Məhkəmə qərarları › İş №1(010)-71/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-71/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-71/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Murtuzayevnanın, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxx 1979-cu ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri, xx xxxx 1969-cu ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ünvan 4, ev 21B, mənzil 9-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talayaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 10 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki əlavə inşa edilmiş saxlanc yeri kimi istifadə olunan tikiliyə qanunsuz daxil olmaqla, oradan bir ədəd 80 manat dəyərində «BOSCH» markalı dreli, bir ədəd 200 manat dəyərində «BOSCH» markalı preparatoru, bir ədəd 50 manat dəyərində «BOSCH» markalı laqunda aparatını, bir ədəd 80 manat dəyərində «Star» markalı boru ütüsünü, bir ədəd 250 manat dəyərində qaynaq aparatını, hər birinin dəyəri 150 manat olan 06 ədəd, cəmi dəyəri 900 manat olan suvenir xəncərləri, bir ədəd 40 manat dəyərində «Yupiter» markalı televizor tünerini və bir ədəd 320 manat dəyərində Macarıstan istehsallı, «Samsung» markalı, UE40H5003AK modelli 40 düyümlü televizoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2.070 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talayaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 10 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki əlavə inşa edilmiş saxlanc yeri kimi istifadə olunan tikiliyə qanunsuz daxil olmaqla, oradan bir ədəd 80 manat dəyərində «BOSCH» markalı dreli, bir ədəd 200 manat dəyərində «BOSCH» markalı preparatoru, bir ədəd 50 manat dəyərində «BOSCH» markalı laqunda aparatını, bir ədəd 80 manat dəyərində «Star» markalı boru ütüsünü, bir ədəd 250 manat dəyərində qaynaq aparatını, hər birinin dəyəri 150 manat olan 06 ədəd, cəmi dəyəri 900 manat olan suvenir xəncərləri, bir ədəd 40 manat dəyərində «Yupiter» markalı televizor tünerini və bir ədəd 320 manat dəyərində Macarıstan istehsallı, «Samsung» markalı, UE40H5003AK modelli 40 düyümlü televizoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2.070 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 09 dekabr 2019-cu il tarixdə, saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1la Suraxanı rayonunun Zığ qəsəbəsində görüşdükdə, Zəfərə Suraxanı rayonunun R.Göyüşov küçəsində Elxan adlı şəxsə bir il əvvəl verdiyi özünə məxsus bıçaq itiləyən elektrik aparatını onun evindən götürməli olduğunu deyib, Zəfərlə birlikdə Elxanın yaşadığı ünvana getmişlər. Qapını Elxanın arvadı Rimma açmışdır. Həmin vaxtı Elxan cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Zəfər evin həyətində durmuş, onun özü isə evə əlavə olunmuş tikiliyə daxil olub, Elxanın arvadı Rimmanın iştirakı ilə özünə məxsus aparatı bərkidilmiş taxtadan ayırmış və təxminən 5 metr elektrik naqili ilə birlikdə götürüb getmişdir. 10 dekabr 2019-cu il tarixdə, saat 17 radələrində o, Zəfərlə təkrar görüşüb, evdə birlikdə spirtli içki qəbul etmişlər. Söhbət zamanı Zəfərə bildirmişdir ki, bir gün öncə Elxanın evinə bitişik əlavə tikilidən özünə məxsus aparatı götürərkən, orada plazma televizoru görmüş və birlikdə qərara almışlar ki, gedib həmin televizoru gizli olaraq oğurlayıb və satıb, pul əldə etsinlər. 10 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində onlar birlikdə Elxanın yaşadığı ünvana getmiş, həyətə giriş darvazası açıq vəziyyətdə olduğundan, qapıdan həyətə, oradan isə əlavə tikiliyə qapıdan daxil olaraq, televizoru götürüb sakitçə oranı tərk etmişlər. Daha sonra evlərin arası ilə piyada yola tərəfə çıxıb, yolüstü qəhvəyi rəngli «VAZ-2106» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilə əyləşib evə gəlmişlər. Bundan sonra Zəfər ümumi tanışları olan İlkin adlı şəxsə zəng edərək, sonuncuya satdıq televizor olduğunu bildirmiş və İlkin onun evinə gəlmişdir. İlkini televizorun özlərinə məxsus olmasına və pula ehtiyacları olduğu üçün satdığına inandırıb, 80 manata razılaşıb televizoru İlkinə satmışdır. Zəfərlə 80 manat pulu bölüşdükdən sonra 40 manatı öz ehtiyaclarına xərcləmişdir. 13 dekabr 2019cu il tarixdə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşı yaşadığı evə gəldikdə, özü polis əməkdaşına televizoru oğurladıqlarını etiraf etmiş və televizoru satdığı İlkinin yaşadığı yeri demişdir. Onlar həmin tikiliyə pəncərəni açmaq yolu ilə yox, qapı tam açıq olduğu üçün qapıdan daxil olmuşlar və televizordan başqa digər əşya götürməmişlər. İş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasında ondan şikayətçi olmadığı təqdirdə, sonradan zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəmək niyyətindədir. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 09 dekabr 2019-cu il tarixdə, saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2la Suraxanı rayonunun Zığ qəsəbəsində görüşdükdə, ona Suraxanı rayonu, R.Göyüşov küçəsində Elxan adlı şəxsə bir il əvvəl verdiyi özünə məxsus bıçaq itiləyən elektrik aparatını onun evində götürməli olduğunu deyib, birlikdə Elxanın yaşadığı ünvana getmişlər. Qapını Elxanın arvadı Rimma açmışdır. Həmin vaxtı Elxan cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Evin həyətində duran zaman Ramil evə əlavə olunmuş tikiliyə daxil olub, Elxanın arvadı Rimmanın iştirakı ilə özünə məxsus aparatı təxminən 5 metr elektrik naqili ilə birlikdə götürüb çıxdıqdan sonra, onlar həmin ünvanı tərk etmişlər. 10 dekabr 2019-cu il tarixdə, saat 17 radələrində Ramil ilə təkrar görüşüb, evdə birlikdə spirtli içki qəbul etmişlər. Söhbət zamanı Ramil bildirmişdir ki, bir gün öncə Elxanın evinə bitişik əlavə tikilidən özünə məxsus aparatı götürərkən, orada plazma televizoru görmüş və birlikdə qərara almışlar ki, gedib həmin televizoru gizli olaraq oğurlayıb və satıb, pul əldə etsinlər. 10 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində onlar birlikdə Elxanın yaşadığı ünvana getdikdə, həyətə giriş darvazası açıq vəziyyətdə olduğundan, həyətə, oradan isə əlavə tikiliyə qapıdan daxil olaraq, televizoru götürüb, sakitçə oranı tərk etmişlər. Daha sonra evlərin arası ilə piyada yola tərəfə çıxıb, qəhvəyi rəngli «VAZ-2106» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilə əyləşib evə gəlmişlər. Bundan sonra o, ümumi tanışları olan İlkin adlı şəxsə zəng etmiş və satdıq televizor olduğunu bildirmiş və İlkin onun evinə gəlmişdir. İlkini televizorun özlərinə məxsus olmasına və pula ehtiyacları olduğu üçün satdıqlarına inandırıb, 80 manata razılaşıb, televizoru İlkinə satmışlar. Ramil ilə 80 manat pulu bölüşdükdən sonra yaşadığı evə çıxıb getmiş və 40 manatı öz ehtiyaclarına xərcləmişdir. 13 dekabr 2019-cu il tarixdə, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşı yaşadığı evə gəldikdə, o, polis əməkdaşına televizoru oğurladıqlarını etiraf etmiş və televizoru satdığı İlkinin yaşadığı yeri demişdir. Onlar həmin tikiliyə pəncərəni açmaq yolu ilə yox, qapını tam açıq olduğu üçün qapıdan daxil olmuşlar, televizordan başqa digər əşya götürməmişlər. İş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasında ondan şikayətçi olmadığı təqdirdə, sonradan zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəmək niyyətindədir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Murtuzayevna ifadəsində göstərmişdir ki, onun yaşadığı və ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən fərdi yaşayış evi əvvəllər iki otaqdan ibarət olmuş, sonradan əri Elxan iki il öncə əlavə bir böyük otaq və bir balaca dəhliz olaraq tikili tikmişdir. Onun əri Şahid2 2019-cu ilin may ayından cəzaçəkmə müəsissəsində cəza çəkir. 09 dekabr 2019-cu il tarixdə, saat 17 radələrində hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gəlmiş, onlara qapını özü açmışdır. Zəfər evin həyətində durmuş, Ramil isə evə əlavə olunmuş tikiliyə daxil olub, özünə məxsus aparatı bərkidilmiş taxtadan ayırmış və təxminən 5 metr elektrik naqili ilə birlikdə götürüb getmişdir. 10 dekabr 2020-ci il tarixdə həmin tikilinin içindən bir ədəd 80 manat dəyərində «Bosch» markalı drel, bir ədəd 200 manat dəyərində «Bosch» markalı preparator, bir ədəd 50 manat dəyərində «Bosch» markalı laqunda aparatı, bir ədəd 80 manat dəyərində «Star» markalı boru ütüsü, bir ədəd 250 manat dəyərində qaynaq aparatı, həmçinin divardan asılmış, hər birinin dəyəri 150 manat olan 6 ədəd suvenir xəncər, bir ədəd 40 manat dəyərində «Yupiter» markalı televizor tüneri və bir ədəd «Samsung» markalı 1.500 manat dəyərində televizor oğurlanmışdır. O, həmin gün, oğurluq hadisəsindən əvvəl həmin tikilidə olmuş və sadaladığı əmlakların hamısı orada olmuşlar. İbtidai istintaq zamanı evindən oğurluq etmiş Zəfər və Ramil Suraxanı RPİ-nin əməkdaşları tərəfindən müəyyən olunaraq tutulduqdan sonra, oğurladıqları bir ədəd «Samsung» markalı televizor ona qaytarılmışdır, lakin digər əşyaları müəyyən etmək mümkün olmasa da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş qalan ziyanı ödəməyə söz vermişlər, buna görə də, o onların ziyanı qismən ödəmələri barədə ərizə yazmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 fevral 2020-ci il tarixli, 839 saylı rəyinin nəticəsi ilə razı deyil, belə ki, televizoru 1.500 manata almışdır, televizorun dəyəri 1.500 manatdır. Buna görə də, oğurlanmış televizorun dəyərini 1.500 manatla hesablanmasını xahiş etmişdir. Oğurlanmış əşyalar Elxanın istifadəsində olsa da, onun vəsaitinə alınmış, nəticədə də ona ümumilikdə 3.150 manat maddi ziyan dəymişdir. İbtidai və məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxslər ona dəymiş qalan ziyanı ödəməyə söz vermişlər, lakin hazırki vaxtadək qeyd olunan ziyan ona ödənilməmişdir, ziyan ödənildiyi təqdirdə, təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti olmayacaqdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 5 ilə yaxındır ki, tanıyır, Zığ qəsəbəsində yaşadıqları üçün münasibətləri vardır. 10 dekabr 2019-cu il tarixdə, saat 21 radələrində Zəfər ona zəng edib, satdıq plazma televizor olduğunu bildirmişdir. O, Ramilin yaşadığı ünvana getmiş, evdə Ramillə Zəfər olmuş, Ramil ona televizorun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün, onu satdığını bildirmişdir. Hətta televizorun pultunun uşaqları tərəfindən sındırıldığını da bildirmiş, bir sözlə Ramil onu inandırmışdır ki, televizor onun özünündür. O, Ramillə həmin televizoru 80 manata razılaşmış və qeyd olunan pulu verib, televizoru götürmüşdür. İki gün sonra polisdən onun yaşadığı evə gəlmişlər və ona Ramildən aldığı televizorun Ramillə Zəfər tərəfindən başqa bir şəxsin evindən oğurlandığını bildirmişlər. O, könüllü olaraq həmin televizoru polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 17 may 2019-cu il tarixdə Baş Gömrük İdarəsinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206 və 234-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. 2019-cu ilin yanvar ayında o, tanışı, hazırki iş üzrə Təqsirləndirilən şəxs2 mühərriklə işləyən bıçaq itiliyən aparatı müvəqqəti götürmüş və sonradan yadından çıxarıb aparatı geri qaytarmamış və bu aparat onun yaşadığı evdə qalmışdır. Onun özü də cəzaçəkmə müəsissəsində cəza çəkir və hazırki iş üzrə təqsirləndirilən şəxslərin də azadlıqdan məhrumetmə cəzasına məhkum edilmələrini istəmir. Qeyd etmək istəyir ki, onun evində ittiham aktında sadalanan heç bir əmlaklar olmamışlar. Halbuki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 17 may 2019-cu il tarixdə Baş Gömrük İdarəsinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206 və 234-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. 2019-cu ilin yanvar ayında o, tanışı, hazırki iş üzrə Təqsirləndirilən şəxs2 mühərriklə işləyən bıçaq itiliyən aparatı müvəqqəti götürmüş və sonradan yadından çıxarıb aparatı geri qaytarmamış və bu aparat onun yaşadığı evdə qalmışdır. 2019-cu ilin dekabr ayında o, arvadı Zərərçəkmiş şəxs ilə əlaqə saxladıqda, Rimma bildirmişdir ki, Zəfər və Ramil birlikdə evin həyətində olan əlavə tikiliyə qanunsuz daxil olub, oradan televizoru və digər əmlakları oğurlamışlar. Oğurlanmış əşyalar arvadı Rimmanın pulu ilə alınmışdır. Oğurluq nəticəsində arvadı Rimmaya maddi ziyan dəymişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 13 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub saxlanılmışlar. İş materiallarında müəyyən olunur ki, 14 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-71/2021 saylı 09 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 12.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 08.04.2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq, 12.04.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 06 fevral 2020-ci il tarixli, 839 saylı rəydən görünür ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş 01 ədəd Macarıstan istehsalı «Samsung» markalı, UE40H5003AK modelli 40 düyümlü televizor 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 320,0 manat müəyyən edilir”. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1.000 manat cərimə cəzasına məhkum edilmişdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 isə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdır, Təqsirləndirilən şəxs2 cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduqları cinayət əməllərinin bir qisminin törətdiyini etiraf edərək, digər qismini etiraf etmədiklərini, yəni Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən fərdi yaşayış evinin həyətindəki əlavə inşa edilmiş saxlanc yeri kimi istifadə olunan tikiliyə qanunsuz daxil olmaqla, oradan bir ədəd «Samsung» markalı televizoru gizli olaraq taladıqlarını etiraf edərək, ittiham aktında göstərilən digər əmlakları oğurlamadıqlarını bildirsələr də, məhkəmə onların bu ifadələrinə tənqidi yanaşır, onları özlərinin müdafəi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxs ifadələrində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun özü də cəzaçəkmə müəsissəsində cəza çəkir və hazırki iş üzrə təqsirləndirilən şəxslərin də azadlıqdan məhrumetmə cəzasına məhkum edilmələrini istəmir, onun evində ittiham aktında sadalanan heç bir əmlaklar olmamışlar. Məhkəmə Şahid2 qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, onu nəzərə alır ki, Şahid2 17 may 2019-cu il tarixdən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir və bu səbəbdən cinayət əməlinin törədildiyi gün zərərçəkmiş şəxsə məxsus evdə ittiham aktında sadalanan əmlakların olub-olmadığını bilmək iqtidarında olmamışdır. Bundan başqa, Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində 2019-cu ilin dekabr ayında arvadı Zərərçəkmiş şəxs ilə əlaqə saxladığını, Rimma tərəfindən Zəfərin və Ramilin onların evinin həyətində olan əlavə tikiliyə qanunsuz daxil olmaları, oradan televizorun və digər əmlakları oğurlandığını bilmiş, oğurlanmış əşyaların arvadı Rimmanın pulu ilə alındığını qeyd etmişdir. Zərərçəkmiş şəxsin və Şahid2 bu ifadəsi digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Bundan başqa, təqsirləndirilən şəxslərə verilmiş ittihamda sonuncuların ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki əlavə inşa edilmiş saxlanc yeri kimi istifadə olunan tikiliyə qanunsuz daxil olmaqla, oradan bir ədəd 80 manat dəyərində «BOSCH» markalı dreli, bir ədəd 200 manat dəyərində «BOSCH» markalı preparatoru, bir ədəd 50 manat dəyərində «BOSCH» markalı laqunda aparatını, bir ədəd 80 manat dəyərində «Star» markalı boru ütüsünü, bir ədəd 250 manat dəyərində qaynaq aparatını, hər birinin dəyəri 150 manat olan 06 ədəd, cəmi dəyəri 900 manat olan suvenir xəncərləri, bir ədəd 40 manat dəyərində «Yupiter» markalı televizor tünerini və bir ədəd 1.500 manat dəyərində Macarıstan istehsallı, «Samsung» markalı, UE40H5003AK modelli 40 düyümlü televizoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 3.100 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmələri göstərilmişdir. Halbuki, ekspertiza tədqiqatının nəticəsi olaraq istifadədə olmuş 01 ədəd Macarıstan istehsalı «Samsung» markalı, UE40H5003AK modelli 40 düyümlü televizorunun 2019-cu ilin dekabr ayına olan orta bazar qiymətinin təxminən 320,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Qeyd olunanlar əsasən, məhkəmə hesab edir ki, sübutların mötəbərliyi baxımından təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış televizorun dəyərinin 320 manat məbləğində olduğu əsas götürülməli, buna müvafiq olaraq cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin dəyəri 2.070 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onların məsuliyyətini yüngülləşdirən halları – törətdikləri əməlləri qismən etiraf etmələrini, bu əməllərdən səmimi peşman olmalarını, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nın 177.2.1, və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Məhkəmə onu da nəzərə alır ki, iş üzrə təqsirləndirilən şəxslər məhkəmə iclasında göstərmişlər ki, iş üzrə zərərçəkmiş şəxs onlardan şikayətçi olmadığı təqdirdə, sonradan sonuncuya vurulmuş zərəri ödəmək niyyətindədirlər. İş üzrə zərərçəkmiş şəxs öz növbəsində məhkəmə iclasında göstərmişdir ki, ibtidai və məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxslər ona dəymiş qalan ziyanı ödəməyə söz vermişlər, hazırki vaxtadək qeyd olunan ziyan ona ödənilməmişdir, ziyan ödənildiyi təqdirdə, təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti olmayacaqdır. Beləliklə, məhkəmə prosesi gedişində cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərər iş üzrə təqsirləndirilən şəxslər tərəfindən faktiki olaraq ödənilməmişdir, iş üzrə zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxslərdən şikayətçi olmadığına dair ərizə daxil olmamışdır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini tam təmin edir. Təqsirləndirilən şəxs2 13 dekabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək tutulduğu 01 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 13 dekabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək tutulduğu 01 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilməli və onlar məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 04 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 50 manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dan 50 manat məhkəmə məsrəfləri müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd Macarıstan istehsallı, «Samsung» markalı UE40H5003AK modelli 40 düyümlü televizor ibtidai istinaq zamanı zərərçəkmiş şəxsə qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş əmlak müsadirəsi yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 13 dekabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək tutulduğu 01 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 08 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 13 dekabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək tutulduğu 01 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə qetməmək” haqqında iltizam» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd Macarıstan istehsallı, «Samsung» markalı UE40H5003AK modelli 40 düyümlü televizor ibtidai istinaq zamanı zərərçəkmiş şəxsə qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar