Məhkəmə qərarları › İş №1(010)-81/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-81/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-81/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 07 fevral 1998-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, 23 – 25 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, 25 fevral 2023-cü ildə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 100/2023 nömrəli iş üzrə 02 mart 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 28 fevral 2023cü hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarları ilə həbs növündə qətimkan tədbirinin müddəti uzadılmış) , hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə gizli olaraq özgə əmlakını talama niyyətilə 28 yanvar 2023-cü il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 küçəsi, nömrəsiz ev ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz olaraq daxil olmaqda həmin evdən 140 manat dəyərində 01 ədəd taxta kəsən elektrik mişarı, 120 manat dəyərində 01 ədəd laqonda, 260 manat dəyərində 01 ədəd preperatoru, 180 manat dəyərində elektrik naqillərini oğurlamaqla ona ümumilikdə 700 (yeddi yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyəti ilə gizli olaraq özgə əmlakını talama məqsədi ilə 15 fevral 2023-cü il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 küçəsi, nömrəsiz ev ünvanda yerləşən fərdi yaşayış evinin plastik materialdan olan pəncərəsini açmaq yolu ilə evə qanunsuz olaraqhəmin evdən 50 manat dəyərində 01 ədəd “ATEK” markalı dreli, 01 ədəd topu 65 manat olan 6 top 2.5 mm-lik, 01 ədəd topu 70 manat olan 8 top 4 mm-lik elektrik naqili olmaqla ümumi dəyəri 1.000 manat olan əmlakını gizli olaraq talamış və Zərərçəkmiş şəxs1 1.000 (min) manat ziyan vurmaqla oğlurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyəti ilə gizli olaraq özgə əməlakını talama məqsədi ilə 16 fevral 2023-cü il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 küçəsi, nömrəsiz ev ünvanda yerləşən təmir-tikinti işləri gedən iki evinin pəncərəsini sındırmaq yolu ilə evə qanunsuz olaraq daxil olmaqla həmin evdən 01 ədəd topu 70 manat olan 2.5 mm-lik ölçüdə 45 top, 01 ədəd topu 90 manat olan 4 mm-lik ölçüdə 30 top, 01 ədəd topu 110 manat olan 6 mm-lik ölçüdə 20 top elektrik naqilləri, 01 ədəd topu 55 manat olan 22 top şlank və 1 metrinin qiyməti 23.1 manat olan 32 metr kabel və hadisə nəticəsində ona ümumilikdə 10.000 (on min) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyəti ilə gizli olaraq özgə əməlakını talama məqsədi ilə 20 fevral 2023-cü il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 küçəsi, nömrəsiz ev ünvanda yerləşən təmir-tikinti işləri gedən evinin qapısın sındırmaq yolu ilə evə qanunsuz olaraq daxil olmaqla həmin evdən 01 ədəd topu 46.5 manat olan 16 top 2.5mm-lik, 01 ədəd topu 66 manat olan 14 top 4mm-lik, 01 ədəd topu 111 manat olan 12 top 6 mm-lik olmaqla ümumi dəyəri 3.000 manat dəyərində elektrik naqillərini gizli olaraq talamış və Zərərçəkmiş şəxs2 3.000 (üç min) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi stehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,440 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində saxlamış və 23 fevral 2023-cü il tarixdə saat 17:20-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərfındən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbsi, S.Əliyev küçəsində yaşadığı evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,440 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu saat 10-a işləmiş dörd nəfər polis əməkdaşları evdən götürüb bölməyə aparmışlar. Yaşadığı evin qapısını anası açmışdır. 6-7 nəfər polis əməkdaşları üstünə düşərək psixoloji təzyiq etmişlər. Bu səbəbdən o, etiraf etmişdir. Onu bölmədən oğurluq olunan evlərə aparmışlar və əməliyyatçıların göstərişi ilə şəkillər çəkmişlər. Sonra bölməyə qayıtmışlar. Bölmədə demişlər ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılan cinayət işini məhkəməyə göndərəcəklər və məhkəmə onu azadlıqa buraxacaqdır. Elə oldu ki, məhkəmə onu zaldan azad etmişdir. Lakin məhkəmədən çıxan kimi oğurluqla bağlı onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları yenidən tutmuşlar. Oğurluq olunan yerlərdə kameraların heç birinə düşməmişdir. O, ümumiyyətlə oğurluq etməmiş, narkotik maddədən istifadə etməmişdir. Barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki-üç aydır ki, narkotik vasitə qəbul edir, narkotik vasitə almağa pulu olmadığına görə narkotikə olan tələbatını təmin etməkdən ötrü oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsindəki evdən çıxıb küçə ilə gəzib oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, saat 03 radələrində Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsi ilə piyada gəzərkən evlərdən birinin işıqlarının yanmadığını görmüş, evin həyətinin giriş-çıxış qapısı sadə dəmirdən olmuşdur. Evdə təmir işləri getdiyini və yaşayış olmadığın bilərək ətrafa baxıb heç kimin onu görmədiynə tam əmin olandan sonra həyətin sadə dəmirdən olan giriş-çıxış qapını itələyib həyətə daxil oaraq evə yaxınlaşmışdır. Ev iki mərtəbili ev olmuş, həyətdə tikinti materialları olmuşdur. Həyətdən bir dəmir parçası tapıb götürərək pilləkənlə evin birinci mərtəbəsinin qarşısına çıxmış, dəmir parçası ilə evin birinci mərtəbəsinin plastik materialdan olan pəncərələrinin birini açıb evin içərisində daxil olmuşdur. Evin birinci mərtəbəsində gəzib oradan bir ədəd kiçik taxta kəsən elektrik mişarını, bir ədəd laqondanı, bir ədəd preparatoru və elektirk naqillərini götürüb oradan tapdığı kisəyə yığıb evdən çıxmış, səhər oğurladığı əşyaları satıb öz tələbatı üçün xərcləmişdir. Bundan bir neçə gün keçəndən sonra xx.xx.2023-cü il tarixdə yenə oğurluq etmək üçün saat 03 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsindəki evdən çıxıb küçə ilə gəzib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Yeni Ramana qsəbəsi, S.Əliyev küçəsi ilə gəzib oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, evlərdən birinin qarşısından keçərkən həyətin və evin işıqlarının yanmadığını gördükdə evdə yaşayış olmadığın bilərək ətrafda heç kimin olmadığına və onu heç kimin görmədiyinə tam əmin olandan sonra hasardan aşıb həyətə keçmişdir. Həyətdə kürsü ev olmuşdur. Evin palstik pəncərəsini həyətdən tapıb götürdüyü dəmir parçası ilə açıb evin içərisinə keçmiş, evi gəzib divarlara vurulmuş elektirik naqillərini qoparıb oradan tapdığı bir kisəyə yığıb evdən çıxmış, naqilləri yaxınlıqdakı meşə zolağına aparıb orada yandırdıqdan sonra yenidən kisəyə yığıb aparıb tanımadığı miss yığanlara sataraq əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. Bundan təxminən beş gün keçəndən sonra xx.xx.2023-cü il tarixdə yenə oğurluq etmək qərarına gəlib saat 03 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsindəki evdən çıxıb küçə ilə gəzib oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsi ilə piyada gəzib oğurluq etmək üçün yaşayış olmayan ev axtararkən bir evin qarşısından keçəndə işıqların yanmadığını görüb həmin evdə yaşayış olmadığını bilərək ətrafa baxıb həyət daxil olaraq evə yaxınlışmışdır. Həyədəki ev kürsülü ev olmuşdur. Evin qarşısında mişar daşlarının və digər tikinti materiallarının olduğunu görüb evin ətrafına baxıb evin yan tərəfində qapı olduğunu görəndən sonra həmin qapını həyətdən tapdığı dəmir parçası ilə qırıb açaraq evin zirzəmiyə daxil olmuş, zirzəmidə xeyli elektirik naqilinin və digər əşyaların olduğunu görüb elektik naqillərini qırıb oradan tapıb götürdüyü bir kisəyə yığıb oradan uzaqlaşmış, naqilləri meşə zolağına aparıb orada yandıraraq əldə etdiyi misi tanımadığı şəxslərə salıb pulu öz tələbatı üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonunda Natiq kimi tanıdığı şəxsdən 20 manata bir bükümdə narkotik vasitə heroin alıb şalvarının sağ yan cibinə qoyub özü istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin günü saat 17?:20 radələrində Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yaşadığı evin qarşısında dayandığı zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu deyib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. 31-ci PB-nin inzibati binasında şəxsiyyəti müəyyən edildikdən sonra hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuş, şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, üzərində videro çəkliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunaraq üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə olunub saxlanılması və daşınması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O, əynindəki mavi rəngli cins şalvarının sağ yan cibində saxladığı bir bükümdə olan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonunda Natiq kimi tanığı şəxsdən 20 manata alaraq üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi bir bükümdə olan heroin polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olaraq protokolu imzalanmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 küçəsində təmir-tikinti işləri gedən evi vardır. Həmin evdə təmir-tikinti işləri getdiyi üçün həmin evdə yaşamır. 14 fevral 2023-cü il tarixdə həmin təmir-tikinti işləri gedən evindən çıxmış, 15 fevral 2023-cü il tarixə kimi həmin evə gelməmişdir. 15 fevral 2023-cü il tarixdə saat 16:00 radələrində təmir-tikinti işləri gedən evinə gəldikdə 50 manat dəyərində 01 ədəd “ATEK” markalı dreli, 01 ədəd topu 65 manat olan 6 top 2.5 mm-lik, 01 ədəd topu 70 manat olan 8 top 4 mm-lik elektrik naqili olmaqla ümumilkdə 1.000 manat dəyərində maddi ziyan vurulduğunu bilmişdir. Evindən oğlurluq olduğunu biləndən sonra 27 fevral 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır. ünvan 4 küçəsində yan-yana iki üç mərtəbəli evi var. Həmin evlərdə təmir-tikinti işləri getdiyi üçün yaşayış yoxdur. 17 fevral 2023-cü il tarixdə nahardan sonra evdə təmir işləri görən usta Şahid4 ona zəng edib evdən elektrik naqillərinin oğurlanmasını dedikdə dərhal evinə gəlmiş, evə baxdıqda hər iki evin birinci mərtəbəsinin pəncərəsinin sındırıldığı, naməlum şəxsin pəncərədən evə daxil olaraq evdəki istifadə olunmamış naqillərin oğurlandığını bilmiş və saat 16:25-də Azərbaycan Respublikası DİN-nin 102 xidmət mərkəzinə zəng edərək ona məxsus yarımtikildən elektirik naqillərinin oğlurlanması barədə məlumat vermişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə ərizə ilə müraciət edərək ünvan 5 küçəsində yerləşən nömrəsiz evlərindən oğurlanması barədə ərizə vermişdir. Evlərinə baxdıqdan sonra iki evindən 01 ədəd topu 70 manat olan 2.5mm-lik ölçüdə 45 top, 01 ədəd topu 90 manat olan 4 mm-lik ölçüdə 30 top, 01 ədəd topu 110 manat olan 6 mm-lik ölçüdə 20 top elektrik naqilləri, 01 ədəd topu 55 manat olan 22 top şlank və 1 metrinin qiyməti 23.1 manat olan 32 metr kabel oğurlanmış və hadisə nəticəsində ona ümumilikdə 10.000 (on min) manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi təqdim edərək mülki cavabdeh- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli və cinayət əməlinin törədilməsi ilə əlaqədar ona vurduğu 16.000 manat maddi ziyanın və 10.000 manat mənəvi zərərin, ümumilikdə 26.000 manat pulun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X7 küçəsi, ev 28 ünvanında yaşayır. ünvan 10 ünvanında da təmir-tikinti işləri gedən evi vardır və həmin evdə təmir-tikinti işləri getdiyi üçün orada yaşayış yoxdur. 19 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixə kimi olan müddət ərzində təmir-tikinti işləri gelən evinə gedə bilməmişdir. 21 fevral 2023-cü il tarixdə təmir-tikinti işləri gedən evinə gedəndən sonra evin sol tərəfində olan zirzəmiyə açılan qapının sındırıldığını, zirzəmidən evə daxil olaraq 01 ədəd topu 46.5 manat olan 16 top 2.5mm-lik, 01 ədəd topu 66 manat olan 14 top 4mmlik, 01 ədəd topu 1 i i manat olan 12 top 6 mm-lik olmaqla ümumi dəyəri 3.000 manat olan elektrik naqilləri oğurlanmış və hadisə nəticəsində ona ümumilikdə 3000 manat məbləğində maddi ziyan dəymişdir. 21 fevral 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vurub təmir-tikinti işləri gedən evin oğurluq olması barədə məlumat vermiş, sonra isə həmin gün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində İstixana kombinatında yaşayır. ünvan 11 ünvanında təmir-tikinti işləri gedən evi var və həmin evdə təmir-tikinti işləri başa çatmağına görə həmin evdə yaşayış yoxdur. 10 yanvar 2023-cü il tarixdə həmin evdən çıxıb Zabrat qəsəbəsindəki evinə getmişdir. 16 fevral 2023-cü il tarixə kimi Bülbülə qəsəbəsindəki təmir işləri gedən evinə gedə bilməmişdir. 16 fevral 2023-cü il tarixdə təmir işləri gedən evinə gəldikdə evinin zirzəmisindən 140 manat dəyərində 01 ədəd taxta kəsən elektrik mişarı, 120 manat dəyərində 01 ədəd laqonda, 260 manat dəyərində 01 ədəd pereperatoru, 180 manat dəyərində elektrik naqillərini oğurlandığını görmüşdür. Oğurluğun kim tərindən edilməsi ilə maraqlansa da tapa bilməmişdir. 21 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermiş və həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31ci polis bölməsinə ünvan 12 ünvanda yerləşən evindən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi qaydada usta kimi çalışır. 2022-ci ilin iyul ayında ünvan 14 küçəsində yan-yana yerləşən nömrəsiz iki ədəd üç mərtəbəli həyət evində ustalıqla məşğul olmuşdur. 2023-cü ilin fevral ayında səhər saatlarında iş yerinə gələrkən həmişəki kimi evin qapısını açaraq içəri daxil olmuşdur. Evə ümumi baxış zamanı evin elektrik kabellərinin yerində olmadığını görmüşdür. Ətrafa göz gəzdirdikdən sonra evin mətbəxinin plastik pəncərəsinin açıldığını görmüş və oğurluq hadisəsi olduğunu anlamışdır. Dərhal evin sahibi Zərərçəkmiş şəxs4 zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra küçəyə çıxıb o biri həyət evinə də baxmağa getmişdir. İkinci evdə də eynən birinci evdə olduğu kimi mətbəxin plastik pəncərəsinin əşya vasitəsi ilə açılaraq evdən elektrik naqillərinin oğurlandığını aşkat etmiş və evin sahibinə yenidən zəng vurub bu evdən də oğurluq hadisəsi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Əli oğlu ifadəsində göstərmişdir ki, dəmir və mis tullantılar yığmaqla ailəsini dolandırır. 2023-cü ilin fevral ayında Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində ara küçələrdə iş yoldaşının avtomobili ilə dəmir və mis tullantılar axtarmışdır. Bu zaman bir nəfər şəxs ona yaxınlaşaraq mis tullantıları, drel və laqonda olduğunu bildirmişdir. O, həmin şəxsdən həmin məhsulları oğurluq deyilsə ala biləcəyini bildirmiş və malları təqdim etməsini istəmişdir. Həmin şəxs usta yanında işlədiyini, ev təmiri ilə məşğul olduğunu və bu səbəbdən artıq qalan elektrik naqillərini və işləməyən bəzi alətləri satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs onu orada gözləməyini bildirmiş və təxminən 10 dəqiqə sonra əlində kisə ilə onun yanına qayıtmışdır. Kisənin ağzını açıb içindən yarısökülü 01 ədəd laqondanı, 01 ədəd balaca dreli və balaca topadan ibarət ərimiş mis tullantılarını göstərib onların dəyərini soruşmuşdur. O, yarısökülü laqondanı 10 manata, 01 ədəd dreli 15 manata ala biləcəyini demişdir. Bundan sonra həmin şəxsin gətirdiyi misi çəkmiş və çəkisi 1.7 kq olduğunu bildirərək həmin misə də 15 manat olmaqla, cəmi 40 manata razılaşmışlar. Bundan sonra adını bilmədiyi şəxsdən uzaqlaşıb işinə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis bölməsinə «Elnur» adlı şəxsin ünvan 14 küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında göstərilən «Elnur» adlı şəxsin xx.xx.1988-ci ildə Naxçıvan MR, ünvan 13 ünvanında qeydiyyatda olan və ünvan 14 küçəsi, nömrəsiz ev ünvanında yaşayan Təqsirləndirilən şəxs müəyyən edib bu barədə PB-nin rəhbərliyinə məruzə etmişdir. PB-nin rəisinin əmri ilə onun rəhbərliyi ilə PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirə salınmaz əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edib Şahid2la birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 23 fevral 2023-cü il tarixdə saat 17:20 radələrində Təqsirləndirilən şəxs ünvan 14 küçəsində yaşadığı evin yaxınlığında olduğunu müəyyən edib orada həmin şəxsə yaxınlaşaraq saxlamışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda çübhəli olduğunu deyərək həmin şəxsi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsinin inzibati nibasında Təqsirləndirilən şəxs şəxsiyyəti bir daha müəyyənləşdirilmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquqlarını müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcədə əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, predmet və ya vasitə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonunda Natiq kimi tanıdığı şəxsdən 20 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs tədim etdiyi bükülü açılaraq baxıldıqda bükülünün arasında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş və bir ədəd zərfə qoyularaq zərf möhürlənərəq bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olaraq protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir, təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümünün kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, heroini 23 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində Nadir adlı şəxsdən 20 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini və digər iş materiallarını də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-92/2023 nömrəli iş üzrə 25 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, 25 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında intizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan X2 04 iyul 2023-cü il tarixli 105 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya təqdim olunmuş 01 ədəd “ATEK” markalı drelin hadisənin baş verdiyi 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti 50.0 (əlli) manat, 52 metr 2.5 mm-lik göy elektrik naqilinin hadisənin baş verdiyi 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti 46.80 manat, 39 metr 2.5 mm-lik qırmızı elektrik naqilinin hadisənin baş verdiyi 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti 35,10 manat, ümumilikdə isə dəyəri 131.90 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-100/2023 nömrəli iş üzrə 02 mart 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-217/2023 nömrəli iş üzrə 20 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 02 ay, yəni 28 iyul 2023-cü il tarixinədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-299/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 17 avqust 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli, 6/1122 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,440 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-1,440 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq- 1,390 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 10 may 2023-cü il tarixli, 2782 nömrəli rəyindən göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 1,440 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 1,390 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Suraxanı rayon prokurorluğunda toplanmış 280-c-23 nömrəli material üzrə Suraxanı rayon prokurorluğunun müstəntiqi Elvin Quliyev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsindən verilmiş 2468/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-da təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yeni xəsarət almadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edərək, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, H�猀攀礀渀氀椀 䔀氀渀甀爀 刀稀愀 漀ἀ氁甀渀甀渀 ㈀㌀ ጀ†㈀㔀 昀攀瘀爀愀氀 ㈀ ㈀ ㌀ⴀ挀 椀氀 琀愀爀椀砀氀夀爂椀 稀爀夀 琀甀琀甀氀搀甀ἀ甁 ㈀ ⠀椀欀椀⤀ 最渀 䄀稀夀爂戀愀礀挀愀渀 刀攀猀瀀甀戀氀椀欀愀 猀㄀ 䌀䴀ⴀ渀椀渀 㘀㤀⸀㌀ⴀ挀 洀愀搀搀夀猂椀渀夀 夀猂愀猀夀渂 愀稀愀搀氀㄀焁搀愀渀 洀夀栂爀甀洀 攀琀洀夀 渀瘀渀搀夀 挀夀稂愀渀㄀渁 洀搀搀夀琂椀渀夀 戀椀爀 最渀夀 戀椀爀 最渀 栀攀猀愀戀㄀ 椀氀夀 栀攀猀愀戀氀愀渀洀愀氀㄀ 瘀夀 漀渀愀 焀夀琂椀 漀氀愀爀愀焀 ㈀ ⠀椀欀椀⤀ 椀氀 㔀 ⠀戀攀开⤁ 愀礀 ㈀㠀 ⠀椀礀 椀爀洀椀 猀夀欂欀椀稀⤀ 最渀 洀搀搀夀琂椀渀夀 愀稀愀搀氀㄀焁搀愀渀 洀夀栂爀甀洀 攀琀洀夀 挀夀稂愀猀㄀ 琀夀礂椀渀 攀搀椀氀洀夀氂椀Ⰰ 䠀猀攀礀渀氀椀 䔀氀渀甀爀 刀稀愀 漀ἀ氁 甀渀甀渀 愀稀愀搀氀㄀焁搀愀渀 洀夀栂爀甀洀 攀琀洀夀 挀夀稂愀猀㄀渁㄀渁 夀瘂瘀夀氂椀 ㈀㠀 昀攀瘀爀愀氀 ㈀ ㈀㌀ⴀ挀 椀氀搀夀渂 栀攀猀愀戀 氀愀渀洀愀氀㄀Ⰱ 挀夀稂愀猀㄀渁㄀ 洀甀洀椀 爀攀樀椀洀氀椀 挀夀稂愀夀欂洀夀 洀夀猂猀椀猀夀猂椀渀搀夀 夀欂洀夀氂椀Ⰰ 䠀猀攀礀渀氀椀 䔀氀渀甀爀 刀稀愀 漀ἀ氁甀 戀愀爀夀猂椀渀搀夀 猀攀椀氀洀椀开 ㄀栠夀戂猀ᴀ†渀瘀渀搀夀 焀夀琂椀洀欀愀渀 琀夀搂戀椀爀椀 栀愀稀㄀爁欀㄀ 栀欀洀 焀愀渀甀渀椀 焀瘀瘀夀礂夀 洀椀渀夀渂夀搂夀欂 搀夀礂椀开搁椀爀椀氀洀夀搂夀渂 猀愀砀氀愀渀㄀氁洀愀氀㄀Ⰱ 椀开 稀爀夀 洀愀搀搀椀 猀戀甀琀 欀椀洀椀 琀愀渀㄀渁洀㄀弁 瘀夀 匀甀爀愀砀愀渀㄀ 刀愀礀漀渀 倀漀氀椀猀 搁愀爀夀猂椀渀搀夀 猀愀砀氀愀渀㄀氁愀渀Ⰰ 洀瘀愀昀椀焀 攀欀猀瀀攀爀琀椀稀愀 琀夀搂焀椀焀愀琀㄀渁搀愀渀 猀漀渀爀愀 焀愀氀㄀焁 夀欂椀猀椀 ㄀Ⰰ㌀㤀 焀爀愀洀 琀夀异欁椀氀 攀搀夀渂Ⰰ 欀甀猀 琀愀爀 猀甀氀氀愀 栀愀稀㄀爁氀愀渀洀㄀弁 渀愀爀欀漀琀椀欀 瘀愀猀椀琀夀 栀攀爀漀椀渀 洀夀栂瘀 攀搀椀氀洀夀氂椀Ⰰ 椀开 稀爀夀 洀愀搀搀椀 猀戀甀琀 欀椀洀椀 琀愀渀㄀渁洀㄀弁 ㄀ ⠀戀椀爀⤀ 夀搂夀搂 欀漀洀瀀愀欀琀 搀椀猀欀 椀开 洀愀琀攀爀椀愀氀氀愀爀㄀渁搀愀 猀愀砀氀愀渀㄀氁洀愀氀㄀Ⰱ 椀开 稀爀夀 欀攀椀爀椀氀洀椀开 攀欀猀瀀攀爀琀椀稀愀 琀夀搂焀椀焀愀琀氀愀爀㄀渁㄀渁 搀夀礂夀爂 椀 漀氀愀渀 㠀㄀ ⠀猀夀欂猀夀渂 戀椀爀⤀ 洀愀渀愀琀 䠀猀攀礀渀氀椀 䔀氀渀甀爀 刀稀 愀 漀ἀ氁甀渀搀愀渀 琀甀琀甀氀愀爀愀焀 搀瘀氀夀琂 渀夀昂椀渀夀 欀攀椀爀椀氀洀夀氂椀搀椀爀⸀� Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək mülki cavabdeh- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli və cinayət əməlinin törədilməsi ilə əlaqədar ona vurduğu 16.000 manat maddi ziyanın və 10.000 manat mənəvi zərərin, ümumilikdə 26.000 manat pulun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə bu nəticəyə gələrkən, ilk növbədə, cinayət mühakimə icraatı zamanı verilən mülki iddianın ümumi şərtlərini və prinsiplərini təhlil etmişdir. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki prosesdə iddianın verilməsi hüququnun həyata keçirilməsini mümkün edən əsas şərtlər aşağıdakılar: işin məhkəməyə aidiyyəti; iddiaçın fəaliyyət qabiliyyətli olması; işin aparılması üçün nümayəndənin lazımi qaydada rəsmiləşdirilmiş səlahiyyətləri; ərizənin forma və məzmununun qanunu tələblərinə uyğun olması; ərizənin dövlət rüsumu ilə ödənilməsi. Cinayət prosesində mülki iddianın verilməsinin əsasları isə aşağıdakılardır: cinayətin törədilməsi; iddiaçının maddi və mənəvi zərərə məruz qalması; cinayət əməli ilə zərər arasında səbəb əlaqənin olması. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özünün sübuta yetirməli və məhkəməyə müvafiq sübutları təqdim etməli olduğu mülki prosesdən fərqli olaraq (AR MPM-in 77-ci maddəsi), cinayət prosesində mülki iddianın sübuta yetirilməsi cinayət prosesini həyata keçirən dövlət orqanlarının və vəzifəli şəxslərin vəzifəsidir. Mülki prosesdə iddiaçının iddiadan imtina etməsi və ya tərəflər arasında barışıq sazişinin bağlanması iş üzrə icraata xitam verilməsinə gətirib çıxarır. Cinayət prosesində iddiaçının iddiadan imtina etməsi və onun cavabdehlə barışıq sazişi bağlaması, bir qayda olaraq vəzifəli şəxsləri ödənilməli olan zərərin əsaslarını, xarakterini və məbləğini sübuta yetirməkdən azad etmir. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı tam və ya qismən təmin edə bilər, onu rədd edə bilər, yaxud da baxılmamış saxlaya bilər. İddia üzrə qərar hökmə üzvi surətdə daxil olur və hökmün müttəhimin təqsirliliyi məsələsi üzrə məhkəmənin qərarı ilə ayrılmaz surətdə bağlı zəruri elementinə çevrilir. İddianı, bəzən təcrübədə edildiyi kimi, məhkəmənin əlavə qərardadı ilə həll etmək yolverilməzdir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, sonuncunun isə təqsirli olduğu qənaətinə gəldikdə o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:

1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;

2. bu zərər nəticə etibarilə ödəniləndirmi;

3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;

4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı tam və ya qismən təmin edir; b) onu rədd edir; c) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. İddianın təmin edilməsi haqqında qərar yalnız təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirli bilindikdə, yəni ittiham hökmü çıxarıldıqda qəbul edilə bilər. Bu zaman, hansı ittiham hökmünün çıxarılması mühüm deyil – cəza təyin edilməklə, cəza təyin edilməməklə və ya müttəhimi ona verilmiş cəzadan azad etməklə. Həmçinin, zərərçəkmişə (mülki iddiaçıya) zərərin vurulub-vurulmaması, zərərin maddi zərər olubolmaması və müttəhimin təqsirli bilindiyi cinayətlə səbəb əlaqəsində olub-olmadığı suallarına müsbət cavab verilməlidir. Zərər mövcuddursa və maddi zərərdirsə və müttəhimin hərəkətləri nəticəsində vurulubsa, lakin bu hərəkətlər qeyri-cinayət hərəkəti sayılırsa, iddianın təmin edilməsi üçün şərtlərdən biri mövcud olmur. Zərər mövcuddursa və maddi zərərdirsə, lakin müttəhimin törədilməsində təqsirli bilindiyi cinayətlə deyil, başqa cinayətlə vurulan zərərdirsə, yenə də cinayət prosesində iddianın təmini üçün əsas yoxdur, belə ki, zərərlə cinayət arasında qanun tələb etdiyi səbəbli əlaqə yoxdur. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslarının sübuta yetirilməsindən asılı olaraq, ittiham hökmü çıxarılarkən həm iddianın təmin edilməsi, həm də rədd edilməsi mümkündür. İddianın əsasını qeyd etməklə yanaşı prosessual qanunvericilik, həmçinin iddianın məbləğinin iddianın təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmə qərarına təsir edə biləcəyini xatırladır. İddianın əsası sübuta yetirilmədikdə, onun qismən də olsa təmin edilməsi mümkün deyil. Bu halda iddia tamamilə rədd edilməlidir. Lakin iddianın əsasını təşkil edən faktlar müəyyən edilərsə, iddianın məbləği artırılmış olduğu mülahizəsi ilə onu rədd etmək olmaz. Belə olan halda iddia ən azı qismən təmin edilməlidir. Bu halda iddianın tam təmin edilməsi üçün əsasın olmadığına görə deyil, onun məbləği təsdiq olunmadığına görə qismən təmin edilməlidir. Cinayət hadisəsinin müəyyən edilməməsi zərər vurmuş hərəkətlərin törədilməsi faktının təsdiq edilmədiyini göstərir. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində iştirakının sübuta yetirilməməsi iddia üçün əsasın olmadığını təsdiq etmir, yalnız həmin təqsirləndirilən şəxsin cinayət əməlinə aidiyyəti olmadığını müəyyən edir və iddianın lazımi cavabdehə qarşı irəli sürülmədiyini göstərir. Cinayət tərkibinin olmadığına görə bəraət o deməkdir ki, iddiaçının ona vurulmuş ziyanla əlaqələndirdiyi hərəkətlər həqiqətən törədilib və onun tərəfindən ya bilmədən, ya da əməlin ictimai təhlükəliliyini istisna edən hallarda törədilib. Qeyd edilən əsasla bəraət prinsip etibarilə bəraət verilən şəxsin zərərə görə mülki məhkəmə icraatı qaydasında məsuliyyətini istisna etmir, lakin iddianın cinayət prosesində təmin olunması ehtimalını istisna edir, belə ki, cinayət prosesində belə təmin etmənin vacib şərti zərərin cinayətlə vurulmasıdır. Belə hallarda iddia baxılmadan saxlanılır. İddianın baxılmadan saxlanılması iddiaçıya bəraət verilən şəxsə qarşı iddia verməyə (mülki məhkəmə icraatı qaydasında) və bu zaman ittihamın məzmununu təşkil edən faktlara istinad etməyə mane olmur. Cinayət prosesində mülki iddianın predmeti maddi, yəni pulla ifadə oluna bilən ziyanın ödənilməsi haqqında tələbdir. Cinayət nəticəsində vurulan maddi ziyanın ödənilməsi haqqında tələb iş üzrə icraat prosesində təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin və ya anlaqsız şəxsin hərəkətlərinə görə qanunla maddi məsuliyyət daşıyan digər şəxsə (fiziki, hüquqi) qarşı irəli sürülə bilər. Lakin cinayət işində mülki iddianın qaldırılması imkanı sonsuz deyil. Belə iddia təkcə bir şəxsin başqa şəxsə ziyan vurduğuna görə deyil, həm də bu şəxs tərəfindən (ziyan vuranın) bilavasitə ziyanın vurulmasına səbəb olan və istintaqın və (və ya) məhkəmə baxışının predmeti olan cinayətin törədilməsində təqsirləndirildiyinə görə irəli sürülə bilər. Əgər cinayətin törədilməsində təqsirləndirilən şəxs həqiqətən ziyan vurubsa, lakin həmin ziyan araşdırılan və məhkəmə tərəfindən baxılan cinayət işinin predmeti olan cinayətlə vurulmayıbsa, o zaman bu cinayət işi çərçivəsində ona qarşı iddia irəli sürülə bilməz. Cinayət-prosessual qanunu cinayət prosesində mülki iddianın qaldırılmasının mümkünlüyünü qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən asılı olmayaraq, cinayətlə əlaqələndirir. Cinayət Məcəlləsi ilə qadağan olunmuş əməlin lazımi müdafiə və ya son zərurət vəziyyətində törədilməsi zamanı şəxs cinayət məsuliyyəti daşımır, belə ki, bu cür əməllər cinayət sayılmır. Lakin bu hallarda mülki-hüquqi məsuliyyət müxtəlif cür həll olunur. Zəruri müdafiə hədləri aşılmadığı hallarda vurulmuş ziyan ödənilmir. Bu, o deməkdir ki, zəruri müdafiə vəziyyətində hərəkət edən şəxs barəsində bəraət hökmü çıxarıldıqda, məhkəmə mülki iddianı təmin etməməlidir. Əgər ziyan son zərurət vəziyyətində vurulubsa, o zaman onu vuran şəxs tərəfindən vurulmuş ziyan ümumi qaydaya əsasən ödənilməlidir. Məhkəmə belə ziyanın vurulduğu halları nəzərə almaqla, onu ödənilməsi üzrə məsuliyyəti üçüncü şəxsin (ziyan vuran onun maraqları naminə hərəkət etdikdə) üzərinə qoya, yaxud həm bu üçüncü şəxsi, həm də ziyan vuranı bu ziyanın ödənilməsindən tam və ya qismən azad edə bilər. Deməli, Cinayət Məcəlləsi ilə qadağan edilən əməli son zərurət vəziyyətində törətmiş şəxs barəsində bəraət hökmü çıxararkən, mülki iddia baxılmadan saxlanılmalıdır. Məhkəmə iclasında cinayət işinə xitam verilməsi zamanı, məhkəmə iddianı baxılmadan saxlamalıdır, belə ki, o, yalnız hökmdə həll oluna bilər. Cinayət Məcəlləsinin qadağan etdiyi əməlin anlaqsız şəxs tərəfindən törədilməsi nəticəsində ziyan vurulduğu halda, iddia baxılmadan saxlanılmalıdır. Belə ki, qanun öz hərəkətlərinə görə cavab verə bilməyən və ya hərəkətlərini idarə edə bilməyən şəxsin üzərinə hüquqi məsuliyyətin qoyulmasına yol vermir. Lakin qanun bu ümumi qaydadan bəzi istisnalar da edir: 1) əgər ziyan vuran spirtli içkilər, narkotik vasitələr qəbul etməklə və ya digər üsulla özü-özünü hərəkətlərini dərk etməyəcək və ya onları idarə edə bilməyəcək hala gətirdiyi hallarda, o, məsuliyyətdən azad edilmir. Bu halda ziyan vuranın məsuliyyətindən danışmaq olar, belə ki, onun təqsiri özünü anlaqsız vəziyyətə gətirməsində görülür; 2) zərərçəkmişin həyat və sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən, zərərçəkmişin və ziyan vuranın maddi vəziyyəti, həmçinin digər hallar nəzərə alınmaqla, ziyan vuranın üzərinə qoyulması. Zərərçəkmişin bu sosial müdafiə tədbiri mahiyyətinə görə, azyaşlı və fəaliyyət qabiliyyəti olmayan şəxslər tərəfindən vurulduğu zaman ziyanın bilavasitə ziyan vuranların üzərinə qoyulmasının mümkünlüyü ilə eynidir; 3) ziyanın vurulması üzrə öhdəlik ziyan vuranın üzərinə deyil, onun həyat yoldaşının və yaxın qohumlarının – valideynlərinin və ya yetkinlik yaşına çatmış övladlarının üzərinə qoyula bilər. Bu, ziyan vuranın psixi pozğunluğu barədə əvvəlcədən məlum olduğu, lakin onun fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması məsələsi vaxtında qaldırılmadığı hallarda mümkündür. Bu halın baş verməsi üçün yuxarıda qeyd edilən şəxslərin təqsirinin müəyyən edilməsi tələb olunan məsuliyyət kimi tövsif etmək olar. Bu zaman onlar yalnız fəaliyyət qabiliyyətli olmaları və ruhi xəstə ilə birlikdə yaşamaları şərtilə məsuliyyətə cəlb oluna bilərlər. Cinayət əməli törədildiyi anda, qanuna görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədildikdə, ziyanın ödənilməsi öhdəliyi valideynlərin, qəyyumların və himayəçilərin öz üzərinə qoyulur. Cinayət işində mülki iddianın irəli sürülməsi üçün ikinci əsas cinayət əməli nəticəsində ziyanın mövcud olmasıdır. Ziyan həm zərərçəkmişin əmlakına (məhvetmə, zədələmə, oğurlama və s.), həm də onun qeyri-maddi nemətlərinə (həyat, sağlamlıq, azadlıq və s.) təsirin nəticəsi ola bilər. Sonuncular həmişə pulla ifadə olunmur. Cinayətin nəticələrini ölçmək, müəyyən vahidlə qiymətləndirmək mümkün olduqda, onlar maddi ziyanı təşkil edir. Cinayətin nəticələrinin iqtisadi mahiyyəti və dəyər forması olmadıqda, onlar qeyri-maddi ziyan hesab olunur, bunlara mənəvi ziyan aiddir. Cinayət prosesində mülki iddiaya baxıldığı zaman vurulmuş ziyanın məbləği də əhəmiyyət kəsb edir. O, həm də törədilən əməlin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsinə təsir edir, bir sıra hallarda isə cinayətin tövsifini də müəyyən edir. Ziyanın məbləği nəzərə alınmaqla, iddiaçı iddianın qiymətini göstərir, məhkəmə isə ödənişin məbləğini müəyyən edir. Vətəndaşların və ya təşkilatların əmlakına cinayət əməli nəticəsində ziyan vurulduğu halda, bütün hallarda ziyanın məbləği məhkəmə qərarı çıxarıldığı an həmin ərazidə qüvvədə olan qiymətlərlə hesablanır. Cinayət prosesində mülki iddiaya baxılmasının zəruri əsaslarından biri cinayətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasıdır. Ziyan vuranın davranışı ziyanlı nəticənin baş verməsi ehtimalını həqiqətə çevirdiyi, yaxud istənilən halda onun baş verməsinin konkret ehtimalını şərtləndirdiyi hallarda səbəb əlaqəsi hüquqi əhəmiyyətli hesab oluna bilər. Ziyan vuranın davranışı ziyanın vurulmasının yalnız mücərrəd ehtimalını şərtləndirdiyi hallarda, ziyan vuranın davranışı ilə ziyan arasında hüquqi əhəmiyyətli səbəb əlaqəsi olmur. Hüquqi əhəmiyyətli səbəb əlaqəsi adətən zəruri, hüquqi baxımdan isə təsadüfi adlanır. Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən birinin hərəkəti (hərəkətsizliyi) digər şəxs tərəfindən cinayətin törədilməsini yüngülləşdirirsə (şərtləndirirsə), lakin bu cinayətin səbəbi deyil, onun törədilməsinə səbəb olan haldırsa, o zaman ziyanın birgə vurulması əlamətləri olmur. Belə hallarda ziyanın vurulmasına görə məsuliyyəti onu bilavasitə vuran şəxs daşıyır. Cinayət prosesində mülki iddia üzrə icraat prosessual fəaliyyətin bir-birinə qarşı duran subyektlərinin – iddiaçı və cavabdehin olmasını nəzərdə tutur. Onlardan birincisi mülki iddianın dəstəklənməsi funksiyasını, ikincisi isə əks funksiyanı həyata keçirir, onu mübahisələndirir, onun təmin olunmasına etiraz edir. Bu şəxslər mülki iddia üzrə icraat çərçivəsində mərkəzi yer tutur. Onların bu işdə bilavasitə iştirakı mülki iddiaya aid halların tam, obyektiv və hərtərəfli baxılmasının, onun mahiyyəti üzrə düzgün baxılmasının təminatıdır. Cinayət-prosessual qanunvericiliyinə əsasən cinayət prosesində mülki iddiaçı cinayət əməli nəticəsində maddi zərər çəkmiş fiziki və ya hüquqi şəxs ola bilər. “Mülki iddiaçı” və “zərərçəkmiş” anlayışları eyni mənalı anlayışlar deyildirlər. Cinayət-Prosessual Məcəlləsində Cinayət Məcəlləsindən fərqli olaraq, zərərçəkmiş anlayışı dar mənada istifadə olunur. Cinayət hüququnda cinayətlə bu və ya digər ziyan vurulmuş hər hansı şəxs (o cümlədən də hüquqi şəxs) zərərçəkmiş hesab olunur. Bu mənada mülki iddiaçı hər zaman cinayət əməli nəticəsində zərərçəkmişdir. Cinayət prosesində zərərçəkmiş anlayışı prosesin iştirakçısı mənasında istifadə olunur. Burada zərərçəkmiş – cinayətlə mənəvi, fiziki və ya əmlak ziyanı vurulmuş vətəndaşdır. Ümumi qaydaya görə, vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, həmçinin hüquqi şəxsə vurulmuş ziyan həmin ziyanı vurmuş şəxs tərəfindən ödənilməlidir. Şəxs tərəfindən cinayətin törədilməsi faktı bu şəxsin cinayət məsuliyyəti üçün, cinayətlə maddi ziyanın vurulması faktı isə – onun mülki məsuliyyəti üçün əsasdır. Beləliklə, bir şəxsdə həm iş üzrə təqsirləndirilən şəxs, həm də mülki iddia üzrə cavabdeh birləşir (təqsirləndirilən şəxs – cavabdeh). Lakin bir sıra hallarda qanun maddi məsuliyyəti təqsirləndirilən şəxsin üzərinə deyil, cinayət prosesində mülki cavabdeh mövqeyində olan üçüncü şəxslərin üzərinə qoyur. Təqsirləndirilən şəxs mülki fəaliyyət qabiliyyətinə malik olmadıqda, mülki cavabdeh qismində valideynlər, qəyyumlar, himayəçilər və digər şəxslər, həmçinin təqsirləndirilən şəxsin cinayətkar əməlləri ilə vurulmuş ziyana görə qanunla maddi məsuliyyət daşıyan idarə, müəssisə və təşkilatlar cəlb oluna bilər. Cinayət işində iddia üzrə mülki cavabdeh, həmçinin aşağıdakı üçüncü şəxslər ola bilərlər 1) təşkilatlar – əmək (xidməti) vəzifələrinin icrası zamanı işçilərin təqsiri üzündən ziyan vurulduğu halda; 2) müvafiq dövlət orqanları təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin yanlış xidməti hərəkətləri nəticəsində ziyan vurulduğu halda; 3) dövlət idarələri – onların vəzifəli şəxslərinin inzibati idarəetmə sahəsində yanlış xidməti hərəkətləri ilə ziyan vurulduğu halda. Təşkilatın məsuliyyəti qanunla nəzərdə tutulan hər iki hal mövcud olduqda yaranır: ziyan təşkilatın işçisinin üzündən və onun tərəfindən xidmət vəzifələrin icrası zamanı vurulduqda. Bu zaman işçinin təqsiri həm qəsdən, həm də ehtiyatsızlıq üzündən ola bilər və ona həm vəzifə cinayəti, həm də vəzifə cinayətinə aid olmayan, lakin həmin şəxsin xidməti (əmək) sahəsində törədilən cinayət hesab oluna bilər. Beləliklə, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə zərər vurulduqda, təqsirləndirilən şəxs və cinayət prosesində mülki cavabdeh mövqeyində olan yuxarıda qeyd edilən üçüncü şəxslər də mülki-hüquqi məsuliyyət daşıyırlar. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. Bu kriteriyalara cavab verməyən hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (CPM-in 179-cu maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməsi hüquqi normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmanı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin olunmalı, Təqsirləndirilən şəxs 10.000 (on min) manat tutularaq Zərərçəkmiş şəxs4 ödənilməli, mülki iddianın qalan hissəsi sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 – 25 fevral 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 fevral 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,390 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 10.000 (on min) manat tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs4 mülki iddiası qalan hissədə təmin edilməsin. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 40 (qırx) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 240 (iki yüz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar