Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-79/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1990-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, faktiki nikan münasibətlərində olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan seçilmiş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2017-ci il tarixdə, saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 289 saylı ünvanda yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək, faktiki nikah münasibətlərində yaşadığı Şahid3 əyləşdiyi taksi avtomobilinə tanıdığı Zərərçəkmiş şəxs da əyləşdiyinə görə onunla mübahisə edib ünvanına təhqiramiz ifadələr işlədərək bir dəfə yumuruqla qaş nahiyəsindən vurmuş, sonra isə üzərində gəzidirdiyi istintaqa məlum olmayan deşici-kəsici alətlə qəsdən bir neçə dəfə vurararq, Zərərçəkmiş şəxs bel nahiyəsinin daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yaraları, sağ sarğı nahiyəsinin iki ədəd deşilmişkəsilmiş yaraları, sağ qaşın əzilmiş cırılmış yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidd xəsartətlər yetirməklə, qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2017-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Əfsun” şadlıq sarayında ailə üzvləri ilə birlikdə, həmkəndlisi Arifin oğlunun sünnət toy mərasimində iştirak etmişdir. Qeyd etdiyi şadlıq sarayına faktiki nikah münasibətlərində yaşadığı Gülxanım anası, yənin onun (Təqsirləndirilən şəxs) qaynanası Qəmərlə birlikdə getmiş, özü isə şadlıq sarayına ayrıca tək gəlmişdir. Şadlıq sarayında tanımadığı şəxslərlə əyləşib yemək yeyib təxminən 0.5 litr spirtli içki araq qəbul etmiş, təxminən saat 23 radələrinədək qeyd etdiyi şadlıq sarayında olmuşdur. Toyda iştirak edən şəxslərin getməyə başladıqlarını görüb o, da çölə çıxmışdır. Təxminən 40-50 metr piyada getdikdən sonra Gülxanımın və qaynanası Qəmərin əyləşdikləri, tanışı Nazim adlı şəxsə məxsus taksi avtomobilinə Amir adlı şəxsin də əyləşdiyini görmüşdür. Qışqırıb Nazimdən avtomobilini dayandırmağını tələb etmiş, sonuncu avtomobili dayandırdıqdan sonra yaxınlaşıb Gülxanımdan avtomobildən düşməsini istəmişdir. Səsinə həmin tanımadığı şəxslər və tanıdığı Bayram adlı şəxs gəlmişlər. Həmin avxt gödəkçəsinin sağ yan cibində olan balaca dırnaq tutanın uc hissəsində olan dəmirlə Amiri bir neçə dəfə vurmuşdur. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonunda aşadığı evə getmiş, gecəni orada qalıb səhəri gün Balakən rayonuna yaşadığı kəndə qayıtmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, əvvəllər Zərərçəkmiş şəxs ilə aralarında narazılığı, düşmənçiliyi və ya ədavəti olmamışdır. Mübahisə zamanı sərxoş olduğundan nə etdiyini bilməmiş, Amiri spirtli içkinin təsiri altında olduğu üçün vurmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. xx xxxxxx 2017-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Əfsun” şadlıq sarayında keçmiş iş yoldaşı Arifin uşağının sünnət toyunda iştirak etmişdir. Toy məclisinə ailə üzvləri ilə birlikdə dəvət olunsa da, ora tək getmişdir. Şadlıq sarayında dostları Mübariz, İlqar və tanımadığı bir neçə nəfər şəxsin əyləşdikləri masada oturub onlarla birlikdə spirtli içki içib qəbul edib yemək yemişdir. Həmin vaxt xeyli spirtli içki qəbul etsə də, heç kimlə mübahisə etməmiş və dalaşmamışdır. Toy mərasimində iki saat iştirak etdikdən sonra çölə çıxıb bir qədər piyada gedərək taksi avtomobili axtarmışdır. Həmin vaxt sərxoş olduğundan başqa heç nə xatırlamamışdır. Özünə gəldikdə isə xəstəxanada olduğunu görmüş, xəstəxanada olmasının səbəbini həkimlərdən soruşduqda sonuncular ona bıçaqlandığını bildirmişlər. Xəstəxanaya hansı şəraitdə gətirildiyini də bilməmişdir. Sonradan qardaşı Zaur ona “səni Arifin kirvəsi “Eşqin” ləqəbli Elçin bıçaqla vurub xəsarət yetirmişdir” demişdir. Həmin vaxt sərxoş olduğundan taksi axtararkən Elçinlə mübahisə edərək dalaşmasının, sonuncunun bıçaqla onu vurmasının səbəbini bilməmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxındır tanıyır, belə ki, tullantı metal dəmir parçalarını toplayıb Amirin işlədiyi yerə satmışdır. Təqsirləndirilən şəxs isə uşaqlıqdan tanıyır, onunla normal münasibətləri olmuşdur. xx xxxxxx 2017-ci il tarixdə oğlu İsmayıla sünnət toyu etmiş, həmin məclis Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan “Əfsun” şadlıq sarayında keçirilmişdir. Həmin məclisə yaxın qohumlarını, dostlarını, tanışlarını, o cümlədən Amiri və oğluna kirvə seçdiyi Elçin də olmaqla təxminən 100-120 nəfər dəvət etmiş, məclis saat 18 radələrində başlamışdır. Təxminən saat 23 radələrində məclis yekunlaşmış və o, ailə üzvüləri ilə birlikdə yaşadığı evə getmişdir. Yaşadığı evdə olarkən qardaşı Şahverdi zəng edib Elçinin şadlıq sarayının yaxınlığında Amiri döyüb ona xəsarət yetirdiyini bildirmişdir. Elçinlə Amirin mübahisə etdikləri zaman hadisə yerində olmamış, baş verənləri yalnız qardaşının dediklərindən bilmişdir. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmadan faktiki nikah münasibətlərində yaşayır. xx xxxxxx 2017-ci il tarixdə Şahid1 oğlunun kiçik toy mərasimində iştirak etmiş, həmin toya anası ilə birlikdə getmiş, Elçin isə özü tək gəlmişdir. Toy məclisi Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Əfsun” şadlıq sarayda olmuş, anası ilə birlikdə şadlıq sarayına getmiş və orada olan tanımadığı qadınlarla əyləşmişdir. Təxminən saat 23 radələrində toy məclisi bitdikdən sonra evlərinə getmək üçün anası ilə birlikdə şadlıq sarayından çölə çıxmışlar, həmin vaxt tanıdığı Nazim adlı şəxsdən onları yaşadıqları evə aparmasını xahiş etmişlər. Nazim də etiraz etmədiyindən onun avtomobilinə əyləşmişlər, bu zaman Nazimin avtomobilinə Amir adlı şəxs də əyləşmişdir. Nazim avtomobili idarə edən zaman Elçin qışqıraraq Nazimdən avtomobili saxlamasını tələb edib avtomobilin arxasınca qaçmağa başlamışdır. Nazim avtomobili saxladıqdan sonra onlar avtomobildən düşmüşlər. Elçin yaxınlaşıb Amirlə mübahisə edərək, onların (Gülxanımla, Qəmərin) əyləşdiyi avtomobilə əyləşməsinin səbəbini soruşmuşdur. Həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olan Elçin və Amir biri-birlərinin ünvanlarına təhqiramiz ifadələr işlətmişlər, onların səsinə tanımadığı şəxslər toplaşmışdır. Həmin şəxslər Elçinlə Amiri sakitləşdirməyə çalışmışlar, o isə anası ilə birlikdə Nazimin avtomobilinin yanında olmuşdur. Elçin qəfildən əlində olan əşya ilə Amiri vurmuş, ətrafa toplaşmış şəxslər isə onları ayırmışlar. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahid G.H.Alalhverdiyevanın ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə Arifin oğlunun sünnət toyunun keçirildiyi Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan “Əfsun” şadlıq sarayına, işləri ilə əlaqədar axşam saat 22 radələrində getmiş, toyda oturub yemək yemiş və spirtli içki qəbul etmişdir. Həmin vaxt şadlıq sarayında təxminən 100 nəfər şəxs olmuş, məclis isə artıq yekunlaşmaq üzrə olmuşdur. Saat təxminən 23 radələrində məclis yekinlaşdıqdan sonra çölə çıxıb yaşadığı evə tərəf getməyə başlamışdır. Şadlıq sarayından təxminən 40-50 metr kənarda dayanıb gözləyərkən tanıdığı Elçin adlı şəxsin hərəkətdə olan avtomobilin arxasınca qaçdığını, sonuncu avtomobilə çatdıqdan sonra sözlə mübahisə etdiyini, tanımadığı şəxslərin hadisə yerini toplaşdığını görmüşdür. Qaranlıq olduğu üçün orada olan şəxsləri tanımamışdır. Elçinin, arxasınca qaçdığı avotomobili tanıdığı Nazim adlı şəxs idarə etmiş, həmin avtomobildə Elçinin həyat yoldaşı və qaynanası da olmuşdur. Onların yanına çatdıqda Amirlə Elçinin sözlə mübahisə etdiklərini, biri-birilərinin ünvanına söyüş söydüklərini, toplaşmış şəxslərin isə Amirlə Elçini sakitləşdirmək istədiklrini görmüşdür. Həmin vaxt Amirlə Elçinin mübahisə etmələrinin səbəbini öyrənmək məqsədilə Nazimə yaxınlaşmış, sonuncu Elçinin həyat yoldaşının olduğu avtomobilə Amirin də əyləşdiyinə görə onların, yəni Elçinlə Amirin arasında mübahisə yarandığını bildirmişdir. Mübahisə zaman Elçin qəfildən əlində olan əşya ilə Amiri vurmuş, bu zaman ətrafa toplaşmış şəxslər mübahisənin daha da böyüməsinə imkan verməmişlər. Həmin vaxt özü də sərxoş olduğu üçün Elçinin konkret olaraq Amiri hansı əşya ilə və neçə dəfə vurduğunu görməmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 15 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən – bel nahiyəsinin daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yaraları, sağ sağrı nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən, sağ qaşın əzilmiş-cırılmış yarası isə küt əşyanın təsirindən törənmişlər, xx xxxxxx 2017-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxx 2018ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 289 saylı ünvanda yerləşən “Əfsun” şadlıq sarayından təxminən 40-50 metr məsafəni göstərərək bildirmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə, saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində həmin yerdə, zərərçəkmiş Zərərçəkmiş şəxs qaş nahiyəsindən bir dəfə yumuruqla, daha sonra isə üzərində gəzidirdiyi dırnaq tutanın uc hissəsində olan dəmirlə bir neçə dəfə vurararq ona xəsarət yetirmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında hər hansı şəxsi münasibətlər olmamış, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdə, saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 289 saylı ünvanda yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək, ictimai yerdə, hadisə yerinə toplaşmış şəxslərin yanında, Zərərçəkmiş şəxsla mübahisə edib ünvanına təhqiramiz ifadələr işlədərək, bir dəfə yumuruqla qaş nahiyəsindən vurduqdan sonra üzərində gəzidirdiyi deşici-kəsici alətlə qəsdən onu bir neçə dəfə vurararq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə olunan şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx xxxx 2018-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin MSY-dən axad edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2018-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Balakən rayonunun Hənifə kəndində tutularaq Bakı şəhəri Suraxanı rayon X3 Şöbəsinə təhvil verilmiş, xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon X2 Saxlama Yerindən azad edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Habelə, iş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon X3 Şöbəsinin müstəntiqi T.S.Hüseynovun qətimkan tədbiri seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Balakən rayonunun Hənifə kəndində tutularaq Bakı şəhəri Suraxanı rayon X3 Şöbəsinə təhvil verilmiş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimlan tədibirinin seçilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək, habelə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 05 gün müddət Təqsirləndirilən şəxsa təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək, habelə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019cu il tarixədək tutulduğu 05 (beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-79/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-79/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver