Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-74/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı övladı olan, orta təhsilli, məhkumluğu olmayan, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamları ilə Füzulinin və Xocavəndin azad olunması medalları ilə təltif edilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi, inzibati bina ünvanında qeydiyyatda olmaqla ünvan 1ayan, 23 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 may 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 23 may 2024-cü il tarixdə, günorta saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 9,72 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 23 may 2024-cü il tarixdə, saat 18:20 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılaraq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev 16 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi - 9,72 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 5 ay əvvəl olmuşdur ki, narkotik vasitə qəbul etməyə başlamış, son zamanlar isə «nəşə» kimi tanıdığı narkotik vasitədən istifadə etmişdir. 23 may 2024-cü il tarixdə, saat 18:20 radələrində ünvan 2 ünvanının qarşısında olarkən polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmiş və o, da etiraz etmədən onlarla birlikdə, bölməyə getmişdir. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra, həmin bölmənin təhqiqatçısı, polis baş leytenantı Məmməd Əliyev tərəfindən üzərində şəxsi axtarış aparılmasının zəruri olması bildirilərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O, da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla 03 nəfər polis əməkdaşının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. O, da üzərində, yəni əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuananı və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən isə özünə məxsus “Redmi 10” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içərisindəki maddə «nəşə» kimi bildiyi narkotik vasitədir. Həmin narkotik vasitəni 23 may 2024-cü il tarixdə, günorta saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada ödəniş etmədən sifariş edib bağlama yolu ilə əldə edərək şəxsi istifadəsi üçün üzərində daşıdığını demişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanmasını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunmasını bilmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə qeyd olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. Sosial şəbəkədən tanıdığı şəxsdən “Metadon” dərman preparatını almaq üçün kart vasitəsi ilə ödəniş edib, dərmanı götürmək üçün günorta saatlarında Qaraçuxur qəsəbəsinə getmişdir. Qaraçuxur qəsəbəsində olan zaman mülki geyimli 4-5 nəfər polis əməkdaşı ona yaxınlaşıb, 32-ci polis bölməsinə aparmışlar, şöbədə olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq göstərilmiş, o, zorakılıqlara dözə bilməyib özünə xəsarət yetirmiş və qollarını kəsmişdir. Müdafiəçisi bunun necə olduğunu soruşduqda ona şübhəli şəxs qismində tutulmadan öncə həmin xəsarətlərin baş verdiyini bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq tətbiq olunmuş, bölmədə olduğu zaman döyülmüşdür. Belə ki, 32-ci polis bölməsində olduğu zaman adını bilmədiyi polis əməkdaşları tərəfindən döyülmüşdür. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Ona qarşı fiziki təzyiq göstərən polis əməkdaşları videoçəkiliş zamanı orada olmuşlar. Narkotik vasitə və ya psixotrop maddəni bir neçə dəfə istifadə etmişdir, lakin daimi istifadə etmir. Narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Tutulan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmamış, Qaraçuxur qəsəbəsinə dərman almaq üçün getmişdi. İbtidai araşdırma dövründə ona dövlət hesabına müdafiəçi təyin olunmuş, lakin bölmədə olan zaman müdafiəçisi yanında olmamışdır. Müdafiəçi həmin günü gecə saatlarında gəlmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq göstərilməsi ilə bağlı prokurorluq orqanlarına müraciət etmiş, lakin hələ də ifadəsinin alınması üçün prokurorluq orqanına çağırılmamışdır. Şübhəli şəxs qismində tutulandan sonra narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Şübhəli şəxs qismində tutulan zaman polis bölməsində olanları xatırlayır. Psixoloji gərginliyi olduğu üçün yata bilmir, “Metadon” dərmanını isə yata bilmək üçün alıb istifadə etmək istəmişdir. Onu şühbəli şəxs qismində tutanlar arasında Şahid2 də olmuş, belə ki, Şahid2 onu məcbur etmişdir ki, narkotik vasitəni üzərinə götürsün. Vətən müharibəsi iştirakçısı və Qazi olduğunu ona deməsinə baxmayaraq Şahid2 ona fiziki zorakılıq göstərmişdir. Narkotik vasitələrin istifadəçisi olsa da, həmin gün üzərində narkotik vasitə olmamışdır. Dərman almaq üçün taksi ilə Qaraçuxur qəsəbəsinə getmiş, taksi sürücüsünü də onunla birgə tutub, polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 23 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi, inzibati bina ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 2 ünvanının qarşısında və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, 32-ci polis bölməsinin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə, ünvan 2 ünvanının qarşısına getmişdir. Saat 18:20 radələrində ünvan 2 ünvanının qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİnin 32-ci polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla bölməyə getmişdir. Bundan sonra, onlar Suraxanı RPİ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda, ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etməsi üçün bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuananı və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən isə özünə məxsus “Redmi 10” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra, onlar onun üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra, onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “nəşə” kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni 23 may 2024-cü il tarixdə günorta saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada ödəniş etmədən sifariş edib bağlama yolu ilə əldə edərək şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, həmçinin təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir təzyiq və ya müqavimət göstərməmişdir. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansısa xəsarəti olmamışdır. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları vaxtdan uzun müddət keçdiyindən onun tək olubolmamasını xatırlamır. Şəxsi axtarış keçirilən zaman şəxsin üzərindən narkotik vasitəmarixuana aşkar olunmuşdur. Əməliyyat məlumatı Şahid2 daxil olmuş, qrupa isə Eldəniz yox, özü rəhbərlik etmişdir. Şəxsi tutan zaman mobil telefonunun yanında olub-olmamasını xatırlamır. Bəzən mobil telefonu polis bölməsində qalır. ***-***-**-** mobil telefon nömrəsi istifadəsindədir. Həmin mobil telefon nömrəsi özünə məxsusdur, təxminən 20 ildir ki, istifadə edir. Təqsirləndirilən şəxsin tutulduğu yerlə polis bölməsi arasında 500 metrdən çox məsafə vardır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin CA üzrə kiçik inspektoru Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş X5 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, təqsirləndirilən şəxs də onlara müqavimət göstərməmişdir. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansı xəsarəti olmamışdır. Növbətçi hissədə şəxsin üzərinə baxış keçirilməsini xatırlamır. Şübhəli şəxs qismində tutulan zaman Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs şəxsə yaxınlaşan zaman tək olmuşdur. Təqdim etdiyi narkotik vasitə ilə bağlı bildirmişdir ki, İran vətəndaşından pulsuz alıb, istifadə etmək üçün üzərində saxlamışdır. Əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi ilə bağlı idi. Şəxsə yaxınlaşan zaman mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxsin 2-ci Qarabağ Müharibəsi iştirakçısı olması barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 07 aprel 2024-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Məhəmməd Əliyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) 23 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 5) 08 may 2024-cü il tarixli aktdan görünür ki, 23 may 2024-cü il tarixdə, saat 18:30-da polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs 32-ci polis bölməsinə gətirilərkən baxış zamanı bədəninin müxtəlif yerlərində sızıq xəsarətləri aşkar olunmuş və şalvarının zamoku ilə cızaraq xəsarət yetirmişdir. Soruşduqda isə bildirmişdir ki, yıxılaraq əzilmişdir. (iş.v. 12) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan ot kütləsini və sağ yan cibində olan 01 ədəd “Redmi 10” markalı mobil telefonu təqdim edərək, həmin bükümdə “nəşə” kimi tanıdığı narkotik maddənin olduğunu, həmin narkotik maddəni bağlama yolu ilə İran İslam Respublikası vətəndaşından ödəniş etmədən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq 196 saylı möhürlə möhürlənmişdir. (iş.v. 32-33) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs isə göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi bükümün içərisində olan “nəşə” kimi tanıdığı narkotik vasitədir. Onu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində tanımadığı İİR vətəndaşından onlayn qaydada ödəniş etmədən sifariş edib bağlama yolu ilə əldə edərək və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. Məhkəmə bioloji ekspertizasının 24 may 2024-cü il tarixli, 3-16-16-2-7/824 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs X2...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 9,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: 1) Marixuananın təmiz çəkisi – 9,72 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 9,67 qram. (iş.v. 40-42) Məhkəmə ambulator narkoloji ekspertizasının 11 iyun 2024-cü il tarixli, 4157 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş.v. 99-100) 19 iyul 2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş şəxsi axtarış və götürmə keçirilən zaman üzərində simkart nömrəsi olmayan “Redmi 10” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək heç bir zəng, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir. (iş.v. 102) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan 01 (bir) ədəd “Redmi 10” markalı mobil telefonu 25 may 2024-cü il tarixdə, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis leytenantı Mətin İsmayılovdan təhvil almışdır. (iş.v. 103) Suraxanı RPİ-nin İŞ-in əməliyyat tapşırığına Suraxanı RPİ-nin 32-ci polis bölməsi tərəfindən ünvanlanmış cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə-qurudulmuş marixuananı hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v.86-87; 90) 20 iyul 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 9,72 qram tədqiqatdan sonra qalıq qalmış 9,67 qram olan narkotik vasitə-qurudulmuş marixuana cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmışdır. (iş.v. 104-112) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskin maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş.v. 104-112) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə, saat 19:10-da şübhəli şəxs qismində tutulmuş, saat 18:20-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 25 may 2024cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 25 may 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 22, 57-58, 73-74, 79-80, 82-83) İş materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikası medalının 1-22981 saylı və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikası medalının 1-17328 saylı vəsiqələri, həmçinin Azərbaycan Respublikası Baş naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının 1-85663 saylı vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 fevral 2015-ci il təvəllüdlü Zəhra Mirzəliyeva olmaqla, 1 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 tərəfindən Səhiyyə Nazirliyinin göndərişinə verilmiş 07 aprel 2022-ci il tarixli, 3828 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız impulsiv tip şəxsiyyət pozulması, posttravmatik stres pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən ünvan 1ayır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayonu, E.Əzizov küçəsi, ö/t 15 ünvanında qeydiyyatslz yaşayır, yaşadığı müddət ərzində onun haqqında 149 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 24 oktyabr 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək tutulduğu zaman Suraxanı RPİ-nin MSY-də həkim müayinəsindən keçməsi və müayinənin nəticəsi barədə sənədlərin, qeydiyyat jurnalından həmin şəxslə bağlı məlumatın, o cümlədən Suraxanı RPİ-nin MSY-ə giriş və çıxış vaxtlarının əks olunduğu sənədin surətinin Suraxanı Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət ünvanlanmışdır. Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli müraciətinə cavab olaraq Suraxanı RPİ-nin MSY tərəfindən göndərilmiş AKT-dan görünür ki, Təqsirləndirilən şəxs, 23 may 2024-cü il tarix, saat 23:55-də Suraxanı RPİ-nin MSY-nə daxil olmuşdur. Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun 25 may 2024-cü il tarixli qərarı ilə həmin gün saat 17:10-da MSY-dən azad edilmiş, bu zaman Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət və ya təklif daxil olmamışdır. Məhkəmə iclaslarında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini bildirdiyi üçün məhkəmə tərəfindən 24 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə qeyd olunan məlumatla bağlı araşdırma aparılması üçün müraciət olunmuşdur. 12 fevral 2025-ci il tarixli, Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, buna görə də cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi barədə materialdan ayrılmış material hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinə göndərilmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs tərəfindən şikayət verilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(010)- 436/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi şifahi vəsatəti təmin edilmiş, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin və Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin kimə məxsusluğunun, 22 may 2024-cü il tarix, saat 09:00-dan 26 may 2024-cü il tarix, saat 09:00-dək olan müddət ərzində anten əhatə dairəsi məlumatlarının, həmin nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Qərarın icrası müvafiq olaraq "xxxx" Telecom MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. (iş.v.184-188) Azercell” MMC-dən 23 oktyabr 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 05 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda göstərilmişdir ki, ***-***-**-** saylı mobil nömrə daşınma xidmətindən istifadə edərək "xxxx" mobil operatorunun abunəçisidir. "xxxx" MMC-dən 23 oktyabr 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 01 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, ***-***-**-** saylı nömrə 22 noyabr 2022-ci il tarixdə, Azercell şəbəkəsindən Bakcell şəbəkəsinə daşınmışdır. Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə, saat 19:10-da tutulmuş, 23 may 2024-cü il tarixdə, saat 18:20-dən hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti 23 may 2024-cü il tarixdə, saat 19:35-də başlamış və saat 19:50-də qurtarmışdır. 25 may 2024-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 23 may 2024 tarixdə şübhəli şəxsin tutulması haqqında protokolda qeyd olunan saatlarda hansı ünvanda olması müəyyən edilə bilməmişdir. Diskə baxış keçirilməsi zamanı ***-***- **-** saylı mobil telefon nömrəsi iş üzrə şahid Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 məxsus olması müəyyən edilir. ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 23 may 2024 tarixdə, saat 18:22, 19:17 və 19:29-da Sami Petrol//Khatai ünvanında, saat 19:48-də Piramida//Surakhany, MOTORİST_BİCO//Surakhany və 3 Neftchi/Bakı şəhəri, K.İsmayilov küçəsində yerləşən Qaraçuxur stadionu/Surakhany ünvanında və saat 20:38də isə 9 Piramida//Surakhany/ ünvanında olduğu müəyyən olunur. Mobil operatorlardan məhkəmənin icraatına adətən daxil olmuş anten əhatə dairəsi ilə bağlı məktublardan müəyyən olunur ki, hər hansı inzibati ərazi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X9 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. Sosial şəbəkədən tanıdığı şəxsdən “Metadon” dərman preparatını almaq üçün kart vasitəsi ilə ödəniş edib, dərmanı götürmək üçün günorta saatlarında Qaraçuxur qəsəbəsinə getmişdir. Qaraçuxur qəsəbəsində olan zaman mülki geyimli 4-5 nəfər polis əməkdaşı ona yaxınlaşıb, 32-ci polis bölməsinə aparmışlar, şöbədə olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq göstərilmiş, döyülmüş, o, zorakılıqlara dözə bilməyib özünə xəsarət yetirmiş, qollarını kəsmişdir. Ona qarşı fiziki təzyiq göstərən polis əməkdaşları videoçəkiliş zamanı orada olmuşlar. Narkotik vasitə və ya psixotrop maddəni bir neçə dəfə istifadə etmişdir, lakin daimi istifadə etmir. Narkotik vasitənin marixuana növündən istifadə etmişdir. İbtidai araşdırma dövründə ona dövlət hesabına müdafiəçi təyin olunmuş, lakin bölmədə olan zaman müdafiəçisi yanında olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq göstərilməsi ilə bağlı prokurorluq orqanlarına müraciət etmişdir. Polis əməkdaşı Şahid2 onu məcbur etmişdir ki, narkotik vasitəni üzərinə götürsün. Vətən müharibəsi iştirakçısı və Qazi olduğunu ona deməsinə baxmayaraq Şahid2 ona fiziki zorakılıq göstərmişdir. Lakin ittiham aktı üzrə şahid qismində qeyd edilən Şahid1 onu tutan polis əməkdaşları arasında olmamışdır. Onu ancaq dindirmə və şəxsi axtarış zamanı görmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs olğlunun tutulan zaman üzərində heç bir narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən döyüldüyü üçün marixuananı üzərinə götürməsi, onu şübhəli şəxs qismində Şahid2 tutması və narkotik vasitəni üzərinə götürməsi üçün ona fiziki zorakılıq göstərməsi, lakin ittiham aktı üzrə şahid qismində qeyd edilən Şahid1 onu tutan polis əməkdaşları arasında olmaması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bildirdiyi bu halları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı psixi zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi - 9,72 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması aşkar görünür. Videogörüntüdən əlavə, Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli müraciətinə cavab olaraq Suraxanı RPİ-nin MSY tərəfindən göndərilmiş AKTdan da görünür ki, Təqsirləndirilən şəxs, Suraxanı RPİ-nin MSY-dən azad edilərkən tərəfindən heç bir şikayət və ya təklif daxil olmamışdır. Bundan əlavə, 12 fevral 2025-ci il tarixli, Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, buna görə də cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs tərəfindən yuxarı prokurora və ya məhkəmə nbəzarəti qaydasında məhkəməyə şikayət verilməmişdir. Yuxarıda qeyd olunan hallarla, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq göstərilməsi xüsusatı tam təkzib olunur. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitə istifadəçisi olduğunu da məhkəmə iclasında etiraf etmişdir. Lakin məhz tutulduğu zaman üzərində hansısa vasitənin olmaması ilə bağlı qeyd etdiyi xüsusat isə məhkəmə üçün inandırıcı deyildir. Bununla da, məhz döyüldüyü üçün polis əməkdaşları tərəfindən ona verilən narkotik vasitə-qurudulmuş marixuananı üzərinə götürüb etiraf etməsi ilə bağlı bildirdikləri heç bir mötəbər sübutla təsdiqini tapmır, əksinə ifadəsində qeyd etdikləri toplanmış sübutlarla inkar olunur. Məhkəmə həmçinin Şahid2 onu narkotik vasitəni üzərinə götürməsi üçün məcbur etməsi, fiziki zorakılıq göstərməsi, ittiham aktı üzrə şahid qismində qeyd edilən Şahid1 onu tutan polis əməkdaşları arasında olmaması xüsusatı ilə bağlı onu qeyd edir ki, Şahid2 və ya qeyrisi tərəfindən ona fiziki təzyiq göstərilməsi xüsusatı yuxarıda qeyd edilənlərlə, həmçinin prokurorluq tərəfindən aparılmış araşdırmanın nəticəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təkzib edilmişdir. Şahid1 isə onu tutan polis əməkdaşları arasında olmaması xüsusatı ilə bağlı isə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi şifahi vəsatəti 23 oktyabr 2024-cü il tarixdə məhkəmə tərəfindən təmin edilmiş, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin və Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten əhatə dairəsi məlumatları götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən 23 oktyabr 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 01 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilən zaman Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrənin 23 may 2024 tarixdə, saat 19:48-də Piramida//Surakhany, MOTORİST_BİCO//Surakhany və 3 Neftchi/Bakı şəhəri, K.İsmayilov küçəsində yerləşən Qaraçuxur stadionu/Surakhany ünvanında və saat 20:38-də isə 9 Piramida//Surakhany/ ünvanında olduğu müəyyən olunmuşdur. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və üzərinə şəxsi axtarış keçirildiyi saatlarda Suraxanı rayonu ərazisində olması müəyyən edilmişdir. Bununla da, təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi bütün xüsusatlar toplanmış sübutların məcmusu ilə tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri onun cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiəsi kimi qiymətləndirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərarının icrası ilə bağlı təqdim edilmiş 02 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumata rast gəlinmədiyindən məhkəmə tərəfindən maddi sübut qismində tanınmamış və həmin disklərin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasının a) bəndinə əsasən təmiz halda 5 qram narkotik vasitə qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuananın ümumi təmiz çəkisi 9,72 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 2 ünvanının qarşısıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 5(010)-435/2024 saylı qərarından görünür ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. (iş.v. 89) Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə, günorta saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 9,72 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 23 may 2024-cü il tarixdə, saat 18:20 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılaraq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev 16 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi - 9,72 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Səbail RPİ tərəfindən 06 mart 2019-cu il tarixdə, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, CPM-in 40.2.2-ci maddəsinə əsasən 06 mart 2019-cu il tarixdə barəsində olan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. (iş.v. 105) Təqsirləndirilən şəxs məhkəmə tərəfindən himayəsində 1 azyaşlı uşağının olması, narkomaniya xəstəliyindən əzab çəkməməsi və müalicəyə ehtiyacının olmaması, Vətən müharibəsi iştirakçısı olması və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamları ilə Füzulinin və Xocavəndin azad olunması medalları ilə təltif olunması CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Hazırki iş üzrə isə təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğun deyildir, çünki şəxsin əməlində kifayət qədər əsaslı cəzanı yüngülləşdirən hallar mövcuddur, həmçinin şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna yekun hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,67 qram təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,67 qram təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-74/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-74/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver