Bəhrəmov adına Respublika stadionunda təlim-məşq toplantısında olmuşdur, həmin gün oğlu stadionun soyunub-geyinmə otağından əynini dəyişərək təlimdə iştirak etmişdir və 2021-ci ilin dekabr ayında 3.740 (üç min yeddi yüz qırx) manata nağd şəkildə zərərçəkmişin özünün aldığı qara korpuslu «İphone 12 Pro Мах» markalı, 512 GB yaddaşlı, **********34999 İMEİ kodlu mobil telefonunu idman çantasına qoymuşdur. Məşq başa çatdıqdan sonra saat 20:00-da oğlunun soyunub geyinmə otağında əynini dəyişdikdə telefonunun çantasında olmadığını yəni oğurlanmasını aşkar etdiyini bildirmişdir. Bundan sonra oğlunun ətrafı axtardığını və uşaqlarla soraqlaşdığını, lakin telefonu tapa bilmədikdə ona bu barədə məlumat verdiyini bildirmişdir. O, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdiyini bildirmişdir. Qeyd etmişdir ki, oğluna hədiyyə olaraq alıb verdiyi «İphone 12 Pro Мах» markalı, 512 GB yaddaşlı mobil telefon aparatı təzə vəziyyətdə olmuşdur və oğlunun həmin telefonu cəmi üç ay beş gün istifadə etmişdir, telefonun heç bir zədəsinin olmadığını da əlavə etmişdir. Mobil telefonun onun tərəfində alındığından maddi ziyanın oğluna deyil özünə dəydiyini bildirmişdir. Hadisə ilə bağlı konkret olaraq şübhələndiyi şəxsin olmadığını və hadisə zamanı ona məxsus olan “İphone 12 Pro Max” markalı mobil telefon aparatının oğurlanması nəticəsində ona 3740 manat, mobil telefon oğurlanan zaman içərisində ***-***-**-** saylı mobil nömrənin oğurlanması nəticəsində 7 manat və həmin nömrənin 8 manat balansının olmasını nəzərə alaraq ona ümumilikdə 3755 manat maddi ziyan dəyməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindrilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Nərmanov rayonu, X23 küçəsində yerləşən “Gənclik Mail” ticarət mərkəzinə alışveriş etmək üçün getmişdir. Təxminən saat 20:00 radələrində “Gənclik Mail" ticarət mərkəzində yerləşən “Pull&Bear” geyim mağazasına daxil olduğunu həmin zaman əlində içərisində 3800 manat pulun, 400 ABŞ dollarının. 01 ədəd “airpods” qulaqcığının, 01 ədəd “Ray-Ban” markalı eynəyin olduğu əl çantasının olduğunu bildirmişdir. Mağazada qış gödəkçələrini geyinən zaman özünə məxsus olan 01 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonunu da əl çantasının içərisinə qoyduğunu və həmin əl çantasını mağazada olan masanın üzərinə qoyduğunu bildirmişdir. Paltarını dəyişdikdən sonra “Pull&Bear” geyim mağazasında olan masanın üzərinə qoyduğu 30 manat dəyərində əl çantasının, həmin əl çantasının içərisində olan 2700 manat dəyərində 01 ədəd “İphone 11 Pro Max” markalı, **********67157 və 2**********05181 İMEİ kodlu, içərisində 25 manat dəyərində 051- ***-**-** saylı mobil nömrə olan mobil telefonunun, 70 manat dəyərində olan 01 ədəd “Ray-Ban" markalı eynəyinin, 400 manat dəyərində olan 01 ədəd “airpods” qulaqcığının, 400 ABŞ dollarının və 3800 manat məbləğində piflunun oğurlandığını aşkar etdiyini bildirmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək mənə qarşı baş vermiş oğurluq cinayəti barədə məlumat verdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki hadisə nəticəsində Zərərçəkmiş şəxs2 ümumilikdə 7.705 manat məbləğində ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olmadığını və ondan heç bir tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 təqribən bir bir il olar ki , Bak şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/sahəsindəki 29-cu binanın yaxınlığında yerləşən “Tamerlan” aptekdə satıcı kimi işlədiyini, ondan başqa həmin aptekdə Aybəniz və Samirə xanımların işlədiklərini əlavə etmişdir. Aptekdə bir neçə ay ərzində satılmayan müddəti bitmiş bez və digər dərman preparatlarını geri qaytarılması üçün paketləçdirib giriş qapısının yaxınlığına qoyduqlarını, xx.xx.2022-ci il tarixdə onlar eyni qaydada geri qaytarmalı olduqları dərman preparatlarını və bezləri yığıb qapının girəcəyində yerdən qoyduqlarını bildirmişdir. Həmin geri qaytarılmalı olan dərman preparatlarını hər dəfə birinin pakeləşdirdiklərini, xx.xx.2022-ci il tarixdə isə onun həmin paketləşdirməni həyata keçirtdiyini bildirmişdir. Qeyd edilən tarixdə saat 19 radələrində aptekdə müştərilərin sayının bir qədər çox olduğu zaman başlarının işə qarışdığını bildirmişdir. Bu zaman bir nəfər orta yaşlarında olan kişi cinsindən olan şəxsin aptekin girişində yerə geri qaytarmaq üçün qoyduqları paketi götürərək aptekdən çıxmasını gördüyünü qeyd etmişdir. O, aptekdən həmin şəxsə maneə olmaq üçün çıxdığını, lakin aptekdən çıxdıqda artıq həmin şəxsin biraz aralıda olan qırmızı rəngli avomobilə oturduğunu gördüyünü bildirmişdir. Oğrunun arxasınca “dayan” deyə səslənsə də hadisəni törətmiş Təqsirləndirilən şəxs, onun səsimi eşitmədiyini və avtomobilə oturaraq uzaqlaşdığını bildirmişdir. Bu zaman aptekin içərisindən Aybəniz və Samirə xanımın çıxdıqlarını və ondan nə baş verməsini soruşduqlarını bildirmişdir. O, Samirə və Aybənizə geri qaytarmalı olduqları paketi içərisində olan dərman preparatları və bezlərlə birlikdə naməlum şəxsin oğurladığını bildirdiyini qeyd etmişdir. Bundan sonra o, Din-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini əlavə etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisəni törədən şəxsi görüb tez aptekdən çölə çıxdığını. Lakin artıq həmin şəxsin avtomobillə oturaraq uzaqlaşdığını bildirmişdir. O, aptekdən çıxdıqda artıq Təqsirləndirilən şəxs biraz aralıda olan avtomobilə oturduğunu, hər ehtimala qarşı Emilə “dayan’ deyə səslənsə də Emilin, buna heç bir reaksiya göstərmədiyini. Həmçinin avtomobil ilə aptekin arasında bir qədər məsafənin olduğu üçün də Emilin onu eşitmədiyini düşündüyünü bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 və X6 digər şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verməklə Şahid1 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2011ci ildən ünvan 7 ünvanında yerləşən marketi icarəyə götürüb işlədir. Bu müddət ərzində heçvaxt qanunsuz fəaliyyətlə məşğul olmamışdır nədə ki, oğurluq əşyalar almışdır. 2022-ci ilin iyun ayının əvvəllərində bir nəfər tanımadığı şəxsin aptekə yaxınlaşaraq çoxlu “Huggies” uşaq bezlərini aldığını və hazırda pula ehtiyacı olduğundan həmin bezlərin bir hissəsini satmaq istədiyini bildirdiyini qeyd etmişdir. Bu zaman o, həmin pamperslərə baxdıqdan sonra həmin şəxslə 35 manata razılaşdıqlarını və pampersi həmin şəxsdən aldığını bildirmişdir. O, adətən qırağdan mal almadığını, aldığı malları ancaq rəsmi şirkətlərdən aldığını bildirmişdir. Ancaq həmin şəxsin ehtiyac sahibi olduğunu dedikdə ona yazığı gəldiyindən ondan həmin pampersi 35 manata aldığını. Sonra isə müştərilərə satdığını bildirmişdir. Verilən suallara cavab olarq bildirmişdir ki, bezləri aldığı şəxsi ilk dəfə gördüyünü. Həmçinin hadisənin üzərindən xeyli vaxt keçsdiyindən hazırda həmin şəxsi görsə də tanıya bilməyəcəyini bildirmişdir. On satılan bezlərin oğurluq olmasını bilmədiyini heçvaxt oğurluq əmlakla al-ver etmədiyini bildirmişdir. Həmçinin həmin əmlakın oğurluq olması barədə məlumatının olmadığını bildirmişdir. Həmin bezləri mağazadan alış veriş edən, yadında olmadığı müştərilərə satdığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi, ev 21, mənzil 38-də qeydiyyatda olsa da hazırda atası Zərərçəkmiş şəxs1, anası X10 və 2012-ci il təvəllüdlü bacısı X11 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mk/rn, F.Məlikov küçəsi, ev 2 A, mənzil 1-də kirayə yaşayıram, hazırda Bakı şəhəri, Binəqədi rayonu, 244 saylı orta məktəbin 6-cı sinfində oxuyur, dərslərimi yaxşı qiymətlərlə oxuyur, eyni zamanda idmanın futbol növü ilə məşğul olur və ünvan 5 ünvanında yerləşən Tofiq Bəhrəmov adma Respublika stadionunda məşq keçir.Mahiyyəti üzrə bildirmişdir ki, artıq səkkiz ildir futbolla məşğul olur, Tofiq Bəhrəmov adına Respublika stadionunda 12 yaşlılar üzrə məşqlər keçir, 2021-ci ilin sentyabr ayında Azərbaycanın 12 yaşlılar üzrə Milli Komandasına dəvət aldığı üçün atası Zərərçəkmiş şəxs1 2021-ci ilin dekabr ayında ona "xxxx" MMC-dən 3.740 (üç min yeddi yüz qırx) manata qara korpuslu, «İphone 12 Pro Мах» markalı, 512 GB yaddaşlı. **********34999 İMEİ kodlu mobil telefon hədiyyə olaraq alıb vermişdi, o, həmin telefonu ***-***-**-** saylı nar nömrə ilə istifadə etdiyini bildimrişdir. Həmin nömrəni atasının ona 7 manata aldığını və nömrənin balansında hadisə baş verən zaman 8 manat dəyərində konturun olmasını bildirmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 05 aprel 2022ci il tarixdə saat 18:00-dan saat 20:00-dək olan müddət ərzində ünvan 5 ünvanında yerləşən Tofiq Bəhrəmov adına Respublika stadionunda təlim-məşq toplantısında olmuşdur, həmin gün stadionun soyunub-geyinmə otağından əynini dəyişərək təlimdə iştirak etdiyni və həmin vaxt istifadə etdiyi qara korpuslu, «İphone 12 Pro Мах» markalı, 512 GB yaddaşlı, **********34999 İMEİ kodlu mobil telefonunu idman çantasına qoyduğunu bildirmişdir. Məşq başa çatdıqdan sonra saat 20:00-da o, soyunub geyinmə otağında əynini dəyişdikdə telefonunun çantada olmadığını, yəni oğurlanmasını aşkar etdiyini bildirmişdir, bundan sonra o, uşaqlarla birlikdə ətrafı axtardıqlarını və bütün məşq uşaqharından telefonunu soruşduğunu, ancaq tapa bilmədiyini bildirmişdir, ona görə bu barədə atası Zərərçəkmiş şəxs1 bu barədə məlumat verdiyini bildirmişdir. Atasının isə Azərbaycan Respublikası DİN- nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verməsini qeyd etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin mobil telefonu atası alıb ona veridiyindən ziyan atasına dəymişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X7 iştirakı ilə şahid qismində dindirilmiş X15 ifaddəsində bildirdi ki, o, məşqə gedən zaman meydançada olmuş, axırıncı kim otaqdan çıxıbsa həmin şəxsin qapını bağlamalı olduğunu, bir şəxsin Aleksə yaxınlaşıb və açarı ona verməsini istədiyini, işi olduğunu bildirmişdir. O da verib və telefonu oğurlanmışdır. Həmin otağa başqalarının girişi qadağandır. Giriş darvazasında mühafizə olur. Bəzi vaxtlar üzərlərini yoxlayırlar. Telofonu 2021-ci il aprel ayında oğurlanıb. Hava isti idi. İdman qurtaranda əynini dəyişmiş, baxmışdır ki, telefon yoxdur, o, bu barədə atasına demişdir. Dostu Aleks dedi ki, papağı, boğazlıqlı, eynəkli şəxs idi. Geyim otağı və girişdə kamera yox idi. Darvaza və studioda kamera var. 1 nəfər oğurluq edib. Boyu və kilosunu Aleks bilirdi. Aleks Bakıda yaşayır. Telefonun İMEİ kodunu polisə təqdim etmişdir. Məşqdən bir saat əvvəl əynini dəyişmiş, həmin vaxt axşam idi. 1 saat 10-15 dəqiqə sonra qayıtdıqda, telefon yox idi. Aleks elə bilib ki, hansısa uşağın valideynidir. Aleks açarı bağlamaq istəyib, lakin bağlamayıb. Meydançada o şəxsi görməmiş, kənardan girmişdir. Polisə getmiş, lakin o, izahat verməmiş, komanda yoldaşı izahat vermişdir. Komanda yoldaşının da telefonu tapılmayıb. Ondan polisdə heç nə soruşmayıblar. Qapıdan girmişlər, atası və Aleks getmiş, o isə qapıda qalmışdır. Həmin şəxsi o, görməmiş, onu Aleks görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-in İŞ-in müstəntiq Tuqay Allahverdizadə ifadəsində 5 ildir müstəntiq işlədiyini, Zərərçəkmiş şəxs3 MMC ilə əlaqəm olmadığını, Tofiq Bəhramovdun adına stadionun geyinmə-soyunma otağındakı epizodun Təqsirləndirilən şəxs aid olduğunu, işin həmin ərəfədə onda olmadığı səbəbindən Cəfərzadə Daşqını şəxsən dindirmədiyini, birləşdirilmə üçün ona verildiyini, ondan əvvəl Rahib Əliyev dindirdiyini, şəxsin etiraf etdiyini, cəlb olunduğunu, o da işi apararaq ifadəni yerində yoxladığını, onun bu barədə məlumatı olmadığını, uşağın dindirilməsi ilə bağlı olan sualları digər müstəntiqə verməli olduqlarını, zərərçəkmiş şəxs və şahidin dindirildiyini, ona görə də imzaları olduğunu, aiddiyatı üzrə ona göndərildiyini, o, istintaq aparmış olduğunu, digər uşağın yanındakıları dindirməyə ehtiyac duymadığını, onun xidməti otağının qarşısında və ya otağında heç bir şəxsin döyülmədiyini, ilkin araşdırmanın təhqiqatda olduğunu, ona göndərilən işdə videogörüntü olmadığını, o, şahid uşağı və digər uşağı dindirmədiyini, ona təhqiqatçı, əməliyyatçı nə təqdim ediblərsə, o görüntünü vermiş olduğunu, ilk müstəntiqin o olmadığını, işin nə zaman daxil olmasının yadında olmadığını, ondan sonra ifadəni yerində yoxladığını, hadisə olanda PB-nin əməliyyatçıları, təhqiqatçıları oraya gedir, müstəntiq oraya getmədiyini, təqsirləndirilən şəxs etiraf etdiyi və kifayət qədər sübut olduğu üçün uşaqları dindirmədiyini, ifadənin yerində yoxlanılmasında özünün olduğunu, hansı əməliyyatçı idi, yadında olmadığını, Cəfərzadə ilə görüş olmadığını və qərarın birləşdirilməsini Daşqına göndərmiş olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 əlavə şahid qismində dindirilmiş X4 ifadəsində idmana gəldiyini, ayın tarixinin yadında olmadığını, öz əşyalarını qoyduğunu, telefonun kurtkasının cibində olduğunu, geyim otağına qayıdan zaman telefonun olmadığını gördüyünü, 3 geyim otağı olduğunu, əynini fərqli-fərqli geyim otağında dəyişdiyini, geyim otağına istənilən şəxsin girib-çıxma icazəsinin olub-olmadığını bilmədiyini, geyim otağının 3 girişi olduğunu, ən böyüyünün ortada olduğunu, sonrakı otağın isə dəhlizdə olduğunu, 3 geyim otağın bağlamaq üçün açar olduğunu, o gün həmin şəxs ona yaxınlaşaraq qıfılda problem olduğunu, qapının bağlanmadığını, həmin şəxsin ağ köynək geyindiyini, həmin kişinin dəhlizdə telefonla danışdığını, o valideynləri ilə əlaqə saxlamaq istədikdə uşaqların Cəfərzadənin də telefonun olmadığını, polisə şikayət etdiyini, şikayətdən sonra məlumatı olmadığını, həmin şəxsin boyu 1.70-1.80. olduğunu, arıq olduğunu, sifətin görmüş olduğunu, lakin indi xatırlamadığını, üzündə nəsə olması yadında olmadığını, birinci kimin telefonunun itməsini bilmədiyini, birinci Cəfərzadənin ya onun otağa daxil olmağının yadında olmadığını, mühafizəçiyə müraciət edərək Cəfərlə onun telefonunun olmadığını bildirdiyini, idmandan sonra polisə getdiyini, müraciətin şifahi ya yazılı olmasını xatırlamadığını, polis bölməsində onları dindirdiklərini, həmin şəxsin üzündə maska olmasının yadında olmadığını bildirmişdir. Məhkəmə iclasında məhkəmə xətt-şünaslıq ekpertizası üzrə rəyi vermiş ekspert Murad Kərimov ifadəsində göstərdi ki, o, 2018-ci ildən ekspert işləyir. Bəzən 1 və yaxud 2 vərəqi təqsirləndirilən şəxs özü imzalayır, digər səhvələrdə istintaq imzalamış olur. Belə hallara rast gəlinir. Bu şəxsin imzasında hərf təşkil etməyən cızıqlar olduğundan qəti rəy verilmir. Texniki vasitələrdən istifadə edilmir, gözlə müəyyən edilir. Uyğunluq dərəcəsinə baxılıb, rəy verilib. Verdiyi rəyi təsdiq edir. Şəxs imza çəkir, sonra mümkündür ki, fərqli çəksin. Vərdişdən, sürətdən asılı fərq yaranır. Lupadan istifadə edilir. Xətşünaslıqla bağlı başqa metod yoxdur. Ekspertiza haqqında Qanuna əsaslanırdırılır, metod rəydə qeyd edilmişdir. Şəxsi dəvət etməyə ehtiyac yox idi. Bəzən qarşısında ad soyad yazılır, onu müəyyən etmək daha rahatdır. Cinayət işinin 1-ci cildinin 37-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə, saat 23:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 64-65-ci vərəqlərində olan 16 iyul 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 67-ci vərəqlərində olan 16 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 243-244-cü vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixində, saat 20:20-dı şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 10-cu vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 25-28-ci vərəqində olan 09 sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi Nərimanov RPİ-yə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 29-30-cu vərəqlərində olan “qətimkan tədbirinin seçilməsinə dair” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında “başqa yerə getməmək haqqında intizam” qətimkan seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 5-7-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilmə və götürmə haqqında 10 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi 10 iyun 2022-ci il tarixdə saat 19 radələrində “Dokta MMC”-yə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 29 saylı binanın yaxınlığında yerləşən “Tamerlan” aptekə müştəri kimi daxil olduqdan sonra həmin mağazada əlini uzadaraq müştəri üçün nəzərdə tutulmayan yerə qanunsuz daxil olaraq oradan gizli yolla malları talamış və nəticədə zərərçəkmiş şəxs “Dokta MMC”-yə ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 1-ci cildinin 9-11-ci vərəqlərində olan “video görüntüyə baxış keçirilməsi haqqında” 10 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, görünür ki, video görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.1989cu il təvəllüdlü Təqsirləndirilən şəxs aptekə müştəri qismində daxil olub, qapının yaxınlığındakı bir ədəd içərisində bez, dərman məhsulları olan bir ədəd böyük torbanı oğurlayaraq, oradan uzalaşır. Qırmızı rəngli VAZ2107 markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün idarə etməsi müəyyən edilmişdir. Bununla video görüntüyə baxış keçirilməsi tamamlanmışdır. Cinayət işinin 1-ci cildinin 70-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S-də yerləşən aptekə daxil olaraq aptekdə yerdən qoyulmuş içərisində uşaq bezləri və dərman preparatlarının olduğu paketi götürülüb aptekdən çıxaraq oğurluq etməsi müəyyən edir. Cinayət işinin 1-ci cildinin 113-115-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilmə və götürmə haqqında 05 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədi ilə 05 aprel 2022-ci tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 98 ünvanında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunun soyunubgeyinmə otağına qanunsuz daxil olaraq oradan 2010-cu il təvəllüdlü Şahid5 istifadəsində olan Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** GSM nömrə və qoruyucu şüşə ilə istifadə olunan «iPhone» markalı, «12 Pro Мах» modelli mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 1-ci cildinin 189-190-cı vərəqlərində olan hadisə yerinə baxış keçirilmə və götürmə haqqında 18 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını talama məqsədi ilə 18 fevral 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən «Gənclik Mail» Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Pull&Bear” geyim mağazasına müştəri qismində daxil olub orada olan paltar masazırın üzərindən Zərərçəkmiş şəxs2 məxsus içərisində pul, 1 ədəd «Ray-Ban» markalı gün eynəyi, 1 ədəd «Airpods» qulağcığı, 1 ədəd ***-***-**-** GSM nömrə ilə istifadə olunan «iPhone» markalı, «11 Pro Мах» modelli mobil telefon olan əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 1-ci cildinin 43-47-ci vərəqlərində olan ifadənin yerində yoxlanılması barədə 16 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin hadisə yerində yoxlanılması zamanı ifadəsində göstərdiklərini əyani olaraq bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilərək, fotoşəkillər çəkilmişdir. Cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqlərində olan “diskə baxış keçirilməsi haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 98 ünvanında fəaliyyət göstərən “Gənclik Mall” Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Pull&Bear” geyim mağazasının müşahidə kamerasında olan görüntüdə əynində qara rəngli gödəkcə, üzündə tibbi maska olan şəxsin mağazaya daxil olması, mağazanın içərisində geyim əşyalarına baxması, daha sonra paltar masasının üzərindən götürüb, masanın aşağı hissəyə qoyub, yenidən mağazanın içərisində gəzişməsi, bundan sonra həmin şəxsin qara rəngli kişi əl çantasını geyim masasının üzərindən götürüb mağazanı tərk etməsi müəyyən olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs diskə baxış keçirilərkən masa üzərində qara kişi əl çantasını götürən¸əynində qara gödəkçə, üzündə qara tibbi maska olan şəxsin özü olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cildinin 156-160-cı vərəqlərində olan ifadənin yerində yoxlanılması barədə 08 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin hadisə yerində yoxlanılması zamanı ifadəsində göstərdiklərini əyani olaraq bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilərək, fotoşəkillər çəkilmişdir. Cinayət işinin 2-ci cildinin 47-50-ci vərəqlərində olan “üzləşdirmədə dindirmə” haqqında 23 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxslə şahid qismində dindirilmiş X6 və Şahid1 ilə üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş hər iki tərəf ifadələrində qeyd etdiklərini bir birilərinin üzünə qarşı bildirmişdirlər. Cinayət işinin 2-ci cildinin 37-39-cu vərəqində olan iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nih 177.1, 68.1, 67.1,-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 51-54-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-141/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzasının əvəz edildiyi və hazırda çəkilməmiş 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 02 ay 22 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməsi, onun üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 10 mart 2021-ci il tarixindən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin 2-ci cildinin 179-181-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-175/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 183-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin 2-ci cildinin 243-246-ci vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6518/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs müalicə olunması üçün 06 ay müddətinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, ərizəçi X9, xx.xx.1989-cu il təvəllüdlü övladı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzim məcburi yerləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəni onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1989-cu il təvəllüdlü övladı Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkotik vasitələr qəbul edir. Ona edilən iradlara və məsləhətlərə əhəmiyyət verməyərək öz bildiyini davam etdirir, narkotik və psixotrop maddələri qəbulunu davam etdirir. Onu bir neçə dəfədir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müalicə almaq üçün yerləşdirmişdir, lakin evə gələndən sonra yenidən eyni hərəkətlərini davam etdirir, narkotik və psixotrop maddələri qəbul edir. Həkimlər isə onun məcburi orada saxlaya bilmədiklərini bildirirlər. Övladı illərdir ki, bu xəstəlikdən, bağlılıqdan əziyyət çəkir. xx.xx.1989-cu il təvəllüdlü övladı Təqsirləndirilən şəxs artıq narkoloji xəstədir. Dəfələrlə evdə mübahisə yaradıb evdən qaçıb getmişdir. Dəfələrlə ərizəçiyə əsassız yerə mübahisə yaratmağa çalışmışdır. Ərizəçi onu pis vərdişlərə sürükləyən mühitdən uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilməmişdir. Belə ki, bundan bir müddət öncə onu könüllü olaraq müalicə müəssisəsinə yerləşdirilməsinə çalışmış, lakin övladın bu asılılıqdan azad olmaq istəməyib, dəfələrlə könüllü müalicə qəbulundan imtina etmişdir. Hətta, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsinə ərizə yazaraq müalicə müəssisəni tərk etmişdir. Bundan başqa, 2022-ci il tarixində özünü idarə edə bilməməsi səbəbindən inzibati xəta törətmiş və onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 15 gün (sutka) inzibati həbs cəzası müəyyən edilmişdir. Belə ki, övladı inzibati xətanı, törədən zaman özündə olmadığını, inzibati xətanı hansı şəraitdə törətdiyini xatırlamır. Belə olduğu təqdirdə onun bu asılılıqdan xilas olmasına zərurət yaranmışdır. xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Respublika Narkoloji Mərkəzi tərəfindən “opioid və psixostimulyatorun birgə qəbulu nəticəsində asılılıq sindromu (F19.2)” diaqnozu qoyulmuşdur. Buna dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 şəxsinin Həkim-Məsləhət Komissiyası tərəfindən Rəy xx.xx.2022-ci il tarixində ərizəçiyə təqdim edilmişdir. Elekrton Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2007-ci tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2024-ci il tarixli, 4/1520 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 13-14-cü vərəqlərində olan /təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair/ “Bildiriş”in 1-ci vərəqinin aşağı hissəsində soldan sağa 1-ci imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:" qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 15-ci vərəqində olan 09 sentyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında qərarın sürətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında” “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 16-cı vərəqində olan 09 sentyabr 2022- ci il tarixli (Etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 17-18 ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 sentyabr 2022-ci il tarixli “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində “İmza” qrafasında olan imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 21-ci vərəqində olan 09 sentyabr 2022-ci il tarixli /Təqsirləndirilən şəxsin həbsə alınması üçün məhkəməyə təqdim edilmiş materiallarla tanış alması barədə) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 49-49- 50-ci vərəqlərində olan 23 sentyabr 2022-ci il tarixli “Üzləşdirmədə dindirmə protokolu”nun 1- ci vərəqinin sağ hissəsində “2." qrafalarında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzalar, 2-ci vərəqində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, 3-cü vərəqinin yuxarı sol hissəsində “İmzam ilə təstiq edirəm:” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 47-47-48-ci vərəqlərində olan 23 sentyabr 2022-ci il tarixli “Üzlədirmədə dindirmə protokolu”nun 1-ci vərəqinin sağ hissəsində “2.” qrafalarında olan imzalar, 2-ci vərəqində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, 3-cü vərəqinin yuxarı sol hissəsində “İmzam ilə təsdiq edirəm.” yazılarının yuxarısında olan imza; cinayət işinin 2-ci cildinin 103-cü vərəqində olan 23 noyabr 2022-ci il tarixli (təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında” “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs oğlu” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 104-105-cı vərəqlərində olan Təqsirləndirilən şəxsin hüquq və vəzifələri barədə/ “Bildiriş”in 1-ci vərəqinin aşağı sağ hissəsində olan ifpza; cinayət işinin 2-ci cildinin 106-cı vərəqində olan “Bildiriş”də “İmza qrafasında\.“Təqsirləndirilən şəxs oğlu” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 107-ci vərəqində olan 23 noyabr 2022-ci il tarixli (təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarının surətini ona verilməsi haqqında) “Protokol”da “Qərarın surətini aldım, hüquq və vəzifələrim mənə izah edildi:” qrafasında “Təqsirləndirilən şəxs oğlu" yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 108-109-cu vərəqlərində olan “Bildiriş”in 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs oğlu” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 110-cu vərəqində olan 23 noyabr 2022-ci il tarixli (təqsirləndirilən şəxsin həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olması haqqında) “Protokol”da olan “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs oğlu” yazılarının qarşısında olan imza; cnayət işinin 2-ci cildinin 111-115- ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində “İmza:” qrafasında olan imzalar, 2-ci vərəqinin yuxarı hissəsində “İmza:” qrafasında olan imza və aşağı hissəsində olan imza və 5-ci “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs oğlu” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 116-cı vərəqində olan 25 noyabr 2022-ci il tarixli /ibtidai istintaqın qurtarmasını təqsirləndirilən şəxsə elan olunması haqqında/ “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs oğlu” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 18-ci vərəqində olan 15 iyul 2022-ci il “Akt”da “Saxlanılan şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 19-cu vərəqində olan “İzahat”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 24-cü vərəqində olan 15 iyul 2022-ci il tarixli (şübhəli şəxsin tutulması haqqında) “Qərar”da “Qərarın surətini aldım:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cilldinin 25-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Ərizə”də “İmza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 27-ci vərəqində olan 15 iyul 2022-ci il tarixli (Vəkillərin siyahısının təqdim edilməsi haqqında) “Protokol”da “İmza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 32-ci vərəqində olan 15 iyul 2022-ci il tarixli (Şübhəli şəxsə müdafiəçinin təqdim olunması haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan (Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə” “Bildiriş”in 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 35-ci vərəqində olan 15 iyul 2022-ci il tarixli (Şübhəli şəxsə hüquq və vəzifələrinin izah olunması, hüquq və vəzifələri haqqında yazılı bildirişin verilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 36-cı vərəqində olan 15 iyul 2022-ci il tarixli (Etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların şübhəli şəxsə bildirilməsinə dair) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 37-ci vərəqində olan 15 iyul 2022-ci il tarixli (cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında) “Protokol”da “Tutulan şəxs” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci .cildinin 51-ci vərəqində olan 16 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarda “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 54-cü vərəqində olan 16 iyul 2022-ci il tarixli (Təqsirləndirilən şəxsə müdafiəçinin təqdim olunması haqqında) Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 58-ci vərəqində olan 16 iyul 2022-ci il tarixli “Bildiriş”də “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 59-cu vərəqində olan 16 iyul 2022-ci il tarixli (Etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 60-63-cü vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində “İmza:” qrafalarında olan imzalar, 2-ci vərəqində “Bilirəm” yazısı, “İmza:” qrafasında olan imza və vərəqin aşağı hissəsində olan imza, 3-cü vərəqinin aşağı hissəsində olan imza, 4cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs oğlu” yazılarının qarşısında olan imza; cinayət işinin 69-cu vərəqində olan 16 iyul 2022-ci il tarixli /başqa yerə getməmək haqqında/ “İltizam’da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 70-ci vərəqində olan 16 iyul 2022-ci il tarixli /diskə baxış keçirilməsi haqqında/ “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs oğlu” yazılarının qarşısında olan imza; cinayət işininn 2ci cildinin 45-ci vərəqində olan 23 sentyabr 2022-ci il tarixli (təqsirləndirilən şəxsin vəkildən imtina etməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 2-ci cildinin 104-105-cı vərəqlərində olan /Təqsirləndirilən şəxsin hüquq və vəzifələri barədə/ “Bildiriş”in 2-ci vərəqində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs oğlu” yazılarının qarşısında olan imza; cinayət haqqında “Protokol”un 3-cü vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi” hişinin 2-ci cildinin 111-115-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında “Protokol” un 3-cü vərəqinin aşağı sağ hissəsində olan imza, 4-cü vərəqinin aşağı sağ hissəsində olan imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş 24 may 2023-cü il tarixli ərizədən görünür ki, icraatda olan 1 (010)-175/2023 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndilən şəxs qismində cəlb edilmişdir. Həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs3 MMC-də ibtidai istintaq zamanı zərərçəkmiş şəxs olaraq tanınmışdır. Belə ki, Təqsirləndirilən şəxs "Dokta MMC’’-уа məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış massivi, 29 saylı binanın yaxınlığında yerləşən "Tamerlan” aptekdən özgənin əmlakını gizli olaraq talamışdır. İbtidai istintaq və keçirilən məhkəmə proseslərindən məlum olur ki, Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 10 iyun 2022-ci il tarixdə saat 19 radələrində "Dokta MMC"-ya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış massivi, 29 saylı binanın yaxınlığında yerləşən "Tamerlan” aptekə müştəri kimi daxil olduqdan sonra həmin mağazada əlini uzadaraq müştəri üçün nəzərdə tutulmayan yerə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 3 manat 89 qəpik olan Almaniya istehsalı olan 3 qutu "Amaril 2 mq NQ30", hər birinin qiyməti 11 manat 96 qəpik olan Almaniya istehsalı olan 2 qutu "Ardeysedon Naxt NQ30", hər birinin qiyməti 0,83 qəpik olan Serbiya istehsalı olan 10 qutu "Bisakodil 5 mq NQ30", hər birinin qiyməti 8 manat 42 qəpik olan Türkiyə istehsalı olan 1 qutu "Biatenz 5 mq NQ30”, hər birinin qiyməti 0,12 qəpik olan 20 qutu Rusiya istehsalı olan "Kalsiya qlyukonat 0,5 mq Np 10”, hər birinin qiyməti 2,62 qəpik olan 2 qutu Rusiya istehsalı "Kaptopril 25 mq NQ40" hər birinin qiyməti 11 manat 25 qəpik olan 1 qutu Macarstan istehsalı olan "Tireqis-D 80/12,5 mq NQ28", hər birinin qiyməti 23 manat 43 qəpik olan Fransa istehsalı olan 3 qutu "Tripliksam 10 mq/2,5 mq NQ30” həbləri, hər birinin qiyməti 3 manat 58 qəpik olan Hindistan istehsalı olan 1 ampula "Baralqin (Aventis) 5 ml NQ5”, hər birinin qiyməti 3 manat 40 qəpik olan Türkiyə istehsalı olan 2 ampula "Trentilin 5 ml NQ5”, 15 manat 68 qəpik olan Almaniya istehsalı olan 0,05 ml "Sel-T NQ5 x20" iynələri, hər birinin qiyməti 13 manat 30 qəpik olan Türkiyə istehsalı olan 1 ədəd "Qaynomaks NQ7” vaginal şamı, hər birinin qiyməti 2 manat 32 qəpik olan Rusiya istehsalı olan 5 ədəd "Qliserin 2,1 1 qr Np 10” şamı, hər birinin qiyməti 14 manat 48 qəpik olan Moldaviya istehsalı olan 3 ədəd "Klindabioks 100 mq NQ3” vaginal şamı, hər birinin qiyməti 29 manat 90 qəpik olan Çin istehsalı olan 1 ədəd "Silvaqin NQ8” vaginal şamı, hər birinin qiyməti 1 manat 17 qəpik olan Azerbaycan istehsalı olan 2 ədəd "Almek 125 ml şərbəti", hər birinin qiyməti 13 manat 82 qəpik olan Çexiya istehsalı olan 1 ədəd ’’Anqilor 30 ml sprey", hər birinin qiyməti 13 manat 67 qəpik olan Almaniya istehsalı olan 2 ədəd "Berodual H200 doz 10 ml aerozo", hər birinin qiyməti 0,76 qəpik olan Rusiya istehsal olan 10 aded "Naftizin", hər birinin qiyməti 0,050 qəpik olan Hindistan istehsalı olan 10 ədəd "Bir dəfəlik baş geyimi olan kolpa NQİ hər birinin qiyməti 3 manat 10 qəpik olan Azərbaycan istehsalı olan 2 qutu "Arıqlamaq üçün Zarif çayı NQ25”, hər birinin qiyməti 7 man 10 qəpik olan Türkiyə istehsalı olan 1 ədəd 90 qramlıq "Kapila" sabunu "Arıqlamaq üçün Zarif çayı NQ25", hər birinin qiyməti 15 manat 98 qəpik olan Türkiyə istehsalı olan 1 qutu "Bez", hər birinin qiyməti 1 manat 80 qəpik olan Rusiya istehsalı olan 5 ədəd 50 ml "Skrab” təmizləyici krem və 8,00 manat dəyərində bir əded "Viferon-1 150 000 ME Np 10" rektal şamı və hər birinin dəyəri 20 manat olan 03 paket "Huggies"xxxx"Dokta MMC”-yə ümumilikdə 409.01 ( dörd yüz doqquz manat, 1 qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istinaq və keçirilən məhkəmə proseslərindən məlum olur ki, cinayət yolu ilə dəymiş maddi ziyanın həcmi ümumilikdə 409,01 (dörd yüz doqquz manat, 1 qəpik) manat təşkil edir. Lakin, bu ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsinə heç cür nail olunmamışdır. Bu səbəbdən “Dokta" MMC-nin mülki iddiaçı kimi tanınmağına və təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılarkən Təqsirləndirilən şəxs ümumlikdə 409,01 (dörd yüz doqquz manat, 1 qəpik) manat pulun Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə tutulması barədə də hökmdə qeydin aparılması zəruridir. Odur ki, Zərərçəkmiş şəxs3 MMC-nin mülki iddiaçı kimi tanınması barədə qərar qəbul etməyinizi və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən hökmdə ondan 409,01 (dörd yüz doqquz manat, bir qəpik) manat məbləğində pulun və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzinin də alınıb verilməsinini xahiş etmişdir. Cinayət işinin materiallarında olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli teleqramdan görünür ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, məhkəmə prosesini onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan cinayət işi üzrə şahid qismində tanınan X6 tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli teleqramdan görünür ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini, məhkəmə prosesini onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2023cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi X2 vəsatəti təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** telefon nömrəsinin 15 fevral 2022-ci il tarixdən - 20 fevral 2022-ci il tarixə, 02 aprel 2022-ci il tarixdən - 07 aprel 2022-ci il tarixə, 08 iyun 2022-ci il tarixdən - 13 iyun 2022-ci il tarixə, 07 sentyabr 2022-ci il tarixdən - 09 sentyabr 2022-ci il tarixə və 15 iyul 2022-ci il tarixdən - 17 iyul 2022-ci il tarixə əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin halhazırada anten əhatə dairəsi barədə məlumatların və sms məlumatların Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilməsi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, ***-***-**-** saylı telefon nömrəsi üzrə anten məlumatları ilə bağlı “CD” disk göndərilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermiş, törədilmiş cinayət əməliilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, sonuncu dəfə narkoloji dispanserə könüllü olaraq yerləşdirilmiş, lakin iş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-6518/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, o, müalicə olunması üçün 06 ay müddətinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməsi qət edilmişdir. Həmçinin qeyd olunan qətnamədə əks olunan ərizəçinin (anasının) ifadəsinə əsasən o, ərizə verildiyi müddət öncə Təqsirləndirilən şəxs könüllü olaraq müalicə müəssisəsinə yerləşdirilməsinə çalışmış, lakin övladı bu asılılıqdan azad olmaq istəməyib, dəfələrlə könüllü müalicə qəbulundan imtina etmişdir. Hətta, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 şəxsinə ərizə yazaraq müalicə müəssisəni tərk etmişdir. Bundan başqa, 2022-ci il tarixində özünü idarə edə bilməməsi səbəbindən inzibati xəta törətmiş və onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 15 gün (sutka) inzibati həbs cəzası müəyyən edilmişdir. Həmçinin da qeyd etmişdir ki, övladı inzibati xətanı törədən zaman özündə olmadığını, inzibati xətanı hansı şəraitdə törətdiyini xatırlamır. Belə olduğu təqdirdə onun bu asılılıqdan xilas olmasına zərurət yaranmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, tutularkən və Suraxaranı Rayon Polis İdarəsinə gətirilərkən, həmçinin də Nərimanovda olan epizodla əlaqədar polis şöbəsinə gətirilərkən, yanında mobil telefonu olmuş, həmin ərəfədə anasının adına olan ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Məhkəmənin sorğusuna əsasən alınmış cavablara əsasən qeyd olunan nömrə üzrə anten məlumatları tərəfindən törədilməsini etiraf etdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S-də olan epizodun baş verdiyi 10 iyun 2022-ci il tarixdə həmin nömrənin anten məlumatları saat 07:37-dən UBBK2433A/UBBK2433 S.Vurgun_kuc92/"Bakı şəhəri, Nasimi rayonu, S.Vurgun küçəsi 90"/Nasimi/ (40.387xx/xx.83765), sonra isə gün ərzində UBBK4091D/UBBK4091 MARKET_NARİMAN/"Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi. X22 yaxınlığında ."/Khatai/ (40.37572/49. 9608), Nərimanov RPİ-nə gətiridiyi tarixlərdə - 07 sentyabr - 12 sentyabr 2022-ci il tarixlərdə LBBK2433O2/LBBK2433 S.Vurgun_kuc92/"Bakı şəhəri, Nasimi rayonu, S.Vurgun küçəsi 90"/Nasimi/ (40.387xx/xx.83765) və yaxudUBBK4091D/UBBK4091 MARKET_NARİMAN/"Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi. X22 yaxınlığında ."/Khatai/ (40.37572/49. 9608) ünvanları kimi qeyd edilmişdir. Həmçinin qeyd olunmaladır ki, həmin möbil nömrə Yelena Bolşakovanın adınadır, Təqsirləndirilən şəxs istifadəsində olması barədə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs X12 ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxin şikayətinin olmamasını və dəymiş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Qarabaq müharibəsinin iştirakçısıdır. Lakin elektron məhkəmə sisteminə baxış keçirərkən, müəyyən edilmişdir ki, o, yalnız xx.xx.2007-ci tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 141/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzasının əvəz edildiyi və hazırda çəkilməmiş 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1ci maddəsinin tələblərinə uyğun olaraq 02 ay 22 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməsi, onun üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən “Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əfvetmə müraciət əsasında tətbiq edildiyindən, məhkum edilmiş şəxsin işi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən araşdırılır, onun əfv edilməsinin mümkünlüyü barəsində müvafiq qurumların rəyləri alınır, baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə"nin 36-cı bəndinə uyğun olaraq, cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını təxirə salınmadan icra etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.” Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-141/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Hazırki cinayət işi üzrə əməl isə 18 fevral 2024-cü il, 05 aprel 2022-ci il və 10 iyun 2022-ci il tarixlərdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-141/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən böyük ictimai təhlükə törətməyən cinayət əməlinin törədilməsinə görə məhkum edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxsin şikayətinin olmamasını və dəymiş ziyanın tam ödənilməsini) və ağırlaşdıran halın olmamasını (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixindən 16 iyul 2022-ci il tarixədək və 07 sentyabr 2022-ci il tarixindən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət cəzasından çıxılmalı və üzərində qəti olaraq müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 01 may 2023-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və iş üzrə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin hesaba keçirilməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunaraq 409,01 (dörd yüz doqquz manat bir qəpik) manat məbləğdə pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3nə ümumilikdə 409,01 (dörd yüz doqquz manat bir qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3nə qarşı vurulmuş maddi ziyanın tutulması iddiası təmin edilməli və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 xeyrinə maddi ziyanın ödənilməmiş qalan 409,01 (dörd yüz doqquz manat bir qəpik) manat məbləği tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tu HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixindən 16 iyul 2022-ci il tarixədək və 07 sentyabr 2022-ci il tarixindən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 01 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Mülki iddia tam təmin olunsun və 409,01 (dörd yüz doqquz manat bir qəpik) manat məbləğdə pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci 352 (üç yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-7/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-7/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver