Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-75/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X5, təqsirləndirilən şəxs X5 müdafiəçisi, Bakı şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, X5, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatla olmaqla, həmin ünvanda yaşayan, 13 iyul 2023-cü il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 06 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 193,00 manat olmaqla, iki uşağa cəmi 386,00 manat sabit pul məbləğində alimenti övladları 23 iyul 2013-cü il təvəllüdlü X6 və 21 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bəkirova (Zeynalova) Ceyhunə İntiqam qızının xeyrinə ödəməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 may 2022ci il tarixli, 2(010)-770/2022 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 20 iyul 2022-ci il tarixli, 3(010)-2225/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icra etməsi ilə əlaqədar ona 01 avqust 2022-ci il, 29 sentyabr 2022-ci il, 25 noyabr 2022-ci il, 07 aprel 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 27 aprel 2023-cü il tarixədək cəmi 4310,00 manat aliment borcunu zərər çəkmiş şəxs Bəkirova (Zeynalova) Ceyhunə İntiqam qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Samir Zeynalov Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğuldur, yəni qeyri-rəsmi olaraq rəngsaz ustası işləyir, aylıq gəliri 600,00 manat təşkil edir. Bundan başqa qeyd etmişdir ki, Bəkirova (Zeynalova) Ceyhunə İntiqam qızı ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından X10 və X8 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaları mümkün olmadığından 2022-ci ildə Zərərçəkmiş şəxs (Zeynalova) ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 23 may 2022-ci il tarixli, 2(010)-770/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və övladları sonuncunun himayəsinə verilərək əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 193,00 manat olmaqla, iki uşağa cəmi 386,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 23 iyul 2013-cü il təvəllüdlü Vaqif Zeynalovun və 21 mart 2017-ci il təvəllüdlü Hüseyn Zeynallının yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Zeynalovanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan müxtəlif vaxtlarda izahatlar almış, hətta həmin məhkəmənin 20 iyul 2022-ci il tarixli, 3(010)-2225/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hal-hazırda şikayətinin olmadığını, zərərçəkmiş şəxsə olan borcunun tam qaytarıldığını bildirərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bəkirova (Zeynalova) Ceyhunə İntiqam qızı ifadəsində göstərmişdir ki, X9 ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından X10 və X8 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2022-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 23 may 2022-ci il tarixli, 2(010)-770/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş, həmin vaxdan övladları onun himayəsinə verildiyi üçün əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 193,00 manat olmaqla, iki uşağa cəmi 386,00 manat sabit pul məbləğində aliment X3 tutularaq 23 iyul 2013-cü il təvəllüdlü V.Zeynalovun və 21 mart 2017-ci il təvəllüdlü H.Zeynallının yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 20 iyul 2022-ci il tarixli, 3(010)-2225/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Sonda o, təqsirləndirlən şəxs tərəfindən iddia üzrə 4310 manat məbləğində borcunun tam olaraq ödənildiyini və ona qarşı şikayətinin olmadığını bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 193,00 manat, iki uşağa cəmi 386,00 manat sabit pul məbləğində aliment X3 tutularaq 23 iyul 2013-cü il təvəllüdlü X6 və 21 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bəkirova (Zeynalova) Ceyhunə İntiqam qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 may 2022-ci il tarixli, 2(010)-770/2022 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar S.Zeynalova bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, müxtəlif vaxtlarda şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Samir Zeynalov İcra şöbəsində verdiyi izahatlarda fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 20 iyul 2022-ci il tarixli, 3(010)-2225/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 may 2022-ci il tarixli, 2(010)-770/2022 saylı qətnaməsinin icrası zamanı X7 məxsus əmlakların və gəlirlərin müəyyən edilməsi mümkün olmasa da sonuncu tərəfindən istintaqa verilmiş ifadə də fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni qeyri-rəsmi olaraq rəngsaz ustası işlədiyi üçün aylıq gəlirinin 600,00 manat təşkil etdiyi etiraf edilmişdir. Onun gəlirləri olduğu halda alimenti ödəməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli icra edilməməsi ilə nəticələnmişdir. Cinayət işinin materiallarında olan 01 avqust 2022-ci il, 29 sentyabr 2022-ci il, 25 noyabr 2022-ci il, 07 aprel 2023-cü il tarixli xəbərdarlıqlardan, həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 3(010)-2225/2022 saylı qərarından, eyni zamanda digər sənədlərdən görünür ki, X9 həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 23 may 2022-ci il tarixli, 2(010)-770/2022 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin 83-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 21 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin 121-122-ci vərəqində olan 13 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, X12 barəsində axtarış elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli məktubdan görünür ki, X9 29 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Bəkirova (Zeynalova) Ceyhunə İntiqam qızı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxsin ona iddiası üzrə 4310 manat tam olaraq ödənildiyini, şikayətininin olmadığını bildirmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 CM-in 306.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 zərərçəkmiş şəxs Bəkirova (Zeynalova) Ceyhunə İntiqam qızına dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(010)-770/2022 saylı qətnaməsini tam icra etməsini nəzərə alıb hesab edir ki, X9 cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə X9 cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və barəsində seçilmiş «həbs » qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanın ödənildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. X9 dərhal məhkəmə iclas zalından azad edilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-75/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-75/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver