Məhkəmə qərarları › İş №1(010)-78/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-78/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-78/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Vəfa Cabir qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 13 iyun 2023-cü il tarixdə, saat 11:00-da, Bakı şəhərində, xx xxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 aprel 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, 20 iyun 2022-ci il tarixdə sübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-378/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 1(010)-403/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasına qədər təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-403/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci 177.2.3-2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 05 ədəd bükümdə ümumi təmiz çəkisi 1,146 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 aprel 2022-ci il tarixdə saat 13:00 dəqiqədə yaşadığı ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4nvanında yerləşən Suraxanı RPİ-nin Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət edilmiş və orada həmin bölmənin təhqiqatçısı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli pencəyinin sol yan cibindən 05 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0.254 qram, 0.278 qram, 0.184 qram, 0.266 qram, 0.164 qram, ümumi təmiz çəkisi 1,146 qram olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat təxminən 07:00 radələrində özgə əmlakını gizli talama məqsədi ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X7 məxsus Suraxanı rayonu ərazisində yerləşən (Hava Limanı yolu “Buta Palas”-ın qarşısı) ərazidən 210 manat dəyərində 35 metr uzunluğunda AVVQ 3x16+1x10 tipli kabeli, yəni dövlət əhəmiyyətli elektrik kabelini gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə saat təxminən 06 radələrində özgə əmlakını gizli talama məqsədi ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X7 məxsus Suraxanı rayonu ərazisində yerləşən (Hava Limanı yolu “Buta Palas”-ın qarşısı) ərazidən 210 manat dəyərində 35 metr uzunluğunda AVVQ 3x16+1x10 tipli kabeli, yəni dövlət əhəmiyyətli elektrik kabelini gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər 3 dəfə olmaqla sonuncu dəfə 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2017-ci ildə cəzasının çəkilməmiş 6 ayı qalmış Amnistiya tətbiq olunaraq azadlığa çıxmışdır. Daimi iş yeri olmadığından fərdi əməklə məşğul olaraq fəhləlik edib ailəsinə çörək pulu qazanır. 5 ilə yaxın müddətdir ki, narkotik maddə olan heroini ineksiya yolu ilə damarına vurmaqla qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində yaşadığı ünvanın qarşısında küçədə dayandığı zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərkən Suraxanı rayon polis idarəsinin işçiləri olduğunu bildirmiş, onu Suraxanı polis idarəsinin Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsininə dəvət etmişlər. Polis bölməsində ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkliş aparılaraq üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, üzərində narkotik vasitə, psixotrop maddə, eləeə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Əynində olan boz rəngli pencəyimin sol yan cibindən 05 ədəd siqaretin gümüşü rəngli kağızına büklmüş bükümləri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, özünün təqdim etdiyi beş bükümdən başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi beş ədəd bükümümün arasında narkotik vasitə heroin olduğunu, heroini 08 aprel 2022-ci il tarixdə saat 12 radələrində Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Polis əməkdaşları təqdim etdiyi beş bükümdə olan narkoti vasitə heroini bir ədəd zərfə qoyub, zərfi möhürləmiş, bu barədə protokol tərtib etmişlər. Protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Barəsində Azərbaycan Respublikası CM-nin 234.1 -ci cinayət işi başlanmış və istintaq şöbəsinə təqdim olunmuşdur. Pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi istiqamətində piyada gedərkən Yeni Ramana qəsəbəsi istiqamətində körpünün üstündən keçərkən işıq dirəklərinin elektrik kabellərinin birləşdiyi hissəsinin açıq olduğunu görmüş, işıq dirəklərində işıq yanmadığı üçün xəttdə elektrik cərəyanın olmadığına əmin olmuş və kabeli dartaraq təxminən 35 netr uzunluğunda kabeli qırıb oğurlayaraq Yeni Suraxanı qəsəbəsinin girişində yerləşən metal qəbulu yerinə aparıb özünə məxsus olmasını bildirrərək 10 manata satıb öz ehtiyacına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə də pulu olmadığından kabel oğurlamaq qərarına gəlmiş, kabel oğurlamaq məqsədi ilə saat 06 radələrində təkrarən həmin yerə getmiş, oradakı digər işıq dirəyindən eyni formada 35 metr uzunluğunda elektrik kabelini oğurlamış, yenə də Bakı şəhəri, Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsinin girişində yerləşən metal qəbulu yerinə aparıb özümə məxsus olmasını bildirərək 10 manata satmışdır. Həmin pulu da öz ehtiyacına xərcləmişdir. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxs və mülki cavabdehi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinə tabe olan "xxxx" EŞM-də hüquqşünas vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə İdarənin gecə nəzarətçiləri məluat vermişlər ki, Suraxanı rayonu ərazisində “Buta Körpüsü” adlandırılan ərazidə körpünün üstündə yerləşən işıqlandırma dirəklərinin 35 metr uzunluğunda elektrik naqilləri naməlum şəxs tərəfindən kəsilərək oğurlanmışdır. İdarənin işçiləri ilə birlikdə məlumatda göstərilən yerə baxış keçirmişdir. Sonra ona məlum olmuş ki, Suraxanı rayonu ərazsində «Buta Körpüsü» adlandırılan ərazidə körpünün üstündə yerləşən işıqlandırma dirəklərinin 210 manat dəyərində 35 metr uzunluğunda elektrik naqilləri həqiqətən də kəsilib oğurlanmışdır. Bu barədə rəsmi müraciət hazırlanıb poçtla Suraxanı RPİ-nə ünvanlamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə İdarənin gecə nəzarətçiləri yenə məluat vermişlər ki, Suraxanı rayonu ərazsində “Buta Körpüsü” adlandırılan ərazidə körpünün üstündə yerləşən işıqlandırma dirəklərinin 35 metr uzunluğunda elektrik naqilləri naməlum şəxs tərəfindən kəsilərək oğurlanmışdır. İdarənin işçiləri ilə birlikdə məlumatda göstərilən yerə baxış keçirmişdir. Məlum olmuş ki, Suraxanı rayonu ərazsində “Buta Körpüsü” adlandırılan ərazidə körpünün üstündə yerləşən işıqlandırma dirəklərinin 210 manat dəyərində 35 metr uzunluğunda elektrik naqilləri həqiqətən də kəsilib oğurlanmışdır. Sonra bu barədə rəsmi olaraq Suraxanı RPİ-nin Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə ərizə ilə müraciət olunmuşdur. Ümumilikdə Bakı şəhəri İcra Hakimiyyətinə tabe olan "xxxx" EŞM-ə 420 manat dəyərində maddi ziyan dəymişdir. Əlavə olaraq mülki iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Oğurluq hadisəsi nəticəsində müəssisəyə dəymiş zərər ümumilikdə 420 (dörd yüz iyrimi) manat məbləğində hesablanmışdır. Suraxanı RPİ-nin İstintaq şöbəsinin əməkdaşı oğurlanan 35 metr AVVQ 3x16+1x10 tipli kabelin müəssisəyə geri qaytarılmasını təmin etmişdir (210 manat). Qeyd olunanlara əsasən, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X7 vurulmuş 210 manat məbləğində maddi ziyanın Ceyhun Cabir oğlundan tutularaq müəssisəyə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə qərəzsiz mənbədən «Ceyhun» adlı şəxsin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Tağıyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal bölmə rəhbərliyilə raportla məruz etmişdir. «Ceyhun» adlı şəxsin xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmiş, bölmə rəisinin əmri ilə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 rəhbərliyi ilə onun da iştirak etdiyi əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşadığı evinin yaxınlığında olduğunu müəyyən edib saat 13:00-da onu orada saxlayaraq polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və qəbul etməkdə şübhəli olduğunu bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nə gəldikdən sonra PB-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan boz rəngli pencəyinin sol yan cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş beş ədəd bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi beş ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən bir bükümü beş manata olmaqla beş bükümünü iyirmi beş manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma sonuncunun üzərindən özünün təqdim etdiyi beş bükümdən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd büküm açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğu aşkar olunmuş, həmin beş ədəd büküm bir ədəd zərfə qoylaraq zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən beş ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülməsi haqqında protokol tərtib cdildkdən sonra protokolun məzmunu ilə tanış olaraq protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid3 ilə eyni məzmunlu ifadə verərək eyni məzmunlu xüsusatları təsdiq etmişdir. Cinayət işinin ibtidai istimntaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən «X13» məntəqəsində metal qəbulu ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Ceyhun kimi üzdən tanıdığı şəxs məntəqəyə gəlmiş, kabel satmaq istədiyini bildirmişdir. Ceyhundan kabeli haradan əldə etdiyini soruşduqda yaşadığı evin kabeli olduğunu, yenisi ilə əvəz etdiyi üçün satmaq istədiyni bildirmiş, onu məntəqənin yaxınlığında olan evə aparmış, inandığı üçün Ceyhunun satmaq istədiyi 30-35 metr uzunluğunda kabeli 10 manata almışdır. xx.xx.2022-ci il tarixdə Ceyhun yenə də onun işlədiyi məntəqəyə 30-35 metr uzunluğunda kabel gətirmiş, 10 manat pul verərək həmin kabeli də almışdır. Bundan sonra Ceyhun məntəqəyə gəlməmiş, o, Ceyhunu görməmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində aparılmış şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan boz rəngli pencəyinin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş beş ədəd bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi beş ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən bir bükümü beş manata olmaqla beş bükümünü iyirmi beş manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma sonuncunun üzərindən özünün təqdim etdiyi beş bükümdən başqa heç nə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2022-ci il tarixli 6/1958 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram, 0,278 qram, 0,184 qram, 0,266 qram, 0,164 qram, ümumi təmiz çəkisi 1,146 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Ümumi təmiz çəkisi 1,146 qram heroinin 0,100 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,046 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X10-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2699 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 08 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zamanı əynində olan boz rəngli pencəyinin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş beş ədəd bükümü çıxarıb təqdim edir, təqdim etdiyi beş ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən bir bükümü beş manata olmaqla beş bükümünü iyirmi beş manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirir. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 21 iyun 2022-ci il protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs “Buta Körpüsü” adlanan körpünün üzərində dayanaraq işıq dirəklərini və elektrik kabellərini kəsdiyi yeri göstərmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4666 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3x6+1x4 (AVVQ 3x16+1x10) ölçülü kabel nümunələrinin 1 metrinin orta bazar qiyməti 6.00 manat, 35 metrinin qiyməti isə 210.00 manat müəyyən edilmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli “Maddi sübuta baxış aparılması və götürülməsi haqqında” protokoldan görünür ki, Şahid1 oğurlanmış elektrik naqillərini istintaqa təhvil vermişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, oğurlanmış elektrik kabellərinin 35 metr uzunluğunda olan hissəsi zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Babayev X9 Qarnizonu Hərbi məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 142 «A»bəndi və 220.2-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 128-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Amnistiya 4-cii bəndinə əsasən cəzası 06 ay azaldılıb xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər də məhkum olunmasını, narkomaniya xəstəliyinə tutulduğunu, 1 nəfər azyaşlı uşağının olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 509579 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından 14 sentyabr 2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Törətdiyi cinayətləri etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilərək cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxs və mülki cavabdehi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 08 aprel 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxs və mülki cavabdehin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 09 aprel 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs və mülki cavabdeh qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 08 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 iyun 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində cəlb etmək haqqında 22 iyun 2022-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-378/2022 saylı, 22 iyun 2022-ci il tarixli, 1(010)-403/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli, 1(010)-403/2022 saylı, 21 sentyabr 2022-ci qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs və mülki cavabdeh qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci maddələri ilə ittiham elan edilmiş, barəsində əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasına qədər təsdiq edilmiş, həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, 22 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********** nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci maddələri ilə istintaq edilən 22010051 nömrəli cinayət işinə birləşdirilmiş və cinayət təqibi ********* nömrəsi altında davam etdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci və 234.1-ci maddələrinə tövsif edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 20 iyun 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın əvəzi qismində 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Suraxanı rayonu ərazisində (Hava limanı yolu "Buta Palas”ın qarşısı) yerləşən işıq dirəklərini elektrik enerjisi ilə təmin edən 70 metr AVVQ 3x16+1x10 tipli kabeli Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4666 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3x6+1x4 (AVVQ 3x16+1x10) ölçülü kabel nümunələrinin 1 metrinin orta bazar qiyməti 6.00 manat, 35 metrinin qiyməti isə 210.00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, oğurlanmış elektrik kabellərinin 35 metr uzunluğunda olan hissəsi zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi qismində tanınmış Nümayəndə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası təmin edilməli və Təqsirləndirilən şəxs Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 xeyrinə vurulmuş maddi ziyanın ödənilməmiş qalan 210 (iki yüz on) manat məbləği tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,046 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış 3x6+1x4 (AVVQ 3x16+1x10) ölçülü kabel nümunələrinin Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X7 təhvil verilməsi nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən, iş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 181 (yüz səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci 177.2.3-2-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 08 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 20 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası təmin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 xeyrinə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş xalis çəkisi 1,046 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3x6+1x4 (AVVQ 3x16+1x10) ölçülü kabel nümunələrinin Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X7 təhvil verilməsi nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 181 (yüz səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar