Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-73/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X* Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X** üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, *5 fevral ***3-cü il tarixdə, saat **:5*-də, Bakı şəhərində, X3, xx xxxxxx *995-ci ildə Astara rayonu, Hamoşam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Astara rayonu, Hamoşam kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Əcəmi Naxçivanı küçəsi ev *, mənzil 5* ünvanında müvəqqəti yaşamış, ünvan 2əsinin 4(***)-*8*/**** saylı, ** may ****-ci il tarixli qərarı ilə barəsində *3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(***)-459/**** saylı, *4 avqust ****-ci il tarixli qərarı ilə həbsdə saxlanma müddəti *8 sentyabr ****-ci il tarixədək uzadılmış, həmin məhkəmənin *(***)-39*/**** saylı ** sentyabr ****-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *78.*.* və *78.*.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin əməkdaşı Zərərçəkmiş şəxs* özünü "xxxx" MMC-nin direktoru “Həsən” adlı şəxs kimi təqdim edərək, bir ədəd “Laptop Gaming 3” markalı oyun kompyuteri lazım olduğunu, ödənişi isə köçürmə yolu ilə ödəyəcəyini vəd edib aldatmaqla, 3* yanvar ****-ci il tarixdə saat *8 radələrində Bakı Metropoliteni QSC-nin “Sahil” stansiyasında bir ədəd “Laptop Gaming 3” markalı oyun kompyuterini ələ keçirərək Zərərçəkmiş şəxs* *573 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin əməkdaşına özünü "xxxx" MMC-nin əməkdaşı “Leyla Abdulova” adlı şəxs kimi təqdim edərək, bir ədəd “X**” markalı kompyuter lazım olduğunu, ödənişi isə köçürmə yolu ilə ödəyəcəyini vəd edib aldatmaqla, *4 fevral ****-ci il tarixdə saat *6 radələrində Bakı Metropoliteni QSC-nin “Koroğlu” stansiyasında "xxxx" mağazasında bir ədəd “X**” markalı kompyuteri ələ keçirərək, Zərərçəkmiş şəxs3 *999 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin direktoru işləyən Nümayəndə* özünü "xxxx" MMC-nin direktoru "xxxx" adlı şəxs kimi təqdim edərək rəhbəri olduğu MMC-yə bir ədəd “İphone *3 Pro **8 GB” markalı mobil telefon və bir ədəd “Lenovo Lagion 5” markalı noutbuk lazım olduğunu, ödənişi isə köçürmə yolu ilə ödəyəcəyini vəd edib aldatmaqla, *3 mart ****-ci il tarixdə saat *4 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” yaşayış kompleksinin yaxınlığında heç bir ödəniş etmədən "xxxx" MMC-yə məxsus bir ədəd “İphone *3 Pro **8 GB” markalı “mobil telefonu və bir ədəd “Lenovo Lagion 5” markalı noutbuku ələ keçirərək, "xxxx" MMC-nə xeyli miqdarda yəni, ümumilikdə 5888 manat ** qəpik maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin mühasibi işləyən Nümayəndə3 özünü "xxxx" MMC-nin direktoru "xxxx" adlı şəxs kimi təqdim edərək, rəhbəri olduğu MMC-yə bir ədəd “CASİO” markalı qol saatı və bir ədəd “HP Pavilion” markalı noutbuk lazım olduğunu, ödənişi isə köçürmə yolu ilə ödəyəcəyini vəd edib aldatmaqla, *5 mart ****-ci il tarixdə saat *8 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” yaşayış kompleksinin yaxınlığında heç bir ödəniş etmədən "xxxx" MMC-yə məxsus 7* manat dəyərində bir ədəd “CASİO” markalı qol saatını və *895 manat dəyərində bir ədəd “HP Pavilion” markalı noutbuku ələ keçirərək, "xxxx" MMC-nə ümumilikdə *967 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Zərərçəkmiş şəxs*” MMC-nin İT mühəndisi işləyən Şahid* özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edərək, rəhbəri olduğu MMC-yə bir ədəd “HP Pavilion 36*” markalı noutbuk lazım olduğunu, ödənişi isə köçürmə yolu ilə ödəyəcəyini vəd edib aldatmaqla *4 aprel ****-ci il tarixdə saat *4 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytun Savxozu ərazisində heç bir ödəniş etmədən “Zərərçəkmiş şəxs*” MMC-yə məxsus **5* manat ** qəpik dəyərində bir ədəd “HP Pavilion 36*” markalı noutbuku ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X6 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Şahid4 ilə Lənkəran Dövlət Universitetində tanış olmuşdur. Hər ikisi də həmin universitetdə ayrı-ayrı fakültələrdə oxumuşlar. Universiteti bitirdikdən sonra ayrı-ayrı vaxtlarda Bakı şəhərinə gəlib müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Həmin müddət ərzində də bir-birilərilə əlaqə saxlamışlar. Şahid4la aralarında normal münasibət olmuşdur. ***9-cu il tarixdə Şahid4la əlaqə saxlamış, Şahid4 harada kirayədə yaşadığını soruşduqda sonuncu NZS qəsəbəsində kirayədə yaşadığını bildirmişdir. Şahid4 yaşamağa yeri olmadığını və sonuncu ilə birlikdə yaşamaq istədiyini dedikdə Fərhad etiraz etməmiş və onu kirayədə yaşadığı mənzilə çağırmışdır. Təxminən 3-4 ay birlikdə kirayədə yaşadıqdaan sonra Fərhad valideynlərinin yaşadığı Masallı rayonu Hacıtəpə kəndinə getmişdir. Özü isə həmin evdə bir müddət kirayədə yaşayıb oradan çıxmışdır. *7 sentyabr ****-ci il tarixdə ikinci Qarabağ müharibəsi başladıqdan sonra Fərhad könüllü olaraq döyüşlərə getmiş, ****-ci ilin avqust sonuncu Bakı şəhərinə gəlmişdir. Bundan sonra Fərhad Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən və fəaliyyət göstərən “Binə” TM-nin 5-ci sıra 3-cü korpusda yerləşən qadın paltarları mağazasında kassir işləməyə başlamışdır. Fərhad Bakıya qayıtdıqdan sonra onunla əlaqə saxlamışdır. Vergilər Nazirliyinin internet səhifəsində yəni, Taxes.gov.az səhifəsində hüquqi şəxs olan MMC-lər haqqında məlumatlar olur, yəni ki, həmin MMC-nin rəhbər şəxslərinin adları qeyd olunur. MMC-lər adətən alış- veriş edən zaman pulları internet üzərindən müxtəlif banklar vasitəsilə köçürmə əməliyyatı ilə edirlər. Pula ehtiyacı olduğundan fikirləşmişdir ki, bir neçə MMC-lərin rəhbər şəxslərinin adlarını öyrənib müxtəlif elektronika avadanlıqları mağazalarını aldadıb sifariş etsin. Bu məqsədlə 3*.**.****-ci il tarixdə istifadəsində olan *7*-833-*7-** saylı mobil nömrədən özünü “Həsən” kimi təqdim edib "xxxx" MMC-nin işçisinə “Whatsapp” proqramı vasitəsilə mesaj yazaraq dəyəri *573 manata olan bir ədəd “Laptop Gaming 3” markalı oyun kompyuterini köçürmə yolu ilə ala biləcəyini soruşduqda satıcı ona bank vasitəsilə köçürmə yolu ilə həmin kompyuteri ala biləcəyini bildirmişdir. Bundan sonra internet vasitəsilə hazırladığı bank rekvizitlərini göndərmiş, satıcı da ona elektron ünvan vasitəsilə ödəniş sənədlərini göndərmişdir. İnternet vasitəsilə hazırladığı “X*7”a məxsus ödəniş qəbzinin fotoşəklini göndərmiş, satıcıya kompyuteri götürməsi üçün ““Fərahim”” adlı şəxsi göndərəcəyini demişdir. Bundan sonra Şahid4la telefon əlaqəsi saxlayıb metronun “Sahil” stansiyasına getməsini ondan xahiş etmiş, Fərhad metronun “Sahil” stansiyasına gedərək oradan sonuncu ilə telefon əlaqəsi saxladıqda ona metronun çıxış hissəsinə bir nəfər şəxsdən noutbuk götürməsi üçün göndərdiyini demişdir. Şahid4 həmin şəxsdən noutbuku götürdükdən sonra onunla telefon əlaqə saxlamışdır. Bundan sonra Fərhada həmin noutbuku gətirib ona təhvil verməsini bildirmişdir. Belə ki, Fərhada kompyuter alış-verişi ilə məşğul olduğunu demişdir. *7.**.****-ci il tarixdə Şahid4la görüşmüş və həmin noutbuku satmaqda ona köməklik göstərməsini xahiş etmiş, Fərhad ona verdiyi noutbuku tanımadığı şəxsə *85* manata satdığını bildirmişdir. Daha sonra Fərhadla görüşmüş və sonuncu ona *85* manat pul vemiş, həmin vaxt Fərhada *** manat pul vermişdir. Lakin Fərhadın onun həmin kompyuteri dələduzluq yolu ilə ələ keçirməyindən hər hansı bir məlumatı olmamışdır. Bundan başqa *3 fevral ****-ci il tarixdə Leyla Abdulova adlı bir elektron ünvan açaraq "xxxx" MMC-nə internet vasitəsilə sorğu edərək dəyəri *999 manat olan bir ədəd “X**” markalı kompyuteri almaq istədiyini və ödənişi köçürmə yolu ilə edəcəyini bildirmişdir. Bundan sonra həmin MMC-nə özü hazırladığı bank rekvizitləri göndərmiş, həmçinin “X*7” vasitəsilə ödəniş etməyi barədə özü hazırladığı köçürmə qəbzini göndərmişdir. *4.**.****-ci il tarixdə Şahid4la telefon əlaqəsi saxlayıb metronun “Koroğlu” stansiyasının yanında piramida hissəsində yerləşən "xxxx" mağazasından noutbuk götürməyi üçün göndərmiş, həmçinin sonuncuya orada onun adından noutbuku götürməsilə bağlı müəyyən sənədlərə də imza etməsini demişdir. Şahid4 yenidən onunla əlaqə saxlayıb həmin mağazadan bir ədəd noutbuku götürdüyünü bildirmişdir. Həmin noutbuku satmaqda ona köməklik göstərməsini Şahid4 xahiş etmiş, sonuncu həmin bir ədəd noutbuku *5** manata satdığını bildirmiş və həmin puldan *** manatını Şahid4 vermişdir. Şahid4 həmin * ədəd noutbukların dələduzluq yolu ilə əldə etməyindən heç bir xəbəri olmamışdır. Bundan başqa *3.*3.****-ci il tarixdə "xxxx" MMC-nin xatırlamadığı telefon nömrəsi ilə əlaqə saxlayıb özünü "xxxx" MMC-nin direktoru "xxxx" adlı şəxs kimi təqdim etmiş, həmçinin bildirmişdir ki, rəhbəri olduğu MMC-yə bir ədəd “İPHONE *3 PRO” markalı mobil telefon və bir ədəd “Lenovo Lagion 5” markalı noutbuk lazımdır, ödənişi isə köçürmə yolu ilə ödəyəcəkdir. "xxxx" MMC-nin direktoru Rasim də onunla razılaşmış, bir müddət sonra isə kompyuter sahəsində əla bildiyi üçün Rasimə demişdir ki, "xxxx" MMC-nin hesabına “X*7”ın vasitəsilə ödəniş etməklə bağlı sənəd hazırlayıb onlara yönəltmişdir. Həmçinin onu kiminsə görməməsini istəmiş, ona görə də "xxxx" MMC-nin nümayəndəsinə bildirmişdir ki, köməkçisi ilə görüşüb sifarişini sonuncuya versinlər. Onlarda həmin gün saat təxminən *4 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” sosial binasının yaxınlığında bir ədəd “İPHONE *3 PRO” markalı mobil telefon və bir ədəd “Lenovo Lagion 5” markalı noutbuku taksi fəaliyyəti ilə məşğul olan Səbuhi adlı tanışına vermişlər. Sonra Səbuhi də həmin əşyaları gətirib ona vermişdir. Həmin telefonu bir müddət özü işlətmiş, “Lenovo Lagion 5” markalı noutbuku isə Tap.az internet portalında tanımadığı şəxsə *8** manata satmışdır. Sonradan pula ehtiyacı olduğundan “İPHONE *3 PRO” markalı mobil telefonu da Lombarda girov qoyaraq *35* manat pul götürmüşdür. Bundan başqa pula ehtiyacı olduğundan *5.*3.****-ci il tarixdə "xxxx" MMC- nin adını xatırlamadığı nümayəndəsi ilə telefon vasitəsilə danışmış və ona özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edib, şirkətinə bir ədəd “CASİO” markalı qol saatı və bir ədəd “HP Pavilion” markalı noutbukun lazım olduğunu, ödənişi isə köçürmə yolu ilə ödəyəcəyini bildirmiş, "xxxx" MMC-nin nümayəndəsinə yalandan bildirmişdir ki, hesablarına “X*7”ın vasitəsilə ödəniş etməklə bağlı sənəd hazırlayıb yönəltmişdir. Eyni qaydada onlara demişdir ki, sifarişi köməkçisi götürəcəkdir. *5.*3.****-ci il tarixdə, saat təxminən *8 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” sosial binasının yaxınlığında "xxxx" MMC-nin nümayəndəsi taksi işləyən Səbuhiyə bir ədəd “CASİO” markalı qol saatı və bir ədəd “HP Pavilion” markalı noutbuku gətirib vermiş, Səbuhi də həmin əşyaları gətirib ona vermişdir. Həmin qol saatını özü istifadə etmiş, “HP Pavilion” markalı noutbuku isə Tap.az internet portalında tanımadığı şəxsə **** manata satmışdır. Bundan başqa *4.*4.****-ci il tarixdə “Zərərçəkmiş şəxs*” MMC-nin nümayəndəsinə zəng edib özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edərək, rəhbəri olduğu MMC-yə bir ədəd “HP Pavilion 36*” markalı noutbukun lazım olduğunu, ödənişi isə köçürmə yolu ilə ödəyəcəyini bildirdikdə sonuncular razılaşmış, Yelo bankın vasitəsilə ödəniş etməklə bağlı saxta sənəd hazırlayıb onlara yönəltmişdir. Eyni qaydada sonunculara demişdir ki, sifarişi köməkçisi götürəcəkdir. *4.*4.****-ci il tarixdə, saat təxminən *6 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” sosial binasının yaxınlığında “Zərərçəkmiş şəxs*” MMC-nin nümayəndəsi bir ədəd “HP Pavilion 36*” markalı noutbuku ona vermiş, belə ki, həmin şəxsə tanınmamağı üçün özünü X9 təqdim etmişdir. Həmin bir ədəd “HP Pavilion 36*” markalı noutbuku tap.az internet portalında tanımadığı şəxsə *6** manata satmışdır. Həmin pulları öz ehtiyacına xərcləmiş, Səbuhiyə də yalnız taksi kimi xidmət göstərdiyi üçün müəyyən məbləğdə pul vermişdir. Lakin Səbuhi onun həmin kompyuterləri, mobil telefon və qol saatını dələduzluq yolu ilə əldə etməsindən hər hansı bir məlumatı olmamışdır. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş dəymiş zərəri tamamilə ödədəyini bildirmiş, barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *78.*.* və *78.*.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs* ifadəsində göstərmişdir ki, 4 ilə yaxındır ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi **6 C ünvanda yerləşən "xxxx" MMC-yə aid olan mağazada satıcı işləyir. 3*.**.****-ci il tarixdə işlədiyi mağazada olan zaman *7*-833-*7-** saylı mobil nömrədən özünü “Həsən” adlı şəxs kimi təqdim edən şəxs ona “Whatsapp” vasitəsilə sms göndərməklə dəyəri *573 manat olan “Laptop gaming 3” markalı oyun kompyuterini köçürmə yolu ilə ala biləcəyini soruşduqda sonuncuya bank vasitəsilə köçürmə yolu ilə məhsulu ala biləcəyini bidirmişdir. Eyni zamanda “Həsən” adlı şəxsdən bank rekvizitlərini istədikdə sonuncu ona bank rekvizitlərini göndərmiş, özü də həmin rekvizitləri öz mühasiblərinə göndərmişdir. Mühasib “Həsən” adlı şəxs üçün ödəniş etməsi üçün sənədləri hazır etmiş, bundan sonra həmin sənədləri elektron ünvan vasitəsilə “Həsən” adlı şəxsə göndərmişdir. Təxminən bir neçə saat keçdikdən sonra “Həsən” adlı şəxs “X*7”a məxsus ödəniş tapşırığının fotoşəklini ona göndərmiş və "xxxx" MMC tərəfindən onların “Acsess bank”a məxsus hesablarına pul köçürmə etdiyini bildirmişdir. Bundan sonra pulun köçürülüb köçürülmədiyini dəqiqləşdirməsi üçün həmin ödəniş tapşırığını mühasibə göndərmişdir. Lakin mühaasib pulun köçürülmədiyini demiş, həmin zaman “Həsən” adlı şəxsə pulun köçürülməməsi barədə məlumat verdikdə “Həsən” adlı şəxs pulun biraz gec hesaba köçürüləcəyini, lakin ona vacib olaraq kompyuter lazım olduğunu demişdir. Eyni zamanda “Həsən” adlı şəxs kompyuteri götürmək üçün ““Fərahim”” adlı şəxsi göndərəcəyini demişdir. Bundan sonra “Həsən” adlı şəxsə inanıb mağazadan dəyəri *573 manat olan “Laptop gaming 3” markalı oyun kompyuterini götürüb “Həsən” adlı şəxsin verdiyi mobil nömrə ilə ““Fərahim”” adlı şəxslə əlaqə saxlayıb “Sahil” metrostansiyasının çıxış hissəsində kompyuteri ““Fərahim”” adlı şəxsə vermişdir. **.**.****-ci il tarixdə mühasib “Həsən” adlı şəxs tərəfindən pulun hesaba köçürülmədiyini bildirmiş, bundan sonra “Həsən” adlı şəxsə əlaqə saxlamaq istəsə də, sonuncuya zəng çatmamışdır. Eyni zamanda “X*7” dan da maraqlandıqda hər hansı bir ödəniş edilmədiyi məlum olmuşdur. "xxxx" MMC-nə həmin kompyuterin dəyərini özü ödəmiş və hadisə nəticəsində ona *573 manat maddi ziyan vurulmuşdur. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 6 ilə yaxındır ki, "xxxx" MMC şirkətində mütəxəssis işləyir. *3.**.****-ci il tarixdə Ali və Nino.az saytında Leyla.AElektron ünvan 1 istifadəçisi onların XElektron ünvan 2 adlı səhifəsinə yazıb dəyəri *999 manat olan “X**” markalı kompyuteri sifariş verib almaq istədiyini, ödənişi isə köçürmə yolu ilə edəcəyini bildirmişdir. X** kimi təqdim edən şəxs “Feming MMC” şirkətinin işçisi olduğunu deyərək rekvizitləri də həmin emailə göndərmişdir. Bundan sonra şirkətdə mühasib işləyən Xalida Quliyeva X** kimi təqdim edən şəxsin istifadəsində olan *7*-*55-89-*9 saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq göndərdiyi rekvizitlər əsasında “Feming MMC” şirkəti ilə müqavilə bağlandığını, ödəniş olunduqdan sonra məhsulu təhvil-təslim aktı əsasında müştəriyə veriləcəyini bildirmişdir. “Leyla” adlı şəxs *4.**.****-ci il tarixdə “X*7”a məxsus ödəniş tapşırığının fotoşəklini göndərərək, “Feming MMC” şirkəti tərəfindən əməkdaşlıq etdiyi "xxxx" banka məxsus hesaba köçürmə etdiyini deyərək işləri dayandığı üçün təcili həmin kompyuteri götürmək istədiyini bildirmişdir. Xalidə Quliyeva “Leyla” adlı şəxsə razılıq verərək kompyuteri haradan götürə biləcəyini soruşduqda Koroğlu metrostansiyasının daxilində olan "xxxx" MMC şirkətinə aid olan mağazadan götürəcəyini demişdir. Bu səbəbdən Xalidə Quliyeva şirkətin hesabında **** manat pul götürərək ofisdə kuriyer işləyən Şahid5 verib “Bank Electroniks” mağazasından qeyd olunan noutbuku almağı və Koroğlu metrostansiyasının daxilində olan "xxxx" MMC şirkətinə aid olan mağazaya çatdırmalı olduğunu bildirmişdir. *4.**.****-ci il tarixdə kuriyer Tural “Bank Electroniks” mağazasından aldığı dəyəri *999 manat olan “X**” markalı kompyuteri götürmüş və Koroğlu metrostansiyasının daxilində olan "xxxx" MMC şirkətinə aid olan mağazaya vermiş, həmin mağazada satıcı işləyən Şahid7 da həmin kompyuteri “Leyla” adlı şəxsin göndərdiyi şəxsə vermişdir. **.**.****-ci il tarixdə “Leyla” adlı qadınla əlaqə saxlanılıb pulun köçürülmədiyi bildirilsə də, sonuncu müxtəlif bəhanələr gətirərək telefonu söndürmüşdür. Həmçinin “X*7” la ödəniş olunması ilə bağlı əlaqə saxlanılsa da, həmin bank tərəfindən bildirmişdir ki, “Feming MMC” şirkəti ilə aralarında hər hansı bir müqavilə bağlanmamışdır, eyni zamanda qeyd olunan şirkət hər hansı bir köçürmə etməmişdir. baş vermiş dələduzluq hadisəsi nəticəsində maddi ziyan ona vurulmuşdur. Belə ki, məsuliyyət və nəzarət onun üzərində olduğu üçün “Ali və Nino Yayım MMC”-nə məxsus bir ədəd “X**” markalı kompyuterin dəyərini yəni, *999 manat pulu şirkətə ödəmişdir. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs ’’Bermud SHOP” MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə* ifadəsində göstərmişdir ki, ****-ci il tarixdən ’’Bermud SHOP” MMC-nin direktoru işləyir. X** ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova ** ünvanında yerləşən mağazanın satış üzrə meneceri vəzifəsində işləyir. Bundan başqa X*7 da mağazaya onlayn şəklində müraciət edən vətəndaşların etdikləri sifarişləri ünvanına çatdırır. *3.*3.****-ci il tarixdə mağazasına məxsus olan *55- 555-64-*4 saylı mobil nömrəsinə *6*-475-**-5* saylı nömrədən zəng gələrək özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edən "xxxx" adlı şəxs şərab zavoduna bir ədəd telefon və bir ədəd noutbouk lazım olduğunu bildirmişdir. Satış üzrə menecer işləyən Yeganə xanım hansı markalı mobil telefon və notebouk lazım olduğunu soruşduqda, "xxxx" adlı şəxs də bir ədəd “İPHONE *3 PRO” markalı mobil telefon və bir ədəd “Lenovo” markalı noutbuk lazım olduğunu bildirmiş və ödənişi də köçürmə vasitəsi ilə ödəyəcəyini demişdir. Şirkət tərəfindən razılaşdırma aparılmış, qeyd olunan malları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” sosial binaların yaxınlığında tanışı “Qismət” adlı şəxs tərəfindən qəbul ediləcəyini bildirmişdir. Timur həmin malları Hövsan qəsəbəsinə Sosial binaların yaxınlığına aparmış və “Qismət” adlı şəxslə orada görüşmüş, “Qismət” adlı şəxs Timurdan malları qəbul etmişdir. Səndləri İslama məxsus olan şirkətə göndərdikdən sonra sonuncular ödəniş tapşırığının icra olunmasının sənədlərini göndərmişdir. “X*7” ilə əlaqə saxladıqdan sonra bank nümayəndələri 94 nömrəli ödəniş tapşırığı olmadığını bildirmiş, sonradan şirkətə təqdim olunan "xxxx" MMC-nin möhürünü yoxlamaqdan ötrü vergilər nazirliyinə müraciət etsə də, "xxxx" adlı şəxsə məxsus olmadığım bildirmişlər. Sonradan məlum olmuşdur ki, "xxxx" adlı şəxs dələduzluq edərək onları aldatmışdır. Bundan başqa vergilər tərəfindən ona təqdim olunan şərab evinin direktoru Teymur məllimlə, direktor müavini Rövşən və baş mühasib Ramazan müəllimlə telefon danışıqları apardıqdan sonra "xxxx" adlı şəxsi tanmadıqiarını bildirmişlər. İstintaq zamanı isə ona məlum olmuşdur ki, "xxxx" adlı şəxs əslində Təqsirləndirilən şəxsdur. Bir ədəd “İPHONE *3 PRO” markalı mobil telefonun qiyməti *7*5 manat və bir ədəd “Lenovo Lagion 5” markalı noutbukun qiyməti **75 manat olmaqla, X*5 də 898 manat ** qəpik hesablanmaqla, ümumilikdə, direktoru olduğu MMC-yə 5888 manat ** qəpik maddi ziyan dəymişdir. Dələduzluq yolu ilə ələ keçirilmiş “İPHONE *3 Pro” markalı mobil telefon polis əməkdaşları tərəfindən ona geri qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Zərərçəkmiş şəxs*” MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə* ifadəsində göstərmişdir ki, “Zərərçəkmiş şəxs*” MMCnin direktoru işləyir, şirkətin təsisçisi isə qohumu X8r. Qohumu Şahid* isə həmin şirkətdə satış təmsilçisi işləyir. **.*4.****-ci il tarixdə *5*-4**-57-85 saylı mobil telefon nömrəsindən Qəzənfərlə əlaqə saxlayan sonradan adı məlum olan “Nəsiman” adlı şəxs özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edərək bir ədəd “HP Pavilion” 36* model noutbuku almaq istədiyini və ödənişi bank vasitəsilə köçürmə yolu ilə edəcəyini bildirmişdir, *4.*4.****-ci il tarixdə satışla əlaqədar olaraq qaimə yazılaraq müqavilə tərtib edilmiş və “Nəsiman” adlı şəxs "xxxx"a **5* manat ödəniş etməsini əks etdirən sənədin şəkilini “Whatsapp” vasitəsilə Qəzənfərə göndərmişdir. Bundan sonra sifariş verilmiş mal ünvana çatdırmalı idi. Sifarişçinin xahişi ilə Qəzənfər qeyd olunan noutbuku götürərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gedib özünü X9 təqdim edən “Nəsiman” adlı şəxsə təhvil vermişdir. Məhsul sifarişçiyə təqdim edildikdən sonra vəd verilən məbləğ onların hesabına göndərilməmişdir. Bundan sonra qeyd olunan telefon nömrəsinə dəfələrlə zəng etsələr də, əlaqə saxlaya bilmədikləri üçün aldadılmaqlarından şübhələnmişlər. Buna görə də bankın adı ilə tərtib edilmiş ödəniş qəbzini də yoxlatdırdıqda həmin qəbzin saxta olduğunu, “Yelo bank" tərəfindən hər hansı ödənişlə bağlı əməliyyat aparılmadığını müəyyən etmişlər. Sonradan bilmişdir ki, onları aldadan şəxs Təqsirləndirilən şəxsdur. “HP Pavilion” 36* model noutbuk qiyməti *9*6 manat 8* qəpikdir. X*5 343 manat ** qəpik hesablanmaqla **5* manat ** qəpik maddi ziyan dəymişdir. Qeyd olunan “HP Pavilion” 36* model noutbuk direktoru olduğu “Zərərçəkmiş şəxs*” şirkətinə məxsusdur. Dələduzluq yolu ilə ələ keçirilmiş “HP Pavilion 36*” markalı noutbuk polis əməkdaşları tərəfindən ona geri qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə3 ifadəsində göstərmişdir ki, ****-ci ilin oktyabr ayından "xxxx" MMC-də mühasib işləyir, şirkətə gələn zənglər şirkətdə işləyən şəxslər tərəfindən qəbul olunur. *5.*3.****-ci il tarixdə şirkətdə olduğu zaman şirkətə məxsus olan mobil nömrəsinə *6*- *96-66-64 saylı nömrədən mesaj gələrək özünü "xxxx" adlı şəxs kimi təqdim edən şəxs "xxxx" MMC-nin direktou olduğunu və şirkətinə bir ədəd “HP Pavilion” markalı noutbouk və bir ədəd “Casio” markalı qol saatı lazım olduğunu bildirmişdir. "xxxx" adlı şəxslə danışıqlar apararkən o, ödənişini online vasitəsi ilə edəcəyini demiş, ilk öncə "xxxx" adlı şəxs ona iki ədəd şirkətə məxsus rekvizit atmasına baxmayaraq həmin rekvizitləri yoxlayarakən həmin şirkətin işləmədiyini "xxxx" adlı şəxsə bildirmişdir. "xxxx" adlı şəxs ona işi ilə əlaqədar məzuniyyətdə olduğunu və köməkçisi ilə həll edəcəyini demiş, bir neçə dəqiqədən sonra "xxxx" adlı şəxs şirkətə məxsus olan rekvizitləri ataraq məhz ödənişini “X*7” vasitəsi ilə köçürmə yolu ilə edəcəyini bildirmişdir, şirkət tərəfindən qeyd olunun məhsulları hazırladıqdan sonra şirkətdə çatdırılma vəzifəsində işləyən Şahid3 məhsulları vermişdir. Həmin məhsulları Zaur "xxxx" adlı şəxsin işçisi olan ad və soyadını bilmədiyi, lakin istifadəsində olan *6*-*96-66-63 saylı nömrə ilə əlaqə saxlayıb Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” yaşayış kompleksinin yaxınlığında yerləşən yerdə görüşüb vermişdir. *7.*3.****-ci il tarixdə “X*7”la əlaqə saxlamış və onlara ödəniş olacağını bildirsə də, bank işçisi həmin rekvizitdən yalnış olduğunu bildirmişdir. Sonradan məlum olmuşdur ki, şirkətə qarşı dələduzluq olunmuşdur. Ona görə də *7.*3.****-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin 3*-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. “HP Pavilion” markalı noutbukun qiyməti *895 manat və bir ədəd “Casio” markalı qol saatının qiyməti 7* manatdır. Ümumilikdə şirkətə *967 manat maddi ziyan dəymişdir. “HP Pavilion” markalı noutbouk və bir ədəd “Casio” markalı qol saatı mühasib işlədiyi "xxxx" şirkətinə məxsusdur. Dələduzluq yolu ilə ələ keçirilmiş “CASİO” markalı qol saatı polis əməkdaşları tərəfindən ona geri qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi *4 ünvanda yerləşən “Comp bazar” kompyuter mağazasını icarə əsasında işlədir. Həmin mağazada kompyuterlərin təmiri, alışı və satışı ilə məşğul olur. Şahid4 təxminən bir ildir ki, tanımışdır. Həmin vaxt Fərhad kompyuter ustalarının “Whatsapp” qrupuna qoşulmuşdur, özü də həmin qrupa qoşulduğundan, həmin qrupda Fərhadın “Laptop Gaming 3” markalı oyun kompyuterinin fotoşəklini yerləşdirib satması barədə elan yerləşdirdiyini görmüşdür. Bundan sonra Fərhadla əlaqə saxlayıb həmin kompyuteri baxması üçün mağazasına gətirməsini bildirmiş, Fərhadın mağazasına gətirdiyi həmin kompyuterə baxıb sonuncudan bunun kimə məxsus olmasını soruşduqda Fərhad özünə məxsus olmasını bildirmişdir. Bundan sonra Fərhaddan təzə vəziyyətdə olan həmin kompyuteri *8** manata almışdır. Daha sonra həmin kompyuterin *93* manata satışı barədə tap.az saytında elan yerləşdirmiş, iki gün sonra kompyuteri almaq istəyən tanımadığı müştəri onunla əlaqə saxlayıb almaq istədiyini bildirmiş, həmin şəxsə kompyuteri *93* manata satmışdır. Lakin həmin şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nəsimanla oxuduğu Lənkəran Dövlət Universitetində tanış olmuşdur. Universiteti bitirdikdən sonra müxtəlif vaxtlarda Bakı şəhərinə gəlib Nəsimanla müxtəlif yerlərdə birlikdə kirayəşin yaşamışlar. *7.*9.****-ci il tarixdə “Vətən Müharibəsi” başladıqdan sonra könüllü olaraq döyüşlərə getmişdir. Döyüşlər bitdikdən sonra ****-ci ilin avqust ayında Bakı şəhərinə qayıtmış, Bakı şəhərinə qayıtdıqdan sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə TM-nin 5-ci sıra, 3-cü korpusunda qadın paltarları mağazasında kassir işləməyə başlamışdır. ****-ci ilin yanvar ayında Nəsiman onunla əlaqə saxlamış və görüşmüşlər. Görüş zamanı Nəsiman ona kompyuterlərin alışı və satışı ilə məşğul olduğunu demişdir. 3*.**.****-ci il tarixdə Nəsiman onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, “Sahil” metrostansiyasına getsin, orada bir nəfər şəxs ona noutbuk verəcəkdir, Həmin noutbuku götürüb gətirsin. Nəsimana etiraz etməmiş və həmin gün tanımadığı şəxsdən bir ədəd markasını bilmədiyi noutbuku götürmüş, həmin şəxs ona “Fərahim” deyə müraciət etdikdə etiraz etməmişdir. Elə güman etmişdir ki, yəqin ki, adını dəqiq yadında saxlaya bilməyibdir, Fərhadla “Fərahim” adıın qarışdırıbdır. Bir neçə gün sonra Nəsimanla görüşmüş, sonuncu ona işləri çox olduğu üçün həmin noutbuku satmaqda köməklik etməyini bildirmiş, həmin noutbuku “*8 may” metrostansiyasımn yaxınlığında sənədsiz tanımadığı şəxsə *85* manata satmışdır. Nəsiman həmin noutbukda ona çox pul qaldığını bildirmiş və ona həmin puldan *** manat pul vermişdir. Bundan başqa *4.**.****-ci il tarixdə Nəsiman onunla əlaqə saxlayıb “Koroğlu” metrostansiyasma gedib yaxınlıqda yerləşən "xxxx" mağazasından ona məxsus noutbuk götürməyi bildirmiş, həmçinin orada Nasimanın adından noutbuku götürməyilə bağlı müəyyən sənədlərə də imza etməyini demişdir. Həmin gün mağazaya getmiş və noutbuku götürmüş, orada ona anlamadığı müəyyən sənədlər təqdim etmişlər və həmin sənədlərə imza etmişdir. Daha sonra Nəsiman ondan həmin noutbuku satmaqda köməklik göstərməyini istədikdə etiraz etməmiş və həmin noutbuku “Neftçilər” metrostansiyasının yaxınlığında *5** manata satmışdır. Nəsiman həmin puldan ona *** manat pul vermişdir. Sonradan bilmişdir ki, Nəsiman həmin kompyuterləri dələduzluq yolu ilə ələ keçirmişdir. Lakin həmin kompyuterlərin Nəsiman tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsindən əvvəlcədən hər hansı bir məlumatı olmamışdır. Nəsiman ona kompyuter alışı və satışı ilə məşğul olduğunu və həmin kompyuterlərin özünün olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ** ilə yaxındır ki, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən metronun “Koroğlu” stansiyasının daxilində olan "Ali və Nino” kitab mağazasında kuryer işləyir. *4.**.****-ci il tarixdə işdə olan zaman ofisdə mühasib işləyən Xalidə Quliyeva ona **** manat pul verərək bildirmişdir ki, “Baku Elektroniks” mağazasından dəyəri *999 manat olan "Dell Vostro’’ markalı noutbuk alıb metronun “Koroğlu” stansiyasının daxilində yerləşən “Ali və Nino” kitab mağazasında satıcı işləyən Şahid7 təhvil versin. Daha sonra “Baku Elektroniks” mağazasından almış olduğu "Dell Vostro’’ markalı noutbuk kompyüterinin talonunu da ofisdə mühasib işləyən Xalidə Quliyevaya vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, naməlum şəxs saxta rekvizitlər əsasında sənəd təqdim edərək dəyəri *999 manata olan “Dell Vostro” markalı noutbuk kompyüteri ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ****-ci ilin fevral ayından tanıyır. Onunla “Tik-Tok” sosial şəbəkəsində tanış olmuşdur. Sonradan biri-birlərinin telefon nömrələrini götürüb telefon vasitəsilə əlaqə saxlamışlar. Nəsimanın istifadəsində ***-3*7-**-*7 və *6*-***-*7- *5 saylı telefon nömrələri olmuş və həmin nömrələr ilə onunla əlaqə saxlamışdır. Nəsiman özünü ona hansısa dövlət orqanında vəzifəli şəxs kimi təqdim etmişdir. Lakin konkret olaraq hansı vəzifədə işləməyi barədə ona bildirməmişdir. Nəsiman ilə danışan zaman sonuncu ona bildirmişdir ki, özünə məxsus “iphone *3 PRO” markalı mobil telefonu var, həmin telefonu satmaq və ya hər hansısa tanış Lombarda qoyaraq pul götürmək istəyir. Sonuncudan nə üçün satmaq istəməsini soruşduqda Nəsiman sevdiyi qızla dalaşdığını və qız da Naxçıvanda yaşadığından, telefonu satıb Naxçıvana getmək istədiyini demişdir. Həmin vaxt həmçinin Nəsiman ondan borca 9* manat pul istədikdə sonuncuya borc 9* manat pul vermişdir. *6.*4.****-ci il tarixdə Nəsiman ona zəng edərək xahiş etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” adlanan ərazidə Lombard var, ona dediyi telefonu taksi ilə göndərəcək və həmin telefonu aparıb Lombarda qoyaraq oradan pul götürüb göndərsin. Həmçinin Nəsiman ona demişdir ki, özü dövlət işçisi olduğundan telefonu Lombarda öz adından girov qoyaraq pul götürə bilməz. Ona görə də telefonu öz adından Lombarda girov qoyaraq pul götürsün. Həmin gün, yəni *6 aprel ****-ci il tarixdə saat *8 radələrində Nəsiman qara rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı “Kia Rio” markalı avtomobillə ona bir ədəd qeyd etdiyi “İphone *3 PRO” markalı mobil telefonu göndərmiş, həmin taksi onu Qara Qarayev metrosunun yaxınlığından aparmış və birlikdə “Xalqlar Dostluğu” adlanan yerə getmişlər. Həmin telefonu öz şəxsiyyət vəsiqəsi ilə Lombarda girov qoymuş və Lombardın adını bilmədiyi içşisi ona *35* manat pul vermişdir. Sonra bu barədə zəng edib Nəsimana bildirmişdir. Nəsiman da ona demişdir ki, *** manat pulu taksi sürücüsünə versin. Özü də *** manat pulu taksi sürücüsü olan Səbuhi adlı şəxsə vermişdir. Həmçinin Nəsiman bildirmişdir ki, ona borclu olduğu 9* manat puldan 5* manat pulu da özünə götürsün və qalan **** manat pulu da ona verdiyi kart hesabına köçürsün, o, **** manat pulu Nasimanın kart hesabına göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid** ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında icra əsasında mobil telefon, kompyuter və aksesuarlarımn alışı və satışı ilə məşğul olur. *4.*4.****-ci il tarixdə əvvəllər nağd ödəmə ilə məhsullar aldığı “Tural” adlı şəxs onunla əlaqə saxlayaraq, “HP *5-er***4ur” markalı noutbuku satmaq istədiyini bildirmişdir. Sonuncudan əvvəllər bir neçə dəfə məhsul aldığı üçün və heç bir problemi olmadığından, inanmışdır. Bu məqsədlə Turalla razılaşıb həmin noutbuku *4** manata almışdır. Turala inandığından və dəfələrlə aralarında alqı-satqı olduğu üçün həmin qeyd olunan noutbukun alqı-satqısı zamanı da hər hansı bir sənədləşmə edilməmişdir. Bundan sonra əvvəllər tanıdığı kompyuter və aksesuarlarının satışı ilə məşğul olan “Cavid” adlı şəxslə əlaqə saxlayıb sonuncuya həmin noutbuku *5** manata satmaq istədiyini, öz mağazasına qoyub neçəyə istəyirsə satmasını və satdıqdan sonra *5** manat pulunu verməsini bildirmişdir. Cavidlə razılaşdıqdan sonra noutbuku götürmüş, lakin razılaşdıqları kimi noutbuku satdıqdan sonra pulu verəcəyi üçün həmin zaman sonuncuya hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid*3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonunda “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında “Lombard” işlədir. Qeyd olunan lombardın VÖEN-i qardaşı X7 adınadır. *6 aprel ****-ci il tarixdə axşam radələrində lombardda iş yerində olarkən, əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Şahid9 lombarda yaxınlaşıb özünə məxsus bir ədəd “İphone *3 Pro” markalı mobil telefonu girov qoyub pul götürmək istədiyini bildirmiş və öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılmış və həmin telefonun müqabilində Şahid9 *35* manat pul verilmişdir. Sonradan polis əməkdaşları yaxınlaşdıqda ona məlum olmuşdur ki, həmin mobil telefon “Nəsiman” adlı şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. Qeyd olunan mobil telefonu təqdim etmişdir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid* məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, işlədiyi “Zərərçəkmiş şəxs*” şirkəti xalası oğlu X** tərəfindən təsis edilmişdir. Hazırda həmin şirkətin direktoru qohumu Nümayəndə*dır. Özü həmin şirkətdə satış təmsilçisi işləyir, işlədiyi şirkət elektron avadanlıqların satışı ilə məşğul olur. Adətən özü onlayn satışa nəzarət edir. **.*4.****-ci il tarixdə *5*-4**-57-85 saylı mobil telefon nömrəsindən onunla əlaqə saxlayan şəxs internet üzərindən şirkətin səhifəsini gördüyünü və onlardan noutbuk almaq istədiyini bildirmiş, bundan sonra həmin şəxslə “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq danışmış, həmin şəxsin istədiyi markada noutbuk olmadığından ondan göstəriciləri uyğun olan başqa model noutbuk təklif etməyini istəmişdir. Sonra onun təklif etdiyi “HP Pavilion” 36* model noutbuku almaq istədiyini və ödənişi bank vasitəsilə köçürmə yolu ilə edəcəyini bildirdikdə sonuncuya yalnız bazar ertəsi günü satış edə biləcəklərini demişdir. *4.*4.****-ci il tarixdə saat təxminən ** radələrində radələrində həmin şəxs bir daha onunla telefon əlaqəsi saxlayaraq noutbuku almaq istədiyini bildirmiş, bununla bağlı şirkətə məlumat verdikdə şirkət tərəfindən satışla əlaqədar olaraq qaimə yazılaraq müqavilə tərtib edilmişdir Həmin şəxs isə "xxxx"a **5* manat ödəniş etməsini əks etdirən sənədin şəkilini ona “Whatsapp” vasitəsilə göndərmişdir. Bundan sonra aralarında olan razılığa əsasən sifariş verilmiş malı ünvana çatdırmalı idi. Sifarişçinin xahişi ilə sifariş verdiyi noutbuku götürərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gəlmişdir. Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində olduğu zaman bir nəfər şəxs ona yaxınlaşaraq özünü “X*6” kimi təqdim edərək saat *4 radələrində noutbuku ondan almışdır. Məhsulu sifarişçiyə təqdim etdikdən sonra vəd verilən məbləğ onların hesabına göndərilməmiş, bundan sonra qeyd olunan telefon nömrəsinə dəfələrlə zəng etsələr də, əlaqə saxlaya bilməmişlər. Buna görə də bankın adı ilə tərtib edilmiş ödəniş qəbzini də yoxlatdırdıqda həmin qəbzin saxta olduğunu, "xxxx" tərəfindən hər hansı ödənişlə bağlı əməliyyat aparılmadığını müəyyən etmişlər. Sonradan məlum olmuşdur ki, onları aldadan şəxs Təqsirləndirilən şəxsdur. “HP Pavilion” 36* model noutbuk qiyməti *9*6 manat 8* qəpikdir. X*5 343 manat ** qəpik hesablanmaqla **5* manat ** qəpik maddi ziyan dəymişdir. “HP Pavilion” 36* model noutbuk işlədiyi “Zərərçəkmiş şəxs*” şirkətinə məxsusdur. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, ****-ci ilin oktyabr ayından "xxxx" MMC-də sürücü işləyir, işi onlayn sifariş olunan malları sahiblərinə aparıb çatdırmaqdan ibarətdir. *5.*3.****-ci il tarixdə ona bir ədəd “HP Pavilion” markalı noutbouk və bir ədəd “Casio” markalı qol saatım aparıb Bakı şəhəri, Suraxanı, Hövsan qəsəbəsində “MİDA” yaşayış kompleksinə çatdırmağı tapşırılmış, ona verilən *6*-*96-66-63 saylı nömrə ilə əlaqə saxlayıb qeyd etdiyi əşyaları təxminən saat *8 radələrində “Əli” adlı şəxsə təhvil vermişdir. Sonra eşitmişdir ki, sifarişi aparıb verdiyi şəxs işlədiyi MMC-yə qarşı dələduzluq etmişdir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid* məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, icarəyə götürdüyü “Kia Rio” markalı, 99-TL- 8*6 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Təxminən bir ildir ki, Bakı şəhəri ərazisində icarəyə götürdüyü avtomobil ilə taksi kimi işlədiyi zaman Təqsirləndirilən şəxs həmyerlisi Sadiq adlı şəxsin vasitəsilə tanımışdır. Sadiq adlı şəxs də Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin dövrdə Sadiqlə birlikdə Yasamal rayonu “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında kirayədə yaşamışdır. Buna görə də Sadiq adlı şəxslə görüşdüyü zamanlarda Nəsimanı görmüşdür. Həmin vaxtlarda bildiyi qədərilə Nəsiman Astara rayonunda poçtda işləyirdi. Bir müddət sonra Nəsiman işləri ilə əlaqədar olaraq Astara rayonuna getmişdir. Təxminən 6 ay müddətində onunla heç bir əlaqəsi olmamışdır. Təxmin etdiyi qədərilə ****-ci ilin yanvar ayında Nəsiman Bakı şəhərinə qayıtmışdır. Nəsiman Bakıya gəldikdən sonra onunla telefon əlaqəsi saxlayaraq ondan Maştağa qəsəbəsinə Narkoloji dispanserə aparmasını istəmişdir. Bildiyi qədərilə dispanserdən arayış almalı idi. Növbəti dəfə Nəsiman onunla əlaqə saxlayaraq arayışı dispanserdən almağını istəmişdir. Nasimanın istəyi ilə dispanserə getsə də, arayışı ona verməmişlər. Həmin dövrdə Təqsirləndirilən şəxs bildiyi qədərilə “Nargilə” adlanan ərazidə 9 mərtəbəli binada qalırdı. Təxmin etdiyi qədərilə Təqsirləndirilən şəxs təxminən bir ay müddətində orada kirayədə qalmışdır. Həmin vaxtlarda bir və ya iki, gündə bir dəfə olaraq onunla əlaqə saxlayıb onun taksi fəaliyyətindən istifadə etmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs müxtəlif yerlərə getməyi sifariş vermişdir. Sonuncunun sifarişi ilə Təqsirləndirilən şəxs müxtəlif yerlərə alış-veriş etmək məqsədilə aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs iki dəfə Yasamal rayon polis idarəsinə aparmışdır. Ona bildirdiyi qədərilə orada kompyuterlərin təmiri ilə məşğul olmuşdur. Təxminən bir ay müddətində yuxarıda qeyd etdiyi ünvanda yaşadıqdan sonra Təqsirləndirilən şəxs “Koroğlu” metrostansiyası yaxınlığında “Atletlər kəndində” kirayədə yaşamışdır. Təxminən bir ay müddətində Təqsirləndirilən şəxs orada kirayədə yaşamışdır. Orada qaldığı müddətdə Təqsirləndirilən şəxs onunla gec-gec əlaqə saxlamışdır. Bildirdiyi qədərilə Nasiman poçtda işlədiyi üçün xidməti avtomobildən istifadə edirmiş. Bir müddət orada qaldıqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “MİDA” yaşayış kompleksindən kirayə ev tutaraq oraya köçmüşdür. Orada qaldığı vaxtda sonuncu onunla əlaqə saxlayaraq bir neçə dəfə müxtəlif ünvanlara aparmasını istəmişdir. Təxminən ** gün müddətində Təqsirləndirilən şəxs orada qaldıqdan sonra ona təklif edərək onunla birlikdə qalmaq istəmişdir. Özü də kirayədə qaldığı üçün Nəsimanla razılaşmışdır. Təxminən *5-** gün müdddətində Təqsirləndirilən şəxs ilə kirayədə yaşadığı ünvanda qalmış, Novruz bayramı ilə əlaqədar olaraq Gəncə şəhərinə ailəsinin yanına getmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə qaldığı müddətdə onun xahişi ilə bir neçə dəfə “MİDA” yaşayış kompleksindən tanımadığı şəxslərdən iki ədəd noutbuk, bir ədəd “İphone” markalı mobil telefon və bir ədəd qol saatı götürüb Nəsimana vermişdir. Daha sonra isə sonuncunun xahişi ilə iki dəfə “Neftçilər” metrostansiyası ərazisinə gedərək kompyuterləri orada Nəsimanın öncədən danışdığı və razılaşdığı şəxslərə satmışdır. Aldığı pulları isə Təqsirləndirilən şəxs vermişdir. Göstərdiyi xidmət qarşılığında Təqsirləndirilən şəxs ona taksi fəaliyyəti ilə məşğul olduğu üçün ödəniş etmişdir. Sonuncu dəfə *5.*4.****-ci il tarixdə Təqsirləndirilən şəxs xahişi ilə yaşadığı evdə ona qutunun içərisində vermiş olduğu kompyuteri “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən kompyuter satışı dükanına vermişdir. Oradan ona *4** manat pul vermişlər. Həmin pulu aldıqdan sonra hər zaman olduğu kimi Təqsirləndirilən şəxs yaşadığı evə qayıtmış və pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə ona bunun qarşılığında *** manat pul vermişdir. Çünki iki gün ərzində Təqsirləndirilən şəxs müxtəlif yerlərə aparmışdır. Lakin, pulunu verməmişdir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X*3 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Təqsirləndirilən şəxs həmyerlisi Sadiqin vasitəsilə tanımışdır. İlk vaxtlar sonuncu ilə hər hansı münasibəti olmamışdır. Lakin təxminən bir ay öncə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ondan Hacıqabul rayonuna aparmasını xahiş etmişdir. Sonuncunun xahişi ilə Hacıqabul rayonuna getmişlər. Bunun müqabilində ona 4* manat pul vermişdir. Hacıqabul rayonunda Təqsirləndirilən şəxs bir nəfər şəxsdən noutbuk alaraq xatırladığı qədərilə 3** manat pul ödəmişdir. Daha sonra isə həmin noutbuku onunla Bakı şəhəri Babək prospektinə göndərmişdir. Orada həmin noutbuku Təqsirləndirilən şəxs dediyi şəxsə vermişdir. Noutbuku verdikdə həmin şəxs Təqsirləndirilən şəxs təhqir edərək bildirmişdir ki, 3 aydır ki, Təqsirləndirilən şəxs təmir etməsi üçün noutbuk vermiş, lakin Nəsiman vədinə əməl etməmişdir. Bundan sonra Nəsiman Astara rayonuna aparmasını ondan xahiş etmiş, ****-ci ilin aprel ayının **-də Nəsimanı Astara rayonuna aparmışdır. Orada Təqsirləndirilən şəxs hərbi komissarlığa girmiş, bir qədər sonra çıxdıqdan sonra yenidən Bakı şəhərinə geri qayıtmışdır. Aprel ayının *3-də Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq Bakı şəhərində kirayə ev tutduğunu və onunla kirayə haqqını şərikli olaraq ödədiyi təqdirdə qala biləcəyini təklif etmiş, həmin vaxtlarda kirayə haqqını ödəməyə maddi imkanı olmadığı üçün və qalmağa evi olmadığından Təqsirləndirilən şəxs ilə razılaşmış, sonra isə onun qaldığı Bakı şəhəri Binəqədi rayonu “Elite” ticarət mərkəzinin yaxınlığında yerləşən evinə köçmüşdür. Həmin vaxt pulu olmadığı üçün Nəsimana kirayə haqqını hissə-hissə ödəmişdir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid** məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, təxminən 4 ildir ki, Nəsimi rayonu, S.Rəhimov küçəsi *9* ünvanda yerləşən obyekti icarəyə götürüb işlətmişdir. Həmin obyektdə kompyuter və kompyuter aksesuarlarının satışı ilə məşğul olmuşdur. *5.*4.****-ci il tarixdə əvvəllər tanıdığı “Orxan” adlı şəxs ona məxsus mağazaya gəlib bir ədəd “HP *5er***4ur” markalı noutbuku *5** manata satdığını bildirmiş, eyni zamanda ona təklif etmişdir ki, həmin noutbuku mağazaya qoyub istədiyi qiymətə satsın, lakin *5** manat pulu sonuncuya versin. Orxana inandığı üçün Nasimanla razılaşmış, çünki əvvəllər dəfələrlə Orxandan məhsullar götürmüş və satdıqdan sonra sonuncunun pulunu vermiş, hər hansı bir problem olmamışdır. Orxandan noutbuku götürdükdən sonra *65* manata satış məqsədilə tap.az internet saytında elan yerləşdirmişdir. Orxandan həmin noutbuku götürərkən hər hansı bir sənəd almamışdır. Çünki sonuncuya inanmış və Orxan özü də Neftçilər metrostansiyasının yaxınlığında kompyuter və kompyuter aksesuarlarının satışı ilə məşğul olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid** məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, internet üzərindən elektron avadanlıqların alqı-satqısı ilə məşğul olur. *4.*4.****-ci il tarixdə saat *5:** radələrində ***-3*7-**-*7 saylı mobil nömrədən istifadəsində olan *77-***-**- ** saylı mobil nömrəyə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ismarıc yazılaraq bir ədəd “HP Pavilion x36* *5-er***4ur” markalı noutbuku satmaq istədiyini bildirmişdir. Həmin şəxs noutbukun təzə vəziyyətdə olduğunu bildirib qutusunun üzərindəki marka göstəricisini ona göndərmişdir. Həmin noutbukun göstəricilərinə baxaraq qiymətləndirməsi üçün tanışı “Neftçilər” metrostansiyasımn yaxınlığında kompyuter və aksesuarlarının satışı və alışı ilə məşğul olan “Orxan” adlı şəxslə əlaqə saxlamışdır. Orxan həmin noutbukun **** manata alınmasının sərfəli olduğunu demişdir. Bundan sonra həmin şəxsə həmin noutbuku **** manata ala biləcəyini demişdir. Daha sonra sonradan adını bildiyi “Nəsiman” adlı şəxslə həmin noutbuku **** manata razılaşmış və sonuncuya qeyd olunan noutbuku “Neftçilər” metrostansiyasımn yaxınlığına göndərməsini xahiş etmişdir. “Nəsiman” adlı şəxs noutbuku dostu vasitəsilə göndərəcəyini deyərək dostunun istifadəsində olan *5*-695-5*-5* saylı mobil nömrəni ona göndərmişdir. Həmin gün təxminən saat *7 radələrində “Neftçilər” metrostansiyasımn yaxınlığında yerləşən tanışı Orxanın mağazasına gəlmiş, orada olan zaman “Nəsiman” adlı şəxsin göndərdiyi “Səbuhi” adlı şəxs ona yaxınlaşıb noutbuku vermiş, özü də **** manat pulu Orxandan alıb həmin şəxsə vermişdir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, analoji ifadə vermişdir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 qızının məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, analoji ifadələr vermişlər. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına *573 manat məbləğində pulun köçürülməsinə dair “X*7”ın adından 3* yanvar ****-ci il tarixli, 3* saylı ödəniş qəbzi tərtib olunmuşdur. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına *999,99 manat məbləğində pulun köçürülməsinə dair “X*7”ın adından *4 fevral ****-ci il tarixli, 5* saylı ödəniş qəbzi tərtib olunmuşdur. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına 5888,** manat məbləğində pulun köçürülməsinə dair “X*7”ın adından *3 mart ****-ci il tarixli, 94 saylı ödəniş qəbzi tərtib olunmuşdur. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına *967 manat məbləğində pulun köçürülməsinə dair “X*7”ın adından *5 mart ****-ci il tarixli, *6 saylı ödəniş qəbzi tərtib olunmuşdur. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən “Zərərçəkmiş şəxs*” MMC-nin hesabına **5*,**manat məbləğində pulun köçürülməsinə dair "xxxx" ASC adından *4 aprel ****-ci il tarixli, *3 saylı ödəniş qəbzi tərtib olunmuşdur. İş materiallarında olan *4 fevral ****-ci il tarixli “Yerinə yetirilmiş işlərin təhvil-təslim” aktından görünür ki, "xxxx" MMC tərəfindən *999,99 manat dəyərində bir ədəd “X**” markalı noutbuk "xxxx" MMC tərəfindən gəlmiş şəxsə təhvil verilmişdir. İş materiallarında olan *5 mart ****-ci il tarixli “Təhvil-təslim” aktından görünür ki, "xxxx" MMC tərəfindən, ümumilikdə, *967 manat dəyərində bir ədəd “CASİO” markalı qol saatı və bir ədəd “HP Pavilion” markalı noutbuk "xxxx" MMC tərəfindən gəlmiş şəxsə təhvil verilmişdir. İş materiallarında olan *4 aprel ****-ci il tarixli “Təhvil-təslim” aktından görünür ki, “Zərərçəkmiş şəxs*” MMC tərəfindən **5*,** manat dəyərində bir ədəd “HP Pavilion 36*” markalı noutbuk "xxxx" MMC tərəfindən gəlmiş şəxsə təhvil verilmişdir. İş materiallarında olan *67856 saylı girov biletinin surətindən görünür ki, Şahid9 *35* manat ssuda məbləği ilə “İphone *3 Pro” markalı mobil telefonu girov qoymuşdur. İş materiallarında olan "xxxx" ASC-nin *5 fevral ****-ci il tarixli məktubundan görünür ki, , "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına heç bir ödəniş daxil olmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin *8 fevral ****-ci il tarixli məktubundan görünür ki, , "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına heç bir ödəniş daxil olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasından alınmış *7 iyul ****-ci il tarixli 9/4667 saylı rəydə göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd üzərində “Designed bu Apple in California Assembled in China” markalanma yazısı olan “İphone *3 Pro **8 GB” markalı mobil telefonun *3.*3.****-ci il tarixə orta bazar qiyməti təxminən *7** manat, bir ədəd CASİO markalı, qara rezin kəmərli, qidalandırıcı elementlə işləyən qol saatının *5.*3.****-ci il tarixə orta bazar qiyməti təxminən 7* manat, bir ədəd üzərində “HP Pavilion x 36* Convertible” markalı, gümüşü gövdəli noutbukun *4.*4.****-ci il tarixə orta bazar qiyməti təxminən **** manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilmiş *6 may ****-ci il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmayıb. İş materiallarında olan qəbzlərdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “CASİO” markalı qol saatı zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, “İPHONE *3 Pro” markalı mobil telefon zərərçəkmiş şəxs ’’Bermud SHOP” MMC-nin nümayəndəsi Nümayəndə* və “HP Pavilion 36*” markalı noutbuk “Zərərçəkmiş şəxs*” MMC-nin nümayəndəsi Nümayəndə* qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq olunmuş *9 yanvar ***3-cü il tarixli ərizəsindən görünür ki, X6 tərəfindən ona dəymiş ziyan ödənilib, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Nümayəndə* notarial qaydada təsdiq olunmuş *9 yanvar ***3cü il tarixli ərizəsindən görünür ki, X6 tərəfindən ona dəymiş ziyan ödənilib, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs*, zərərçəkmiş şəxs hüquqi şəxslər ’’Bermud SHOP” MMC, "xxxx" MMC-nin və “Zərərçəkmiş şəxs*” MMC-nin ərizələrindən görünür ki, onlara dəymiş ziyan tamamilə ödənilib, X4 qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs*, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs hüquqi şəxslər ’’Bermud SHOP” MMC, "xxxx" MMC-nin və “Zərərçəkmiş şəxs*” MMC-nin ərizələrindən görünür ki, onlara dəymiş ziyan tamamilə ödənilib, X4 qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *78.*.* və *78.*.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** iyun ***5-ci il tarixli Qərarının *, *, 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin *78-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun *4 dekabr ****-ci il tarixli *5 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, X3 şəxsiyyətini, yaşını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş fiziki və hüquqi şəxslərə vurduğu zərəri ödəməsini məhkəmə X3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X5 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.*-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin *78.*.* və *78.*.4-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, X3 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında *8 may ****-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ** may tarixli qərardan, ünvan 2əsinin 4(***)-*8*/**** saylı, ** may ****-ci il tarixli, həmin məhkəmənin 4(***)-459/**** saylı, *4 avqust ****-ci il tarixli, həmin məhkəmənin *(***)- 39*/**** saylı qərarından görünür ki, X6 *8 may ****-ci il tarixdə sübhəli şəxs qismində tutulmuş, ** may ****-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin *78.*.* və *78.*.4-cü maddələri ilə ittiham elan edilmiş, ünvan 2əsinin 4(***)-*8*/**** saylı, ** may ****-ci il tarixli qərarı ilə barəsində *3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(***)-459/**** saylı, *4 avqust ****-ci il tarixli qərarı ilə həbsdə saxlanma müddəti *8 sentyabr ****-ci il tarixədək uzadılmış, həmin məhkəmənin *(***)-39*/**** saylı, ** sentyabr ****-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin *58.* və *58.*.*-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı X3 *8 may ****ci il tarixdən *5 fevral ***3-cü il tarixədək tutulduğu *9 (doqquz) ay *7 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və X3 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 5*-*.*-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X3 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, X4 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və X6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin *97.*, *97.*.4 və *98.*-ci maddələrinə əsasən iş üzrə materiallarında məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş *** (yüz) manat məbləğində pul vəsaiti X* dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə iş üzrə maddi sübut kimi tanınmış “CASİO” markalı qol saatının zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, “İPHONE *3 Pro” markalı mobil telefonun zərərçəkmiş şəxs ’’Bermud SHOP” MMC-nin nümayəndəsi Nümayəndə* və “HP Pavilion 36*” markalı noutbukun “Zərərçəkmiş şəxs*” MMC-nin nümayəndəsi Nümayəndə* qaytarılmasını nəzərə alır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-*.*-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-*.*-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-*.*-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *78.*.* və *78.*.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin *93.*-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9*.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** fevral ****ci il tarixli, 3* nömrəli Qərarının *-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin *93.*, *93.4-cü və *94-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə *6 (iyirmi altı) saatı üçün *56 (yüz əlli altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 35*-353, 38*, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X6 Azərbaycan Respublikası CM-nin *78.*.* və *78.*.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və *3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. X3 məhkəməyədək icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı *9 (doqquz) ay *7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq X4 təyin edilən *3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından ** (bir) il *6 (altı) ay *4 (on dörd) gün çıxılsın və X4 çəkilməsi üçün qəti olaraq ** (bir) il *5 (beş) ay *6 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. X3 üzərinə hər gün saat *3:**-dan növbəti gün saat *7:**-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X6 üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və X6 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş *** (yüz) manat məbləğində pul vəsaiti X* dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış “CASİO” markalı qol saatının zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, “İPHONE *3 Pro” markalı mobil telefonun zərərçəkmiş şəxs ’’Bermud SHOP” MMC-nin nümayəndəsi Nümayəndə* və “HP Pavilion 36*” markalı noutbukun “Zərərçəkmiş şəxs*” MMC-nin nümayəndəsi Nümayəndə* qaytarılması nəzərə alınsın. X4 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə *6 (iyirmi altı) saatı üçün *56 (yüz əlli altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN *9***9*43*, h/h 4**9***9449***3*7**4, SWİF GOODE İBAZAZ*X, m/h-**37*******3*, kod 8*569*, VÖEN 99*****88*, AİİBAZ*X, hesab-33*****944*3****4**3, VÖEN-*6**3676** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan ** gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan ** gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-73/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-73/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver