Məhkəmə qərarları › İş №1(010)-80/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-80/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-80/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1986-cı ildə Laçın rayonunun Sus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 70ci maddəsinə əsasən həmin cəzası şərti tətbiq edilməklə barəsində 03 il sınaq müddəti müəyyən edilmiş, 27 noyabr 2017-ci il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, Laçın şəhəri, H.Abdullayev küçəsi, 4 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Pirallahı rayonu, S.Vurğun küçəsi 300, 1 nömrəli evin 51 nömrəli mənzilində yaşayan, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 4(094)-26/2021 nömrəli qərarı ilə əvvəli 18 sentyabr 2021ci il tarixdən hesablanmaqla barəsində 02 ay müddətinə həbs qtəimkan tədbirinin seçildiyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı nəzərə alınaraq ibtidai araşdırma orqanı tərəfindən barəsində hazırki cinayət işi üzrə qətimkan tədbiri seçilməmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 4(094)-5/2022 nömrəli qərarına əsasən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondunda sürücü kimi təqdim edərək, onu 3.000 manat pul müqabilində Dövlət Sosial Müdafiə Fondunda sürücü işinə düzəldəcəyini vəd edib, 19 dekabr 2018-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “OBA” marketin qarşısında Zərərçəkmiş şəxs1 3.000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs2 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində sürücü kimi təqdim edərək, onu 3.000 manat pul müqabilində Penitensiar Xidmətdə sürücü işinə düzəldəcəyini vəd edib, vahid niyyətlə 09 yanvar 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın Ticarət Mərkəzi”-nin qarşısında 1.500 manat, 10 yanvar 2019-cu il tarixdə, saat 10 radələrində Bakı şəhəri. Nizami rayonunda yerləşən “Laçın Ticarət Mərkəzi”-nin qarşısında 1.500 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs2 3.000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs3 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində sürücü kimi təqdim edərək, onu 3.000 manat pul müqabilində Penitensiar Xidmətdə qaynaqçı işinə düzəldəcəyini vəd edib, vahid niyyətlə 15 fevral 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov Ticarət Mərkəzinin qarşısında 1.500 manat, 08 mart 2019-cu il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə Ş/S-nin yaxınlığında 1.500 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs3 3.000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər təxminən 02 il Zərərçəkmiş şəxs1 ilə birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bağlandıqdan sonra isə hər ikisi işsiz qalmışdır. Sonradan Habilə zəng edib yalandan ona, Dövlət Sosial Müdafiə Fondunda sürücü işlədiyini, 3.000 manat pul müqabilində onu da Dövlət Sosial Müdafiə Fondunda sürücü kimi işə qəbul etdirə biləcəyini, işə qəbul olunduğu təqdirdə ayda 1.200 manat maaş alacağını demişdir. Habil onun təklifi ilə razılaşmış və onlar, 19 dekabr 2018-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “OBA” marketin yanında görüşmüşlər. Həmin vaxt Habil ona 3.000 manat pulu vermiş, həmçinin Habilə aid sənədlərinin surətlərini də yalandan almış və Habilə qısa zaman ərzində işə qəbul ediləcəyini bildirmişdir. Sonra Habil ondan, işsiz olan qaynı Zərərçəkmiş şəxs2 da işə qəbul edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Habilə, qaynı Rzanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində sürücü kimi işə qəbul etdirə biləcəyni demişdir. 09 yanvar 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın Ticarət Mərkəzi”-nin qarşısında Habil və onun qaynı Rza ilə görüşmüşlər. Habil qaynı Rzanı onunla tanış etdikdən sonra Rzaya, 3.000 manat müqabilində onu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində sürücü kimi işə qəbul etdirə biləcəyini və ayda 800 manat maaş alacağını demişdir. Rza ilkin olaraq ona 1.500 manat pul verib, qalan 1.500 manat pulu isə işə qəbul olandan sonra verəcəyini bildirdikdə Rzaya, pulu tam şəkildə, yəni 3.000 manatı əvvəlcədən verməli olduğunu demişdir. Bu sözlərindən sonra Rza, qalan 1.500 manat pulu səhəri gün gətirib verəcəyini bildirmişdir. Rzaya 15 gün ərzində onu işə qəbul etdirəcəyinə vəd vermiş və eyni zamanda onun şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Səhəri gün, yəni 10 yanvar 2019-cu il tarixdə, saat 10 radələrində həmin yerdə Habil və Rza ilə görüşmüş, sonuncu ona 1.500 manat da vermişdir. Sonra isə Rza onunla əlaqə saxlayıb bacanağı Zərərçəkmiş şəxs3 da işə qəbul etdirmək istədyini demişdir. Rzya bu barədə görüşüb söhbət etmək lazım olduğunu bildirmişdir. Görüşüb söhbət etdikləri zaman Səbuhiyə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində sürücü işlədiyini demiş və ondan nə işlə məşğul olduğunu soruşmuş, sonuncu da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Ticarət Mərkəzin”-də paltar satdığını demişdir. Səbuhiyə bildirmişdir ki, 3.000 manat müqabilində onu işlədiyi penitensiar xidmətdə qaynaqçı vəzifəsinə işə düzəldə bilər, ayda 500 manat maaş alacaqdır, maaşın isə kart vasitəsilə veriləcəkdir. Səbuhi də bu barədə fikirləşib cavab verəcəyini demişdir. Sonra Səbuhi onunla görüşüb təklifi ilə razı olduğunu bildirmişdir. 15 fevral 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Ticarət Mərkəzi”-nin qarşısında Səbuhi ona 1.500 manat, 08 mart 2019-cu il tarixdə, saat 20 radələrində isə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə Ş/S-nin yaxınlığında da 1.500 manat pul vermişdir. Dələduzluq yolu ilə əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Sonda təqsirləndirilən şəxs T.T.Quliyev törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini, onlarla barışıq əldə etdiyini, buna görə də sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, habelə cinayət nəticəsində vurulmuş ümumilikdə 9.000 manat ziyanın 25 faizi miqdarında 2.250 manat dövlət büdcəsinə ödəniş etdiyini bildirərək, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, T.T.Quliyev Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 15 fevral 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, X5 ilə birlikdə təxminən 02 il "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bağlandıqdan sonra işsiz qalmışdır. Sonradan Turalla zəngləşib danışarkən sonuncu ona demişdir ki, Dövlət Sosial Müdafiə Fondunda sürücü işləyir. Söhbət zaman Tural, 3.000 manat pul qarşılığında onu Dövlət Sosial Müdafiə Fondunda sürücü kimi işə qəbul etdirə biləcəyini, işə qəbul olunduğu təqdirdə ayda 1.200 manat maaş alacağını demişdir. İşsiz olduğu üçün Turalın təklifi ilə razılaşmışdır. Çətin günü üçün toplayıb saxladığı 3.000 manat pulu 19 dekabr 2018-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “OBA” marketin yanında Turalla görüşüb ona vermişdir. X1 özünə aid sənədlərinin surətlərini də vermişdir. Tural ona bildirmişdir ki, qısa zaman ərzində onu işə qəbul edəcəklər. Sonra bu barədə qaynı Zərərçəkmiş şəxs2 danışmış, Rza da işsiz olduğundan ondan, Turalla onu tanış etməsini xahiş etmişdir. Bu barədə Tural ilə danışmış, sonuncu ona, qaynı Rzanı da 3.000 manat pul qarşılığında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində sürücü kimi işə qəbul etdirə biləcəyini demişdir. 09 yanvar 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın Ticarət Mərkəzi”-nin qarşısında X5 ilə görüşmüşlər, sonuncu ilə qaynı Rzanı tanış etmişdir. Tural həmin vaxt Rzaya demişdir ki, onu 3.000 manat pul qarşılığında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində sürücü kimi işə qəbul etdirə bilər, işə düzəldiyi təqdirdə Rza ayda 800 manat maaş alacaqdır. Bundan sonra Rza Turala 1.500 manat vermiş, qalan 1.500 manat pulu isə işə qəbul edildikdən sonra verəcəyini demişdir. Lakin, Tural Quliyev bildirmişdir ki, pulun hamısını, yəni 3.000 manatı tam şəkildə vermək lazımdır. Rza da həmin pulu səhəri gün gətirib verəcəyini demişdir. X7 şəxsiyyət vəsiqəsinin surətini götürmüş və 15 gün ərzində Rzanı da işə qəbul etdirəcəyini bildirmişdir. Səhəri gün, yəni 10 yanvar 2019-cu il tarixdə, saat 10 radələrində həmin yerdə Rza onun yanında Turala 1.500 manat vermişdir. X8 3.000 manat pul vermişdir. Sonra Turaldan işlərinin nə yerdə olduğunu soruşmuş, Tural işlərinin tezliklə həll olunacağını demişdir. Sonra Rza bildirmişdir ki, bacanağı Səbuhini də Turalla tanış etmiş və Tural Səbuhini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qaynaqçı kimi işə qəbul etdirəcəyi adı ilə ümumilikdə ondan da 3.000 manat almışdır. Bir müddət keçdikdən sonra yenə də Turaldan işilərinin nə yerdə olması barədə maraqlanmışlar. Lakin, Tural hər dəfə müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. Sonralar isə Turalın istifadəsində olan telefon nömrəsinə zəng etsə də, o, zənglərə cavab verməmişdir. Tural ümumilikdə ona 3.000 manat maddi ziyan vurmuşdur. Turala pulu verən zaman yanında heç kim olmamışdır. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 15 fevral 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq göstərmişdir ki, sonradan Turalla əlaqə saxlayıb işinin nə yerdə olduğunu soruşmuş, Tural da ona, iş məsələsinin tezliklə həll olunacağını demiş, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qaynaqçı işinin olduğunu, tanışlarından iş axtan olduğu təqdirdə həmin adamı işə qəbul etdirə biləcəyini bildirmişdir. Bu barədə bacanağı Zərərçəkmiş şəxs3 ilə danışmış, sonuncu da Turalla onu tanış etməsini ondan xahiş etmişdir. Buna görə də o, Tural və Səbuhi, sonuncunun işlədiyi Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Ticarət Mərkəzi”-nin qarşısında görüşmüşlər. Həmin vaxt Tural Səbuhiyə 3.000 manat müqabilində onu, işlədiyi Penitensiar Xidmətində qaynaqçı vəzifəsinə işə düzəltməyi təklif etmiş, Səbuhi də öz növbəsində bu barədə fikirləşib cavab verəcəyini demişdir. X9 özü görüşüb söhbət etmiş, Tural Səbuhiyə bildirmişdir ki, onu qaynaqçı vəzifəsinə işə düzəldəcək və ayda 500 manat maaş alacaqdır. Səbuhi Turalın təklifi ilə razılaşaraq 15 fevral 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Ticarət Mərkəzi”-nin qarşısında 1.500 manat, 08 mart 2019-cu il tarixdə isə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə Ş/S-nin yaxınlığında 1.500 manat pulu məhz onun yanında Turala vermişdir. Ümumilikdə həm o, həm də Səbuhi Turala 3.000 manat pul vermişdir. Turala pulu verən zaman yeznəsi Zərərçəkmiş şəxs1 yanında olmuşdur. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 15 fevral 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərlə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, habelə cinayət nəticəsində vurulmuş ümumilikdə 9.000 manat ziyanın 25 faizi miqdarında 2.250 manat dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilməsi barədə Təqsirləndirilən şəxs xahişinin təmin edilməsinə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 4(094)-5/2022 nömrəli qərarından görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam verilmiş və T.İ.Quliyev cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi T.İ.Quliyev artıq bir dəfə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, T.İ.Quliyevin ikinci dəfə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilə bilməz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, T.T.Quliyevin şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam olaraq ödəməsini, onlarla barışıq əldə etməsini, sonuncuların heç bir şikayət və tələblərinin olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə T.T.Quliyevin cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə T.T.Quliyevin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2014cü il tarixli hökmündən görünür ki, T.T.Quliyev Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən həmin cəzası şərti tətbiq edilməklə barəsində 03 il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 oktyabr 2021-ci il tarixli məlumatından görünür ki, 27 noyabr 2017-ci il tarixdə sınaq müddəti bitdiyindən T.T.Quliyev qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.1-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, təqsirləndirilən şəxs T.T.Quliyevin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, T.T.Quliyevin azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, T.T.Quliyevin üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli T.T.Quliyevin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs T.T.Quliyevin barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs T.T.Quliyevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 154.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 154.2 və 154.2.1-154.2.10-cu maddələrinə əsasən həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləridir. Aşağıdakılardır. Azərbaycan Respublikası CPM-nin 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən dövlət büdcəsinə ödədiyi 2.250 manat məbləğində vəsait Təqsirləndirilən şəxs qaytarılmalı və 25 fevral 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə AZ 66CTRE******************** hesab nömrəsinə köçürülmüş həmin vəsaitin qaytarılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 2.250 manat məbləğində vəsait Təqsirləndirilən şəxs qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə AZ 66CTRE******************** hesab nömrəsinə köçürülmüş həmin 2.250 manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs qaytarılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar