Məhkəmə qərarları › İş №1(010)-8/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-8/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-8/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərşəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 14:10-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, “xxxx” Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 45 nömrəli evin 89 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “xxxx” Mənzil Tikinti Kooperativinin sədri kimi vəzifəli şəxs olaraq 923.482 (doqquz yüz iyirmi üç min dörd yüz səksən iki) manat məbləğində pul vəsaitini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətiynin xeyrinə ödənilməsinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2005-ci il tarixli podrat müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 ha ərazinin, 0.4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8.000 kv. metr sahənin təhvil verilməmiş 5.000 kv. metr sahəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə naturada təhvil verilməsi vəzifəsi “xxxx” Mənzil Tikinti Kooperativinə həvalə olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(103)- 543/2017 nömrəli və xx xxxxxx 2013-cü il tarixli, 2-1(103)-523/2013 nömrəli qətnamələrini, eyni zamanda 44.560 (qırx dörd min beş yüz altmış) manat pul vəsaitini X3, 26.500 (iyirmi altı min beş yüz) manatı Zərərçəkmiş şəxs3 və 18.530 (on səkkiz min beş yüz otuz) manat məbləğində pul vəsaitinin isə Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(010)-526/2015 nömrəli, xx xxxxxx 2018-ci il tarixli, 2(010)-186/2018 nömrəli və xx xxxx 2018-ci il tarixli, 2(010)- 2545/2018 nömrəli qətnamələrini icra məmurunun qanuni tələblərini yerinə yetirmədən üzrsüz səbəbdən icra etmədiyindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-863/2018 nömrəli, xx xxxxx 2019-cu il tarixli, 2(010)-384/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ayrı-ayrılıqda 1.200 (min iki yüz) manat və həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1064/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2.000 (iki min) manat məbləğlərində cərimə edilməsinə, məhkəmə aktlarının icra edilməsi üçün ona təkrarən hər bir icra sənədi üzrə ayrı-ayrılıqda yeni müddətlər təyin olunmaqla məsuliyyəti barədə xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, hal-hazırda o, “xxxx” Mənzil Tikinti Kooperativinin sədri vəzifəsinədə işləyir. “xxxx” Mənzil Tikinti Kooperativinin sədri vəzifəsinə seçilərkən kooperativin borcunun olmasından onun hər hansı bir məlumatı olmamışdır. Çünki “xxxx” Mənzil Tikinti Kooperativinə aid sənədlərin təhvil-təslimi zamanı təhvil verilən sənədlərin siyahısında koorperativin hər hansı şəxslərə borcunun olub-olmamasına dair sənəd olmamışdır. “xxxx” Mənzil Tikinti Kooperativi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə o, sədr təyin edilməmişdən əvvəl bağlandığından həmin müqavilədən xəbəri olmamışdır. Bir müddət sonra məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2005-ci il tarixli podrat müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 ha ərazinin, 0.4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8.000 kv. metr sahənin təhvil verilməmiş 5.000 kv. metr sahəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə naturada təhvil verilməsinin sədri olduğu “xxxx” Mənzil Tikinti Kooperativinə həvalə olunmuş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən “xxxx” Mənzil Tikinti Kooperativindən 923.482 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, bundan başqa Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən 44.560 manat məbləğində pul vəsaitinin tutularaq X3 xeyrinə, həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən 26.500 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə və həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən 18.530 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd etdiyi qətnamələr icraya yönəldildikdən sonra, icra məmurları tərəfindən ona, rəhbərlik etdiyi “xxxx” Mənzil Tikinti Kooperativinin sədri kimi icraata başlanma haqqında qərarların surətləri və tələbin könüllü icrasına dair rəsmi bildirişlər təqdim edilmişdir. Tələbin könüllü icrasına dair bildirişdə ona icra sənədlərinin hər birinin icrasını təmin etməyi ilə əlaqədar könüllü icra müddəti təyin edilmişdir. O, məhkəmənin qərarlarına hörmətlə yanaşır, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmamışdır, sadəcə olaraq sədri olduğu “xxxx” Mənzil Tikinti Kooperativinin mülkiyyətində hər hansı bir əmlak, habelə pul vəsaiti olmadığından sözügedən icra sənədlərinin icrasını tam olaraq təmin edə bilməmişdir. Buna görə də icra sənədlərinin icra edildiyi müddət ərzində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən müxtəlif vaxtlarda şöbəyə dəvət edilmiş, orada icra məmurları tərəfindən ona Azərbaycan Respublikasının adından çıxarılmış sözügedən qətnamələrin icrası məcburi olması, onları icra etməyəcəyi təqdirdə məsuliyyəti izah edilmişdir. Həmin vaxt icra məmurlarına verdiyi izahatlarında da o, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmadığını, koorperativin hesabında pul və ya digər boş sahələr olmadığından onların icrasını təmin edə bilmədiyini qeyd etmişdir. Buna baxmayaraq icra məmurları tərəfindən müxtəlif vaxtlarda onun barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin müvafiq qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib üç dəfə cərimə olunmuşdur. Bundan sonra icra məmurları ona qətnamələrin icrasının təmin edilməsinə görə rəsmi xəbərdarlıq məktubları təqdim edərək yeni müddət təyin etmişlər, o, isə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 15 mərtəbəli yaşayış binasının 16 və 17-ci mərtəbələrinin inşa edildiyini, həmin mərtəbələr yaşayış üçün hazır olduqdan sonra məlum qətnamələrin icrasını qismən də olsa təmin edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, onun məlum məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmək kimi niyyəti olmuş olsaydı o, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli olan ümumilikdə 5.000 kv. metr sahənin əksər hissəsinin yəni 13 mənzilin qaytarılmasını təşkil etməzdi. Bundan əlavə “xxxx” Mənzil Tikinti Kooperativi və “xxxx” Mənzil Tikinti Kooperativləri tərəfindən də 26 mənzil faktiki olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmışdır. Zərərçəkmiş şəxs3 ödənilməli olan ümumilikdə 26.500 manatın 24.500 manat məbləği də zərərçəkmiş şəxsə qaytarılmış, sonuncuya hazırda cəmi 2.000 manat pul vəsaiti ödənilməlidir. Həmin məbləği ödəmək üçün dəfələrlə Zərərçəkmiş şəxs3 ilə əlaqə yaratmağa çalışsa da, onu tapa bilməmiş və məhz bu səbəbdən də həmin məbləği ödəyə bilməmişdir. Digər zərərçəkmiş şəxslərə isə ödənilməli olan məbləği hər ay 2.000 manat olmaqla hissə-hissə ödənilməsini təklif etmiş, lakin sonuncular həmin vəsaitlərin birdəfəlik ödənilməsini tələb edirlər. Hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnaməyə əsasən sədri olduğu “xxxx” Mənzil Tikinti Kooperativinə 650.000 manat ödənilməlidir. Həmin icra sənədi icra olunmuş olsa idi o, həmin vəsaiti hesabına zərəçəkmiş şəxslərə ödənilməli olan vəsaitləri də birdəfəlik ödəyərdi. Lakin həmin icra sənədi hal-hazıradək icra edilməmişdir. Bütün qeyd etdikləri bir daha onun icra sənədlərini icra edə bilməməkdə qərəzli olmadığına dəlalət edir. Bütün bunlara baxmayaraq barəsində hazırki cinayət işi başlanılaraq, cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə göndərilmişdir. Sonda Təqsirləndirilən şəxs qeyd etdiklərini nəzərə alaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərşəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərşəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs2 göstərdi ki, rəhbərlik etdiyi quruma məxsus 0.40 ha torpaq sahəsində Bakı Şəhəri İcra Hakimiyyətinin xx xxx 2005-ci il tarixli, 126 saylı sərancamı ilə hündür mərtəbəli çox mənzilli yaşayış binasının tikilməsinə icazə verilmişdir. Həmin vaxtlar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə vəsaiti olmadığından “xxxx” Mənzil Tikinti Kooperativi ilə xx xxxx 2005-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən ərazidə söküləcək tikililərin müqabilində orada inşa olunacaq yaşayış binasından 8.000 kv. metr yaşayış və qeyri yaşayış sahəsi, bina tikildikdən sonra oranın ekspluatasiyasının və xalis gəlirinin 33 faizi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli idi. Lakin koorperativin rəhbəri inşa edilmiş hündür mərtəbəli çox mənzilli yaşayış binasındakı 8.000 kv. metr yaşayış və qeyri yaşayış sahəsini, habelə bina tikildikdən sonra oranın ekspluatasiyasının və xalis gəlirinin 33 faizini ödəməməkdən ötrü müqaviləni bir tərəfli qaydada ləğv etmişdir. Belə olan halda müqavilənin doğruluğunun sübuta yetirilməsi, həmçinin onlara məxsus əmlakların və ya onların dəyərinin qaytarılmasına nail olmaq üçün “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı məhkəmədə iddialar qaldırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013- cü il tarixli, 2-1(103)-523/2013 saylı və xx xxxxxxx 2017-ci il tarixli, 2-2(103)-543/2017 saylı qətnamələri ilə onların iddiası təmin edilmiş, “xxxx” Mənzil Tikinti Kooperativindən 923.482 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2005-ci il tarixli podrat müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 ha ərazinin, 0.4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8.000 kv. metr sahəsinin təhvil verilməmiş 5.000 kv. metr sahəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə naturada təhvil verilməsi vəzifəsi “xxxx” Mənzil Tikinti Kooperativinə həvalə olunmuşdur. Həmin qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən “xxxx” Mənzil Tikinti Kooperativinin direktoru Təqsirləndirilən şəxs qeyd edilən məbləğin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair rəsmi bildirişlər və xəbərdarlıqlar təqdim edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməsi ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən dəfəlrələ şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs, qətnaməni heç vaxt icra etməyəcəyini bildirmiş və bu günə kimi hələ də icra etməmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi “xxxx” Mənzil Tikinti Kooperativinin direktoru Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru həmin tikinti şirkətinin direktorunun inzibati məsuliyyətə cəlb olunması haqqında inzibati protokollar tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-863/2018 saylı və xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1064/2018 saylı qərarları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib barəsində müvafiq olaraq 1.200 və 2.000 manat məbləğlərində cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktlarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq məktubları təqdim etsə də, sonuncu uzun müddətdir “xxxx” Mənzil Tikinti Kooperativinin sədri işləməsinə baxmayaraq məhkəmə aktlarını icra etməkdən qərəzli olaraq yayınmaqda davam edir. Sonda Zərərçəkmiş şəxs2 qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməkdən boyun qaçıran Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 2010-cu ildə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin 13M ünvanında inşa edilmiş hündür mərtəbəli çox mənzilli yaşayış binasının 4-cü blokunun, 4-cü mərtəbəsindəki, 251 nömrəli mənzili, koorperativin sabiq rəhbərindən 15.420 manata almışdır. Qeyd edilən məbləği ödəməklə mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Lakin həmin məznil sonradan ona verilmədiyindən kirayədə yaşamaq məcburiyyətində qalmış, bu səbəbdən də dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Məkəmənin xx xxxx 2018-ci il tarixli, 2(010)- 2545/2018 saylı qətnaməsi ilə iddiası təmin edilərək “xxxx” Mənzil Tikinti Kooperativindən 18.530 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə aktının icrasını həyata keçirən icra məmurları tərəfindən “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-384/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.200 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra icra məmuru məhkəmə aktının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq məktubları təqdim etsə də, sonuncu uzun müddətdir “xxxx” Mənzil Tikinti Kooperativinin sədri işləməsinə baxmayaraq məhkəmə aktını icra etməkdən qərəzli olaraq yayınmaqda davam edir. Sonda Zərərçəkmiş şəxs1 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçıran Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2010-cu ildə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin 13M ünvanında inşa edilmiş hündür mərtəbəli çox mənzilli yaşayış binasının 262 nömrəli mənzili koorperativin sabiq rəhbərindən 24.412 manat 76 qəpiyə almışdır. Qeyd edilən məbləği ödəməklə mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Lakin sonradan mənzilin bir neçə şəxsə satıldığı ona məlum olmuş, buna görə də mənzilə görə ödədiyi pulun qaytarılmasını tələb etmişdir. Həmin pul vəsaiti bir neçə ildən sonra qaytarıldığına görə o, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Məkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-186/2018 saylı qətnaməsi ilə iddiası təmin edilərək “xxxx” Mənzil Tikinti Kooperativindən 26.500 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə aktının icrasını həyata keçirən icra məmurları tərəfindən “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-384/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.200 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra icra məmuru məhkəmə aktının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq məktubları təqdim etsə də, sonuncu uzun müddətdir “xxxx” Mənzil Tikinti Kooperativinin sədri işləməsinə baxmayaraq məhkəmə aktını icra etməkdən qərəzli olaraq yayınmaqda davam edir. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2017-ci il tarixli, 2(103)- 543/2017 saylı qətnaməsi ilə “xxxx” Mənzil Tikinti Kooperativindən 923.482 manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2013-cü il tarixli, 2- 1(103)-523/2013 saylı qətnaməsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2005-ci il tarixli podrat müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 ha ərazinin, 0.4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8.000 kv. metr sahənin təhvil verilməmiş 5.000 kv. metr sahəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə naturada təhvil verilməsi vəzifəsi “xxxx” Mənzil Tikinti Kooperativinə həvalə olunmuşdur. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 2(010)- 526/2015 saylı qətnaməsinə əsasən “xxxx” Mənzil Tikinti Kooperativindən 44.560 manat məbləğində pul vəsaitinin tutularaq X3 xeyrinə, həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-186/2018 saylı qətnaməsinə əsasən 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə və həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli, 2(010)-2545/2018 saylı qətnaməsinə əsasən isə 18.530 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamələrə dair icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlanma haqqında qərarlar qəbul edilərək tələbin 10 (on) gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs bildiriş təqdim edilmişdir. İcra sənədləri könüllü icra müddətində icra olunmadığından tələbin “xxxx” Mənzil Tikinti Kooperativinin bankda olan pul vəsaitlərinə, habelə mülkiyyətində olan əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah olunmuş, sonuncu isə izahatlarında rəhbərlik etdiyi qurumun hesabında maliyyə vəsaiti olmadığından məhkəmə aktlarının icrasını təmin edə bilmədiyini bildirmişdir. İcra sənədlərinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-863/2018 saylı, xx xxxxx 2019-cu il tarixli, 2(010)-384/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ayrı-ayrılıqda 1.200 (min iki yüz) manat və həmin Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1064/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2.000 (iki min) manat məbləğlərində cərimə edilmişdir. Bundan sonra məhkəmə aktlarının icra edilməsi üçün Təqsirləndirilən şəxs təkrarən hər bir icra sənədi üzrə ayrı-ayrılıqda yeni müddətlər təyin olunmaqla məsuliyyəti barədə xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Buna görə də Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Təqsirləndirilən şəxs barəsində müvafiq təqdimat verilmişdir. Şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Şahid3 və Şahid4 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin sabiq icra məmuru Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2- 2(103)-543/2017 nömrəli qətnaməsinin və həmin qətnaməyə dair icra vərəqəsinin surətlərindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2005-ci il tarixli podrat müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 ha ərazinin, 0.4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasındakı 180 kv. metr qeyri-yaşayış sahəsinin əvəzi olaraq 63.392 manat, bundan əlavə 860.090 manat, ümumilikdə isə 923.482 (doqquz yüz iyirmi üç min dörd yüz səksən iki) manat məbləğində pul vəsaiti “xxxx” Mənzil Tikinti Kooperativindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətiynin xeyrinə tutulmuş, həmin qətnaməyə dair icra vərəqəsi xx xxx 2018-ci il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxx 2018-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli, 2-2(103)-543/2017 nömrəli icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, “xxxx” Mənzil Tikinti Kooperativinə icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, həmin qərarın surəti “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs xx xxx 2018-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxx 2018-ci il tarixli bildirişdən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(103)-543/2017 nömrəli icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən 10 gün müddətində könüllü icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin (VÖEN **********) hesabına tətbiq olunan xx xxxx 2018-ci il tarixli inkasso sərəncamı hesab bağlı olduğu üçün icraya qəbul olunması mümkün olmamışdır. İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətində olan AZ47KABA******************** saylı cari manat hesabının xx xxxx 2018ci il tarixə qalığı 0 (sıfır) təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2018-ci il tarixli, 18-109899/18-6 saylı sorğusuna xx xxxxxxxx 2018-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin uçot sistemində sorğu edilən “xxxx” Mənzil Tikinti Kooperativi barədə heç bir məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yaşayış binasının lahiyələşdirilməsi və tikintisi üçün 0.4 ha olan (JN 9208, KOD ********) torpaq sahəsi üzərində torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə (49 il müddətinə) aşkarlanmış, lakin sözügedən şəhadətnamənin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi və dövlət reyestrində qeydiyyatdan keçməsi barədə dəqiq məlumat yoxdur. İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin hesablaşma hesabında pul vəsaiti olmadığı üçün xx xxxx 2018-ci il tarixli, 920.296 manat məbləğli inkasso sərəncamları “Azərbaycan Respublikasında Nağdsız Hesablaşmalar və X6” təlimatın 7.8ci maddəsinə əsasən 02 ay müddətinə bankda saxlanmışdır. Bu müddət ərzində ödəyicinin hesablaşma hesabına vəsait daxil olmadığı üçün inkasso sərəncamları icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan “xxxx” X8 Səhmdar Cəmiyyətinin xx xxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin hesabında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaiti olmadığından və xx xxxx 2018-ci il tarixindən 02 ay müddət tamam olduğu üçün həmin inkasso sərəncamı icrasız qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib vəzifəli şəxs kimi 2.000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan və onun üzərindəki qeyddən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(103)-543/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borcu ödəmək üçün “xxxx” Mənzil Tikinti Kooperativinə 10 gün müddətinə vaxt verilmiş, icra sənədi icra olunmayacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstinaq İdarəsinə müvafiq təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmiş, həmin xəbərdarlıq məktubu “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs şəxsən təqdim edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2- 1(103)-523/2013 nömrəli qətnaməsinin və həmin qətnaməyə dair icra vərəqəsinin surətlərindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2005-ci il tarixli podrat müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 ha ərazinin, 0.4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8.000 kv. metr sahənin təhvil verilməmiş 5.000 kv. metr sahəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə naturada təhvil verilməsi vəzifəsi “xxxx” Mənzil Tikinti Kooperativinə həvalə olunmuş, həmin qətnaməyə dair icra vərəqəsi xx xxxx 2014cü il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2014-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2-1(103)-523/2013 nömrəli icra sənədi üzrə Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, “xxxx” Mənzil Tikinti Kooperativinə icranı 05 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxx 2014-cü il tarixli bildirişdən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2-1(103)-523/2013 nömrəli icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən 05 gün müddətində könüllü icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışından görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. İş materiallarında olan “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş arayışdan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində inşa edilmiş yaşayış binasında boş yaşayış və qeyriyaşayış sahələri yoxdur. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli razılaşma protokolundan görünür ki, tərəflər, yəni “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs2 və “xxxx” Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi sədri X2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən binadan cəmi 2.194 kv. metr sahəli 26 mənzilin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Mənzil Tikinti Kooperativinə təhvil verilməsi, əvəzində isə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən ümumi sahəsi 324.3 kv. metr olan 03 mənzili və ümumi sahəsi 400 kv. metr olan 1, 2, 3 və 4-cü girişdəki qarajları “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə razılığa gəlmişlər. “xxxx” Mənzil Tikinti Kooperativi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli olan qalan 1.470 kv. metr fərqi gələcəkdə həmin binadan eyni kvadratla əvəzləşdirəcəkdir və 02 il ərzində binanın tikiləcək mansardı hesabına ödəməyi öhdəsinə alır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilən mənzil və qaraj sahələrinin gələcəkdə hər hansı bir problemi çıxarsa və “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən mansard tikilməyib nəzərdə tutulan sahə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsə, bunun məsuliyyəti “xxxx” Mənzil Tikinti Kooperativinin səlahiyyətli şəxslərinin üzərinə düşür. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində inşa edilən binadan cəmi 2.194 kv. metr sahəli 26 mənzil “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Mənzil Tikinti Kooperativinə qaytarılmış, ümumi sahəsi 324.3 kv. metr olan 03 mənzil və ümumi sahəsi 400 kv. metr olan 1, 2, 3 və 4-cü girişdəki qarajlar isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Razılaşma aktının 1-ci bəndində göstərilən, gələcəkdə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməli olan 1.470 kv. metr sahənin əvəzinə 329 kv. metr ticarət mərkəzi təhvil verildiyinə görə qalan 1.141 kv. metr tikilən hissədən təhvil veriləcəkdir. xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi ünvanında tərtib edilmiş akta əsasən 27 mənzil, sonradan təhvil verilmiş 03 mənzil ümumi sahəsi 2.332 kv. m, 800 kv. metr dayanacaq sahəsi, 724 kv. metr sahəsi olan ticarət mərkəzi, yaşayış və qeyri-yaşayış sahələri “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarından görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib vəzifəli şəxs kimi 1.200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktublarından və onların üzərindəki qeydlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2-1(103)-523/2013 nömrəli icra sənədi üzrə borcu ödəmək üçün “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs müvafiq olaraq xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə 10 gün müddətinə vaxt verilmiş, borcunu ödəməkdən boyun qaçıracağı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstinaq İdarəsinə müvafiq təqdimat veriləcəyi barədə xəbərdar edilmiş, həmin xəbərdarlıq məktubları “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs xx xxxxxx 2018ci il və xx xxxxxx 2018-ci il tarixlərdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(010)-526/2015 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativindən iddiaçı X3 xeyrinə 44.560 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, həmin qətnaməyə dair icra vərəqəsi xx xxxx 2016-cı il tarixdə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-186/2018 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativindən maddi zərərin əvəzi olaraq 21.500 manat və mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində vəsait iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə tutulmuş, həmin qətnaməyə dair icra vərəqəsi xx xxxx 2018-ci il tarixdə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)-2545/2018 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativindən iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə 16.500 manat vurulmuş maddi ziyan və 2.000 manat mənəvi ziyana görə pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat tutulmuş, həmin qətnaməyə dair icra vərəqəsi xx xxxxxx 2019-cu il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2016-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(010)- 526/2015 nömrəli icra sənədi üzrə Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, “xxxx” Mənzil Tikinti Kooperativinə icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxx 2016-cı il tarixli bildirişdən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(010)-526/2015 nömrəli icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən 10 gün müddətində könüllü icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxx 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)- 186/2018 nömrəli icra sənədi üzrə Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, “xxxx” Mənzil Tikinti Kooperativinə icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxxx 2018-ci il tarixli bildirişdən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-186/2018 nömrəli icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən könüllü icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)-2545/2018 nömrəli icra sənədi üzrə Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, “xxxx” Mənzil Tikinti Kooperativinə icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)-2545/2018 nömrəli icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən 10 gün müddətində könüllü icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yaşayış binasının lahiyələşdirilməsi və tikintisi üçün 0.4 ha olan (JN 9208, KOD 00600003, qeydiyyat tarixi xx xxxxx 2006-cı il) torpaq sahəsi üzərində torpaqdan müvəqqəti istifadə hüququna dair (49 il müddətinə) şəhadətnamə aşkarlanmış, lakin dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib vəzifəli şəxs kimi 1.200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli xəbərdarlıq məktublarından və onların üzərindəki qeydlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(010)-526/2015 nömrəli, xx xxxxxx 2018-ci il tarixli, 2(010)-186/2018 nömrəli və xx xxxx 2018-ci il tarixli, 2(010)-2545/2018 nömrəli icra sənədləri üzrə borcu ödəmək üçün “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs müvafiq olaraq xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə 10 gün müddətinə vaxt verilmiş, borcunu ödəməkdən boyun qaçıracağı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstinaq İdarəsinə müvafiq təqdimat veriləcəyi barədə xəbərdar edilmiş, həmin xəbərdarlıq məktublarını “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2-1(103)-523/2013 nömrəli qətnaməsinə dair icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırdığına görə “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat vermişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(010)-526/2015 nömrəli, xx xxxxxx 2018ci il tarixli, 2(010)-186/2018 nömrəli və xx xxxx 2018-ci il tarixli, 2(010)-2545/2018 nömrəli qətnamələrinə dair icra sənədlərini icrasından qərəzli olaraq boyun qaçırdığına görə “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə “xxxx” Mənzil Tikinti Kooperativinin tikdiyi binadan 5.000 kv. metr sahənin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi haqqında qətnamə qəbul edilmiş və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə verilmiş icra vərəqəsinə əsasən tərtib olunmuş xx xxxxxx 2015-ci il tarixli aktla 4.200 kv. metr yaşayış sahəsi (cəmi 53 mənzil), 800 kv. metr isə qeyri-yaşayış sahəsi “xxxx” Mənzil Tikinti Kooperativindən alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi üçün siyahıya alınmışdır ki, həmin mənzillərin 46 ədədi əvvəllər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “xxxx” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində istintaq olunmuş cinayət işləri üzrə zərərçəkmiş şəxslərə verilmiş mənzillər olmuşdur. 2016-cı ildə qeyd olunan mənzillərdən 26 ədədi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vətəndaşlara geri qaytarılmış, digər mənzillər isə sonuncu tərəfindən müxtəlif şəxslərə satılmışdır. xx xxxxxx 2015-ci İl tarixli aktın etibarsız hesab edilməsi haqqında zərərçəkmiş şəxslərin müraciətləri əsasında 2016-2017-ci illərdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarları qəbul edilərək qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində “xxxx” Mənzil Tikinti Kooperativindən və digər tikinti şirkətlərindən mənzil almış xeyli sayda şəxslərə vurulmuş zərərin ödənilməsi 2020-2021-ci illər ərzində “xxxx” Mənzil Tikinti Kooperativi və “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən həyata keçirilmişdir. O cümlədən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 5.000 kv. metr sahənin (MMCnin vətəndaşlara könüllü olaraq geri qaytardığı 26 mənzildən qeyri digər mənzillərin) əvəzində “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən 13 nəfər, “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən isə 13 nəfər mənzillərlə, habelə dəymiş ziyan miqdarında pul ödənişi ilə təmin edilmişlər. Məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(103)- 543/2017 saylı və xx xxxxxx 2013-cü il tarixli, 2-1(103)-523/2013, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(010)-526/2015 saylı, xx xxxxxx 2018-ci il tarixli, 2(010)-186/2018 saylı və xx xxxx 2018-ci il tarixli, 2(010)-2545/2018 nömrəli qətnamələrinə dair icra sənədlərini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-863/2018 saylı, xx xxxxx 2019-cu il tarixli, 2(010)-384/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək iki dəfə 1.200 (min iki yüz) manat və həmin Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1064/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2.000 (iki min) manat məbləğlərində cərimə edilməsinə, habelə təkrar olaraq borcunu ödəmək üçün ona xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə 10 gün vaxt verilməklə Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən həmin şöbənin rəhbərliyi vasitəsilə “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “xxxx” Mənzil Tikinti Kooperativinin sədri vəzifəsinə seçilərkən kooperativin borcunun olmasından məlumatsız olmasına, təhvil-təslimi zamanı koorperativin hər hansı şəxslərə borcunun olub-olmamasına dair hər hansı bir sənədin olmamasına, “xxxx” Mənzil Tikinti Kooperativi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilənin o, sədr təyin edilməmişdən əvvəl bağlandığından həmin müqavilədən xəbərsiz olmasına, həmin müqavilədən, bir müddət sonra məlumatının olmasına dair dəlilləri Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasına əsas sayıla bilməz. Belə ki, Təqsirləndirilən şəxs sədri olduğu “xxxx” Mənzil Tikinti Kooperativinin öhdəliklərinin hansı vaxtda yaranmasından asılı olmayaraq, yəni sədr seçildiyi vaxt və ya bundan əvvəl yaranmış bütün öhdəliklərə görə vəzifəli şəxs kimi fəaliyyətə göstərdiyi vaxtdan Təqsirləndirilən şəxs bir başa məsul şəxsdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınmamasına, sadəcə olaraq sədri olduğu “xxxx” Mənzil Tikinti Kooperativinin mülkiyyətində hər hansı bir əmlak, habelə pul vəsaiti olmadığından sözügedən icra sənədlərinin icrasını tam olaraq təmin edə bilməməsinə dair dəlilləri də qəbul edilə bilməz. Çünki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-in 306.1ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: • məhkəmə aktlarını qərəzli icra etməmə; • məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Əvvəlcə məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayətin spesifik tövsif edici əlaməti – “məhkəmə aktlarını qərəzli icra etməmə” ilk növbədə Təqsirləndirilən şəxs hərəkətsizliyi nəticəsində yaranmışdır. Belə ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə ödəniş etmək üçün vaxt baxımından kifayət qədər imkanının olmasına baxmyaraq, onlara hər hansı bir formada və ya məbləğdə real olaraq ödəniş etməmiş, sadəcə qeyri-real təkliflər irəli sürməklə kifayətlənmişdir. Bu zaman məhkəmə onu da nəzərə alır ki, 2020-2021-ci illər ərzində “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən 13 nəfər, “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən isə 13 nəfərin mənzillərlə, habelə dəymiş ziyan miqdarında pul ödənişi ilə təmin edilməsinin təqsirləndirilən şəxsin təşəbbüsü ilə deyil, məhz Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində mümkün olmuşdur. Bununla da məhkəmə aktlarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməmişdir. Bundan başqa, cinayət işinə məhkəmədə baxıldığı zaman “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs icra sənədlərini heç vaxt icra etməyəcəyini bildirdiyini qeyd etmişdir. Bu isə Təqsirləndirilən şəxs şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verməsinə, bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012-ci il tarixli qərarında təsbit edilmiş “müəyyən hərəkətlər etməklə icra etməmə” anlamının mövcudluğuna dəlalət edir. Bundan əlavə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Cinayət işinə məhkəmədə baxıldığı zaman Təqsirləndirilən şəxs məhkəmə aktlarının icra edilməməsi haqqında dəfələrlə (hər bir icra sənədi üzrə təkrarən ayrı-ayrılıqda yeni müddətlər təyin olunmaqla məsuliyyəti barədə xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə 05 dəfə rəsmi qaydada xəbərdarlıq edilməsi) rəsmi xəbərdarlıq edildiyi, təqsirləndirilən şəxsin məhkəmə aktlarının icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edildiyi (hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-863/2018 nömrəli, xx xxxxx 2019-cu il tarixli, 2(010)-384/2019 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1064/2018 nömrəli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 03 dəfə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi), təqsirləndirilən şəxs tərəfindən məhkəmə aktlarının icrası üçün yetərli tədbirlərin görülmədiyi və təqsirləndirilən şəxsin məhkəmə aktlarının icrası üçün faktiki imkanlarının olması (hazırki halda təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində sədri olduğu “xxxx” Mənzil Tikinti Kooperativinin mülkiyyətində hər hansı bir əmlakın, habelə pul vəsaitinin olmadığını bildirməsi), bununla da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012ci il tarixli qərarında müəyyən edilmiş “qərəzli icra etməmənin” faktiki olaraq bütün halların movcud olduğu öz təsdiqini tapmışdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Hər biri üzrə ayrı-ayrılıqda icraat başlanılmış ümumilikdə 05 icra sənədini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar