Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-72/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 283/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 06 avqust 2021ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 25 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-151/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı ilə həbsdən azad edilmiş, 28 fevral 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək növündə iltizam növündə qətimkan tədbiri seçilmiş, 19 iyun 2023-cü il tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilmiş və polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri təsdiq edilmiş, Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(010)-544/2023 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(011)-91/2024 saylı qərarı ilə barəsində əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması və özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə, günorta saatlarında, Bakı şəhəri, Xətai rayonu ərazisindəki metronun “Həzi Aslanov” stansiyasının “giriş-çıxış” keçidinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 25 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,664 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynindəki göy rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 25 fevral 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:00 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4vanda yerləşən Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 18:50 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,664 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə 04 aprel 2023-cü iİ tarixdə saat 14:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 1 nömrəli yaşayış binasının ümumi istifadədə olan giriş blokundan pilləkənə bərkidilmiş Zərərçəkmiş şəxs məxsus dəyəri 1300 (min üç yüz) manat təşkil edən üzərində “Mercedes Benz” sözləri yazılmış, “Adidas” markalı 01 (bir) ədəd velosipedi tamah niyyəti ilə gizli talayıb zərərçəkmiş şəxsə 1300 (min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayətlərinə görə bir neçə dəfə məhkum edilib. Təxminən 2 ildir ki, narkotik vasitələr qəbul etmiş, həmin narkotik vasitələri isə tanımadığı şəxslərdən əldə etmişdir. Mütəmadi olaraq narkotik vasitələri əldə etdiyi şəxslərdən biri metronun «Həzi Aslanov» stansiyası yaxınlığında olurmuş və həmin şəxslə qeyd edilən yerdə mütəmadi olaraq görüşüb şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. 25 fevral 2023-cü il tarixdə, günorta saatlarında o, Bakı şəhəri, Xətai rayonu, metronun «Həzi Aslanov» stansiyasının «girişçıxış» keçidinin bayır tərəfdən yaxınlığında olarkən əvvəllər də bir neçə dəfə narkotik vasitə heroin aldığı şəxslə qarşılaşmış və ona 25 manat pul verərək təkrar şəxsi istifadəsi üçün 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroin əldə etmişdir. Həmin gün, yəni 25 fevral 2023-cü il tarixdə, saat təxminən 18:03 radələrində yaşadığı ünvana yaxın, yəni ünvan 6sında olarkən 2 nəfər mülki geyimli şəxs polis əməkdaşları olduqlarını bildirməklə, özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu deyib üzərində axtarış aparılması üçün onun Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə getməli olduğunu bildirdilər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. İlk əvvəl onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və daha sonra, videoçəkilişdən istifadə ediləcəyi barədə xəbərdarlıq edilməklə, onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməsi təklif edildikdə o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdəki narkotik vasitə heroini təqdim etmiş, həmin kütlə qablaşdırılması ilə birlikdə tərəzidə çəkildi. Bundan sonra, aşkar edilmiş narkotik vasitə heroin zərfdə qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Şəxsi istifadəsi üçün narkotik vasitə əldə etməsi faktı ilə əlaqədar cinayət işi başlanılmış və ibtidai istintaq dövründə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Bundan əlavə, həmin dövrdə, yəni 04 aprel 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 1 nömrəli yaşayış binasının qarşısından keçərkən oğurluq etmək, oğurluq nəticəsində əldə edəcəyi əşyanı sataraq şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək niyyəti ilə həmin binanın giriş blokuna daxil olmuşdur. Blokun birinci mərtəbəsində pilləkənlərə dəmir məftillə bərkidilmiş 02 (iki) ədəd velosiped olduğunu görmüş, ölçüsü daha böyük və yeni olan velosipedi oğurlamaq qərarına gəlmişdir. Əvvəlcə ətrafa nəzər yetirib heç kəsin olmadığına əmin olmuş, bir neçə dəfə cəhd etdikdən sonra, velosipedi dəmir məftildən azad etməyə nail olmuş və velosipedi yaxın yerdəki boşluğa qoymuşdur. Daha sonra, ətrafa nəzər salıb velosipedi götürüb oradan uzaqlaşmışdır. Onun cinayət əməlləri heç kəs tərəfindən müşahidə edilməmiş və heç kəs onun oğurluq etdiyini görməmişdir. O, hadisə yerinin müşahidə kamerası vasitəsi ilə müşahidə edildiyini bilməmişdir. Oğurluq əməlini tək törətmiş, ona bununla bağlı kömək edən şəxs olmamışdır. Həmin velosipedi satmışdır. Polis əməkdaşları tərəfindən yaxalandıqdan sonra, o, velosipedi satdığı yeri demiş, velosiped zərərçəkmiş şəxsə geri qaytarılmışdır. Həmin velosipedi sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi cinayət əməllərindən peşmançılıq çəkmiş və bir daha cinayət törətməyəcəyini bildirmişdir. Bu iki cinayət əməllərindən başqa o, heç bir cinayət törətməmişdir. Suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı psixi və ya fiziki zorakılıq tətbiq edilməmiş, o da həmçinin polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın hamısını tam şəkildə ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Həmçinin üzərində ibtidai istintaq dövründə aşkar edilmiş narkotik vasitə heroin onun özünə məxsus olmuşdur. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2019-cu ildə Türkiyəni tez-tez ziyarət edən qohumu vasitəsi ilə yeniyetmə qızı Gülay Zeynallı üçün 1300 (min üç yüz) manat dəyərində 01 (bir) ədəd «Adidas» markalı velosiped almışdır. Həmin velosipedin üzərində yapışqanlı «Mercedes Benz» yazısı olmasına baxmayaraq, «Adidas» markalı olmuşdur. Üzərində «Mercedes Benz» yazısı olan yapışqanlı lenti onun özü velosipedin üzərinə yapışdırmışdır. Yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşdiyi üçün qızı üçün aldığı həmin velosipedi o, evdə deyil, mənzilinin yerləşdiyi giriş blokunun pilləkənlərinə tros simlə bağlayaraq saxlamışdır. 04 aprel 2023-cü il tarixdə saat 14:40 radələrində velosipedin yerində olmadığını görüb oğurlandığına əmin olmuşdur. Yaşadığı mənzilin giriş qapısının üzərində müşahidə kamerası olduğu üçün həmin kameranın qeydə aldığı görüntülərə baxarkən müəyyən etmişdir ki, 170-175 sm hündürlüyündə, arıq bədən quruluşu olan bir nəfər cavan oğlan sağa-sola baxaraq heç kəsin olmadığından əmin olub ona məxsus velosipedi oğurlayıb oradan uzaqlaşmışdır. O, bu barədə 2 gün sonra polisə müraciət etmişdir. İki gün ərzində isə kamera görüntülərinin çıxarılması işi ilə məşğul olmuşdur. Verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən iki gün sonra, velosipedi geri almışdır. Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirdi və bu barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etdi. Zərərçəkmiş şəxs məhkəməyə 19 mart 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əvvəllər Xətai RPİ-nin 35-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışmış Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 25 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində daşıması barədə qərəzsiz və doğru mənbədən məlumat daxil olmuş, məlumatın realizəsi ilə bağlı çalışdığı polis bölməsinin rəhbərliyindən icazə alındıqdan sonra o, əməliyyat-axtarış tədbirinin həyata keçrilməsinə dair qərar qəbul etdikdən sonra rəhbərliyin müvafiq əmri ilə əməliyyat-axtarış tədbirində iştirak edəcək üzvlərdən biri olmuşdur. Əməliyyat qrupuna daxil edilmiş Şahid2 ilə birlikdə 25 fevral 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinə başlanılmış, əvvəlcə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, ünvan 7 ünvan və yaxın ətraf ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 25 fevral 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ünvan 6sı ilə piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun üzvü Şahid2la birlikdə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs izah etmişdir ki, haqqında narkotik vasitə əldə etmə və istifadə etmə barədə əməliyyat yolu ilə məlumat daxil olmuş, məlumatın yoxlanılması məqsədi ilə üzərində şəxsi axtarış aparılmalıdır, bunun üçün onlarla birlikdə polis bölməsinə getməlidir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə 35-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və etirazının olmadığını aydınlaşdırmışdır. Təqsirləndirilən şəxs üzərində aparılan axtarış zamanı ona qeyri-qanuni əşyalar olduğu halda, təqdim etməsi təkif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddəni masanın üzərinə qoymuş, həmin maddənin narkotik vasitə olduğunu, həmin gün günorta satlarında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manat pulun müqabilində aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə tərəzidə çəkilmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə kağız zərfdə qablaşdırılmış, üzəri imzalanaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan axtarış hərəkətləri protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində aparılan axtarışda iştirak edən hər bir şəxs tərtib edilmiş protokol ilə tanış olduqdan sonra, həmin protokolu imzalamışdır. Suallara cavab olaraq bildirdi ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, sonuncu tərəfindən də onlara qarşı müqavimət göstərilməmişdir. Məhkəmə istintaqında ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş şahid Xətai RPİ-nin 35-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsi də eyni məzmunlu olmaqla, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X3 tərəfindən başlanmışdır. (iş.v. 90) 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X8 tərəfindən başlanmışdır. (iş.v. 1, cild 1) 25 fevral 2023-cü il tarixdə Xətai RPİ-nin 35-ci polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 94-95, cild 1) Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 14 iyun 2023-cü il tarixli “ictimai təhlükəli əməlin tövsif edilməsi haqqında” qərarla ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ictimai təhlükəli əməlləri Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (iş.v. 226-228, cild 1) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyli, maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə hesab edilən heroin (kakos) olduğunu, 25 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən, ümumilikdə 25 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, 25 fevral 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ümumi çəkisini müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilən zaman 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş maddənin sellofanla birlikdə çəkisinin 0,72 qram olması müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, heç bir əşya və ya predmet aşkar edilməmişdir. (iş.v. 121-122, cild 1) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Xətai RPİ-nin 35-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Uğur Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa, təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümünü masanın üzərinə qoyur. Həmin şəffaf bükümə baxış keçirərkən içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar edilir. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğu soruşularkən ‘'heroin” kimi tanıdığı həmin maddəni özü istifadə etməsi məqsədilə Xətai rayonu ərazisində «Həzi Aslanov» metrostansiyasında tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da, hər hansı bir qanunla qadağan olunmuş maddə və ya əşya aşkar edilmir. Sonra həmin büküm zərfə qoyularaq möhürlənir. Məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2023-cü il tarixli, 6/1170 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №154...” dairəvi möhür əksləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 0,664 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,664 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,614 qram. (iş.v. 129-131, cild 1) Ambulator məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü il tarixli, 2127 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 231-232, cild 1) 06 aprel 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 vətəndaş Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən hadisə yeri ünvan 8 ünvanında binanın 1-ci blokdur. Blokda giriş hissədə pilləkən vardır. Hadisənin videogörüntüsünü qeyd edən kamera olmuşdur. Həmin videogörüntüdən müəyyən edilir ki, 1 nəfər şəxs pilləkənin orta hissəsində olan velosipedi götürür. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən başqa heç bir şey aşkar edilməmişdir. Hadisə yerinin şəkilləri fotocədvəl şəklində protokola əlavə edilmişdir. (iş.v. 7-9, cild 1) 06 aprel 2023-cü il tarixli “videokamera görüntüsünə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 1. mənzil 65-də yaşayan Zeynalov X5 RPİ-nin 33-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 04 aprel 2023-cü il tarixdə təxminən saat 14:40 radələrində yaşadığı binanın blokunda saxladığı dəyəri 1300 (min üç yüz) manat olan 01 (bir) ədəd “Adidas” markalı velosipedin naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar kamera görüntüsünə baxış keçirilmişdir. Kamera görüntüsündə 1 nəfər göy rəngli qollarında ağ zolaqlı rəngdə idman geyimində, qara rəngli ayaqqabı, qara rəngli şalvarda və kürəyində qara rəngli çanta olan şəxs pilləkənlərdən aşağıya düşərək pilləkənin kənarına bağlanmış velosipedə yaxınlaşıb, orada olan dəmir kəməri açaraq velosipedi götürüb oradan uzaqlaşması müəyyən edilmişdir. (iş.v. 14, cild 1) 06 aprel 2023-cü il tarixli “baxış keçirmə və maddi sübütü götürmə haqqında” protokoldan görünür ki, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 vətəndaş Zərərçəkmiş şəxs məxsus velosipedə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasında baxış keçirmişdir. Velosipedin markası “Adidas”, rəngi ağ-qara, oturacaqları və tutacaq hissəsi qara, kənarları isə ağ, diskləri isə ağ-qara rəngədədir. Vətəndaş Zərərçəkmiş şəxs velosipedin ona məxsus olduğunu bildirmişdir. (iş.v. 17-18, cild 1) 07 aprel 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 21, cild 1) 07 aprel 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin binanı və binanın ümumi istifadədə olan giriş hissəsini göstərərək, bildirmişdir ki, 04 aprel 2023-cü il tarixdə saat 14 radələrində Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində satıb qarşılığında pul əldə etmək üçün tullantı dəmir axtarmışdır. Yaşadığı ünvandan çıxıb gəzib dəmir axtararaq həmin yerə gəlib çıxmış, bir-bir binaların girişinə daxil olaraq dəmir axtarmışdır. Yeni Günəşli qəsəbəsində binaların birinin girişinə daxil olduqda girişdə sol hissədə pilləkənə bağlanmış iki ədəd velosiped görmüşdür. Yuxarı hissədə olan velosipedə əlindəki maqniti yaxınlaşdırmış, lakin maqnit velosipedə cəzb olunmamışdır. Metalın xüsusiyyətindən onun aliminium olduğunu başa düşmüşdür. Aliminiumun kilosu metal qəbulu məntəqəsində 2 manat 50 qəpikdir. Həmin velosiped də 7 kiloqram olardı. O, həmin velosipedi gizli olaraq ələ keçirib metal qəbulu məntəqəsinə aparıb satsa müəyyən miqdarda pul əldə edəcəyini və narkotik maddə alaraq qəbul edə biləcəyini fikirləşmişdir. Həmin velosiped ağ-qara rəngli, 26 kiloqramlıq velosiped olmuşdur. Velosiped pilləkənin tutacaq hissəsinə dairəvi tros kiliti ilə bağlanmışdır. O, əli ilə həmin kilidi dartaraq yoxlamış və kilitin bağlı olmadığını, açıldığını görmüşdür. Əli ilə kiliti velosipedin üstündən çıxararaq velosipedi götürmüş və sürərək yaşadığı evə getmişdir. (iş.v. 35-37, cild 1) 10 aprel 2023-cü il tarixli, “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanınmalı olan əşya eyni növdən olan əşyalar arasında Zərərçəkmiş şəxs təqdim edilmişdir. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib göstərmişdir: Üzərində ağ-qara rəngli boyalar olan üzərinə «Mercedes Benz» yapışqanı yapışdırılmış «Adidas» markalı 01 (bir) ədəd velosipedi tanıyaraq bildirmişdir ki, həmin velosipedi o, 2019-cu ildə Türkiyədə olan qohumu vasitəsi ilə əldə etmiş və elə həmin il 13 yaşlı qızı Gülay Zeynallıya hədiyyə etmişdir. Tanıyan şəxs velosipedin ölçüsü, rəngi, üzərindəki yazısı və markasına görə ona məxsus olduğunu bildirmişdir. (iş.v. 75-77, cild 1) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli, 9/2917 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Mercedes-Benz” markalı, yeniyetmə üçün nəzərdə tutulmuş velosipedin istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 250,0 manat müəyyən edilir. 20 iyun 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və məsul şəxsə verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kağız zərfdə qablaşdırılmış 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan 0,664 qram (tədqiqatdan sonrakı qalıq çəkisi 0,614 qram) qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk və Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunaraq istintaqa təqdim olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 1 nömrəli yaşayış binasının ümumi istifadədə olan giriş blokundan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd velosipedin oğurlanması ilə bağlı həmin ünvanda quraşdırılmış müşahidə kameralarının qeyd aldığı görüntülər olan DVD-R formatlı 01 (bir) ədəd diskin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən onlar cinayət işi üzrə maddi sübut hesab edilmiş, xalis çəkisi 0,664 qram, tədqiqatdan sonra qalıq qalmış 0,614 qram olan narkotik vasitə - heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş.v. 7-10, cild 2) 20 iyun 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, üzərində “Mercedes Benz” sözləri yazılmış, “Adidas” markalı oğurlanmış 01 (bir) ədəd velosipedin cinayətin törədildiyi günə olan qiyməti 1300 (min üç yüz) manat hesab edilmiş və bu elan ediləcək ittihamda və cinayət işi üzrə nəzərə alınmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli 9/2917 nömrəli rəyi istintaq materialları və ittihamın həlli üçün toplanmış sübutlarla ziddiyyət təşkil etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməmiş və sübutlar siyahısından çıxarılmışdır. 20 iyun 2023-cü il tarixli «Əşyanın maddi sübut hesab edilməsi və məsul şəxsə verilməsi haqqında» qərar sübut növü hesab edilmiş və iş üzrə nəzərə alınmışdır. (iş.v. 13-32, cild 2) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, saat 17:55-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 26 fevral 2023-cü il tarixdə, saat 19:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, 27 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət və Suraxanı rayon prokuroru Rəşid Mahmudov tərəfindən verilmiş təqdimat Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(010)-151/2023 saylı qərarı ilə təmin edilməmişdir. 28 fevral 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2023-cü il tarixdə, saat 10:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 08 aprel 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. 19 iyun 2023-cü il tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilmiş və polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri təsdiq edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(010)-544/2023 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(011)- 91/2024 saylı qərarı ilə barəsində əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (iş.v. 110, 144-145, 159-160, 164-172, 45, 55-56, 67-72, 74, 241-246) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin müvafiq bəndləri ilə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək və CM-in 66.5, 68.1.1-1 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 23 dekabr 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarı ilə cəzasından vaxtından əvvəli şərti olaraq azad edilmişdir. 28 fevral 2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə, qeydiyyatdan çıxarılmışdır. (iş.v. 78-79) Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu cinayət əməlinə görə, məhkumluğu götürülməmiş və ödənilməmişdir. Belə ki, törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar talama - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə, daha sərt cəza tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən sadə residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. CM-nin 2-ci maddəsində Cinayət Məcəlləsinin vəzifələri sırasında mülkiyyəti cinayətkar qəsdlərdən qorumaq öz əksini tapmışdır. Azərbaycan Respublikası CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci 1 №li qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,664 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaq və məhkəmə iclasında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsində qeyd olunmuş cinayətin sadə residivi müəyyən edilmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İttiham olunan cinayət əməlləri üzrə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran sadə residivin olması qeyd olunan maddənin tətbiq olunmasını istisna edir. CM-nin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Qeyd olunan qanunvericilik norması imperativ xarakter daşımır, əksinə dispozitiv xarakterlidir. Təqsirləndirilən şəxs tərəfindən CM-nin 177.1-ci maddəsi ilə olan böyük ictimai təhlükə törətməyən cinayət əməli üzrə zərərçəkmiş şəxslə barışıq əldə olunması və dəymiş ziyanın tamamilə ödənilməsi CM-nin 72.1-ci maddəsini tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması mümkün olsa da məhkəmə şəxsin əvvəllər dörd dəfə CMnin 177-ci maddəsinin müxtəlif bəndləri ilə məhkum olunması və islah olunmamasını, eləcə də əməlində cinayətin sadə residivinin olmasını nəzərə alaraq onun CM-nin 177.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmasını məqbul hesab etmir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxs və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrə müvafiq olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, ona təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə hesablayıb qəti olaraq cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 01 may 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə əlaqədar “həbs” növündə qətimkan tədbiri seçildiyi nəzərə alınmalı, həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,614 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfləri olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat və 50 (əlli) manat, cəmi 131 (yüz otuz bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə dəymiş ziyan tamamilə ödənildiyindən və zərərçəkmiş şəxslə barışıq əldə olunduğundan mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək və 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə əlaqədar “həbs” növündə qətimkan tədbiri seçildiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,614 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD-R formatlı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat və 50 (əlli) manat, cəmi 131 (yüz otuz bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-72/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-72/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver