Məhkəmə qərarları › İş №1(010)-81/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-81/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-81/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi “Pro Bono” Vəkil Bürosunun vəkili X32 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1969-cu il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Şabran rayon M.Əsədov küçəsi, 42 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Mədən küçəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə saat 23 radələrində ölmüş əri X14 Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Mədən küçəsində olan nömrəsiz fərdi yaşayış evinin qonaq otağında Namik Babazadənin ilkin nikahdan olan qızı Zərərçəkmiş şəxs ilə vəsiyyət üzrə vərəsəlik hüquqları olmadığından evə və orada olan əşyalara dair qarşılıqlı tələblərdən irəli gələn mübahisə zəmnində Zərərçəkmiş şəxs əlləri ilə qəsdən döyərək ona - sol yanaq nahiyəsinin və boyunun sıyrıqları, sol diz oynağının qançır-şişkinlik halında əziyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətlərini yetirib qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs dindirmə zamanı ifadəsində göstərmişdir ki, o X23 ilə 2014-cü il tarixdə tanış olaraq qeyri rəsmi olaraq evlənmişdir. Daha sonra X23 ilə o rəsmi olaraq xx.xx.2017-ci il tarixdə rəsmi olaraq evlənmişdir. X9 ilə evlənməyinə səbəb onun mərhumə arvadı X16 1988-ci il tarixdə rəhmətə getdiyindən onunla ailə həyatı qurmuşdur. Buna baxmayaraq X9 ilə evliliyi müddətdə övladı olmamışdır.Beləliklədə o X23 ilə ünvan 1 ünvanında bilrikdə yaşamışdır.Həmin evi X23 2012-ci il tarixdə öz şəxsi puluna almışdır.Yəni həmin evi X23 alan zaman o onun arvadı olmamışdır. Həmin evdə yaşayan zaman X14 özü və 1 (bir) arvadı mərhumə X5 olan oğlu X33 ailəsi və uşaqları ilə birlikdə həmin evdə yaşamışdır.Buna baxmayaraq X14 digər övladı Zərərçəkmiş şəxs mütəmadi olaraq ünvan 1 ünvanına valideyninə baş çəkmək üçün gəlib getmişdir.Beləliklə də əri X23 uzun sürən ağ ciyər xərçəngindən əziyyət çəkdiyindən xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir.Bundan sonra o ünvan 1 ünvanında tək olaraq yaşamağa başlamışdır.Bir müddət sonra onun özü ünvan 1 ünvanında tək qalmasın deyə Zərərçəkmiş şəxs iki övladları ilə bilrikdə həmin ünvana köçərək onun ilə birlikdə yaşamağa başlamışdır. Həmçinin həmin müddətdə Zərərçəkmiş şəxs maddi cəhətdən ona köməklik etmişdir.Buna baxmayaraq Zərərçəkmiş şəxs ara-sıra Abşeron rayonu, Xırdalan qəsəbəsi, X29 93 saylı evin 29 saylı mənzilində övladları ilə bilrikdə yaşamışdır.Bir müddət sonra Zərərçəkmiş şəxs və qardaşı X33 onun yaşadığı ünvan 1 ünvanına gələrək onu narahat edib yaşamağa imkan verməmişdir.Zərərçəkmiş şəxs və qardaşı X19 onu narahat etmələrinin əsas səbəbi əri X23 rəhmətə getdiyindən ondan ünvan 1 ünvanını 3 hissəyə bölməyi tələb etmişdir.O isə həmin evin gələcəkdə satılarsa o az pay düşəcəyini zənn edib onlar ilə razılaşmamışdır. Beləliklə də xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində ünvan 1in çol giriş qapısı döyülmüşdür.O yaşadığı evin giriş qapısını açdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs, Şahid və X24r.Həmin zaman o Zərərçəkmiş şəxs, Şahid və X25 bildirmişdir ki, hansı səbəblə onun yaşadığı ünvan 1 ünvanına gəliblər. Bu zaman onun ünvan 1in giriş hissəsində Zərərçəkmiş şəxs, Şahid və X33 ilə mübahisəsi yaranmışdır. Həmin vaxt o əsəbləşərək Zərərçəkmiş şəxs hər iki əlləri ilə kənara itələmişdir ki, çıxıb getsin. Bundan sonra mübahisə dahada qızışaraq yaşadığı evin qonaq otağına qədər davam etmişdir. Beləliklə də bildirmişdir ki, o Zərərçəkmiş şəxs, Şahid və X25 heç bir bədən xəsarətləri yetirməmişdir. Zərərçəkmiş şəxs döyməmiş onuna mübahisəsi olmuş, hər iki əlləri ilə ünvan 1in qonaq otağında kənara itələmişdir. Daha sonra ünvan 1in qonaq otağından Zərərçəkmiş şəxs, Şahid və X19 çıxıb getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs o hər iki əlləri ilə ünvan 1in qonaq otağında kənara itələmiş, qəsdən döyməmiş, həmin hadisənin şahidləri Şahid və X19 olmasını qeyd etmişdir.Həmin hadisənin baş vermə səbəbi ailə məişət zəmnində baş vermiş hadisə olmuşdur.Belə ki, xx.xx.2022-ci il tarixdə 23 radələrində ünvan 1in qonaq otağında o Zərərçəkmiş şəxs hər iki əlləri ilə kənar itələmiş, həmin zaman baş vermiş hadisə evin qonaq otağında baş verdiyindən kənar qonumqonşu narahat olmamışdır.Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs ilə o heç bir zaman barışmadığını bildirmişdir.Həmçinin Zərərçəkmiş şəxs o hər iki əlləri ilə ünvan 1də kənara itələyən zaman hər hansı bir predmet və ya dəmir alətlərdən istifadə etmədiyini göstərmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, onun müdafiəçisini, şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, anası X16 1988-ci il tarixdə rəhmətə getdiyindən X6 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə tanış olaraq rəsmi olaraq evlənmişdir.Buna baxmayaraq o həmin ərəfədə ailəli olduğundan öz ailəsi ilə birlikdə ünvan 2 ünvanında əri X37 ilə birlikdə yaşamışdır. Daha sonra onun əri X37 ilə münasibətləri alınmadığından və yola getmədiyindən 2018-ci il tarixdə Xətai rayon Məhkəməsi tərəfindən rəsmi olaraq boşanmışdır. Bundan sonra o Abşeron rayonu, Xırdalan qəsəbəsi, X29 93 saylı evin 29 saylı mənzilindən mənzil alaraq iki övladları ilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Həmin ərəfədə X6 arvadı Təqsirləndirilən şəxs ilə bilrikdə ünvan 1 ünvanında yaşamışdır.Həmin evi X6 2012-ci il tarixdə öz puluna almışdır.Yəni həmin evi X6 alan zaman Təqsirləndirilən şəxs onun arvadı olmamışdır. Beləliklə də X6 uzun sürən ağ ciyər xərçəngindən əziyyət çəkdiyindən xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Həmin vaxt X6nun ünvan 1 ünvanında arvadı Təqsirləndirilən şəxs tək olaraq yaşamağa başlamışdır. Həmçinin onun özüdə X6nun aldığı ünvan 1 ünvanında Təqsirləndirilən şəxs tək qalmasın deyə iki övladları ilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Buna baxmayaraq o ara-sıra Abşeron rayonu, Xırdalan qəsəbəsi, X29 93 saylı evin 29 saylı mənzilində övladları ilə birlikdə yaşamışdır. X6 rəhmətə gedəndən sonra o Təqsirləndirilən şəxs maddi cəhətdən saxlamağa başlamışdır.Ona görə ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyindən o, X6na onu saxlamağa məcbur olmuşdur. Nəhayət o xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində işlədiyi ünvan 4 ünvanda olan "Sevimli Dad” mağazasından çıxaraq ünvan 1 ünvanına gəlmişdir. O, həmin ünvana gələn zaman qızı Şahid onun ilə birlikdə olmuşdur. Buna baxmayaraq o ünvan 1 ünvanına gələn zaman qardaşı X34 mərhum X6na məxsus evin yaxınlığında yaşadığından onu da götürüb birlikdə həmin ünvana gəlmişdir. Həmin evə gəlməkdə məqsədi mərhum X6nun yas mərasimindən qalmış qaz sobası, onun şəxsi əşyaları və sair əşyalarını götürmək istəyi olmuşdur. Onlar ünvan 1 ünvanında gəldikdə mərhum X6nun arvadı Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan giriş qapısını açmadan onları evə buraxmamış, həmçinin onu küçə qapısınının ağzından küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs onun ilə yenidən mübahisə etməyə başlamış və ona həmin zaman bildirmişdir ki, ünvan 1 ünvanı onundur, niyə gəlmisiniz, gəlməyin evimə, heç bir səbəb olmadan hündürdən yenidən qışqırmağa baslamışdır.Bir daha bildirmişdir ki, o mərhum X6nun evinə qızı Şahid və qardaşı X34 ilə birlikdə getmişdir.Lakin o həmin zaman qardaşı X26 evin daxilinə keçməyə qoymamışdır .Cunki, Təqsirləndirilən şəxs dəfələrlə qardaşını tutdurmaqla bağlı hədələmiş, eyni zamanda evə gəldiyi təqdirdə ona şər böhtan atıb şikayət edib şərləyəcəyini bildirmişdir. Bundan sonra o qızı Şahid ilə birlikdə birtəhər olsa da ünvan 1 ünvanına daxil olmuşdur.Həmin vaxt evin qonaq otağının içərisinə daxil olmuş, bu vaxt Təqsirləndirilən şəxs onu yenidən nalayiq sözlərlə söyüb təhqir etməyə başlamış və ona əl-qol atmağa başlamışdır. Bundan sonra qızı Şahid araya girərək Təqsirləndirilən şəxs ondan kənara itələmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə onun üzərinə gələrək əl-qol atmağında davam etmişdir. Bundan sonra evin qonaq otağında olan səs küyə onun qardaşı X34 gələrək Təqsirləndirilən şəxs ümumiyyətlə ondan aralanmışdır.Həmin vaxtı Baba-X7 qalmayaraq qardaşı X1 təhqir etmişdir ki, qardaşı ona xəsarət yetirsin.Lakin qızı Şahid qardaşı X26 evdən bayıra çıxartmışdır ki, ara sakitləşsin.Qardaşı evdən çıxandan sonra Təqsirləndirilən şəxs qəfil ani vəziyyətdə heç bir əsaslı və tutarlı səbəb olmadan qəsdən hər iki əlləri ilə onun üzərinə gələrək sol yanağına, boynuna, sol diz oynağına və saçlarına əl qol ataraq üzünü cırmaqlamaqla ona bədən xəsarətləri yetirmişdir.Bu vaxt qardaşı X34 yenidən hündür səs olduğuna görə geri qayıdaraq onu Təqsirləndirilən şəxs əlindən almışdır. Bununla yanaşı olaraq X6 sağ olan zaman Təqsirləndirilən şəxs atası ilə qardaşı X27 görə mübahisələr etmişdir. Hər dəfə Təqsirləndirilən şəxs bildirmişdir ki, qardaşı X34 yaşadığı ünvan 1 ünvanına gəlməsin və atasına sağlığında bildirmişdir ki, onun ilə əlaqəsi olmasın və əsassız olaraq mübahislər etmişdir. X6 rəhmətə getməzdən öncə Təqsirləndirilən şəxs ünvan 1 ünvanını satmağı barədə söhbətini eşidərək və bu barədə dərhal X6na bildirmişdir. Bundan sonra X6 Təqsirləndirilən şəxs yanma çağırıb ünvan 1in sənədlərini və ** RS *** dövlət nömrə nişanlı QAZ 31 minik markalı nəqliyyat vasitəsinin sənədlərini ona verməyini bildirmişdir. Beləliklə, də Təqsirləndirilən şəxs ünvan 1in sənədlərini və ** RS *** dövlət qeydiyyat nişanlı QAZ 31 minik markalı nəqliyyat vasitəsinin sənədlərini ona vermişdir. Bundan sonra o ünvan 1in və ** RS *** dövlət nömrə nişanlı QAZ 31 minik markalı nəqliyyat vasitəsi ilə bağlı X6ndan etibarnamə almışdır. Lakin X6nun vəziyyəti ağır olduğundan həmin əmlaklara görə baş etibarnamə ala bilməmişdir. Buna baxmayaraq o bütün sənədləri toplayıb asan xidmətə təqdim edib əldə etdiyi sənədləri ünvan 1ə qoymuşdur. Təqsirləndirilən şəxs isə həmin sənədləri evdən götürüb asan xidmətə aparıb rüsüm almışdır.Bir sözlə Təqsirləndirilən şəxs əvvəl gündən ünvan 1ə görə dəfələrlə X6 ilə dava-dalaş etmişdir, səbəbi isə qardaşı X28 X6 ilə bir-birinə düşmən etmişdir. Təqsirləndirilən şəxs dəfələrlə onun barəsində ətrafdakı insanlara onun barəsində nalayiq sözlər, təhqirlər, şərlər atmışdır. Bir sözlə Təqsirləndirilən şəxs ona xəsarət yetirməkdə məqsədi onu və qardaşı X28 ünvan 1indən uzaqlaşdırmaq olmuşdur. Hər dəfə o qardaşı X33 ilə ünvan 1ə gedən zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onlar ilə mübahisələr etmişdir. Hazırda xahiş etmişdir ki, Təqsirləndirilən şəxs onu qəsdən döyərək bədən xəsarətləri yetirməyi ilə bağlı barəsində qanuna müvafiq olaraq ölçü götürüb cinayət məsuliyyətinə cəlb edilməsini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o nənəsi X16 1988-ci il tarixdə rəhmətə getdiyindən X4 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə tanış olaraq rəsmi olaraq evlənmişdir. Buna baxmayaraq anası Zərərçəkmiş şəxs həmin ərəfədə ailəli olduğundan öz ailəsi ilə birlikdə ünvan 2 ünvanında atası X37 ilə birlikdə yaşamışdır. Daha sonra anası Zərərçəkmiş şəxs atası X37 ilə münasibətləri alınmadığından və yola getmədiyindən 2018-ci il tarixdə Xətai rayon Məhkəməsi tərəfindən rəsmi olaraq boşanmışdır. Həmin vaxt o 16 yaşı olmuşdur. Bundan sonra anası Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan qəsəbəsi, X29 93 saylı evin 29 saylı mənzilindən mənzil alaraq hər iki övladları ilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Həmin ərəfədə X4 arvadı Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Həmin evi X4 2012-ci il tarixdə öz puluna almışdır. Yəni həmin evi X4 alan zaman Təqsirləndirilən şəxs onun arvadı olmamışdır. Beləliklə də X4 uzun sürən ağ ciyər xərçəngindən əziyyət çəkdiyindən xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Həmin vaxt X4nun ünvan 1 ünvanında arvadı Təqsirləndirilən şəxs tək olaraq yaşamağa başlamışdır. Həmçinin anası Zərərçəkmiş şəxs özü də X4nun aldığı ünvan 1 ünvanında Təqsirləndirilən şəxs tək qalmasın deyə iki övladları ilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Buna baxmayaraq anası Zərərçəkmiş şəxs ara-sıra Abşeron rayonu, Xırdalan qəsəbəsi, X29 93 saylı evin 29 saylı mənzilində övladları ilə birlikdə yaşamışdır. X4 rəhmətə gedəndən sonra anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs maddi cəhətdən saxlamağa başlamışdır.Ona görə ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyindən anası Zərərçəkmiş şəxs X4na görə onu saxlamağa məcbur olmuşdur. Nəhayət anası Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində işlədiyi ünvan 4 ünvanda olan “Sevimli Dad” mağazasından çıxaraq ünvan 1 ünvanına gəlmişdir. Anası Zərərçəkmiş şəxs həmin ünvana gələn zaman o anası ilə birlikdə olmuşdur. Buna baxmayaraq anası Zərərçəkmiş şəxs ünvan 1 ünvanına gələn zaman dayısı X34 mərhum X4na məxsus evin yaxınlığında yaşadığından onu götürüb birlikdə həmin ünvana gəlmişdir. Həmin evə gəlməkdə anası Zərərçəkmiş şəxs məqsədi mərhum X4nun yas mərasimindən qalmış qaz sobası, şəxsi əşyaları və sair əşyalarını götürmək istəyi olmuşdur. Onlar ünvan 1 ünvanında gəldikdə mərhum X4nun arvadı Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan giriş qapısını açmadan onları evə buraxmamış, həmçinin anası Zərərçəkmiş şəxs küçə qapısınının ağzından küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə yenidən mübahisə etməyə başlamış və anasına həmin zaman bildirmişdir ki, ünvan 1 ünvanı onundur, niyə gəlmisiniz, gəlməyin evə, heç bir səbəb olmadan hündürdən yenidən qışqırmağa başlamışdır. Onlar bir daha bildirmişdir ki, anası Zərərçəkmiş şəxs mərhum X4nun evinə onun və dayısı X34 ilə birlikdə getmişdir.Lakin anası Zərərçəkmiş şəxs həmin zaman dayısı X26 evin daxilinə keçməyə qoymamışdır.Cunki, Təqsirləndirilən şəxs dəfələrlə dayısını tutdurmaqla bağlı hədələmiş, eyni zamanda evə gəldiyi təqdirdə ona şər böhtan atıb şikayət edib şərləyəcəyini bildirmişdir.Bundan sonra anası Zərərçəkmiş şəxs onun ilə birlikdə birtəhər olsa da ünvan 1 ünvanına daxil olmuşdur. Həmin vaxt evin qonaq otağının içərisinə daxil olmuş, bu vaxt Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs yenidən nalayiq sözlərlə söyüb təhqir etməyə başlamış və anası Zərərçəkmiş şəxs əl-qol atmağa başlamışdır. Bundan sonra o araya girərək Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs kənara itələmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə anası Zərərçəkmiş şəxs üzərinə gələrək əl-qol atmağında davam etmişdir. Bundan sonra evin qonaq otağında olan səs küyə dayısı X34 gələrək Təqsirləndirilən şəxsm ümumiyyətlə anası Zərərçəkmiş şəxs aralamışdır. Həmin vaxtı Baba-X7 qalmayaraq dayısı X1 təhqir etmişdir ki, dayısı ona xəsarət yetirsin. Lakin o dayısı X26 evdən bayıra çıxartmışdır ki, ara sakitləşsin. Dayısı evdən çıxan zaman Təqsirləndirilən şəxs qəfil və ani vəziyyətdə heç bir əsaslı və tutarlı səbəb olmadan qəsdən hər iki əlləri ilə anası Zərərçəkmiş şəxs üzərinə gələrək sol yanağına, boynuna, sol diz oynağına və saçlarına əl qol ataraq üzünü cırmaqlamaqla anasına bədən xəsarətləri yetirmişdir. Bu vaxt dayısı X34 yenidən hündür səs olduğuna görə geri qayıdaraq anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən almışdır.Bununla yanaşı olaraq X4 sag olan zaman Təqsirləndirilən şəxs babasına görə hər dəfə dayısı X34 ilə mübahisələr etmişdir. Hər dəfə Təqsirləndirilən şəxs bildirmişdir ki, dayısı X34 onun yaşadığı ünvan 1 ünvanına gəlməsin və babasının sağlığında əlaqəsi olmasın və əsassız olaraq mübahislər etmişdir. X4 rəhmətə getməzdən öncə Təqsirləndirilən şəxs ünvan 1 ünvanını satmağı barədə söhbətini anası Zərərçəkmiş şəxs eşidərək və bu barədə dərhal X4na bildirmişdir. Bundan sonra X4 Təqsirləndirilən şəxs yanına çağırıb ünvan 1in sənədlərini və ** RS *** dövlət nömrə nişanlı QAZ-31 minik markalı nəqliyyat vasitəsinin sənədlərini anası Zərərçəkmiş şəxs verməyini bildirmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ünvan 1in sənədlərini və **-RS-*** dövlət nömrə nişanlı QAZ 31 minik markalı nəqliyyat vasitəsinin sənədlərini anası Zərərçəkmiş şəxs vermişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs ünvan 1in və ** RS *** dövlət nömrə nişanlı QAZ 31 minik markalı nəqliyyat vasitəsi ilə bağlı X4ndan etibarnamə almışdır. Lakin X4nun vəziyyəti ağır olduğundan həmin əmlaklara görə anası Zərərçəkmiş şəxs baş etibarnamə ala bilməmişdir. Buna baxmayaraq anası Zərərçəkmiş şəxs bütün sənədləri toplayıb asan xidmətə təqdim edib əldə etdiyi sənədləri ünvan 1ə qoymuşdur.Təqsirləndirilən şəxs isə həmin sənədləri evdən götürüb asan xidmətə aparıb rüsüm almışdır.Bir sözlə Təqsirləndirilən şəxs əvvəl gündən ünvan 1ə görə dəfələrlə babasıX23 ilə dava-dalas etmiş, səbəbi isə dayısı X28 X4 ilə birbirinə düşmən etməsi olmuşdur.Təqsirləndirilən şəxs dəfələrlə anasıZərərçəkmiş şəxs barəsində ətrafdakı insanlara anasıbarəsində nalayiq sözlər, təhqirlər, şərlər atmışdır.Bir sözlə Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs xəsarət yetirməkdə məqsədi anasını, onu və dayısı X28 ünvan 1indən uzaqlaşdırmaq olmuşdur.Hər dəfə anası Zərərçəkmiş şəxs dayısı X33 ilə ünvan 1ə gedən zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onlar ilə mübahislər etmişdir. Hazırda xahiş etmişdir ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs qəsdən döyərək bədən xəsarətləri yetirməyi ilə bağlı barəsində qanuna müvafiq olaraq ölçü götürüb cinayət məsuliyyətinə cəlb edilməsini göstərmişdir. Cinayət işinin materiallarının 11-13-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X18 X40 rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 152 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol yanaq nahiyəsinin və boyunun sıyrıqları, sol diz oynağının qançır-şişkinlik halında əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilmiş şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlər həm onun özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilə bilərdi. Cinayət işinin 19-23-cü vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Mədən küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağını baş vermişdir. Cinayət işinin 64-67-ci vərəqlərində olan ifadənin yerində yoxlanılması haqqında 30 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs Namiq qızı Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Mədən küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağınə göstərib ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani şəkildə təsdiq etmişdir. Cinayət işinin 68-70-ci vərəqlərində olan ifadənin yerində yoxlanılması haqqında 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani şəkildə təsdiq etmişdir. Cinayət işinin 72-74-cü vərəqlərində olan ifadənin yerində yoxlanılması haqqında 10 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Mədən küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağını göstərib ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani şəkildə təsdiq etmişdir. Cinayət işinin 108-113-cü vərəqlərində olan 27 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Baba-X2 Fidan Namik qızını hər iki əlləri ilə ünvan 1in qonaq otağında kənara itələmiş, qəsdən döyməmiş, həmin hadisənin şahidləri Şahid və X19 olmasını qeyd edərək üzünə demiş, Zərərçəkmiş şəxs isə öz növbəsində Təqsirləndirilən şəxs dediklərini təkzib etmişdir. Cinayət işinin 91-92-ci vərəqəsində olan “şübhəli şəxsin tutulması haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il 26 avqust tarixində, şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 135-136-cı vərəqlərində olan 28 avqust 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs müdafiəçisi X41 tərəfindən verilmiş təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatətlə əlaqədar olaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası “Məhkəmə -Tibbi Ekspertiza və X30” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, T573/2022 saylı ekspert rəyinə əsasən, vətəndaş Zərərçəkmiş şəxs sol yanaq nahiyəsinin və boyunun sıyrıqları, sol diz oynağının qançır-şişkinlik halında əziyi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. xx.xx.2022-ci il tarixli, 152 saylı rəydə Zərərçəkmiş şəxs bədən səthi üzərində göstərilmiş xəsarət və ya onun izi hadisədən uzun müddət keçdiyindən hal-hazırda müşahidə oluna bilməzdi. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il 26 avqust tarixində şübhəli şəxs qismində tutulmuş, 28 avqust 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək tutulduğu 02 gün müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1300 (bir min iki yüz) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq, 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar