Məhkəmə qərarları › İş №1(010)-75/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-75/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-75/2020 03.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, X5, xx xxxx 1966-cı ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “www.pia.az” internet saytının və “Poliqon” İnformasiya Agentliyinin baş redaktoru, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 151 nömrəli evin 46 nömrəli mənzilində qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 şikayətini onunla əsaslandırmışdır ki, X5 (Azər Qaramanlı) baş redaktoru olduğu “www.pia.az” internet saytında, xx xxxxxx 2020-ci il tarixdə “Yardımlının DOST iş mərkəzində dövlət vəsaitləri mənimsənilir - Başçı və müavini tərəfindən”, xx xxxxxx 2020-ci il tarixdə “Yardımlıda DTXnı gözləyirlər: bizi Mahir Mirzəyev zülmündən xilas edin” və xx xxxx 2020-ci il tarixdə “Başçı və müavini dəyəri milyonlarla ölçülən villaları Yardımlıda necə tikiblər” başlıqlı həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatlarla dolu məqalələr yerləşdirilmişdir. Yazılar “pia.az” adından yazılmışdır. xx xxxxxx 2020-ci il tarixli məqalədə yazılmışdı: “Yardımlının icra başçısı Ayaz Əsgərovun və müavini Mahir Mirzəyevin DOST iş layihəsi vasitəsi ilə hər ay 25-30 min manatdan çox büdcə vəsaitini mənimsədiyi iddia olunur... X15 tərəfindən ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsi və vətəndaşları yeni iş yerləri ilə təmin edilməsi üçün yaratdığı DOST iş mərkəzləri ilə bağlı acınacaqlı məlumatlar gəlməkdə davam edir. Bu məlumatlara əsasən rayon icra hakimiyyətləri tərəfindən DOST iş mərkəzində yüzlərlə şəxsin adının işçi kimi yazılaraq ay ərzində on minlərlə vəsaitin mənimsənilməsi ilə bağlıdır. PİA.az-a daxil olan məlumata görə Yardımlıda DOST iş mərkəzində böyük maxinasiyalar həyata keçirilir. Rayondan saytımıza verilən məlumatda iddia edilir ki icra başçısı Ayaz Əsgərov DOST iş mərkəzinə işə götürülən işçilərə “nəzarəti” müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevə həvalə edib. Öz növbəsində Mahir Mirzəyev də bütün yaxın uzaq qohumlarını “işlə” təmin edib. Rayon sakinləri iddia edirlər ki, onlarla yaxının adını DOST iş mərkəzində siyahıya saldıran Mahir Mirzəyev onların maaşını da özünə götürür. Qeyd edilir ki, bu yolla Yardımlınm icra başçısı və müavini plastik kartla hər ay 25- 30 min manatdan çox büdcə vəsaitini mənimsəyirlər. PİA.az-a daxil olan məlumatda qeyd edilir ki, Ağstafanın icra başçısının həbs edilməsindən sonra qorxuya düşən Mahir Mirzəyev işçi kartlarını seyfindən çıxardaraq bir hissəsini Yardımlı rayon Məşğulluq idarəsi müdirinə, bir hissəsini isə sürcüsünə verib. Başçı müavini kartlardakı pulların bir hissəsini Masallı rayonundan və Bakı şəhərindən çıxartmağa başlayıb. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ildə Əmək və X10 Nazirliyinin tabeliyində “Dayanıqlı və X14 Agentliyi” (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edir. Fərmana görə, bu mərkəzlərdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməlidir”. xx xxxxxx 2020-ci il tarixli məqalədə isə “Yardımlıda DTX-nı gözləyirlər: bizi Mahir Mirzəyev zülmündən xilas edin” başlıqlı həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatlarla dolu “pia.az” adından yazılmış məqalədə yazılır ki, "Rayona ayrılan vəsait iki məmur yəni, Mahir Mirzəyev və icra başçısı Ayaz Əsgərov tərəfindən şəxsi hesaba yönəlir... Yardımlı sakinləri: “DTX- nı Yardımlı rayon icra Hakimiyyətində görmək istəyirik ki, bu haqsızlığa, bu özbaşınalığa son qoyulsun. Hörmətli qurumlar, Yardımlı rayon büdcəsi X20 Əsgərovundur. Rayon sakinləri olaraq batıb gedirik...” Neftçala rayonunda aparılan və xeyli sayda vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatla bağlı Pravda.az-ın elektron poçtuna maraqlı məlumatlar daxil olub. Məktub müəllifi həbs edilən icra başçısının Yardımlı rayonuna 2006-2012-cı illərdə rəhbərlik etmiş Xəzər Aslanovun qaynı olmasını və Yardımlı rayonu icra hakimiyyətinin başçısının müavini Mahir X1 olmasını diqqətə çəkərək bildirir ki, hazırki Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov ilə Mahir Mirzəyevin birgə “əməkdaşlığı” ilə rayonda küllü miqdarda maxinasiyalar həyata keçirilir. Eyni zamanda məktubda göstərilir ki, Nefçalanın icra başçısına rüşvət verən şəxsin biri Yardımlı rayon sakini Akif Teyyubovdur: “Akif Teyyubov kimdir, bilirsinzmi? Yardımlı rayonu üzrə tikintinin pullarını Mahir Mirzəyev bu şəxsin əli ilə yeyir. Bütün vəsait Akif Teyyubovun adına açılan şirkətlərə yönəldilib və oradan da mənimsənilir. Bu proses 2006-cı ildən - X13 rəhbərlik etdiyi vaxtdan bu günə kimi davam edir”. Məqalədə daha sonra qeyd olunur ki, “Yardımlı rayonunda Mahir Mirzəyev rayona ayrılan dəftərxana xərci, abadlıq xərci və Yardımlı rayonu üçün ayrılan digər xərclərin hamısını öz müəssisələrinə yönəldir, qarşılığında nazirliyə faiz verir və qalan məbləği icra başçısı ilə birlikdə qara yollarla talan edir. “2019cu il üçün ayrılan xərclərin hara xərcləndiyi və hara köçürüldüyünü araşdırsalar və buna əyani sübut olaraq kifayət qədər faktlar ortaya çıxar. Bir sözlə, rayona ayrılan vəsait iki məmur yəni, Mahir Mirzəyev və icra başçısı Ayaz Əsgərov tərəfindən şəxsi hesaba yönəlir. Yardımlı rayon məşğulluq üzrə nə işçilər var hamısı M.X7pısından keçməlidir. İş üçün müraciət edən şəxs 500 manat verməlidir. DTX yoxlamalar aparsa, M.Mirzəyevin kabinetində yüzlərlə kartın olduğunun şahidi olarlar. Ümumiyyətlə, şikayət olan təqdirdə Mahir Mirzeyev deyir ki, gedin kimə istəyirsiz, deyin... Onun dediyinə görə, 2005-ci ildən belə işləyibmiş. Məşğulluğa təyin etdikləri müdir elə məhz onların sifarişini yerinə yertirir. Təyin olunan Fikrət müəllim birbaşa M.Mirəzyevin pul yığanıdır. Mart - Aprel ayı gələn kimi guya özlərini Kənd Təsərrüfatı Nazirliyi yanında yaxşı etmək üçün 29 ərazi nümayəndəliyinin işçilərindən tütün əkilməsi üçün bir aylıq mükafatların alacaqlar. Başa düşmürük, dövlət qulluqçuları nə üçün tütün əkməlidir?”. Daha sonra məktub müəllifi rayon sakinləri adından aidiyyatı qurumlardan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavini Mahir Mirzeyev barəsində tədbir görmələrini istəyir. DTX-nı Yardımlı rayon icra Hakimiyyətində görmək istəyirik ki, bu haqsızlığa, özbaşınalığa son qoyulsun. Hörmətli qurumlar, Yardımlı rayon büdcəsi X20 Əsgərovundur. Rayon sakinləri olaraq batıb gedirik. Həbs edilən X21 Mirzeyevin yanında yalandır”. “www.pia.az” saytı və saytın baş redaktoru Azər Ağayev yalan olduğunu bilə-bilə onun (M.X.Mirzəyevin) və İcra Başçısı Ayaz Əsgərovun barəsində yalan məlumatları verməsi və rəhbərlik etdiyi saytda yerləşdirilməsi, təkrar, yalan, şər və böhtan xarakterli məlumatları həqiqət kimi göstərməsi, yazıların yayılmasına şərait yaratması ilə onun (M.X.Mirzəyevin) şərəf və ləyaqətini alçaldan, ictimai və siyasi nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Azər Ağayev şər, böhtan xarakterli, heç bir əsası olmayan, yoxlanmamış məlumatları yaymaqla əsas niyyətinin onun (M.X.Mirzəyevin) siyasi və ictimai nüfuzuna xələl gətrmək olduğu aşkar görülür. Möhtərəm X15 cənablarının sədri oldu Yeni Azərbaycan Partiyasının Yardımlı Rayon Təşkilatının sədri kimi onun (M.X.Mirzəyevin) fəaliyyətinə qara yaxılması, onun və başçının foto şəkilini yayması həm də onu göstərir ki, məqalənin yayılmasında əsas məqsəd vətəndaşların dövlət orqanlarına, vəzifəli şəxslərə olan inam və etibarını sarsıtmaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində yayma, eləcə də ağır cinayətdə ittiham etməklə böhtan atmanı ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmanı ehtiva edir. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet kinoxronika proqramları və digər yayım formaları hesab olunur. Həmin Qanunu 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Heç kəs internet informasiya ehtiyatında başqalarının şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə yol verməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinədə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Göründüyü kimi, Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. İnsan Hüquqlarının və X3 X2 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Konvensiyanın 17-ci maddəsində həmçinin hər hansı bir dövlətin, qurumun və ya şəxsin burda təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyda nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırmaq hüququndan sui-istifadəsinin qadağan olunması kimi qiymətləndirilir. İqtisadi, sosial və mədəni hüquqlar haqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosila və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcürbəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli 3 nömrəli Qərarının 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər". Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrində öz əksini tapmış cinayətin bilavasitə obyekti başqa şəxsin şərəf, ləyaqəti və ya nufuzu təşkil edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görünüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətə, kollektivə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Barəsində həqiqətə uyğun olmayan, yalan olduğunu biləbilə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, cinayət törətməkdə ittiham edən bu növ məlumatların internet saytı vasitəsi ilə yayılması ona qarşı atılmış böhtandır. Buna görə də M.X.Mirzəyev “www.pia.az” saytının və “Poliqon” İnformasiya Agentliyinin baş redaktoru X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının müdafiəçisi X8 göstərdi ki, X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Neftçala rayon Məhkəməsinə göndərməli olduğu halda, səhvən Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərmişdir. Belə ki, pia.az internet informasiya ehtiyatının hüquqi ünvanı Neftçala rayonunun Qədimkənd kəndidir. Lakin o, pia.az internet informasiya ehtiyatının hüquqi ünvanına dair Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanovun xx xxxx 2020-ci il tarixli məktubunu xüsusi ittiham qaydasında şikayətə əlavə etməyi unutmuşdur. Buna görə də müdafiəçi Ə.Ə.Məmmədli X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayətinin aidiyyəti üzrə Neftçala rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri təqdiq edərək, iş materiallarını araşdıraraq, xüsusi ittihamçının müdafiəçisi Ə.Ə.Məmmədlini dinləyərək hesab edir ki, xüsusi ittihamçının müdafiəçinin xahişi təmin olunmalı və xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Neftçala rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 03 saylı Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Xüsusi ittihamçının müdafiəçisi X4 məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanovun xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, pia.az internet informasiya ehtiyatına məxsus domen Neftçala rayonunun Qədimkənd kəndində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 75, 300 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət, iş materialları ilə birlikdə, aidiyyəti üzrə baxılması üçün Neftçala rayon Məhkəməsinə göndərilsin. Qərardan apelyasiya şikayəti verilə bilməz. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar