Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-73/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açııq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 4,337 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 17 avqust 2021-ci il tarixdə, saat 22:05 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin əldə edilməsi, saxlanılması, istifadəsi və daşınmasında şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, bina 9-un qarşısında saxlanılaraq, Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilib, üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,320 qram, 1,303 qram və 1,714 qram, ümumi təmiz çəkisi 4,337 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitədən fasilələrlə istifadə etmişdir. Axırıncı dəfə narkotik vasitəni 2021-ci ilin iyun ayında almışdır. Avqust ayında isə tutulmuşdur. Həmin ərəfədə onlar evlərini satıb beh almışlar. Məhəllədə yaşayan şəxs ona bildirmişdir ki, bu barədə orda-burda heç kimə deməsin, onu ilişdirib tutarlar. Düzdür, sonra evlərini sata bilməmişlər və behi qaytarmışlar. Bu söhbətdən bir həftə sonra polislər onu evinin qarşısında tutmuşlar. O tutularkən və bölməyə aparılarkən, üstündə heç bir narkotik vasitə olmamışdır. Bölmədə ona hədə-qorxu gələrək, narkotik vasitələri öz üzərinə götürməsinə nail olmuşlar, o, da bu təhdidlərdən qorxaraq, polis əməkdaşlarının dediklərinə əməl etmişdir. Əslində isə bölməyə gətirilərkən, onun üzərində hər-hansı bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təqribən 3 ilə yaxındır ki, şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. 24.07.2021-ci il tarixdə atasının ildönümü ilə əlaqdar Qax rayonuna getmişdir. 15.08.2021-ci il tarixdə Qax rayonundan evə geri qayıdarkən, Qax rayonunda avtovağzalda çay içərkən, tanımadığı şəxs yaxınlaşaraq, onda narkotik vasitələr olduğunu bildirmiş, həmin zaman narkotik vasitədən özü istifadə etmək məqsədilə 03 ədəd siqaretin gümüşü rəngli kağızınü bükülmüş bükümdə narkotik vasitə olan heroini və bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamini 60 manata almışdır. 17.08.2021-ci il tarixdə, təxminən saat 22:05 radələrində o, yaşadığı ünvan 2 ünvanının qarşısında tək dayandığı zaman, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan polis şöbəsinə gətirərək, təhvil vermişlər. PŞ-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdikdə, o, hər hansı bir etiraz etməmişdir. Həmçinin, vəkilinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasına etirazı olmaması barədə ərizə vermişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirmiş, axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə, o, üzərində, yəni əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı, içərisində 03 ədəd heroin və 01 ədəd şüşə kimi tanıdığı metamfetamin olan gümüşü rəngli kağız bükümləri təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümlərə baxış keçirdiklərində sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddələr şüşə kimi tanıdığı narkotik vasitələrdir, təxminən 3 (üç) ildir ki, narkotik vasitə növündən çəkmək yolu ilə istifadə edir, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni 15.08.2021-ci il tarixdə, saat 09:30 radələrində Qax rayonunda avtovağzalda tanımadığı şəxsdən 60 manat pul müqabilində almışdır. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə özünə məxsusdur və imkanı olduğu üçün artıq çəkidə almış və hissə-hissə istifadə etmək istəmişdir. Təxminən üç ildir ki, narkotik vasitə və psixotrop maddədən istifadə etdiyindən, bu məqsədlə öz istifadəsi üçün narkotik vasitə heroini və metamfetamini əldə edib istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu Pş-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 avqust 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 11, mənzil 66 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə saat 22:05 radələrində ünvan 3 ünvanın qarşısında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsə üzərində narkotik vasitə olması barədə şübhə olduğunu bildirib, üzərinə baxış keçirilməsi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 04 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kağız bükümlər açıldıqda, üç ədəd kağız bükümlərin içərisindən qəhvəyi rəngli tozşəkilli maddələr, bir ədəd kağız bükümün içərisindən isə ağ rəngli, kristal halında maddələr aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri 15.08.2021-ci il tarixdə, saat 09:30 radələrində Qax rayonunda avtovağzalda tanımadığı şəxsdən öz istifadəsi üçün 60 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təsirə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq edərək, analoji ifadələr vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 19 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində həmin tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə əvvəli 17 avqust 2021-ji il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 29 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Qurbanlı X3 RPİ-nin iş tərəfindən 30.12.2020-ci il tarixdə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 221.2.1-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi məhkəməyə göndərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2021-ci il tarixli 6/3578 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərində...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,054 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,320 qram, 1,303 qram, 1,714 qram ümumi təmiz çəkisi 4,337 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin və heroin tərkib əlamətlərinə görə müxtəlif olduğundan onlar arasında müqayisəli tədqiqat aparılması mümkün deyildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2021 -ci il tarixli 3978 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 oktyabr 2021 -ci il tarixli 2545 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Q.F.Qurbanov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona ittiham elan edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiradında olmuşdur. Buna görə də Q.F.Qurbanov törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Q.F.Qurbanov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloci ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin və metanfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduğu cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda tam təqsirli bilmiş, ifadələrində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadələr həqiqətə uyğun olduğundan və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, həmçinin, digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz 4,187 qqram narkotik vasitə olan heroin və 0,044 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 4,187 qqram narkotik vasitə olan heroin və 0,044 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-73/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-73/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver