Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-79/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ali təhsilli, evli, Qurban Abbasov adına Mədəniyyət Sarayında təşkilatçı işləyən, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, ***-***-**- ** mobil nömrəsini istifadə edən, 21 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, 30 iyul 2024cü il tarixdə barəsində axtarış elan edilmiş, 06 avqust 2024-cü il tarixdə tutulmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və yaxud da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit olaraq işə düzəltməkdə köməklik göstərməsi adı ilə Zərərçəkmiş şəxs yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs 2019-cu ilin oktyabr ayının ortalarında Bakı şəhəri, ünvan 1 ünvanında 2000 (iki min) manat pul vəsaitini və bundan başqa, Zərərçəkmiş şəxs Şahid3 sonuncunun oğlu Tacir Qurbanovun vasitəsi ilə göndərmiş olduğu 13000 (on üç min) manat pul vəsaitini 2022-ci ilin oktyabr ayının sonlarında qeyd edilən ünvanda alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs, ümumilikdə 15000 (on beş min) manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur: Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, əvvəllər isə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Evlidir və hazırda, “Qurban Abbasov” adına Mədəniyyət Sarayında təşkilatçı işləyir. Əqli və psixi cəhətdən sağlamdır və hər hansı bir xəstəxanada qeydiyyatda deyil. Zərərçəkmiş şəxs əmisi ilə onun qaynı qızı Əsmər Zeynalova ailə həyatı qurmuş, daha sonra onların bu evlilikləri pozulmuşdur. Əsmərin evliliyi pozulduqdan sonra, Əsmər və övladları onun kirayə tutduğu mənzildə yaşamışlar. Hazırda Əsmər onun qaynı ilə barışıb və onlar yenə də ailə olaraq birgə yaşayırlar. Əsmər boşandığı dönəmdə Mikayıl Əsmərin yaşadığı evə mütəmadi gəlmiş və gəlişini əmisi uşaqlarının ziyarəti ilə əsaslandırmışdır. O, bu vəziyyətə etiraz etsə də, Əsmər və Mikayıl buna qarşı çıxmışdır. Əsmər ona demişdir ki, Mikayılı övladı kimi sevir və ona körpəlikdə övladı kimi nəvaziş göstərmişdir. Mikayıl Əsmərin yaşadığı mənzilə gəlib-getdiyi vaxtlarda saxlaması üçün Əsmərə müəyyən məbləğlərdə pul vəsaiti vermişdir. 2019-cu ilin sonlarına təsadüf edən bir vaxtda Əsmər ona 13000 (on üç min) manat pul verib demişdir ki, bu vəsaiti ona Mikayıl verib və həmin vəsaiti Mikayıl onun iş yerinə gəlib ondan götürəcək. Həmin ərəfələr bələdiyyə seçkilərinin keçirildiyi bir vaxta təsadüf etdiyi və o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki 141 saylı tam orta məktəbdə 2 saylı seçki məntəqəsində sədr vəzifəsində çalışdığı üçün Əsmərdən həmin vəsaiti götürmüş və Əsmərə demişdir ki, Mikayıl onun olduğu 141 saylı məktəbə gəlsin. Həmin gün günorta saatlarında Mikayıl məktəbə gəlmiş və ondan özünə məxsus həmin vəsaiti götürüb getmişdir. Mikayılın məktəbə gəlməsi, ondan həmin vəsaiti götürüb getməsini həmin ərəfədə, yəni seçkiqabağı orada xidmət göstərən polis əməkdaşı Şahid6 da görmüşdür. Sonra ona məlum olmuşdur ki, Mikayıl həmin vəsaiti Şəmil adlı vəkilə vermiş və sonuncu da Mikayılın pulunu ələ keçirib mənimsəmişdir. Şəmili tanıyır, ona sosial vəziyyətilə əlaqədar mənzil verilməsi məqsədi ilə Prezidentə müraciət məktubu hazırlamaq üçün müraciət etmişdir. Mikayılı Şəmilin yanında əvvəllər dəfələrlə görmüş və onların münasibələri haqqında əvvəllər heç bir məlumatı olmasa da, sonradan Mikayılın Şəmilə işlə bağlı müraciət etdiyini və ona külli miqdarda pul vəsaitini verdiyini bilmişdir. Mikayıla 13000 (on üç min) manat pulunu geri qaytardıqdan xeyli vaxt sonra, Şəmilin Mikayılı aldatdığını bilmiş, Mikayılın yaxını kimi davranıb Şəmilə zəng etmiş və ondan Mikayılın pulunu qaytarmasını tələb etmişdir. Lakin Şəmil buna əhəmiyyət verməmişdir. X11 şikayətçi olmuş və Şəmilin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesində onun özü də şahid olaraq dəvət edilmişdir. Zərərçəkmiş şəxs heç bir vəsait almamış, ona heç bir vəd verməmiş, məxfi orqanlarda çalışdığını bildirməmişdir. Şəmilin məhkəmə işi getdiyi ərəfədə Mikayıl və atası İsrayıl onu şərləməyə və ondan 15000 (on beş min) manat pul tələb etməyə başlamışlar. 2022-ci ilin dekabr ayının əvvəllərində o, Mikayılın vəkili Zaur adlı şəxsə zəng edib izah etmişdir ki, onu yalandan şərləməsin. Zaur ilk əvvəl özünü ona yaxın kimi göstərib bu barədə Mikayıl və atası ilə danışacağını demişdir. Lakin sonra nə baş verdisə, Zaur Mikayıl tərəfə danışmağa başlamışdır. Sonra, onun özü Zaurdan onları görüşdürməsini xahiş etmişdir. Bu görüş 15 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, «Amay» ticarət mərkəzinin yerləşdiyi binada fəaliyyət göstərən “Asan Xidmət”-mərkəzində baş tutmuşdur. Görüşdə o, onun əri Azər, Zaur və Mikayıl da iştirak etmişdir. Orada Zaur israrla ondan guya pul aldığını etiraf edən əlyazma sənəd yazmasını tələb etmiş, hətta Zaur əlyazma şəklində hazır mətni onun qabağına qoyub üzündən köçürməsini istəmişdir. O, mətni oxuduqda görmüşdür ki, orada guya o, biznes fəaliyyəti üçün Mikayıldan pul almış, həmin pulu 14 fevral 2023-cü il tarixədək qaytaracaq və hətta əri Azər də pulun geri qaytarılmasına zamindir. Zaurun oradakı davranışları elə həddə idi ki, o, biabır olmamaq üçün Zaurun hazır mətn formasında yazdığını öz dəsti xətti ilə köçürmüşdür. Zaur həmin əlyazmanı notariat qaydasında qeydiyyata alınmasını istəsə də, bu mümkün olmamışdır. 2019-cu ildə həmin ünvanda yaşamamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs onu işə düzəltməsini xahiş etməmişdir. Belə ki, Mikayıl Şəmilə onu işə düzəltməsi üçün pul vermiş, daha sonra isə pulu qaytarmadığı üçün onların Bakı Ağır Cinayətlər Məhkəməsində prosesləri getmişdir. Həmin iclasda şahid kimi dindirilmiş, Mikayıl isə ondan pul almamasını iclas zamanı bildirmişdir. Zərərçəkmiş şəxsla Şəmil adlı şəxsi o tanış etməmişdir. Zərərçəkmiş şəxsə 13000 manat pulu geri vermişdir. Zərərçəkmiş şəxs həmin 13000 manat pulu Şəmil adlı şəxsə verdiyini görməmişdir. Şəmil demişdir ki, Mikayıl ona pulu hissə-hissə vermişdir. Zərərçəkmiş şəxs 13000 manat pulu ondan 141 saylı məktəbdə olarkən gəlib götürmüşdür. Zərərçəkmiş şəxsin mobil telefonunun anten əhatə dairəsinə məhkəmə iclasında baxış keçirilərkən həmin tarixdə zərərçəkmiş şəxsin onun pulu qaytardığı yerdə anten dairəsinin olmamasının səbəbini bilmir. Bəlkə də Mikayıl həmin vaxt mobil telefonunu söndürmüşdür. Əsmərlə yaşadıqları ərazidə qohumları da yaşamış və Mikayılın onun evinə gəlməsini qohumların görməsini istəməmişlər. Həm də, Əsmər əvvəllər rayonda yaşamış, Bakı şəhərini yaxşı tanımamışdır. Odur ki, evdən çox vaxt çıxmadığından pulu Əsmər yox, özü qaytarmışdır. Zərərçəkmiş şəxsdən işə düzəltmək üçün hər hansı sənəd tələb etməmişdir. Onu işə düzəltməyi təklif etməmişdir. Zaur adlı şəxsin ona hədə-qorxu gəlməsi və ona əlyazma ilə pulu almasını təsdiq edən qəbzi yazdırması barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Təkrar dindirmə zamanı məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə 13000 manat pulu qaytarmışdır. Belə ki, həmin pulu Əsmər ona vermişdir ki, Mikayıl gəlib götürəcək. Mikayıl onun evinin yanında Əsmərin qohumları yaşadığı üçün gələ bilməmişdir. Mikayıl 2019-cu ilin dekabr ayında ondan pulu götürüb Şəmilə vermişdi. Şəmil Qədimov sosial müavinətinin yaxşılaşması üçün məktub yazmaqda ona kömək etmişdir. Mikayıl da ondan xahiş etmişdi ki, Şəmilə desin pulunu qaytarsın. O, da bir neçə dəfə Şəmilə demişdir ki, Mikayılın pulunu qaytar. O, isə hissəhissə qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs ona 2000 manat pul verməmişdir. Sonda isə bildirmişdir ki, Şahid6 ilə X13 4-5 ildir ki, boşanmışdır. Aralarında ev ilə bağlı mübahisə vardır, Şahid6 ünvanlanmış məhkəmə bildirişini Könül Səfərova oxumuş, Əfrandan gizlətmişdir. Şahid3 pulu götürdüyünü özü şəxsən bildirmişdir, belə ki, əgər düzgün bir insan olmasaydı, bunu da qəbul etməzdi. Həmin pulu da Zərərçəkmiş şəxs özü vermişdir. Zərərçəkmiş şəxsin anten əhatə dairəsi məlumatlarında həmin ünvanın nə üçün göstərilmədiyini bilmir. Ona qarşı təzyiqlər olmuş, qarşı tərəfdən hədə-qorxular edilmişdir. Bununla da bağlı hazırda aidiyyəti orqanlara müraciət etmiş, lakin əvvəllər müraciət etməmişdir. Zərərçəkmiş şəxs ifadə verən zaman pulu Tacirə parkda verdiyini bildirmiş, lakin Tacir və Əsmər isə Qaraçuxur qəsəbəsində xəstəxananın yanında verdiyini demişdir. Odur ki, bütün bunları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Mikayıla qaytardığı pulu sonradan Şəmil adlı şəxsə vermiş, hansı ki həmin Şəmilin Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi olmuş, məhkəmə prosesi zamanı öldüyündən Mikayıl Şəmildən pulu ala bilməyəcəyini başa düşərək ondan pulu tələb etməyə başlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluq münasibətləri var. Belə ki, Süsənin əri Azərin qardaşı qızı Əsmər onun əmisi Cahidin arvadıdır. Onun Əsmərin ailə üzvləri ilə sıx əlaqələri olmuş və onlarla mütəmadi ünsiyyət saxlamışdır. Həmin ərəfələrdə Süsənin bir çoxlarını işə düzəltdiyinə dair şayiələr yayılmağa başlamış və bu məlumatın doğru olub-olmadığını Süsəndən dəqiqləşdirdikdə Süsən ona yayılan məlumatların doğru olduğunu və hətta bir neçə şəxsin adlarını çəkərək onları işlə təmin etdiyini demişdir. Süsənə etibar etdiyi üçün onun dediklərinin doğru olduğu qənaətinə gəlmiş və Süsənə işsiz olduğunu bildirərək onu da işə düzəltməsini xahiş etmişdir. Süsən onun barəsində iş haqqında danışarkən demişdir ki, onun işlə təmin edilməsi daha asan olacaq, belə ki, ali təhsilli və şəhid ailəsi üzvü olması bu işi bir qədər də asanlaşdıracaq. Süsən bir neçə gün sonra, onun işi haqqında maraqlanacağını və onda ətraflı məlumat verəcəyini demişdir. Süsən ilk əvvəldən onu özünün də çalışdığı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və ya Daxili Qoşunlara zabit olaraq işə düzəldəcəyini bildirmişdir. Qeyd etdiyi hadisələr 2019-cu ilin oktyabr ayının əvvəllərinə təsadüf etmişdir. Bu hadisələrdən təxminən 3-4 gün sonra, Süsən onu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki yataqxanadakı mənzilinə çağırmış və bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və ya Daxili Qoşunlara zabit olaraq işə düzəlməsi üçün ondan ola bilsin ki, 15000 (on beş min) manat pul istəyə bilərlər. O, Süsənə həmin vəsaiti qısa zaman kəsiyində verəcəyini demişdir. 2019-cu ilin oktyabr ayının 20-ci günündən sonrakı günlərdən birinə təsadüf edən tarixdə Süsənin yuxarıda qeyd etdiyi mənzilinə gəlmiş, Süsən onun işinin həlli üçün müəyyən insanlarla görüşəcəyini və ilk görüşdüyü vaxt müəyyən məbləğdə pul verməli olduğunu ona dedikdə üzərində gətirdiyi 15000 (on beş min) manat puldan 2000 (iki min) manatı Süsənə vermişdir. Pulun qalan məbləğini isə əmisi oğlu Tacirə vermiş və Süsənə də demişdir ki, həmin şəxslərlə danışarkən 2000 (iki min) manat vəsaiti verər, qalan 13000 (on üç min) manata nə vaxt ehtiyac olarsa, həmin vəsaiti Tacirdən ala bilər. Tacirə də tapşırmışdır ki, ona verdiyi 13000 (on üç min) manat vəsaiti Süsən istədiyi vaxt Süsənə versin. Həmin vəsaiti o, atası İsrayıldan almış və təxminən 2 ay sonra, atasının ehtiyacı yarandığı vaxt həmin vəsaiti atasına geri qaytarmışdır. Süsən onu inandırmışdır ki, onu qeyd etdiyi xidmət və idarələrdə işlə təmin edəcək. Pulun 2000 (iki min) manat hissəsi Süsənə verildiyi vaxtdan 2 gün sonra Süsən ona işinin həll olunduğunu, onu Daxili Qoşunlarda zabit olaraq işə düzəldəcəyini bildirib bunun üçün qalan 13000 (on üç min) manat pulu Tacirin anası Əsmərdən götürdüyünü etiraf etmişdir. Ona məlum olmuşdur ki, Tacir həmin 13000 (on üç min) manat vəsaiti anası Əsmərə verib, Əsmər də öz növbəsində həmin vəsaiti Süsənə vermişdir. Bunu Süsənin özü ona etiraf etmiş və hətta Əsmər də bunu təsdiqləmişdir. Daha sonra onlar “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən Daxili Qoşunların hərbi hissəsinə qəbul üçün getmiş, ilk öncə Təqsirləndirilən şəxs getmiş, bir müddət sonra gəlib, yaşı ilə bağlı problem olduğu üçün alınmadığını demişdir. Bundan sonra, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini demişdir. Bu hadisədən xeyli vaxt keçmişdir ki, işi haqqında mütəmadi Süsənlə ünsiyyət qurmuş, ondan işi barədə maraqlanmışdır. Süsən isə ona qısa vaxtda işə çağırılacağını yalandan bildirmişdir. Nəhayət Süsənin hərəkətsiz qaldığını və bu məsələnin uzandığını görüb Süsəndən pulunu geri tələb etməyə başladıqda, Süsən ona etiraf etmişdir ki, səhvə yol verib, onu aldadıb, aldığı vəsaiti ona qısa vaxtda qaytaracaq. Süsən hər dəfə müxtəlif bəhanələr gətirərək pulu geri qaytaracağı vaxtı uzatmışdır. Süsənin qohum olduğunu düşünüb ilk əvvəl Süsənin ona pulu qaytaracağını düşündüyü üçün hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Sonrakı günlərdə Süsəndən pulu istədikdə Süsən gah ağlayıb möhlət götürmüş, gah da ondan heç bir məbləğdə pul almadığını ona demişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Süsən həm özünün və onun tanıdığı Zaur adlı vəkildən məsləhət alıb onunla görüşmək istədiyini demişdir. Zaur bu barədə ona məlumat verdikdə onunla razılaşmışdır. 15 dekabr 2022-ci il tarixdə günorta saatlarında o, Zaur, Süsən və sonuncunun əri Azərlə Bakı şəhəri, Xətai rayonu ərazisində, «Amay» ticarət mərkəzində yerləşən Asan Xidmətin yeməkxanasında görüşmüşlər. Süsən demişdir ki, evini satıb pulu qaytaracaq. İlk öncə borc müqaviləsi bağlamağı təklif etmişlər, lakin problem olduğu üçün alınmamışdır. Ona görə də Süsən, ağ kağız üzərində könüllü və sərbəst şəkildə ondan 15000 (on beş min) manat pul aldığını və həmin vəsaiti 14 fevral 2023-cü il tarixədək ödəyəcəyini, əri Azərin də vəsaitin ödənilməsinə zamin duracağını öz xətti ilə yazaraq etiraf etmişdir. İbtidai istintaq dövründə də Süsən dəfələrlə vaxt istəmiş, evini satıb pulu qaytaracağını demişdir. Hətta təklif etmişdir ki, evi üçün cəmi 10000 manat pul versin, ümumilikdə isə 25000 manat məbləğinə ona satmış olsun. Lakin razılaşmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Süsən onu ilk olaraq Daxili Qoşunlara, daha sonra isə Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini demiş, onun üçün isə bunun heç bir fərqi olmamışdır. Təqsirləndirilən şəxs ilk olaraq 2019-cu ilin oktyabr ayında, 2000 manatı özü Süsənin yaşadığı evdə vermiş, həmin vaxt Süsən və yoldaşı orada olmuşdur. 13000 manatı da həmin ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Tacirə vermiş, o da pulu anası Əsmərə vermişdir. Süsənə isə vəsaiti Əsmər özü vermişdir. Təqsirləndirilən şəxs ondan sənədlərini istəmiş, o isə diplom, hərbi bilet və sair sənədlərini vermişdir. Təqsirləndirilən şəxs demişdir ki, 6 aya artıq işə başlayacaq. Təqsirləndirilən şəxs Əsmərin 13000 manatı ona verdiyini təsdiqləmişdir. Təqsirləndirilən şəxs hər dəfə vaxt istəmiş, demişdir ki, pulu qaytaracaq. İlk öncə Süsən xanımla danışıqları olmuş, ona pulu vermiş, lakin Süsən xanım yaşının keçdiyini, işə düzəlməsinin alınmadığını demişdir. O, da işə düzəlmək üçün Şəmilə müraciət etmişdir. İşə düzəlmək istədiyi üçün eyni vaxt ərəfəsində hər iki şəxsə pul vermişdir. Təqsirləndirilən şəxs işə düzəlməklə bağlı dəqiq vaxtı deməmiş, bildirmişdir ki, işə düzəlməsi 6 ay da çəkə bilər, 3 ay da. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd edilən Sahil adlı şəxs vasitəsilə Şəmili tanımışdır. Sahilə də işə düzəltməsi üçün 9000 manat pul vermişdir. Təqsirləndirilən şəxs Daxili Qoşunlarda işə düzəldəcəyini, Şəmil isə DTX-ya işə düzəldəcəyini demişdir. Təqsirləndirilən şəxs pulu verməsi barədə atasının məlumatı olmuşdur. Şəmil ona işə düzəlmək üçün dəqiq vaxt deməmişdir. Süsən isə pulu verdikdən təxminən bir ay sonra bildirmişdir ki, işə düzəldə bilmir. Sonra bilmişdir ki, Təqsirləndirilən şəxs borcu var imiş, ondan aldığı pulla borcunu qaytarmışdır. Süsənin “Whatsapp” proqramı olmadığından onunla hər hansı yazışması olmamışdır. Həmin tarixlərə aid yazışmalar olmasa da, sonradan Süsənin həyat yoldaşı Azərlə olan danışıqların səs yazısı vardır. Həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Təkrar dindirmə zamanı məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə 15000 manatı 2019-cu ildə vermişdir. İlkin olaraq 2019-cu ilin oktyabr ayında 2000 manat pul vermiş, bir müddət keçdikdən sonra isə 13000 manat pul vermişdir. 2000 manatı Qaraçuxur qəsəbəsində Təqsirləndirilən şəxs evində vermiş, həmin vaxt yoldaşı Azərdə orada olmuşdur. 13000 manatı isə Qaraçuxur qəsəbəsində Tacirə vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Əsmər xanımla birlikdə qalmışdır. Buna görə də, onların evinə çox gedib-gəlməmişdir. Ona görə də pulu Süsən xanıma verməsi üçün Tacirə vermişdir. Təqsirləndirilən şəxsə pulu tam şəkildə təxminən 2019-cu ilin oktyabr-noyabr aylarında vermişir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 166/2023 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İlk öncə Süsən xanımla danışığı olmuş, ona pulu vermiş, lakin Süsən xanım yaşının keçdiyini, işə düzəlməsinin alınmadığını demişdir. O, da işə düzəlmək üçün Şəmilə müraciət etmişdir. Təqsirləndirilən şəxs hər dəfə vaxt istəmiş, demişdir ki, pulu qaytaracaq, ona görə də həmin vaxtacan ondan şikayətçi olmamışdır. Təqsirləndirilən şəxs Daxili Qoşunlarda işə düzəldəcəyinə, Şəmil isə DTX-ya işə düzəldəcəyini demişdir. Sonda isə təqsirləndirilən şəxslə barışmadığını və ona dəymiş ziyanın ödənilmədiyini odur ki, Təqsirləndirilən şəxs barəsində dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi Cahid onun qardaşı Əsgərin qızı Əsmər Zeynalova ilə ailə həyatı qurmuş, daha sonra, onların bu evlilikləri pozulmuşdur. Əsmərin evliliyi pozulduqdan sonra, Əsmər və övladları onun kirayə tutduğu mənzildə yaşamışlar. Hazırda Əsmər əri ilə barışıb və onlar yenə də ailə olaraq birgə yaşayırlar. Əsmər boşandığı dönəmdə Mikayıl Əsmərin yaşadığı evə mütəmadi gəlmiş və gəlişini əmisi uşaqlarının ziyarəti ilə əsaslandırmışdır. O, və arvadı Süsən bu vəziyyətə etiraz etsələr də, Əsmər və Mikayıl buna qarşı çıxmışlar. Sonralar bilmişdir ki, Mikayıl Əsmərin yaşadığı mənzilə gəlib-getdiyi vaxtlarda saxlaması üçün Əsmərə müəyyən məbləğlərdə pul vəsaiti vermişdir. 2022-ci ilin ortalarından başlayaraq Mikayıl onu və ailəsini narahat etməyə başlamış və iddia etmişdir ki, guya onun arvadı Süsənə özü, eləcə də Əsmər və oğlu vasitəsi ilə işə düzəlmək üçün 13000 manat pul vermişdir. Məsələni aydınlaşdırmaq məqsədi ilə Əsmərdən bunu dəqiqləşdirmiş və Mikayılın işi ilə bağlı Süsənə hansısa vəsait verib-vermədiyini öyrənməyə çalışmışdır. Əsmər Mikayılın onun arvadına 13000 manat pul verdiyini təsdiq etmişdir. Məsələni belə görüb arvadı Süsəndən həmin vəsaiti nəyə görə aldığını soruşmuş və pulun sonrakı taleyi barədə maraqlanmışdır. Süsən ona demişdir ki, Mikayıl ona Əsmər vasitəsi ilə pulu ona görə göndərib ki, guya o, həmin pulu Mikayılın özünə verməli idi. Süsənin deməsindən belə anlamışdır ki, Mikayıl özünün işi ilə bağlı, yəni işə düzəlmək niyyəti ilə bağlı Süsənə pul verməmiş, Süsənə geri alacağı vaxtadək saxlaması üçün Əsmər vasitəsi ilə pul göndərmiş və sonradan Süsəndən pulu almışdır. Hətta Süsən onu da demişdir ki, Mikayıl ondan pulu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki 141 saylı tam orta məktəbdə 2 saylı seçki məntəqəsində götürmüşdür. Mikayıl və atası İsrayıl onlardan əsassız yerə 15000 (on beş min) manat pul tələb etdikləri ərəfədə, yəni 15 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, «Amay» ticarət mərkəzinin yerləşdiyi binada fəaliyyət göstərən Asan Xidmətdə o, onun arvadı Süsən, Zaur və Mikayıl görüşmüşlər. Görüş Zaur tərəfindən təşkil edilmişdir, orada Mikayıl bir daha onun arvadının üzünə qarşı ona 15000 (on beş min) manat pul verdiyini, həmçinin həmin vəsaiti işə düzəlməsi üçün verdiyini demişdir. Zaur isə israrla onun arvadından, guya pul aldığını etiraf edən əlyazma sənəd yazmasını tələb etmişdir. Onun arvadı Süsən isə Mikayıldan işə düzəltmək adı ilə pul aldığını inkar etmiş və Mikayılın verdiyi pulun 13000 (on üç min) manat olduğunu və Mikayıla geri qaytardığını Mikayılın üzünə qarşı demişdir. Həmin vaxt Zaur əlyazma şəklində hazır mətni onun arvadının qabağına qoyub üzündən köçürməsini istəmiş və mətnin məzmunu ona bu günədək məlum deyildir. Zaur həmin əlyazmanın notariat qaydasında qeydiyyata alınmasını istəsə də, bu mümkün olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid3 Təqsirləndirilən şəxs 13000 manat pulu vermişdi ki, həmin pulu Mikayıla versin. Süsən də aparıb pulu Mikayıla vermişdir. Həmin pulun nə üçün verildiyi barədə məlumatı sonradan öyrənmişdir ki, Mikayıl yığması üçün Əsmərə pul verirmiş, 2019-cu ildə də işə düzəlmək üçün Əsmər 13000 manatı Süsənə vermişdir ki, Süsən də Mikayıla versin. Mikayıl həmin pulu işə düzəlmək üçün Şəmil adlı şəxsə verməli idi. Zərərçəkmiş şəxs onun və Əsmər xanımın yaşadığı ünvana tez-tez gəlirdi. Zərərçəkmiş şəxs işə düzəlməsi üçün təqsirləndirilən şəxsə pul verməsi barədə məlumatı 2022-ci ildə olmuşdur. İlk olaraq Mikayıl zəng edərək pulunu tələb etmiş, həmin vaxt yoldaşı ilə birlikdə, Bərdə rayonunda olmuşdur. Bakı şəhərinə gəldikdən sonra, Süsən Zaur müəllimlə danışmışdır. Zaur müəllim onları görüşə dəvət etmiş, həmin görüş vaxtı onları polisə, prokurorluğa şikayət etməklə hədələmişlər. O, da ailəsinin adına xələl gəlməməsi üçün razılaşmışdır ki, pulu qaytarsın. “Asan Xidmətdə” yazılmış ərizənin məzmununu uzun müddət keçdiyi üçün dəqiq xatırlamır, həmin əlyazmanı Süsən özü yazmışdır. Mikayıl yaşadıqları evə rahat gəlib-gedə bilmirdi deyə, Əsmər pulu Mikayıla verməsi üçün Süsənə vermişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs ilə onun qohumluq münasibətləri var. Belə ki, Süsənin əri Azərin qardaşı qızı Əsmər onun qardaşı Cahidin arvadıdır. Onun Süsənin ailə üzvləri ilə sıx əlaqələri olmuş və onlarla mütəmadi ünsiyyət saxlamışdır. Həmin ərəfələrdə Süsənin bir çoxlarını işə düzəltdiyinə dair şayiələr yayılmağa başlamış və o, bu məlumatın doğru olub-olmadığını Süsəndən dəqiqləşdirdikdə Süsən yayılan məlumatların doğru olduğunu və hətta bir neçə şəxsin adlarını çəkərək onları işlə təmin etdiyini ona demişdir. Süsənə etibar etdiyi üçün onun dediklərinin doğru olduğu qənaətinə gəlmiş və Süsənə oğlu Zərərçəkmiş şəxs işsiz olduğunu bildirərək Mikayılı da işə düzəltməsini xahiş etmişdir. Oğlu Mikayılın barəsində iş haqqında danışarkən Mikayılın işlə təmin edilməsinin daha asan olacağını, onun oğlunun ali təhsilli və şəhid ailəsi üzvü olmasının bu işi bir qədər də asanlaşdıracağını Süsən ona demişdir. Süsən bir neçə gün sonra onun oğlunun işi haqqında maraqlanacağını və ona ətraflı məlumat verəcəyini demişdir. Süsən ilk əvvəldən onun oğlunu özünün də çalışdığı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və ya Daxili Qoşunlara zabit olaraq işə düzəldəcəyini bildirmişdir. Hadisələr 2019-cu ilin oktyabr ayının əvvəllərinə təsadüf etmişdir. Bu hadisələrdən təxminən 3-4 gün sonra Süsən onun oğlunu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki yataqxanadakı mənzilinə çağırmış və Mikayıla bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və ya Daxili Qoşunlara zabit olaraq işə düzəlməsi üçün ondan ola bilsin ki, 15000 (on beş min) manat pul istəyə bilərlər. Oğlu Mikayıl da həmin vəsaiti 2019-cu ilin oktyabr ayının 20-ci günündən sonrakı günlərdən birinə təsadüf edən tarixdə ondan alaraq Süsənin yuxarıda qeyd etdiyi mənzilinə gedərək, həmin vəsaitin müəyyən hissəsini vermiş, qalan hissəsini isə onun qardaşının oğlu Tacirə vermişdir ki, sonradan sonuncu Süsənə versin. Tacirin anası Əsmər bundan xəbər tutduqda pulu götürüb Süsənə özü çatdırmışdır. Süsən hər dəfə müxtəlif bəhanələr gətirərək pulu geri qaytaracağı vaxtı uzatmışdır. Onlar Süsənin qohum olduğunu düşünüb ilk əvvəl onun oğlunun pulunu qaytaracağını düşündüyü üçün hüquq mühafizə orqanlarına şikayət etməmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin digər şəxsləri işə düzəltməsi barədə məlumatı olmuşdur. Belə ki, Süsən öz baldızının oğlunu Daxili Qoşunlarda işə düzəltmişdi. Pulu verdikdən neçə müddət sonra oğlu Mikayılı işə düzələcəyini deməmişdir. Təqsirləndirilən şəxs oğlunu işə düzəltmək üçün 15000 manat istəmişdir. Həmin pulu özü Mikayıla, o isə Süsənə vermişdir. Pulu Mikayıla verdikdən bir neçə gün sonra öyrənmişdir ki, pulu Süsənə vermişdir. Oğlu Mikayıl Təqsirləndirilən şəxs pulu verən zaman yanlarında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi Azərin arvadı, Zərərçəkmiş şəxs isə qaynı İsrailin oğludur. 2018-ci ildə onun qayını İsrail ona zəng edərək Süsənin mobil telefon nömrəsini istədikdə o, nömrəni İsrailə vermişdir. İsraildən Süsəni axtarmasının səbəbini soruşmuş və İsrail ona oğlu Mikayılı işə düzəltməsi ilə bağlı Süsəni axtardığını demişdir. Bu hadisədən xeyli vaxt sonra, yəni 2019-cu ilin oktyabr ayı ərəfəsində Mikayıl onun oğlu Tacirə zəng edərək Taciri parkın yanına çağırmış, bir əmanətin olduğunu və əmanətin anasına, yəni ona çatmalı olduğunu demişdir. Onun oğlu Tacir Mikayılla görüşdən qayıtdıqdan sonra Tacirin əlində içərisində pul olan bağlamanı görmüşdür. Həmin pulu Mikayıl Süsənə işə düzəlməsi üçün verdiyini bilmişdir. Pulu Tacirdən alıb Süsənə verməzdən əvvəl saymış və vəsaitin 13000 manat olduğuna əmin olmuşdur. Həmin ərəfədə o, ərindən boşandığı üçün oğlu Tacirlə birlikdə Süsənin kirayə tutduğu evdə yaşamışdır. Tacir 13000 manat pulu evə gətirən zaman Süsən evdə olsa da, öz otağında yatmışdır. Həmin pulu saymış, Süsən yuxudan durduqdan sonra o, pulu Süsənə vermişdir. Pulu aldıqdan sonra Süsən pulla birlikdə evi tərk etmişdir. Bu pulun verilməsindən sonrakı günlərdə Süsənlə onun arasında Mikayılın işlə təmin edilməsi ilə bağlı xeyli söhbətləri olmuş və Süsən heç vaxt bunu inkar etməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə birlikdə yaşadığı dövrdə Zərərçəkmiş şəxs onların yaşadıqları evə gəlib-getmişdir. Zərərçəkmiş şəxs oğlu Tacirə pulu nə üçün Süsən xanıma verdiyini bildirməmiş, sadəcə olaraq həmin pulu Süsən xanıma verməli olduğunu demişdir. 13000 manat pulu həmin gün təqsirləndirilən şəxsə vermişdir. Tacir pulu ona vermiş, saydıqda 13000 manat olduğunu görmüş və həmin gün də pulu Süsənə vermişdir. Zərərçəkmiş şəxslə arasında həmin pulun nə üçün verilməsi barədə danışıq olmamış, amma məlumatı var idi ki, Süsən xanım hansısa dövlət orqanına Mikayılı işə düzəltməlidir. Pulu 2019-cu ilin oktyabr-noyabr aylarında vermiş, təxminən 2020-ci ilin aprel ayınadək isə Süsənlə birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs nə üçün pulu özü vermək üçün evə gəlmədiyini bilmir, Tacirə zəng edib çağıraraq pulu ona vermişdir. Zərərçəkmiş şəxsin işə düzəlmək üçün başqa şəxsə pul verməsi barədə məlumatı yoxdur. Şəmil adlı şəxsi Süsən xanımın vəkili kimi tanımışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsinəd göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasının əmisi Azərin arvadıdır. Zərərçəkmiş şəxs isə əmisi İsrailin oğludur. 2019-cu ilin oktyabr ayı ərəfəsində Mikayıl ona zəng edərək Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı xəstəxananın yanına çağırmışdır. O, da Mikayılla görüşmüş, Mikayıl orada ona pul verərək həmin pulu Süsən xanıma verməli olduğunu bildirmişdir. O, da evə gəlib həmin pulu anasına vermişdir. Anası pul sayan zaman 13000 manat olduğu müəyyən edilmişdir. Həmin ərəfədə onlar Qaraçuxur qəsəbəsində kirayə tutduqları evdə yaşamışlar. Həmin evdə anası, qardaşı, o, Azər əmi və həyat yoldaşı Süsən xanım yaşamışdır. Evə gələndə Süsən xanım yatdığı üçün pulu anasına vermiş, Süsən xanım yuxudan durduqdan sonra anası Əsmər pulu ona vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadıqları evlə 15 saylı xəstəxana arasında təxminən 300 metr olmuşdur. Zərərçəkmiş şəxs nə üçün pulu özü vermək məqsədilə evə gəlməmişdir məlumatı yoxdur, ona zəng edib çağırmış və pulu vermişdir. Zərərçəkmiş şəxs pulu nə üçün Süsən xanıma verməli olduğunu deməmişdir. Həmin pulu özü saymamışdır. Anasına vermiş, o saymışdır. Həmin pulun qaytarılması ilə bağlı hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mikayılı təqribən 2022-ci ilin ortalarında ortaq tanışları olduğundan tanımışdır. Ancaq Mikayılla hər hansı bir iş birliyi olmamışdır. 2022-ci ilin təqribən oktyabr-noyabr aylarında Bakı Ağır Cinayətlər Məhkəməsində olan zaman məhkəmə proseslerindən birində Mikayılı və yanında adını sonradan bildiyi Süsən adlı qadını görmüşdür. Mikayılı tanıdığından onunla söhbət etmiş və beləliklə, Süsəni tanımışdır. Həmin vaxt Süsən ondan hansı işlə məşğul olması barədə soruşduqda Süsənə hüquqi fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Bu zaman Süsən onun mobil nömrəsini istədikdə Süsənə nömrəsini vermişdir. Bundan təqribən 1 ay sonra Süsən onun istifadəsində olan mobil nömrəyə zəng edərək Mikayıl ilə aralarında problemin olduğunu bildirmişdir. Onun özü Mikayıl ilə əlaqə yaradaraq nə baş verməsini soruşduqda Mikayıl bildirmişdir ki, Süsən ondan 2019-cu ilin oktyabr-noyabr aylarında ümumilikdə 15000 manat pul alaraq onu işə düzəldəcəyinə dair vəd vermiş, ancaq həmin vədə əməl etməyərək onun pulunu ələ keçirmişdir. Süsənlə görüşüb məsələnin nə yerdə olmasını soruşduqda Süsən ondan Mikayıl ilə onu barışdırmağını xahiş etmişdir. Bundan sonra, o, Mikayılı da götürüb Süsənlə görüşdürmüşdür. Tərəflərin razılaşmasına əsasən görüş 15 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Asan 2”-nin inzibati binasında baş tutmuşdur. Görüşdə o, Mikayıl, Süsən və Süsəsinin əri Azər iştirak etmişdir. Söhbət zamanı Süsən pulu qaytaracağını ancaq bunun üçün biraz vaxta ehtiyacı olduğunu bildirmişdir. Süsənlə Mikayılın razılaşmasına əsasən Süsən 14 fevral 2023-cü il tarixədək 15000 manatı ödəyəcəyini demiş və hətta bununla əlaqədar əlyazma ilə yazılı şəkildə yazıb Mikayıla şəxsən özü vermişdir. Həmin sənədə Süsənin əri Azər də imza etmiş və arvadına zamin durmuşdur. Təqsirləndirilən şəxs ifadəsində onun tərəfindən təzyiq və təsirlərin nəticəsində həmin əlyazmanı yazaraq Mikayıla veməsi barədə dedikləri tamamilə yalandır. Süsənin özü xahiş etmişdir ki, 14 fevral 2023-cü il tarixədək həmin pulu ödəməsi üçün ona vaxt verilsin və Süsənin onunla münasibətləri ancaq yaxşı olmuşdur. Asan xidmətin binasında Süsənin əri Azərin də iştirakı ilə həmin əlyazmanı verdiyi halda, Süsənin ondan və ya Mikayıldan qorxması mümkün deyildir. Süsən israrla xahiş edərək 14 fevral 2023-cü il tarixədək pulu qaytaracağını bildirmişdir. X12 polisə şikayət etməməsini və məsələni öz aralarında həll etməsini xahiş etmişdir. X17 isə uzun illərdir tanımışdır. Şəmili isə çox adam “Şəmil” olaraq tanımışdır. Şəmilin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin istintaqı aparılmış və məhkəmə zalında proses zamanı Şəmil vəfat etmişdir. Şəmil Mikayıla da ziyan vurmuş və həmin işdə Mikayıl zərərçəkmiş şəxs kimi tanınmış, ancaq Süsənə verilən 15000 manatın Şəmilə aidiyyəti olmamışdır. Belə ki, Süsən ilkin olaraq 15000 manatı Mikayıldan alaraq onu işə düzəldəcəyini vəd vermiş, bundan sonra isə Mikayılı Şəmil ilə özü tanış etmişdir. Şəmil isə Mikayıla 78000 manat maddi ziyan vurmuşdur. Həmin faktla əlaqədar istintaq getmiş və yekun qərar qəbul olunmuşdur, ancaq Süsənlə əlaqədar olan məsələnin Şəmilə heç bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Mikayıldan 15000 manatı Mikayılı işə düzəltmək üçün almışdır. Xətai rayonunda yerləşən “Asan Xidmət”-də ərizəni Süsən xanım öz əl yazısı ilə yazmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş Şəmil Qədimovun təqsirləndirilməsinə dair məhkəmə iclasları açıq keçirildiyindən o da iştirak etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən pulu aldığını ona etiraf etmişdir. “Asan Xidmət”-də təqsirləndirilən şəxsə ərizəni yazmasına görə təzyiq göstərməmişdir. Bununla bağlı Süsən və həyat yoldaşı heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. İttiham aktını Mikayıl ona verdiyindən oxuyub tanış olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2022-ci ildən etibarən Bakı şəhəri, Yasamal rayonunda ofis götürərək ev alqı-satqısı ilə məşğul olmuşdur. Həmin fəaliyyətlə təqribən 1 il müddətində məşğul olmuş və bu zaman “VÖEN” açaraq rəsmi qeydiyyatdan keçib vergi ödəyicisi olmuşdur. Mikayılı ortaq tanışları vasitəsi ilə təqribən 2015-ci ildən tanımış, həmin tarixdən etibarən isə onunla yaxşı münasibətləri olmuş, ara-sıra əlaqə saxlamışlar. 2022-ci ilin təqribən yay aylarında Mikayıl onun istifadəsində olan mobil nömrəyə zəng edərək qohumlarının ev satmaq istədiklərini bildirib ondan kömək etməsini xahiş etmişdir. Mikayılı normal, sözünə dürüst bir şəxs kimi tanıdığından onlara kömək edəcəyini bildirmişdir. Beləliklə, növbəti gün Mikayıl idarə etdiyi avtomobil ilə onun yaşadığı Binə qəsəbəsində yerləşən ünvana gələrək onu götürmüş və onlar birlikdə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getmişlər. Həmin tarixdən xeyli vaxt keçdiyindən o, Qaraçuxur qəsəbəsində yerləşən həmin mənzilin dəqiq ünvanını xatırlamır. Lakin həmin mənzil yataqxana tipli yaşayış binasında yerləşmişdir. Həmin mənzilə daxil olduqda, mənzildə adlarını sonradan bildiyi Süsən xanım və onun yoldaşı Azər bəy olmuşlar. Mikayıl onları tanış etmiş və evə baxış keçirtdikdən sonra onlardan mənzili hansı məbləğə satdıqlarını soruşmuşdur. Bu zaman Süsən xanım 25000 manata qiymətləndirdiklərini, ancaq real müştəri olacağı təqdirdə biraz daha aşağı qiymətə verə biləcəklərini və mənzili satmaqda məqsədlərinin Mikayıla verməli olduqları pul olduğunu demişdir. Mikayılın xətrini istədiyini və onlara kömək edəcəyini bildirmişdir. Əlavə olaraq, Süsən xanım və yoldaşı Azər bəyə mənzilin şəkillərini ona göndərmələrini tapşırmışdır. Həmin gün bir neçə saat sonra onun istifadəsində olan mobil nömrənin “WhatsApp”ına mənzilin şəkillərini göndərmişlər. Elə həmin gün mənzili sayta yerləşdirmişdir. Bundan sonra, qısa müddətdə artıq bir neçə müştəri gələrək evə baxmaq istədiklərini bildirmişlər. Onun özü təqribən 3-4 müştərini aparıb həmin mənzili görsətmiş, lakin onlar mənzili bəyənməmişlər. Son olaraq bir nəfər qadın onunla əlaqə saxlayaraq həmin mənzilə baxmaq istədiyini bildirmişdir. Bu zaman həmin qadınla birlikdə ünvana gedərək qadına mənzili göstərmişdir. Həmin qadın mənzilə baxanda Süsən və əri Azər orada olmuşlar. Qadın müştəri mənzili bəyəndiyini bildirmiş, söhbət əsnasında Süsən və qadın mənzilin 23000 manata alqı-satqısına dair razılaşmışlar. Qadın müştəri mənzilin sənədinə baxmaq istəyən zaman Süsən xanım mənzilə dair bəzi səndlər göstərmiş, çıxarışı isə 1 həftə, 10 gün müddətində alacaqlarını bildirmişdir. Bundan sonra, onlar evdən çıxıb getmiş və 2-3 günə qadın müştəri beh verəcəyini bildirmişdir. 3 gün sonra həmin qadın ilə birlikdə Süsən xanımgilin yaşadıqları mənzilə getmiş, orada qadın atasının və onun iştirakı ilə Süsənə 100 manat beh vermişdir. Razılaşmaya əsasən mənzilin sənədi alınan kimi evin alqı-satqısı və sənədləşdirilməsi həyata keçiriləcəkdi. Lakin çıxarışın veriləcəyi 1 həftə-10 gün keçsə də, Süsən xanımdan xəbər çıxmamışdır. Beh verildiyi gündən artıq 1 aydan artıq müddət keçdiyindən Süsən xanımdan xəbər çıxmamış və behi verən müştəri narazılıq bildirmişdir. Bu zaman o, Süsən xanımla əlaqə yaratmaq istəsə də onunla əlaqə yaratmaq mümkün olmamışdır. Belə ki, Süsən zənglərə cavab verməmişdir. Bu zaman Mikayıla zəng edərək məsələ ilə bağlı iradını bildirdikdə, Mikayıl Süsən xanımın onun da zənglərini açmadığını bildirmişdir. Bundan bir neçə gün sonra, qadın müştəri ona zəng edərək Süsən xanımın gəlib onunla görüşdüyünü və mənzili satmaq istəmədiklərini bildirmişdir. Bundan sonra, artıq bir daha həmin mənzilin satılması ilə maraqlanmamışdır. Hətta bundan bir neçə ay sonra Mikayıl onunla həmin mənzilin satılmasına görə bir daha əlaqə saxlasa da, Mikayıla Süsən xanımgilin daha əvvəl etdikləri hərəkətə görə, həmin məsələyə qarışmaq istəmədiyini bildirib imtina etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evinə gedən zaman orada Mikayıl, Süsən xanım və həyat yoldaşı olmuşdur. Təqsirləndirilən şəxsin Mikayıla verməli olduğu pul var idi, ona görə də evini satırdı. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə nə üçün pul verməli olması barədə məlumatı yoxdur. Süsən xanım həmin vaxt kədərlənmiş və ağlayırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, DİO-da 2009-cu ildən etibarən xidmət edir. 2018-ci ildən 2023-cü tarixədək ƏÇPA-nın 7-ci patrul Bölüyündə xidmət etmişdir. Həmin bölüyün dislokasiya üzrə xidmət ərazisi Suraxanı rayonu, Qaraçuxur və Yeni Günəşli qəsəbələridir. Xidmət etdiyi zaman 2019-cu ilin dekabr ayında bələdiyyə seçkiləri zamanı təhlükəsizliyin təmin olunması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 141 saylı orta məktəbdə xidmət edərkən keçirilən seçkilərin təhlükəsizliyini təmin etmişlər. Həmin seçki məntəqəsinin rəhbəri Süsən adlı qadın olmuşdur. Bilavasitə xidmətlərini həmin şəxslə əlaqəli şəkildə qurduqlarından onu tanımışdır. Ancaq hər biri öz səlahiyyətləri və vəzifələri çərçivəsində hərəkət etmişlər. Seçkilər zamanı tarix dəqiq yadında olmasa da, 2019-cu ilin dekabr ayında həmin seçki məntəqəsində xidmətdə olan zaman 141 saylı orta məktəbin girişində Süsən xanımla işlə əlaqədar söhbət etmişlər. Bu zaman bir nəfər təqribən 25 yaşlarında arıq oğlan Süsən xanıma yaxınlaşmışdır. Bu zaman Süsən xanım çantasından bir ədəd zərf çıxardaraq həmin oğlana uzatmışdır. Süsən xanım həmin oğlana zərfi verdiyi zaman “say, on üç mindir” dedi. Həmin oğlan isə zərfi götürərək cavabında “saymağa ehtiyac yoxdur” deyə bildirdi. Daha sonra həmin oğlan oradan uzaqlaşmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Süsən xanım Mikayılın onun həm qohumu, həm də tanışı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə pulu hansı tarixdə verməsini dəqiq xatırlamır, lakin 2019-cu ilin dekabr ayının sonları idi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə pulu nə üçün vermişdir, bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə pulu 141 saylı məktəbin yanında, məktəbin çöl hissəsində plakatın yanında vermişdir. Həmin gün onunla birlikdə bir nəfər zabit də xidmətdə olmuşdur. Zərərçəkmiş şəxs saat neçə radələrində gəlmişdi, dəqiq xatırlamır, lakin nahardan sonra idi. Polis bölməsinə Təqsirləndirilən şəxs ilə birlikdə getmişdir. Təqsirləndirilən şəxsin mobil telefon nömrəsini bilməmiş, sonradan öyrənmişdir. Polis bölməsində olan zaman Süsən xanım ona olanlar barədə məlumat vermiş və ondan şahid qismində ifadə verib-verə bilməyəcəyi barədə soruşmuşdur. O, isə bildirmişdir ki, bu barədə rəisə məruzə etdikdən sonra ona cavab verə bilər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, X3 həyat yoldaşıdır, 2016-cı ildə onunla ailə həyatı qurmuşlar, 2022-ci ildə isə boşanmışlar. ünvan 2 ünvanında qeydiyyatda olsa da, ünvan 3 ünvanında övladı ilə birlikdə yaşayır. Mart ayından ünvanına məhkəmə bildirişi gəlmiş, bundan narahat olmuş, ona görə də 10 mart 2025-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə gəlmişdir. Məhkəmə iclasında iştirak etmək istəmiş, lakin Əfran onu görəndə iclasda iştirak etməməsini demişdir. Dəhliz hissədə Zərərçəkmiş şəxs görmüş, bu işlə bağlı ondan maraqlanmış, Əfranın keçmiş həyat yoldaşı olduğunu, Əfranın bu işlə bağlı səs yazılarının onda olduğunu Mikayıla bildirmişdir. 2024-cü ildə Əfranın Süsən adlı xanımla bir iş ilə bağlı danışdığını öyrənmiş, həyat yoldaşı olduğu üçün onun Süsən xanımla nə danışdıqları maraqlı gəlmişdir. Buna görə onların səslərini yazmışdır. Sonuncu məhkəmə iclasından sonra ona qarşı təzyiqlər olmuşdur, belə ki, mobil telefonunun yaddaşı dolduğu üçün ikinci mobil telefon istifadə edir. Digər mobil telefonu və kompüteri isə sındırılmışdır. Digər mobil telefonu və kompüteri ya evində olur, ya da yanında olur. Evinin açarı sadəcə onda, övladında və Əfran Cəfərlidədir. Əfran Cəfərli ilə boşansalar da, bəzən evinə gəlir və orada qalır. Hesab edir ki, mobil telefonunu və kompüterini sındırmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hazırki cinayət işi ilə bağlı çox məlumatı yoxdur, 2024-cü ildə Süsən xanımla Əfran cinayət işi ilə bağlı gedən proseslərdən danışmış, o da Əfrana bu işə qarışmamalı olduğunu bildirmişdir. Bir dəfə də Əfran bu məsələ ilə bağlı Mikayılın pulunun qaytarılması üçün Süsənin Qaraçuxur qəsəbəsində yerləşən evin 20000 manata satıldığını demiş və ona evi almağı məsləhət görmüşdür. Təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Səs yazılarını mobil telefon vasitəsi ilə yazmışdır. Əfran Cəfərli ilə Təqsirləndirilən şəxs 2024cü ildə əlaqə saxladıqlarını bilir, lakin daha əvvəllər əlaqə saxlayıb-saxlamadıqları barədə məlumatı yoxdur. 10 mart 2025-ci il tarixdə məhkəməyə gələn zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, onda səs yazıları var və onları təqdim edə bilər. Səsləri Mikayıla göndərmişdir. Özü gəlib məhkəmədən maraqlandıqda öyrənmişdir ki, səsləri təqdim edə və ifadə verə bilər. Əvvəllər Zərərçəkmiş şəxs tanımamışdır. Məhkəməyə təqdim etdiyin səs yazılardan başqa səs yazıları da vardır. Səs yazılarını Zərərçəkmiş şəxs mart ayında keçirilən məhkəmə iclasından sonra göndərmişdir. Səs yazıları məhkəmə iclasından sonra sındırılmışdır. Mobil telefonunun və kompüterinin sındırılması ilə bağlı 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra isə polis bölməsinə izahatının alınması üçün çağırılmışdır. Mobil telefonu sındırıldıqdan sonra Əfran Cəfərli ilə danışmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 02 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə fakta görə başlanılmış və icraata qəbul edilmişdir. (iş.v. 1, İ cild) 21 fevral 2023-cü il tarixdə vət.Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ünvanlanmış ərizədən görünür ki, 2019-cu ilin sonlarında qohumluq münasibətlərinin olduğu Təqsirləndirilən şəxs onu DTX xidmətinə işə düzəldəcəyi adıyla aldadaraq 15000 manat pulunu alaraq mənimsəmişdir. Bu barədə qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (iş.v.7, İ cild) 26 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. (iş.v. 16-18, İ cild) 07 avqust 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK- 1/191 nömrəli material üzrə Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qəbul edilmiş 26 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsassız olduğundan ləğv edilmişdir. (iş.v. 22-23, İ cild) 04 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 25, İ cild) 03 oktyabr 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (iş.v. 51-55, İ cild) Şahid2 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 16 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs işə düzəltmək üçün 2019-cu ilin oktyabr ayında almış olduğu, ümumilikdə 15000 manat pul oğlu Zərərçəkmiş şəxs məxsusdur. Odur ki, istintaq olunan cinayət işi üzrə oğlu Zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınmasını xahiş etmişdir. (iş.v. 61, İ cild) 16 oktyabr 2023-cü il tarixli, “götürmə və baxış aparılması haqqında” protokoldan görünür ki, istintaq zərurəti ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs təqdim etdiyi 01 vərəqədən ibarət olan qəbzin əsli ondan götürülmüşdür. Zərərçəkmiş şəxs bildirmişdir ki, qəbzdə olan yazılar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Təqsirləndirilən şəxs özü və Təqsirləndirilən şəxs əri Şahid1 tərəfindən imzaları ilə təsdiq edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 vərəqədən ibarət qəbzə baxış zamanı qəbzdə aşağıda qeyd edilən məzmunda mətnin olduğu müəyyən edilmişdir: -Mən Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs şəxsi işə biznes fəaliyyətinə götürdüyüm 15000 (on beş min) manat vəsaiti 14 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qaytarmağı öz öhdəmə götürürəm. Şahid1 (Təqsirləndirilən şəxs həyat yoldaşı) vəsaitin Zərərçəkmiş şəxs tam qaytarılmasına zamin dururam. Qəbzdə iki qrafada imzalar mövcuddur. Qəbzdə tarix 15 dekabr 2022-ci il olaraq qeyd edilmişdir. Zərərçəkmiş şəxs bildirdi ki, həmin imzalardan birinci qrafada olan imza Təqsirləndirilən şəxsva və ikinci qrafada olan imza isə onun əri Şahid1 məxsus olmaqla onlar tərəfindən icra edilmişdir. Həmin qəbz iş materiallarına əlavə edilmişdir. (iş.v. 64-65, İ cild) 16 mart 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deməklə təsdiq etmişdir. (iş.v. 121-124, İ cild) 26 dekabr 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deməklə təsdiq etmişdir. (iş.v. 79-81, İ cild) 26 dekabr 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deməklə təsdiq etmişdir. (iş.v. 82-85, İ cild) 29 dekabr 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (iş.v. 89-91, İ cild) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, qərarı ilə, 01 noyabr 2019-cu il tarixdən 01 aprel 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı və barəsində şikayət olunan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrələrinə daxil olmuş və çıxan zənglər, həmçinin sms mətnləri barədə (daxil olan və çıxan nömrələrin abunəçiləri haqqında məlumatlarla birlikdə) məlumatlar "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. (iş.v. 100-102, İ cild) 16 mart 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluq münasibətləri var. Belə ki, Süsənin əri Azərin qardaşı qızı Əsmər onun əmisi Cahidin arvadıdır. Onun Əsmərin ailə üzvləri ilə sıx əlaqələri olmuş və onlarla mütəmadi ünsiyyət saxlamışdır. Həmin ərəfələrdə Süsənin bir çoxlarını işə düzəltdiyinə dair şayiələr yayılmağa başlamış və bu məlumatın doğru olub-olmadığını Süsəndən dəqiqləşdirdikdə Süsən ona yayılan məlumatların doğru olduğunu və hətta bir neçə şəxsin adlarını çəkərək onları işlə təmin etdiyini demişdir. Süsənə etibar etdiyi üçün onun dediklərinin doğru olduğu qənaətinə gəlmiş və Süsənə işsiz olduğunu bildirərək onu da işə düzəltməsini xahiş etmişdir. Süsən onun barəsində iş haqqında danışarkən demişdir ki, onun işlə təmin edilməsi daha asan olacaq, belə ki, ali təhsilli və şəhid ailəsi üzvü olması bu işi bir qədər də asanlaşdıracaq. Süsən bir neçə gün sonra, onun işi haqqında maraqlanacağını və onda ətraflı məlumat verəcəyini demişdir. Süsən ilk əvvəldən onu özünün də çalışdığı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və ya Daxili Qoşunlara zabit olaraq işə düzəldəcəyini bildirmişdir. Qeyd etdiyi hadisələr 2019-cu ilin oktyabr ayının əvvəllərinə təsadüf etmişdir. Bu hadisələrdən təxminən 3-4 gün sonra, Süsən onu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki yataqxanadakı mənzilinə çağırmış və bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və ya Daxili Qoşunlara zabit olaraq işə düzəlməsi üçün ondan ola bilsin ki, 15000 (on beş min) manat pul istəyə bilərlər. O, Süsənə həmin vəsaiti qısa zaman kəsiyində verəcəyini demişdir. 2019-cu ilin oktyabr ayının 20-ci günündən sonrakı günlərdən birinə təsadüf edən tarixdə Süsənin yuxarıda qeyd etdiyi mənzilinə gəlmiş, Süsən onun işinin həlli üçün müəyyən insanlarla görüşəcəyini və ilk görüşdüyü vaxt müəyyən məbləğdə pul verməli olduğunu ona dedikdə üzərində gətirdiyi 15000 (on beş min) manat puldan 2000 (iki min) manatı Süsənə vermişdir. Pulun qalan məbləğini isə əmisi oğlu-Tacirə vermiş və Süsənə də demişdir ki, həmin şəxslərlə danışarkən 2000 (iki min) manat vəsaiti verər, qalan 13000 (on üç min) manata nə vaxt ehtiyac olarsa, həmin vəsaiti Tacirdən ala bilər. Tacirə də tapşırmışdır ki, ona verdiyi 13000 (on üç min) manat vəsaiti Süsən istədiyi vaxt Süsənə versin. Həmin vəsaiti o, atası İsrayıldan almış və təxminən 2 ay sonra, atasının ehtiyacı yarandığı vaxt həmin vəsaiti atasına geri qaytarmışdır. Süsən onu inandırmışdır ki, onu qeyd etdiyi xidmət və idarələrdə işlə təmin edəcək. Pulun 2000 (iki min) manat hissəsi Süsənə verildiyi vaxtdan 2 gün sonra Süsən ona işinin həll olunduğunu, onu Daxili Qoşunlarda zabit olaraq işə düzəldəcəyini bildirib bunun üçün qalan 13000 (on üç min) manat pulu Tacirin anası Əsmərdən götürdüyünü etiraf etmişdir. Ona məlum olmuşdur ki, Tacir həmin 13000 (on üç min) manat vəsaiti anası Əsmərə verib, Əsmər də öz növbəsində həmin vəsaiti Süsənə vermişdir. Bunu Süsənin özü ona etiraf etmiş və hətta Əsmər də bunu təsdiqləmişdir. Bu hadisədən xeyli vaxt keçmişdir ki, işi haqqında mütəmadi Süsənlə ünsiyyət qurmuş, ondan işi barədə maraqlanmışdır. Süsən isə ona qısa vaxtda işə çağırılacağını yalandan bildirmişdir. Nəhayət Süsənin hərəkətsiz qaldığını və bu məsələnin uzandığını görüb Süsəndən pulunu geri tələb etməyə başladıqda, Süsən ona etiraf etmişdir ki, səhvə yol verib, onu aldadıb, aldığı vəsaiti ona qısa vaxtda qaytaraq. Süsən hər dəfə müxtəlif bəhanələr gətirərək pulu geri qaytaracağı vaxtı uzatmışdır. Süsənin qohum olduğunu düşünüb ilk əvvəl Süsəsinin ona pulu qaytaracağını düşündüyü üçün hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Sonrakı günlərdə Süsəndən pulu istədikdə Süsən gah ağlayıb möhlət götürmüş, gah da ondan heç bir məbləğdə pul almadığını ona demişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Süsən həm özünün və onun tanıdığı Zaur adlı vəkildən məsləhət alıb onunla görüşmək istədiyini demişdir. Zaur bu barədə ona məlumat verdikdə onunla razılaşmışdır. 15 dekabr 2022-ci ildə günorta saatlarında o, Zaur, Süsən və sonuncunun əri Azərlə Bakı şəhəri, Xətai rayonu ərazisində, «Amay» ticarət mərkəzində yerləşən Asan Xidmətin yeməkxanasında görüşmüşlər. Süsən demişdir ki, evini satıb pulu qaytaracaq. İlk öncə borc müqaviləsi bağlamağı təklif etmişlər, lakin problem olduğu üçün alınmamışdır. Ona görə də Süsən, ağ kağız üzərində könüllü və sərbəst şəkildə ondan 15000 (on beş min) manat pul aldığını və həmin vəsaiti 14 fevral 2023-cü il tarixədək ödəyəcəyini, əri Azərin də vəsaitin ödənilməsinə zamin duracağını yazaraq etiraf etmişdir. İbtidai istintaq dövründə də dəfələrlə vaxt istəmiş, evini satıb pulu qaytaracağını demişdir. Süsən öz dəsti xətti ilə həmin əlyazmanı yazmazdan əvvəl o, Süsəndən tələb etmişdir ki, ondan 15000 (on beş min) manat pulun götürülmə səbəbini düzgün şəkildə yazaraq qeyd etsin. Süsən isə əlyazmasında pulu işə düzəltmək məqsədi ilə aldığını qeyd etməyəcəyini demişdir. Süsən lakin onu da demişdir ki, əmindir ki, pulu qeyd edəcəyi möhlətədək ödəyəcək və bu səbəbdən də pulu ondan hansı səbəbə götürməsini qeyd etməsinin heç bir fərqi yoxdur. Belə olan təqdirdə o, Süsənlə razılaşmış və Süsən əlyazma sənədi yazarkən guya ondan biznes fəaliyyəti üçün 15000 (on beş min) manatı götürdüyünü, həmin vəsaiti 14 fevral 2023-cü il tarixədək ödəyəcəyini, əri Azərin də vəsaitin ödənilməsinə zamin duracağını qeyd etmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən edildmişdir ki, hadisə yeri Bakı şəhəri, ünvan 6 ünvanıdır. (iş.v. 125-128, İ cild) 18 mart 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 vərəqədən ibarət qəbzə baxış zamanı qəbzdə aşağıda qeyd edilən məzmunda mətnin olduğu müəyyən edilmişdir: -“Mən Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs şəxsi işə biznes fəaliyyətinə götürdüyüm 15000 (on beş min) manat vəsaiti 14 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qaytarmağı öz öhdəmə götürürəm. Şahid1 (Təqsirləndirilən şəxs həyat yoldaşı) vəsaitin Zərərçəkmiş şəxs tam qaytarılmasına zamin dururam. Qəbzdə iki qrafada imzalar mövcuddur. Qəbzdə tarix 15 dekabr 2022-ci il olaraq qeyd edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mətn onun özü tərəfindən yazılmış və ona məxsus xətdir. İmzalardan 1-ci qrafada olan imza ona və digər imza isə onun əri Şahid1 məxsusdur və Şahid1 tərəfindən icra edilmişdir. (iş.v. 129, İ cild) 20 mart 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ııin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Şahid3, Şahid1 və X16 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. 16 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş 15000 manat pul vəsaitinin alınmasını təsdiq edən 01 vərəqədən ibarət qəbz cinayət işi üzrə maddi sübut kimi tanınmış və qəbzin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. 16 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş 15000 manat pul vəsaitinin alınmasını təsdiq edən 01 vərəqədən ibarət qəbzə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılması haqqında tərtib edilmiş protokol cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid məlumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın Xüsusi Təyinatlı Qüvvələrinin 1-ci Taborun 2-ci Bölüyünün polis nəfəri, polis serjantı Şahid6 cinayət işi üzrə vermiş olduğu 27 dekabr 2023-cü il tarixli ifadəsi işin halları ilə uyğun gəlmədiyindən cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməmişdir. Şahid6 Abazər oğlunun bilə-bilə yalan ifadə verməsi xüsusatı üzrə əməlinə hüquqi qiymət verilməsi üçün material ayrılmaqla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. (iş.v. 130-144, İ cild) 21 mart 2024-cü il tarixli, “cinayət işindən materialın ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işindən Şahid6 cinayət işi üzrə bilə-bilə yalan ifadə verməsi xüsusatı barədə material ayılmışdır. (iş.v. 146-156, İ cild) 21 mart 2024-cü il tarixli qərarla saat 09:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Həmin tarixli qərarla, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 167-168, 180-182, İ cild) 26 mart 2024-cü il tarixli, “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ayrıca vəsatət təqdim etməsə də, onun 26 mart 2024-cü il tarixdə tərtib edilmiş "cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi tanış etmə haqqında” protokolda cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla razı olmadığı və "Cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi tanış etmə haqqında“ protokola imza etməkdən imtina etməsi barədə göstərdiyi xüsusatlar cinayət işi üzrə vermiş olduğu vəsatəti olaraq qəbul edilmişdir. Odur ki, həmin vəsatət tam əsassız olduğundan rədd edilmişdir. (iş.v. 196-198, İ cild) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(010)-258/2024 saylı qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına müdafiəçi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat göndərilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməsi qərara alınmışdır. Həmin qərarın qəbul edilməsinə əsas o olmuşdur ki, Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixli qərarla, saat 09:40-da Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiq tərəfindən həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilərkən, o cümlədən 21 mart 2024-cü il tarixdə saat 10:10-dan saat 10:50-dək təqsirləndirilən şəxs qismində Suraxanı RPİ-nin İŞ-də dindirilərkən Təqsirləndirilən şəxs ümumiyyətlə Bakı şəhərində olmamış, həmin vaxt Bərdə rayonunda olmuş, ona ibtidai istintaq dövründə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçi X2 təqsirləndirilən şəxs qismində cəlb olunan zaman onun yanında olmamış, ona hüquq və vəzifələrini izah etməmiş, bundan əlavə, ibtidai istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin müdafiəçisi N.Məmmədov ümumiyyətlə Bakı şəhərində olmamışdır. Odur ki, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X2 öz vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməmiş, Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Cavid İskəndərov isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəsini düzgün icra etməmiş, nəticədə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham elan edilən Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətləri keçirilərkən müdafiə hüququ və cinayət işinin materialları ilə tanış etməyə dair tələblər təmin edilməyərək Azərbaycan Respublikası CM-in 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud prosessual pozuntulara yol verilmişdir. (iş.v. 99-113, İİ cild) 18 iyul 2024-cü il tarixli, “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru, Cavid İskəndərovun icraatına qəbul edilmişdir. (iş.v. 121-122, İİ cild) 30 iyul 2024-cü il tarixli “şəxsin təqsirləndirilən şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədilə barəsində axtarış elan olunmuşdur. (iş.v. 129-130, İİ cild) Suraxanı RPİ-nin 32-ci polis bölməsinin 06 avqust 2024-cü il tarixli məktubundan və həmin tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə tutularaq Suraxanı RPİ-nin MSY-ə təhvil verilmişdir. (iş.v. 135-136, İİ cild) 06 avqust 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək saat 15:45-də ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona imza etməkdən imtina etmiş, ittihamla razı olmadığını, bu səbəbdən imza etməkdən imtina etdiyini qeyd etmişdir. (iş.v. 156, İİ cild) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatətdən Suraxanı Rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən imtina edilmişdir. 06 avqust 2024-cü il tarixdə, daimi yaşayış yerinin olması nəzərə alınıb onun barəsində 21 mart 2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqınd iltizam” növündə qətimkan tədbiri nəzərə alınmış və Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (iş.v. 173-174, 176-181, İİ cild) 07 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 06 avqust 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş yeni ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbdiri qüvvədə saxlanılmışdır. 20 mart 2024-cü il tarixdə cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.3, 311, 310 və 32.4, 312 maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi nəzərə alınmışdır. 20 mart 2024-cü il tarixdə cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarda Şahid3, Şahid1 və X16 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi nəzərə alınmışdır. 20 mart 2024-cü il tarixdə cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarda Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi nəzərə alınmışdır. 16 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş 15000 manat pul vəsaitinin alınmasını təsdiq edən 01 vərəqədən ibarət qəbzin 20 mart 2024-cü il tarixdə cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarda cinayət işi üzrə maddi sübut kimi tanınması və qəbzin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. 16 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş 15000 manat pul vəsaitinin alınmasını təsdiq edən 01 vərəqədən ibarət qəbzə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılması haqqında tərtib edilmiş protokolların 20 mart 2024-cü il tarixdə cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarda sübut növü kimi qiymətləndirilməsi nəzərə alınmışdır. DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon məlumatlarının qeyd edildiyi texniki məlumatları özündə əks etdirən bir ədəd CD diskin 20 mart 2024-cü il tarixdə cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarda sübut növü kimi qiymətləndirilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın Xüsusi Təyinatlı Qüvvələrinin 1-ci Taborun 2ci Bölüyünün polis nəfəri, polis serjantı Şahid6 cinayət işi üzrə vermiş olduğu 27 dekabr 2023-cü il tarixli ifadəsi işin halları ilə uyğun gəlmədiyindən cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs şahid qismində dindirilən zaman Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və ya Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarına zabit olaraq işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs 15000 manat pul almadığı, yalnız Zərərçəkmiş şəxs qohumu Şahid3 vasitəsilə ona göndərmiş olduğu 13000 manat pul vəsaitini Zərərçəkmiş şəxs qaytardığı, Zərərçəkmiş şəxs 15000 manat alması barədə qəbzi təsir altında yazdığı və 15000 manat pulu işə düzəlməsi ilə bağlı Zərərçəkmiş şəxs özünün X18 verməsi barədə ifadəsində göstərdikləri xüsusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilmiş və cinayət işi üzrə vermiş olduğu vəsatəti təmin edilməyərək rədd edilmişdir. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verildiyini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işindən Şahid6 cinayət işi üzrə bilə-bilə yalan ifadə verməsi xüsusatı barədə material ayrılması və istintaq aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilməsi nəzərə alınmışdır. (iş.v. 183-198, İİ cild) 07 avqust 2024-cü il tarixli, “vəsatətrin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ayrıca vəsatət təqdim etməsə də, onun 07 avqust 2024-cü il tarixdə tərtib edilmiş "İbtidai istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan edilməsi haqqında” protokolda cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla razı olmadığını bildirməsi və o cümlədən cinayət işi üzrə “İbtidai istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan edilməsi haqqında" protokola imza etməkdən imtina etməsi cinayət işi üzrə vermiş olduğu vəsatəti olaraq qəbul edilmişdir. Odur ki, həmin vəsatət əsassız olduğundan rədd edilmişdir. (iş.v. 202-203, İİ cild) 08 avqust 2024-cü il tarixli, “etiraza baxılması haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs müstəntiqə və Suraxanı RPİ-nin İŞ-in digər müstəntqilərinə etirazı əsassız olduğundan rədd edilmişdir. (iş.v. 208-209, İİ cild) 10 avqust 2024-cü il tarixli, “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, 10 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin istintaq materialları Suraxanı RPİ-nin inzibati binasında tikilmiş və səhifələnmiş vəziyyətdə tanış olmaları üçün iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi təqdim olunmuşdur. İstintaqın qeyd edilən mərhələsində Təqsirləndirilən şəxs səbəb göstərmədən imza etməkdən imtina etmiş, müdafiəçisi Müdafiəçi isə Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* saylı cinayət işinin müstəntiq tərəfindən istintaq edilməsinə etiraz etdiyindən cinayət işini istintaq materialları ilə tanış olmaqdan imtina etdiyini bildirmişdir. Qeyd olunanlar cinayət işi üzrə verilmiş vəsatət olaraq qəbul edilmiş, həmin qərarla vəsatət tam əsassız olduğundan rədd edilmişdir. (iş.v. 215-217, İİ cild) Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən qəbul edilmiş 10 avqust 2024-cü il tarixli “etiraza baxılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiqə və Suraxanı RPİ-nin İŞ-nin digər müstəntiqlərinə etirazı əsassız olduğundan rədd edilmişdir. (iş.v. 220-221, İİ cild) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 6(009)-197/2024 saylı qərarı ilə Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən qəbul edilmiş 10 avqust 2024-cü il tarixli “etiraza baxılması haqqında” qərardan verilmiş şikayətlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanan şikayətin təmin edilməməsinə dair 2-2-082/2-A-1802/2024 saylı cavab məktubunun qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında şikayət baxılmadan geri qaytarılmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işindən Şahid6 cinayət işi üzrə bilə-bilə yalan ifadə verməsi xüsusatı barədə ayrılmış 319-c-24 saylı material nəzərdən keçirilib cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatəti əsasında onun tərəfindən məhkəməyə təqdim edilmiş, iş üzrə Şahid6 keçmiş həyat yoldaşı Könül Səfərovadan əldə etdiyi flash karta baxış keçirilmişdir. Flash kartda 7 səs, 11 fotoşəkil faylı vardır. Flashkart Təqsirləndirilən şəxs evinin fotoşəkillərini, Şahid1la zərərçəkmiş şəxsin arasında olan (evin satılması ilə bağlı danışıqları əks etdirən) SMS yazışmalarını və Bakı İnzibati Məhkəməsinin 17 avqust 2023 tarixli qərarının fotoşəkillərini, Əfran Cəfərliyə aid 3 səs yazısını, təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid1 3 səs yazısını və Şahid1la Zərərçəkmiş şəxs aid 1 səs yazısını özündə əks etdirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin Bakı İnzibati Məhkəməsinə müraciət edib-etməməsi barədə soruşulmuş, təqsirləndirilən şəxs Bakı İnzibati Məhkəməsinə daha əvvəldən müraciət etdiyini, qərarın 17 avqust 2023-cü il tarixdə qəbul edildiyini, hədəqorxulardan qorxduğu üçün evin satılmasına razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə həmin flaşkartda aşkar edilənlərlə bağlı suallar verilmiş, o isə həmin suallara cavabında bildirmişdir ki, səs yazılarında Əfran Cəfərlinin bibi deyə xitab etdiyi şəxsin özü olubolmamasını bilmir, belə ki, Əfran Cəfərlini yenidən məhkəmə iclasına çağırıb əlavə dindirilməsini xahiş etmişdir. Əfran Cəfərli ilə mobil telefon vasitə ilə əlaqə saxlamışdır. Əfran şahid qismində dindiriləcəyi üçün məhkəmə iclası ilə bağlı onunla danışmışdır. Əfran Cəfərli dindirildikdən sonra da, onunla əlaqə saxlamışdır. Belə ki, onunla 32-ci Polis bölməsinə çağırılan zaman əlaqə saxlamış, daha sonra müstəntiq çağırdıqda və məhkəmə iclasları keçirildiyi müddətdə əlaqə saxlamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(101)- 166/20023 saylı hökmündən görünür ki, X24 Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsi ilə təqsirli bilinmiş, 23 dekabr 2022-ci il tarixdə xəstəlikdən ölməsi nəzərə alınmış və həmin maddə ilə ona cəza təyin edilməmişdir. Müdafiə tərəfinin verdiyi vəsatət əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Ağdam Rayon Məhkəməsi tərəfindən 30 aprel 2025-ci il tarixli məktub əsasında göndərilmiş 2(013)-2340/2019 saylı qətnamədən görünür ki, X9 ilə X10 arasında olan 16 may 2006-cı il tarixdə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarına Şahid6 ilə Şahid4 arasında sms yazışmalarını əks etdirən “WhatsApp” sosial şəbəkəsindən çıxarışların surətləri əlavə edilmiş, həmin çıxarışlardan görünür ki, onlar telefonda mübahisə etmiş, Şahid4 Əfrana Zərərçəkmiş şəxs yalandan üzünə durmağına görə ondan prokurorluğa artıq şikayət etmələrini bildirmiş, yalan ifadə verməsinə və böhtan atmasına görə onu qanunvericiliklə müəyyən edilmiş məsuliyyət gözləməsi ilə bağlı xəbərdar etmiş, Əfrana onu Süsənin öyərtdiyini bildirklərini, Əfran isə onu narahat etməmələrini israrla bildirmiş və sonda Şahid4 məxsus mobil nömrəni bloklamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim etdiyi “müdafiə nitq”indən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham əsassız olduğu, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar mövcud olduğu və ya şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildiyi, onun həmin əmələ aidiyyəti sübut edilmədiyi üçün, eləcə də onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığı üçün və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdiyi üçün Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. O, həmin fikirlərini aşağıdakılarla əsaslandırmışdır. 1) Suraxanı Rayon Prokurorluğuna vəsatət verilərək xahiş edilmişdir ki, Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X8 tərəfindən istintaq hərəkətlərinin yekunlaşdırması, bununla bağlı hər-hansı hərəkətlərin edilməsi qanunsuz və əsassız olduğu üçün bu iş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X4 alınsın. Amma vəsatət təmin edilməyib rədd edilmişdir. 2) Həmçinin Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi üçün cinayət işinə xitam verilməsini, eləcə də bu cinayət işinin yenidən daha ədalətli araşdırılması üçün başqa istintaq orqanına həvalə edilməsini dəfələrlə tələb etmiş və bu tələbini əsas tutaraq iş materiallarındakı sənədləri imzalamaqdan imtina etmişdir. 3) Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(010)-258/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 4) Həmçinin iş materiallarından və qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclası zamanı yazılı vəsatət verərək bildirmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Suraxanı RPİ-nin İŞ-də aparılan cinayət işinin istintaqı ilə əlaqədar olaraq RPİ-yə ilk dəfə şahid kimi dəvət edilmiş və ifadə vermişdir. 21 mart 2024-cü il tarixdə, yenidən RPİ-nin İŞ-nə dəvət edilmiş, həmin gün saat 17-18 radələrində müstəntiq Cavid İskəndərovun yanında olmuş, müstəntiq onun təcrübəsizliyindən istifadə edərək qanunsuz olaraq tərtib etdiyi sənədlərə imza etdirmiş, onun hüquqi müdafiəsi təmin edilməmişdir. Belə ki, müstəntiqin özünün təyin etdiyi dövlət hesabına vəkil ona təqdim edilməmiş, sonradan işə qoşulmuş vəkil tərəfindən ona hüquq və vəzifələri izah olunmamış, hüquqları pozulmuş, nəticədə qanunsuz və əsassız olaraq tərtib edilmiş qeyri obyektiv ittiham aktı materiallarına imza etməyə məcbur edilmişdir. Həmçinin iş materiallarından görünür ki, həmin qərarda istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilmişdir. 6) Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X8 tərəfindən istintaq hərəkətlərinin yekunlaşdıması, bununla bağlı hər hansı hərəkətlərin edilməsi davam etdirilmiş, bu iş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X4 alınmayıb, eləcə də Suraxanı RPİ-nin İŞ-dən götürülərək, daha ədalətli araşdırılması məqsədilə başqa istintaq orqanına göndərilməmişdir. 7) Həmçinin ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsası yalnız ehtimallar və mülahizələr təşkil etmişdir. Görünən odur ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə ittiham irəli sürərkən araşdırmalı olan halları araşdırmamış, sübuta yetirməli olan hallarla bağlı heç bir sübut əldə etməmişdir. Hazırda iş üzrə məhkəmə baxışı sona çatsa da, uzun sürən bu ədalətsizlik məhz ədalət mühakiməsini həyata keçirən məhkəmənin yekun qərarı ilə aradan qalxmalıdır. 8) 2019-cu ilin sonlarına təsadüf edən bir vaxtda Əsmər Süsənə 13000 (on üç min) manat pul vermiş demişdir ki, bu vəsaiti ona Mikayıl verib və deyib ki, həmin vəsaiti Mikayıl onun iş yerinə gəlib ondan götürəcək. Həmin ərəfələr bələdiyyə seçkilərinin keçirildiyi bir vaxta təsadüf etdiyi və o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki 141 saylı tam orta məktəbdə 2 saylı seçki məntəqəsində sədr vəzifəsində çalışdığı üçün Əsmərdən həmin vəsaiti götürmüş və Əsmərə demişdir ki, Mikayıl onun olduğu 141 saylı məktəbə gəlsin. Həmin gün günorta saatlarında Mikayıl məktəbə gəlmiş və ondan özünə məxsus həmin vəsaiti götürüb getmişdir. Mikayılın məktəbə gəlməsi, ondan həmin vəsaiti götürüb getməsini həmin ərəfədə, yəni seçki qabağı orada xidmət göstərən polis əməkdaşı Şahid6 da görmüşdür. Sonra ona məlum olmuşdur ki, Mikayıl həmin vəsaiti Şəmil adlı vəkilə vermiş və sonuncu da Mikayılın pulunu ələ keçirib mənimsəmişdir. İstintaq orqanı qərəzli olduğu üçün, bununla bağlı şahidin yalan ifadə verməsinə etiraz etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X19 icraatında olan 319-C-24 saylı materialı nəzərdən keçirib, müəyyən edib ki, Suraxanı RPİ-nin İŞ-də istintaq edilərək aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilmiş ********* saylı cinayət işindən Şahid6 cinayət işi üzrə bilə-bilə yalan ifadə verməsi xüsusatı barədə material ayrılaraq aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmiş və material üzrə araşdırmanın aparılması ona tapşırılsa da, aparılmış araşdırma zamanı Şahid6 cinayət işi üzrə bilə-bilə yalan ifadə verməsi xüsusatı öz təsdiqini tapmamışdır. Odur ki, toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bu hal işin faktiki halları ilə təsdiqini tapır. Bu o deməkdir ki, Şahid6 verdiyi ifadə doğrudur və ona qarşı verilən ittiham öz təsdiqini tapmadığı üçün, onun ifadəsi daha mötəbər sübut sayılır. Həmçinin işin mübahisəsiz halı həm də odur ki, Şahid6 barəsindəki qərar mübahisələndirilməmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Şahid6 məhkəmə istintaqı zamanı da eyni ifadə vermişdir. 9) Həmçinin iş materiallarından görünür ki, Şəmil adlı şəxs Mikayılın pulunu ələ keçirib mənimsədiyi üçün, Bakı Ağır Cinayətlər Məhkəməsinidə müvafiq mübahisəyə dair cinayət işi olmuşdur. Eyni vaxtda, eyni əsaslarla mübahisə var idisə, nə üçün həmin dövrdə hazırkı zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olmayıb. Və yaxud belə bir hal olsa idi, məhkəmə bununla bağlı xüsusi qərar qəbul edə bilərdi. Həmin iş materiallarında isə belə bir hal mövcud olmayıb. 10) Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı kifayət qədər psixoloji və mənəvi təzyiqlər olub. Bu hal hazırkı məhkəmə istintaqı dövründə də baş vermiş və məhkəmə bununla bağlı iclası təxirə salmışdır. 11) Məhkəmə istintaqı zamanı dindirilən şahidlərin demək olar ki, mütləq əksəriyyəti işin faktiki halları ilə bağlı çox ziddiyətli və həqiqətdən uzaq olan ifadələr veriblər. Hesab edir ki, həqiqətdən uzaq olan ifadələr işlədən, işin faktiki hallarına uyğun gəlməyən ifadələr işlədən şahidlərin ifadələri sübut kimi nəzərə alına bilməz. 12) Eyni zamanda nəzərə almaq lazımdır ki, Əsmərin keçmiş həyat yoldaşı Zeynalov Cahid adlı şəxs hazırkı iş üzrə şahid kimi adı keçən Əsməri və Əsmərin qardaşlarını məhkəməyə vermişdir. Həmin məhkəmədə X21 isə Əsmərə qarşı şahidlik etmişdir və bütün məhkəmə proseslərində qardaşı Cahidin yanında olmuşdur. Bununla bağlı məhkəmə verilən vəsatəti təmin etsə də, Ağdam rayon Məhkəməsi həmin işi üzrə materialları təqdim etməmişdir. Ehtimal edilir ki, həmin iş üzrə hazırkı cinayət işinin əsassız olmasına dair mühüm məqamlar vardır. Çünki, hazırkı iş üzrə Əsmərə İsrail tərəfindən pul göndərilməsi faktı ilə, İsrailin özü və qardaşının Əsmərlə münaqişəli vəziyyətdə olması faktları ziddiyət təşkil edir. Baxmayaraq ki, dövlət ittihamçısı bildirsə də ki, bu faktlar əsas iş üzrə tam bağlantı yaratmır, bu işə heç bir aidiyyəti yoxdur, Süsən Əsmərdən pul aldığını etiraf edib və sair, amma ən azından bu hallar Əsmərin verdiyi şahid ifadəsinin mötəbərliyini sual altına qoyur. Həmin qərar iş materiallarına əlavə ediləsəydi, bu ziddiyətlərə aydınlıq gətirilə bilərdi. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X22 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həm də məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Mikayıl Əsmərin yaşadığı mənzilə gəlib-getdiyi vaxtlarda saxlaması üçün Əsmərə müəyyən məbləğlərdə pul vəsaiti vermişdir. 2019-cu ilin sonlarına təsadüf edən bir vaxtda Əsmər ona 13000 (on üç min) manat pul verib demişdir ki, bu vəsaiti ona Mikayıl verib və həmin vəsaiti Mikayıl onun iş yerinə gəlib ondan götürəcək. Həmin ərəfələr bələdiyyə seçkilərinin keçirildiyi bir vaxta təsadüf etdiyi və o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki 141 saylı tam orta məktəbdə 2 saylı seçki məntəqəsində sədr vəzifəsində çalışdığı üçün Əsmərdən həmin vəsaiti götürmüş və Əsmərə demişdir ki, Mikayıl onun olduğu 141 saylı məktəbə gəlsin. Həmin gün günorta saatlarında Mikayıl məktəbə gəlmiş və ondan özünə məxsus həmin vəsaiti götürüb getmişdir. Mikayılın məktəbə gəlməsi, ondan həmin vəsaiti götürüb getməsini həmin ərəfədə, yəni seçkiqabağı orada xidmət göstərən polis əməkdaşı Şahid6 da görmüşdür. 2022-ci ilin dekabr ayının əvvəllərində o, Mikayılın vəkili Zaur adlı şəxsə zəng edib izah etmişdir ki, onu yalandan şərləməsinlər. Sonra, onun özü Zaurdan onları görüşdürməsini xahiş etmişdir. Bu görüş 15 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, «Amay» ticarət mərkəzinin yerləşdiyi binada fəaliyyət göstərən “Asan Xidmət”-də baş tutmuşdur. Görüşdə o, onun əri Azər, Zaur və Mikayıl da iştirak etmişdir. Orada Zaur israrla ondan guya pul aldığını etiraf edən əlyazma sənəd yazmasını tələb etmiş, hətta Zaur əlyazma şəklində hazır mətni onun qabağına qoyub üzündən köçürməsini istəmişdir. O, mətni oxuduqda görmüşdür ki, orada guya o, biznes fəaliyyəti üçün Mikayıldan pul almış, həmin pulu 14 fevral 2023-cü il tarixədək qaytaracaq və hətta əri Azər də pulun geri qaytarılmasına zamindir. Zaurun oradakı davranışları elə həddə idi ki, o, biabır olmamaq üçün Zaurun hazır mətn formasında yazdığını öz dəsti xətti ilə köçürmüşdür. Zaur həmin əlyazmanı notariat qaydasında qeydiyyata alınmasını istəsə də, bu mümkün olmamışdır. Zərərçəkmiş şəxs ilk olaraq ondan 2000 manatı məktəbin həyətində olarkən verdiyini, daha sonra isə yaşadığı evində, yəni Bakı şəhəri, ünvan 1 ünvanında verdiyini bildirsə də, 2019-cu ildə həmin ünvanda yaşamamışdır. Zərərçəkmiş şəxs onu işə düzəltməsini xahiş etməmişdir. Zərərçəkmiş şəxs 13000 manat pulu ondan 141 saylı məktəbdə olarkən gəlib götürmüşdür. Anten əhatə dairəsinə baxış keçirilərkən həmin tarixdə zərərçəkmiş şəxsin orada olmamasının göstərilməsi səbəbini bilmir. Bəlkə də Mikayıl həmin vaxt mobil telefonunu söndürmüşdür. Ona qarşı təzyiqlər olmuş, qarşı tərəfdən hədə-qorxular gəlinmişdir. Bununla da bağlı müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadə verən zaman pulu Tacirə parkda verdiyini bildirmiş, lakin Tacir və Əsmər isə Qaraçuxur qəsəbəsində xəstəxananın yanında verdiyini demişdir. O, 13000 manat pulu Mikayıla verdikdən sonra sonuncu işə düzəlməsi üçün pulu Şəmil adlı şəxsə vermiş, Şəmilin Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi olması və onun məhkəmə iclasında ölməsindən sonra Mikayıl pulu Şəmildən ala bilməyəcəyini başa düşüb ondan tələb etməyə başlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və ifadələrində göstərdikləri ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 15000 manat pul vəsaiti verilmişdir. Belə ki, 2000 manatı zərərçəkmiş şəxsin özü Süsənin yaşadığı evdə vermiş, 13000 manatı da həmin ildə Qaraçuxur qəsəbəsində Tacirə vermiş, o da pulu anası Əsmərə vermişdir. 13000 manat pulu isə Süsənə Əsmər sayıb özü vermişdir. Əsmər həmçinin pulun verilməsindən sonra Süsənin özündən Mikayılın işə düzəlməsi üçün pulların alındığını dəfələrlə eşitmiş və işin tezliklə həll olunacağını bilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən ona 2000 manat pulun verilməsini etiraf etməsə də, 13000 manatla bağlı xüsusat həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin, həmçinin iş üzrə şahidlər Şahid3 və onun oğlu Tacir Qurbanovun ifadələri ilə öz təsdiqini tapmış və bununla bağlı hər hansı bir ziddiyyətli məqam mövcud olmamışdır. Həmçinin təqsirləndirilən şəxs tərəfindən əlyazma üsulla yazılmış qəbzdə 15000 manat pulun alınması özü də təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də ümumilikdə 15000 manat pul almışdır. Lakin təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında Əsmərdən aldığı 13000 manat pulu Zərərçəkmiş şəxs 141 saylı məktəbdə qaytardığını bildirmişdir. Bununla bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarı ilə, 01 noyabr 2019-cu il tarixdən 01 aprel 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı və barəsində şikayət olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrələrinə daxil olmuş və çıxan zənglər, həmçinin sms mətnləri barədə (daxil olan və çıxan nömrələrin abunəçiləri haqqında məlumatlarla birlikdə) məlumatlar "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. Anten dairələrinə baxış zamanı zərərçəkmiş şəxsin qeyd edilən tarixdə, təqsirləndirilən şəxsin vəsaiti qaytardığını bildirdiyi ünvanda, yəni 141 saylı məktəbdə olmaması müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarla, DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid məlumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Həmçinin təqsirləndirilən şəxsin bildirdiyi, yəni Mikayılın ondan 13000 manat pulu aldıqdan sonra işə düzəlmək üçün pulu Şəmilə verməsi, sonuncunun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman ölməsi səbəbindən Mikayılın həmin pulu ondan tələb etməsi xüsusatı ilə bağlı məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X18 2019-cu ilin oktyabr ayından başlayaraq Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlmək üçün hissə-hissə olmaqla 2021-ci ilin sentyabr ayının sonunadək cəmi 76.800 manat pul vermişdir. Həmin iş üzrə Şəmil Qədimov ifadəsində Süsənin özünün onunla Mikayılın işə düzəlməsi üçün danışıq apardığını, o, Süsənə yalnız ərizə yazmaqda köməklik edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəmilin ona Mikayıla verməsi üçün hər hansı pul vermədiyini, həmçinin özünün də Mikayıla hər hansı pul vermədiyini bildirmişdir. Əgər Təqsirləndirilən şəxs hazırki iş üzrə Əsmərdən aldığı 13000 manat pulu Mikayıla həqiqətən vermişdisə nəyə görə Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində verdiyi ifadəsində Mikayıla heç bir pul vermədiyini qeyd etmişdir. Həmçinin Süsənin 13000 manat pulu Əsmərdən almaqda məqsədinin nə olması özü tərəfindən verdiyi ifadələrlə müəyyən edilə bilməmişdir. X28 qohum olduğu təqdirdə Mikayılın həmin pulu Əsmərin oğlu Tacirə verməsi, sonuncunun da pulu Əsmərə verməsi, onun isə pulu yaşadıqları evdə Süsənə verməsi və heç bir məntiqə sığmayan və əsası olmayan vəziyyətdə Süsənin həmin pulu yenidən Mikayıla qaytarmasını bildirməsi absurddur. X23 23 dekabr 2022-ci il tarixdə ölmüşdür. Mikayıl tərəfindən Şəmilə 76.800 manat işə düzəlmək üçün pulun verilməsi, sonuncunun ölməsindən sonra Süsənin dediyi kimi 15000 manat pulun ondan tələb edilməsi inandırıcı deyildir. Belə ki, əgər həqiqətən elə bir hal olsaydı Mikayıl 15000 manat deyil 76.800 manat pulu tam məbləğdə tələb edərdi, həmçinin 2023-cü ilin dekabr ayında Süsənin əlyazma ilə yazdığı qəbzdə də məbləği 76.800 manat göstərərdi. Təqsirləndirilən şəxs tərəfindən həqiqətən də pulun qaytarılması faktı, öz təsdiqini tapmamışdır. Qeyd etdiyi xüsusatla bağlı hər hansı bir qəbz də təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Pulu qaytararkən Şahid6 adlı polis əməkdaşının da orada olmasını və pulun Zərərçəkmiş şəxs təhvil verilməsinə şahidlik etməsi xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq dövründə 21 mart 2024-cü il tarixli, “cinayət işindən materialın ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işindən Şahid6 cinayət işi üzrə bilə-bilə yalan iladə verməsi xüsusatı barədə material ayrılmışdır. Həmin material üzrə cinayət işinin başlanması rədd olunsa da həmin qərardan şikayət verilməsə də məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə heç bir yaxınlıq əlaqəsi, qohumluğu olmayan öz xidməti vəzifəsini icra edən Şahid6 13000 manat pulun konkret məbləği, Mikayıl adlı şəxsə onun yanında Təqsirləndirilən şəxs tərəfindən verilməsini görməsi və yadda saxlaması absurddur. Belə ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın Xüsusi Təyinatlı Qüvvələrinin 1-ci Taborun 2-ci Bölüyünün polis nəfəri, polis serjantı Şahid6 cinayət işi üzrə vermiş olduğu 27 dekabr 2023-cü il tarixli ifadəsi işin halları ilə uyğun gəlmədiyindən cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 vərəqədən ibarət olan qəbzin əslindən müəyyən olunmuşdur ki, qəbzdə olan yazılar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Təqsirləndirilən şəxs özü və Təqsirləndirilən şəxs əri Şahid1 tərəfindən imzaları ilə təsdiq edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 vərəqədən ibarət qəbzə baxış zamanı qəbzdə aşağıda qeyd edilən məzmunda mətnin olduğu müəyyən edilmişdir: -“Mən Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs şəxsi işə biznes fəaliyyətinə götürdüyüm 15000 (on beş min) manat vəsaiti 14 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qaytarmağı öz öhdəmə götürürəm. Şahid1 (Təqsirləndirilən şəxs həyat yoldaşı) vəsaitin Zərərçəkmiş şəxs tam qaytarılmasına zamin dururam. Qəbzdə iki qrafada imzalar mövcuddur. Qəbzdə tarix 15 dekabr 2022-ci il olaraq qeyd edilmişdir. Həmin qəbz iş materiallarına əlavə edilmişdir. Bununla da, təqsirləndirilən şəxsin həqiqətən də 15000 manat pulu zərərçəkmiş şəxsdən alması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs hədəqorxular səbəbindən həmin qəbzi yazmağa məcbur olması ilə bağlı dedikləri və Azərbaycan dilində sərbəst yazıb və oxumağı bacardığı halda, həmin öhdəliklə bağlı ona verilən mətni Asan xidmət ərazisində heç bir zorakılığa məcbur qalmamaqla guya məcburi surətdə köçürməsi isə heç cür məntiqəuyğun olmamaqla, məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs bu hadisədən sonra hədə-qorxu və təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs evini satıb pulu Mikayıla qaytarması ilə bağlı iş üzrə Şahid5la görüşməsi, evinə dəvət etməsi, evinin fotoşəkillərinin çəkilməsinə və satış saytına yerləşdirilməsinə razılıq verilməsi onun həqiqətən də Zərərçəkmiş şəxs 15000 manat pulu işə düzəltmək adı ilə almasına və qaytarmağa çalışmasına dəlalət edir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, 2022-ci ilin təqribən yay aylarında Mikayıl onun istifadəsində olan mobil nömrəyə zəng edərək qohumlarının ev satmaq istədiklərini bildirib ondan kömək etməsini xahiş etmişdir. Beləliklə, növbəti gün Mikayıl idarə etdiyi avtomobil ilə onun yaşadığı Binə qəsəbəsində yerləşən ünvana gələrək onu götürmüş və onlar birlikdə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getmişlər. Həmin mənzilə daxil olduqda, mənzildə adlarını sonradan bildiyi Süsən xanım və onun yoldaşı Azər bəy olmuşlar. Mikayıl onları tanış etmiş və evə baxış keçirtdikdən sonra onlardan mənzili hansı məbləğə satdıqlarını soruşmuşdur. Bu zaman Süsən xanım 25000 manata qiymətləndirdiklərini, ancaq real müştəri olacağı təqdirdə biraz daha aşağı qiymətə verə biləcəklərini və mənzili satmaqda məqsədlərinin Mikayıla verməli olduqları pul olduğunu demişdir. Həmin ifadədə qeyd edilən xüsusatlardan da aşkar şəkildə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüksək məbləğdə pul verməli olmuş, bu səbəbdən də evini sataraq mənimsədiyi pulu ödəməyə çalışmış, lakin sonradan evi satmaq qərarından da qərəzli olaraq imtina etmişdir. Həmçinin iş materiallarına nəzər saldıqda müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs işə düzəlməkdən ötrü Təqsirləndirilən şəxs başqa şəxslərə də pul vermiş, həmin şəxslərdən biri də Şəmil adlı şəxs olmuş, onun barəsində cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinmiş, lakin vəfat etdiyindən ona cəza təyin edilməmişdir. İstintaq materiallarına nəzər saldıqda, şahidlərlə təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilməsi və şahidlərin ifadələrində bildirdiklərini Təqsirləndirilən şəxs bir daha üzünə deyərək təsdiq etdikləri müəyyən olunmuşdur. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, aldığı pulu zərərçəkmiş şəxsə qaytarmasını deməsi və başqa xüsusatlarla bağlı bildirdikləri həqiqətəuyğun olmayan və cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid6 Abazər oğlunun ifadəsini mötəbər hesab etmədiyindən, onun ifadəsini sübutlar siyahısından çıxarılmasını əsaslı hesab edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun cinayət əməlləri kifayət qədər toplanmış mötəbər sübutlarla təsdiq olunmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. X22 29-cu bəndinə əsasən CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin (Şahid6 istisna olmaqla) ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, verilmiş sorğualara cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Beləliklə məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və yaxud da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit olaraq işə düzəltməkdə köməklik göstərməsi adı ilə Zərərçəkmiş şəxs yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs 2019-cu ilin oktyabr ayının ortalarında Bakı şəhəri, ünvan 1 ünvanında 2000 (iki min) manat pul vəsaitini və bundan başqa, Zərərçəkmiş şəxs Şahid3 sonuncunun oğlu Tacir Qurbanovun vasitəsi ilə göndərmiş olduğu 13000 (on üç min) manat pul vəsaitini 2019-cu ilin oktyabr ayının sonlarında qeyd edilən ünvanda Bakı şəhəri, ünvan 1 ünvanında Şahid3 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs, ümumilikdə 15000 (on beş min) manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs özünün qeyd olunan ittihamla bağlı təqsirli bilməmiş, buna görə də zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (iş.v. 106, İ cild) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs yenidən cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 16 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş 15000 manat pul vəsaitinin alınmasını əlyazma ilə təsdiq edən 01 ədəd vərəqədən ibarət qəbz və Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid məlumatları özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalı, anten dairələri ilə əlaqədar 05 (beş) ədəd disk və 01 ədəd flaş toplayıcı cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 32 iş saatı üçün 352 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 16 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş 15000 manat pul vəsaitinin alınmasını əlyazma ilə təsdiq edən 01 ədəd vərəqədən ibarət qəbz və Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid məlumatları özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Anten dairələri ilə əlaqədar 05 (beş) ədəd disk və 01 ədəd flaş toplayıcının cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 32 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 352 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-79/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-79/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver