Məhkəmə qərarları › İş №1(010)-75/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-75/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-75/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2,iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 185.2.1 və 185.2.2ci maddələri ilə və Təqsirləndirilən şəxs2 22 iyul 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, 16 iyun 2021-ci il tarixdə, saat 00:30-da talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən “Çudo- Peçka” adlanan obyektin qarşısında saxladığı “ZAZ-110557-51” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin olub qapısının açıq olmasından istifadə edərək avtomobilin içərisinə daxil olub, avtomobili işlək vəziyyətə gətirmək üçün sükanının aşağı hissəsində olan naqilləri bir-birinə sürtmüş, avtomobili işlək vəziyyətə gətirə bilməmiş, sonra avtomobili işlək vəziyyətə gətirə bilmədiyindən avtomobili itələyərək talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırtmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, 16 iyun 2021-ci il tarixdə, saat 01 radələrində talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 3 ünvanının qarşısında yolun kənarında görmüş, avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin içərisinə daxil olub sükanının aşağı hissəsində olan naqilləri bir-birinə sürtrək avtomobili işlək vəziyyətə gətirib talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırtmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1, 07 sentyabr 2021-ci il tarixdə, təxminən saat 13 radələrində özgə əmlakını gizli talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanında yerləşən X6 məxsus çay evindən oğurluq elmək üçün qapı yeri üçün nəzərdə tutulmuş dəmir barmaqlığı yarasız hala salıb aşağı hissəsindən qanunsuz daxil olaraq obyektin 1.800 manat dəyərində 01 ədəd 2x2 ölçüdə alminium qapısını, 03 ədəd 2x2.5 ölçüdə və 01 ədəd 1.5x1.5 ölçüdə alminum pəncərələrini, 600 manat dəyərində pivə aparatını, 200 manat dəyərində 2x2 ölçüdə dəmirbarmaqlığı, 22 manat dəyərində 15 metr uzunluğunda 25 mmlik plasmas borunu, 84 manat dəyərində 70 metr uzunluğunda 04 mm-lik elektrik naqillərini, 40 manat dəyərində 05 kv. metr lambirini, 50 manat dəyərində 01 ədəd elektriklə işləyən sacı oğurlamaqla ümumilikdə zərərçəkmiş şəxsin 2.796 (iki min yeddi yüz doxsan altı) manat dəyərində qeyd olanan əşyaları gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, 16 iyun 2021-ci il tarixdə, saat 00:30-da talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustalayev küçəsində yerləşən “Çudo- Peçka” adlanan obyektin qarşısında saxladığı “ZAZ-110557-51” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin olub qapısının açıq olmasından istifadə edərək avtomobilin içərisinə daxil olub, avtomobili işlək vəziyyətə gətirmək üçün sükanının aşağı hissəsində olan naqilləri bir-birinə sürtmüş, avtomobili işlək vəziyyətə gətirə bilməmiş, sonra avtomobili işlək vəziyyətə gətirə bilmədiyindən avtomobili itələyərək talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırtmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, 16 iyun 2021 -ci il tarixdə, saat 01 radələrində talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 5 ünvanının qarşısında yolun kənarında görmüş, avtomobilin qapısının açıq olmasından istilada edərək avtomobilin içərisinə daxil olub sükanının aşağı hissəsində olan naqilləri bir-birinə sürtrək avtomobili işlək vəziyyətə gətirib talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırtmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2, 07 sentyabr 2021-ci il tarixdə, təxminən saat 13 radələrində özgə əmlakını gizli talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanında yerləşən X6 məxsus çay evindən oğurluq elmək üçün qapı yeri üçün nəzərdə tutulmuş dəmir barmaqlığı yarasız hala salıb aşağı hissəsindən qanunsuz daxil olaraq obyektin 1.800 manat dəyərində 01 ədəd 2x2 ölçüdə alminium qapısını, 03 ədəd 2x2.5 ölçüdə və 01 ədəd 1.5x1.5 ölçüdə alminum pəncərələrini, 600 manat dəyərində pivə aparatını, 200 manat dəyərində 2x2 ölçüdə dəmirbarmaqlığı, 22 manat dəyərində 15 metr uzunluğunda 25 mmlik plasmas borunu, 84 manat dəyərində 70 metr uzunluğunda 04 mm-lik elektrik naqillərini, 40 manat dəyərində 05 kv. metr lambirini, 50 manat dəyərində 01 ədəd elektriklə işləyən sacı oğurlamaqla ümumilikdə zərərçəkmiş şəxsin 2.796 (iki min yeddi yüz doxsan altı) manat dəyərində qeyd olanan əşyalarını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, 07 sentyabr 2021-ci il tarixdə, təxminən saat 18 radələrində özgə əmlakını gizli talama məqsədi ilə ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus obyekt kimi fəaliyyət göstərmiş yaşayış sahəsinə qanunsuz daxil olaraq, cəmi 1.250 manat dəyərində 05 ədəd plastik pəncərələri, 100 manat dəyərində 01 ədəd dəmir barmaqlığı, 200 manat dəyərində 01 ədəd su sayğacını, 220 manat dəyərində 01 ədəd qaz sayğacını və 200 manat dəyərində 01 ədəd işıq sayğacını oğurlamaqla ümumilikdə zərərçəkmiş şəxsin 1.970 (bir min doqquz yüz yetmiş) manat dəyərində qeyd olanan əşyalarını gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun dostudur. 15 iyun 2021-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ona, birlikdə gedib kafedə oturub yemək yeməyi təklif etmişdir. Buna görə də onunla birlikdə Suraxanı rayonu ərazisində yerləşən “Ləzgilər” kafesində yemək yeyib spirtli içki qəbul etmişlər. Sonra söhbət etdikləri zaman avtomobil qaçırdıb sürmək, sonra isə qaytarıb yerinə qoymaq barədə qərara gəlmişlər. Bu məqsədlə 15 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixə keçən gecə, saat 00:30-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Çudo-Peçka” adlanan obyektin yaxınlığına gəlmişlər, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 məxsus “ZAZ-1 10557-51” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin həmin obyektin qarşısında saxlanıldığını görmüşlər. Avtomobilin qapıları bağlı vəziyyətdə olduğu üçün avtomobilin yük yerinin qapısını açıb içəri daxil olmuşlar. Yük yerindən də avtomobilin salonuna keçmişlər. Avtomobilin sükanının aşağı hissəsindəki naqilləri bir-birinə vurub avtomobili işə salmaq istəsə də buna nail ola bilməmişdir. Sonra avtomobili işlək vəziyyətə gətirmək üçün itələmişlər, lakin avtomobil işlək vəziyyətə düşməmişdir. Avtomobili itələyərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Samsung” mağazasının yaxınlığındakı poçtun qarşısında saxlamışlar. Sonra avtomildən akkumluyatorunu çıxarıb özlərilə götürmüşlər. Həmin akkumlyatoru özlərilə götürməkdə məqsədləri başqa avtomobil tapıb əgər akkumlyatoru zəif olsa, həmin avtomobildən götürdükləri akkumlyatoru qoyub sürmək olmuşdur. Sonra ünvan 5 ünvanının qarşısında yolun kənarında “VAZ-21063” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşlər. Həmin avtomobilə yaxınlaşıb açıq vəziyyətdə olan qapısından avtomobilin içərisinə daxil olub sükanın aşağı hissəsindəki naqilləri bir-birinə vurub avtomobili işlək vəziyyətə gətirmiş, Teymur avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş və götürdükləri akkumlyatoru da öz yanına qoymuşdur. Sonra həmin yerdən çıxıb getmişlər və avtomobili özü idarə etmişdir. Metronun “Koroğlu” stansiyasının yaxınlığında avtomobili idarə edən zaman dövlət qeydiyyat nişanını xatırlamadığı yol polisinin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan avtomobilə aid sənədləri təqdim etməsini tələb etdikdə, ona avtomobilin sənədlərinin üzərində olmadığını, avtomobilin Teymurun atasına aid olduğunu bildirmişdir. Buna görə də yol polisi əməkdaşı onları Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə aparmış, oradan da onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə təhvil vermişlər. Bundan başqa 07 sentyabr 2021-ci il tarixdə dostu Teymur ilə birlikdə spirtli içki olan “Go” qəbul etmiş, həmin ərəfədə xərcləmək üçün pulları olmadığı üçün Teymur ona, ünvan 7 ünvanında yerləşən və hal-hazırda işləməyən çay evinə gedib oradan oğurluq etməyi, oğurladıqları əşyaları da satıb pul əldə etməyi təklif etmişdir. Teymurun təklifi ilə razılaşmış və birlikdə həmin ünvana getmişlər. Saat 13 radələrində həmin ünvana çatmışlar, çay evinin giriş qapısı əvəzinə qoyulmuş dəmir barmaqlığı Teymurla birlikdə əyərək aşağı hissəsindən çay evinin həyətinə daxil olmuşlar. Çay evinin alminium materialdan olan giriş qapısını və 04 ədəd pəncərələri yerindən söküb çıxarmışlar. Habelə çay evinin pəncərəsində olan dəmir barmaqlığın birini sökmüşlər, digər dəmirbarmaqlığı isə sökə bilməmişlər. Buna görə də həmin dəmir barmaqlıq yarasız hala düşmüşdür. Sonra çay evinin içərisində olan bir ədəd pivə aparatını, obyektin tavanında olan təxminən 60-70 metr uzunluğunda eletrik naqillərini, lambirini, bir ədəd elektriklə işləyən sacı və həyətdə plasmasdan olan 10-15 metr uzunluğunda su borusunu yerindən söküb yoldan keçən tanımadıqları taksi ilə aparıb Bakı şəhəri, Suraxanı rayonunda dəmir alqı-satqısı ilə məşğul olan Cəlal adlı şəxsə satmışlar. Əldə etdikləri pulu da Teymur ilə öz aralarında bölüb öz ehtiyacları üçün xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun dostudur. Balaxanla birlikdə Bakı şəhəri, Suaraxnı rayonu, Əmircan qəsəbəsində yerləşən bazarda fəhləlik etmişlər. 15 iyun 2021-ci il tarixdə Balaxana, birlikdə gedib kafedə oturub yemək yeməyi təklif etmişdir. Buna görə də onunla birlikdə Suraxanı rayonu ərazisində yerləşən “Ləzgilər” kafesində yemək yeyib spirtli içki qəbul etmişlər. Sonra söhbət etdikləri zaman avtomobil qaçırdıb sürmək, sonra isə qaytarıb yerinə qoymaq barədə qərara gəlmişlər. Bu məqsədlə 15 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixə keçən gecə, saat 00:30-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Çudo-Peçka” adlanan obyektin yaxınlığına gəlmişlər, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 məxsus “ZAZ-1 10557-51” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin həmin obyektin qarşısında saxlanıldığını görmüşlər. Avtomobilin qapıları bağlı olduğu üçün yük yerinin qapısı isə açıq olduğundan yük yerindən içəri daxil olmuşlar. Sonra avtomobilin salonuna keçmişlər və Balaxan avtomobilin sükanının aşağı hissəsindəki naqilləri bir-birinə vurub avtomobili işə salmaq istəsə də buna nail ola bilməmişdir. Sonra avtomobili işlək vəziyyətə gətirmək üçün itələmişlər, lakin avtomobil işlək vəziyyətə düşməmişdir. Avtomobili itələyərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Samsung” mağazasının yaxınlığındakı poçtun qarşısında saxlamışlar. Sonra avtomildən akkumluyatorunu çıxarıb özlərilə götürmüşlər. Həmin akkumlyatoru özlərilə götürməkdə məqsədləri başqa avtomobil tapıb əgər akkumlyatoru zəif olsa, həmin avtomobildən götürdükləri akkumlyatoru qoyub sürmək olmuşdur. Sonra ünvan 5 ünvanının qarşısında yolun kənarında “VAZ-21063” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşlər. Balaxan həmin avtomobilə yaxınlaşıb açıq vəziyyətdə olan qapısından avtomobilin içərisinə daxil olub sükanın aşağı hissəsindəki naqilləri bir-birinə vurub avtomobili işlək vəziyyətə gətirmişdir. Bundan sonra o, avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş və özləri ilə götürdükləri akkumlyatoru da yanına qoymuşdur. Sonra həmin yerdən çıxıb getmişlər, avtomobili Balaxan idarə etmişdir. Metronun “Koroğlu” stansiyasının yaxınlığında dövlət qeydiyyat nişanını xatırlamadığı yol polisinin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı Balaxandan avtomobilə aid sənədləri təqdim etməsini tələb etdikdə, sonuncu avtomobilin sənədlərinin üzərində olmadığını, avtomobilin onun (Teymurun) atasına aid olduğunu bildirmişdir. Buna görə də yol polisi əməkdaşı onları Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə aparmış, oradan da onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə təhvil vermişlər. Bundan başqa 07 sentyabr 2021-ci il tarixdə dostu Balaxan ilə birlikdə spirtli içki olan “Go” qəbul etmiş, həmin ərəfədə xərcləmək üçün pulları olmadığı üçün Balaxana, ünvan 7 ünvanında yerləşən və halhazırda işləməyən çay evinə gedib oradan oğurluq etməyi, oğurladıqları əşyaları da satıb pul əldə etməyi təklif etmişdir. Balaxan onunla razılaşmış və birlikdə həmin ünvana getmişlər. Saat 13 radələrində həmin ünvana çatmışlar, çay evinin giriş qapısı əvəzinə qoyulmuş dəmir barmaqlığı Balaxanla birlikdə əyərək aşağı hissəsindən çay evinin həyətinə daxil olmuşlar. Çay evinin alminium materialdan olan giriş qapısını və 04 ədəd pəncərələri yerindən söküb çıxarmışlar. Habelə çay evinin pəncərəsində olan dəmir barmaqlığın birini sökmüşlər, digər dəmirbarmaqlığı isə sökə bilməmişlər. Buna görə də həmin dəmir barmaqlıq yarasız hala düşmüşdür. Sonra çay evinin içərisində olan bir ədəd pivə aparatını, obyektin tavanında olan təxminən 60-70 metr uzunluğunda eletrik naqillərini, lambirini, bir ədəd elektriklə işləyən sacı və həyətdə plasmasdan olan 10-15 metr uzunluğunda su borusunu yerindən söküb yoldan keçən tanımadıqları taksi ilə aparıb Bakı şəhəri, Suraxanı rayonunda dəmir alqı-satqısı ilə məşğul olan Cəlal adlı şəxsə Balaxanın şəxsiyyət vəsiqəsini təqdim etməklə satmışlar. Əldə etdikləri pulu da Balaxanla aralarında bölüb öz ehtiyacları üçün xərcləmişlər. Bundan başqa, 07 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində pulu olmadığı üçün ünvan 8 ünvanda yerləşən bir mərtəbəli binanın birinci mərtəbəsində olan obyektdən oğurluq etməyi qərarlaşdırmış və həmin obyektə yaxınlaşıb obyektin dəmir barmaqlığını çıxarıb içəri daxil olmuşdur. Bundan sonra obyektin 05 ədəd plastik pəncərəsini, 01 ədəd çıxardığı dəmir barmaqlığı, eyni zamanda obyektə qurlaşdırılmış 01 ədəd su, 01 ədəd işıq və 01 ədəd qaz sayğaclarını yerindən çıxarmışdır. Qeyd etdiyi əşyaları götürüb oradan uzaqlaşmış, daha sonra həmin əşyaları yol keçən tanımadığı metal yığan şəxsə özünə məxsus olduğunu deyib 250 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 25 yanvar 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 Mirzə oğlu göstərmişdir ki, “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında alıb idarə edir. Sonuncu dəfə yəni, 15 iyun 2021-ci il tarixdə, saat 17 radələrində işdən şıxıb yşadığı evə gəlmiş, qeyd etdiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 9 ünvanında saxlamışdır. 16 iyun 2021-ci il tarixdə saat 01:30-da hava isti olduğu üçün yata bilmədiyindən siqaret çəkmək üçün yaşadığı mənzilin eyvanına çıxmış, eyvandan avtomobilinə tərəf baxdıqda avtomobilini saxladığı yerdə görməmişdir. Dərhal həyətə düşmüş və həyətdə də avtomobilini saxladığı yerdə tapa bilməmişdir. Sonra başa düşmüşdür ki, ona məxsus avtomobilini kimsə qaçırtmışdır. Buna görə də ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət etmişdir. Hadisə nəticəsində “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə heç bir ziyan dəyməmişdir. Sonda E.M.Babayev təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncular barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. 25 yanvar 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ona məxsus ünvan 7 ünvanda yerləşən çay evi var, lakin uzun müddətdir onu işlətmir. Təxminən 4-5 gündən bir həmin çay evinə gedib nəzarət edir. Sonuncu dəfə 03 sentyabr 2021-ci il tarixdə həmin çay evinə gedib nəzarət edərkən hər şeyin qaydasında olduğunu görmüşdür. 07 sentyabr 2021-ci il tarixdə, təxminən saat 15 radələrində isə çay evinə gedib baxanda obyektə girişinə quraşdırılmış qapı yeri kimi nəzərdə tutulmuş dəmir barmaqlığın əyilmiş vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olub baxanda oradan cəmi 1.800 manat dəyərində 01 ədəd 2x2 ölçüdə alminium qapının, 03 ədəd 2x2.5 ölçüdə və 01 ədəd 1.5x1.5 ölçüdə alminum pəncərələrin, 600 manat dəyərində 01 ədəd pivə aparatının, 200 manat dəyərində 2x2 ölçüdə dəmirbarmaqlığın, 22 manat dəyərində 15 metr uzunluğunda 25 mm-lik plasmas borunun, 84 manat dəyərində 70 metr uzunluğunda 04 mm-lik elektrik naqillərinin, 40 manat dəyərində 05 kv. metr lambirinin, 50 manat dəyərində 01 ədəd elektriklə işləyən sacın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2.796 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncular barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. 24 fevral 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, özünə məxsus “ZAZ-1 10557” markalı, **-OU-*** qeydiyyat nişanlı avtomobili 15 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonunda “ÇUDA peçka”nın yanında saxlayıb işlədiyi “Suraxanı bazarına” getmişdir. Həmin günü, təxminən saat 21 radələrində işdən çıxmış və iş yoldaşları ilə birlikdə evə getmişdir. Buna görə də avtomobilini götürməmiş və avtomobili həmin yerdə dayanıqlı vəziyyətdə qalmışdır. 16 iyun 2021-ci il tarixdə, saat 10 radələrində işə gəldikdə avtomobilinin yerində olmadığını görmüş, bundan sonra həmin ərazidə xeyli gəzdikdən sonra avtomobilini Suraxanı qəsəbəsində yerləşən “Samsung” mağazasının yaxınlığında poçtun arxasında yolun kənarında dayanıqlı vəziyyətdə olduğunu görmüşdür. Avtomobilinə yaxınlaşdıqda hər iki qapılarının və mator hissədə yerləşən kapotun açıq olduğunu görmüş, eyni zamanda avtomobilin içərisinə baxdıqda elektrik naqillərinin qırıldığını, matorxana hissədə olan bir ədəd 110 manat dəyərində akkumlyatorun yerində olmadığını aşkar etmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub bu barədə məlumat vermiş, sonra isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Avtomobilindən yalnız bir ədəd 110 manat dəyərində akkumlyatoru götürülmüşdür. Başqa avtomobilinə hər hansı bir ziyan dəyməmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncular barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. 24 fevral 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 göstərmişdir ki, özünə məxsus ünvan 10 ünvanda yerləşən bir mərtəbəli binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi var, lakin həmin obyekt uzun müddətdir işləmir. 15 sentyabr 2021-ci il tarixdə obyektin qonşuluğunda yaşayan üzdən tanıdığı şəxs ona zəng edib obyektinin pəncərələrinin yerində olmadığını bildirmişdir. 16 sentyabr 2021-ci il tarixdə obyektə gedib baxanda görmüşdür ki, obyektin cəmi 1.250 manat dəyərində 05 ədəd plastik pəncərələri, 100 manat dəyərində 01ədəd dəmir barmaqlığı, 200 manat dəyərində 01 ədəd su sayğacı, 220 manat dəyərində 01 ədəd qaz sayğacı və 200 manat dəyərində 01 ədəd işıq sayğacı oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1.970 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncular barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, yaşadığı evdə metal alqı-satqısı ilə məşğul olur. 07 sentyabr 2021-ci il tarixdə, təxminən saat 14:30 radələrində əvvəlcədən tanımadığı sonradan adlarını bildiyi Balaxan və Teymur adlı şəxslər yaşadığı evə gəlib özlərinə məxsus metalları satmaq istədiklərini bildirmişlər. Onlardan həmin əşyaları haradan əldə etdiklərini soruşduqda onlar həmin əşyaların özlərinə məxsus olduğunu və yararsız halda olduğundan, həmçinin istifadə etmədikləri üçün satmaq istədiklərini bildirmişlər. Bundan sonra onlara inanmış və onların gətirdikləri 01 ədəd alminium qapını, 04 ədəd alminum pəncərələri, 01 ədəd pivə aparatını, 01 ədəd dəmir barmaqlığı, təxminən 15 metr uzunluğunda plasmas borunu, təxminən 70 metr uzunluğunda elektrik naqilləri, 05 kv. metr lambirini, 01 ədəd elektriklə işləyən sacı 200 manata almışdır. Sonradan polis əməkdaşları ona yaxınlaşdıqda həmin əşların oğurluq olduğunu bilmiş, lakin yuxarıda da qeyd etdiyi kimi həmin əşyaların oğurluq olması barədə əvvəlcədən hər hansı bir məlumatı olmamışdır. Həmin əşyaları tanımadığı şəxslərə satmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 4 ünvanında yerləşən əvvəllər çay evi kimi fəaliyyət göstərmiş obyektədən oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı həmin obyektin dağınıq vəziyyətdə olduğu, ön hissədən qapı və pəncərələrin çıxarıldığı müəyyən olunmuşdur. İş materiallarında olan baxış aparılması haqqında 16 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Samsung” mağazasının arxa giriş qapısının önündə, Zərərçəkmiş şəxs1 məxsus “ZAZ-110557-51” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundakı naqillərin qırılmış, ön kapotunun açıq olduğu, akkumulyatorun isə oğurlandığı müəyyən edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 16 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ünvan 3 ünvanının qarşısında baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, avtomobilindən hər hansı bir qiymətli əşya oğurlanmamışdır. İş materiallarında olan baxış aparılması haqqında 17 sentyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus obyekt kimi fəaliyyət göstərmiş qeyri-yaşayış sahəsindən oğurluq faktı aşkar edilmişdir İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 18 noyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin icrası zamanı bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Çudo-Peçka” adlanan obyektin yaxınlığınan “ZAZ-110557-51” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmışdır və polis əməkdaşlarına həmin yerə getməyi təklif etmişdir. Həmin yerə çatdıqdan sonra hadisə yerini göstərərək bildirmişdir ki, 16 iyun 2021-ci il tarixdə, saat 00:30 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus “ZAZ-110557-51” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının aşağı hissəsindəki naqilləri bir-birinə vurub işə salmaq istəmiş, lakin avtomobili işlək vəziyyətə gətirə bilməmişlər. Buna görə də, avtomobili itələyib Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Samsung” mağazasının yaxınlığındakı poçtun qarşısına qədər qaçırıb orada saxlamışlar. Sonra avtomobilin akkumluyatorunu çıxardıb özlərilə götürmüşlər, məqsədiləri isə başqa avtomobil tapıb əgər akkumlyatoru zəif olsa, həmin avtomobildən götürdükləri akkumlyatoru qoyub sürmək olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına ünvan 5 ünvanının qarşısına getməyi təklif etmiş və həmin yerə çatdıqdan sonra hadisə yerini göstərərək bildirmişdir ki, 16 iyun 2021-ci il tarixdə, gecə saat 01 radələrində orada yolun kənarında “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili sükanın aşağı hissəsindəki naqilləri bir-birinə vurub avtomobili işlək vəziyyətə gətirmiş və Teymur avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş, özlərilə götürdükləri akkumlyatoru da yanına qoymuşdur. Sonra avtomobili özü idarə edib qaçırmış, lakin metronun “Koroğlu” stansiyasının yaxınlığında avtomobili idarə edən zaman dövlət qeydiyyat nişanını xatırlamadığı yol polisinin əməkdaşı tərəfindən saxlanılmışlar. Bundan başqa Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına ünvan 4 ünvana getməyi təklif etmiş, həmin yerə çatdıqdan sonra hadisə yerini göstərərək bildirmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə Teymurla birlikdə həmin ünvanda yerləşən çay evinin dəmir barmaqlığını əyərək aşağı hissəsindən çay evinin həyətinə daxil olub çay evinin giriş qapısını, 04 ədəd alminium pəncərələri, çay evinin pəncərəsində olan dəmir barmaqlığı sökmüşlər, həmçinin qeyd olunan əşyalarla birlikdə oradan 01 ədəd pivə aparatını, obyektin tavanında olan təxminən 60-70 metr uzunluğunda eletrik naqillərini, lambirini, 01 ədəd elektriklə işləyən sacı və həyətdə plasmasdan olan 10-15 metr uzunluğunda su borusunu oğurlamışlar. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 18 noyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin icrası zamanı bildirmişdir ki, dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 11 ünvanda yerləşən obyektdən oğurluq etmişdir və polis əməkdaşlarına həmin yerə getməyi təklif etmişdir. Həmin yerə çatdıqdan sonra hadisə yerini göstərərək bildirmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə Balaxanla birlikdə həmin ünvanda yerləşən çay evinin dəmir barmaqlığını əyərək aşağı hissəsindən çay evinin həyətinə daxil olub çay evinin giriş qapısını, 04 ədəd alminium pəncərələri, çay evinin pəncərəsində olan dəmir barmaqlığı sökmüşlər, həmçinin qeyd olunan əşyalarla birlikdə oradan 01 ədəd pivə aparatını, obyektin tavanında olan təxminən 60-70 metr uzunluğunda eletrik naqillərini, lambirini, 01 ədəd elektriklə işləyən sacı və həyətdə plasmasdan olan 10-15 metr uzunluğunda su borusunu oğurlamışlar. Bundan başqa, tək ünvan 10 ünvanda yerləşən bir mərtəbəli binanın birinci mərtəbəsində olan obyektdən oğurluq etdiyini bildirərək, polis əməkdaşlarına həmin ünvana getməyi təklif etmişdir. Həmin yerə çatdıqdan sonra hadisə yerini göstərərək bildirmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində obyektin dəmir barmaqlığını çıxarıb içəri daxil olmuş, sonra obyektin 05 ədəd plastik pəncərəni, 01 ədəd çıxardığı dəmir barmaqlığı, eyni zamanda obyektə qurlaşdırılmış 01 ədəd su, 01 ədəd işıq və 01 ədəd qaz sayğaclarını yerindən çıxarıb oğurlayıb oradan uzaqlaşmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cavanlığını əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında 16 iyun 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 iyun 2021-ci il tarixli qərardan, habelə vəsatətin müdafiə edilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı rayon prokurorunun 18 iyun 2021-ci il tarixli və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 16 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, 13 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmiş və həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələrinə tövsif edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 sentyabr 2021-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti həmin Məhkəmənin 09 dekabr 2021-ci il tarixli qərarı ilə 20 gün müddətinə, yəni 31 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 11 sentyabr 2021-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 25 (iyirmi beş) gün, ümumilikdə isə tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008ci il tarixli, 04 saylı Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsin təqsirli bilindiyi bir neçə cinayətin bir qismi yetkinlik yaşına çatanadək, digər qismi yetkinlik yaşına çatdıqdan sonra törədildikdə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, əvvəlcə CM-nin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla 18 yaşına çatanadək törədilmiş cinayətə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəza təyin edilməli və CM-nin 66-cı maddəsinə uyğun olaraq təyin olunmuş cəzalar birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edlirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosessində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İşdə olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 22 iyul 2003-cü il tarixdə anadan olmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki iş üzrə 16 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 həmin əməllərinə görə barəsində Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini yetkinlik yaşına çatanadək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini isə yetkinlik yaşında törətdiyinə görə Təqsirləndirilən şəxs2 əvvəlcə CM-nin 85ci maddəsinin tələbləri nəzərə alınmaqla 18 yaşına çatanadək törədilmiş cinayətə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəza təyin təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə həmin Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, bundan əlavə məhkəmə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə cəza təyin edərkən yuxarıda qeyd edilənlərlə yanaşı Təqsirləndirilən şəxs2 həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətə görə həmin Məcəllənin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətə görə isə ümumi əsaslarla azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında 16 iyun 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 iyun 2021-ci il tarixli qərardan, habelə vəsatətin müdafiə edilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı rayon prokurorunun 18 iyun 2021-ci il tarixli və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 16 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, 13 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmiş və həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələrinə tövsif edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmaqla 11 dekabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti həmin Məhkəmənin 10 dekabr 2021-ci il tarixli qərarı ilə 20 gün müddətinə, yəni 31 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 02 noyabr 2021-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 03 (üç) gün, ümumilikdə isə tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 05 (beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 10 (on) ay 10 (on) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmənin 11 yanvar 2022-ci il tarixə təyin edilmiş hazırlıq iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 isə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1, öz vəsaiti hesabına müqavilə bağladığı vəkili X4 tərəfindən hüquqi yardım göstərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CMnin 185.2.1 və 185.2.2-ci maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 11 sentyabr 2021-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 25 (iyirmi beş) gün, ümumilikdə isə tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 02 noyabr 2021-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 03 (üç) gün, ümumilikdə isə tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 05 (beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 10 (on) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar