Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-78/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, Müdafiəçi, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş, əməlində cinayətin sadə residivi olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yeni y/m-də yaşamış, 08 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(010)-142/2024 saylı qərarı ilə barəsində əvvəli 08 may 2024-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 07 avqust 2024-cü il tarixli, 4(010)- 252/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə, yəni 28 avqust 2024-cü il tarixədək uzadılmış, məhkəmənin hazırlıq iclasının qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 228.4, 234.1 və 326.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq, qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəmetamfetamini əldə edib üzərində saxlamaqla daşıması və vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və digər mühüm şəxsi sənədini talama ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 oktyabr 2023cü il tarixdə, gecə saatlarında heç kimin onu görmədiyinə əmin olduqdan sonra, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanının qarşısında dayanıqlı vəziyyətdə saxladığı “VAZ” markalı, 21074 modelli, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nasaz vəziyyətdə olduğundan kilitlənməyən sağ arxa qapısını açaraq avtomobilin salonuna daxil olub salonda şitə bərkidilmiş sonuncuya məxsus 250 manat dəyərində “Pioneer” markalı maqnitolanı, qabaq sərnişin oturacağının qarşı tərəfində olan saxlanc yerindən 450 manat dəyərində “Honor” markalı elektron qol saatını, 200 manat dəyərində “Tissot” markalı kişi qol saatını, qol altı saxlanc yerindən 350 AZN nağd pul olmaqla, ümumlikdə 1250 manat məbləğində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 may 2024-cü il tarixdə saat 02 radələrində heç kimin onu görmədiyinə əmin olduqdan sonra, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında Zərərçəkmiş şəxs6 etibarnamə əsasında idarə etməklə dayanıqlı vəziyyətdə saxladığı “Changan” markalı, “UNİ-T” modelli, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı şüşəsini daş ilə sındıraraq avtomobilin salonuna daxil olub mühərrik ötürücüsünün yanında olan sonuncuya məxsus bir ədəd 120 manat dəyərində istifadədə olmuş, “AirPods2 A 1602” markalı qulaqcığı, salonda arxa oturacaqda olan 50 manat dəyərində kişi əl çantasını və içərisində olan bir ədəd 900 manat dəyərində istifadədə olmuş “Dell Latitude 3510 Core İ7” markalı noutbuku, cəmi 1070 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 may 2024-cü il tarixdə, saat 02 radələrində heç kimin onu görmədiyinə əmin olduqdan sonra, ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 baş etibarnamə əsasında idarə etməklə dayanıqlı vəziyyətdə saxladığı “BMW” markalı, “428İ" modelli **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı şüşəsini kubik daşı ilə sındıraraq avtomobilin salonuna daxil olub qol altı saxlanc yerindən sonuncuya məxsus 1200 manat dəyərində bir ədəd istifadədə olmuş “İphone 13 Pro” markalı mobil telefonu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 may 2024-cü il tarixdə, saat 02:30 radələrində heç kimin onu görmədiyinə əmin olduqdan sonra, ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs3 dayanıqlı vəziyyətdə saxladığı “Chevrolet” markalı “Captiva” modelli, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı şüşəsini kubik daşı ilə sındıraraq avtomobilin salonuna daxil olub qolaltı saxlanc yerindən sonuncuya məxsus hər birinin dəyəri 150 manat olan 05 ədəd mexaniki kişi qol saatını, qabaq sərnişin oturacağının qarşı tərəfində olan saxlanc yerindən hər birinin dəyəri 25 manat olmaqla, birinin içərisində 50 manat dəyərində ***-***-**-** nömrəli mobil sim kart olan iki ədəd “Nokia” markalı, “TA 1174” modelli mobil telefonu, 50 manat dəyərində bir ədəd qara rəngli dəri kişi əl çantasını, 70 manat dəyərində bir ədəd boz rəngli dəri materialından olan pul kisəsini, sonuncunun arvadı Zərərçəkmiş şəxs4 məxsus bir cüt İtaliya istehsalı olmaqla 750 əyarlı, 7 qram çəkidə, 600 manat dəyərində qızıl sırğanı, bir ədəd Rusiya istehsalı, 585 əyarlı, 11 qram çəkidə, 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd İtaliya istehsalı olmaqa, 750 əyarlı, 5 qram çəkidə, 400 manat dəyərində qızıl üzüyü, bir ədəd 85 manat dəyərində qızıl qolbağı, hər birinin dəyəri 50 manat olan 03 ədəd gümüş boyunbağını, hər birinin dəyəri 25 manat olan 02 ədəd gümüş üzüyü, hər birinin dəyəri 350 manat olan iki ədəd gümüş saatı, ümumilikdə 3755 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamış, həmçinin avtomobilin qabaq sərnişin oturacağının qarşı tərəfində olan saxlanc yerindən Zərərçəkmiş şəxs3 məxsus pasportu, digər mühüm şəxsi sənəd hesab olunan “BC” kateqoriyalı sürücülük vəsiqəsini, doğum haqqında şəhadətnaməni, İkinci Qarabağ müharibəsi iştirakçısı olmağına dair veteranlıq vəsiqəsini, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 25 il xidmət etdiyinə görə olan vəsiqəni, “Chevrolet” markalı, “Captiva” modelli, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini, həmin avtomobilə görə verilmiş baş etibarnaməni, Zərərçəkmiş şəxs5, X6, X14 və X8 məxsus şəxsiyyət vəsiqələrini, pasportları, digər mühüm şəxsi sənəd hesab olunan doğum haqqında şəhadətnamələri, Zərərçəkmiş şəxs4 məxsus pasportu, digər mühüm şəxsi sənəd hesab olunan doğum haqqında şəhadatnəməni və nikah haqqında şəhadətnaməsini talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,750 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı əldə edib daşıyaraq üzərində gəzdirməklə saxlamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində baş vermiş oğurluq cinayətlərinin törədilməsində şübhəli olması ilə bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 08 may 2024-cü il tarixdə, saat 20 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasmın yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Suraxanı RPİnin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 21:25 dəqiqədən 21:35 dəqiqəyədək olan vaxt ərzində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 0,750 qram olan həmin psixotrop maddəmetamfetamin və əynində olan şalvarının bel hissəsinin sağ tərəfində kəmərə bərkidilmiş soyuq silah hesab edilən həmin bir ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələri ilə özünü tam təqsirli bilsə də, ilkin məhkəmə iclaslarında qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda qeyd olunan 4 oğurluq epizodunun 3-ü üzrə özünü təqsirli bilir, lakin birinci oğurluq epizodunu o törətməmiş və tutulan zaman da üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 07 may 2024-cü il tarixdə, gecə saat 02 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi ilə hərəkətdə olduğu zaman orada olan qəbirstanlığın yanında Çin istehsalı olan ağ rəngli “Changan” markalı avtomobil olduğunu görmüşdür. Həmin avtomobil bahalı göründüyünə görə, içərisində qiymətli əşyalar olacağını fikirləşmiş, ona görə də avtomobilin sürücü tərəfindən qabaq sol pəncərəsini yerdən götürdüyü daş ilə vuraraq sındırmışdır. Avtomobilin salonuna baxan zaman içəridə 01 (bir) ədəd “notebook” və kişi əl çantası olmasını görüb həmin çantanı və “notebook”u götürərək oradan uzaqlaşmışdır. Bundan sonra qəbiristanlığın yanında bir qədər aralıda “Kia” markalı bahalı avtomobilin dayanmasını görmüşdür. Həmin avtomobilin də sağ ön yan şüşəsini daşla vuraraq sındırmış, içərisinə baxan zaman hər hansı qiymətli əşya olmadığını görmüşdür. Bundan sonra, həmin maşından uzaqlaşmışdır. Qəbirstanlığın yanında bir qədər aralıda başqa bir “Hyundai İX 35” markalı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilə yaxınlaşaraq sağ ön yan şüşəsini daşla vurub sındırmış, həmin avtomobilin də içərisinə baxış keçirən zaman hər hansısa qiymətli əşya olmadığını görmüşdür. Bundan sonra, oradan birbaşa evinə gedib, “Changan” markalı avtomobildən oğurladığı noutbuk və qulaqcığı evinə qoymuşdur. Səhər açıldıqdan sonra “notebook” və qulaqcığı bir neçə nəfər tanımadığı adamlara satmaq istəsə də sata bilməmişdir. “Changan” markalı avtomobildən oğurladığı bir ədəd kişi əl çantasını isə Bakıxanov qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat pul müqabilində satmışdır. Həmin gün, yəni 08 may 2024-cü il tarixdə, gecə saatlarında yenə də oğurluq etməyi planlaşdırmış, bu məqsədlə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində küçələri gəzmişdir. Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsində həyət evlərinin arası ilə piyada hərəkətdə olan zaman məhəllədə göy rəngli “BMW” markalı avtomobilin dayanmasını görmüşdür. Həmin avtomobilin qabaq sol şüşəsini yerdən götürdüyü kubik daşı ilə vuraraq sındırmış, pəncərədən əlini avtomobilin salonuna salıb qoltuqaltını açıb baxan zaman içərisində mobil telefon olmasını görmüşdür. Mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Yolda gedən zaman mobil telefona baxanda “İphone 13 Pro” markalı mobil telefon olmasını bilmişdir. Bundan sonra, üzərində olan cib dəsmalı ilə qolunu sarıyaraq qanaxmasını dayandırmışdır. Daha sonra piyada hərəkət edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə getmişdir. Bakıxanov qəsəbəsi ərazisində Asan xidmətin yerləşdiyi ərazidə həyət evlərinin arası ilə piyada gəzən zaman böyük bir evin qarşısında “Chevrolet Captiva” markalı avtomobilin dayandığını görmüşdür. Həmin maşında da bahalı əşyalar olacağını fikirləşdiyi üçün yerdən götürdüyü kubik daşı ilə avtomobilin qabaq sol şüşəsini vuraraq sındırmışdır. Avtomobilin salonunda qolaltı saxlanc yerinə baxan zaman 04 (dörd) ədəd müxtəlif kişi qol saatının olmasını görmüşdür. Bundan başqa, avtomobilin qabaq sağ tərəfində olan saxlanc yerini açıb baxan zaman içərisində 02 (iki) ədəd “Nokia” markalı mobil telefon olmasını görmüşdür. Həmçinin həmin saxlanc yerində 01 (bir) ədəd kişi əl çantası da olmuşdur. Çantanı açıb içərisinə baxan zaman dəri materialdan olan pul qabı görmüş, çantanın içərisində müxtəlif şəxsiyyət vəsiqələri və digər sənədlər də olmuşdur. Həmçinin həmin kişi əl çantasının içərisində sellofanın içərisində qızıl və gümüşdən zərgərlik məmulatları, gümüş qadın qol saatı, seplər və qırıq vəziyyədə sırğa olmuş, eləcə də qırıq vəziyyətdə qızıl sep də olmuşdur. Dəri pul qabının içərisinə baxan zaman isə içərisində avtomobilin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, bank kartları olmasını görmüşdür. Bu əşyaların işərisində ov sılahı bıçaq da var idi, lakin ov silahının əşyalar arasında olmasını oğurluq etdikdən sonra bilmişdir. Həmin əşyaların hamısını götürərək oradan uzaqlaşmışdır. Bundan sonra, oradan əvvəllər yaşadığı Günəşli qəsəbəsində yerləşən köhnə əhəng zavodu olan əraziyə gedib oğurladığı bütün əşyaları oraya qoymuşdur. “BMW” markalı avtomobildən oğurladığı “İphone” markalı mobil telefonu isə oraya qoymayıb özü ilə götürüb yaşadığı evə gəlmişdir. Həm “İphone” markalı mobil telefonu, həm qulaqcığı, həm də ki, “notebook”u satmaq istəmişdir. Bu məqsədlə 08 may 2024-cü il tarixdə, saat 20 radələrində Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığına getmişdir. Dükanlardan birinə yaxınlaşıb həmin əşyaları satmaq istəyərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları olduqlarını və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə 32-ci polis bölməsinə getməli olduğunu izah etmişlər və polis bölməsinə aparmışlar. Orada olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq göstərilmiş, bədənində xəsarətlər olmuşdur. Bölmədə olan zaman onun qolları kəsildiyi üçün bir neçə dəfə X33 gəlmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq tətbiq olunmuş, bölmədə olduğu zaman isə döyülmüş, xəsarətləri olmuşdur. Ov silahını zərərçəkmiş şəxsin avtomobilindən götürməmişdir, belə ki, ifadə verən zaman yanlış qeyd etmiş, onu tapmışdır. Narkotik vasitənin “kola” kimi tanıdığı metamfetamin növündən istifadə etmişdir. Şübhəli şəxs qismində tutulandan sonra, müdafiəçisi yanında olmamışdır. Polis əməkdaşları onu döydüyü zaman ayağa qalxmaq istəyəndə itələdikləri üçün şüşəyə dəymiş, şüşə isə qırılıb qollarını kəsmişdir. Üzərindən aşkar olunmuş ov bıçağını almamış, tapmışdır. Şübhəli şəxs qismində tutulandan sonra narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Ona qarşı fiziki və psixi təzyiq göstərildiyindən ibtidai istintaq dövründə dindirilən zaman cinayət əməllərini törətdiyini etiraf etmişdir. Fiziki və psixi zorakılıq göstərilməsi ilə bağlı prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmiş, necə müraciət edilə biləcəyi ilə bağlı məlumatı olmamışdır. ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına getdiyi zaman orada tibbi müayinədən keçmiş, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs6 dedikləri ilə bağlı özünü təqsirli bilir, lakin bank kartları və hərbi bileti oğurlamamışdır. Əl çantasının içərisində notebook, qulaqcıq və datakartlar olmuşdur. Növbəti məhkəmə iclaslarında isə ittihamda qeyd edilən bütün əməllərin onun tərəfindən törədildiyini bildirmiş, özünü bütün epizodlar üzrə təqsirli bildiyini, sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmasını, himayəsində iki azyaşlı övladının və yaşlı valideynlərinin olmasını nəzərə alaraq, barəsində ən aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2023-cü ildə Silahlı Qüvvələrdə 28 il hərbi xidmət keçdikdən sonra polkovnik-leytenant rütbəsi ilə tərxis olunmuşdur. “Chevrolet Captiva” markalı **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili hər gün evin qarşısında küçədə saxlayır. 08 may 2024-cü il tarixdə, evə gəldikdən sonra, avtomobili saxlayıb içəri keçmişdir. Səhər açıldıqdan sonra, saat 07:50-də uşaqlarını məktəbə aparmaq məqsədilə həyətə çıxan zaman avtomobilin qabaq sol şüşəsinin qırıldığını görmüşdür. Avtomobilə yaxınlaşıb baxan zaman şüşənin sındırıldığını və avtomobilin içərisində kubik daşı olduğunu görmüşdür. Avtomobilə baxan zaman isə qolaltının, eləcə də saxlanc yerinin açıq olmasını görmüş, başa düşmüşdür ki, avtomobilinə girib oğurluq ediblər. Ona görə də, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Az sonra, Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmiş, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gələrək ərizə və izahat yazmışdır. Qapıbir qonşusunun həyətində olan videomüşahidə kameraları küçəni çəkdiyinə görə, həmin kamera görünütülərinə baxış keçirən zaman bir nəfər şəxsin 08 may 2024-cü il tarixdə, saat 02:30-da avtomobilə yaxınlaşdığını və avtomobilin içərisinə baxmasını görmüşdür. Hadisədən 3 gün sonra polis əməkdaşlarının deməsindən məlum olmuşdur ki, avtomobilindən oğurluq edən Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları yaxalamışdır. Saat kolleksiyası olduğuna görə, çoxlu sayda saatlar alır. Həmin vaxt qolaltı saxlanc yerində olan 05 ədəd mexaniki saat oğurlanmışdır. Həmin saatlardan ikisinin markası “Luch” və “Vostok” markalı saatlardır, qalanlarının markalarını isə bilmir. Bundan başqa, digər saxlanc yerində olan 02 (iki) ədəd sadə “Nokia” markalı mobil telefon oğurlanmışdır. Həmin telefonlardan birinin üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Bundan başqa, həmin bardaçokun içərisində 01 (bir) ədəd özünə məxsus qara rəngli dəri kişi çantası olmuşdur. Həmin çantanın içərisində isə 01 (bir) ədəd özünə məxsus boz rəngli dəri materialından pul kisəsi olmuşdur. Pul kisəsisinin içərisində ona məxsus olan olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi, idarə etdiyi “Chevrolet Captiva” markalı avtomobilin qeydiyyat şəhadətnaməsi, həmin avtomobilə aid baş etibarnamə, özünə məxsus olan sosial müdafiə fonduna aid sosial sığorta kartı, 02 (iki) ədəd pensiya kartı və Prezident təqaüdü kartı var idi. Bundan başqa, həmin əl çantasının içərisindəki faylın içərisində qızları Zərərçəkmiş şəxs5, X6, oğulları X14 və X8 məxsus doğum haqqında şəhadətnamalər, şəxsiyyət vəsiqələri və xarici pasportlar oğurlanmışdır. Bundan başqa, həmin çantada olan digər faylda özünə və yoldaşı Zərərçəkmiş şəxs4 məxsus doğum haqqında şəhadatnəmələr və xarici pasportlar, həmçinin nikah haqqında şəhadətnamələr oğurlanmışdır. Həmçinin özünə məxsus İkinci qarabağ müharibəsi iştirakçısı olmağına dair veteran vəsiqəsi, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində 25 il xidmət etdiyinə görə verilən vəsiqə oğurlanmışdır. Həmçinin həmin əl çantasının içərisində balaca sellofanın içərisində yoldaşı Zərərçəkmiş şəxs4 məxsus olan bir ədəd qızıl sırğa və bir ədəd qızıl boyunbağı olmuşdur. Bundan başqa sırğa ilə eyni dəst olan qızıl üzük də oğurlanmışdır. Həmin üzük də 5 qram olmaqla, 750 əyarlı olmuşdur. Bundan başqa, yoldaşına məxsus bir ədəd 85 manat dəyərində olan qızıl qolbaq oğurlanmışdır. Bundan başqa yoldaşı Gülxanıma məxsus olan iki ədəd gümüşü saat, üç ədəd gümüşü boyunbağı və iki ədəd gümüşü üzük oğurlanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, qonşunun həyətində video kamera olmuşdur. Həmin videogörüntülər qaranlıq olduğu üçün tam görünməmişdir. Təqsirləndirilən şəxs tək olmuşdur. Saatlar və qızıl-zinət əşyaları qırıldığından onları təmir etdirmək üçün ustaya aparmaq məqsədi ilə avtomobilinə qoymuşdur. Ona, ümumilikdə 3755 (üç min yeddi yüz əlli beş) manat məbləğində ziyan vurulmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. X18 tərəfindən məhkəməyə ünvanlanmış 09 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam məbləğdə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən ünvanlanmış və 23 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramda özünün və qızı Zərərçəkmiş şəxs5 üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövründə verdiyi ifadələrini təsdiq etdiklərini, sənəd və bəzi itmiş əşyalarını qarət edən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını və bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Pirməmməd küçəsi, ev 1-də həyat yoldaşı Zərərçəkmiş şəxs3, qızları Zərərçəkmiş şəxs5, Mədinə Paşayeva, oğulları Murad Paşayev və Zabit Paşayevlə birlikdə yaşayır. Belə ki, böyük övladının 15 yaşı vardır. Əri Rafiq 2023-cü ildə Silahlı Qüvvələrdə 28 il hərbi xidmət keçdikdən sonra, polkovnik-leytenant rütbəsi ilə tərxis olunmuşdur. Rafiqin “Chevrolet Captiva” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili hər gün evin qarşısında küçədə saxlayırdı. Zərərçəkmiş şəxs3 08 may 2024-cü il tarixdə, gecə saat 01 radələrində evə gəlmişdir. Evə gəldikdən sonra avtomobili saxlayıb içəri keçib yatmışdır. Səhər açıldıqdan sonra, saat 07:50-də uşaqlarını məktəbə aparmaq məqsədilə həyətə çıxan zaman avtomobilin qabaq sol şüşəsinin sınmasını müəyyən etmişdir. Rafiq bu barədə onlara demişdir. Avtomobilə yaxınlaşıb baxan zaman şüşənin sındırıldığını və avtomobilin içərisində kubik daşı olmasını görmüşlər. Avtomobilə baxan zaman qolaltının, eləcə də saxlanc yerinin açıq olmasını görmüşdür. Başa düşmüşlər ki, avtomobilə girib oğurluq etmişlər. Ona görə də, Rafiq dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Az sonra, Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmişdir. Bundan sonra, Rafiq polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedərək ərizə və izahat yazmışdır. Qapıbir qonşunun həyətində olan videomüşahidə kameraları küçəni çəkdiyinə görə, həmin kamera görünütülərinə baxış keçirən zaman bir nəfər kapşonka papaqlı şəxsin 08 may 2024-cü il tarixdə, saat 02:30-da avtomobilə yaxınlaşdığını və avtomobilin içərisinə baxmasını görmüşlər. Lakin videomüşahidə kamerasında avtomobilin qabaq sol tərəfinin görünütüyə düşmədiyini görmüşlər. Hadisədən 3 gün sonra, polis əməkdaşlarının deməsindən məlum olmuşdur ki, avtomobilindən oğurluq edən Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları yaxalamışdır. Saxlanc yerindən Rafiqə məxsus olan 05 ədəd mexaniki saat oğurlanmışdır. Həmin saatlardan ikisinin markası “Luch” və “Vostok” markalıdır. Bundan başqa, digər bardaçokda Rafiqə məxsus olan 02 (iki) ədəd sadə “Nokia” markalı mobil telefon oğurlanmışdır. Həmin telefonlardan birinin üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Bundan başqa, həmin bardaçokun içərisində Rafiqə məxsus qara rəngli dəri kişi çantası olmuşdur. Həmin çantanın içərisində isə bir ədəd ərinə məxsus boz rəngli dəri materialından pul kisəsi oğurlanmışdır. Pul kisəsinin içərisindən Rafiqə məxsus olan olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi, “Chevrolet Captiva” markalı avtomobilin qeydiyyat şəhadətnaməsi, həmin avtomobilə aid baş etibarnamə, Rafiqə məxsus olan sosial müdafiə fonduna aid sosial sığorta kartı, iki ədəd pensiya kartı və Prezident təqaüdü kartı oğurlanmışdır. Bundan başqa, həmin əl çantasının içərisindəki faylın içərisində qızı Zərərçəkmiş şəxs5, X6, oğlu X14 və X8 məxsus doğum haqqında şəhadətnamələr, şəxsiyyət vəsiqələri və xarici pasportlar oğurlanmışdır. Bundan başqa, həmin çantada olan digər faylda özünə və yoldaşı Zərərçəkmiş şəxs3 Zabit oğluna məxsus doğum haqqında şəhadatnəmələr və xarici pasportlar, həmçinin nikah haqqında şəhadətnamə oğurlanmışdır. Bundan başqa, Rafiqə məxsus İkinci qarabağ müharibəsi iştirakçısı olmağına dair veteran vəsiqəsi, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində 25 il xidmət etdiyinə görə verilən vəsiqə oğurlanmışdır. Bundan başqa, avtomobildə özünə məxsus bir ədəd qızıl sırğa və bir ədəd qızıl boyunbağı olmuşdur. Sırğa İtaliya istehsalı olmaqla 750 əyarlı 7 qram çəkidə olmuşdur. Boyunbağı isə Rusiya istehsalı 585 əyarlı, 11 qram çəkidə olmaqla, nazik sep olmuşdur. Sırğanın bir tayında qulağa taxılan hissədə sınığı olmuşdur. Həmçinin sepdə qırıq olmuşdur. Belə ki, kiçik övladı qucağında olan zaman sepi dartıb qoparmışdır. Bundan başqa, sırğa ilə eyni dəst olan qızıl üzük oğurlanmışdır. Həmin üzük də 5 qram olmaqla, 750 əyarlı olmuşdur. Həmin üzüyün üzərində olan yumru çıxıntılar əyildiyinə görə, Rafiqə vermişdir ki, düzəltdirər. Bundan başqa, ona məxsus bir ədəd 85 manat dəyərində olan qızıl qolbaq oğurlanmışdır. Sırğanı 600 manata, boyunbağını 800 manata, bir ədəd üzüyü 400 manata, bir ədəd qolbağı isə 85 manat dəyərində qiymətləndirir. Bundan başqa, özünə məxsus olan iki ədəd gümüşü saat, 03 ədəd gümüşü boyunbağı və 02 ədəd gümüşü üzük də oğurlanmışdır. Gümüşü saatların hər birini 350 manat dəyərində qiymətləndirir. 03 ədəd gümüşü boyunbağının hər birini 50 manat, gümüş üzüyün hər birini isə 25 manat dəyərində qiymətləndirir. Məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb dindirilmiş məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 5-də atası Zərərçəkmiş şəxs3, anası Zərərçəkmiş şəxs4, bacısı Mədinə Paşayeva, qardaşları Murad Paşayev və Zabit Paşayevlə birlikdə yaşayır. Atasının “Chevrolet Captiva” markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Atası həmin avtomobili hər gün evin qarşısında küçədə saxlayır. 08 may 2024-cü il tarixdə, gecə saat 01 radələrində atası evə gəlmişdir. Evə gəldikdən sonra, atası avtomobili saxlayıb içəri keçib yatmışdır. Səhər açılandan sonra, saat 07:50-də atası onları məktəbə aparmaq məqsədilə həyətə çıxan zaman avtomobilin qabaq sol şüşəsinin sınmasını bildirmişdir. Avtomobilə yaxınlaşıb baxan zaman şüşənin sındırıldığını və avtomobilin içərisində kubik daşı olmasını görmüşlər. Avtomobilə baxan zaman qolaltının, eləcə də, bardaçokun açıq olmasını görmüşlər. Avtomobildən oğurluq olmasını başa düşmüşlər. Ona görə də, atası dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Az sonra, Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişdir. Polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmişdir. Hadisədən 3 gün sonra polis əməkdaşlarının deməsindən məlum olmuşdur ki, atasının avtomobilindən oğurluq edən Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları yaxalamışdır. Avtomobildən atası və anasına məxsus olan müxtəlif əşyalar oğurlanmışdır. Bundan başqa, avtomobildən ona məxsus doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və xarici pasport oğurlanmışdır. Həmçinin avtomobildən valideynlərinə, bacısına və qardaşlarına məxsus olan bütün digər sənədlər oğurlanmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən ünvanlanmış və 04 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramda o, maddi vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs heç bir şikayət və iddiasının olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “VAZ-21074” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili özü idarə edir. 04 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində işdən evə gəlmişdir. Evə gəldikdən sonra, avtomobili küçədə pəncərənin qarşısında saxlamışdır. Bundan sonra evə girmişdir. Saat 00:00 radələrinə qədər avtomobilə baxan zaman hər hansı bir problem olmasını hiss etməmişdir. Avtomobilin bütün qapıları bağlansa da, arxa sağ qapısında olan nasazlıqla əlaqədar olaraq qapı örtülsə də, bağlanmamışdır. Saat təxminən 00:00 radələrində yatmışdır. 05 oktyabr 2023cü il tarixdə, saat 10 radələrində işə getmək məqsədilə evdən çıxmışdır. Avtomobilin qapısını açıb əyləşmək istəyən zaman salonun dağınıq vəziyyətində olmasını görmüşdür. Belə ki, avtomobildə şitə bərkidilmiş olan “Pioneer” markalı maqnitola oğurlanmışdır. Bundan başqa, salonda olan qabaq sərnişin oturacağının qarşı tərəfində olan bardaçoka baxan zaman iki ədəd özünə məxsus olan kişi qol saatının və bank kartlarının olmadığını görmüşdür. Həmçinin salonda qolaltı bardaçokda olan 350 manat nağd pulun da oğurlandığını bilmişdir. Lakin tələsdiyi üçün avtomobilə əyləşib getmişdir. Yolda getdiyi zaman DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə haqqında məlumat vermişdir. İşlərini həll etdikdən sonra, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə getmişdir. Hadisə haqqında yazılı ərizə və izahat yazmışdır. Daha sonra, iştirakı ilə hadisə yerində avtomobilinə baxış keçirilərək fotoşəkillər çəkilmişdir. Bu barədə protokol tərtib edilərək oxunmuş, o da həmin protokola imza etmişdir. Heç kimlə ədavət və düşmənçiliyi yoxdur. Ona görə də oğurluq olmasına görə, şübhələndiyi heç kim yoxdur. Oğurlanmış maqnitolanı “Pioneer” markalı olmaqla, 250 manat dəyərində qiymətləndirir. Həmçinin bir ədəd qol saatı Honor markalı elektron saat olmaqla İrşad dükanından 450 manata almışdır. Qol saatını səliqəli işlətmişdir. 450 manat dəyərində qiymətləndirir. Həmçinin digər kişi qol saatını isə “Tissot” markalı olmaqla, 200 manat dəyərində qiymətləndirir. Salonda olan bardoçokdan iki ədəd “Kapital bank”a aid özünə məxsus bank kartları oğurlanmışdır. Həmin kartların içərisində pul olmamışdır. Bank kartlarını pul ödəmədən aldığına görə, oğurlanmasına görə ziyan dəyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, “BMW 428 İ” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. “İphone 13 Pro” markalı mobil telefonunu ikinci mobil telefon kimi istifadə etmiş və o telefon daima avtomobildə qalır. Hər gün avtomobili yaşadığı evin qarşısında küçədə saxlayır. 07 may 2024-cü il tarixdə, evə gəldikdən sonra, avtomobili həmişəki yerdə saxlamışdır. Səhər açıldıqdan sonra, 08 may 2024-cü il tarixdə, saat 12 radələrində evdən çıxıb universitetə getmək istəmişdir. Həyətə çıxan zaman avtomobilin qabaq sol qapı şüşəsinin sınmasını və avtomobilin salonunda qabaq oturacaqda kubik daşının olmasını görmüşdür. Başa düşmüşdür ki, avtomobilin ön pəncərəsini sındırıb içəriyə daxil olaraq oğurluq etmişlər. Mobil telefonunu avtomobilin salonunda qol altlığının içərisində saxladığına görə, həmin yerə baxarkən “İphone 13 pro” markalı mobil telefonunun orada olmadığını görmüşdür. “İphone 15 Pro max” markalı mobil telefonunda “iphone bul” proqramını yükləmiş və hər iki telefonu bir-birləri ilə əlaqələndirmişdir. Ona görə də, mobil telefonuna baxan zaman oğurlanmış mobil telefonunun sonuncu dəfə, 04:20 dəqiqədə Günəşli qəsəbəsi ərazisində göründüyünü, lakin sonradan görüntü olmadığını bilmişdir. Mobil telefon açıq vəziyyətdə olan zaman həmin izləmə proqramı vasitəsilə telefonun olduğu yer görünürdü. Bundan sonra, DİN-nin 102 xidmətinə zəng edərək telefonunun oğurlanması barədə məlumat vermişdir. Daha sonra, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. “İphone bul” proqramını izləyən zaman oğurlanmış mobil telefonunun Bakı şəhəri, “Qara Qarayev” metrostansiyası ərazisində göründüyünü görmüşdür. Bundan sonra, telefonun göründüyü yerə getmişdir. Telefonun olduğu yerdən əməliyyatçılarla danışıb canlı konum atmışdır. Bundan sonra, əməliyyatçılar onun yanına gəlmişdir. Daha sonra isə şübhəli şəxsi əməliyyatçılar özləri ilə polis bölməsinə aparmışlar. O, da əməliyyatçılarla birlikdə, polis bölməsinə getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilinin ön sol pəncərəsi sındırılmışdır. Təqsirləndirilən şəxs tutularkən orada, yəni “Qara Qarayev” metrostansiyasının yaxınlığında olduğunu polis əməkdaşlarına o demişdir. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Mobil telefonu təxminən 1200- 1400 manat dəyərində olmuş, avtomobilin şüşəsinin düzəldilməsinə isə 500 manat xərc çəkmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizə təqdim etmişdir. 28 oktyabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfüzadə küçəsi, bina 83, mənzil 108də yaşayır. “Changan UNİ-T” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Adətən evə gəldikdən sonra, avtomobili evinin yaxınlığında yerləşən qəbirstanlığın yaxınlığında saxlayır. Avtomobili gündəlik olaraq saxladığı ərazi Qaraçuxur qəsəbəsinin ərazisi hesab olunur. 07 may 2024-cü il tarixdə, gecə saat 01 radələrində evə gəlmişdir. Həmişəki kimi avtomobili qəbiristanlığın həyətində saxlamışdır. Bundan sonra, evə getmişdir. Səhər açıldıqdan sonra, saat təxminən 10 radələrində işə getmək istəyən zaman avtomobilin qabaq sol qapı şüşəsinin sındırılmasını görmüşdür. Bu zaman avtomobilindən oğurluq olmasını başa düşmüşdür. Gündəlik olaraq özünə məxsus “Dell” markalı kompüterini evə gələrkən avtomobildə saxlamışdır. Belə ki, notebook əl çantasının içərisində olmaqla avtomobilin salonunda arxa oturacağın üzərində olur. Bundan başqa, özünə məxsus olan bir ədəd “Apple” markalı qulaqcıq isə avtomobilin salonunda mühərik qutusunun yanında olur. Əl çantasının içərisində həm də bir neçə bank kartı və hərbi bileti olmuşdur. Avtomobilə daxil olan zaman həmin əşyaların olmadığını müəyyən etmişdir. Bundan sonra, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Təhqiqatçı tərəfindən izahatı alınmış və hadisə yerinə baxış keçirilmişdir. Daha sonra, sosial şəbəkələrdə xəbər saytlarında ona məxsus avtomobildən oğurluq edən şəxsin polis əməkdaşları tərəfindən yaxalandığını oxumuşdur. Polis əməkdaşları ilə əlaqə saxlayan zaman “Dell” markalı notebook və 01 (bir) ədəd qulaqcığı da oğurlayan şəxsi saxlayan zaman üzərində olduğuna görə, götürdüklərini bildirmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilindən bir ədəd əl çantası, bir ədəd “Dell” markalı notebook, bir ədəd qulaqcıq, bir neçə bank kartı və hərbi bileti oğurlanmışdır. Oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyini hadisədən təxminən bir-iki ay sonra öyrənmişdir. Ona dəymiş ziyanın dəqiq məbləğini bilmir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Notebook”u qaytarılmışdır, lakin hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, 08 may 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidmətinə zəng edərək, eləcə də 32-ci polis bölməsinə yazılı ərizə ilə müraciət edərək yaşadığı Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi 121A ünvanının qarşısında saxladığı özünə məxsus olan “BMW” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsinin sındırılaraq içərisindən özünə məxsus olan bir ədəd “İphone 13 Pro” markalı mobil telefonun oğurlanması nəticəsində ona 1200 manat məbləğində maddi ziyan dəyməsini göstərmişdir. Bununla bağlı, 32-ci Polis bölməsində araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs2 polis əməkdaşları tərəfindən sorğu edilən zaman o, özünə məxsus olan digər “İphone 15 pro max” markalı mobil telefonuna, eləcə də oğurlanmış “İphone 13 pro” markalı mobil telefonuna “iphone bul” proqramı yüklədiyini və proqram vasitəsilə hər iki telefonu bir-birləri ilə əlaqələndirdiyini, oğurlanmış telefon aktiv rejimdə olan zaman özündə olan telefon vasitəsilə həmin telefonun olduğu yeri görə biləcəyini bildirmişdir. İsmayıl oğurlanmış mobil telefonun sonuncu dəfə gecə saat 04:20 dəqiqədə Günəşli qəsəbəsi ərazisində aktiv edildiyini gördüyünü, lakin sonradan söndürüldüyünə görə, görüntünün itməsini bildirmişdir. İsmayıl ilə müvafiq söhbətlər apararaq həmin proqramı mütəmadi izləməsini və telefonun aktiv olan kimi onlarla əlaqə saxlamasını bildirmişlər. Həmin gün axşam saatlarında İsmayıl onunla əlaqə saxlayaraq oğurlanmış mobil telefonun hazırda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostasiyasının yaxınlığında göründüyünü və telefonun aktiv olduğunu bildirmişdir. İsmayıl həmin yerin yaxınlığında olduğunu bildirərək olduğu yeri konum vasitəsilə ona göndərmişdir. Bundan sonra, 32-ci polis bölməsinin sabiq əməliyyat müvəkkili, pois leytenantı Şahid2 ilə birlikdə, Qara Qarayev metrostansiyasının yaxınlığına getmişlər. Həmin yer Qara Qarayev metrostansiyasının çıxışında olan mobil telefon satılan dükanın qarşı tərəfi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs mobil telefon satılan dükanın qarşı tərəfində dayanmasını və özünü şübhəli aparmasını görmüşlər. Şahid2 ilə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Qaraçuxur qəsəbəsi ərazisində mobil telefon oğurlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində müxtəlif avtomobillərin şüşələrini sındıraraq avtomobillərdən oğurluq etdiyini bildirib “BMW” markalı avtomobildən oğurladığı “İphone 13 Pro” markalı mobil telefonun, eləcə də “Changan” markalı avtomobildən oğurladığı 01 (bir) ədəd notebook və 01 (bir) ədəd “İphone” markalı qulaqcığın üzərində olmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs polis bölməsinə gətirmək üçün avtomobilə mindirib polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verən zaman o, üzərində 01 (bir) ədəd bükümdə psixotrop maddə-metamfetamin olduğunu və özü istifadə etməsi məqsədilə üzərində saxlarladığını bildirmişdir. Bununla bağlı, polis bölməsinin rəhbərliyinə raportla məruzə etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs 32-ci polis bölməsinin təhqiqatçısı Əhməd Muradov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra, müdafiəçi dəvət olunaraq müvafiq prosessual hərəkətlər icra olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarışa başlayarkən X19 Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 idarə etdiyi **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq “İphone 13 Pro” markalı mobil telefonu oğurlamasında şübhəli bilindiyi üçün Bakı şəhəri Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında saat 20 radələrində saxlanılaraq 32-ci Polis bölməsinə gətirilməsini və gətirilən zaman oğurluq cinayətini törətməsi ilə yanaşı üzərində narkotik vasitə də olmasını bildirdiyini qeyd edərək bu səbəbdən şübhəli şəxs qismində tutulduğunu və bu məqsədlə hüquq və vəzifələrinin izah edildiyini bildirərək bununla bağlı bildirişi təqdim etmişdir. X19 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşduqda, sonucu üzərində qanunla qadağan edilmiş vasitə olmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan şalvarının bel hissəsində sağ tərəfdə kəmərə bərkidilmiş bir ədəd qara rəngli bıçaq çıxarıb təqdim etmişdir. Daha sonra isə o, əynində olan şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bükümün içərisinə baxış keçirilən zaman ağ rəngli kristalşəkilli kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni özünün şəxsi istifadəsi üçün alıb üzərində daşıdığını bildirmişdir. Təhqiqatçı həmin maddəni haradan əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində “Bolmart” marketin arxa hissəsində gecə saat 02 radələrində yerdən tapdığını və özü istifadə etməsi məqsədilə əldə edib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunduğunu və narkotik vasitələri tanıdığını, ona görə də yerdən tapan zaman onu tanıdığını və bu məqsədlə götürüb saxladığını, həmin vasitədən heç kimə vermək və ya satmaq niyyətində olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman iş üçün əhəmiyyət kəbs edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs “BMW” markalı avtomobilin şüşəsini sındıran zaman şüşənin sol əlini kəsdiyini bildirmişdir. Bundan sonra, həmin şəffaf sellofan bükümdə olan kütlə və bir ədəd bıçaq ayrı-ayrılıqda zərfdə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün möhürlənərək götürülmüşdür. X19 Təqsirləndirilən şəxs bıçağı haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs həmin bıçağın uzun müddətdir ki, onda olduğunu bildirərək açılıb-bağlanma qaydasını izah etmişdir. Daha sonra təhqiqatçı, Təqsirləndirilən şəxs başqa hər hansı bir cinayət əməli törədib-törətmədiyini soruşduqda, Təqsirləndirilən şəxs Qaraçuxur qəbirstanlığının yanında üç maşının şüşələrini sındırdığını bildirərək həmin maşınlardan birinin Çin istehsalı maşın, digərlərinin isə “Kia” və “Hyundai” markalı avtomobillər olduğunu bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə Şahid2 ilə birlikdə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, lakin onların yaxınlaşdığını hiss edib özünü şübhəli aparmışdır. Şəxsi axtarış keçirilən zaman üzərindən psixotrop maddə və bıçaq açkar olunmuş, bıçağın özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə dövlət hesabına müdafiəçi təyin olunmuşdur. O, psixotrop maddəni almadığını, haradansa tapdığını bildirmişdir. Şəxsi axtarış istintaq hərəkəti 32-ci polis bölməsinin inzibati binasında təhqiqatçının xidməti otağında keçirilmişdir. Bu zaman videoçəkiliş aparılmışdır. Şübhəli şəxs qismində tutulan zaman şəxsin əli kəsilmişdi, bununla bağlı bildirmişdir ki, oğurluq edən zaman avtomobilin şüşəsi kəsmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsi tutan zaman o və Şahid2 başqa kimsə olmamışdır. Ona yaxınlaşan özlərini təqdim etmiş, vəsiqələrini göstərmişlər. Bu vaxt yanında qrup üzvü Şahid2 və onlara avtomobildən oğurluq olması barədə məlumat verən vətəndaş olmuşdur. Şəxsi axtarış tutulan zaman deyil, bölməyə şəxs gətirildikdən sonra təhqiqatçının otağında keçirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Suraxanı RPİnin 32-ci polis bölməsinin əməliyyat müvəkkili iş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadədə, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 15 dekabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən HK-1/1057 saylı material əsasında Zərərçəkmiş şəxs1 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə başlanmışdır. (cild İİ, iş.v. 1) Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış 05 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, 05 oktyabr 2023-cü il tarixdə, saat 10:21 radələrində 102 xidmətinə daxil olmuş 230800945-saylı məlumata əsasən, “VAZ 2107” markalı **-BZ-*** d.q.n.-lı avtomobildən qapını açmaqla daxil olaraq 02 ədəd qol saatı ( birinin dəyəri 450 manat, digəri 200-250 manat dəyərində), 350 manat pul, bank kartları, “Pioneer” markalı maqnitofon (350 manat dəyərində) oğurlanması barədə məlumat verilmişdir. (cild İİ, iş.v. 5) Zərərçəkmiş şəxs1 tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış 05 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, 05 oktyabr 2023-cü il tarixdə, müvəqqəti olaraq yaşadığı Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 3-ün qarşısında saxladığı özünə məxsus “VAZ 2107” markalı **-BZ-*** d.q.n.-lı avtomobildən naməlum şəxs və ya şəxslər arxa sağ qapının açıq olmasından istifadə edərək “Pioneer” markalı maqnitofonu, saxlanc yerindən qol saatını, bank kartlarını və 350 manat pulu oğurlamışdır. Avtomobildən oğurluq edən şəxsin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild İİ, iş.v. 6) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs1 B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır və 03 may 2023-cü il tarixdən 03 may 2033-cü il tarixədək etibarlıdır. (cild İİ, iş.v. 9) İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ” markalı, “2107” modelli, **-BZ-*** d.q.n.-lı, sedan tipli, ağ rəngli avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1dur. (cild İİ, iş.v. 9) 05 oktyabr 2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 10 ünvanının qarşısında dayanan “VAZ 2107” markalı **-BZ-*** d.q.n.-lı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən ağ rəngli avtomobil olduğu, qırıq və sınıq izləri olmadığı və avtomobilin salonunun ön hissəsində çitə bərkidilmiş maqnitofon cihazının yerində olmadığı müəyyən edilmişdir. Kriminalist ekspert tərəfindən əl-barmaq izi götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İİ, iş.v. 10- 12) 17 dekabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İİ, iş.v. 18) 240100309 nömrəli cinayət işi 09 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru X22 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (cild İ, iş.v. 1) Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış 08 may 2024-cü il tarixli raportdan görünür ki, 08 may 2024-cü il tarixdə vət.Zərərçəkmiş şəxs2 məxsus olan **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq içərisindən 01 ədəd “İphone 13” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə, saat 20:00-da Nizami rayonu, Qara Qarayev prospektində saxlanılmış və saat 20:30-da 32-ci PB-nin növbətçi hissəsinə təhvil verilən zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. (cild İ, iş.v. 3) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ bel hissəsindən bir ədəd dəmir materialdan hazırlanmış qara rəngli bıçağı, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən isə 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, içərisində psixotrop maddə hesab edilən metamfetamin olmasını və təxminən 1 həftə bundan əvvəl Sabunçu rayonunda “Bol Mart” kimi tanınan marketin arxasından - yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü açdıqda içərisində spesifik qoxuya malik psixotrop maddəyə bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və 01 (bir) ədəd dəmir bıçaq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 23-24) Məhkəmə-kimyəvi ekspertizasının 09 may 2024-cü il tarixli 3-16-16/2-6/2604 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,750 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,750 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,700 qram. (cild İ, iş.v. 33-35) Ambulator məhkəmə-narkoloji ekspertizasının 14 may 2024-cü il tarixli, 3280 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 94-95) 09 may 2024-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə” haqqında 08 may 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, 32-ci PB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru Əhməd Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən X19 Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq “İphone 13 Pro” markalı mobil telefonu oğurlamasında şübhəli bilindiyi üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında saat 20 radələrində saxlanılaraq polis bölməsinə gətirilməsini və gətirilən zaman oğurluq cinayətini törətməsi ilə yanaşı üzərində narkotik vasitə də olmasını bildirdiyini qeyd edərək bu səbəbdən şübhəli şəxs qismində tutulduğunu və bu məqsədlə hüquq və vəzifələrinin izah edildiyini bildirərək bununla bağlı bildirişi təqdim etmişdir. Bununla əlaqədar olaraq üzərində şəxsi axtarış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. X19 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda sonuncu üzərində qanunla qadağan edilmiş vasitə olmasını bildirir. Bundan sonra, əynində olan şalvarının bel hissəsində sağ tərəfdə kəmərə bərkidilmiş bir ədəd qara rəngli bıçağı çıxarıb təqdim etmişdir. Bundan sonra isə əynində olan şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bükümün içərisinə baxış keçirilən zaman ağ rəngli kristalşəkilli kütlə olması aşkar edilir. Təqsirləndirilən şəxs həmin maddəni özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxladığını bildirir, təhqiqatçı həmin maddəni haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində “Bolmart” marketin arxa hissəsində gecə saat 02 radələrində yerdən tapdığını və şəxsi istifadə etməsi məqsədilə əldə edib saxladığını bildirir, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunduğunu və narkotik vasitələri tanıdığını, ona görə də yerdən tapan zaman onu götürüb saxladığını, həmin vasitədən heç kimə vermək və ya satmaq niyyətində olmadığını bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən iştirakçılar özlərini təqdim edir. X19 şübhəli şəxs Təqsirləndirilən şəxs tutulan zaman, eləcə də polis bölməsinə gətirilən zaman ona qarşı hər hansı formada fiziki təsirlər olub-olmadığını soruşduqda sonucu ona qarşı heç bir fiziki zorakılıq halı olmadığını bildirir. Təqsirləndirilən şəxs “BMW” markalı avtomobilin şüşəsini sındıran zaman şüşənin sol əlini kəsdiyini bildirir. Bundan sonra, həmin şəffaf sellofan bükümdə olan kütlə və bir ədəd bıçaq ayrı-ayrılıqda zərfdə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün möhürlənərək götürülür. X19 bıçağı haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs həmin bıçağın uzun müddətdir ki, onda olduğunu bildirir və açılıb-bağlanma qaydasını izah edir. Təhqiqatçı Təqsirləndirilən şəxs başqa hər hansı bir cinayət əməli törədib-törətmədiyini soruşduqda Təqsirləndirilən şəxs Qaraçuxur qəbiristanlığının yanında üç maşının şüşəsini sındırdığını bildirir. Təqsirləndirilən şəxs həmin maşınlardan birinin Çin istehsalı maşın, digərlərinin isə Kia və Hyundai markalı avtomobillər olduğunu bildirir. Təhqiqatçı həmin maşınlardan nə oğurladığını soruşduqda Təqsirləndirilən şəxs “Kia” və “Hyundai” markalı avtomobillərdə heç bir əşya oğurlamadığını, yalnız şüşələrini sındırdığını və içərisini axtaran zaman heç bir əşya tapmadığını, Çin istehsalı maşından isə bir ədəd əl çantasının içərisində notebook və qulaqcığı aşkar etdiyini və həmin əşyaları oğurladığını bildirir. Təhqiqatçı həmin əşyaları təqdim edə biləcəyini soruşduqda, Təqsirləndirilən şəxs təqdim edəcəyini bildirir. X19 Təqsirləndirilən şəxs şəxsi axtarışla bağlı hər hansı bir etiraz və vəsatəti olmasını soruşduqda sonuncu heç bir etiraz və vəsatəti olmadığını bildirir. (cild İ, iş.v. 44-45) 09 may 2024-cü il tarixli, “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,750 qram psixotrop maddə-metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla, tədqiqatdan sonra qalıq qalmış 0,700 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa, 08 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild İ, iş.v. 46-47) Zərərçəkmiş şəxs6 tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ünvanlanmış 07 may 2024-cü il tarixli ərizədən görünür ki, 07 may 2024-cü il tarixdə, saat 02 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbiristanlığın ərazisində saxladığı etibarnamə ilə ona məxsus olan “Changan” markalı, “Uni-T” modelli, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön yan şüşəsinin naməlum şəxs (şəxslər) tərəfindən sındırılmasını və içərisində 01 ədəd “Dell” markalı notebook, 01 ədəd qulaqcıq olan əl çantasının avtomobilin salonundan oğurlanmasını aşkar etmişdir. Həmin şəxs və ya şəxslər barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. (cild İ, iş.v. 61) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs6 B1, B kateqoriyalı sürücülük vəsiqəsi vardır və 26 may 2022ci il tarixdən 26 may 2032-ci il tarixədək etibarlıdır. (cild İ, iş.v. 64) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-PS-*** dövlət qeydiyyat nişanlı, “Changan” markalı, “Uni-T” modelli, universal tipli, ağ rəngli avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir. (cild İ, iş.v. 65) "xxxx" MMC tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-PS-*** dövlət qeydiyyat nişanlı, “Changan Uni-T” markalı avtomobilin idarə edilməsi Zərərçəkmiş şəxs6 BA №418226, dərəcəsi B) etibar edilmişdir. Etibarnamə 26 may 2024-cü il tarixədək etibarlıdır. (cild İ, iş.v. 66) "xxxx" MMC (Changan) tərəfindən verilmiş təmir aktından görünür ki, **-PS-*** dövlət qeydiyyat nişanlı, “Changan Uni-T” markalı avtomobilin təmir xərcləri yekunda 160 manat tutmuşdur. (cild İ, iş.v. 67) 07 may 2024-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış vət.Zərərçəkmiş şəxs6 məxsus “Changan Uni-T” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilə keçirilmişdir. Baxış zamanı avtomobilin ön sol yan şüşəsinin sınmış vəziyyətdə olması və şüşə qırıqlarının salonda olması müşahidə edilmişdir. Baxışda iştirak edən vət. Zərərçəkmiş şəxs6 avtomobilin şüşəsinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırılmasını, salondan içərisində 01 ədəd Dell” markalı notebook, 01 ədəd “Apple” markalı qulaqcıq olan əl çantasının oğurlanmasını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İ, iş.v. 68-71) 25 may 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş.v. 147-148) 10 may 2024-cü il tarixli, “cinayət təqibinin bir icraatda birləşdirilməsi haqqına” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında bir icraatda davam etdirilmişdir. (cild İ, iş.v. 77) Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ünvanlanmış 09 may 2024-cü il tarixli ərizədən görünür ki, 08 may 2024-cü il tarixdə, naməlum şəxs idarə etdiyi **-OA-*** dövlət qeydiyyat nişanlı, “BMW 428” modelli avtomobilin şüşəsini sındıraraq avtomobilin içərisindən ona məxsus “İphone 13 Pro” markalı mobil telefonu oğurlamışdır. Hadisə nəticəsində ona 1200 manat dəyərində maddi ziyan dəymişdir. Ərizəsi ilə bağlı qanuni tədbi görülməsini xahiş etmişdir. (cild İ, iş.v. 82) 08 may 2024-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi **-OA-*** qeydiyyat nömrə nişanlı “BMW 428i” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil göy rəngli, “BMW” markalı, **-OA-*** qeydiyyat nömrə nişanlı avtomobildir. Həmin avtomobilin sürücü olan hissəsindəki şüşə kərpic daşla sındırılmış, avtomobilin salon hissəsində olan qol altlığı və saxlanc yeri açıq vəziyyətdədir. (cild İ, iş.v. 84-86) 08 may 2024-cü il tarixli, “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi **-OA-*** qeydiyyat nömrə nişanlı “BMW 428i” markalı avtomobildən oğurlanmış 01 ədəd mobil telefona, Çin istehsalı avtomobildən oğurlanmış 01 ədəd “notebook”a və 01 ədəd qulaqcığa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd mobil telefon “İphone 13 pro” markalı mobil telefon, 01 ədəd notebook “Dell” markalı kompüter və 01 ədəd qulaqcıq isə ağ rəngli qabda olmaqla 01 cüt qulaqcıqdır. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sözügedən 01 ədəd “İphone 13 pro” markalı mobil telefon, 01 ədəd “Dell” markalı kompüter və 01 ədəd ağ rəngli qabda olmaqla 01 cüt qulaqcıq Təqsirləndirilən şəxs götürülmüşdür. (cild İ, iş.v. 88-89) 10 may 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (cild İ, iş.v. 93-94) 18 may 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş.v. 138-139) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs2 B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır və 21 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2032-ci il tarixədək etibarlıdır. (cild İ, iş.v. 145) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-OA-*** qeydiyyat nömrə nişanlı “BMW” markalı, “428i” modelli, sedan tipli, göy metallik rəngli avtomobilin mülkiyyətçisi X7r. (cild İ, iş.v. 145-146) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Fatimə Səfərli və xx.xx.2016-cı il təvəllüdlü Yağmur Səfərli olmaqla, 2 azyaşlı övladı vardır. (cild İ, iş.v.155) 31 may 2024-cü il tarixli, “cinayət təqibinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.2 və 234.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı statistik nömrə altında bir icraatda davam etdirilmişdir. (cild İ, iş.v.156-157) Sabunçu RPİ-nin 13-cü PŞ-yə ünvanlanmış 08 may 2024-cü il tarixli raportdan görünür ki, 08 may 2024-cü il tarixdə, saat 07:51-də Sabunçu RPİ-nin 13-cü PŞ-yə 102 XZM-dən Bakıxanov qəsəbəsi, Pirməmməd küçəsi, ev 1 ünvanından Zərərçəkmiş şəxs3 tərəfindən “Chevrolet” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomaşından çantası və sənədlərinin oğurlanması barədə ********** saylı məlumat daxil olmuşdur. (cild İ, iş.v.160) 08 may 2024-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, vət.Zərərçəkmiş şəxs3 məxsus “Chevrolet Captiva” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildən edilmiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. Baxışla məlum olmuşdur ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Pirməmməd küçəsi, 1 saylı evin qarşısıdır. (cild İ, iş.v.161-162) Zərərçəkmiş şəxs3 tərəfindən Sabunçu RPİ-nin 13-cü PŞ-yə ünvanlanmış 10 may 2024-cü il tarixli ərizədən görünür ki, Sabunçu rayonu, ünvan 13 ünvanının qarşısında saxladığı “Chevrolet Captiva” markalı, **-GM-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol yan pəncərəsini sındırmaqla əl altında olan saxlanc yerindən hər birinin dəyəri 200 manat olmaqla, markalarını bilmədiyi 05 ədəd qol saatı və qabaq sağ oturacağın qarşısında olan saxlanc yerindən dəyəri 100 manat olan əl çantası və onun içərisində dəyəri 70 manat olan 01 ədəd pul qabını, 02 ədəd və hər birinin dəyəri 350 manat olan qadın gümüş saatı, 03 ədəd hər birinin dəyəri 50 manat olan gümüş boyunbağını, 02 ədəd hər birinin dəyəri 25 manat olan gümüş üzüyü, dəyəri 3000 manat olan 01 cüt qızıl sırğa, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl boyunbağını, 02 ədəd hər birinin dəyəri 45 manat olmaqla, birinin üzərində ***-***-**-** mobil nömrəsi olan “Nokia” markalı mobil telefonları, övladları Zərərçəkmiş şəxs5, X15, X20 və X16 məxsus doğum haqqında şəhadətnamələri, hər birinə aid şəxsiyyət vəsiqəsini, hər birinə aid xarici pasportu, ona və həyat yoldaşı Zərərçəkmiş şəxs4 məxsus nikah haqqında şəhadətnamələrini, hər ikisinə aid doğum haqqında şəhadətnaməsini, hər ikisinə aid xarici pasportu, ona məxsus Azərbaycan Respublikasının Müharibə veteranı kitabçasını, Azərbaycan Silahlı Qüvvələri Veteran kitabçasını, Azərbaycan Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Sosial Müdafiə kartını, ona məxsus sürücülük vəsiqəsini, etibarnamə ilə idarə etdiyi **-GM-*** dövlət nömrə nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsini və **-GM-*** dövlət nömrə nişanlı avtomaşından onun adına etibarnaməni gizli yolla talayaraq oğurlamışlar. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş.v. 164) 06 iyun 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş.v. 177-178) 08 iyun 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş.v. 186-187) Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 10 iyun 2024-cü il tarixli, 3-16-16/2-3/845 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. (cild İ, iş.v. 204-205) 24 iyun 2024-cü il tarixli, “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.2 və 234.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı statistik nömrə altında bir icraatda davam etdirilmişdir. (cild İ, iş.v. 209-210) 24 iyun 2024-cü il tarixli, “şahidin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsində ev 3-ün qarşısına gələrək 2023-cü ilin oktyabr ayının əvvəllərində həmin küçə ilə hərəkət edən zaman həmin evin qarşısında “VAZ 2107” markalı, ağ rəngli avtomobilin dayandığını və həmin avtomobilin arxa sağ qapısını açaraq avtomobilə daxil olub salonda şitə bərkidilmiş “Pioneer” markalı maqnitofonu söküb çıxardığını, avtomobilin bardaçokunu açan zaman 01 ədəd “Honor” markalı elektron saat və adi saatı oğurladığını bildirmişdir. Bundan başqa, avtomobilin bardaçokunu açan zaman orada olan plastik bank kartlarını və 350 manat pulu götürdüyünü, yolda gedən zaman bank kartlarını tulladığını, saat və maqnitofonu isə Sabunçu qəsəbəsi ərazisində tanımadığı şəxslərə satdığını bildirmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İİ, iş.v. 36-37) 26 iyun 2024-cü il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gələn Təqsirləndirilən şəxs “BMW” markalı **-OA-*** d.q.n-lı avtomobilin yanında dayanaraq maşından düşüb evin qapı tərəfini göstərib 08 may 2024-cü il tarixdə həmin küçədən keçən zaman “BMW” markalı avtomobilin hazırda həmin yerdə dayandığını, avtomobilin pəncərə şüşəsini kubik daşı ilə sındırıb qol altı bardaçoku açaraq oradan “İphone 13 pro” markalı mobil telefonu oğurlayıb hadisə yerindən uzaqlaşmışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İİ, iş.v. 64-65) 26 iyun 2024-cü il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iştirakçılar Təqsirləndirilən şəxs təklifi ilə Bakıxanov qəsəbəsi, Pirməmməd küçəsinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin küçədə 1 saylı evin qarşısında dayanmış “Chevrolet Captiva” markalı avtomobilin sol tərəfindən yaxınlaşıb kubik daşı ilə qabaq sol pəncərəni sındırdığını, avtomobilin içərisindən 02 ədəd sadə “Nokia” markalı mobil telefonu, 05 ədəd qol saatı, qızıl və gümüş əşyaları və müxtəlif sənədlər olan kişi əl çantasını götürüb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, oğurladığı əşyalardan 02 ədəd mobil telefonu, 05 ədəd qol saatı, 01 ədəd pul kisəsi və 01 ədəd kişi çantasını Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən köhnə əhəng zavodunun həyətində vaqon tipli tikilidə qaldığını və həmin yerə gedilsə təqdim edə biləcək.Bundan sonra, Təqsirləndirilən şəxsla birlikdə qeyd edilən yerə getmişlər. Təqsirləndirilən şəxs tikiliyə daxil olub içəridə olan köhnə döşəyi qaldırıb altında olan kişi çantasını çıxarıb təqdim etmişdir. Təqdim olunan çantaya baxış keçirilib götürülmə ilə əlaqədar ifadənin yerində yoxlanması istintaq hərəkəti başa çatdırılmışdır. (cild İİ, iş.v. 66-68) 26 iyun 2024-cü il tarixli, “götürmə aparılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman aşkar edilmiş 01 ədəd pul kisəsinin, 02 ədəd “Nokia TA 1174” markalı mobil telefonun və 04 ədəd qol saatının götürülməsi qərara alınmışdır. (cild İİ,+++++++++ iş.v. 69-70) 26 iyun 2024-cü il tarixli, “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, ifadəsi yerində yoxlanılan zaman aşkar edilmiş 01 ədəd kişi əl çantasını təqdim etmişdir. Çantaya baxış keçirilən zaman 01 ədəd boz rəngli dəri materialdan olan pul kisəsi, 04 ədəd qol saatı və 02 ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Mobil telefonun “TA 1174” markalı olması müəyyən edilmişdir. Saatlar isə “Luch” və “Vostok” markalıdır. Bir saatın isə kəmərinin olmadığı müəyyən edilmişdir. (cild İİ, iş.v. 71-72) Ambulator məhkəmə-narkoloji ekspertizasının 24 may 2024-cü il tarixli, 3676 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİ, iş.v. 73-74) Məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 iyun 2024-cü il tarixli, 9/3773 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertizaya təqdim olunan 03 adda istifadədə olmuş malların üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və s.) nəzərə alınmaqla, 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilmişdir: -Zərərçəkmiş şəxs6 məxsus mallar-istifadədə olmuş “Dell Latitude 3510 Core i7” markalı noutbuk (900 manat) və istifadədə olmuş “Airpods 2 A1602” markalı qulaqcıq (120 manat), cəmi 1020,00 manat. -Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 13 Pro” markalı mobil telefon- 1200,00 manat. (cild İİ, iş.v. 77-79) 30 iyun 2024-cü il tarixli, “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 1 nömrə ilə nömrələnmiş “Dell” markalı “notebook”u göstərib ona məxsus olan oğurlanmış əşyası olduğunu bildirmişdir. (cild İİ, iş.v. 81-84) 02 iyul 2024-cü il tarixli, “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 2 nömrə ilə nömrələnmiş “İphone 13 Pro” markalı mobil telefonu göstərib ona məxsus olan oğurlanmış telefonu olduğunu bildirmişdir. (cild İİ, iş.v. 85-88) Suraxanı RPİ-nin İŞ-in 10 iyun 2024-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsi tərəfindən ünvanlanmış 05 iyul 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetamini və 01 (bir) ədəd bıçağı əldə etdiyi şəxsin və ya mənbənin müəyyən edilməsi, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatının əldə edilməsi mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs “Changan UNİ-T” markalı avtomobildən oğurladığı bir ədəd kişi əl çantasını satdığı şəxsin müəyyən edilməsi mümkün olmamışdır. (cild İİ, iş.v. 90) 07 iyul 2024-cü il tarixli, “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 məxsus olan 01 ədəd “DELL” markalı notebook, bir ədəd “Apple” markalı qulaqcıq, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 13 Pro” markalı mobil telefon, həmçinin Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobildən oğurladığı bir ədəd kişi çantası, bir ədəd pul kisəsi, iki ədəd “Nokia TA 1174” markalı mobil telefon, dörd ədəd qol saatı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və müvafiq olaraq sahiblərinə təhvil verilmişdir. (cild İİ, iş.v. 91-93) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu həqiqətən təhvil almışdır. (cild İİ, iş.v. 94) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 özünə məxsus 01 ədəd “DELL” markalı notebook və “Apple” markalı qulaqcığı həqiqətən təhvil almışdır. (cild İİ, iş.v. 95) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, X18 oğurlanmış özünə məxsus 04 ədəd kişi qol saatını, 02 ədəd “Nokia” markalı sadə mobil telefon, bir ədəd pulqabı və 01 ədəd kişi çantasını həqiqətən təhvil almışdır. (cild İİ, iş.v. 96) 08 iyul 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, fəaliyyət qabiliyyəti olmayan X15 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İİ, iş.v. 125-126) X18 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 08 iyul 2024-cü il tarixli ərizədən görünür ki, övladı X15 xx.xx.2012-ci il təvəllüdlü olmaqla tam fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan onun qanuni nümayəndəsi qismində təyin edilməsini xahiş etmişdir. (cild İİ, iş.v. 127) 08 iyul 2024-cü il tarixli, “fəaliyyət qabiliyyəti olmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsini təyin etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X18 fəaliyyət qabiliyyəti olmayan şəxs X4 qanuni nümayəndəsi qismində təyin edilmişdir. (cild İİ, iş.v. 128-129) 08 iyul 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, fəaliyyət qabiliyyəti olmayan X20 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İİ, iş.v. 130) X18 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 08 iyul 2024-cü il tarixli ərizədən görünür ki, övladı X20 xx.xx.2014-cü il təvəllüdlü olmaqla tam fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan onun qanuni nümayəndəsi qismində təyin edilməsini xahiş etmişdir. (cild İİ, iş.v. 131) 08 iyul 2024-cü il tarixli, “fəaliyyət qabiliyyəti olmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsini təyin etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X18 fəaliyyət qabiliyyəti olmayan şəxs X9 qanuni nümayəndəsi qismində təyin edilmişdir. (cild İİ, iş.v. 132-133) 08 iyul 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, fəaliyyət qabiliyyəti olmayan X21 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İİ, iş.v. 135) X18 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 08 iyul 2024-cü il tarixli ərizədən görünür ki, övladı X21 xx.xx.2023-cü il təvəllüdlü olmaqla tam fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan onun qanuni nümayəndəsi qismində təyin edilməsini xahiş etmişdir. (cild İİ, iş.v. 136) 08 iyul 2024-cü il tarixli, “fəaliyyət qabiliyyəti olmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsini təyin etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X18 fəaliyyət qabiliyyəti olmayan şəxs X10 qanuni nümayəndəsi qismində təyin edilmişdir. (cild İİ, iş.v. 137-138) 08 iyul 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, fəaliyyət qabiliyyəti olmayan Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İİ, iş.v. 144-145) X18 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 08 iyul 2024-cü il tarixli ərizədən görünür ki, övladı Zərərçəkmiş şəxs5 xx.xx.2009-cu il təvəllüdlü olmaqla məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan onun qanuni nümayəndəsi qismində təyin edilməsini xahiş etmişdir. (cild İİ, iş.v. 140) 08 iyul 2024-cü il tarixli, “məhdud fəaliyyət qabiliyyətli zərərçəkmiş şəxsin qanuni nümayəndəsini təyin etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X18 məhdud fəaliyyət qabiliyyətli şəxs Zərərçəkmiş şəxs5 qanuni nümayəndəsi qismində təyin edilmişdir. (cild İİ, iş.v. 141-142) X18 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 10 iyul 2024-cü il tarixli ərizədən görünür ki, 08 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona məxsus “Chevrolet Captiva” markalı avtomobilin şüşəsini qıraraq müxtəlif qızıl və gümüş əşyalarını, rəsmi sənədlərini və başqa əşyaları oğurlamışdır. Təqsirləndirilən şəxs valideynləri tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. (cild İİ, iş.v. 151) 10 may 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, X11 məxsus “Kia K5” markalı avtomobilin və X12 məxsus “Hyundai İX 35” markalı avtomobilin şüşəsinin Təqsirləndirilən şəxs tərəfindən sındırılması ilə əlaqədar araşdırma aparılmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. (cild İİ, iş.v. 152-153) Zərərçəkmiş şəxs1 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 13 iyul 2024-cü il tarixli ərizədən görünür ki, 05 oktyabr 2023-cü il tarixdə ünvan 10-ün qarşısında saxladığı “Vaz 2107” markalı avtomobildən “Pioneer” markalı maqnitofon, 02 ədəd qol saatı və 350 manat nağd pul oğurlanmışdır. Hal-hazırda ona dəymiş ziyan oğurluğu törətmiş şəxs Təqsirləndirilən şəxs valideynləri tərəfindən tam məbləğdə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. (cild İİ, iş.v. 155) Suraxanı RPİ-nin İŞ-in 07 iyul 2024-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsi tərəfindən ünvanlanmış 13 iyul 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Vaz 2107” markalı avtomobildən oğurladığı “Pioneer” markalı maqnitolanı satdığı şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. (cild İİ, iş.v. 157) 13 iyul 2024-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd soyuq silah hesab edilən ov bıçağı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild İİ, iş.v. 174) 14 iyul 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin hüquqi tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 177.1, 177.2.2 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələrinə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs 10 may 2024-cü il və 24 iyun 2024-cü il tarixlərdə Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməklə, ona həmin Məcəllənin 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,750 qram psixotrop maddə-metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 0,700 qram metamfetaminin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. 08 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd "DVD’' diskin cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs6 məxsus olan 01 ədəd "DELL" markalı notebook, 01 ədəd “Apple” markalı qulaqcıq, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 13 Pro” markalı mobil telefon, eləcə də Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobildən oğurladığı bir ədəd kişi əl çantası, bir ədəd pul kisəsi, iki ədəd “Nokia TA 1174” markalı mobil telefon, dörd ədəd qol saatı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək müvafiq qəbzlərlə sahiblərinə təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd soyuq silah hesab edilən ov bıçağının maddi sübut hesab edilərək saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 məxsus “Changan” markalı, “UNİ-T” modelli, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı şüşəsini daş ilə sındıraraq 160 manat, Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı, “428İ” modelli **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı şüşəsini kubik daşı ilə sındıraraq 300 manat, Zərərçəkmiş şəxs3 məxsus “Chevrolet” markalı “Captiva” modelli, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı şüşəsini kubik daşı ilə sındıraraq 170 manat məbləğində maddi ziyan vurması xüsusatları üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Suraxanı RPİ-nin 32-ci PŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs X11 məxsus olan “Kia K5 markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı və X12 məxsus “Hyundai İX 35” markalı **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin pəncərə şüşələrini sındırsa da, həmin avtomobillərdən hər hansı bir əmlak oğurlamadığından barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. Bu barədə material ayrılaraq qeydiyyata alınıb saxlanması üçün rayon prokurorluğuna göndərilmiş və həmin xüsusatlar üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Suraxanı RPİ-nin 32-ci PŞ-yə göndərilməsi nəzərə alınmışdır. (cild İİ, iş.v. 176-197) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, saat 20:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 10 may 2024cü il tarixdə, saat 15:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən məhkəməyə təqdimatla müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(010)-142/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 08 may 2024-cü il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla, ********* saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanması nəzərə alınmışdır. 15 iyul 2024-cü il tarixli qərarla, saat 14:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməklə ona həmin Məcəllənin 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(010)-447/2024 saylı hazırlıq iclasının yekun qərarı ilə həbsdə saxlanma müddəti qüvvədə saxlanmışdır. (İ cild, iş.v. 14, 98-99, 111-116, 119-124, İİ cild, iş.v. 46-47, 57-58, 201-203) Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış 09 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 28 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanası tərəfindən cavab olaraq ünvanlanmış 19 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, 11 may 2024-cü il tarixdə, PX-nin 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs zədə aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sol saidin arxa səthində 04 ədəd cərrahi tikiş qoyulmuş yara, döş, qarın, sağ bazu, sağ said, kürək, bel, sağrı nahiyələrində çoxsaylı sıyrıntılar, sağ və sol baldır nahiyəsində sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasının 19 sentyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş ƏN Tibb Baş İdarəsi tərəfindən məhkumun 3150/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həbs edilməzdən əvvəl və həbs zamanı xəsarət aldığını bildirmişdir. Baxış zamanı sol saidin arxa səthində 04 ədəd cərrahi tikiş qoyulmuş yara, döş, qarın, sağ bazu, sağ said, kürək, bel, sağrı nahiyələrində çoxsaylı sıyrıntılar sağ və sol baldır nahiyəsində sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli sorğusuna Suraxanı RPİ-nin MSY tərəfindən cavab olaraq göndərilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə, saat 02:05-də Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. 11 may 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 10 oktyabr 2024-cü il tarixdə Suraxanı rayon prokurorluğuna sorğu ünvanlanaraq göstərilmişdir ki, işin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılan zaman Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalmış, o cümlədən döyülmüşdür. Bununla bağlı, ibtidai istintaq dövründə həm özü, həm də müdafiəçisi Suraxanı rayon prokurorluğuna müraciət etmiş, prokurorluqda isə bununla bağlı araşdırma aparılmışdır. Odur ki, sözügedən məlumat əsasında aparılmış araşdırmanın nəticəsi barədə qəbul olunmuş qərarın surətinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 24 oktyabr 2024-cü il tarixdə Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X13 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar, qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, buna görə də, toplanmış materialda cinayət hadisəsinin olmaması müəyyən edilmişdir. Odur ki, CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Suraxanı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (cəzasının əvvəli xx.xx.2022, cəzasının sonu xx.xx.2023) 17 saylı CM-nə xx.xx.2023-cü il tarixdə 3 saylı İT-dən gətirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X24 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, ilkin məhkəmə iclasları zamanı özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda qeyd olunan 4 oğurluq epizodunun 3-ü üzrə özünü təqsirli bilir, lakin birinci oğurluq epizodunu (Zərərçəkmiş şəxs1 qarşı) o törətməmiş və tutulan zaman da üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Şübhəli şəxs qismində tutulandan sonra, müdafiəçisi yanında olmamışdır. Polis əməkdaşları onu döydüyü zaman ayağa qalxmaq istəyəndə itələdikləri üçün şüşəyə dəymiş, şüşə isə qırılıb qollarını kəsmişdir. Ona qarşı fiziki və psixi təzyiq göstərildiyindən ibtidai istintaq dövründə dindirilən zaman cinayət əməllərini törətdiyini qəbul etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs birinci oğurluq epizodunu törətməməsi və tutulan zaman üzərində heç bir psixotrop maddə olmaması xüsusatları ilə bağlı təqsirləndirilən şəxsin bildirdiyi bu halları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə psixotrop maddənin özünə məxsus olmasını etiraf etməsi, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddəni və əynində olan şalvarının bel hissəsinin sağ tərəfində kəmərə bərkidilmiş soyuq silah hesab edilən bir ədəd ov bıçağını çıxarıb təqdim etməsi aşkar görünür. Videogörüntüdən əlavə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 10 oktyabr 2024-cü il tarixdə Suraxanı rayon prokurorluğuna ünvanladığı sorğuya cavab olaraq göndərilmiş Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X13 tərəfindən 24 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar, qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, buna görə də, toplanmış materialda cinayət hadisəsinin olmaması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ilkin dindirmələr zamanı həmin xəsarətləri avtomobilin şüşəsini sındırıb salonundan oğurluq etmək istəyən zaman almasını bildirmiş, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı xüsusatları qeyd etməmişdir. Odur ki, CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli müraciətinə cavab olaraq Suraxanı RPİ-nin MSY tərəfindən göndərilmiş AKT-dan da görünür ki, Təqsirləndirilən şəxs, 09 may 2024-cü il tarixdə, saat 02:05-də Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. 11 may 2024-cü il tarixdə isə MSY-dən azad olunub 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. Həmçinin iş materialları, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və göndərilmiş sorğuların cavablarından ittihamda göstərilən bütün cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini, onun özünü təqsirli bilmədiyi xüsusatların özünümüdafiə xarakterli olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün gətirdiyi əsassız dəlillər olmasını aşkar göstərir. Bundan əlavə, təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasları zamanı ittihamda qeyd edilən bütün əməllərin onun tərəfindən törədildiyini bildirmiş, sonda isə əməlindən peşman olmasını qeyd etmişdir. Odur ki, Təqsirləndirilən şəxs ilkin məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü qismən təqsirli bilməsi ilə bağlı qeyd etdiyi bütün xüsusatlar toplanmış mötəbər sübutların məcmusu ilə tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əvvəlki iclaslarda bildirdikləri onun cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiəsi kimi qiymətləndirilmişdir. Buna görə də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri sübut qismində qiymətləndirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Cinayət Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X24 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli Plenum Qərarına əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. CM-nin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. CM-nin 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla— üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 326.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni həmin maddə ilə şəxs o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, cinayətin predmeti olan dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədi qanuni sahibindən sonuncunun iradəsinə zidd olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını qabaqcadan görsün və bunları arzu etsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddəmetamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,750 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasmın yaxınlığıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Belə ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında heç kimin onu görmədiyinə əmin olduqdan sonra, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanının qarşısında dayanıqlı vəziyyətdə saxladığı “VAZ” markalı, 21074 modelli, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nasaz vəziyyətdə olduğundan kilitlənməyən sağ arxa qapısını açaraq avtomobilin salonuna daxil olub salonda şitə bərkidilmiş sonuncuya məxsus 250 manat dəyərində “Pioneer” markalı maqnitolanı, qabaq sərnişin oturacağının qarşı tərəfində olan saxlanc yerindən 450 manat dəyərində “Honor” markalı elektron qol saatını, 200 manat dəyərində “Tissot” markalı kişi qol saatını, qol altı saxlanc yerindən 350 AZN nağd pul olmaqla, ümumlikdə 1250 manat məbləğində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 may 2024-cü il tarixdə saat 02 radələrində heç kimin onu görmədiyinə əmin olduqdan sonra, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında Zərərçəkmiş şəxs6 etibarnamə əsasında idarə etməklə dayanıqlı vəziyyətdə saxladığı “Changan” markalı, “UNİ-T” modelli, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı şüşəsini daş ilə sındıraraq avtomobilin salonuna daxil olub mühərrik ötürücüsünün yanında olan sonuncuya məxsus bir ədəd 120 manat dəyərində istifadədə olmuş, “AirPods2 A 1602” markalı qulaqcığı, salonda arxa oturacaqda olan 50 manat dəyərində kişi əl çantasını və içərisində olan bir ədəd 900 manat dəyərində istifadədə olmuş “Dell Latitude 3510 Core İ7” markalı noutbuku, cəmi 1070 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 may 2024-cü il tarixdə, saat 02 radələrində heç kimin onu görmədiyinə əmin olduqdan sonra, ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 baş etibarnamə əsasında idarə etməklə dayanıqlı vəziyyətdə saxladığı “BMW” markalı, “428İ" modelli **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı şüşəsini kubik daşı ilə sındıraraq avtomobilin salonuna daxil olub qolaltı saxlanc yerindən sonuncuya məxsus 1200 manat dəyərində bir ədəd istifadədə olmuş “İphone 13 Pro” markalı mobil telefonu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 may 2024-cü il tarixdə, saat 02:30 radələrində heç kimin onu görmədiyinə əmin olduqdan sonra, ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs3 dayanıqlı vəziyyətdə saxladığı “Chevrolet” markalı “Captiva” modelli, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı şüşəsini kubik daşı ilə sındıraraq avtomobilin salonuna daxil olub qol altı saxlanc yerindən sonuncuya məxsus hər birinin dəyəri 150 manat olan 05 ədəd mexaniki kişi qol saatını, qabaq sərnişin oturacağının qarşı tərəfində olan saxlanc yerindən hər birinin dəyəri 25 manat olmaqla, birinin içərisində 50 manat dəyərində ***-***-**-** nömrəli mobil sim kart olan iki ədəd “Nokia” markalı, “TA 1174” modelli mobil telefonu, 50 manat dəyərində bir ədəd qara rəngli dəri kişi əl çantasını, 70 manat dəyərində bir ədəd boz rəngli dəri materialından olan pul kisəsini, sonuncunun arvadı Zərərçəkmiş şəxs4 məxsus bir cüt İtaliya istehsalı olmaqla 750 əyarlı, 7 qram çəkidə, 600 manat dəyərində qızıl sırğanı, bir ədəd Rusiya istehsalı, 585 əyarlı, 11 qram çəkidə, 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd İtaliya istehsalı olmaqa, 750 əyarlı, 5 qram çəkidə, 400 manat dəyərində qızıl üzüyü, bir ədəd 85 manat dəyərində qızıl qolbağı, hər birinin dəyəri 50 manat olan 03 ədəd gümüş boyunbağını, hər birinin dəyəri 25 manat olan 02 ədəd gümüş üzüyü, hər birinin dəyəri 350 manat olan iki ədəd gümüş saatı, ümumilikdə 3755 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamış, həmçinin avtomobilin qabaq sərnişin oturacağının qarşı tərəfində olan saxlanc yerindən Zərərçəkmiş şəxs3 məxsus pasportu, digər mühüm şəxsi sənəd hesab olunan “BC” kateqoriyalı sürücülük vəsiqəsini, doğum haqqında şəhadətnaməni, İkinci Qarabağ müharibəsi iştirakçısı olmağına dair veteranlıq vəsiqəsini, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 25 il xidmət etdiyinə görə olan vəsiqəni, “Chevrolet” markalı, “Captiva” modelli, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini, həmin avtomobilə görə verilmiş baş etibarnaməni, Zərərçəkmiş şəxs5, X6, X14 və X8 məxsus şəxsiyyət vəsiqələrini, pasportları, digər mühüm şəxsi sənəd hesab olunan doğum haqqında şəhadətnamələri, Zərərçəkmiş şəxs4 məxsus pasportu, digər mühüm şəxsi sənəd hesab olunan doğum haqqında şəhadatnəməni və nikah haqqında şəhadətnaməsini talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,750 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı əldə edib daşıyaraq üzərində gəzdirməklə saxlamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində baş vermiş oğurluq cinayətlərinin törədilməsində şübhəli olması ilə bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 08 may 2024-cü il tarixdə, saat 20 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasmın yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Suraxanı RPİnin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 21:25 dəqiqədən 21:35 dəqiqəyədək olan vaxt ərzində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 0,750 qram olan həmin psixotrop maddəmetamfetamin və əynində olan şalvarının bel hissəsinin sağ tərəfində kəmərə bərkidilmiş soyuq silah hesab edilən həmin bir ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 68.1.1-1 və 66.2-ci maddələri tətbiq edilməklə, 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarı ilə cəzadan 02 ay 25 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 05 oktyabr 2023-cü il tarixdə, cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. (İ cild, iş.v. 153-154) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, o, 10 iyul 2023-cü il tarixdə cəzasının 02 ay 25 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 05 oktyabr 2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, hazırki iş üzrə oğurluq cinayət əməlinin ilk epizodunu isə 05 oktyabr 2023-cü il tarixdə gecə saatlarında törətmiş olduğundan məhkumluğu ödənilməmiş və götürülməmiş, əməlində cinayətin sadə residivi olan şəxs hesab olunur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olması, oğurluq epizodları üzrə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması, Zərərçəkmiş şəxs6 xaric digər zərərçəkmiş şəxslərlə barış əldə etməsi CMnin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin sadə residivinin olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin hazırki iş üzrə təqsirləndirilən şəxsin əməlində cinayətin sadə residivi olduğundan CM-nin 60.1-ci maddəsinin tətbiq olunması mümkünsüzdür. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. CM-nin 76.6-cı maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum: CM 76.6.3-qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də CM-nin 177 və 234-cü maddələri üzrə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əməlində cinayətin sadə residivi var, lakin islah olunmayaraq yenidən məhkumluğu ödənilmədən və götürülmədən cinayət əməllərini törətmiş, narkomaniya xəstəliyindən əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı var. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 7(003)- 927/2023 saylı qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunaraq CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Suraxanı Rayon Məhkəməsinin 03 may 2023cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 08 may 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,700 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81, 64 və 50 manat olmaqla, cəmi 195 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd “Dell” markalı notebookun, 01 ədəd “Apple” markalı qulaqcığın, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 13 Pro” markalı mobil telefonun, eləcə də, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılma istintaq hərəkəti keçirilən zaman aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobildən oğurladığı 01 ədəd kişi əl çantası, 01 ədəd pul kisəsi, 02 ədəd Nokia TA 1174 markalı mobil telefon və 04 ədəd qol saatının müvafiq qəbzlərlə sahiblərinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, 01 ədəd soyuq silah hesab edilən ov bıçağı xüsusi müsadirə edilməli, xüsusi müsadirə olunmuş maddi sübut hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyəti orqana təqdim olunmalı, Zərərçəkmiş şəxs6 cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 228.4, 234.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, 01 ədəd soyuq silah hesab edilən ov bıçağının xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 30 iş saatı üçün 180 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-in 326.2-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 7(003)- 927/2023 saylı qərarı ilə müəyyən edilmiş 02 ay 25 gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunaraq CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına Suraxanı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 25 gün hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq 03 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,700 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81, 64 və 50 manat olmaqla, cəmi 195 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd “Dell” markalı notebookun, 01 ədəd “Apple” markalı qulaqcığın, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 13 Pro” markalı mobil telefonun, eləcə də, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılma istintaq hərəkəti keçirilən zaman aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobildən oğurladığı 01 ədəd kişi əl çantası, 01 ədəd pul kisəsi, 02 ədəd Nokia TA 1174 markalı mobil telefon və 04 ədəd qol saatının müvafiq qəbzlərlə sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, 01 ədəd soyuq silah hesab edilən ov bıçağı xüsusi müsadirə edilsin. Xüsusi müsadirə olunmuş 01 ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra, aidiyyəti orqana təqdim olunsun. Zərərçəkmiş şəxs6 cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-78/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-78/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver