Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-8/2020 17.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, dövlət ittihamçıları x1 və Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi x3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Allahverdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Allahverdiyev Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan «Ford Transit» yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobili 15 oktyabr 2018-ci ildə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsi, 11/2268 ünvanının qarşısında Əmircan qəsəbəsi istiqamətində saatda 60 km sürətlə etibarnamə əsasında idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinədək azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğuna baxmayaraq, Şahid2 idarə etdiyi “Hyundai Accent» minik markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsü ilə ehtiyatsızlıqdan vurulub yolun hərəkət hissəsinin sağ tərəfinə yıxılmış piyada – xx xxxxx 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilinin qabaq və alt transmissiya hissələri ilə ehtiyatsızlıqdan vurub 27 metr sürükləyərək ona həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs hadisə vaxtı aldığı həmin xəsarətlərdən ölmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Allahverdiyev Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü əvvəlki iclaslarda qismən, son iclasda isə tam təqsirli bilərək qeyd etmişdir ki, “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 15 oktyabr 2018-ci ildə saat 20 radələrində həmin avtomobillə Hövsan qəsəbəsindən çıxıb Əmircan qəsəbəsinə – evinə tərəf gedirdi. Qaranlıq olduğuna görə avtomobili yaxın işıqlarla idarə edirdi. Dədə Qorqud yaşayış sahəsində avtomobilini ondan irəlidə hərəkət edən “Hyundai Accent” markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca saatda təxminən 50 – 60 km sürətlə idarə edib. Onun idarə etdiyi avtomobillə “Hyundai Accent” markalı avtomobil arasındakı məsafə təxminən 3 və ya bir qədər çox, lakin hər bir halda ibtidai istintaq dövründə verdiyi izahatda yazılan 150 metrdən müqayisə olunmaz dərəcədə az olmuşdur. Bu zaman “Hyundai Accent” markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobil qəfildən, dönmə işıqlarını yandırmadan sağa çıxmışdır. Təxminən eyni vaxtda yerdə hərəkətsiz qalmış adam olduğunu görmüşdür. Həmin adamın başı yola tərəf olmaqla aşağı ətrafları ehtiyyat hissəyə çıxmışdır. Lakin adamı görəndə ara məsafəsi az – cəmi 3 metr olduğuna görə əvvəlcədən əyləcləməyə imkan tapmamış, avtomobilinin alt hissəsindən səs eşidib əyləci sıxsa da, maşını ağır olduğuna görə təxminən 20 metr sonra saxlaya bilmişdir. Yerə enəndə görmüşdür ki, piyada maşının altında ilişib qalıb. Hadisə yerinə gəlmiş adamlarla birlikdə köməkləşib piyadanı avtomobilin altından çıxarmışlar. Yerdə qan izləri var idi. Ətrafda olan adamlardan kimsə təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardımla piyadanı xəstəxanaya aparmışlar. Lakin piyada xəstəxanaya çatanda artıq ölmüşdür. Sonradan bilib ki, həmin piyadanın adı Zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, piyadanı ondan əvvəl “Hyundai Accent” markalı avtomobil vurub. Hadisənin ertəsi günü o (təqsirləndirilən şəxs), cərimə meydançasına gedib orada olan “Hyundai Accent” markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobilə baxmış və fotoşəkillərini çəkmişdir. Bu zaman görmüşdür ki, “Hyundai Accent” markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi, sol yan güzgüsü və ön şüşəsinin sol tərəfi zədəlidir. Həmçinin “Hyundai Accent” markalı avtomobilin ön şüşəsində qan izi və tük də var idi. Sadəcə olaraq zəruri biliyə malik olmadığına görə həmin vaxt nümunələr götürməmiş və götürülməsini tələb etməmişdir. Qeyd edir ki, hadisədən sonra sərxoşluq vəziyyətinin müayinəsindən həm o, həm də “Hyundai Accent” markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 keçiblər. Özü dindardır və ümumiyyətlə spirtli içki qəbul etmir. Hadisə vaxtı da ayıq olub. Lakin Şahid2 tibbi müayinədən keçəndə onun narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. Həmin vaxt Şahid2 ona yalvarmışdır ki, uşaqları var, icazə versin onun ayıq olduğunu yazsınlar. Belə ki, əgər tibbi rəydə sərxoş olduğu qeyd edilsə bədbəxt olacaq. Deyirdi ki, həkimlə özü danışıb rəy alacaqdır. Orada olan polis əməkdaşları da bildirmişlər ki, əgər onun (təqsirləndirilən şəxsin) etirazı olmasa, onlar da Şahid2 tibbi müayinədən «təmiz» kimi çıxmasının yazılmasına etiraz etməyəcəklər. Şahid2 yazığı gəlmiş, həm də düşünmüşdür ki, hadisə göz qabağındadır – piyadanı birinci Ramal vurub və hadisənin baş verməsinin günahkarı da məhz odur. Ona görə də «dərininə getməyib» Şahid2 guya hadisə vaxtı ayıq olmasına dair rəy verilməsinə razılıq vermişdir. Əslində isə sürücü Şahid2 hadisə vaxtı narkotik təsiri altında olub və piyadanı birinci vurmaqla sonuncunun ölümünə səbəb olubdur. Bunlarla yanaşı, Şahid2 görmə problemi var. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan məzmunda izahat verməklə yanaşı həmçinin bildirmişdir ki, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş x5 bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır. O, qeyri rəsmi yaşadığı arvadı və azyaşlı uşaqları ilə birlikdə Zərdab rayonunda fərdi təsərrüfat fermasında fəhlə işləyib elə orada da yaşayırdı. Vitaliyin böyük qızı Nadya isə onun (zərərçəkmiş şəxsin hüquqi varisinin) yanında qalır. Qardaşı 15 oktyabr 2018-ci ildə qızını görmək üçün onlara gəlmişdir. Həmin gün Dədə Qorqud yaşayış sahəsində yerləşən, Ceyhun adlı şəxsə məxsus olan mağazada xadiməlik edirdi. Saat 21 radələrində marketin arxa otağında təmizlik işləri gördüyü vaxt yoldan bərk tappıltı səsi gəlmiş və küçəyə çıxanda marketin işçiləri onu tutub saxlamışlar. Sonradan bilmişdir ki, Vitaliy onun işlədiyi marketə gələrək araq almış və evə qayıtmaq istəyəndə Suraxanı istiqamətində hərəkət edən “Hyundai” markalı avtomobil onu sol yan güzgüsü ilə vurub yerə atmış, arxasınca gələn “Ford” markalı avtomobil isə vurub altında sürümüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin qeyd edir ki, həm “Hyundai Accent” markalı avtomobilin sürücüsü Şahid2, həm də “Ford Transit” markalı avtomobilin sürücüsü Əli Allahverdiyev ona maddi yardım edib, qardaşının dəfni və s. işlərlə bağlı xərcləri qarşılayıblar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, “Hyundai Accent” markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 15 oktyabr 2018-ci ildə saat 20 radələrində bir yerdə işlədiyi Bəxtiyarı və qonşusu Aydını Hövsan qəsəbəsindən götürüb evlərinə aparmaq üçün yuxarıda qeyd olunan avtomobillə Əmircan qəsəbəsi istiqamətində getmişlər. Gecə vaxtı olduğuna görə avtomobilin yaxın işıqlarını yandırmışdı. Qeyd edir ki, hadisə baş verən yerdə yol işıqlandırılmır. Dədə Qorqud yaşayış sahəsindən 60 km/s sürətlə keçərkən orta yaşlı kişinin, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs orta addımlarla yolu soldan sağa doğru keçdiyini təxminən 2 – 3 metr məsafədən görmüş və güman etmişdir ki, piyada avtomobil gəlməsini görüb dayanar. Ona görə sürətini bir az da azaldıb hərəkətini davam etmişdir. Lakin piyada dayanmayıb sağa tərəf qaçmağa başladığına görə o, avtomobilini dərhal sağ ehtiyyat hissə tərəfə yönəltmiş, bu zaman piyada da onunla paralel sağa tərəf qaçdığına görə avtomobilinin sol yan güzgüsü onun sağ böyür tərəfinə sürtünmüşdür. Piyadanın əlində araq şüşəsi var idi. Avtomobilin sol yan güzgüsü Zərərçəkmiş şəxs sürtündükdən sonra, sonuncu bunun təsirindən yerə yıxılmağa başladığı anda həmin araq şüşəsi avtomobilin ön şüşəsinin sol tərəfinə çırpılmış və “Hyundai Accent” markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinin həmin hissəsi çatlamışdır. Bundan dərhal sonra avtomobili sağ ehtiyyat hissədə saxlayıb, qapını açıb yerə enmək istəyəndə görmüşdür ki, arxasınca gələn “Ford Transit” markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobil hərəkət zolağında qalmış piyadanı qabaq tərəfi ilə vurmuş və sürükləyib təxminən 30 metr irəliyə aparmışdır. Avtomobildəki sərnişinlərlə birlikdə yerə enib “Ford Transit” markalı avtomobilə yaxınlaşmışlar. Görmüşlər ki, piyada “Ford Transit” markalı avtomobilin arxa təkərinin altına dirənib qalıbdır. Köməkləşib piyadanı avtomobilin altından çıxararaq həmin yerdə sağ ehtiyyat hissəyə qoymuşlar. Həmin vaxt ətrafa toplaşmış adamlardan kimsə təcili tibbi yardıma zəng etmiş və birlikdə piyadanı xəstəxanaya aparmışlar. Lakin piyada xəstəxanaya çatanadək artıq ölmüşdür. Şahid təqsirləndirilən şəxsin bildirdikləri ilə əlaqədar olaraq qeyd edir ki, hadisə vaxtı tam ayıq vəziyyətdə olub, nə spirtli içki, nə də ki, narkotik vasitə qəbul etməyib. Həqiqətən də bir gözündə problem var, lakin bu onun avtomobili idarə etməsinə mane olmur. Onun avtomobilinin ön şüşəsinin sol tərəfindəki zədə mərhumun əlindəki araq butulkasının dəyməsi nəticəsində əmələ gəlib. Mərhumun bədən hissələri isə ön şüşəyə dəyməyiblər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 15 oktyabr 2018-ci ildə saat 20 radələrində Şahid2 onu və orada usta işləyən dayısı oğlu Bəxtiyarı götürüb “Hyundai Accent” minik markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobili ilə Əmircan qəsəbəsi tərəfə aparmışdır. O, qabaq oturacaqda əyləşmiş, Bəxtiyar isə yorğun olduğuna görə arxada uzanmışdı. Gecə olduğundan Ramal yaxın işıqları yandırmışdı. Sürəti isə saatda 60 kilometrdən çox deyildi. Dədə Qorqud yaşayış sahəsindən keçərkən yolun solundan, yəni market tərəfdən sağa doğru orta yaşlı kişinin orta addımlarla keçməsini təxminən 2 – 3 metr məsafədən görmüşlər. Ramal bunu görüb sürətini bir az da azaldaraq hərəkətini davam etdirmiş, lakin piyada dayanmayıb sağa tərəf qaçmağa başlamışdır. Ramal bunu görüb avtomobili sağa – ehtiyyat hissəyə tərəf istiqamətləndirmiş, lakin piyada da sağa tərəf qaçdığına görə Ramalın idarə etdiyi avtomobilin sol yan güzgüsü piyadanın sağ böyür tərəfinə dəymişdir. Piyada yerə yıxılarkən əlindəki araq şüşəsi avtomobilin qabaq alın şüşəsinə çırpılmışdır. Buna görə də Ramalın avtomobilinin qabaq alın şüşəsi çatlayıb. Bu zaman görmüşdür ki, piyada yerə yıxılsa da tərpənib durmaq istəyir. Ramal avtomobilini sağ ehtiyyat hissədə saxlamış və qapını açıb yerə düşmək istəyirdi ki, arxadan hərəkətdə olan “Ford Transit” markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobil hərəkət zolağında qalmış piyadanı vurub sürükləyərək təxminən 30 metr irəliyə aparmışdır. Onlar “Ford Transit” markalı avtomobilə yaxınlaşmış və görmüşlər ki, piyada «Ford»un arxa təkərinə dirənib qalıbdır. Köməkləşib piyadanı «Ford»un altından çıxarmış, sonra isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 15 oktyabr 2018-ci ildə saat 20 radələrində Ramal onu və dostu Aydını götürüb “Hyundai Accent” minik markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobili ilə Əmircan qəsəbəsinə aparırdı. Aydın qabaqda əyləşmişdi. O, isə bir az içkili, həm də yorğun olduğuna görə arxa oturacaqda yatmışdır. Bu səbəbdən qəzanın necə baş verdiyini görməyib. Lakin taqqıltı səsi eşidib Ramalın avtomobilinin nəyəsə dəydiyini hiss edib oyanmış və qəza baş verdiyini görmüşdür. Şahidin ifadəsinin qalan hissəsi şahidlər Şahid2 və Şahid1 bildirdiklərinə uyğundur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2018ci ilin oktyabr ayında Suraxanı rayonu, Dədə Qorqud yaşayış sahəsi, 11/2268 ünvanda yerləşən təsərrüfat malları mağazasında satıcı işləyib. Həmin mağazanın küçəyə və yola baxan videokamerası var. Hadisə vaxtı mağazada olmamış və hadisənin necə baş verdiyini görməmişdir. Lakin hadisə mağazanın videokamerasına düşmüşdür. 15 oktyabr 2018-ci ildə artıq hadisə baş verəndən sonra mağazaya gəlmişdir. Bu vaxt müstəntiq də gəlmiş və kamera görüntülərini ona göstərməyini xahiş etmişdir. Kamera görüntülərini müstəntiqə göstərmişdir. Videoyazıdan görünürdü ki, «Hyundai» markalı avtomobil soldan sağa keçən piyadanı vurub yolun ortasına yıxır, ardınca gələn «Ford» markalı avtomobil isə onu yenidən vurub sürüyür. Həmin vaxt müstəntiq videoyazını götürmək istəmiş, lakin götürə bilməmişdir. Ona görə də videoyazını videokameraya aid monitordan öz telefonuna çəkmişdir. Bununla bağlı protokolu bir-neçə gün sonra oxuyub imzalayıb. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş x9 bildirmişdir ki, evində təmir işləri görürdü. Bununla bağlı ustalara bəzi materiallar lazım idi. Ona görə də lazım olan əşya və materialları almaq üçün mağazaya getmişdi. Orada polis əməkdaşı yaxınlaşaraq xahiş etmişdir ki, bir nəqliyyat qəzasının videoyazısına baxılmasında hal şahidi qismində iştirak etsin. Bununla razılaşaraq videoyazıya baxmış, sonra isə müstəntiqin xahişi ilə polis idarəsinə gedib protokolu imzalamışdır. Bildirir ki, videoyazıya baxdıqları vaxt mağazada ondan və müstəntiqdən başqa mağazanın kassanın arxasında oturan işçisi, bir nəfər fəhlə və daha bir nəfər şahid olub. Göstərilən hadisələrin baş verdiyi tarixi xatırlamır. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş x2 şahid x4 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İttiham və müdafiə tərəfini həmçinin şahidləri dinləyib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Bununla bağlı aşağıdakılar qeyd olunur. İbtidai araşdırma dövründə müstəntiqin qərarı ilə iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilmiş və 25 dekabr 2018-ci ildə 31928 nömrəli rəy verilmişdir. Həmin rəy verilərkən, ibtidai araşdırma orqanının müəyyən etdiyi hallar nəzərə alınmışdır (o cümlədən «Ford Transit» yük markalı avtomobilin sürətinin təqsirləndirilən şəxsin özünün bildirdiyi kimi saatda 50 və ya 60 kilometr olması, x7 Əliyusif oğlunun hərəkəti üçün təhlükənin «Hyundai Accent» minik markalı avtomobilin piyadanı vurub yolun sağ hərəkət hissəsinə atdığı anda yaranması, həmin anda «Ford Transit» yük markalı avtomobilin «Hyundai Accent» minik markalı avtomobildən təxminən 150 metr arxada olması). Tədqiqat zamanı ekspert tərəfindən müəyyən olunmuşdur ki, «Ford Transit» yük markalı avtomobilin dayanma yolu 50 km/s sürətində 36 metr, 60 km/s sürətində isə 47,2 metr təşkil edir. Müstəntiq tərəfindən müəyyən edilmiş 150 metr məsafənin göstərilən 36 metr və ya 47,2 metr məsafədən xeyli çox olduğunu nəzərə alaraq ekspert 25 dekabr 2018-ci il tarixli 31928 nömrəli rəyində belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 25 dekabr 2018-ci ildə 31928 nömrəli rəyinin nəticəvi hissəsi aşağıdakı məzmundadır: «1a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Accent markalı, 10CS929 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transit markalı, 90LP363 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Allahverdiyev Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur». İşin məhkəmə baxışı zamanı müdafiə tərəfi müstəntiqin müəyyən etdiyi 150 metr məsafəni və 25 dekabr 2018-ci il tarixli 31928 nömrəli ekspert rəyini mübahisələndirmişdir. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, əslində müvafiq ara məsafəsi 150 metr deyil, bundan müqayisəedilməz dərəcədə az (təxmin 3 metr və ya bundan bir az çox) olub. x7 Əliyusif oğlu üçün qəza şəraitinin yarandığı anda, yəni piyadanın “Hyundai Accent” minik markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq yolun sağ hərəkət hissəsinə atıldığı anda piyadanın düşdüyü yerlə “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobil arasındakı məsafənin nə qədər olmasının iş üzrə həlledici əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq həmin məsələ məhkəmə baxışı zamanı ətraflı tədqiq edilmişdir. Bununla əlaqədar təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş, hadisənin videoyazısını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (həmin videoyazı hadisə yerinin yaxınlığındakı mağazada quraşdırılmış videokameraya aid monitorun müvafiq görüntüsündən mobil telefon vasitəsilə çəkilib). Bu zaman müəyyən edilmişdir ki, videoyazıda hadisənin baş verməsi qismən əks olunub. Görüntü aşağı keyfiyyətdədir. Həmçinin qeyd olunur ki, hadisə (piyadanın yerə yıxılması) görüntünün sağ şaquli qurtaracağında əks olunub. Ona görə də “Hyundai Accent” markalı avtomobillə piyada arasındakı ilk kontaktın konkret olaraq necə baş verdiyini, həmçinin piyadanın yolda hərəkətini (yolu soldan sağa və ya sağdan sola keçdiyini və ümumiyyətlə yolu keçib-keçmədiyini) görmək olmur. Lakin videoyazıdan aydın olur ki, “Hyundai Accent” markalı avtomobilin piyadanı vurması və ya ona sürtünməsi videoyazının 23-cü və ya 24-cü saniyəsində baş verib. Belə ki, 24-cü saniyədə piyadanın artıq yerə yıxıldığı (yerdə olduğu) müşahidə olunur. Ona görə də piyada ilə avtomobil arasındakı ilk kontaktın bundan daha əvvəl, o cümlədən 23-cü saniyədə baş verdiyi istisna edilmir. Videoyazıdan həmçinin görünür ki, “Hyundai Accent” markalı avtomobil piyada ilə kontaktdan sonra sağa istiqamətlənib yolun sağ köməkçi hissəsində dayanır və videoyazının 28-ci saniyəsində sürücü qapını açmağa başlayır. Videoyazının 29-cu saniyəsində “Ford Transit” yük markalı avtomobilin yerdə olan piyadanı vurduğu və irəliləyərək 31-ci saniyədə video görüntünün sol şaquli qurtaracağından xaricə çıxdığı görünür. “Ford Transit” yük markalı avtomobil piyadanı vurduqdan sonra piyada videoyazıda görünmür. Bu belə qənaətə gəlməyə əsas verir ki, “Ford Transit” yük markalı avtomobil piyadanı vurduqdan sonra onu altında sürükləyib. Videoyazıdan hadisənin qaranlıq vaxtı baş verdiyi və yolun müvafiq hissəsinin işıqlandırılmadığı müşahidə olunur. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, piyadanın “Hyundai Accent” minik markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq yolun sağ hərəkət hissəsinə atıldığı (düşdüyü) andan onun “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğu anadək 6 və ya 5 saniyə vaxt keçib (29 – 23 = 6 və ya 29 – 24 = 5). “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobilin sürəti isə təqsirləndirilən şəxsin özünün bildirdiyinə görə saatda 50 – 60 kilometr olub. Həmçinin məhkəmə müəyyən etmişdir ki, “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Allahverdiyev Təqsirləndirilən şəxs üçün qəza şəraiti piyadanın “Hyundai Accent” minik markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq yolun sağ hərəkət hissəsinə atıldığı anda (müvafiq videoyazının 23-cü və ya 24-cü saniyəsində) yaranıb. Göstərilənlər nəzərə alınaraq iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur «1. 15 oktyabr 2018-ci ildə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsi, 11/2268 ünvanının qarşısında baş vermiş yol-nəqliyyat qəzası zamanı piyada Zərərçəkmiş şəxs Şahid2 idarə etdiyi «Hyundai Accent» minik markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq yolun sağ hərəkət hissəsinə yıxıldığı (düşdüyü) andan həmin piyadanın təqsirləndirilən şəxs Allahverdiyev Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğu anadək 5 – 6 saniyə vaxt keçdiyi, habelə “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı saatda 50 – 60 kilometr olmaqla sabit sürətlə hərəkət etdiyi nəzərə alınmaqla, piyada Zərərçəkmiş şəxs yolun sağ hərəkət hissəsinə yıxıldığı (düşdüyü) anda “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobilin ondan neçə metr aralıda olduğunu müəyyən etmək mümkündürmü? 2. Müəyyən olunan şəraitdə “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, təqsirləndirilən şəxs Allahverdiyev Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu?». Bununla bağlı 08 iyun 2020-ci ildə 8/679 nömrəli ekspert rəyi verilib. Həmin rəyin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «1. x8 markalı avtomobil tərəfindən vurularaq yolun sağ hərəkət hissəsinə yıxıldığı (düşdüyü) anda Ford Transit markalı avtomobilin piyadanın vurulduğu yerindən olduğu məsafə avtomobilin 50 km/saat sürətində 69,4 – 83,3 metr, 60 km/saat sürətində isə 83,3 – 100 metrdir. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transit markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Allahverdiyev Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun idarə etdiyi avtomobillə piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur». Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 15 oktyabr 2018-ci ildə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsi, 11/2268 ünvanının qarşısında baş vermiş yol-nəqliyyat qəzası zamanı piyada Zərərçəkmiş şəxs Şahid2 idarə etdiyi «Hyundai Accent» minik markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq yolun sağ hərəkət hissəsinə yıxıldığı (düşdüyü) andan həmin piyadanın təqsirləndirilən şəxs Allahverdiyev Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğu anadək ən azı 5 – 6 saniyə vaxt keçmiş, piyada Zərərçəkmiş şəxs yolun sağ hərəkət hissəsinə yıxıldığı (düşdüyü) anda “Ford Transit” yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobil ondan 50 km/s sürətlə hərəkət etdiyi halda 69,4 – 83,3 metr, 60 km/s sürətlə hərəkət etdiyi halda isə 83,3 – 100 metr aralıda olmuşdur. Bu məsafələr isə həm 25 dekabr 2018-ci il tarixli 31928 nömrəli, həm də 08 iyun 2020-ci il tarixli 8/679 nömrəli ekspert rəylərində “Ford Transit» yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobilin mövcud şəraitdə dayanma yolu kimi müəyyən edilmiş 36 metrdən (“Ford Transit” markalı avtomobilin saatda 50 km sürətlə hərəkət etdiyi halda) və 47,2 metrdən (“Ford Transit” markalı avtomobilin saatda 60 km sürətlə hərəkət etdiyi halda) xeyli çoxdur. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilir ki, “Ford Transit» yük markalı 90LP363 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – təqsirləndirilən şəxs Allahverdiyev Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş, o, hərəkət üçün təhlükə yarandığını gördüyü anda idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə başlamamışdır. Bu səbəbdən təqsirləndirilən şəxsin hərəkətləri «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə uyğun olmayıb. Təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olub. Bu hal meyitin ekspertizası ilə bağlı 15 noyabr 2018-ci il tarixli 86 nömrəli ekspert rəyi ilə təsdiq edilir. Həmin rəyin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator müayinəsinin nəticələrinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları, sol ağciyərin, dalağın zədələnməsi, sol əlin səthi əzilmiş yaraları, sol əlin İİ barmağının səthi əzilmiş yarası, sol budun aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı, sol baldırın orta və aşağı 1/3-nin ön səthinin sıyrığı, sol qalça darağı nahiyəsinin, sağ diz oynağının ön səthinin sıyrıqları, sol bazu oynağının bayır səthinin sıyrıqları, qarının yuxarı şöbəsinin sıyrığı, sağ sağrı nahiyəsinin çoxsaylı sıyrıqları, döş qəfəsinin arxa səthinin sıyrıqları, sol kürək nahiyəsinin, bel nahiyəsinin sıyrığı, ənsə nahiyəsinin solda sıyrığı və səthi əzilmiş yarası, burun kökünün, qaşüstü nahiyənin, sol qaşın bayır bucağı nahiyəsinin, sol almacıq nahiyəsinin sıyrıqları, alın-təpə nahiyəsinin solda şişkinliyi və sıyrıqları, sol qulaq seyvanının şişkinlik və qançırı (hematoması), sol qulaq seyvanı arxası nahiyənin sıyrığı. 2. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobillərin qabarıq hissələrinin piyadanı vurmaları nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən şəraitdə və müddətdə, yəni 15.10.2018-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. 3. Zərərçəkmiş şəxs ölümünə baş beyinə, qişalarına və mədəciklərinə qansızmalarla müşayiət olunan ağır qapalı kəllə-beyin travması səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 11 – 14 saat əvvəl baş verə bilərdi. 4. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,4%-dir. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir». Meyitin ekspertizası ilə bağlı 19 yanvar 2019-cu il tarixli 13/MEŞ nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş 86 saylı meyitin ekspertizası rəyində yazılanlara və cinayət işində olan məlumatlara, avtomobillərdə olan zədə və dəyişikliklərin xarakterinə əsaslanaraq, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq, aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını, əmələ gəlmə mexanizmini, cinayət işi materiallarında olan məlumatları və avtomobillərdə olan zədə və dəyişikliklərin xüsusatlarını nəzərə alaraq demək olar ki, Hundai Accent markalı **-CS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol yan güzgüsü ilə şaquli vəziyyətdə olan Zərərçəkmiş şəxs sağ böyür tərəfindən ilkin zərbə yetirilərək sağ V, Vİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınıqları, asfalt yola yıxılması nəticəsində sol əlin arxa səthinin sıyrıqları kimi xəsarətlər əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 2. Zərərçəkmiş şəxs asfalt hissəyə yıxıldıqdan sonra Ford Transit markalı **- LP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq tərəfi ilə vurulması və həmin avtomobilin altında qalaraq 27 metr asfalt yolun üstündə sürüklənməsi və sıxılması nəticəsində digər xəsarətlər yarana bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və bu xəsarətlərlə ölüm arasında bilavasitə səbəbli əlaqə vardır. 3. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinə, qişaları altına və mədəciklərinə qansızma ilə müşayiət olunan başın ağır küt travması olmuşdur». Qeyd olunur ki, “Hyundai Accent» minik markalı 10CS929 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisə vaxtı narkotik sərxoşluğu vəziyyətində olması halı işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir (Sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı 16 oktyabr 2018-ci il tarixli 1/3204 nömrəli aktda onun ayıq olmasının müəyyən edildiyi görünür). Şahid2 aid digər məsələlərlə bağlı qeyd edilir ki, müstəntiqin «Sübutların qiymətləndirilməsi haqqında» 26 yanvar 2019-cu il tarixli qərarı ilə onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmiş və barəsində inzibati tənbeh görülməsi üçün həmin qərarın surəti Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxs Allahverdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Allahverdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Allahverdiyev Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, şəxsiyyətini, əməlindən peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə zəruri yardım göstərilməsi üçün özündən aslı olan bütün tədbirləri gördüyünü, mərhumun dəfni və yas mərasimi ilə bağlı zəruri xərcləri qarşıladığını, zərərçəkmiş şəxsin hüququ varisinin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Allahverdiyev Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Allahverdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat Allahverdiyev Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Allahverdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Allahverdiyev Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Allahverdiyev Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Allahverdiyev Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-8/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-8/2020
17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver