Məhkəmə qərarları › İş №1(010)-71/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-71/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-71/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X12 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı X5, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakı ilə, 17 may 2023-ci il tarixdə, saat 10:15-də, Bakı şəhərində, xx xxxxxx 1955-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 14 iyul 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 20 mart 2022-ci il tarixdə saat 23.00 dəqiqədə Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında yerlən 12 saylı şəhər poliklinikanın yanında küçədə heç bir əsaslı səbəb olmadan qardaşı arvadı Zərərçəkmiş şəxs söyüb təhqir edərək xuliqanlıq niyyəti ilə qəsdən kimyəvi maddəni sifət nahiyəsinə ataraq ona işıq duyğusu ilə müşaiyət olunan sol gözün buynuz qişasının və konyuktivanın ll-lll dərəcəli kimyəvi yanığı, sifət nahiyəsinin kimyəvi yanıqları, sağ gözün iç bucağı nahiyəsinin qançırı və ağlı qişasının qansızması kimi zərərçəkmiş şəxs və mülki iddiaçıin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 25 ildir ki bir evdə xalası qızı X13 və onun uşaqları Elnur və Ellada ilə birgə yaşayır. X3 qardaşı X14 həyat yoldaşı olmuş, qardaşı onun natəmiz olduğu və qadın kimi rəftarını görmədiyi üçün onunla yola getməmiş və 15 ildən artıqdır ki, qardaşı İrinanı boşamış və yenidən başqa qadınla ailə həyatı qurub evdən çıxaraq gedib onunla birgə yaşayır. İrina çox natəmiz insandır, yəni evi çox səliqəsiz saxladığı üçün onun bu cür pinti olmasına dözə bilməmiş və hər gün onunla mübahisə etmişdir. Yaşadığı yəni, ünvan 3 ünvanında yerləşən mənzil 3 otaqlı olsada öz aralarında həmin evi bölmüşlər, həmin evin 1 otağında özü yaşayır, digər 2 otaqda isə İrina öz uşaqları ilə yaşayır. Dəfələrlə ona evin ümumi istifadəsində olan tualeti, koridoru və mətbəxi təmizləməsini bildirsə də sonuncu onun sözlərinə əhəmiyyət verməmiş və öz səliqəsizliyini və pintiliyini davam etdirmişdir. O, çox nadir hallarda evin təmizliyini etmiş, evi demək olarki özü təmizləmiş, evin natəmiz olmasından evin tualetindən iy gəlməsindən ona və yanına gələn qonaqları çox iyrənirmiş və bu səbəbdən əsəbləşib onunla mübhisə etməyə başlamış, onun bu cür hərəkətlərindən və onunla arasında olan mübahisələrdən çox bezmiş, ona qarşı çox aqressiv olmuş, onun acı çəkməsi üçün üstünə qaynar su tökmək qərarına gəlmiş, İrinanın qızı Ellada hər gün axşam saatlarında işdən gəldiyi üçün anası İrina onu qarşılamağa getmişdir. İrina 20 mart 2022-ci il tarixdə, saat təxminən 22:30 radələrində qızı Elladanı qarşılamaq üçün evdən çıxdığını görmüş və öz qaldığı otağın mətbəx kimi istifadə etdiyi balkonundan şüşə butulkada kimyəvi maddəni götürərək, onun arxasınca evdən çıxmış, daha sonra sonuncunu izləyərək, arxasınca getmiş və 12 nömrəli poliklinikanın yaxınlığına çatan zaman, arxadan iti adımlarla İrinaya yaxınlaşıb, əlində olan kimyəvi maddəni sonuncunun başına tökmüşdür. Daha sonra onu görməsin deyə arxaya çevrilib qaçaraq, oradan uzaqlaşmış və yaşadığı ünvana gələrək, otağına girmişdir. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmiş, barəsində daha yüngül növdə və həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxs və mülki iddiaçını, təqsirləndirilən şəxs və mülki cavabdehi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs və mülki iddiaçı X13 göstərmişdir ki, o, qızı, oğlu və qardaşının arvadı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Janna Teymurovna dəfələrlə yaşadığı evin onun anasına məxsus olduğunu bildirərək, onu və övladlarını həmin evdən çıxarmaq istəyib. Sonuncunun məqsədi evi ələ keçirməkdir. Bu səbəbdən Janna mütəmadi olaraq onu oğlunu tutduracı ilə hədələmişdir. 20 ildən artıqdır ki, bir-biri ilə danışmırlar və küsülü kimi yaşayırlar. Onunla bir evdə yaşasa da heç bir əlaqəsi yoxdur. Mütəmadi olaraq qızı X16 işdən gələrkən gedib qarşılayıb onunla birgə evə gəlir. 20 mart 2022-ci il tarixdə saat 22-23 radələrində qızını qarşılamaq məqsədilə evdən çıxıb yaşadığı evin yaxınlığında yerləşən 12 saylı şəhər-poliklinikasının yanından piyada keçən zaman, hərəkətdə olarkən arxadan bir nəfər şəxsin qaçaraq ona yaxınlaşıb, başının arxa nahiyəsindən üz nahiyəsinə kəskin iyə malik su halında olan mayeni tökmüş, o, üzünü tutaraq yerə yıxılmış və həmin şəxsə baxan zaman görmüşdür ki, üzünə mayeni tökən şəxs məhz baldızı Təqsirləndirilən şəxsdır. Janna onun üzünə mayeni tökdükdən sonra qaçaraq, oradan uzaqlaşmışdır. Həmin mayenin qoxusundan və köpüklənməsindən həmin maye kimyəvi turşu olmasını başa düşmüş, daha sonra yanına tanımadığı iki nəfər şəxs yaxınlaşmış və onu yerdən qalxmağına köməklik göstərmiş, o, çox çətinliklə yaşadığı ünvana gəlmiş, evdə olan zaman oğlu Şahid onun vəziyyətini görüb, dərhal təcili tibbi yardıma zəng edərək evə çağırmış, həmin təcili tibbi yardım onun ünvanına gələrək onu Zərifə Əliyeva adına Göz Xəstəxanasına aparmışdır. Hal-hazırda onun bir gözü görmə qabiliyyətini tam olaraq itirmiş, digər gözünün isə görmə qabiliyyəti əhəmiyyətli dərəcədə azalmışdır. Həmçinin iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Jannanın təqsirli əməli nəticəsində sol gözü yanaraq kor olmuş, sağ gözü isə 25 % görür. Demək olar ki, o, görmə qabiliyyətini tam olaraq itirmişdir. Təqsirləndirilən şəxsin gözlərinə vurduğu xəsarətlə əlaqədar o, 2022-ci ilin mart ayının 20-dən hal-hazıradək X19 adına Milli Oftalmologiya Mərkəzində ambulator müalicə alır. Bu günədək müalicəsinə, dərmanlarına, yol xərcinə (taksi ilə gedib-gəlməyinə) 1150 manat xərci çıxıb. Hələ müalicəsi davam edir, ola bilsin ki, gözlərində tibbi əməliyyat da aparılsın. Bundan başqa isə gözlərinin görməməsi səbəbindən o, mənəvi zərər almışdır. Belə ki, ömrümün axırına qədər bir gözlə baxmağa məhkum edilmiş, o biri gözü isə ömürlük kor olmuşdur. Sonda o, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, sonuncu ilə aralarında barışıq əldə etmədiklərini, Təqsirləndirilən şəxs ona dəymiş maddi zərərin əvəzi 1.150 manat, mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun sonuncudan alınaraq ona verilməsini xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi təqsirli bilinməsinə dair ittihamı qəbul etmir, belə ki, onun sağlamlığına ağır zərər dəymişdir. Bu baxımdan o, həm cinayət işinin ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı sağlamlığına dəymiş zərərlə bağlı verilmiş ekspert rəyləri ilə razı deyil. Sonda o, Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə etmədiklərini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, bibisi Təqsirləndirilən şəxs da onlarla eyni ünvanda yaşayır, o, dəfələrlə yaşadığı evin anasına məxsus olduğunu bildirərək onları həmin evdə çıxarmaq istəyib, Jannanın məqsədi evi ələ keçirmək olmuşdur. Bu səbəbdən sonuncu mütəmadi olaraq anasını tutduracağı ilə hədələyir. 20 ildən artıqdır ki bir-biri ilə danışmırlar və küsülü kimi yaşayırlar. Bibisi ilə bir evdə yaşasalar da heç bir əlaqələri yoxdur. Anası mütəmadi olaraq bacısı X15 işdən gələn zaman gedib onu qarşılayıb onunla birgə evə gəlirmiş. 20 mart 2022-ci il tarixdə saat təxminən 22:10 radələrində bacısı Elladanı qarşılamaq üçün evdən çıxmış, o, həmin vaxtı evdə olmuş, təxminən 5 dəqiqə sonra bibisi Jannanın mətbəxdə olduğunu hiss etmiş, mətbəxdən şkafın çırpılmasını eşitmiş, Janna təxminən 2-3 dəqiqə mətbəxdə olduqdan sonra onun qapıdan çıxaraq getməsini hiss etmiş, anasının arxasınca gedəcəyi ağlına da gəlməyib, düşünmüşdür ki, harasa dükana getmişdir. Bundan 20 dəqiqə sonra anasının evə gəldiyini görmüş, anası evə gələn zaman gözünü tutmuş, çox pis vəziyyətdə olmuş, nəfəs almaqda çətinlik çəkmiş, sonuncunun o vəziyyətdə olduğunu görüb özünü itirmiş, daha sonra nə olduğunu soruşduqda sonuncu Jannanın 12 saylı şəhər poliklinikasının yanında başının arxa hissəsindən üzünə su halında olan maye töküb qaçmasını bildirmişdir. O, dərhal təcili tibbi yardıma zəng etmiş və anasını həmin təcili tibbi yardım maşını ilə Zərifə Əliyeva adına Göz Xəstəxanasına aparmışdır. Anasının üstündən kəsici iy gəlmiş, kislota iyinə oxşamış, bu səbəbdən də həkimlərə anasının üzünə kislota tökülməsini demişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X23 Suraxanı Rayon Şöbəsinin məhkəmətibb eksperti X11 ifadəsində göstərmişdir ki, 05 aprel 2022-ci il tarixdə vətəndaş X7 tibbi müayinə edərkən müəyyən etmişdir ki, X5 işıq duyğusu ilə müşayiət olunan sol gözün buynuz qişasının və konyuktivanın İİ-İİİ dərəcəli kimyəvi yanığı, sifət nahiyəsinin kimyəvi yanıqları, sağ gözün iç bucağı nahiyəsinin qançırı və ağlı qişasının qansızması bərk küt əşyanın, digər xəsarətlər ola bilsin kimyəvi turşunun təsirindən törənmişlər, xəsarətlərin alınma müddətləri xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə qançır və qansızma ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol gözün kimyəvi yanığı görmənin 20% hissəsinin itirilməsi ilə nəticələnmiş və və bu əlamətə görə də sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxsin yanaq və burun nahiyəsində kimyəvi turşunun təsirindən törənmiş, yanıq xəsarətləri kiçik xəsarət olmuş və gözdə görmənin itirilməsinə səbəb olmuşdur. Sol gözün kimyəvi yanığı görmənin 20% hissəsinin itirilməsi ilə nəticələnmiş və və bu əlamətə görə də sağlamlığa az ağır zərərvurmaya aiddir. Nazirlər Kabinetinin qərarında isə bu xəsarətlər birbaşa görmənin itirilməsinə, sağalmayan, daimi bədən səthinin bir neçə faizini əhatə edən ağır əlamətlərlə müşayiət olunan xəsarətlər nəzərdə tutulur. Burada görmənin dərəcəsi müəyyən olunub, görmənin hamısı deyil, yalnız 20 %-i itirilmişdir. Görmənin 10- 33% faizinə qədər itirilməsi az ağır xəsarətlər hesab olunur. Bu kimyəvi turşunun təsirindən ağır xəsarətlər yarana bilər. Burada kimyəvi turşunun təsirindən görmənin 20%-i itirilmişdir, bu lokal xəsarətdir. Ona görə də alınmış xəsarət az ağır xəsarət hesab olunur. Zərərçəkmiş şəxs özü bildirmişdir ki, onun üzərinə qohumu tərəfindən kimyəvi maddə tökülüb və o, ilk tibbi yardım olaraq Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzinə müraciət etmişdir. O, həmin arayışı təhqiqatçıdan əldə edərək tanış olmuşdur. Arayışda qeyd olunur ki, bu sol buynuz qişasının və konyuktivanın İİ-İİİ dərəcəli kimyəvi yanığıdır, lokal xəsarətdir. Zərərçəkmiş şəxsi görməsinin pisləşdiyini, görə bilmədiyini bildirdiyindən sonuncunu təkrar “VİS OS” işıq duyğusunun yoxlanılmasına göndərmişdir. Həmin yoxlama əsasında görmənin dərəcəsi müəyyən olunaraq qiymətləndirilmiş və sonuncuda olan xəsarətin az ağır xəsarət olması müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, kimyəvi yanıqlar bədən səthinin 15%-dən çox əhatə edərsə və İİİ-İV dərəcəli texniki yanıqlar həyat üçün təhlükəli olan zaman ağır xəsarətlər hesab oluna bilər. Bədənin baş hissəsi ümumilikdə bədənin 9 %-ni, boyun hissəsi ilə bədənin 1%-ni əhatə edir. Yanıqlar bədənin 15%-dən çoxunu əhatə edərsə və İİİ-İV dərəcəli yanıqlar olarsa ağır xəsarət sayıla bilər. Hazırki xəsarətlərdə isə bədənin görmə qabiliyyətinin funksiyasının 20% itirmişdir. Ona görə də zərərçəkmişin xəsarəti az ağır xəsarətlərə aiddir. Şəxsin bir gözü ancaq işığı görürdü, o biri gözdə isə “VİS OD”, yəni görmə dərəcəsi 0,6 ml-dir. Şəxsin əvvəlki vəziyyətində hər iki gözü 0,6 ml görmüşdür. Gözün VİS OD 0,1-də az olarsa işıq duyğusudur, bu 20% itirilmədir. Əgər 0,0 olarsa o da 25% itirilmə deməkdir və bunlar az ağır xəsarətlərdir. Ağır xəsarət o zaman olur ki, şəxsin bir gözü 100%, dögər gözü isə 0% olsun. Görmənin itirilməsi 10%-33%-ə dək olarsa bu az ağır xəsarət sayılır. Bu hallar AR Səhiyyə Nazirliyinin təlimatına əsasən müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X20 Hüquqi Şəxsin 05 aprel 2022-cı il tarixli 298 saylı rəyindən görünür ki, müayinə zamanı X8 işıq duyğusu ilə müşaiyət olunan sol gözün buynuz qişasının və konyuktivanın ll-lll dərəcəli kimyəvi yanığı, sifət nahiyəsinin kimyəvi yanıqları, sağ gözün iç bucağı nahiyəsinin qançırı və ağlı qişasının qansızması kimi aşındırıcı maddəsinin (ola bilsin kimyəvi turşunun) təsirindən xx.xx.2022-ci il tarixdə yetirilməsinə xarakterik olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri aşkar edilmişdir. Dövlət ittihamçısının şifahi vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-387/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza X21 Birliyi” X23 canlı şəxsin ekspertizasının 15 mart 2023-cü il tarixli, T126/2023 saylı rəyindən görünür ki, İ.N.Stepanovanm xx.xx.2023-cü il tarixdə ATU-nun X6 oftalmoloq tərəfindən müayinəsi zamanı sağ gözdə görmə itiliyi VİS OD-0,3k\i- 0,75D=0,8; sol gözdə VİS OS-0,0 olmuşdur. 2-5. Vətəndaş İ.N.Stepanovanm tibbi sənədlərinə əsasən o, xx.xx.2022-ci il tarixdə X19 adına Milli Oftalmologiya Mərkəzinə müraciət edərkən sağ gözün görmə itiliyinin - 0,5-0,6 olduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, onun hər iki gözündə travmaya qədər görmə itiliyi 0,5-0,6D olmuşdur. Belə ki, ədəbiyyatlarda “Ximoz”un yaranma səbəbi kimi konyuktivanın iltihabı və allergiya göstərilir. İ.N.Stepanova isə 1986; 1989-cu illərdə konyuktivanın iltihabı, 2006-cı ilin sentyabr ayında “allergik konyuktivit” xəstəliklərini keçirmişdir. İ.N.Stepanovanm aldığı xəsarətlər-sol gözündə görmə qabiliyyətinin tam itirilməsi ilə müşayiət olunan sol gözün buynuz qişasının və konyuktivanın İİ-İİİ dərəcəli kimyəvi yanığı, sifət nahiyəsinin kimyəvi yanıqları, aşmdırıcı maddənin (ola bilsin kimyəvi turşunun) təsirindən törənmişlər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin A-dən az olmaqla əhəmiyyətli dərəcədə (20-25%) itirilməsinə səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Sağ gözün iç bucağı nahiyəsinin qançırı və ağlı qişasının qansızması isə bərk küt əşyanın təsirindən törənmişlər, dərəcəsinə görə isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 23 may 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, üzləşmə zamanı X13 istintaq orqanına verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmişdir. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəni bir daha əyani olaraq göstərib təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxs və mülki cavabdehin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs və mülki cavabdeh barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X5 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın əvəzi qismində 1.150 manat, mənəvi zərərin əvəzi qismində 5.000 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X13 iddia ərizəsində ona dəymiş maddi zərərlə əlaqədar göstərmişdir ki, təqsirləndirilən şəxsin gözlərinə vurduğu xəsarətlə əlaqədar o, 2022-ci ilin mart ayının 20-dən hal-hazıradək X19 adına Milli Oftalmologiya Mərkəzində ambulator müalicə alır. Bu günədək müalicəsinə, dərmanlarına, yol xərcinə (taksi ilə gedib-gəlməyinə) 1.150 manat xərci çıxıb. X4 dəymiş maddi zərərlə əlaqədar müvafiq tibbi rəyləri, o cümlədən 20 mart 2022-ci il, 22 mart 2022-ci il və 13 aprel 2022-ci il tarixli tibbi reseptləri sübut qismində iddia ərizəsinə əlavə etsə də, bu müalicələrin aparılması və dərmanların alınması üçün, o cümlədən yol xərcləri üçün həyata keçirdiyi ödənişləri təsdiq edən hər hansı qəbz iş materiallarında aşkar olunmur. Zərərçəkmiş şəxs və mülki iddiaçı İrina Stepanova müalicələrinin aparılmasına və dərmanlarının alınmasına çəkdiyi xərcləri özündə əks etdirən qəbzlərin təqdim edilməsini mümkün hesab etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı X9 vurulmuş maddi ziyanın məbləğinin müəyyən olunması mümkün olmadığından, sonuncunun Təqsirləndirilən şəxs qarşı maddi ziyanın əvəzi qismində 1.150 manat və ondan irəli gələn mənəvi zərərin əvəzi qismində 5.000 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası baxılmamış saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. X5 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyan əvəzi qismində 1.150 (min beş yüz əlli) manat, mənəvi ziyanın əvəzi qismində 5.000 (beş min) manat məbləğində pul vəsaitinin tutulmasına dair mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar