Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-76/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Füzuli rayonunun Alxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 271 saylı orta məktəbin həyətyanı sahəsində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,602 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd yaşıl və sarı rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,254 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlayıb daşımış və xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:50 radələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən elan edilmiş komendat saatı rejimi qaydalarını pozaraq, ünvan 1 ünvanın qarşısında piyada gəzməsi və üzərində narkotik vasitə olmasını bildirməsi səbəbindən Azərbaycan Respublikası DİN-nin X10 Alayının 7-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, ünvan 2 ünvanda olan Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasına gətirilərək, videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq, Bakıxanov qəsəbəsi ərazisində gəzməyə başlamışdır. Saat 18 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində ünvanını dəqiq bilmədiyi küçə ilə gedən zaman, yerdə iki ədəd büküm olmasını görmüşdür. Həmin bükümlər diqqətini çəkmiş, bükümləri götürüb açaraq içərisinə baxmış, bükümlərin içərisində narkotik vasitəyə bənzər maddələr olmasını görmüşdür. Həmin vaxt ətrafda heç kəs olmamış, o, narkotik vasitələri iylədikdə, bükümün birində kakos, digərində isə şüşə kimi bildiyi maddələr olmasını aşkar etmişdir. Həmin narkotik vasitələri tanımağına səbəb onların qoxusu, toz və krsital şəkilli olması olmuşdur. O, həmin maddələri götürüb əynində olan şalvarımın sağ yan cibinə qoymuşdur. Belə ki, həmin maddələri istifadə etmək qərarına gəlmişdir. Lakin həmin vaxt əldə etdiyi həmin maddələrdən istifadə etməmişdir. Saat təxminən 22:50 radələrində Z.Şərifov küçəsi ilə gedən zaman, üç nəfər polis geyimində şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Polis əməkdaşları komendat saatı ilə əlaqədar küçəyə çıxmağın qadağan olmasını demişlər. Bu zaman o, üzərində narkotik maddələr olmasından həyəcanlanmış və özünü şübhəli aparmışdır. Daha sonra o, polis əməkdaşlarına üzərində narkotik maddələr olmasını eitraf etmiş, sonra polis əməkdaşları ona Polis Bölməsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə razılaşıb, heç bir etiraz etməmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət etmişlər və vəkilin iştirakı hüquq-vəzifələri ona izah edilmişdir. Bundan sonra vəklin və polis əməkdaşlarını iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, bu zaman o, üzərində saxladığı, içərisində narkotik tərkibli maddələr olan iki ədəd bükümü sağ yan cibindən çıxarıb təqdim etmişdir. Axtarış zamanı ona narkotik tərkibli maddələri hansı yolla əldə etməyi barədə sual verilmiş, buna cavab olaraq o, bildirmişdir ki, aşkar edilmiş maddələri həmin günü Bakıxanov qəsəbəsi ərazisində yerdən tapmış və şəxsi istifadəsi üçün götürmüşdür. Bundan başqa üzərindən qanunsuz heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş narkotik tərkibli maddələr polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, qablaşdırılmış zərflər özü və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitəni və psixotrop maddəni yalnız özü istifadə etmək üçün əldə etmiş, narkotik vasitəni və psixotrop maddəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin X10 Alayının 7-ci patrul bölüyünün polis nəfəri işləyir və polis serjantı rütbəsindədir. xx xxxxxxx 2020-ci il tarixdə iş yoldaşları, polis serjantları Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində xidməti avtomobil ilə xidmət aparmışlar. Həmin günü saat 22:50 radələrində qeyd etdiyi küçədə 5 saylı ünvanda yerləşən binanın qarşısından keçən zaman, bir nəfər şəxsin Nazirlər Kabinetinin qərarına əsasən komendat rejimi qaydalarını pozaraq küçədə gəzməsini və özünü şübhəli aparmasını görmüşdür. Onlar avtomobildən düşüb həmin şəxsə yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən nə üçün komendat saatında küçədə olmasını və özünü şübhəli aparmasının səbəbini soruşmuşlar. Bu zaman həmin şəxs narkotik vasitə istifadə etməsini və üzərində narkotik vasitə olduğu üçün həyəcanlandığını demişdir. Bundan sonra iş yoldaşları həmin şəxsə onlarla birlikdə polis bölməsinə getməyi təklif etmiş, həmin şəxs də heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra həmin şəxsi xidməti avtomobillə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsinin rəisinə raportla aidiyyəti üzrə məruzə etmiş və Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. X6 vəkil dəvət edilmiş, vəkilin və onların iştirakı ilə X7 Quliyevin üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək, şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağız büküm və bir ədəd yaşıl-sarı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması, haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümlərin içərisində “kakos” və “şüşə” kimi tanıdığı narkotik vasitələr olmasını, 2020-ci ilin oktyabr ayının 8-də saat 18 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerdən tapmasını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsini bildirmişdir. Həmin bükümlər açılmış, bir ədəd ağ kağız bükümün içərisindən toz şəkilli maddə, bir ədəd yaşıl-sarı rəngli kağız bükümün içərisindən isə kristal şəkilli maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X10 Alayının 7-ci patrul bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan xx xxxxxxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 278/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-76/2021 nömrəli xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq, həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2021-ci il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli 6/2102 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “.. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,602 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,254 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X3 X4 Komissiyasının verdiyi xx xxxxxxx 2020- ci il tarixli 2856 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan “X9” tərəfindən verilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Hepatit B xəstəliyi müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş və elan edilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, müalicə prosesinə cəlb olunduğunu, törətmiş olduğu cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,602 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,254 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-cı il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-də saxlanılan bir ədəd bükümdə təmiz çəkisi 0,602 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,254 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-76/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-76/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver