Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-81/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana sovxozu ərazisində nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağız bükümdə olan təmiz çəkisi 1,300 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək daşımış, 19 avqust 2021-ci il tarixdə Bakı şəhər Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək saxlanılmış, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-yə gətirilib, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd gümüşü kağızında olan bükümdə təmiz çəkisi 1,300 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 19 avqust 2021-ci il tarixdə, təxminən saat 14 radələrində o, ünvan 4 ünvanın qarşısında olan zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək, narkotik vasitələrin daşınmasında və saxlanılmasında şübhələndiklərinə görə onu Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra videogörüntü ilə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Həmçinin, ona üzərində saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. O, polis əməkdaşlarının üzərində şəxsi axtarış aparacaqlarını başa düşərək, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümü təqdim etmişdir. Bükümün içərisində narkotik vasitə heroin olduğunu və narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində küçədə Fikrət kimi adını bildiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təqdim etdiyi içərisində narkotik vasitə olan bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılaraq, orada iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərində axtarış həyata keçirilmiş və hər hansı digər bir əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitəni aldığı Fikrət adlı şəxslə təxminən bir neçə gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dəmiryolu stansiyasının ərazisində tanış olmuşdur. Onunla tanışlıqdan sonra Fikrət özü demişdir ki, narkotik vasitələrin alqı-satqısı ilə məşğuldur, həmişə dəmiryol stansiyasının ətrafında olur. Lakin sonuncunun şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Onun özü narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, narkotik vasitəni özü istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən heç bir təzyiqə məruz qalmamışdır. O, uzun müddətdir ki, Hepatit və QİÇS xəstəliklərindən əziyyət çəkir və müalicə olunur, bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 avqust 2021-ci il tarixdə, saat 17 radələrində iş yoldaşları, bölmənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ilə birlikdə ərazidə xidmət aparan zaman ünvan 5 ünvanının qarşısında şəxsiyyəti onlara sonradan məlum olan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və istifadə edilməsində şübhəli olduğu üçün saxlanılaraq, 31-ci polis bölməsinin inzibati binasına gətirilmişdir. Şəxs bölmənin təhqiqatçısı polis mayoru X3 təqdim edildikdən sonra xidməti iş otaqlarının birində üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən, Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa, onu təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd bükümdə siqaretin gümüşü kağızına bükülmüş, içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində olan maddə narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni Fikrət adlı şəxsdən özünün istifadəsi üçün 10 manat pul verib almış, lakin istifadə etməyə imkan tapmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitəyə bənzər maddə olan büküm götürülərək, kağız zərfdə qablaşdırılmış və möhürlə möhürlənmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncuda digər heç bir narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan, həmçinin Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis bölməsində olduğu, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman sonuncuya qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarından görünür ki, 19 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami RPİ-nin MSY-yə yerləşdirilmişdir İş materiallarından görünür ki, 21avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, Bakı şəhəri Suraxanı rayon prokuroru həmin tarixli “Təsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə” qərarı ilə Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Suraxanı RPİ-nin MSY-dən dərhal azad olunmuşdur. İş materiallarından görünür ki, 21 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/3621 nömrəli, 20 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin Arayışlar üçün №195 dairəvi möhür əksi olan üzərində , “...imza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,300 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4565 nömrəli, 19.11.2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən verilən ambulator, stasionar xəstənin tibb kartasından görünür ki, Təqsirləndirilən şəxs diaqnozu belədir: İİV infeksiyası, 3-cü klinik mərhələ. Keçirilmiş ağız boşluğunun kandidozu. Generalizə olunmuş limfadenopatiya. Xroniki viruslu Hepatit C. Heroin narkomaniyasi. Qısa anamnez: Xəstə epidemiloji nəzarət qaydasında İİV-ə müalicə olunub və nəticəsi müsbət olduğuna görə Respublikası QİÇS-lə Mübarizə Mərkəzində daimi qeydiyyata götürülüb. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, İİV infeksiyası, xroniki Hepatit C və digər xəstəliklərdən müalicə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bu zaman onun yuxarıda qeyd olunan xəstəliklərdən müalicə olunması nəzərə alınmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİnin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,250 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdən 21.08.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 15 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,250 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-81/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-81/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver