Məhkəmə qərarları › İş №1(010)-77/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-77/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-77/2024 09.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, fərdi yaşayış evində yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərarı ilə barəsində “ev dustaqlığı qətimkan” tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Əhmədov X4 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 Baş İdarəsində qeydiyyata alınmış, tanışı Şahid6 məxsus ********** nömrəli X1 nömrəsində (bundan sonra VÖEN) istifadə etməklə, ünvan 3 ünvanında yerləşən “FƏDƏK” adlı restoranın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni - 10 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, o əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə 2017-ci ildən Zərərçəkmiş şəxs6 “dəzgahçı” vəzifəsinə, 2018-ci ildən Zərərçəkmiş şəxs4 “fırınçı” vəzifəsinə, 01 avqust 2021-ci il tarixdən X3 “kassir” vəzifəsinə, 10 avqust 2021-ci il tarixdən X9 “ofisiant” vəzifəsinə, 15 avqust 2021-ci il tarixdən Zərərçəkmiş şəxs1 “ofisiant” vəzifəsinə, 20 avqust 2021-ci il tarixdən Zərərçəkmiş şəxs9 “dönərçi” vəzifəsinə, 20 avqust 2021-ci il tarixdən Zərərçəkmiş şəxs7 “dönərçi” vəzifəsinə, 20 avqust 2021-ci il tarixdən Zərərçəkmiş şəxs5 “qab yuyan” vəzifəsinə, 13 sentyabr 2021-ci il tarixdən Zərərçəkmiş şəxs2 “aşbaz” vəzifəsinə və 19 sentyabr 2021-ci il tarixdən Zərərçəkmiş şəxs3 “xadiməçi” vəzifələrində işlətməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni - 10 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildə Ağstafa şəhəri; 2 nömrəli orta məktəbini bitirmiş, 2017-ci ildə “FƏDƏK” restoranını icarəyə götürməklə özünü və ailəsini dolandırmış, “FƏDƏK” restoranında əmək şəraitinin və əmək funksiyalarını özü tənzimləmiş, restoranda işləyən işçilərin əmək haqları onun tərəfindən müəyyən edilib ödənilmiş, xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən “FƏDƏK” restoranında operativ vergi nəzarəti tədbiri keçirilmiş və həmin restoranda əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuş 10 (on) nəfər şəxsin müxtəlif vaxtlarda işə cəlb edildiyi müəyyən olunmuşdur. Bundan başqa, o, həmin ifadəsində göstərmişdir ki, 2017-ci ildə Şahid6 restoranı işlətmək üçün təhvil alarkən onun X1 Nömrəsindən (Bundan sonra VÖEN) istifadə etməsini xahiş etmiş, Şahid6 onun xahişini nəzərə alaraq VÖEN-dən istifadə edilməsinə razılıq vermiş, xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən Şahid6 restoranda işləyən işçilərin onun tərəfdən işə cəlb olunduqlarını izahatda qeyd etməsini xahiş etsə də, həqiqətdə restoranın işçiləri özü tərəfdən işə cəlb olunmuşdur. Sonda himayəsində 3 uşağının olduğunu, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi ilə bağlı məsuliyyətə cəlb edildiyini, bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini və onların ona qarşı şikayətlərin və tələblərinin olmadığını nəzərə alınmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 15 avqust 2021-ci il tarixdən “FƏDƏK” restoranında ofisiant kimi fəaliyyətə başlamış, həmin restorana Təqsirləndirilən şəxs tərəfindən işə cəlb olunmuş, 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparılmış, restoranda dönərçi kimi Zərərçəkmiş şəxs9, aşbaz kimi Zərərçəkmiş şəxs2, xadiməçi kimi Zərərçəkmiş şəxs3, ofisiant kimi Zərərçəkmiş şəxs8, dəzgahçı kimi Zərərçəkmiş şəxs6, mətbəxdə qab yuyan kimi işləyən Zərərçəkmiş şəxs5, fırınçı kimi Zərərçəkmiş şəxs4, dönərçi kimi Zərərçəkmiş şəxs7, kassir kimi Zərərçəkmiş şəxs10 və restoranın müdiri kimi Təqsirləndirilən şəxs tanıdığını, Şahid6 tanımadığını, iş saatının 12:00-dan 00:00-a kimi davam etdiyini, əmək haqqının günlük 10 (on) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini və restoranda işlədiyi müddətdə onunla heç bir əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “FƏDƏK” restoranına yaxınlaşaraq iş üçün müraciət etmiş, 13 sentyabr 2021-ci il tarixdən restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən aşbaz kimi işə cəlb olunmuşdur. 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən restoranda yoxlama aparıldığını, 13 sentyabr 2021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək “FƏDƏK” restoranında aşbaz kimi işlədiyini, Şahid6 tanımadığını, iş saatının 08:00-dan 17:00-a kimi davam etdiyini, əmək haqqının günlük 20 (iyirmi) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini və işlədiyi müddətdə restoran sahibi ilə aralarında heç bir əmək müqaviləsi bağlanmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “FƏDƏK” restoranına yaxınlaşaraq xadiməçi kimi işləmək istədiyini bildirmiş, restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs onu xadiməçi kimi işə cəlb etmiş, 19 sentyabr 2021-ci il tarixdən “FƏDƏK” restoranında xadiməçi kimi fəaliyyətə başlamış, 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən restoranda yoxlama aparılmış, restoranda dönərçi kimi Zərərçəkmiş şəxs9, aşbaz kimi Zərərçəkmiş şəxs2, dəzgahçı kimi Zərərçəkmiş şəxs6, mətbəxdə qab yuyan kimi işləyən Zərərçəkmiş şəxs5, fırınçı kimi Zərərçəkmiş şəxs4, dönərçi kimi Zərərçəkmiş şəxs7, restoranın sahibi kimi Təqsirləndirilən şəxs tanıdığını, Şahid6 tanımadığını bildirmişdir. İş saatının 08:00-dan 20:00-a kimi davam etdiyini, əmək haqqının 10 (on) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini və işlədiyi müddətdə restoran sahibi ilə aralarında heç bir əmək müqaviləsi bağlanmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən “FƏDƏK” restoranında fırınçı kimi işə başlamış, Təqsirləndirilən şəxs tərəfindən həmin restorana işə cəlb olunmuş, 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən restoranda yoxlama aparılmış, restoranda Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 tanıdığını bildirmişdir. Restoranın rəhbəri kimi isə Təqsirləndirilən şəxs tanıdığını, Şahid6 tanımadığını, iş saatının 12:00-dan 00:00-a kimi davam etdiyini, həftədə 6 gün işlədiyini, əmək haqqının günlük 30 (otuz) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini və işlədiyi müddətdə restoran sahibi ilə aralarında heç bir əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının sonlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “FƏDƏK” restoranına yaxınlaşaraq qab yuyan kimi işləmək istədiyini bildirmiş, restoranın sahibi kimi tanıdğı Təqsirləndirilən şəxs tərəfindən qab yuyan kimi işə cəlb olunmuş, 20 avqust 2021-ci il tarixdən “FƏDƏK” restoranında qab yuyan kimi fəaliyyətə başlamışdır. 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidməti işçilərinin restorana daxil olaraq orada yoxlama apardıqlarını, restoranda aşbaz kimi Zərərçəkmiş şəxs2, dəzgahçı kimi Zərərçəkmiş şəxs6, fırınçı kimi Zərərçəkmiş şəxs4 və dönərçi kimi Zərərçəkmiş şəxs7 tanıdığını, Şahid6 tanımadığını, iş saatının 08:00-dan 20:00-a kimi davam etdiyini, əmək haqqının günlük 10 (on) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini və işlədiyi müddətdə restoran sahibi ilə aralarında heç bir əmək müqaviləsi bağlanmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2017-ci ildən ünvan 3 ünvanında yerləşən “FƏDƏK” restoranının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən dəzgahçı kimi işə cəlb olunmuş, 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən restoranda yoxlama aparılmış, restoranda dönərçi kimi Zərərçəkmiş şəxs9, aşbaz kimi Zərərçəkmiş şəxs2, xadiməçi kimi Zərərçəkmiş şəxs3, ofisiant kimi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8 mətbəxdə qab yuyan kimi işləyən Zərərçəkmiş şəxs5, fırınçı kimi Zərərçəkmiş şəxs4 və restoranın kassiri kimi Zərərçəkmiş şəxs10 tanıdığını, oğlu Zərərçəkmiş şəxs7 da, həmin restoranda dönərçi kimi işlədiyini bildirmişdir. O, 2016-cı ildə “FƏDƏK” restoranının əvvəlki sahibi Şahid6 vaxtında işlədiyini, bir müddətdən sonra işdən ayrıldığını, sonradan Şahid6 restoranı Təqsirləndirilən şəxs satdığını bildikdə o, 2017-ci ildə işsiz olduğuna görə “FƏDƏK” restoranının sahibi Təqsirləndirilən şəxs iş üçün müraciət etdiyini, həmin ildən restorana dəzgahçı kimi işə cəlb olunduğunu, 21 sentyabr 2021-ci il tarixdə izahat yazarkən vergi işçilərinin ondan nə vaxtdan işlədiyini soruşduqda, o, 2016-cı ildən həmin restoranda işlədiyini qeyd etmişdir. 2017-ci ildə Təqsirləndirilən şəxs tərəfindən restorana işə cəlb olunduğunu, iş saatının 10:00-dan 18:00-a kimi davam etdiyini, əmək haqqının günlük 15 (on beş) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini və işlədiyi müddətdə restoran sahibi ilə aralarında heç bir əmək müqaviləsi bağlanmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “FƏDƏK” restoranında dönərçi kimi işə başlamış, həmin işə Təqsirləndirilən şəxs tərəfindən cəlb olunmuş, 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən restoranda yoxlama aparılmış, restoranda dönərçi kimi Zərərçəkmiş şəxs9, aşbaz kimi Zərərçəkmiş şəxs2, xadiməçi kimi Zərərçəkmiş şəxs3, ofisiant kimi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, qabyuyan kimi Zərərçəkmiş şəxs5, fırınçı kimi Zərərçəkmiş şəxs4, nəzarətçi-kassir kimi Zərərçəkmiş şəxs10 tanıdığını və anası Zərərçəkmiş şəxs6da həmin restoranda dəzgahçı kimi işlədiyini bildirmişdir. Şahid6 isə tanımadığını, həmin restoranda iş saatının 12:00-dan 00:00-a kimi davam etdiyini, əmək haqqının günlük 20 (iyirmi) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini və işlədiyi müddətdə restoran sahibi ilə aralarında heç bir əmək müqaviləsi bağlanmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2021 -ci ilin avqust ayının əvvəlində işləməsi üçün yaşadığı evin yaxınlığında yerləşən “FƏDƏK” restoranına yaxınlaşaraq iş üçün müraciət etmiş, 10 avqust 2021-ci il tarixdən restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən restoranda ofisiant kimi işə cəlb olunmuş, 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən restoranda yoxlama aparılmış, yoxlama tədbiri keçirilən zaman orada iş başında olmuş, “FƏDƏK” restoranının sahibi kimi Təqsirləndirilən şəxs, dönərçi kimi Zərərçəkmiş şəxs9, aşbaz kimi Zərərçəkmiş şəxs2, xadiməçi kimi Zərərçəkmiş şəxs3, ofisiant kimi Zərərçəkmiş şəxs1, dəzgahçı kimi Zərərçəkmiş şəxs6, mətbəxdə qab yuyan kimi işləyən Zərərçəkmiş şəxs5, fırınçı kimi Zərərçəkmiş şəxs4, dönərçi kimi Zərərçəkmiş şəxs7 və restoranın işçisi kimi Zərərçəkmiş şəxs10 tanıdığını bildirmişdir. Həmin işçilərlə birlikdə “FƏDƏK” restoranında işçi olaraq 10 avqust 2021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixinədək işlədiyini, iş saatının 10:00-dan 21:00-a kimi davam etdiyini, əmək haqqının günlük 10 (on) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini qeyd etmişdir. Bundan başqa Şahid6 tanımadığını, Təqsirləndirilən şəxs tərəfindən restorana ofisiant kimi işə qəbul olunsa da, işlədiyi müddətdə onunla aralarında heç bir əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdən “FƏDƏK” restoranının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən həmin restorana dönərçi kimi işə götürülmüşdür. 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən restoranda yoxlama aparıldığını, restoranda aşbaz kimi Zərərçəkmiş şəxs2, xadiməçi kimi Zərərçəkmiş şəxs3, ofisiant kimi Zərərçəkmiş şəxs1, ofisiant kimi Zərərçəkmiş şəxs8, dəzgahçı kimi Zərərçəkmiş şəxs6, mətbəxdə qab yuyan kimi işləyən Zərərçəkmiş şəxs5, fırınçı kimi Zərərçəkmiş şəxs4, dönərçi kimi Zərərçəkmiş şəxs7 və restoranın kassiri kimi Zərərçəkmiş şəxs10 tanıdığını, Şahid6 tanımadığını, iş saatının 12:00-dan 00:00-a kimi davam etdiyini, əmək haqqının günlük 22 (iyirmi iki) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini və işlədiyi müddətdə restoran sahibi ilə aralarında heç bir əmək müqaviləsi bağlanmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 01 avqust 2021-ci il tarixdən Təqsirləndirilən şəxs tərəfindən “FƏDƏK” restoranına kassir kimi işə cəlb olunmuş, 21 sentyabr 2021-ci il tarixdə restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən restoranda yoxlama aparılmış, restoranda dönərçi kimi Zərərçəkmiş şəxs9, aşbaz kimi Zərərçəkmiş şəxs2, xadiməçi kimi Zərərçəkmiş şəxs3, ofisiant kimi Zərərçəkmiş şəxs1, dəzgahçı kimi Zərərçəkmiş şəxs6, mətbəxdə qab yuyan kimi işləyən Zərərçəkmiş şəxs5, fırınçı kimi Zərərçəkmiş şəxs4 və dönərçi kimi Zərərçəkmiş şəxs7 tanıdığını, adlarını sadaladığı şəxslərlə birlikdə “FƏDƏK” restoranında işçi olaraq, 01 avqust 2021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixinədək işləmişdir. İş saatının 10:00-dan 21:00-a kimi davam etdiyini, həftənin bütün günləri restoranda olduğunu, günlük əmək haqqının 20 (iyirmi) manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, Şahid6 təxminən 2-3 dəfə gördüyünü ancaq restoranda kassir kimi işləmək üçün Təqsirləndirilən şəxs tərəfindən işə götürüldüyünü və işlədiyi müddətdə restoran sahibi ilə aralarında heç bir əmək müqaviləsi bağlanmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını şifahi və yazılı surətdə bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin Daxili nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, 21,09.2021-ci il tarixli, **********9769 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar Şahid6 (VÖEN: **********) məxsus ünvan 4 ünvanında yerləşən “FƏDƏK” restoranında onun və qərarda adları qeyd edilən Şahid2, Şahid5, Şahid4 və Şahid3 iştirakları ilə operativ vergi nəzarəti tədbiri keçirildiyini, keçirilən tədbir zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən Şahid6 məxsus “FƏDƏK” restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda şəxslərin, yəni 11 (on bir) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, 21,09.2021-ci il tarixli, DVX seriyalı 004135 nömrəli aktla rəsmiləşdirilmişdir. “FƏDƏK” restoranında tədbir keçirilən zaman Şahid6 restorana yaxınlaşaraq Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarla, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarla, operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə ilə və həmin qərarların Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş çıxarışla könüllü olaraq tanış olduğunu həmin sənədlərin surətlərini imza edərək qəbul etdiyini, bundan başqa izahat verərək 11 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsini etiraf etmişdir. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin tədbirdə iştirak etmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin əməkdaşları Şahid3, Şahid5, Şahid4 və X7 edilməsi Baş İdarəsinin Bildiriş, sərəncam, xəbərdarlıq, maliyyə sanksiyası və ümidsiz borcların idarə edilməsi şöbəsi Böyük dövlət vergi müfəttişi, Şahid2 eyni məzmunlu ifadələr verərək iş yoldaşı Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2014-cü ildən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ********** saylı VÖEN əldə edib ünvan 5 ünvanında yerləşən “Fədək” restoranında 2017-ci ilə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2017-ci Hdə iş/ərinin zəiflədiyini və müəyyən borcları olduğuna görə restoranı tanışı Təqsirləndirilən şəxs biznes olaraq satmış, restoranı Təqsirləndirilən şəxs təhvil versə də, onun xahişi ilə özünə məxsus ********** saylı VÖEN-i işlətməsi üçün ona vermişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək restorana vergi xidməti işçilərinin gəldiyini, orada yoxlama aparıldıqlarını deyərək onu restorana çağırmış, o restorana yaxınlaşanda vergi işçilərinə izahat yazaraq restoranın işçilərinin onun tərəfdən müxtəlif işlərə cəlb olunduğunu qeyd etmişdir. Bundan başqa, o, həmin ifadəsində göstərmişdir ki, restoranda işləyən 11 nəfər şəxsin əmək müqavilələri olmadan işçi kimi işə götürülməsindən məlumatı olmamış, onlara nağd qaydada əmək haqqı ödəməmiş, hazırda restoranın Təqsirləndirilən şəxs tərəfindən idarə olunduğunu, operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmadan müxtəlif işlərə cəlb olunan işçilərin Təqsirləndirilən şəxs tərəfindən işə cəlb olunduğunu, işçilərin əmək haqlarının Namaz tərəfindən ödənildiyini və restoranda işləyən işçilərdən Zərərçəkmiş şəxs6 başqa heç kimi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. sənədlərlə tam təsdiq olunur. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fərdi sahibkar Şahid6 sahibkarlıq fəaliyyəti göstərdiyi restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 11 nəfərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə cinayət işi başlanılması və həmin iş icraata qəbul edilərək, ibtidai araşdırma aparılması və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraat, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılması qərara alınmışdır. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işi icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs qismində cəlb olunması və ona Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli **********639300 nömrəli xidməti məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi ünvan 4 ünvanında yerləşən “FƏDƏK” restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 10 (on) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində 16829,40 manat məbləğində “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və icbari tibbi sığorta” haqqını ödəməkdən yayınmış və qeyd olunan şəxslərlə hər hansı əmək müqaviləsi bağlamamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2022-ci il tarixli, 012-13698- 1222 nömrəli məktubuna əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı 590975 nömrəli, xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 sentyabr 2021-ci il tarixdə 305 sayla qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X12 qeyd edilmişdir. İş materiallarında olan Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı 316517 nömrəli, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 29 oktyabr 2019-cu il tarixdə 621 sayla qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X12 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli məktubdan görünür ki, X11 27 fevral 2024-cü il tarixdə tutularaq 29 fevral 2024-cü il tarixdə saxlanması üçün 03 saylı istintaq təcridxanasına götürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərarı ilə X11 barəsində “ev dustaqlığı qətimkan” tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 15.2-cü maddəsinə əsasən həmin Məcəllənin 162-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunurlar. Eyni Məcəllənin 75.1.1-ci maddəsinin tələbinə görə «böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə» şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən «Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır…». İttiham aktına əsasən Təqsirləndirilən şəxs əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə 2017-ci ildən Zərərçəkmiş şəxs6 “dəzgahçı” vəzifəsinə, 2018-ci ildən Zərərçəkmiş şəxs4 “fırınçı” vəzifəsinə, 01 avqust 2021-ci il tarixdən X3 “kassir” vəzifəsinə, 10 avqust 2021-ci il tarixdən X9 “ofisiant” vəzifəsinə, 15 avqust 2021-ci il tarixdən Zərərçəkmiş şəxs1 “ofisiant” vəzifəsinə, 20 avqust 2021-ci il tarixdən Zərərçəkmiş şəxs9 “dönərçi” vəzifəsinə, 20 avqust 2021-ci il tarixdən Zərərçəkmiş şəxs7 “dönərçi” vəzifəsinə, 20 avqust 2021-ci il tarixdən Zərərçəkmiş şəxs5 “qab yuyan” vəzifəsinə, 13 sentyabr 2021ci il tarixdən Zərərçəkmiş şəxs2 “aşbaz” vəzifəsinə və 19 sentyabr 2021-ci il tarixdən Zərərçəkmiş şəxs3 “xadiməçi” vəzifələrində işlətməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni - 10 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Göründüyü kimi, cinayətin törədildiyi vaxtdan etibarən iki ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsinin tələblərinə görə «Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur». Bu maddədən irəli gələn məsələlərlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Cinayət işinin sonuncu epizodu 19 sentyabr 2021-ci il tarixində törədilmişdir. Cinayət işi 16 iyun 2022-ci ildə başlanıb. 20 sentyabr 2022-ci ildə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsi ilə (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması səbəbi ilə) dayandırılmış, 15 iyul 2023-cü ildə təzələnərək, 17 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə icraatın dayandırıldığı 20 sentyabr 2022-ci ildən iş üzrə icraatın təzələndiyi 17 iyul 2023-cü il tarixinədək olan müddət ərzində təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunması istiqamətində faktik olaraq heç bir təsirli tədbir görülməyib. 31 oktyabr 2023-cü ildə cinayət işi ittiham aktı ilə birlikdə Suraxanı Rayon Məhkəməsinə təqdim edilib. Lakin Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyinə görə Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilərək iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayətin 19 sentyabr 2021-ci ildə törədildiyini, 16 iyun 2022-ci ildə başlanmış cinayət işi üzrə icraatın 20 sentyabr 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsində və Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsində («təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə» cinayət təqibi üzrə icraat dayandırıla bilər) nəzərdə tutulmuş əsasla deyil, Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasla dayandırıldığını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 20 sentyabr 2022-ci il tarixindən iş üzrə icraatın növbəti dəfə dayandırıldığı 25 sentyabr 2023-cü il tarixinədək keçmiş 01 il 05 gün müddəti Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulan müddətə hesablanmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 29 fevral 2024-cü il tarixdə 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işi üzrə icraat Suraxanı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı ilə təzələnib. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Müvafiq dövrlər üzrə icraatın Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsində və Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş əsasla dayandırıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, 25 sentyabr 2023-cü il –11 mart 2024-cü il tarixləri üzrə dövrləri əhatə edən müddət Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulan müddətə hesablana bilməz. Bununla yanaşı, yuxarıda qeyd olunan 01 il 5 gün və 11 mart 2024-cü ildən bu günədək keçmiş 29 gün Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulan müddətə hesablanmalıdır. Beləliklə, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə hesablanmalı olan müddət bu gün üçün 02 il 1 ay 05 gün təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçib. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən «cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Göyüşov X5 Namaz Zakir oğlunun Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə cinayətin törədildiyi gündən 02 ildən artıq müddət keçməklə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxs X6 haqqında iş üzrə icraata xitam verilməsini və onu məhkəmə iclas zalından həbsdən azad edilməsini xahiş etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin həmin maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar