Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-71/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxs1 müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilli Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X9 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 avqust 2021-cu il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, döngə 4 ev 19 üvanında olan fərdi yaşayış evinə həyətin giriş qapısının kilidini özü ilə gətirdiyi lom əşyası ilə sındırıb həyət qanunsuz daxil olaraq, saxlanc yeri hesab edilən yaşayış sahəsinin giriş qapısı üzərində olan dəmir barmaqlığı və daha sonra plastik qapısını həmin əşya ilə sındırıb açmaqla, evdən bir ədəd 1000 manat dəyərində olan «Samsung» markalı televizoru, bir ədəd 1000 manat dəyərində olan «Lenovo» markalı notebooku əl çatnası ilə birlikdə, bir ədəd 500 manat dəyərində «Hauvey» markalı tableti əl çantası ilə birlikdə, 2-ci mərtəbdə olan yataq otağındakı dolabdakı qızıl qabında olan bir ədəd 100 manat dəyərində, üzərində mirvari qaşları olan klonlu nazik boyunbağını, bir dəst 2000 manat dəyərində kvadrat formalı 4 ədəd biriliant qaşları olan sırğa dəstini, bir ədəd 20 manat dəyərində binoklu və 10 manat dəyərində qabını, bir ədəd 20 manat dəyərində masa üstü örtüyü, bir ədəd 10 manat dəyərində əl üz dəsmalını gizli yolla talayıb, Zərərçəkmiş şəxs cəmi 4660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 30 avqust 2021-ci il tarixdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,667 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə barəsində narkotik vasitələri əldə edib, saxlayıb, daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında 30 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Mədən küçəsində yerləşən «Əfsun» şadlıq evinin yaxınlığında keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən ünvanda Təqsirləndirilən şəxs1 həmin bölmənin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib, üzərinə keçirilən baxış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,667 qram qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ilə tanışları Təqsirləndirilən şəxs1 və X9 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 avqust 2021-cu il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qara- Çuxur qəsəbəsi, “Şərq” Y\S döngə 4 ev 19 üvamnda olan fərdi yaşayış evinə həyətin giriş qapısının kilidini özləri ilə gətirdiyi lom əşyası ilə sındırıb həyət qanunsuz daxil olaraq, saxlanc yeri hesab edilən yaşayış sahəsinin giriş qapısı üzərində olan dəmir barmaqlığı və daha sonra plastik qapısını həmin əşya ilə sındırıb açmaqla, evdən bir ədəd 1000 manat dəyərində olan «Samsung» markalı televizoru, bir ədəd 1000 manat dəyərində olan «Lenovo» markalı notebooku, bir ədəd 500 manat dəyərində «Hauvey» markalı tableti, 2-ci mərtəbdə olan yataq otağındakı dolabdakı qızıl qabında olan bir ədəd 100 manat dəyərində, üzərində mirvari qaşları olan klonlu nazik boyunbağını, bir dəst 2000 manat dəyərində kvadrat formalı 4 ədəd biriliant qaşları olan sırğa dəstini, bir ədəd 20 manat dəyərində binoklu və 10 manat dəyərində qabını, bir ədəd 20 manat dəyərində masa üstü örtüyü, bir ədəd 10 manat dəyərində əl üz dəsmalını gizli yolla talayıb, Zərərçəkmiş şəxs cəmi 4660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 30 avqust 2021-ci il tarixdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,741 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə barəsində narkotik vasitələri əldə edib, saxlayıb, daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında 30 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Qara-Cuxur qəsəbəsi, Mədən küçəsində yerləşən «Əfsun» şadlıq evinin yaxınlığında keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən ünvanda Təqsirləndirilən şəxs2 həmin bölmənin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib, üzərinə keçirilən baxış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,741 qram qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun bibisidir. Zərərçəkmiş şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində döngə 4, ev 19-da yaşayır. Həmin evdə Zərərçəkmiş şəxs tək olaraq yaşayır və onun bibisigilə get gəlləri olmamışdır. Zərərçəkmiş şəxs ilə atasının münasibəti olmuşdur və onun evinə atası gedib gəlmişdir. Zərərçəkmiş şəxs evində o, 8-9 yaşlarında atası və anası ilə birlikdə gedən zaman olmuşdur. Sonradan bibisinin evinə getməmiş, lakin o, bibisinin evinin həyət evi olmaqla, Qaraçuxur qəsəbəsində olmasını bilmişdir. O, iş üzrə digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 xeyli müddətdir ki, Əmircan kənd sakini olaraq tanımış, onlar arasında ortaq tanışlar olmuş, həmin vaxtdan onlar arasında ünsiyyət olmuş, daha sonra onlar arasında dostluq münasibətləri yaranmışdır. X1 ilə birlikdə yaşamış, o, X7 vasitəsi ilə tanımışdır. Onlar birlikdə üçü olmaqla kafeyə getmiş və sair yerlərdə birlikdə olmuş, bir-birilərinin evinə gedib-gəlmişlər. Təxminən 2 il müddət olar ki, o, narkotik vasitə və maddə olan heroin və metamfetamin qəbul etmişdir. O, dostlar ilə birlikdə olan zaman həmin vasitə və maddəni qəbul etmiş və həmin heroin və metamfetamini əksər halda Biləcəridə Elşən adlı tanışından alıb çəkmiş, hazırda həmin şəxsin həbsdə olmasını bilir. Elşəni Biləcəridə olan «Retro» restoranında kassaya baxan şəxs olaraq tanımışdır. Son zamanlar Əmircanda Nizamaddin məscidinin yanında yaşayan Rafiqdən metamfetamin və heroini 3-4 günlük bəs edən malı 20-25 manata alırdı və işsiz olan vaxtı Əmircanda yaşayan Eyyubdan alırdı. Həmin şəxslərin hazırda hər ikisinin tutulduğunu bilir. Sonra Çaparidze küçəsində yaşayan Tərlan adlı şəxsdən heroin almışdır. Son zamanlar isə o, İlyas adlı şəxsdən narkotik vasitə almışdır. 12 avqust 2021-ci il tarixdə, saat 11 radələrində o, yaşadığı evdə olan zaman evə qonağı olaraq Aytənlə Kamran gəlmişlər. Həmin vaxtı onların narkotik vasitəyə təlabatları olduğundan qərarlaşmışlar ki, narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə oğurluq etsinlər. Onların hər üçü onun təklif etdiyi bibisinin evindən oğurluq etmək qərarına gəlmiş və razılaşmışlar ki, onlar evin ətrafını müşahidəyə götürəcəklər, o, isə evə daxil olaraq, orda olan əşyaları çıxaran zaman ona köməklik edəcəklər və həmdə kənar hər hansı bir şəxs və ev sahibi gələn zaman fit çalmaqla, ona xəbər edəcəklər. Onlar belə bir formada qərarlaşmışlar, hər kəs öz işini həmin ünvanda görməl idi. Daha sonra onlar onun yaşadığı evin kənarından kəndin içərisindən doğru hərəkət etmiş, orda olan yol taksinə minib, Qaraçuxur qəsəbəsi Şərq küçəsində yerləşən bibisinin evinin 500 metr kənarında o, Kamran və Aytən taksidən düşmüşlər. O, Kamran ilə piyada küçə ilə evə yaxınlaşmışlar. O, evdən çıxan zaman lomu şalvarının baş tərəfində olan qayışının altına qoymuş, taksi sürücüsü bunu görməmişdir. O, Kamran ilə evin qarşısına gəlmiş və saat təxminən 13 radələrində ətrafı müşahidə etmişlər ki, küçədə hər hansı şəxsin olmadığına əmin olsunlar. Daha sonra o, belində olan lom ilə evin həyətində olan girişin plastik qapısını sındırmış və hər ikisi həyət daxil olmuş və mənzilin giriş qapısı dəmir olduğundan həyətə fırlanmışlar və evin arxa tərəfindən mətbəxdə olan yoldakı qapı üzərində olan dəmir barmaqlığı üzərində olan lom ilə sındırmış, sonra plastik qapını lomu salmaqla açmış və birlikdə evə daxil olmuşlar. Evdən bir ədəd «Samsung» markalı televizoru, bir ədəd «Lenovo» markalı notebooku əl çatnası ilə birlikdə, bir ədəd «Hauvey» markalı tableti əl çantası ilə birlikdə, 2-ci mərtəbdə olan yataq otağındakı dolabdakı qızıl qabında olan bir ədəd, üzərində mirvari qaşları olan klonlu nazik boyunbağını, bir ədəd kvadrat formalı qaşları olan sırğa dəstini, bir ədəd binoklu və qabını, bir ədəd masa üstü örtüyü və bir ədəd əl üz dəsmalını götürmüşlər və həmin əşyaları o, Kamran ilə həyətə düşürmüş və bu zaman Aytən də evin həyətinə daxil olmuş və bildirmişdir ki, taksi onları gözləməmişdir, özünün piyada gəldiyini, ətrafda olub evi müşahidə edəcəyini və onlara kömək üçün əşyaları həyətdən çıxarmağa hazır olduğunu bildirmişdir. Bu zaman o, evdən köhnə sumkalar götürmüş və həmin sumkanın birinin içərisinə notebuk, birinə planşet qoymuş və onları Aytənə vermişdir. Televizoru Kamran götürmüş, qızılları isə o, götürmüş və onlar təxminən 13:50-də həyəti tərk etmişlər. Aytən əlində 2 çanta olmaqla birində notebook birində isə planşet olmuşdur. Kamran isə televizorun üzərinə isə adi həyətdən götürmüş olduğu masa üstü örtük atmışdır. O, isə başına evdən götürmüş olduğu adi dəsmal atmışdır ki, yaxınlıqda olan müşahidə kameralarına düşməsin. Həmin evin yanında piyada küçə ilə yaxınlıqda olan məhəlləyə gəlmişlər və həmin vaxt o, Aytənə və Kamrana əşyların yanında onun gözləmələrini bildirmiş və yaxınlıqda olan «Lukoil» YDM-in yanına çıxmış və orda bir ədəd qara rəngli xatırlamadığı taksi avtomobilinə minmiş, daha sonra Aytən ilə Kamranın dayandığı yerə gəlmiş, onları və əşyaları götürmüş, taksi sürücüsünə isə həmin əşyaların onun özünə məxsus olduğunu və evlərinə apardığını bildirmişdir. Evin qarşısında Kamran «Nokia» markalı telefonunu ona vermiş, və o, televizorun fotoşəkilini çəkmiş, daha sonra Kamran bildirmişdir ki, 28 mayda mağazası olan Əli adlı tanışı televizoru ala bilər və sonuncuya həmin fotoşəkili vatsapp vasitəsi ilə göndərmişdir. O, Əlini həmin vaxta kimi tanımamışdır. Fotoşəkil Əliyə göndəriləndən sonra sonuncu Kamran ilə danışmış, Kamran televizorun qutusunun və pultunun olmadığını bildirərək, onu 300 manata almağı təklif etmiş, Əli 300 manat puldan 50 manat kəsəcəyi şərti ilə televizoru alacağını bildirərək, hazırda Lökbatan dairəsində olduğunu və orda görüşüb pulu verəcəyini bildirmişdir. Aytən həmin vaxt avtomobildə oturmuş, onlar da avtomobilə əyləşərək, həmin ünvana getmiş, Lökbatan dairəsində Əli ilə görüşmüş və onun şəxsiyyət vəsiqəsi ilə Əli həmin televizoru almış, bunun müqabilində Kamrana 260 manat pul vermişdir. Taksi yenə onları gözləmiş, onlar da evə qayıdaraq, taksi sürücüsünə 30 manat yol haqqı vermişlər. Oğurladıqları digər əşyaları isə onun evinə yığmışlar. Əldə etdikləri 230 manatdan 70 manatı o, götürmüş və Suraxanı dairəsində İlyasla görüşərək, heroin əldə etmək istədiyini sonuncuya bildirmiş, sonuncu 10 dəqiqədən sonra 1,4 qram miqdarında heroin gətirmiş və ona 0,2 qram olmaqla bir çet heroin vermiş, o, isə İlyasa bunun müqabilində yol xərci ilə birlikdə 70 manat vermişdir. Həmin heroini onun yaşadığı evdə Kamran ilə istifadə etmiş, bu vaxt Aytən də onların yanında olmuş, lakin heroindən istifadə etməmiş və heroini kimdən almasını bilməmişdir. O, oğurladıqları planşeti 50 manata yol kənarında olan telefon mağazasına öz şəxsiyyət vəsiqəsi əsasında satmış, həmin vaxt Aytən və Kamran da onunla getmişlər, bu televizorun satışından 3-4 gün sonra olmuşdur. Qızılları isə Aytən və Kamran, ona demələrinə görə 650 manata satmışlar. Həmin 650 manatı üçü birlikdə yeməyə və siqaretə sərf etmişlər və yenə də İlyasdan eyni qaydada heroin almaqla, onu bir neçə dəfə qəbul etmişlər. O, yenə də Kamran ilə birlikdə evində qeyd etdiyi narkotik vasitəni qəbul etmişlər. Evdə qalan notebuku Neymət adlı tanışı onun yaşadığı evdən götürmüş və bildirmişdir ki, onu Neftçilərdə mağazaya göstərib satacaqdır. Sonra həmin şəxsdən xəbər olmamışdır, həmin şəxsə zəng çatmamışdır. Tamaşa üçün uzaqdan müşahidə binoklunu isə polislər tərəfindən tutulandan sonra sonunculara təqdim etmişdir. 30 avqust 2021-ci il tarixdə o, yenə də İlyasdan eyni üsulla heroin alaraq, əynində olan şalvarın sağ yan cibinə qoymuşdur ki, sonradan özü qəbul etsin. Kamranın özü də İlyası tanımışdır. Həmin heroini o, büküm halında əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin vaxtdan o, həmin bükümü üzərində daşımışdır. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız həmin narkotik vasitəni bədənində ağrılar olmasına görə qəbul etmişdir. 30 avqust 2021-ci il tarixdə, saat 19 radələrində o, Suraxanı rayonunun Mədən küçəsində yerləşən «Əfsun» şadlıq evinin yanında olan zaman tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək, xidməti vəsiqlərini göstərmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. O, özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmiş, üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından və üzərində narkotik vasitə olduğu üçün qorxub, özünü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyri qanuni əşyanın olduğu təqdirdə, onun təqdim etməsini bildirmişlər. O, İlyasdan almış olduğu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən saxlamış olduğu bükümü həmin yerdən çıxarıb təqdim etmişdir. O, uzun müddət olar ki, narkotik vasitə qəbul etdiyini, həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin narkotik vasitə onun gözünün qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Ona qarşı heç bir təzyiq və ya təsir olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda isə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, X9 ilə internet vasitəsi ilə tanış olmuş və sonuncu ilə yaşamışdır. İş üzrə digər Təqsirləndirilən şəxs1 isə Əmircanda olduğu vaxtdan tanımış, onların arasında ortaq tanışları olmuş və həmin vaxtdan onlar arasında salam-sağol olmuş, daha sonra isə onların arasında dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 onun vasitəsi ilə Aytən Şıxheybətovanı da tanımış, onlar üçü birlikdə kafeyə getmiş və sair yerlərdə birlikdə olmuş, yaşadıqları evlərə qarşılıqlı olaraq gediş-gəlişləri olmuşlar. 12 avqust 2021-ci il tarixdə, saat 11 radələrində o, Aytənlə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 qardaşı və atası evdə olmamışlar. Evdə olan zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bibisinin Qaruçuxur qəsəbəsində evi vardır, bibisi həmin evdə daimi olaraq yaşamır, o, həmin evə daxil olmaqla, oğurluq etmək niyyətindədir və onlara da oğurluqda iştirak etməyi təklif etmişdir. Onunla Aytənin də maddi vəziyyəti pis olduğundan, onlar Adillə razılaşmış və sonuncuya həmin işdə köməklik edəcəyini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs1 demiş olduğu evdən oğurluq etməyi qərarlaşdırmış, Təqsirləndirilən şəxs1 onlara bildirmişdir ki, evin ətrafını müşahidəyə götürsünlər, özü isə evə daxil olacaqdır və orda olan əşyaları çıxaran zaman ona köməklik etsinlər və həm də kənar hər hansı bir şəxsin və ya ev sahibinin gəldiyi təqdirdə, fit çalmaqla bu barədə ona xəbər versinlər. Onlar belə bir formada qərarlaşmışlar ki, hər kəs öz işini həmin ünvanda görməli idi. Onlar kəndin içərisindən doğru hərəkət etmiş, daha sonra orada olan yol taksisinə minib, Qaraçuxur qəsəbəsinin Şərq küçəsində yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs evinin 500 metr kənarında taksidən düşmüşlər. O, Təqsirləndirilən şəxs1 ilə piyada küçə ilə evə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 evdən çıxan zaman lomu şalvarının baş tərəfində olan qayışının altına qoymuşdur, lakin taksi sürücüsü bunu görməmişdir. Onlar Aytənə bildirmişlər ki, 5-10 dəqiqə sonra həmin taksi ilə yuxarı evin yanına qalxsın və evi ona təxmini, hasarın rəngi ilə izah etmişlər. O, Təqsirləndirilən şəxs1la evin qarşısına gəlmiş, bu vaxt saat təxminən 13 radələri olmuş, ilk olaraq onlar ətrafı müşahidə etmiş, küçədə hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs1 belində olan lom ilə evin həyətində olan girişin plastik qapısını sındırmış, daha sonra onların hər ikisi həyət daxil olmuş, Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını dəmir olduğundan həyətə fırlanmış, evin arxa tərəfindən mətbəxdə olan yoldakı qapı üzərində olan dəmir barmaqlığı üzərində olan lom ilə sındırmış, sonra plastik qapını lomu salmaqla açmış, sonra onlar birlikdə evə daxil olmuşlar. Evdən bir ədəd «Samsung» markalı televizoru, bir ədəd «Lenovo» markalı notebooku əl çatnası ilə birlikdə, bir ədəd «Hauvey» markalı tableti əl çantası ilə birlikdə, 2-ci mərtəbdə olan yataq otağındakı dolabdakı qızıl qabında olan bir ədəd, üzərində mirvari qaşları olan klonlu nazik boyunbağını, bir ədəd kvadrat formalı qaşları olan sırğa dəstini, bir ədəd binoklu və qabını, bir ədəd masa üstü örtüyü və bir ədəd əl üz dəsmalını götürmüşlər və həmin əşyaları o, Təqsirləndirilən şəxs1 ilə birlikdə həyətə daşımış, bu zaman Aytən də evin həyətinə daxil olmuş və taksinin onları gözləməyərək sürüb getməsini bildirmiş, özünün ətrafda olub evi müşahidə etməsinə, onlara kömək üçün əşyaları həyətdən çıxarmasına hazır olduğunu bildirmişdir. Bu zaman evdən köhnə çantaları Təqsirləndirilən şəxs1 götürmüş, həmin sumkanın birinin içərisinə notebook, birinə planşet qoymuş və onlar Aytənə vermişdir. Televizoru və qızılları özü götürmüşdür. Təxminən saat 13:50-də onlar birlikdə həyəti tərk etmişlər. Aytənin əlində 2 sumka olmaqla, onların birində notebook, digərində isə planşet olmuşdur. Təqsirləndirilən şəxs1 əlində isə televizor, televizorun üzərinə isə masa üstu örtük atmışdır. O, isə başına evdən götürmüş olduğu adi dəsmal atmışdır ki, yaxınlıqda olan müşahidə kameralarına düşməsin. Həmin evin yanından piyada küçə ilə yaxınlıqda olan məhəlləyə gəlmişlər, həmin vaxt Aytən və o, əşyaların yanında gözləmiş, Təqsirləndirilən şəxs1 isə yaxınlıqda olan «Lukoil» YDM-in yanında taksi saxlatmış, bir neçə dəqiqədən sonra onlar da həmin taksi avtomobilinə minmiş, oğurladıqları əşyaları da taksiyə yerləşdirmiş və bu əşyaların özlərinə məxsus olduqlarını taksi sürücüsünə bildirmişlər. Onlar yaşadığı evin qarşısına gəlmiş, evin qarşısında o, Aytənin istifadəsində olan 055 *** ** ** nömrəsində istifadə etdiyi telefonu Təqsirləndirilən şəxs1 vermiş, sonuncu televizorun fotoşəkilini çəkmiş, daha sonra o, bu fotoşəkli votsap vasitəsi ilə 28 mayda mağazası olan Əli adlı tanışına göndərmişdir. Təqsirləndirilən şəxs1 Əlini həmin vaxta kimi tanımamışdır. Fotonu Əliyə atandan sonra o, sonuncu ilə telefon vasitəsilə danışmış, Əli televizorun qutusunun və pultunun olmadığına görə razılaşdıqları 300 manat puldan 50 manat kəsəcəyini bildirmiş və hazırda Lökbatan dairəsində olduğunu və orada görüşüb pulu verəcəyini bildirmişdir. Aytən həmin vaxtı avtomobildə oturmuş, onlar da avtomobilə əyləşib, həmin ünvandan getmişlər, Lökbatan dairəsində həmin şəxslə görüşmüşlər və həmin şəxs Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi ilə həmin televizoru almış, bunun müqabilində onlara 260 manat pul vermişdir. Taksi onları gözləmiş, onlar həmin taksi ilə evə qayıtmış və sürücüyə 30 manat yol haqqı vermişlər. Televizorun satışından əldə etdikləri 230 manatdan 70 manatın Təqsirləndirilən şəxs1 götürmüşdür. Televizorun satışından bir neçə gün sonra Adil öz şəxsiyyət vəsiqəsi ilə oğurladıqları planşeti 50 manat yol kənarında olan telefon mağazasına satmış, həmin vaxt Aytən və o, da Təqsirləndirilən şəxs1 ilə birlikdə getmişlər. Aytən öz şəxsiyyət vəsiqəsi ilə oğurladıqları qızılları lom qiymətinə satmış, bunun müqabilində onlar 650 manat pul əldə etmişlər. Həmin 650 manatı üçü birlikdə xərcləmişlər. Evdə qalan notebooku Təqsirləndirilən şəxs1 Neymət adlı tanışı olan şəxsə vermişdir ki, Neftçilərdə mağazada göstərsin və satsın. Sonra həmin şəxsdən xəbər olmamışdır və sonuncuya zəng çatmamışdır. Sonra əl çantasında bir ədəd tamaşa üçün uzaqdan müşahidə binoklunun olmasını görmüş, həmin maddi sübutu polisə tutulanda təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Lakin o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmir. O, narkotik vasitə olan heroindən tutulduqdan təxminən 2 ay əvvələ qədər istifadə etmişdir, bundan sonra narkotik vasitədən istifadə etməmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən, üzərində heç bir narkotik vasitə olmamışdır. Buna baxmayaraq, polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirmiş, ona fiziki təzyiq göstərərək, üzərində olan boz rəngli cins şalvarın sağ yan cibinə narkotik vasitə olan heroin yerləşdirmişlər. O, da məcburiyyət qarşısında qalaraq, videoçəkiliş zamanı onun cibinə yerləşdirilmiş nakotik vasitənı təqdim etmiş və onun özünə məxsus olduğunu demişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qimində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən 1 il müddət olar ki, narkotik vasitə olan heroin qəbul etmiş, həmin heroini əksər hallarda tanmadığı şəxslərdən, son zamanlar isə Suraxanı dairəsində taksi sürücüsü işləyən İlyasdan almışdır. Aytən də, həmçinin, narkotik vasitə olan heroin qəbul etmişdir. Onlar bir neçə dəfə Təqsirləndirilən şəxs1 yaşadığı evdə birlikdə narkotik vasitə qəbul etmişlər. Adilin bibisinin evindən oğurladıqları televizorun satşı nəticəsində əldə etdikləri 230 manatdan 70 manatı Təqsirləndirilən şəxs1 götürmüşdür ki, yenə Suraxanı dairəsində İlyasa versin və sonuncudan heroin alsın. Onlar Adilin evində gözləmiş, sonuncu bir müddət sonra heroinlə qayıtmış və onlar evdə üçü birlikdə heroindən istifadə etmişlər. Oğurladıqları qızılların satışından əldə etdikləri 650 manat pulu birlikdə xərcləmiş və bu puldan yenə də Adil İlyasa vermiş və heroin almış və onlar üçü birlikdə Adilin evində bu heroindən istifadə etmişlər. 30 avqust 2021-ci il tarixdə o, İlyasdan heroin almış və onu əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonradan özü qəbul etsin. Həmin vaxtdan o həmin bükümü üzərində daşımış, lakin heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız həmin narkotik vasitəni özü qəbul etmişdir. 30 avqust 2021-ci il tarixdə, saat 19 radələrində o, Suraxanı rayonunun Mədən küçəsində yerləşən «Əfsun» şadlıq evinin yanında olan zaman tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, xidməti vəsiqlərini göstərmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini bildirmişlər. O özünü təqdim etmiş, üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından və üzərimdə narkotik vasitə olduğu üçün qorxub, özünü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. O, İlyasdan almış olduğu və əynində olan şalvarın cibində saxlamış olduğu bükümü çıxarıb təqdim etmişdir. Uzun müddət olar ki, narkotik vasitə qəbul etdiyindən, həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin narkotik vasitə onun gözü qarşısında qablaşdırılmış, möhürlənmiş, tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Ona qarşı hər hansı bir təzyiq və təsir olmamışdır. Həmin hallar videomüşahidə vasitəsi ilə qeydə alınmışdır, onun üzərində olan heroini təqdim etməsi, ondan əvvəl və sonra baş verən bütün hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özüdür.Törətdiyi əməldən peşmandır. Məhkəmənin 18.03.20202-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs1 onun qardaşı oğludur. Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, döngə 4 ev 19 üvanında olan fərdi yaşayış evi ona məxsusdur. Yaşadığı ev torpaq sahəsində olmaqla 2 mərtəbəlidir, evinin giriş qapısı plastik qapıdandır. Həmin qapı üzərində vaz açarı vardır və həmin qapını açarları daimi olaraq onda olmuşdur. Qapının 3 ədəd açarı var, açarlar da onda olur və o, evi tərk edən zaman həyətin açarını qonşusu olan Ülviyəyə verir. Evin seyf giriş qapısı vardır və həmin qapının 3 ədəd seyf qıfılı vardır və həmin açarlar 3 ədəddir, həmin açardan bir dəsti onda, 1 dəsti bacısında, 1 dəsti isə ehtiyat olmaqla, onun evində olmuşdur. Evə daxil olan kimi dəhliz, dəhlizdən solda qonaq otağı yerləşir, qonaq otağında şüşəli servant, içərisində isə dekorativ qablar vardır. Həmin otaqda stol, stullar və bir ədəd «etüd» piano vardır. Bundan başqa, qonaq otağından mətbəxə giriş vardır, həmin mətbəxdən evin həyətinə çıxış vardır və həmin qapı və pəncərələr üzərində plastik qapı və onlar üzərində dəmir barmaqlıq olmuşdur. Bundan başqa, evin sol tərəfində yataq otağı vardır və həmin otaqda yataq dəsti, yəni enli çarpayı, dolab, yazı masası vardır. Bundan başqa, həmin otaqdan əl otağı kimi də istfadə olunur ki, həmin otaqda ütü masası və plastmas stullar vardır. Dəhlizin sağında sonda 2-ci mərtəbəyə pilləkan yerləşir, həmin pilləkan ilə 2-ci mərtəbəyə qalxdıqdan sonra üzbəüz qonaq otağı vardır və həmin otaqda künc divan, kreslo dəsti, televizor altlığı və televizor vardır. Qonaq otağından yenə yataq otağına giriş vardır, həmin otaqda yataq dəsti və digər yataq mebelləri yerləşir və ordan da hamam otağına giriş vardır. 2-ci mərtəbdə sağ tərəfində bir ədəd kiçik ölçülü yataq və iş otaqları da vardır ki, hər birində özünə məxsus iş və yataq mebelləri yerləşir. 12 avqust 2021-ci il tarixdə, səhər saat 09 radələrində o, yaşadığı evi tərk etmiş və evi tərk edən zaman üzərində olan açarlar ilə mənzilin və həyətin giriş qapılarını bağlamış və hər dəfə xidmətindən istifadə etmiş olduğu, qonşuluqda yaşayan və həmin evin yaxınlığında taski fəaliyyəti ilə məşğul olan tanıdığı Əli adlı şəxsə səhər onu saat 09 radələrində gəlib evinin yanından götürməsini xahiş etmiş və sonuncu da idarə etdiyi «Mercedes» markalı avtomobillə gəlib onu evinin qarşısından götürmüşdür. Əli onu Ayna Sultanova həykəlinin yanına gətirmiş və orada o, rəfiqəsinin qızının avtomobili ilə birlikdə üçü Şamaxı rayonunda Dədə Günəş kəndində yerləşən Göy qurşağı istirahət mərkəzinə istirahət etmək üçün getməli idilər. Qonşusu Ülviyəyə də səhər Şamaxı rayonuna gedəcəyi ilə bağlı məlumat vermişdir ki, evin həyətinə diqqət etsin. Evi tərk edən zaman hər hansı şübhəli şəxs onun diqqətini cəlb etməmişdir. 12 avqust 2021-ci il tarixdə o, istirahət mərkəzində olan zaman 18:40 radələrində onun istifadəsində olan mobil nömrəyə Ülviyyənin istifadəsində olan mobil nömrədən zəng gəlməsini görmüş və dərhal ona zəng etmiş və nə baş verməsini xəbər almış və sonuncu ondan yaşadığı evin həyətin giriş qapısının açar olmasını və həyətə girməyə ehtiyat etməsini və onun harada olduğunu xəbər almışdır. O, ona səhər evi saat 09 radələrindən tərk etdiyini bildirmişdir. Həmçinin evin arxa qapısının, yəni mətbəxdən olan girişində açıq olmasını və dəmir barmaqlığın sındırıldığını bildirmişdir. O, 102 xidmətinə zəng etmək zərurətini bildirmiş və həmçinin, özü də dərhal 102 xidmətinə zəng etmişdir. Daha sonra saat 09 radələrində evinə gəlmiş və evinə baxan zaman evdə olan mətbəxdəki giriş üzərində olan dəmir barmaqlığın çıxarılmasını görmüş, evə baxan zaman müəyyən etmişdir ki, evdən bir ədəd 1000 manat dəyərində olan «Samsung» markalı televizor, bir ədəd 1000 manat dəyərində olan «Lenova» markalı notebook əl çatnası ilə birlikdə, bir ədəd 500 manat dəyərində «Hauvey» markalı tablet əl çantası ilə birlikdə, 2-ci mərtəbdə olan yataq otağındakı dolabdakı qızıl qabında olan bir ədəd 100 manat dəyərində, üzərində mirvari qaşları olan klonlu nazik boyunbağı, bir dəst 2000 manat dəyərində kvadrat formalı 4 ədəd biriliant qaşları olan sırğa dəsti, bir ədəd 20 manat dəyərində binokl və 10 manat dəyərində qabı, bir ədəd 20 manat dəyərində masa üstü örtüyü və bir ədəd 10 manat dəyərində əl üz dəsmalı oğurlanmışdır. Mənzilindən başqa hər hansı əşyası və pulu oğurlanmamışdır. Tablet və notebukun üzərində başqa hər hansı aksesuar və kart olmamışdır. Hər hansı bir şəxslə düşmənçilik və ədavəti olmadığından, hər hansı şəxsdən şübhə etməmişdir. Cinayət əməli nəticəsində ona vurulmuş zərərin ödənilməməsinə baxmayaraq, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayəti yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, 2015-ci il tarixdən «Laçın» ticarət mərkəzində qızıl alıcısı və satıcısı olaraq işləyir, ticarət mərkəzi ilə rəsmi müqaviləsi vardır. İşlədiyi piştaxta qızıl bölməsində eskalator ilə qalxdıqda, solda «Rumel» piştaxtasının yanında olan piştaxtadır. Həmin piştaxtada olan qızılları Türkiyədən gətirir, əldən alır və satışını təşkil edir. Son zamanlar isə əksərən həmin qızıllar əldən alınır. Həmin qızılları o, Bakı şəhərində alıb, satışını həyata keçirmişdir. Bundan başqa pərakənda satış zamanı qızıllar alır və sonra təkrar piştaxtada satır. Belə ki, o, əldən qızıl alan zaman zərgərlər onun piştaxtasına gəlir və ondan qızılı üzərində olan qaşla birlikdə alırlar. Hər gün səhər saat 10 radələrindən axşam saat 19 radələrinə kimi işdə olur, qızılların alışı zamanı qızılın alış-satış kitabında qızılı almış olduğu şəxsin anket məlumatlarını, alış tarixini, qızılın formasını, əyyarını və çəkisini yazır. Bundan başqa, almış olduğu şəxsin şəxsiyyət vəsiqəsində olan digər rekvizitləri qeyd edir, hətta lazım olarsa, şəxsiyyət vəsiqəsinin surətini çıxarmaqla, kitabında qeyd edir. 14 avqust 2021-ci il tarixdə, saat təxminən günorta saatlarında onun işlədiyi piştaxtaya əvvəllər tanımadığı bir qız və bir oğlan yaxınlaşmış, həmin şəxslərdən qadın özünü X9 olaraq təqdim etmiş onu yanında olan cavan oğlan olan sarışın orta boylu arıq bədən quruluşlu şəxs isə özü onun əri olaraq təqdim etmişdir. Bu zaman Aytən Şıxheybətova ona bir ədəd təmiz çəkisi 3,1 qram olan 375 əyyarlı üzərində 1 qram qaşı olan cəmi qaşlı birlikdə 4,1 qram olan üzük təqdim etmiş, ehtiyacı olmasına görə onu satmasını bildirmiş, o, da həmin üzüyü 107 manat olaraq qiymətləndirmiş, bir ədəd klonu ilə birlikdə olan qızıl boynubağlı cəmi 4,59 olan qaşsız 3,59 olmaqla 583 əyyarlı qızılı 193 manat qiymətləndirmiş, 6,76 qram yerli istehsallı sırğa üzəri 583 alt hissəsi 750 əyyalı olan sırğa cütünü 500 manat olaraq qiymətləndirmiş, o, həmin əşyalara görə ona cəmi 800 manat pul vermişdir. Qeyd etdiyi onunla razılaşlar. O, qeyd etdiyi rekvizitləri həmin alış kitabında qeyd etmiş, pulu Aytənə ödəmişdir. Kitabında qeyd etdiyi əşyaları tam ətraflı yazmış, həmin qızılın oğurluq olmasını bilməmişdir. Qızılın oğurluq yolu ilə əldə olunmasını bilsəydi, heç zaman həmin qızılı almazdı. Həmin qızılları o, bazar qiymətində lom satşına uyğun olaraq qiymətləndirib almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, təxminən 8 il müddət olar ki, Neftçilər metrosunun üzərində «Redmi» telefon mağazasında sol tərəfdən 1-ci mağazada satıcı olaraq işləyir. Həmin mağaza 2 hissədən ibarətdir, bir hissəsində telefonların alqı-satqısı və təmiri, digər tərəfdə isə gümüş və bicuterya və ətirlərin satışı ilə məşğul olur. Həmin mağazanı İxtiyar icarə əsasında işlədir və həmin mağaza 2x2 olmaqla 4 kv metrdir, təzə və işlənmiş telefonların satışı ilə və həmçinin telefon aksesuarlarının satışı ilə məşğul olur və bundan başqa, telefonların təmir işləri ilə X19 məşğul olur. Hər gün səhər saat 09 radələrində mağazanı açır və axşam saat 21 radələrinə kimi işləyir. Mağazanın girişi şüşə ilə əhatələnmişdir. Səlim mağazda təmir işi görür, İxdiyar isə satışı təşkil edir. O, həmin mağazada olur və münasib olan əşya alan zaman, onu alır. 12 avqust 2021-ci il tarixdə, axşam saat 20 radələrində o, tək mağazada olan zaman əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 mağazaya gəlmiş və bir ədəd «Huawey» markalı «tablet 3» təqdim etmiş, həmin tabletin arvadına məxsus olduğunu bildirmiş və hazırda pula ehtiyacı olması səbəbindən satmaq niyyətində olduğunu bildirmiş, tablet saz vəziyyətdə olmuş və o, 50 manata bu tableti alacağını bildirmiş, onlar qiymət barədə razılaşmış və həmin şəxs ona həmin «Huawey» marklı tableti şəxsiyyət vəsiqəsi əsasında satacağını bildirmiş və onlar razılaşmışlar. Təqsirləndirilən şəxs1 «Huawey» markalı tabletin ona satdığı tarixi, özünə məxsus olması və oğurluq və kredit olmaması ilə bağlı qeyd etməklə, altında imza etmiş və sonra o öz xətti ilə planşeti 50 manata almasına dair yazısını qeyd etmişdir. O, «Huawey» markalı tableti «tap az» saytında yerləşdirmiş və 110 manata tanımadığı şəxsə satmışdır. O, həmin «Huawey» marklı tabletin cinayət yolu ilə əldə olunmasını bilməmiş, «Huawey» marklı tabletin bazar qiyməti onun satdığı qiymətdə olmuşdur. Həmin «Huawey» marklı tableti tanımadığı müştəriyə satmış, həmin şəxsin onda hər hansı anket məlumatı olmamış və o, «Huawey» marklı tableti satmış olduğu şəxsin hər hansı anket məlumatına dair qeydiyyat aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid5 ifadə verərək göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin ərazisində olan və Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında olan fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar istintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı hadisə yerinin ətrafında yerləşən iaşə, fərdi yaşayış evlərinin təhlükəsizlik kameraları vasitəsi ilə müəyyən olunmuş hadisəni törətməkdə şübhəli bilinən “Adil”, “Kamran” və “Aytən” adlı şəxslərin narkotik vasitələrin qanunsuz saxlaması və istifadə etməsi barədə 30 avqust 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq, əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun üzvləri Suraxanı RPİ-nin 32-ci PB-in əməliyyat müvəkkili Şahid3 və Suraxanı RPİ-nin 32-ci PB-in əməliyyat müvəkkili Şahid4 olmuşlar. Əməliyyat qrupunun iştirakçıları ilə Suraxanı rayonu, Qara-Cuxur qəsəbəsi, Mədən küçəsi, “Əfsun” şadlıq evinin yaxınlığına gəlib mövqe tutmuşlar və qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin gün saat təxminən 19 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 Qara-Cuxur qəsəbəsi, Mədən küçəsi, “Əfsun” şadlıq evinin yaxınlığında görmüşlər, onlara yaxınlaşıb və polis vəsiqələrini göstərib, onlardan şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat vermələrini tələb etmişlər. Saxlanılan şəxslər özlərini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 təqdim edərək, özlərini şübhəli aparmışlar və üzərlərində narkotik vasitə olmasını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmişlər. Suraxanı RPİ-in inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 təhqiqatçı tərəfindən hüquqları izah edilmişdir. Onların hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosunudan növbətçi vəkillər olan Müdafiəçi4, Müdafiəçi1 və X18 dəvət olunmuş və onlara təqdim edilmişlər. Aytən Şıxheybətova özünün 16 dekabr 1997-ci ildə Bakı şəhərində anadan olmasını, Bakı şəhəri ünvan 6 ünvanda yaşamasını, Təqsirləndirilən şəxs2 özünün xx xxxxxx 1993cü ildə Bakı şəhərində anadan olmasını, ünvan 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi 1847, ev 2 mənzil 10-da yaşamasını, Təqsirləndirilən şəxs1 isə özünün 17 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmasını, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ünvan 8 ünvanda yaşamasını bildirmişlər. Tədbir iştirakçıları və Aytən Şıxheybətovanın üzərinə şəxsi axtarış və götürmə aparılacağı və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağını bildirmişlər. Aytən Şıxheybətovaya üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Aytən Şıxheybətova əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan bağlamanı təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirən zaman, orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan «heroin» olmasını və həmin heroini özü qəbul etmək məqsədi ilə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində İlyas adlı şəxsdən 15 manata ağrılarını azaltmaq üçün özü qəbul etmək məqsədi ilə almasını bildirmişdir. Tədbir iştirakçıları və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağını bildirmişlər. Təqsirləndirilən şəxs2 üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs2 əynində olan əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə olan bağlamanı təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirən zaman, orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan «heroin» olmasını və həmin heroini özü qəbul etmək məqsədi ilə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 15 manata ağrılarını azaltmaq üçün özü qəbul etmək məqsədi ilə almasını bildirmişdir. Tədbir iştirakçıları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 üzərində olan qeyri-qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs1 əynində olan əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan bağlamanı təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan «heroin» olmasını və həmin heroini özü qəbul etmək məqsədi ilə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində İlyas adlı şəxsdən 20 manata ağrılarını azaltmaq üçün özü qəbul etmək məqsədi ilə almasını bildirmişdir. Qeyd edilən şəxslər üzərlərindən aşkar olunmuş bükümlərin bir daha özləri qəbul etmək məqsədi ilə aldıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 xeyli müddət olar ki, narkotik vasitə qəbul etmələrini bildirmişlər. Onların üzərində başqa hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X4 aşkar edilmiş bükümlər qablaşdırılmış, bağlamalar baxışda iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif, yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Həmin baxış və maddi sübutun götürülməsinə dair hallar videoçəkliş ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 etmiş olduqları əmələ görə səmimi peşmançılıqlarını bildirmişlər, Bu şəxslərə qarşı hər hansı bir təziq və təsir olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 hər hansı bir şəxsə narkotik vasitə satmadıqlarını bildirmişlər və hər biri həmin gün ayrı-ayrılıqda üzərlərindən aşkar olunmuş narkotik vasitələri almalarını etiraf etmişlər. Onların narkotik vasitənin satması əməliyyat yolu ilə müəyyən olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 12 avqust 2021-cu il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qara- Çuxur qəsəbəsi, “Şərq” Y\S döngə 4 ev 19 üvamnda olan fərdi yaşayış evinə həyətin giriş qapısının kilidini özləri ilə gətirmişləri lom əşyası ilə sındırıb, həyət qanunsuz daxil olaraq, yaşayış sahəsinin giriş qapısı üzərində olan dəmir barmaqlığı və daha sonra plastik qapısını həmin əşya ilə sındırıb açmaqla evdən bir ədəd «Samsung» markalı televizoru, «Lenovo» markalı notebooku, «Hauvey» markalı tableti, qızıllar və sair digər əşyaları oğurlamaqla satıb, şəxsi ehtiyaclarına xərclədiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməkdaşları Şahid3 və Şahid4 Şahid5 iadəsi ilə eyni məzmunda vermişlər. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2021-ci il tarixli 6/3788 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs2” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,741 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2021-ci il tarixli 6/3790 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs1” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,677 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 3956 nömrəli rəyindən görünür ki, mayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu və psixtrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2021-ci il tarixli 3815 nömrəli rəyindən görünür ki, mayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin birgə qəbulu və psixtrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq-fıziki-kimyəvi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli 6/4165-9/6734 nömrəli rəyindən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 10,46 qram kütləli, üzərində müxtəlif ölçülü ağ və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd klonlu boyunbağı mis, sink, kalsium, alüminium və.s əsaslı qiymətəsiz metal ərintisindən hazırlanmışdır. Məlumatın üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilən 2 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 40,00 manat müəyyən olunur. O cümlədən, aparılmış flziki-kimyəvi tədiqatın nətiəcələri nəzərə alınmaqla 1 ədəd 10,46 qram kütləli, qiymətsiz metal ərintisindən hazırlanmış gümüşü rəngli kulonlu nazik boyunbağı 10,00 manat; 1 ədəd üzərində “2,5x24-65” yazıları olan binokl 6 smx10 sm ölçüdə olan qabı ilə birlikdə 30,00 manatdır. İş üzrə təyin olunmuş kompleks ambulator psixiatrik məhkəmə psixoloji ekspertizanın 18 sentyabr 2021-ci il tarixli 2198 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı bir psixi xəstəliyin əlaməti müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatrik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxanılan şəxəs Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçü-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. İş materiallarınd olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatiya X15 Şəxsin 20.09.2021-ci il tarixli 7910 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə adı göstərilə xəstəxanada müalicədə olmamışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1ov oğlu 30.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 30.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-436/2021 saylı 01.09.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 30.08.2021-ci il tarixindən hesablanmaqla 03 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-437/2021 saylı 01.09.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 30.08.2021-ci il tarixindən hesablanmaqla 03 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-614/2021 saylı 30.11.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair Suraxanı rayon prokurorun təqdimatı təmin edilməyərək, onun məhkəmə iclas zalından dərhal azad edilməsi, barəsində 15 dekabr 2021-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsi qərar alınmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-613/2021 saylı 30.11.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair Suraxanı rayon prokurorun təqdimatı təmin edilməyərək, onun məhkəmə iclas zalından dərhal azad edilməsi, barəsində 15 dekabr 2021-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsi qərar alınmışdır. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 28.12.2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində məcburi gətirilmə elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 12.01.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 03.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 01.02.2022-ci il tarixdə saxlanılaraq, Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-262/2022 saylı 02.05.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində başqa cinayət işi üzrə həbs etmənin əvvəli 30.04.2022-ci il tarixindən hesablanmaqla 03 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, təqsirləndirilən şəxs Həmidov X16 Rayon Məhkəməsinin 10.06.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə təqsirli bilinərək, 250 manat cərimə cəzasına, Abşeron rayon məhkəməsinin 23.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 170.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətində azadlıqdan məhrumetmə cəzasına və 250 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.10.2012-ci i tarixli qərarı ilə 23.07.2012-ci il taixli hökm dəyişdirilərək, o, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Abşeron rayon məhkəməsinin 23.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12.01.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28.09.2021-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarında olan 3 saylı İstintaq Təcridxanasının 04.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 08.02.2022-ci il tarixində 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçirilmişdir. Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda həbs zamanı xəsarət almadığını bildirmişdir. Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində hər iki yuxarı ətrafında çoxsaylı çapıq toxuma aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduğu cinayət əməlinin bir qismini törətdiyini etiraf edərək, digər cinayət əməlini etiraf etmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə bunu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun məsuliyyətini yüngülləşdirən halları – törətdiyi əməlləri etiraf etməsini, törətdiyi əməllərdən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, cəzasının ağırlaşdıran halların olmamasını, eyni zamanda onun şəxsiyyətini səciyyələndirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun məsuliyyətini yüngülləşdirən halları – törətdiyi əməlləri qismən etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, cəzasının ağırlaşdıran halların olmamasını, eyni zamanda onun şəxsiyyətini səciyyələndirən halları nəzərə alıb hesab edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini tam təmin edir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - 30 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - 01 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 328 manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan 328 manat məhkəmə məsrəfləri müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan, zərərçəkmiş şəxs X12 məxsus 1 ədəd binoklun və qabının, 1 ədəd gümüşü rəngli nazik boyunbağı üzərində olan klonun zərərçəkmiş şəxs X12 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, CM-nin 93.1.2-ci maddəsinə əsasən onlar barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,691 qram hissəsi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,627 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş əmlak müsadirəsi yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, onun vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Muradov X11 Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən birləşdirilərək, Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və onun digər cinayət işi ilə bağlı barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Həmidov X13 Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən birləşdirilərək, Təqsirləndirilən şəxs2 02 (iki) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 30 avqust 2021-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 13 (on üç) gün Azərbayan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanlanmaqla, ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,691 qram hissəsi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,627 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan, zərərçəkmiş şəxs X12 məxsus 1 ədəd binoklun və qabının, 1 ədəd gümüşü rəngli nazik boyunbağı üzərində olan klonun zərərçəkmiş şəxs X12 təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 328 (üç yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia verilməmişdir. Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-71/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-71/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver