Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-74/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(010)-96/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,584 qram, 0,348 qram, 0,410 qram, ümumi təmiz çəkisi 1,768 qram, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və həmin gün saat 17:00 radələrində Bakı şəhəri Suraxanı RPl-nin 30-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən «Zirvə» restoranının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPl-nin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,584 qram, 0,348 qram, 0,410 qram, ümumi təmiz çəkisi 1,768 qram, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əldə etdiyi narkotiki öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, satış ilə məşğul olmamışdır. İş materiallarında olan “watsapp” yazışmalarına münasibətdə qeyd etmişdir ki, həmin telefondan həm o özü, həm də digər şəxs istifadə etmişdir. Satışla digər şəxs məşğul idi, o, yəni Təqsirləndirilən şəxs özü, vasitəçi idi. Sonda o, himayəsində azyaşlı övladının olmasınının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-ci PŞ-nin əməliyyat müvəkkili işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 15 sentyabr 2021-ci ildə Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəfimdən şöbə rəisinə raportla müraciət etmiş, əməliyyat qrupunun yaradılması və əmədliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra əməliyyat qrupunun üzvü, şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2la birlikdə həmin tarixdə Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hövsan qəsəbəsi O.Şabanov küçəsindəki «Zirvə» restoranı yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim edib ona şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Lakin həmin şöxs özündə heç bir sənədi olmadığını bildirdikdə ona qarşı şübhələri bir qədər də artdığından onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onun üzərində şəxsi axtarış aparılması zərurəti yaranmış və bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmişdir. Şöbə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin aparılması təhqiqatçı Emin Məmmədova həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Anar, başqa çıxış yolu olmadığından özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş dörd bükümdə maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verildikdə, o həmin 4 ədəd bükümdə olan maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Zığ qəsəbəsində tanımadığı şəxsdən 40 manata aldığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bükümlərdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənərək zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin Anarın özü imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunaraq oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinin də Anar özü imza etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və eləcə də narkotik vasitəni haradan əldə etməsi barədə hər hansı məlumatları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 77-78-ci vərəqlərində olan 17 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin MSY-dən azad edilməsi, qərarın sürəti icra olunması üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 79-80-ci vərəqində olan 17 sentyabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 31-32-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxs axtanş zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 04 dörc ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,768 qıram qəhvəyi rəngli maddə bənzər kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 82-ci vərəqində olan 17 sentyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 04 (dörd) ədəd bükümdə təmiz çəkisi 1, 768 qıram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin bükümlərin özünə məxsus olmasını, həmin narkotik vasitəni Suraxanı rayonu, Zığ qəsəbəsində tanımadığı şəxsdən 40 manat müqabilində özü istifadə etmək üçün almasını, üzərində saxlamasını və daşımasını bildirməsi, həmin bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 40-45-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4082 saylı 16 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs..» və s.yazılar, imazlar olan zərfdəki 04 ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0, 584 qram, 0,348 qram 0,410 qram ümumi təmiz çəkisi 1,768 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı ı) daxildir. Cinayət işinin 104-105-ci vərəqində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 3515 saylı 19 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 106-110-cu vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4192 saylı 18 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən ...» qeydli zərfdəki 04 ədəd bükümdə olan heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bu maddələrin növü və ilkin təmiz çəkiləri barədə xx.xx.2021-ci il tarixli 6/4082 saylı ekspert rəyi verilmişdir. Cinayət işinin 134-136-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 22 iyul 2021-ci il tarixli Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə bağlı "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı diskin yaddaşında “Adobe Reader” proqramı vasitəsilə yazılmış 04 ədəd fayl olması müşahidə olunması, birinci fayla nəzər yetirdikdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək daxil olan sms mətnləri olması məlum oldu. Belə ki, həmin faylda xx-xx-2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən ********** nömrəsinə “Qaqas men tecili imkan varsa bir cevab deyerdin dermanla bağlı” məzmununda, xx-xx- 2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “CİXA BİLMİREM MENE FALQA GETİRDE İMKAN OLSA 1 DE SİQARET ZEHMET OLMASA” məzmununda, xxxx-2021-ci il tarixdə ********** nömrəsindən ********** mobil nömrəsinə “Anar menem qaqaw elçindi getmemisense iwim var bayaqkinan bidenede lazimdi” məzmununda, xx-xx- 2021-ci il tarixdə ********** mobil nömrəsindən ********** mobil -nömrəsinə “Qaqas olurem men dunenden bidene el tutda mene mende sabah olacey sen mene yazanda mende yox ini cox pis agriyiram qaqas” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** mobil nömrəsindən ********** mobil nömrəsinə “Nazara al 2 nafarik nollar” məzmununda, xx-xx- 2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Gor ne deyrem .15 man versem 03 duzub qowa bilersen” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** mobil nömrəsindən ********** mobil nömrəsinə “Anar bilal awagidadi astanofkada qaqa 7 man pul gondermiwem qardawimsan yola sal onu tez bazar menim yanima gelir lomkadadi oda gozduyur sen” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Brat 15 manatlig lazimdi bugune hemiweki kimi naragat olma pulim var da maiwi almiwamda dunen” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrsəsinə “Qaqas Pul yoxdu 3 dene ximi gotrdum 2 si sene 1 ozime Onuda nisiye 2m kontr pulu vere bilerem Sene Tez de pisdi veziyyet” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** mobil nömrəsindən ********** mobil nömrəsinə “He meşedi birden patı tapmış olarsan menim üçün çekmeye xeberim olmaz” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “30 azn gelsen emelə geler belə yox ancaq 30 manatnan gelsen bir şey fikirleşerik" məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Mende dobri kola var gel eleyek yada deyiwek" məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Pati Qalib?” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Anar.lO. manat. var. bir. dene. çet. düzelir.çavab.ver” məzmununda, 18- 04-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Bir kub idi ata malkimi boldum sənə dediymi tamamdm sms poz” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “qardasim men getdim o terfe sende emanetderini goturdum kecirem xaklar terfe sen diyesen dedin kececem ehmediye” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Vurankimi xəbər elə yer diyəcəm ged götür” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Gozduyure atsn xeber eliyecek elesi mende sene xeber eliyirem” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Patda verer koladada bir söz de bilim” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Ne mawnıansan fortnan üzüze saxla özün düş götür ona de razvarot ele" və “Sms deri sil hamsn diyir yandan keçib gedir ama gormu bes sən başa salmwdax birde obiri erg görməmisən qrx manat verməldi gör nenisen” məzmununda sms mətnlərinin yazılması müəyyən edilmiş, ikinci fayla nəzər yetirdikdə, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək çıxan sms mətnləri olması məlum oldu. Belə ki, həmin faylda xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “yarim dene meti versem bir wey duzeler ? kola goturmeyimi нес kim bilmesin" məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Edik axwamin xeyir seide Edik bu gun gucum catani qedtim eledim axwam ustu getirib sahibe vermiwdim eee yarimin pulunu hemde pati ucun pul yarimi vermiwdin patinin pulunu qaytardin amma sonra getdim tezden herekete amma gec oldu deyene eliye bilmedim ne olar edik bilirsen ki mende ne pul olursa hamisini qepiye kimi sene verirem indi yoxumdu iki manatim var ne olar mene bir dene 10 kola verde seherde hereketden gelen kimi birinci senin 8manativi getirib verecem” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “10cet vere bilersen sabah rawot eliyecem onu senol tam arxayin ol o paltarlar seher sende olacaq mene he yoxunu denende zaratka azdi tel sonmemiw” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “QAQAW BİRİ GETDİ BİR NEFERE SOZ VERMİWDİM ONA İKİNCİSİDE YARİ YERE YARİ GOYE GETDİ İNAN TEMİZ DİRXOR OLMUWAM НЕС OLMASA O DEDİYİNİ VERSEYDİN XOTDANARDİM” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “QARDAWİMSAN GOR EL CATAN YER VAR OZUMDE BİNEYE GETMELİYEM 35 MANATDA PULUM VAR GOR НЕС OLMASA 04 DEN ZADAN DUZELER OZUMDE PİS GUNDEYEM AYAQ USTE GUCNEN DURMUWAM BAWQA UMUD YERİMDE YOXDU” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Salam qaqaw bir tike kola yoxundu el borcu?” məzmununda, xx-xx- 2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə "Brat pati vare barter eliyey.super dawtardi” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “75 X16 imkan varsa 2 dene torpaq yarimda sud 25 qalim sene 10 da qirag vereceyim var sud istiyende var qayidanda 15 verim” məzmununda, xx-xx-2021-ci il tarixdə 04********** nömrəsindən ********** nömrəsinə “Lazim olsa naxadu kanal var butunu 28 azne lezetdide temadi” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Salam qonwi stesen var naxadi butun 30 manata ter temiz ceki” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən **********6 nömrəsinə “Salam rafik necesen ne var ne yox .•.der r.ece gedir karyere” məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Qerdew cani daniwdim deyir ki 5 qram qalib pul vermeliyem awaqi a ~~r* məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə ’Catiram on deq eve pati azdi cetnendi kola var amma 30 azn temiz meti packa 100 arjinal" məzmununda, xx-xx-2021-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə ‘Bidene 20 liy duz qow iki dene goturum arginal meti packada bir denede men vererem olar uc dene bayrama kimi terqiz getsin yeni ilde ujey teze fıkirler lazimdi məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Necesen ne var ne yoxdu teze bir xeberden zatdan ? Mende inanki biraz var yuxudan durmuwam sehere yaxin yatmiwdim ona gore gec durmuwam ne qeder zeng gelibib mene batyada cox zeng vurub tema istiyir 4 dene ayri ayri olsunlara 3 denenin pulun vericey sene 70 manat 30 manatda sabah vericey amma qurban sene hamsi duz olsuna cekisi qacmasin elden bawqa yere getmesin narazi qalmasin narmalni kilyentdide dunen deyir ramizden almiwam 1 qram qehbe az verib hec deyir 08 olmazdi” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Mewedi 35 Azne 1 X12 Tikede Pati ?” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “25 X18 X6 X7 X13” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “30 X10 1 X14 X3 Cix 2 X8” məzmununda, xx-xx-2022ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “X4 X2” məzmununda, xx-xx-2022ci il tarixdə ********** nömrəsindən ********* nömrəsinə “52 X16 X9? Bineye Getmeliyem” “Ok, mewedi X17 X19 X5 2 Deq Qalxiram” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “cox sagol can gor imkan olsa 5tik patida ver mene sabah men sene 10 manat vererem” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “53 Manata X9 ? 35 Bir Neferindi 18 X15 Yox Yaz” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “mewedi bu qanciq gelib cixmiyib ele ne vaxta geler bilmirem bu pulda istemirem cixsin elden nece eliyim 2 dene lazimdi” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “binedeyem adam vardi on manati vardi oda tapa bilmədim” məzmununda sms mətnlərinin yazılması müəyyən edilmiş, digər iki faylda isə daxil olan və çıxan sms mətnlərinin nömrələrinin sahibləri barədə məlumatlar qeyd edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 90-91-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə esablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-7/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(010)-96/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 19 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 05 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, məhkum Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və həbs qətimkan tədbiri seçilməsi, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs həbsə alındığı vaxtdan hesablanması, qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunması qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən oğlunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,584 qram, 0,348 qram, 0,410 qram, ümumi təmiz çəkisi 1,768 qram, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-7/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(010)-96/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 19 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 05 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, məhkum Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və həbs qətimkan tədbiri seçilməsi, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs həbsə alındığı vaxtdan hesablanması, qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunması qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi, habelə hazırki iş üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət az ağır cinayət hesab olunur və həmin hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən cinayət əməlləri və azadlığın məhdudlaşdırılması növündə cəzaya görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhəri Probasiya Şöbəsinin 30 may 2023-ci il tarixli məktubunun sürətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1 (010)-96/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 7(010)-571/2022 saylı, xx.xx.2022-ci tarixli qərarına əsasən “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək cəzası 01 il azaldılmış Təqsirləndirilən şəxs cəzası Suraxanı Rayon Məhkəməsinin 7(010)- 7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 07 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Suraxanı Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmiş məktuba əsasən məhkumun tutulduğu barədə daxil olmuş və məktuba əsasən xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-7/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(010)-96/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 19 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 05 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, məhkum Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və həbs qətimkan tədbiri seçilməsi, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs həbsə alındığı vaxtdan hesablanması, qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunması qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon xx.xx.2023-cü il tarixli, 7(010)-7/2023 saylı qərarı ilə təyin edilmiş 05 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-7/2023 saylı qərarı ilə təyin edilmiş 05 (beş) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, 15-17 sentyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmaqla və üzərində qəti olaraq cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmənin əvvəli 22 may 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-7/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15-17 sentyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 22 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 218,60 (iki yüz on səkkiz manat altmış qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,628 qram olan narkotik vasitə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-74/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-74/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver