Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-80/2020 02.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x4 nümayəndəsi, vəkil x5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs x2 və müdafiəçisi Müdafiəçi iştirakı ilə 10 mart 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 mənzil 6 ünvanı üzrə qeydiyyatda olan x2 Azərbaycan Respublikası CM-nin 147.2, 148, 182.1 və 182.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: x6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək x2 Azərbaycan Respublikası CM-nin 147.2, 148, 182.1 və 182.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi)» göstərilməlidir. Qeyd olunur ki, hazırkı iş üzrə şikayətdə x1, adı, atasının adı, doğulduğu il və yaşayış yeri göstərildiyinə baxmayaraq, onun məşğuliyyət növü və vəzifəsi göstərilməmiş, bununla da prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələbi pozulmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 302.1.5-ci maddəsinə əsasən «barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən «Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir». Azərbaycan Respublikası CPM-nin cinayət təqibinin növləri məsələlərini tənzimləyən 37-ci maddəsinin yuxarıda istinad olunan və digər müddəalarından görünür ki, Azərbaycan Respublikası CM-nin 182.1 və 182.2.4-cü maddələrində göstərilən cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Beləliklə, barəsində Azərbaycan Respublikası CM-nin 182.1 və 182.2.4-cü maddələri ilə şikayət verilmiş əməl üzrə xüsusi ittiham qaydasında cinayət təqibi həyata keçirilə bilməz. Göstərilənlərə əsasən x4 x3 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x4 x3 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-80/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-80/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver