Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-79/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2, X1 iştirakı ilə, 15 fevral 2023-cü il tarixdə, saat 12:00-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Qaradağ rayonu, Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi ev 5-də qeydiyyatda olub Xətai rayonu, Kənd Əhmədlidə yerləşən nömrəsiz evdə yaşamış, 24 may 2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-408/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 aprel 2022ci il tarixdə, saat 12:00 dəqiqədə müvəqqəti yaşadığı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində yerləşən nömrəsiz evindən qonaq otağında stolun üzərində olan 1000 manat dəyərində “Asus” markalı “K50İ” model, “X9” 320 GB HDD, memory 4 GB xüsusiyyətli notebooku, 15 manat dəyərində “Asus” markalı, notebookun, üzərində parça materialdan olan çantanı, mətbəxdən 200 manat dəyərində “Moulinex” markalı “ME620132” model, 2000 W-luq ətçəkən maşını, 120 manat dəyərində “Midea” markalı, “RL251A” model, 800 W-luq blenderi, 120 manat dəyərində şirə çəkən maşını, yataq otağından dolaba qoyulmuş 100 manat dəyərində 180x160 sm və 200x400 sm ölçülü tül pərdələri, stolun üzərindən sarı rəngli pul kisəsinin içərisindən 2000 manat nağd pulu və həmin yerdən 100 manat dəyərində “Text” markalı, “TM-D228” model, **********40233 və **********90287 İMEİ kodlu mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3655 manat miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 3 aya yaxındır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs və həyat yoldaşını tanıyır. Onların həmin evində təmir aparılarkən bir sıra işləri görmüş və aralarında yaxşı münasibət yarandığından həmin 3 otaqlı evin 1 otağını ona vermişdirlər ki, orada yaşasın. Bu səbəbdən də evin girəcək qapısının açarını da ona vermişdirlər. Evə istədiyi vaxtda gəlib-gedə bilirdi. 21 aprel 2022-ci il tarixdə də saat 11 radələrində hər üçü evdən çıxmış və küçədə ayrılmışlar. Onlar öz işləri ilə əlaqədar Hövsan qəsəbəsinə özü isə qəsəbədə olan kafelərin birində bir qədər spirtli içki içdikdən sonra saat 12 radələrində evə qayıtmış, özündə olan açarla qapını açıb mənzilə daxil olmuş, içkinin təsiri altında olduğundan mənzildən oğurluq etmək qərarına gəlmiş, mənzildə qonaq otağından stolun üzərində olan «Asus» markalı nootbuku, daha sonra mətbəxdə olan 1 ədəd ətçəkən maşını, 1 ədəd blenderi, 1 ədəd şirəçən maşını, yataq otağında olan dolaba qoyulmuş pərdələri, stol kimi hazırlanmış taxtanın üzərində olan sarı rəngli pul kisəsindən 800 manat pulu və həmin yerdə qoyulmuş 1 ədəd «Texet» markalı mobil telefonu götürüb evdən çıxmış, həmin əşyaları götürüb Hövsan qəsəbəsi Bağlar massivində yaşayan keçmiş qonşusu Camal adlı şəxsin yaşadığı evə aparmış, ona həmin əşyaların cehiz əşyaları olduğunu bildirmiş, sonuncuya oğurladığı əşyaların hamısını 260 manata satmışdır. 28 aprel 2022-ci il tarixdə polis əməkdaşları onu Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə gətirdikdə etdiyi törətdiyi oğurluq əməlini etiraf etmiş, oğurladığı əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Ona qarşı irəli sürülmüş ittihamın 2000 manat məbləğində nağd pulu oğurlanması hissəsində özünü təqsirli bilmir, belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdən sözügedən əşyalardan başqa heç nə oğurlamayıb. Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları onu döyərək fiziki təzyiqə məruz qoyduğu üçün 800 manat məbləğində pulu oğurlaması barədə etirafedici izahat vermişdir. Sonda əşyaların oğurlanmasına görə səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 22 dekabr 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən 2 ay əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evi almış, həmin evdə ona təmir işləri aparılmasında Təqsirləndirilən şəxs müəyyən işlərdə köməklik göstərmiş, bununla əlaqədar evin açarının bir nüsxəsini də sonuncuya vermiş, işlərini qurtardıqdan sonra da onun evində yaşamaqda davam etmiş, ev 1,3 sot torpaq sahəsinin üzərində tikilmiş 1 mərtəbədən 3 otaqdan ibarətdir. 21 aprel 2022-ci il tarixdə saat 11 radələrində hər üçü, yəni Emil, özü, həyat yoldaşı ilə birlikdə həmin evdən çıxmış, həyat yoldaşı ilə şəxsi işləri ilə bağlı Hövsan qəsəbəsinə getmiş, həmin gün saat 23:30 radələrində evə qayıtdıqda görmüşdür ki, 2000 manat nağd pul, 120 manat dəyərində şirəçən maşın, 120 manat dəyərində blender, 200 manat dəyərində ətçəkən maşın, 100 manat dəyərində «Textek» markalı mobil telefon, 100 manat dəyərində pərdələr, 1000 manat dəyərində «Asus» markalı nootbuk və 15 manat dəyərində “Asus” markalı, notebookun üzərində parça materialdan olan çantan oğurlanmışdır. Ona görə də Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət etmiş, həmin oğurluq nəticəsində ona 3655 manat dəyərində maddi ziyan dəymişdir. Həmin evin açarı yalnız Təqsirləndirilən şəxs olmuşdur, ona görə hesab həmin oğurluq onun tərəfindən törədilmişdir. Evin qapı, pəncərəsində hər hansı sınıq, zədə olmamış, yalnız qapının açarla açılması nəticəsində baş vermişdir. Sonda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və onun ailəsi onunla qonşuluqda yaşamışdır. Sonuncularla normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs ailəsi həmin evi sataraq qonşuluqdan köçüb getmişdirdilər. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs onun yanına gəlmiş və əlində olan qutuların içərisində olan pərdələri, ət çəkən, şirəkən maşınları, notebooku bacısının cehizlik əşyaları olmasını bildirib bir neçə günlük onun evində saxlamaqda ona köməklik göstərməyini xahiş etmiş, ona keçmiş qonşu kimi heç bir etiraz etməmiş, həmin əşyaları onun evinin yanında olan mağazanın otağına yığmış, bir neçə gündən sonra ona polis əməkdaşlarından məlum olmuşdur ki, həmin əşyalar Emilin bacısının cehizlik əşyaları deyil, o, müvəqqəti yaşadığı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində yerləşən nömrəsiz evindən oğurlayıb gətirərək onun evinə qoymuşdir. Polis əməkdaşları həmin əşyaları gəlib oradan götürüb getmişdirlər. İş materiallarında olan 25 aprel 2022-ci il tarixli “Baxış keçirmə və götürmə” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdə əşyaların oğurlandığı yerləri əyani olaraq göstərmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli “Maddi sübut götürmə” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı “Asus” markalı notebook, “Asus” markalı notebookun üzərində parça materialdan olan çanta, “Moulinex” markalı ətçəkən maşın, “Midea” markalı blender və şirəçəkən maşın, tül pərdələr, “Text” markalı mobil telefonu polis əməkdaşlarına təhvil etmişdir. İş materiallarında olan 30 may 2022-ci il tarixli “İfadənin yerində yoxlanması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdə Asus” markalı notebook, “Asus” markalı notebookun üzərində parça materialdan olan çanta, “Moulinex” markalı ətçəkən maşın, “Midea” markalı blender və şirəçəkən maşın, tül pərdələr, “Text” markalı mobil telefonu və 800 manat məbləğində nağd pulu oğurladığını bir daha etiraf etmişdir. İş materiallarında olan “Əşyanın tanınması” haqqında 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs ifadəsində oğurlandığını bildirdiyi əşyaları tanıması təklif olunmuş, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş Asus” markalı notebook, “Asus” markalı notebookun üzərində parça materialdan olan çanta, “Moulinex” markalı ətçəkən maşın, “Midea” markalı blender və şirəçəkən maşın, tül pərdələr, “Text” markalı mobil telefonu nəzərdən keçirib həmin radiatorların ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməəmtəəşünaslıq ekspertizasının 22 may 2022-ci il tarixli, 6/3989 saylı rəyindən görünür ki, 07 iyul 2022-ci il tarixli 9\4473 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatlına təqdim edilmiş çin istehsalll olan “Asus” markalı “K50İ” model, “X9” 320 GB HDD, memory 4 GB xüsusiyyətli notebook 200 manat, “Asus” markalı notebookun üzərində parça materialdan olan çanta 15 manat, “Midea” markalı, “RL251A” model, 800 W-luq blender 40 manat, “Moulinex” markalı “ME620132” model, 2000 W-luq ətçəkən maşın 250 manat, “Text” markalı, “TM-D228” model, **********40233 və **********90287 İMEİ kodlu mobil telefon 10 manat, tül pərdələr, 180x160 sm ölçülü 40 manat və 200x400 sm 35 manat təşkil edir. Beləliklə ekspertiza tədqiqatına təqdim edilən malların 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 615,00 manat müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşlarının onu döyərək fiziki təzyiqə məruz qoyduğu üçün 800 manat məbləğində pulu oğurlaması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 3 aya yaxındır ki, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs və həyat yoldaşını tanıyır. Onların həmin evində təmir aparılarkən bir sıra işləri görmüş və aralarında yaxşı münasibət yarandığından həmin 3 otaqlı evin 1 otağını ona vermişdirlər ki, orada yaşasın. Bu səbəbdən də evin girəcək qapısının açarını da ona vermişdirlər. Evə istədiyi vaxtda gəlib-gedə bilirdi. 21 aprel 2022ci il tarixdə də saat 11 radələrində hər üçü evdən çıxmış və küçədə ayrılmışlar. Onlar öz işləri ilə əlaqədar Hövsan qəsəbəsinə özü isə qəsəbədə olan kafelərin birində bir qədər spirtli içki içdikdən sonra saat 12 radələrində evə qayıtmış, özündə olan açarla qapını açıb mənzilə daxil olmuş, içkinin təsiri altında olduğundan mənzildən oğurluq etmək qərarına gəlmiş, mənzildə qonaq otağından stolun üzərində olan «Asus» markalı nootbuku, daha sonra mətbəxdə olan 1 ədəd ətçəkən maşını, 1 ədəd blenderi, 1 ədəd şirəçən maşını, yataq otağında olan dolaba qoyulmuş pərdələri, stol kimi hazırlanmış taxtanın üzərində olan sarı rəngli pul kisəsindən 800 manat pulu və həmin yerdə qoyulmuş 1 ədəd «Texet» markalı mobil telefonu götürüb evdən çıxmış, həmin əşyaları götürüb Hövsan qəsəbəsi Bağlar massivində yaşayan keçmiş qonşusu Camal adlı şəxsin yaşadığı evə aparmış, ona həmin əşyaların öz əşyaları olduğunu müvəqqəti saxlamağı xahiş etmiş, 800 manat pulu isə bir neçə gün ərzində xərcləmiş, 28 aprel 2022-ci il tarixdə isə polis əməkdaşları onu Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə gətirdikdə etdiyi oğurluğu törətdiyini etiraf etmiş və oğurladığı həmin əşyaları təqdim etmişdir. Bundan başqa yuxarıda qeyd olunanlar cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələrinı dair protokollar və fotoşəkillərlə öz təsdiqini tapır. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən ona qarşı fiziki təzyiq göstərilməsi və məhz bunun nəticəsində 800 manat məbləğində pulu oğurlanmasına dair etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs 2000 manat məbləğində pulu oğurlamamasına dair sonuncunun məhkəmə iclasında verdiyi izahatı özününmüdafiə məqsədilə uydurulmuş dəlil hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs cavanlığını, əvvəllər məhkum olunmamasını habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, oğurladığı əşyaları geri qaytarmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzalarının da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 22 may 2022-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi haqqında 24 may 2022-ci il tarixli qərarlardan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-408/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 10 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsindən seçilmiş qətimkan ədbirinin şərtlərini pozduğundan məhkəmənin qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 07 noyabr 2022ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, 10 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı sübhəli şəxs qismində tutulduğu 22 may 2022-ci il tarixindən 24 may 2022-ci il tarixədək olan 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 noyabr 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Asus” markalı “K50İ” model, “X9” 320 GB HDD, memory 4 GB xüsusiyyətli notebook, “Asus” markalı notebookun üzərində parça materialdan olan çanta, “Midea” markalı, “RL251A” model, 800 W-luq blender, “Moulinex” markalı “ME620132” model, 2000 W-luq ətçəkən maşın, “Text” markalı, “TM-D228” model, **********40233 və **********90287 İMEİ kodlu mobil telefon, 180x160 sm ölçülü və 200x400 sm ölçülü tül pərdələrin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı 2000 manat məbləğində pula dair sonuncunun mülki icraata qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinrək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxsnun məhkəməyədək icraat zamanı 22 may 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxsna çəkilməsi üçün qəti olaraq, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə materialların məhkəmə və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış “Asus” markalı “K50İ” model, “X9” 320 GB HDD, memory 4 GB xüsusiyyətli notebook, “Asus” markalı notebookun üzərində parça materialdan olan çanta, “Midea” markalı, “RL251A” model, 800 W-luq blender, “Moulinex” markalı “ME620132” model, 2000 W-luq ətçəkən maşın, “Text” markalı, “TM-D228” model, **********40233 və **********90287 İMEİ kodlu mobil telefon, 180x160 sm ölçülü və 200x400 sm ölçülü tül pərdələrin ibtidai araşdırma zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-79/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-79/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver