Məhkəmə qərarları › İş №1(010)-74/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-74/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-74/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib dayısı Səadət İsmayılova məxsus Bakı şəhəri, Səbail rayonunda yerləşən evinin çardağına çıxarış sənədinin alacağına dair yalan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 31 iyul 2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında 5000 manat, 2021-ci ilin oktyabr ayında isə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 2000 manat olmaqla, ümumilikdə 7000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq sonuncunun arvadı Aynurə Rəfiyevanı Təhsil Nazirliyinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının əvəllərində ünvan 4 ünvanında 3500 manat almış, vədlərinə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs4 ona verdiyi pulların qaytarılmasını tələb etdikdən sonra 2500 manat geri qaytararaq qalan 100 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs4 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun yaşayış yeri ilə bağlı verilmiş çıxarışın qeyri-yaşayış sahəsi üçün dəyişdirilməsinə dair yalan vəd verməklə aldadaraq 2021-ci ilin oktyabr ayının əvvəllərində ünvan 5 ünvanda yerləşən “Araz" restoranının qarşısında 17.000 manat pulu ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X8 etibarından sui-istifadə edib aldadaraq sonuncunu Qaradağ rayonu ərazisində yerləşən "Yaşıl zavod“da sürücü vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 02 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Böyükşor şossesində yerləşən “Socar Petroleum" yanacaq doldurma məntəqəsindəki kafedə 2950 manat pulu ələ keçirib zərəçəkmiş şəxs Samir Quliyevə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında, tarix dəqiq yadında deyil, tanışı Pərviz onun istifadəsində olan ***- ***-**-** mobil telefonuna zəng edərək bir nəfər Fizuli adlı tanışının Səbail rayonu ərazisində yerləşən mənzilinin mansardına Bakı şəhər İcra Hakimiyyətindən razılıq alaraq sənədləşdirilməsinə kömək etmək lazım olduğunu bildirmişdir. O da Pərvizə həmin sənədləşmədə köməklik edə biləcəyini bildirmişdir. Onun Bakı şəhər İcra Hakimiyyətində yaxın əlaqələri olmuş, lakin həmin şəxsin adını demək istəməmişdir. Bundan sonra razılaşmışlar ki, görüşüb detallı danışsınlar. Buna görə də Xətai rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşmüş, söhbət zamanı Füzuli adlı şəxs Səbail rayon, Rəsul Rza 19 ünvanda yerləşən mənzilin mansardının özgəninkiləşdirmək və rəsmiləşdirmək istədiyini bildirmişdir. O da Füzuliyə Bakı şəhəri İcra Hakimiyyətində yaxın əlaqələrinin olduğunu və həmin mənzilin mansardının sənədləşdirilməsinə köməklik edə biləcəyini vəd vermiş və bunun müqabilində 7000 manat pul lazım olduğunu bildirmişdir. Füzuli də razılaşmış və razılaşmaya əsasən ilkin olaraq Füzuli 5000 manat pulu verməli, qalan 2000 manat pulu isə sənədlər hazır olduqdan sonra verəcəkdir. 31 iyul 2021-ci i ltarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs3 o və Pərviz birlikdə Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşmüş, həmin zaman Zərərçəkmiş şəxs3 5000 manat pulu ona vermişdir. O da həmin məbləği sayaraq cibinə qoymuş və vəd vermişdir ki, Səbail rayon, Rəsul Rza 19 ünvanda yerləşən mənzilin mansardının özgəninkiləşdirmək və rəsmiləşdirmə sənədlərini 1 ay ərzində hazır olacaqdır. Təxminən bir aydan sonra Füzuliyə zəng edərək sənədlərinin artıq düzəldiyini və qalan 2000 manat pulu verməyini söyləmiş. Füzuli hazırda xarici dövlətdə olduğunu tezliklə Azərbaycana qayıdacağını söyləmişdir. Lakin həmin zaman ona pul lazım olduğu üçün ona təkidlə pulu verməsini xahiş etmişdir. Bundan sonra Füzuli bildirmişdir ki, pul evdədir, gedib götürmək lazımdır. O, Füzuliyə Pərvizin gedib pulu götürə biləcəyini söyləmişdir. Füzuli də razılaşıb bildirmişdir ki, Pərviz gedib onun yaşadığı mənzildə həyat yoldaşından götürsün. Bundan sonra o, Pərvizə zəng edərək Fuzulinin yaşadığı mənzilə gedərək həyat yoldaşından 2000 manat pulu götürməyi xahiş enişdir.2021-ci ilin tarixdə tarix dəqiq yadında deyil Pərviz də gedib göstərilən məbləği fczulinin ünvanından götürərək onun mobil telefonuna zəng etmişdir. Bundan sonra Pərviz ona maddı ehtiyacının olduğunu və 2000 manat pulu borc olaraq ona verməyini xahiş etmişdir. O da razılaşmış, lakin bir müddət keçdikdən sonra Füzuliyə verdiyi vədə əməl edə bilməmiş və sənədləşmə işi alınmamışdır.Həmin zaman onun maddi vəziyyəti pis olduğundan Füzulinin verdiyi 5000 manat pulu öz ehtiyacları üçün xərcləmiş və Füzulinin pulunu özünə qaytara bilməmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, qonşusu Telman adlı şəxsin həyat yoldaşı Rəfiyeva Aynurə xanımı iş yerinin dəyişdirilməsinə kömək etmək məqsədilə 2022-ci ilin avqust ayında yaşadığı ünvanda qonşusı Telmandan 3500 manat məbləğində pul almışdir.O,həmin pulu qonşusu Telmanın həyat yoldaşı Aynurə xanımın hal hazırki iş yerinin dəyişdirilməsi üçün Səxavət adlı şəxsə verəcəkdir. Lakin həmin şəxs 2022-ci ilin avqust ayında Gürcüstan Respublikasına gedərək geri qayıtmadığı üçün pulu həmin şəxsə verə bilməmişdir. Lakin, həmin iş alınmadığı üçün həmin pulu hissə-hissə 2500 manatı qaytarmış, lakin hal-hazırda həmin pulun 1000 manatı qalmışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə əvvəllər tanıdığı Mehti adlı şəxsin vasitəsilə tanış olmuş, belə ki, Mehti öncədən onunla əlaqə saxlayaraq Nərimanov rayonu ərazisində yerləşən iki ədəd yaşayış sahəsi kimi çıxarışı olan mənzillərə qeyri-yaşayış sahəsinə uyğun çıxarış alınmasına köməklik edə biləcəyini maraqlanmışdır. O isə həmin mənzillərə qeyri-yaşayış sahəsinə uyğun çıxarış alınmasını həll edə biləcəyini Mehtiyə bildirmişdir. Mehti həmin məsələnin həll olunması üçün hansı miqdarda pul vəsaitinin lazım olacağını soruşduqda o, 17000 manat lazım oİduğunu bildirmişdir.Odur ki, Mehti ilə danışaraq həmin mənzillərin məxsus olduğu şəxslə bərabər onunla görüşmək üçün görüş yeri təyin etmişdir. Bu məqsədlə 2022-ci ilin oktyabr ayının əvvəllərində Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Araz" restoranında görüşmüşlər. Həmin Həmzə adlı şəxs oturduqları kabinetə yaxınlaşmışdır. Həmin vaxt kabinetdə o, Rəhim və Mehti oturub. Həmzə də masanın arxasında oturub tanış olduqdan sonra həmin çıxarışlarla bağlı mövzuda söhbət aparıb 17000 manat müqabilində sənədləşməni həll edə biləcəyini bildirmişdir. Bundan sonra razılaşdıqları kimi həmin şəxs vidalaşmaqla Mehti ilə restoranın qarşısına çıxıb orada mənzillərə məxsus çıxarışları və 17000 manat nağd pul vəsaitini Mehtiyə vermişdir. Mehti də Həmzə ilə sağollaşdıqdan sonra kabinetə qayıdaraq həmin çıxarışları və 17000 manat nağd pul vəsaitini ona vermişdir. O, çıxarışları və 17000 manat nağd pul vəsaitini götürdükdən sonra ay ərzində qeyd edilən məsələni həll edəcəyini Mehtiyə bildirmişdir. Bundan sonra Mehti kabineti tərk etmiş, o isə həmin çıxarışlarla bağlı məsələni həll edə bilməyəcəyini öncədən bildiyindən, lakin şəxsi ehtiyacları ilə bağlı pul vəsaiti lazım olduğundan həmin 17000 manat pul vəsaitini öz ehtiyaclarına sərf etmişdir. 1 ay tamam olduqda Mehti onunla əlaqə saxlayaraq çıxarışlarla bağlı maraqlandıqda Mehtiyə müxtəlif bəhanələr gətirmişdir. Odur ki, Mehti mənzillərə məxsus Həmzə tərəfindən verilmiş yaşayış sahəsinə uyğun çıxarışları və pul vəsaitini geri qaytarmağını xahiş etmişdir.O, çıxarışları geri qaytarsa da pul vəsaitini xərclədiyindən geri qaytara bilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının axırlarında pula ehtiyacı yarandığından hər hansı bir tanışına yalan vəd verməklə pul vəsaiti ələ keçirmək istəmişdir.Bu məqsədlə həmin tarixlərdə İlham Əzizov adlı tanışı ilə söhbət zamanı Qaradağ rayonunda yerləşən “Yaşıl zavod"a sürücü qismində işə qəbul etdirə biləcəyini, həmin işə girmək istəyən tanışı olduqda ona bildirməsini xahiş etmişdir. Bir müddət sonra Samir Quliyev adlı şəxs ona məxsus və istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng vurmaqla özünü təqdim etmiş, tanışı olan İlham Əzizovun dediyi əsasında ona zəng vurduğunu bildirmişdir. O, həmin şəxslə telefonla danışdıqdan sonra təyin olunan yerdə görüşmüşlər. Belə ki, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının qarşısında ilk görüşü baş tutmuşdur. Həmin görüş zamanı həmin ünvana tək gəlmiş, Samir də həmin ünvana tək gəlmişdir. Görüşdükdən sonra təklif etdiyi iş mövzusunda söhbət etməyə başlamışlar.O, Qaradağ rayonunda yerləşən Prezident aparatının nəzdindəki “Yaşıl zavod"da sürücü vəzifəsinin vakansiya olduğunu, 1200 manat aylıq məvacib olduğunu, işin gündəlik olmasını bildirmişdir. Həmçinin həmin işə düzəlmək üçün 3000 manat pul vəsaiti lazım olduğunu və tez bir zamanda verməli olduğunu, fevral ayının ortasından işə çıxacağını qeyd etmişdir. Samir ona məsləhətləşib pul düzəltdikdən sonra əlaqə saxlayacağını qeyd etmişdir. Bir neçə gün sonra Samir onunla əlaqə saxlayaraq dediyi kimi 3000 manat deyil 2950 manat düzəldə bildiyini qeyd etmişdir. O,ortaq tanışların xətrinə həmin məbləğin keçərli olduğunu qeyd edib həmin günün səhəri Suraxanı rayonu ərazisində yerləşən “Socar Petroleum'’ yanacaq doldurma məntəqəsində görüşməyi təklif etmişdir. 02 fevral 2023-cü il tarixdə həmin ünvana “Toyota Corolla” markalı avtomobildə getmiş və Samir və yanında olan əmisi Şahid1 ilə görüşməklə yanacaq doldurma məntəqəsinin daxilində yerləşən kafeyə daxil olub masanın ətrafında əyləşib çay içmişlər. Orada olan söhbət zamanı işin fevral ayının ortasına qədər həll olunacağını bildirmişdir. Samir üzərində olan 2950 manat, 100 və 50 manatlıq əsginaslardan ibarət, pul vəsaitini çıxararaq ona təqdim etmişdir. O, pul vəsaitini Samirdən qəbul etdikdən sonra qarşıdakı günlərdə onunla əlaqə saxlayacağını qeyd edib həmin ünvandan uzaqlaşmışdır. Həmin sürücü qismində işə düzəlmə məsələsini həll edə bilməyəcəyini öncədən bildiyindən, lakin şəxsi ehtiyacları ilə bağlı pul vəsaiti lazım olduğundan həmin 2950 manat pul vəsaitini öz ehtiyaclarına sərf etmişdir. Vəd etdiyi müddət tamam olduqda Samir onunla əlaqə saxlayaraq işə düzəlmə məsələsini maraqlandıqda ona müxtəlif bəhanələr gəlirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən bir il bundan qabaq dayısı X2 Səbail rayonu, Rəsul Rza küçəsi,ev 19 ünvanında yerləşən mənzilin çardağının çıxarışı olmadığı üçün sənədləşdirmək istəmişdir. Bu barədə ona müraciət edərək köməklik istəmişdir. 2021-ci ilin iyul ayında əvvəlcədən tanıdığı Şahid2ağa oğlu ilə birlikdə yol gedən zaman söhbət edəndə Pərviz Natiq adlı tanışının Bakı şəhər İcra Hakimiyyətində yaxın əlaqələrinin olduğunu və ona bu işdə kömək edə biləcəyini söyləmişdir. O, Pərvizdən Natiqlə danışıb ona xəbər etməsini xahiş etmiş, bir gündən sonra Pərviz ona zəng edərək Natiqlə danışdığını və Natiq yuxarıda göstərilən sənədləşmə işinin həll edilməsinə köməklik edə biləcəyini söyləmişdir. 29 iyul 2022-ci il tarixdə Pərviz,o və Natiq birlikdə Xətai rayon İcra Hakimiyyətinin qarşısında görüşmüşlər. Söhbət zamanı Natiq dayısı X3 Səbail rayonu, Rəsul Rza küçəsi ev 19 invanında yerləşən mənzilin çardağının çıxarışını ala biləcəiyini bildirmiş və bildirmişdir ki, tanışları çoxdur bu məsəlləni tezlikə həll edəcəyinə vəd vermişdir. Bunun müqabilində ondan 7000 manat pul istəmiş və bildirmişdir ki, ilk öncə 5000 manat pul versin,qalan 2000 manatı pulu isə çıxarışı aldıqdan sonra verər. O, razılaşmış və 30 iyul 2021-ci il tarixdə Bövbəti dəfə Pərviz, o və Natiq birlikdə Xətai rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşmüş və o, 5000 manat pul Natiqə vermişdir. Orada olan zaman Təqsirləndirilən şəxs ona vəd vermişdir ki, narahat olma uzağı 15 günə çıxarış hazır olacaq qalan 2000 manat pulu işi həll etdikdən sonra verər. Bir müddət keçdikdən sonra işin həll olmadığını görüb Natiqlə əlaqə saxlamış və ona narahat olmamağını və yaxın günlər ərzində çıxarışı alacağını bildirmişdir.Natiqlə Pərviz hər dəfə müxtəlif bəhanələr gətirərək işi həll etməmişlər. 2021-ci ilin oktyabr ayında, tarix dəqiq yadında deyil Natiq yenidən ona zəng edərək bildirmişdir ki “gözün aydın olsun, işin həll olunub şirinliyimi verərsən" Daha sonra ona qalan 2000 manat pulu təcili olaraq Bakı şəhər İcra Hakimiyyətində işi həll edən xanıma çatdırmaq lazım olduğunu bildirmişdir, demişdir ki, Pərvizi göndərəcək, pulu ona verib gətirsin versin ona ki, tez gedib qadınla görüşsün və 2 günə çıxarışını götürsün. O da Natiqin vədinə inanaraq həmin vaxt Polşada olduğu üçün dayısı oğluna zəng etmiş və ona vəziyyəti izah etmiş, qalan pulu da götürüb onlara gətirib həyat yoldaşına verməsini istəmişdir. Danışıqdan təxminən 1 saat sonra dayı oğlu Eldar qalan 2000 manat pulu da gətirib yoldaşı Şahid3 vermişdir. Daha sonra tanışı Pərviz yuxarıda qeyd etdiyi ünvana gələrək 2000 manat pulu yoldaşından götürüb getmişdir. Bundan sonra Natiq ona zəng edərək 2000 manat pulu Pərvizin ona verdiyini bildirmiş və 2 gün ərzində çıxarış sənədinin hazır olacağını söyləmişdir. Bundan sonra mütəmadi olaraq o Natiqlə əlaqə saxlayaraq sənədin düzəldilməsini və ya vermiş olduğu 7000 manat pulun geri qaytarılmasını tələb etsə də Pərviz müxtəlif bəhanələrlə onu aldadaraq vaxt uzatmışdır. Həmçinin sonda o, Təqsirləndirilən şəxs və Pərvizin əlbir olduğunu, Pərvin həmin işdə əlbir olduğunu nəzərə alınmasını və işin yenidən istintaqa qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır. Bildirir ki, hadisədən təxminən bir il bundan qabaq Füzulinin dayısı X19 rayonu, Rəsul Rza küçəsi ev 19 ünvanında yerləşən mənzilin çardağının çıxarışı olmadığı üçün sənədləşdirmək istədiyini və bu işdə ona köməkik etmək istədiyini demişdi. Həmin vaxtdan da yoldaşı bu işi həll etmək üçün adam axtarırdı. 2021ci ilin iyul ayında Füzuli bir nəfər tanışı olan taksi sürücüsünün vasitəsilə Natiq adlı şəxsin bu işdə köməklik edə biləcəyini və bu iş üçün 7000 manat pul istədiyini bildirdi. Bundan bir neçə gün sonra Füzuli dayısından 5000 manat pul aldı və onu aparıb Natiq adlı şəxsə verdiyini dedi. Bir müddət sonra Füzuli işləmək üçün xaricə Polşaya getdi. Polşada olduğu zaman Füzuli ona zəng edərək dayısının oğlunun gətirib ona 2000 manat pul verəcəyini, həmin 2000 manat pulu deyəcəyi taksi sürücüsünə verməyini bildirdi. Bir gün sonra yoldaşının dayısı oğlu evə gəlib ona 2000 manat pul verdi. Füzuli də Polşadan zəng edib həmin 2000 manat pulu Pərviz adlı taksi sürücüsünün gəlib ondan götürəcəyini dedi. Həmin gün Pərviz adlı şəxs gəlib məhəllədə 2000 manat pulu ondan sayıb götürdü və yoldaşına zəng edib bu barədə məlumat verdi. Bundan bir müddət sonra isə ona məlum oldu ki, bu işi həll edəcəyinə dair söz verən Natiq adlı şəxs yoldaşını aldatmış və verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Natiqi Suraxanı qayısından tanıyır. 2010-2011-ci ildən daimi münasibətdədirlər. Füzuli ona dedi ki, kupça işi var, o da ona demişdir ki, bir nəfər var ona deyə bilər. Bir neçə ay sonra zəng etdi ki, “həmin şəxsə de görüşək”. Xətai metrosunun yanında görüşdülər. Daha sonra ertəsi gün pulu verib və bu da evin sənədlərin ona vermişdir. Sonra Füzuli dedi ki, Polşaya gedəcəkdir. Bir müddət sonra dedi ki, “evdən get, pulu götür, apar ver Natiqə”. “Dedim müştəri var, düşürüb aparsan, mən də apardım, verdim. “ Füzulini yolda tanımışam. Zəng edərək, taksi çağırmış, yolda dedi ki, Binəqədi Bələdiyyəsində işi var, necə həll etmək olar. Daha sonra xalası oğlunun kupça məsələsi olduğunu dedi. Dedi ki, sifarişi bitir, sonra onu geri qaytar. Nömrəni də özü verdi. 4 ay sonra yenidən yığdı, dedi o adamla görüşə bilərikmi, “mən də Natiqi yığdım”. Zərərçəkmiş və qardaşı Natiqlə görüşüb. Özü yığdı, ona bildirdi ki, həmin adam axşam gələcək. Qardaşı, özü, Natiq və o olmuşdur. 7000 manat məbləğində danışdılar. Biraz məsafələri var idi. Çünki maşının nömrəsi çəkilməsin deyə maşının yanında idi. Amma söhbəti eşidirdi. Xəzər Rayon icra hakimiyyətinin qarşısında ayaqüstü görüşmüşdülər. 7000 manat məbləğini Natiq təklif elədi. Zərərçəkmiş şəxs razılaşdı. İlk 5000 manatı Füzuli təklif elədi. 5000 manatı özü verib. Yerdə qalan 2000 manatı isə ona yığdı, o da dedi ki, “müştərini düşürürəm, dedi ki, sonra get, evdən 2000 manat pulu götür.” Danışandan bir ay sonra zəng edib ki, işi Natiq yarımçıq qoyub. Dedi ki, xalaoğlu görüşüb, işi Natiq yarımçıq görüb. Bu məsələ ilə bağlı Natiq ona pul təklif etməyibdir. Ona Natiq 2000 manat vermişdi. Natiq Füzulini yığıb. Füzuli ona yığdı ki, Natiq pulun davamını istəyir. Pulu evdən götürmüşdür. Evin tanımış olduğunu, taksi ilə qapısının ağzına getmişdir. “2000 manat verdim Natiqə, sonra maşının matoruna görə pul istədim, 2000 manat verdi, dedi ki, qaytararsan.” Dost olduğu üçün həmin pulu verdi. Pulu qaytarmamış, ürək xəstəsi olmuş ona “dedim ki, işə çıxım verəcəm”. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun doğma qardaşıdır, bildirir ki, hadisədən təxminən bir il bundan əvvəl dayı Səadət İsmayılov ünvan 9 ünvanında yerləşən mənzilin çardağının çıxarışı olmadığı üçün sənədləşdirmək istədiyini və bu işdə ona köməklik etmək lazım oduğunu demişdi. Həmin vaxtdan da Füzuli bu işi həll etmək üçün adam axtarırdı. 2021-ci ilin iyul ayında Füzuli bir nəfər tanışı olan taksi sürücüsünün vasitəsilə Natiq adlı şəxsin bu işdə köməklik edə biləcəyini dedi. Bundan bir neçə gün sonra Füzuli mənə zəng edib birlikdə həmin işi həll etməyə söz verən Natiq adlı şəxslə görüşməyi və birlikdə söhbət etməyi təklif etdi. O da razılaşdı. Bundan sonra Füzuli ilə görüşüb Pərviz adlı taksi sürücüsü ilə birlikdə Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin qarşısına getmişlər. Orada Pərviz bir nəfər şəxsi onlarla tanış edərək Natiq olduğunu dedi. Orada Natiq 7000 manata qısa müddət ərzində bu işi həll edə biləcəyini, onun yuxarıda tanışlarının olduğunu bildirdi. Füzuli də razılıq verdi. Bundan sonra onun başı öz şəxsi işlərinə qarışıq olduğu üçün telefona danışarkən qardaşı 5000 manat pulu aparıb həmin Natiq,adlı şəxsə verdiyini, sonra da 2000 manat pulu ona göndərdiyini dedi. Bundan bir müddət sonra isə ona məlum oldu ki, bu işi həll edəcəyinə dair söz verən Natiq adlı şəxs qardaşını aldatmış və verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, arvadı olan X5 adına Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 128, mənzil 5 saylı ünvanda 34,3 kvadratmetr sahəsi xüsusi mülkiyyətdə olan mənzil və anası X7 adına Bakı şəhəri, Nərimanov rayonu, X27 prospekti, ev 128, mənzil 6 saylı ünvanda 17,0 kvadratmetr sahəsi xüsusi mülkiyyətdə olan mənzil ona məxsusdur və həmin mənzilləri qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün çıxarış almaq qərarına gəlmişdir. Odur ki, bu məqsədlə həmin işdə ona köməklik edə biləcək şəxsi maraqlanmaq üçün tanışlarına müraciət etmişdir. Orxan adlı tanışı onu Mehti adlı şəxslə tanış etmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında Mehti ilə əlaqə saxlayaraq mənzil sahələrinin qeyri-yaşayış sahəsi kimi çıxarışla təmin olunması barədə danışmışlar. Mehti həmin işi görə biləcək tanışı oİduğunu qeyd etməklə həmin şəxsdən maraqlanıb işin həll olunması üçün lazım olacaq pul vəsaitini deyəcəyini bildirmişdir. Bundan sonra onunla əlaqə saxlayaraq həmin çıxarış verilməsi üçün mənzillərə aid çıxarışlar və 17000 manat pul vəsaiti ilə birlikdə ünvan 12 ünvanda yerləşən “Araz” restoranında görüşməyi təklif etmişdir. Odur ki, o da təklifi ilə razılaşmaqla 2022-ci ilin oktyabr ayının əvvəllərində həmin qeyd edilən ünvana getmişdir. Restoranın qarşısında olarkən Mehti ona kabinetdə oturduqlarını bildirdiyindən o, həmin kabinetə yaxınlaşmışdır. Kabinetə daxil olarkən orada Mehti və yanında iki nəfərin olduğunu görmüşdür. Masa arxasına keçərək həmin şəxslərlə tanış olmuş, Mehti ona Təqsirləndirilən şəxs göstərməklə mənzillərə aid çıxarışları qeyriyaşayış sahəsinə aid çıxarışla əvəz edə biləcək şəxsin həmin şəxs olduğunu qeyd etmişdir.Orada olan söhbət zamanı Natiq ona Mehtiyə bildirdiyi kimi həmin çıxarış məsələsini 1 ay ərzində həll edəcəyini və həmin işin həll olunması üçün 17000 manat lazım olduğunu bildirmişdir.O,həmin şəxsin dedikləri ilə razılaşaraq iki ədəd mənzilə məxsus çıxarışlar və pul vəsaitinin üzərində olduğunu bildirmişdir.Odur ki, aralarında olan sövdələşmənin alındığını görüb Mehtini kabinetdən kənara çıxmaqla pul vəsaitini orada verə biləcəyini qeyd etmişdir. Onlar kabinetdən çıxaraq restoranın qarşısında mənzillərə məxsus çıxarışları və 17000 manat nağd pul vəsaitini Mehtiyə vermişdir.Mehti də öz növbəsində oturduqları kabinetə doğru getməklə həmin sənəd və pul vəsaitini Natiqə verəcəyini bildirmişdir. Bundan sonra həmin yeri tərk etmişdir. Razılaşdırılan müddət tamam olduqdan sonra Mehtidən çıxarışları maraqlandıqda Natiqin müxtəlif bəhanələr gətirdiyini və sözünə əməl etmədiyini bildirmişdir.Belə olan halda o, DİN-nin “102 xidməti"nə zəng edərək baş verənlər barədə məlumat vermiş və ərizə ilə Nizami RPİ-nin 23-cü PB-nə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 vəsatətlə məhkəməyə müraciət edərək, hal-hazırda Şahid4 bu işə cəlb edilməsini xahiş etmiş, çünki onun etibarından sui-istifadə edən, aldadan, yalan vədlər verən şəxs Şahid4dur. Hazırda buğun ona ziyan verən şəxs Şahid4dur. Polis İdarəsinə də Şahid4 barəsində şikayət vermiş, Təqsirləndirilən şəxs barəsində şikayət verməmişdir. Hesab edir ki, həmin şəxslər əlbirdir. Ona görə də CPM-in 318-ci maddəsini rəhbər tutaraq işə yenidən baxılıb Şahid4 bu işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, yaxın adam demişdir ki, “Həmzə adında biri var, kömək elə”. Natiqdən əvvəl bir adamda var idi, “dedim ki, Həmzə bu adama versən, mənlik deyil”. Sonra Həmzədən ötəri İcra hakimiyyətinə getmiş və onu qəbul eləmişdirlər. O, içəri girib, sənədi verəndə demişdir ki, “3 dənə bu sənəddən veriblər, sən dördüncüsən”, amma ondaki əsli idi. Danışmış, demişdir ki, qohumudur, dedilər ki, problem yoxdur. Həmzəyə yığmışdır ki, “sən, ya qohumlardan kimdə etibarnamən varsa, gedib, işini həll eləsin”. Həmzə qiymət mənasında biraz başqa cür danışmağa başlamış, o, izah eləmişdir, bu biraz pis danışmış, o da demişidr ki, “mənlik deyil”. Son gün kim ona vermişdisə, ona da sənədləri qaytarmışdır. Üstündən 10-15 gün keçmiş, daha sonra 1-2 dəfə Həmzə ilə danışmış, çay içmiş Natiqlə söhbət belə şeylərdən düşmüş, dedi ki, “mənim tanıdığım edə biləcək, adam var”. O da Həmzəyə demişdir ki, “belə bir adam var, istəyirsənsə, gəl danış”. Bir gün sonra çayxanada “Araz “ kafedə olan zaman Həmzə gəlmişdir. Onu birinci dəfə görürdü, heç tanımırdı. Oturmuş, söhbət etmiş, bunlar öz aralarında bir-birinə tanışlıq da verdilər. Köhnə yol polisi işçisi olduğunu, bu isə yol polisindən bir tanışının olduğunu bildirdi. Danışdılar ki, 21 günə sənədləri hazırlayıb, gətirəcək. Çölə çıxmışlar, Həmzə pulu ona vermişdir.O isə sənədlərlə pulu Natiqə gətirib vermişdir. Elə orada da ayrılmışlar. Üstündən 21 gün keçmiş, Həmzə zəng eləmiş, o da Natiqə yığmış və bildirmişdir ki, bəs maraqlanırlar, dedi ki, iş gecikir. Axırıncı dəfə də oturub görüşmüş və dedi ki, artıq polisə verəcəkdir. Natiqin oğlu evi həqiqətən satırdı, Həmzəyə səbrli olmasını bildirmişdir. Natiqi çox tanımamış, Rəhimin onu tanıdığını, onun vasitəsi ilə tanımışdır. Həmzəni Zaqatala da yaxın tanış var, adı Orxandır. Onun vasitəsi ilə tanımışdır. Orxan dedi ki, “iş görən adamdır Həmzə və ona kömək lazımdır, kömək elə”. 1986-cı ildə Atom partlayanda orada olmuşam, iş qabiliyyəti yoxdur. Demişdi ki, “kömək elə, sənə hörmət edəcək”. Orxanla 10 ildir ki, birlikdədirlər. Həmzə ilə görüşməmiş, telefonla danışmışdır. Həmzə dedi ki, sənayeni qeyri-sənayeyə çevirmək lazımdır. O da dedi ki, “bir adam var, xahiş edərəm”. Onun elə bir səlahiyyəti yoxdur, bir məmurdan xahiş etmişdir. Tanımır məmurun adını, ondan xahiş etmiş, o da dedi ki, “gəlsin, danışaq.” O da Həmzəyə dedi ki, “get danış,lakin Həmzə getmədi.” Sonra Həmzə dedi ki, o sərf eləmir, o da sənədləri qaytarmışdır. İkinci dəfə Həmzə ona zəng etmişdir. Onlar telefonla danışanda, Həmzə dedi ki, oralar çox istəyir, 60.000 manat istəyirdilər. O da Həmzəyə dedi dedi ki, “istəmirəm”. Həmzə ilk gündən demişdi ki, “17.000 manat pulum var. Natiq dedi mən eliyərəm, mən də Həmzəyə dedim ki, “gəl, adam var, özün danış”. Çayxanada Həmzə ilə danışanda, Natiq eşitdi və dedi ki, “mənim adamım var, həll edərəm”. Həmzəyə bildirmişdir ki, “adam var, deyir ki, həll edərəm”. Üstündən 1 gün keçdi, Həmzə səhər 09.00-da zəng elədi. Kafeyə getmiş, heç Həmzə onu üzdən tanımırdı. Çöldə oturmuşlar, Onlar bir-birilərinə tanışlıq vermişlər, ona da pulu maşında veriblər. Həmin pulu gətirib Natiqə vermişdir. Onu üzdən tanımır, onunla aylarla telefonla danışıb, Natiqlə heç vaxt danışmayıb. Ona Natiq pul verməyib. Üstündən 3-4 gün keçdi, Rəhim yığıb Natiqdən pul istədi, o isə nə alıbsa, hamısını qaytardığını bildirdi. Natiqə o, müraciət etməmişdir. O, onun yanında oturmuş idi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının axırlarında əmisi Şahid1 onunla əlaqə saxlayaraq işsiz olduğumu bildiyindən ona uyğun bir iş olduğunu qeyd etmişdir.Həmin iş barədə maraqlandıqda əmisi dostu olan İlham Əzizovun tanışı Natiq adlı şəxsin ona Qaradağ rayonunda yerləşən “Yaşıl zavod"da sürücü vəzifəsinə vakansiya olduğunu bildirməsini qeyd etmişdir. Bundan sonra əmisi həmin Natiq adlı şəxsin ***-***-**-** saylı nömrəsini ona verməklə onunla əlaqə saxlamağını xahiş etmişdir.O, həmin şəxslə telefonla danışdıqdan sonra təyin olunan yerdə görüşmüşlər.Belə ki, Babək prospektində yerləşən “Monte Karlo" şadlıq sarayının qarşısında ilk görüşü baş İtutmuşdur.Həmin görüş zamanı həmin ünvana tək getmiş. Natiq də həmin ünvana tək gəlmişdir. Görüşdükdən sonra təklif etdiyi iş mövzusunda söhbət etməyə başlamış. Natiq Qaradağ rayonunda yerləşən Prezident Aparatının nəzdindəki “Yaşıl zavod”da sürücü vəzifəsinin vakansiya olduğunu. 1200 manat aylıq məvacib olduğunu, işin gündəlik olmasını, həmçinin həmin işə düzəlmək üçün 3000 manat pul vəsaiti lazım olduğunu və tez bir zamanda verməli olduğunu, fevral ayının ortasından işə çıxacağını qeyd etmişdir. O, həmin şəxsə məsləhətləşib pul düzəltdikdən sonra əlaqə saxlayacağını qeyd etmişdir. Bir neçə gün sonra Natiqlə əlaqə saxlayaraq onun dediyi kimi 3000 manat deyil 2950 manat düzəldə bildiyini qeyd etmişdir. Natiq ortaq tanışların xətrinə həmin məbləğin keçərli olduğunu qeyd edib həmin günün səhəri-Suraxanı rayonu ərazisində yerləşən “Socar Petroleum” yanacaq doldurma məntəqəsində görüşməyi təklif etmişdir. Odur ki, 02 fevral 2023-cü il tarixdə əmisi Şahid1 məxsus “Fiat Doblo" markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə birlikdə həmin deyilən ünvana yaxınlaşmışlar. Natiq də [həmin ünvana dövlət qeydiyyat nişanı hal-hazırda yadında qalmayan “Toyota Corolla" narkah avtomobildə gəlmişdir.Görüşməklə yanacaq doldurma məntəqəsinin daxilində yerləşən kafeyə daxil olub masanın ətrafında əyləşib çay içmişlər. Orada olan söhbət samanı Natiq işin fevral ayının ortasına qədər həll olunacağını bildirmiş və o,üzərində olan 12950 manat. 100 və 50 manatlıq əsginaslardan ibarət, pul vəsaitini çıxararaq Natiqə təqdim etmişdir.Natiq pul vəsaitini ondan qəbul etdikdən sonra qarşıdakı günlərdə onunla əlaqə saxlayacağını qeyd edib həmin ünvandan uzaqlaşmışdır. Natiqin vəd etdiyi tarix tamam oİduqda onunla əlaqə saxlayarkən müxtəlif bəhanələr gətirməyə başlamışdır.Sonradan isə pul vəsaitini ödəmədiyindən hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Sonda o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, ona dəymiş ziyan ödənilməsə də ondan şikayəti olmadığını, ona olan borcunu bağışladığını bildirmişdir. Məhkəməyə ərizə ilə müraciət etmiş, cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onunla qapı qonşusu olan Təqsirləndirilən şəxs 2022-ci ilin Lvqust ayında həyat yoldaşını Təhsil Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. Natiq ondan həyat yoldaşını Təhsil Nazirliyinə işə düzəltmək adı ilə yaşadığı ünvanda 3500 manat məbləğində pul almışdır. Lakin Natiqə bu günə kimi vədinə əməl etməmiş və dəfələlərlə fərqli fərqli bəhanələr gətirərək işin davam etdiyini bildirmişdir. Natiq 2022-ci ilin avqust ayından 2023-cü ilin may ayınadək olan müddət ərzində 3500 manat məbləğində pulun 2500 manat məbləğini hissə hissə qaytarmış, lakin bu günədək olan müddət ərzində pulun geridə qalan 1000 manatını qaytarmamışdır.O, Natiqdən pulunu tələb etdikdə ona müxtəlif bəhanələr gətirərək yaxın zamanda pulu verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirdi ki, Natiq onun qonşusudur. Natiq, Mehti və o bir məhəllədə qalmışlar. Həməni isə pul verən günü tanımışdır. Araz kafedə çay içən zaman söz düşmüş, Natiq özü demişdir ki, tanışı vardır və o, kömək edəcəkdir. Həmin günü Həmzə gəlmiş, heç onu tanımırdı, “vatsapa” baxaraq Mehtiyə yaxınlaşdı və oturdu. Sonra ortaq tanışları olduqları ortaya çıxdı. Həmzə Mehtini çölə çağırdı, sonra mehti sənəd və əlində pulu Natiqin qabağına qoydu. Həmzə pulu çöldə verib, getdi. Natiq də pulu götürüb getdi. Sonra Həmzə qayıtmadı. Ümumiyyətlə Mehtini 25 ildir ki, tanıdığını, onunla birlikdə sexdə işlədiyini, Mehti, Natiq və o 2-3 ay olardır ki, birlikdə çay içdiklərini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 9-10-cu vərəqində olan cinayət işinin materiallarına əlavə olunmuş 23 noyabr 2022-ci il tarixli tarixli "hadisə yerinə baxış keçirilməsi barədə" protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Qəhraman oğluna məxsus Təqsirləndirilən şəxs tərəfindən pul vəsaitiin ələ keçirildiyi yer ünvan 5 ünvanda yerləşən “Araz” restoranının qarşısında yerləşir. Cinayət işinin 1-ci cildinin 65-67-ci vərəqlərində olan 08 aprel 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsi zamanı da sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 86-90-cı vərəqlərində olan cinayət işinin materiallarına əlavə olunmuş 08 aprel 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokol və ona əlavə edilmiş foto-görüntülərdən görünür ki, X11 məxsus Təqsirləndirilən şəxs tərəfindən pul vəsaitinin ələ keçirildiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Böyükşor şossesində yerləşən"Socar Petroleum” yanacaq doldurma məntəqəsindəki kafedə yerləşir. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə, saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 107-108-ci vərəqlərində olan 09 aprel 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi K.Rzayevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi Nizami RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 109-cu vərəqində olan 09 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 111-112-ci vərəqlərində olan 11 aprel 2023-cü il tarixli “cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə icraatda olan ********* saylı cinayət işi istintaqın ərazi aidiyyəti üzrə davam etdirilməsi üçün Bakı şəhəri, Suraxanı RPİ-nin İŞnə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 140-141-ci vərəqlərində olan 08 dekabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus Təqsirləndirilən şəxs tərəfindən pul vəsaitiin ələ keçirildiyi yer Bakı şəhər, Xətai rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında və ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evində yerləşir. Cinayət işinin 1-ci cildinin 167-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 190-191-ci vərəqlərində olan 12 dekabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Araz Məhərrəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi, müvəqqəti saxlama yerindən azad olunması, qərarın sürəti icra olunması üçün Suraxanı RPİ-nin İŞ-nə və Nizami RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 192-ci vərəqində olan 12 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 239-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 9-14-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-227/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 24 may 2023-cü il tarixindən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin DİN-nin Baş Əməliyyat və Statististik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 1.493 manät 44 qəpik cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsi 1(008)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 03(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək, 08 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-222/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 03(üç) ay hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) ay 15(on beş) gün müddət ona təyin edilmiş 02(iki) il 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 11(on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə həbsdə saxlanması nəzərə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 2077/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığı və dəymiş maddi ziyanı tam ödəməklə, törədilmiş cinayət nəticəsində vurulmuş maddi ziyanın 25 faizi dövlət bödcəsinə ödənildiyindən, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və işin icraatına xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5, 68.1.1-1 və 69.3cü maddələrinin tədbiqinə dair müddəalar hökmdən xaric edilməsi, məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, 21 iyul 2022-ci il tarixdə o, ərizə ilə Suraxanı RPİ-nin 31-ci PB-nə müraciət edərək, Təqsirləndirilən şəxs onun dayısı Səadət İsmayılovaya məxsus Bakı şəhəri, Səbail rayonunda yerləşən evinin çardağına çıxarış alacağına yalan vədlər verərək onu aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, N.Nərimanov küçəsi, ev ünvanında yerləşən fərdi yaşayış evində hissə-hissə olmaqla cəmi 7000 manat pulu alıb ələ keçirmiş və verdiyi vədə əməl etməyərək aldığı pulu qaytarmadığını və ona qarşı dələduzluq fini bildirmişdir. Bu fakt üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis sinin İstintaq və Təhqiqat şöbəsində ********* cinayət işi açılmışdır. Qeyd olunan cinyət üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda cinayət işi yekunlaşmış və ittiham tərtib olunraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmiş və sizin icraatdasdır. Natiq Zahid oğlunun qanunsuz hərəkətləri nəticəsində ona həm maddi həm də mənəvi ziyan dəymişdir. Ona görə hesab edirəm ki, maddi və mənəvi ziyanı vurduqlarına görə Azərbaycan Respublikası kin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs oğlu ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi və mənəvi zayana görə kompensansiya ödəməlidirlər. Buna görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə aldadaraq ondan aldığı 7000 manatın ödənilməsini tələb edir. Odur ki, onun hazırda baxılan ********* saylı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmağı və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 7000 manat və dövlət rüsumu olaraq ödənilmiş 90 manat pulun alınaraq mənə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X16 tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, ona dəymiş ziyan ödənilməsə də ondan şikayəti olmadığını, ona olan borcunu bağışladığını bildirmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət işin materiallarına əlavə edilmiş ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları, o cümlədən ilk olaraq Təqsirləndirilən şəxs hər iki epizodla bağlı ziyanın tam şəkildə qəbul etdiyinə dair həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqın bütün iclaslarında həmçinin də son sözündə verilmiş etirafedici ifadəsini, şahid X12 2000 manat pulun yalnız borc olaraq götürülməsinə dair ifadəsini, şahid X4 ümumiyyətlə pulun olmamasına dair ifadəsini nəzərə almaqla hesab edir ki, hər iki zərərçəkmiş şəxsin hazırki cinayət işinin yenidən istintaqa qaytarılması ilə əlaqədar vəsatətləri təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixindən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 08 aprel 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə ümumilikdə şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 24 may 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. 26 sentyabr 2023-cü il tarixdə Suraxanı rayon Məhkəməsinə ünvanlanmış mülki iddia ərizəsi ilə Zərərçəkmiş şəxs3 müraciət edərək, onun hazırda baxılan ********* saylı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmağı və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 7000 manat və dövlət rüsumu olaraq ödənilmiş 90 manat pulun alınaraq mənə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki halları nəzərə almaqla, mülki iddia tam təmin olunaraq 07 (yeddi min) manat məbləğdə pul vəsaiti və 90 (doxsan) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 7000 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs həmin məbləğlə bağlı iddianı tam şəkildə qəbul edir və etiraf edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı vurulmuş maddi ziyanın tutulması iddiası təmin edilməli və 7000 (yeddi min) manat məbləğdə pul vəsaiti və 90 (doxsan) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixindən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 08 aprel 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə ümumilikdə şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət təyin olunmuş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia tam təmin olunsun və 7000 (yeddi min) manat məbləğdə pul vəsaiti və 90 (doxsan) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X18 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar