Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-71/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 07 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Mətiş” adlı kafenin arxa qapısının üzərində olan məftili açaraq kafeyə qanunsuz daxil olmuş, oradan bir ədəd “Vestel” markalı soyuducunu sökərək içərisindəki 200 manat dəyərində mühərriki, bir ədəd “LG” markalı kondisioneri sökərək içərisindəki 200 manat dəyərində mühərriki və 50 manat dəyərində setkanı, eləcə də ümumilikdə 100 manat dəyərində müxtəlif qab-qacağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 550 manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, “Mətiş” adlı kafedə dəfələrlə olub. xx xxxxxxx 2019-cu ildə saat 23 radələrində yaşadığı evdən çıxıb istirahət etmək və spirtli içki qəbul etmək üçün məhəllələrində yerləşən “Mətiş” adlı kafeyə getmişdir. Çatdıqda görmüşdür ki, kafenin işıqları söndürülmüş, qapısı isə bağlı vəziyyətdədir. Qərara gəlmişdir ki, həmin kafenin arxa qapısından içəri daxil olub oğurluq etsin. Ətrafa nəzər yetirib heç kimin onu görmədiyinə əmin olduqdan sonra kafenin arxasına keçmiş və arxa qapının üzərindəki məftili açıb qapını aralayaraq içəri daxil olmuşdur. Oradakı soyuducuya yaxınlaşıb arxasındakı mühərriki əli ilə sağa-sola hərəkət etdirərək qırmış və bir kənara qoymuşdur. Sonra kafedəki kondisioneri yerindən çıxarmaq istəmiş, lakin kondisionerin içərisini əli ilə sökmək istədiyi zaman kondisionerin setkası əzilərək yararsız hala düşmüşdür. Həmin setkanı da özü ilə götürüb kondisionerin mühərrikini bir təhər yerindən sökərək çıxarmışdır. Bundan sonra kafenin mətbəxinə keçmiş, orada stolun üstündə olan bir ədəd alüminium çaydan, bir ədəd tavanı götürmüş və soyuducunun mühərrikini də özü ilə götürüb kafedən çıxmışdır. Bundan sonra kondisionerin setkasını zibil qutusuna atmışdır. Oğurladığı əşyaları məhəllədə ağacların arasında gizlətmişdir ki, növbəti gün aparıb satsın. Bundan sonra yaşadıqları evə getmiş və yatmışdır. xx xxxxxxx 2019-cu ildə səhər yuxudan oyanıb məhəllədə gizlətdiyi həmin əşyaları götürərək Yeni Günəşli qəsəbəsində olan “Azpetrol" yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolun kənarında yerləşən metal qəbulu emalatxanasına getmişdir. Orada həmin emalatxanada işləyən şəxsə bir gün əvvəl oğurladığı əşyaları göstərib onları satmaq istədiyini demişdir. Kondisionerin mühərriki oğurladığı əşyaları gizlətdiyi məhəllədəki yerində yadından çıxıb qaldığı üçün onu sata bilməmişdir. Həmin şəxs də soyuducunun mühərrikini 4 manata və bir ədəd tava ilə bir ədəd çaydanı isə 3 manata ala biləcəyini demişdir. O, da razılaşmış və oğurladığı əşyaları həmin şəxsə satıb ondan 7 manat pulu almışdır. Sonra da məhəlləyə yenidən qayıdaraq kondisionerin mühərrikinin gizlətdiyi yerdə olduğunu görmüşdür. Onu da götürüb yenidən həmin emalatxanaya yox küçələrdə səyyar dəmir və mis avadanlıqları yığan tanımadığı şəxsə 5 manata satmışdır. Cinayət nəticəsində əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. Zərəçəkmişşəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki,təxminən 20 ilə yaxındır Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 135 saylı binanın arxa hissəsində yerləşən, “Mətanətin yeri” kimi tanınan obyekti kafe kimi işlədir. Lakin bir neçə ay idi ki, həmin obyekti istifadə etmirdi. Buna baxmayaraq arada-bir gedib kafeyə baş çəkirdi. xx xxxxxxx 2019-cu ildə saat 10 radələrində obyektə gedib, ora baş çəkmiş, hər şeyin qaydasında olduğunu görmüşdür. Üç gün sonra, yəni xx xxxxxxx 2019-cu ildə saat 10 radələrində evdə olduğu vaxt obyektinin üst hissəsində tikinti materiallarının satışı ilə məşğul olan Sahib onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb obyektinin birinci mərtəbəsində olan hazırda istifadə olunmayan kafenin pəncərəsinin dəmir barmaqlıqlarının çıxarılaraq yerə atıldığını bildirmişdir. Tez kafeyə gəlmiş və kafenin içərisinin dağınıq halda olduğunu görmüşdür. Müəyyən etmişdir ki, kafenin pəncərəsinin üzərində olan “LG” markalı 100 kv/metr həcmli kondisionerin içi sökülərək mühərriki oğurlanmış, kondisionerin özü isə yararsız hala salınmışdır. Kafedə olan “Vestel” markalı soyuducunun da söküldüyünü və mühərrikinin oğurlandığını görmüşdür. Mətbəxə keçdikdə isə orada stolun üzərində olan dəqiq sayını xatırlamadığı müxtəlif qab-qacağın oğurlandığını görmüşdür. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, təqsirləndirilən şəxslə razılığa gəlib və sonuncu ona vurulmuş zərəri ödəyibdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, xx xxxxxxx 2019-cu ildə ünvan 2 ünvanında yerləşən bina ilə üzbəüz kiçik ölçülü otaqda metal qəbulu emalatxanası açmış və orada fəaliyyət göstərməyə başlamışdır. xx xxxxxxx 2019-cu ildə saat 11 radələrində həmin emalatxanada olduğu zaman bir nəfər emalatxanaya gələrək özünə məxsus olan bir ədəd soyuducu mühərriki, bir ədəd tavanı və bir ədəd çaydanı göstərərək onları satmaq istədiyini bildirmişdir. O, həmin əşyaların kimə məxsus olmasını soruşmuş, həmin oğlan isə özünə məxsus olduğunu və köhnə olduqları üçün satmaq istədiyini bildirmişdir. Ondan üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədinin olub-olmadığını soruşmuş, sonuncu isə şəxsiyyət vəsiqəsini itirdiyini, lakin narahat olmamağı, həmin əşyaların özünə məxsus olduğunu demişdir. Bundan sonra həmin şəxsə inanmış və həmin əşyaların hamısını 7 manata ondan almışdır. Sonra o, həmin əşyaları lom qiymətinə səyyari olaraq dəmir alan tanımadığı şəxsə satmışdır. Həmin əşyaları ona satan şəxs satdığı əşyaları oğurlaması barədə ona heç nə deməmiş və onun da bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş materialları ilə təsdiq edilir. xx xxxxxx 2020-ci il tarixli 395 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyənedilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmn dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respulikası CMnin 21 və 22-ci maddələrinin təsiri alına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 – xx xxxxxx 2019-cu iltarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-71/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-71/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver