Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-78/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X* Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx *99* -ci ildə Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonunun Qarağacı kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Xətai rayonu, «NZS» yaşayış sahəsi, Aşıq Qurban küçəsi, ev 25-də yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.*-ci və 234.*-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə *8 sentyabr 202*-ci il tarixdə, saat *3:40-da işlədiyi Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti "xxxx" MMC-nin balansında olan «İVECO» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan avtomobili idarə etmək üçün səlahiyyəti olmamasına baxmayaraq, müəssisənin qaracından idarə edib çıxardaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Qəsəbəsi, Balandin 42 ünvanda saxlayıb, üzərində olan 5 ədəd, hər birinin qiyməti 250 manat olan «ROAD SHİN RS» markalı, 3*5/80 R 22,5 ölçülü təkərləri gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti "xxxx" MMC-yə *250 (min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təmiz çəkisi 6,258 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı RPİ-nin 3* -ci PB-nin əməkdaşları tərəfindən 2* sentyabr 202*-ci il tarixdə, saat *4 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Əliyev küçəsində barəsində olan araşdırma materialı ilə əlaqədar olaraq saxlanılaraq, ünvan 2 ünvanda yerləşən 3* -ci PB-nə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,258 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *77.*-ci və 234.*-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 20*3-cü ildən Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir və ** CP *** nömrəli “MAN” markalı yük maşınını idarə etmişdir. Hərdən bir də başqa markalı zibil tullantıları daşıyan maşınları idarə etmişdir. 02 sentyabr 202*-ci il tarixdən etibarən müəssisə rəhbərliyi ilə aralarında narazılıq olduğundan, bir neçə gün işə çıxmamışdır. Lakin sonradan işsiz qalmaq istəmədiyi üçün *8 sentyabr 202*-ci il tarixdə, saat *4 radələrində müəssisəyə getmiş və iş yoldaşı Şirxanın “İVEKO markalı ** CF *** nömrəli zibil tullantıları yığan maşını qaracda saxlamasını görərək, sonuncudan xahiş etmişdir ki, avtomobili idarə etmək üçün ona versin. Şirxan da etiraz etməmiş və o, avtomobili götürüb əraziyə çıxmışdır. İstəmişdir ki, avtomobili idarə edərək, əraziyə çıxıb işləsin və işə can yandırdığını müəssisə rəhbərliyinə təsdiq etdirsin. Lakin sonradan idarə etdiyi“İVEKO markalı ** CF *** nömrəli zibil tullantıları yığan maşının üzərində olan 5 ədəd təzə təkərləri müəssisədən gizlin şəkildə ələ keçirib satmaq qərarına gəlmişdir. Bu məqsədlə də «İVECO» markalı maşını idarə edərək, NZS qəsəbəsindən Suraxanı rayon polis idarəsinin qarşısına getmiş və təhlükəsiz yer olduğuna görə maşını orada saxlamışdır. Sonra isə «Renta Car»dan kirayə götürdüyü «LAND-CRUZER» markalı avtomobili yaşadığı evin qarşısından götürüb idarə edərək, Suraxanı RPİ-nin qarşısına getmişdir. «İVECO» markalı avtomobilin üzərində olan 5 ədəd təzə təkərləri çıxardıb «LAND- CRUZER» markalı avtomobilin yük yerinə qoymuş və təkərləri aparıb Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı təkər dəyişən sexi işlədən şəxsə *.000 (min) manata satmış, həmçinin, satdığı təkərlərin əvəzinə köhnə təkərlər alaraq, «İVECO» markalı avtomobilin üzərinə qoymuşdur. Təkərləri alan şəxs elə başa düşmüşdür ki, satdığı təkərlər ona məxsusdur. Səhəri günü, yəni *9 sentyabr 202*-ci il tarixdə, saat *7 radələrində o, iş yoldaşı Raufdan xahiş etmişdir ki, gəlib maşını müəssisəyə aparmaqda ona köməklik etsin. Həmin vaxt tanışı Maqsudun adına «Renta Car»dan kirayə götürdüyü «Land Cruzer» markalı avtomobili idarə etmişdir. Tanışı Maqsudu və iş yoldaşı Raufu götürüb, avtomobili «İVEKO» markalı ** CF *** nömrəli zibil tullantıları yığan maşının yanında saxlamışdır. Həmin vaxtı tanışı Lalə zəng vurub demişdir ki, uşağı xəstədir, təcili yardım çağırıb ki, test götürsünlər, ancaq «ŞAQMAN» markalı yük maşını akumlyatoru yatıb küçədə qaldığı üçün təcili yardım maşını keçə bilmir. Lalə bilirmiş ki, o, zibil tullantıları yığan yük maşını idarə edir. Ona görə də ondan xahiş etmişdir ki, zibil tullantıları yığan maşını aparıb akumlyatorlarından istifadə edərək «ŞAQMAN» markalı yük maşını işə salsın. Laləyə hörməti olduğundan, sonuncuya etiraz etməmişdir. Akumlyatorları «İVECO» markalı maşının üzərindən götürəndə, müəssisənin şöbə rəisi Heydər müəllim gəlib onu görmüş və tələb etmişdir ki, akumlyatorları yerinə qoysun. Lakin Laləyə kömək lazım olduğundan, o, Heydər müəllimin sözünü yerə salmış və onu işə buraxmadığı üçün ona qarşı acıqlı olduğundan, «get işinlə məşğul ol» deyərək, akumlyatorları götürmüş və «Land Cruzer» markalı avtomobilə qoyaraq, Laləgilin küçəsinə getmişdir. Həmin vaxt Rauf nəyə görəsə onlardan uzaqlaşmışdır, buna görə də onu götürə bilməmişdir. Mansuru isə özüylə götürmüşdür. Mənsuru Bülbülə qəsəbəsində düşürdükdən sonra Laləgilin küçəsinə getmiş və həqiqətən də «ŞAQMAN» markalı avtomobilin akumlyatorunun yatdığı üçün küçədə qaldığını görmüşdür. O, «İVECO» markalı avtomobilə aid olan 2 ədəd akumlyatorları götürüb «ŞAQMAN» markalı yük avtomobilinə qoyaraq işə salmağa kömək etmişdir. Sonra isə akumlyatorları çıxardıb «Land Cruzer» markalı avtomobilə qoyaraq, geri qaytarmaq istəmişdir. Həmin vaxtı şöbə müdiri Heydər müəllimin onu görməsini Laləyə demiş və xahiş etmişdir ki, özü hadisənin hansı səbəbdən baş verməsini Heydər müəllimə danışsın. Lalə də onunla razılaşmış və onu «İVECO» markalı avtomobili saxladığı Suraxanı RPİ-nin qarşısına aparmışdır. Elə bilmişdir ki, Heydər müəllim hələ də oradadır. Ancaq sonuncu çıxıb getmişdir. Rauf onu gözləmişdir və onun köməkliyi ilə 2 ədəd akumlyatoru «İVECO» markalı avtomobilin üstünə qoyub oradan getmişdir. Bundan sonra 2* sentyabr 202*-ci il tarixdə, saat təxminən *4 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Əliyev küçəsində 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onu şübhəli şəxs qismində polis bölməsinə aparmışlar. Suraxanı RPİ-nin 3*-ci PB-də hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qanunsuz əşya varsa, onu təqdim etməsi təklif olunmuşdur. Özü səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində taparaq saxladığı narkotik vasitə olan qurudulmuş marixuana vardır. Bundan sonra PB-nin xidməti otağında videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki boz rəngli şalvarının sağ yan cibindən 0* ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuananı çıxardaraq təqdim etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır və Əmircan qəsəbəsində zibil qutusunun yanından tapmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana 0* ədəd ağ rəngli kağız zərfə qoyularaq ağzı bağlanmışdır və zərfin üzərini imzalamışdır. O, törətdiyi əməllərdən peşmandır. Cinayət əməli nəticəsində "xxxx" MMC-yə vurduğu zərəri tam olaraq ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin arasında bağlanmış əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs müəssisədə sürücü kimi işə başlamışdır. Sonuncu işlədiyi dövr ərzində vaxtıvaxtında işə gəlmiş, hər ay maaşını almışdır və müəssisə ilə onun arasında heç bir problem olmamışdır. Lakin sonradan Təqsirləndirilən şəxs işə məsuliyyətsiz yanaşmışdır və hərdən bir heç bir üzürlü səbəblər olmadan işə gəlməmişdir. Sonuncuya rəhbərlik tərəfindən işə məsuliyyətsiz yanaşmasına görə irad bildirilməsinə baxmayaraq, heç bir nəticə çıxartmamışdır. Bundan sonra 202*-ci il sentyabr ayının təxminən *2-dən sonra bir həftə ərzində Təqsirləndirilən şəxs ümumiyyətlə işə çıxmamışdır. Bundan sonra müəssisəyə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs *8 sentyabr 202*-ci il tarixdə, saat *3:40 radələrində müəssisəyə gəlib qaraca daxil olmuş və rəhbərliyin xəbəri olmadan «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşını yol vərəqəsi olmadan götürüb idarə edərək, müəssisədən çıxmışdır. Təqsirləndirilən şəxs fürsətdən istifadə edərək, «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşının üzərində olan, hər birinin qiyməti 250 manat olan, ümumi dəyəri isə *250 manat olan «ROAD SHİN RS» markalı, 3*5/80 R 22,5 ölçülü 05 ədəd təkərləri satıb, onların əvəzində isə köhnə təkərləri maşına qoymuşdur. Maşının müəssisədən çıxarılmasını bildikdən sonra GPRS vasiəsiylə izlənmişdir və müəssisənin şöbə rəisi Şahid3 *9 sentyabr 202*-ci il tarixdə, saat *7:45 radələrində «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşını Suraxanı RPİ-nin inzibati binasının yaxınlığında aşkar etmişdir. Şahid3 görmüşdür ki, Təqsirləndirilən şəxs maşının üzərində olan iki ədəd «Baacaıc» markalı *2 v. akumlyatoru çıxardıb başqa bir «LAND CRUZER» markalı avtomobilə qoymuşdur. Şahid3 Təqsirləndirilən şəxs tələb etmişdir ki, akumlyatorları qaytarıb maşının üstünə qoysun. Lakin Təqsirləndirilən şəxs ona əhəmiyyət verməmiş və «get işinlə məşğul ol» deyərək, 2 ədəd akumlyatorları çıxarmışdır. Bundan sonra Şahid3 DİN-nin *02 zəng mərkəzinə məlumat vermişdir. Hadisə yerinə Suraxanı RPİ-nin 3*-ci PB-nin əməkdaşları gəlmişlər və «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşına baxış keçirilmişdir. Eyni zamanda müəssisənin əməkdaşları «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşının Təqsirləndirilən şəxs tərəfindən icazəsiz götürülməsi, təkərlərinin satılması və akumlyatorlarının çıxarılması barədə akt tərtib etmişlər. 20 sentyabr 202*-ci il tarixdə müəssisənin baş mexaniki Nazim Şərifov «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşını işə salıb müəssisəyə aparmaq istəmişdir. Lakin həmin vaxtı maşının akumlyatorları üzərində olmamışdır. Buna görə də o, digər maşının akumlyatorları vasitəsi ilə «İVECO» markalı avtomobili işə salaraq müəssisəyə aparmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs müəssisəyə vurduğu zərəri tam olaraq ödəmişdir, akumulyatorlar saz vəziyyətdə müəsissəyə qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində tələblərinin və şikayətlərinin olmadıqlarını bildirmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, hadisə vaxtı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti "xxxx" MMC-nin şöbə rəisi vəzifəsində işləmişdir. Hazırda isə həmin müəssisənin direktoru vəzifəsini icra edir. Təqsirləndirilən şəxs əmək müqaviləsi əsasında 20*3-cü il tarixdən "xxxx" MMC-də sürücü kimi işə başlamış, işlədiyi dövr ərzində vaxtı-vaxtında işə gəlmiş, hər ay maaşını almışdır, müəssisə ilə sonuncunun arasında heç bir problem olmamışdır. Lakin sonradan Təqsirləndirilən şəxs işə məsuliyyətsiz yanaşmışdır və hərdən bir heç bir üzürlü səbəblər olmadan işə gəlməmişdir. Ona işə məsuliyyətsiz yanaşmasına görə dəfələrlə irad bildirilməsinə baxmayaraq, heç bir nəticə çıxartmamışdır. Bundan sonra 202*-ci il sentyabr ayının təxminən *2-dən sonra bir həftə ərzində Təqsirləndirilən şəxs ümumiyyətlə işə çıxmamışdır. Bundan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs *8 sentyabr 202*-ci il tarixdə, saat *3:40 radələrində müəssisəyə gəlib qaraca daxil olmuş və «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşını yol vərəqəsi olmadan götürüb idarə edərək, müəssisədən çıxmışdır. Təqsirləndirilən şəxs fürsətdən istifadə edərək «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşının üzərində olan 5 ədəd təkərləri satıb, əvəzində isə köhnə təkərləri maşına qoymuşdur. Maşının müəssisədən çıxarılmasını bildikdən sonra GPRS vasitəsiylə izlənmişdir və *9 sentyabr 202*-ci il tarixdə, saat *7:45 radələrində «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşını Suraxanı RPİ-nin inzibati binasının yaxınldığından aşkar etmişdir. Görmüşdür ki, Təqsirləndirilən şəxs maşının üzərində olan iki ədəd «Baaıc» markalı *2 v. akumlyatoru çıxardıb, başqa bir «LAND CRUZER» markalı avtomobilə qoymuşdur. O, Təqsirləndirilən şəxs tələb etmişdir ki, akumlyatorları qaytarıb maşının üstünə qoysun. Lakin Təqsirləndirilən şəxs ona əhəmiyyət verməmiş və «get işinlə məşğul ol» deyərək, çıxıb getmişdir Bundan sonra o, DİN-nin *02 zəng mərkəzinə məlumat vermişdir. Hadisə yerinə Suraxanı RPİ-nin 3*-ci PB-nin əməkdaşları gəlmişlər və «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşına baxış keçirilmişdir. Eyni zamanda müəssisənin əməkdaşları «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşının Təqsirləndirilən şəxs tərəfindən icazəsiz götürülməsi, təkərlərinin satılması və akumlyatorlarının götürməsi barədə akt tərtib etmişlər. 20 sentyabr 202*-ci il tarixdə müəssisənin baş mexaniki Nazim Şərifov «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşını digər maşının akumlyatorları vasitəsi ilə işə salaraq müəssisəyə aparmışdır. Ona görə ki, həmin vaxtı «İVECO» markalı maşının akumlyatorlar üzərində olmamışdır. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid4 Əsəd oğlu göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində «Kərpic Zavod»un yaxınlığında avtomobil təkərlərin alış-satışı sexi işlədir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs belə tanıyır ki, sonuncu *-2 dəfə gəlib ondan təkər almışdır, hərdən bir də təkərləri təmir etdirmişdir. *8 sentyabr 202*-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs sexə gəlmiş və iri yük maşınına aid olan 5 ədəd təkəri satmaq istədiyini, təkərlərin özünə aid olduğunu demişdir. Nicat sexə zibil tullantıları maşını ilə deyil, başqa bir markasını xatırlaya bilmədiyi yük maşını ilə getmişdir. O, 5 ədəd yük maşını təkərləri üçün Nicata *000 (min) manat pul vermişdir. Bundan sonra Nicat sexdən çox ucuz qiymətə 5 ədəd təkər götürüb getmişdir. O, Təqsirləndirilən şəxs ona satdığı 5 ədəd təkərlərin oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Nicatdan aldığı 5 ədəd təkəri tanımadığı şəxsə satmışdır. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 3*-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid* göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinin şöbə müdürü Şahid3 *9 sentyabr 202*-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin *02 zəng mərkəzinə məlumat verərək və Suraxanı RPİnin 3*-ci PB-nə ərizə ilə müraciət edərək göstərmişdir ki, komunal xidmətin sürücüsü Təqsirləndirilən şəxs müəssisəyə aid olan «İVECO» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili müəssisədən icazəsiz olaraq çıxartmış və *9 sentyabr 202*-ci il tarixdə, saat *7:45 radələrində Suraxanı RPİ-nin inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs yük avtomobilinin hər iki akumlyatorunu aparmışdır. Oğurluq nəticəsində müəssisəyə ziyan dəyməsini bildirmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin ərizə əsasında 3*-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Araz Osmanov tərəfindən araşdırma aparılmış və Təqsirləndirilən şəxs müəyyən edilməsindən ötrü 2*.09.202*-ci il tarixli raportu icra edilməsindən ötrü ona tapşırılmışdır. Bununla bağlı keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs 2*.09.202*-ci il tarixdə, saat *4:00-da Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Əliyev küçəsində hərəkətdə olarkən saxlanılmış və nəyə görə saxlanılması ona izah edildikdən sonra öz razılığı ilə 3*-ci PB-nə aparılmışdır. PB-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri ona izah edilmiş, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, sonuncudan üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması barədə soruşulduqda, Təqsirləndirilən şəxs şalvarının cibində öz istifadəsi üçün saxladığı narkotik vasitə olan qurudulmuş marixuana olmasını etiraf etmiş, şəxsi axtarış zamanı o, özü əynindəki boz rəngli şalvarının sağ yan cibindən 0* ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli, ot şəkilli, spesifik iyi olan kütləni təqdim edərək, onun narkotik vasitə olan qurudulmuş marixuana olmasını demiş, narkotik vasitəni haradan əldə etməsini soruşduqda isə, onu Əmircan qəsəbəsində zibilliyin yanından tapmasını söyləmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsi zərfə qoyulmuş və zərfin üzəri iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 3*-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 da Şahid* göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 2* sentyabr 202*-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 202*-ci il tarixdə Azərbaycan Respublikası CM-nin *80.*-ci və 234.*-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin həmin maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş və onun barəsində həmin tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən əvvəli 2* sentyabr 202*-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(0*0)-642/202* saylı, *7.*2.202*-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat təmin olunmamış və sonuncu barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(0*0)-395/202* saylı, 29.*2.202*-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında **.*2.202*-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin *80.*-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və bu barədə material ayrılaraq, Suraxanı rayon prokurorluğuna göndərilməsi, Bakı şəhəri İcra Hakimiyyəti Komunal Xidmətlər Müəssisəsi MMC-yə məxsus olan «İVEKO» markalı ** CF *** dövlət qeydiyyat nişanlı zibil daşıyan maşına məxsus olan 02 ədəd akumulyatorların oğurlanması faktına görə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri İcra Hakimiyyəti Komunal Xidmətlər Müəssisəsi MMC-yə məxsus olan «İVEKO» markalı ** CF *** dövlət qeydiyyat nişanlı zibil daşıyan maşını *8 sentyabr 202*-ci il tarixdə, saat *4 radələrində müəssisədən özbaşına olaraq idarə edib aparması faktına görə onun barəsində Azərbaycan Respublikası CM-nin *85-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 22 sentyabr 202*ci il tarixli 7/974 nömrəli məhkəmə bioloji ekspertizası üzrə verdiyi rəydə göstərilmişdir ki, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0* ədəd kibrit qutusunun içərisində olan təmiz çəkisi 6,258 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır». «Qeyd: Marixuananın təmiz çəkisi-6,258 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq- 6,238 qramdır. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X4-Narkoloji tibbi yoxlama ekspertizasının *3 noyabr 202*-ci il tarixli 4472 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu naromaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin *0 dekabr 202*-ci il tarixli 9/8702 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə verdiyi rəydə göstərilmişdir ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 202*-ci ilin sentyabr ayına olan orta bazar qiyməti (* ədəd Road Şhin RS 600 markalı təkərin ölçüsü-3*5/80R22,5-təkər 250 manat) və ümumi dəyəri nəzəri qaydada təxminən *000,00 manat müəyyən olunur. İş üzrə 23 sentyabr 202*-ci il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası haqqında qərarda «İVECO» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı zibil tullantıları üçün istifadə olunan maşına aid oğurlanmış təkərlərin sayı 05 ədəd göstərilmək əvəzinə səhvən 04 ədəd kimi qeyd olunmuş və bu səbəbdən də məhkəməəmtəəşünaslıq ekspertizasının *0 dekabr 202*-ci il tarixli 9/8702 rəyində 0* ədəd təkərin bazar qiyməti 250 manat olmaqla, 04 ədəd təkərin bazar qiyməti *000 manat kimi göstərilmişdir. Ona görə də 0* ədəd eyni markadan olan təkərin qiymətinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin eksperti İİİ dərəcəli ədliyyə qulluqçusu X2 iş üzrə ifadəsi alınmış və müəyyən edilmişdir ki, * ədəd Road Şhin RS 600 markalı ( təkərin ölçüsü-3*5/80R22,5 təkər) təkərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 202*-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 250 manat təşkil etdiyindən 5 ədəd eyni markalı və ölçülü təkərin qiyməti *000,00 manat təşkil edir. Ona görə də istintaq zamanı «İVEKO» markalı ** CF *** dövlət qeydiyyat nişanlı zibil daşıyan maşının 5 ədəd təkərinin oğurlanması nəticəsində Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti "xxxx" MMC-yə dəymiş maddi ziyanın məbləği *250 kimi qəbul olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3* iyul 20*8-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3* iyul 20*8-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin *28-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 0* il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və ona təyin edilmiş 0* il müddətinə azadlıqdan məhrumetmə cəzası onun 24 iyun 20*7-ci il tarixdən 3* iyul 20*8-ci il tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən onun məhkumluğu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı Departamenti Kommunal Xidmətlər Müəssisəsi MMC-nin 53 saylı 28.02.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Suraxanı rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC-nə məxsus iki ədəd akumulyator saz vəziyyətdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı Departamenti Komunal Xidmətlər Müəssisəsi MMC-nin *4 saylı 25.0*.2022-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayon Məhkəməsinin icraatında olan *(0*0)-78/22 saylı cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı Şəhər İcra Hakimiyyəti MKTD "xxxx" MMC-yə vurduğu *250 (bir min iki yüz əlli) manat zərəri tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin *77.*-ci və 234.*-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli * №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə müəyyən olunmuşdur ki, cinayət əməli nəticəsində oğurlanmış 5 ədəd təkərlərin qiyməti *250 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.*-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 4*.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurduğu zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir tələbinin və şikayətinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6*-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Həmçinin, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu zərəri tam olaraq ödəmişdir. Bu hallar isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi və cinayət əməli nəticəsində vurduğu zərəri tam olaraq ödəməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *0.02.20*7-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *77.* və 234.*-ci maddələrinin sanksiyaları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.*.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş bir ədəd bükümdə, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6,238 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 35* – 353, 356, 358, 38*, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *77.*-ci maddəsi ilə təqsirli bilinərək 0* (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzaları qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 05 (beş) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 2*.09.202*-ci il tarixdən 0*.03.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 05 ay 08 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi *0 ay *6 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq * (bir) il 06 (altı) ay *4 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı» qismində qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.*.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6,238 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-78/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-78/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver