Məhkəmə qərarları › İş №1(010)-81/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-81/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-81/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, X1, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X9 küçəsi, ev 62m/26 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-76/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhkum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2. 2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, rəsmi sənədləri talamış, həmçinin təkrarən və qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq özgənin əmlakını gizli talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 24 dekabr 2023-cü il tarixdə saat 01 ilə 08 radələri arasında Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub oradan 1000 manat dəyərində 76 mm diametrində, hər biri 6 metr olmaqla 5 ədəd ümumilikdə 30 metr uzunluğunda dəmir boruları tamah niyyəti ilə gizli talayıb oğurluq etmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1000 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 07 radələrində ünvan 4 ünvanda dayanmış Zərərçəkmiş şəxs4 yol vərəqəsi əsasında idarə etdiyi, Changan markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini sındırıb salonda olan rəsmi sənəd hesab edilən Zərərçəkmiş şəxs4 məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, xidməti vəsiqəsini, bank kartlarını və 1060 manat nəğd pulunu tamah niyyəti ilə gizli talayıb oğurluq etmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs4 1060 manat maddi ziyan vurmuşdur. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə hasardan tullanmaqla qanunsuz daxil olub oradan ümumi dəyəri 1000 manat təşkil edən 1000 metr uzunluğunda 2.5/4 diametrli elektrik naqillərini tamah niyyəti ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən yaşayış sahəsinə qanunsuz daxil olub oradan ümumi dəyəri 800 manat təşkil edən 350 manat və 150 manat dəyərində 02 ədəd su nasosu, 300 manat dəyərində 01 ədəd su qızdırıcısım gizli olaraq talamaqla ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamın yalnız bir epiodunu qəbul edir. Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən yaşayış sahəsinə daxil olub, oradan iki deyil, bir ədəd su nasosu və bir ədəd su qızdırıcısı oğurlamışdır. Başqa oğurluq əməli törətməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində özünü tam təqsirli bilməyinin səbəbi o olmuşdur ki, onun ya qeyd edilən ittihamları qəbul etməsi, ya da evinə bir kiloqram narkotik vasitə qoyulması barədə ona psixoloji təzyiq olmuş, o da məcbur qalıb etirafedici ifadə vermişdir. Sonda himayəsində iki azyaşlı uşağı olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, usta olduğundan tikinti yerlərinə baxır və iş yeri olduğu halda onu götürmələrini xahiş edir. 15 aprel 2024-cü il nahardan sonra iş tapmaq üçün evdən çıxmışdır. Hövsan qəsəbəsində bir qədər gəzdikdən sonra saat 20 radələrində Bağlar yaşayış massivi ərazisində fərdi evi görmüşdür. Həmin zaman oğurluq etmək qərarına gəlmiş, lakin həmin tikili hasarla əhatə olunduğundan oraya daxil olmaq üçün yol axtarmışdır. Nəticədə hasardan tullanmaq qərarına gəlmiş, ətrafa baxmış, heç kəsin onu görmədiyindən əmin olmuş, darvaza bağlı olduğu üçün hasardan tullanaraq həmin evin həyətinə daxil olmuşdur. Həyətdə sağa sola baxmış və oğurlamaq üçün əşya axtarmışdır. Orada dərhal sata biləcəyi tikinti materiallarını axtarmağa başlamışdır. Həyətdə olan iki ədəd su nasosunu və bir ədəd aristonu götürmüşdür. Daxil olduğu qaydada ordan çıxmışdır. Həmin əşyaları Suraxanı rayonu, Hövsan qəsəbəsində əvvəldən tanıdığı Şahid metal qəbul məntəqəsində satmışdır. Həmin şəxs ondan metalları ümumilikdə 30 manat ödəməklə almışdır. Həmin pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 04 mart 2023-cü il nahardan sonra iş tapmaq üçün evdən çıxmışdır. Hövsan qəsəbəsində bir qədər gəzdikdən sonra Bağlar yaşayış massivi ərazisində natamam tikili görmüşdür. Həmin zaman oğurluq etmək qərarına gəlmiş, lakin həmin tikili hasarla əhatə olunduğundan oraya daxil olmaq üçün yol axtarmışdır. Nəticədə hasardan tullanmaq qərarına gəlmiş, ətrafa baxmış və heç kəsin onu görmədiyindən əmin olmuşdur. Darvaza bağlı olduğu üçün hasardan tullanaraq həmin evin həyətinə daxil olmuşdur. Həyətdə sağa sola baxmış və oğurlamaq üçün əşya axtarmışdır. Lakin həyətdə dəyərli bir əşyanın olmadığını görüb evə daxil olmaq qərarına gəlmişdir. Evin ətrafında dolaşmış və orada olan plastik pəncərəni görmüşdür. Pəncərədə dəmir barmaqlıqlar olmadığından pəncərəyə doğru yaxınlaşmış və əli ilə pəncərəni bir neçə dəfə itələyərək açmışdır. Evə daxil olduqda təmirsiz olduğunu, təmirin tamamlanmadığını görmüşdür. Orada dərhal sata biləcəyi tikinti materiallarını axtarmağa başlamışdır. Bir qədər axtardıqdan sonra divarda borunun içərisində elektrik naqillərinin olduğunu görmüşdür. Həmin naqilləri əli ilə dartaraq özünə doğru çəkmiş və oradan tapdığı ağ kisənin içərisinə yığmışdır. Kisə tam dolduqdan sonra evə yenə baxış keçirmi və heçnə tapa bilmədiyi üçün evdən çıxmışdır. Həyətdən isə içəri tərəfdən darvazanı açaraq çıxmışdır. Buradan çıxdıqdan sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “FHN Akademiyasının” arxasında yerləşən boş sahəyə gəlmiş və orada həmin naqilləri yandırmışdır. Naqilləri yandırdıqdan sonra yerdə qalan misi oradan tapdığı paketə yığmış və həmin misi Suraxanı rayonu, Hövsan qəsəbəsində əvvəldən tanıdığı Şahid metal qəbul məntəqəsində satmışdır. Həmin şəxs ondan o metalları ümumilikdə 35 manat ödəməklə almışdır. Həmin pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa ona pul lazım olduğu üçün 24 dekabr 2023-cü il tarixdə saat 01 radələrində o Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda tanımadığı bir şəxsin fərdi yaşayış evinin hasarına yaxınlaşmışdır. Hasaradan baxıb həyətdə 30 ədəd 6 metrlik boruların olduğunu görmüşdür. Həyətə daxil olub həmin boruları həyətdən küçəyə çıxartmış və aparıb Suraxanı rayonu, Hövsan qəsəbəsində əvvəldən tanıdığı Şahid metal qəbul məntəqəsində satmışdır. Həmin dəmir borulan dəqiq neçəyə satdığını və boruların diametrini xatırlamır. Bundan başqa o 2024-cü ilin yanvar ayının ortalarında saat 01 radələrində ona pul lazım olduğu üçün Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yolun kənarında dayanmış Changan markalı avtomobilə yaxınlaşmış və avtomobilin qabaq sağ şüşəsini sındırıb avtomobilin salonundan bir ədəd pul qabını götürüb içərisinə baxmışdır. Pul qabının içərisində pul və sənədlər olmuşdur. O həmin pul qabını cibinə qoymuş və oradan uzaqlaşmışdır. Pulları saymadan cibinə qoymuş və pul qabını yolun kənarında atıb getmişdir. Oğurladığı pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Oğurladığı əşyaları Xanoğlana satarkən əşyaların özünə məxsus olduğunu bildirmişdir. Oğurluq hadisələrini törədərkən onu kənardan görən olmamışdır. O törətdiyi oğurluq hadisələri barədə heç kəsə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarxdə saat təqribən 13:50 radələrində Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində fərdi yaşayış evimə gəldikdə naməlum şəxs və ya şəxslər tərfmdən 01 ədəd su qızdıncısının və 02 ədəd su matorunun oğurlandığını aşkar etmişdir. Oğurlanan nasoslardan birinin qiyməti 350 manat digərinin qiyməti isə 150 manat olmuşdur. Su qızdıncısmın qiyməti isə 300 manat olmuşdur. Ona hadisə nəticəsində 800 manat ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında özü üçün ev tikdirir. Həmin evin inşası hələ də tam başa çatmamışdır, hal hazırkı günə kimi orada təmir işləri gedir. O mütəmadi olaraq həmin evə getmiş, ustalara nəzarət edib lazım olan tikinti materiallarını alıb gətirmişdir. Lakin 04 may 2024-cü il tarixdə saat 09 radələrində həmin tikiliyə gedən zaman oranın qapısının açıq olduğunu aşkar etmişdir. Həmçinin ətrafa baxış keçirdikdə tikilinin plastik pəncərəsinin də açıq olduğunu görmüş, oğru girməsindən şübhələnmiş və dərhal tikiliyə daxil olmuşdur. Tək- tək otaqları gəzərək buraya baxış keçirmişdir. Baxış zamanı buraya quraşdırılmış 2,5/4 mm diametrli kabellərin yerində olmadığını aşkar etmişdir. Tam əmin olmaq üçün kabellərin olduğu yerə daha da yaxınlaşmış və ətrafa baxmışdır. Bu zaman 2,5/4 mm diametrli kabellərin buradan sökülərək oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona məxsus 1000 metr uzunluğunda 2,5/4 mm diametrli kabel oğurlanmış və ona hadisə nəticəsində 900 manat maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Hökm çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. ünvan 8 ünvanında əri Rizvan və oğlu Adillə birlikdə yaşayır. Yaşadığı ev fərdi yaşayış evidir. Ev bir mərtəbəli binadan və həyətyanı sahədən ibarətdir. 24 dekabr 2023-cü il tarixdə səhər saatlarında o yaşadığı evdən həyətə çıxmış, bu vaxt həyətdə qoyduqları 76 mm diametrində, hər biri 6 metr olmaqla 30 ədəd ümumilikdə 180 metr uzunluğunda dəmir boruların yerində olmadığını aşkar etmişdir. Həmin dəmir boruları onlar həyətə yığmışlar. Borular 23 dekabr 2023-cü il tarixədək, yəni həmin gün onlar yatmağa gedənədək evin həyətində olmuşdur. Lakin 24 dekabr 2024-cü il tarixdə səhər saat 08 radələrində o həyətə çıxarkən boruların yerində olmadığını görmüş. Həmin boruları nə o, nə də ailə üzvləri heç kəsə satmamışlar. O boruların oğurlandığına əmin olduqdan sonra DİN-in 102 xidmətinə zəng edib məlumat vermişlər. Bundan sonra polis əməkdaşları gələrək evin həyətinə baxış keçirmişlər. Əlavə olaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ərizə yazaraq müraciət etmişdir. Həmin boruları o şəxsi vəsaiti hesabına almışdır. Borular ona məxsus olmuşdur. Həmin boruların 1 ədədini o 35 manata almışdır. Həmin 30 ədəd borunun oğurlanması nəticəsində ona 1050 manat maddi ziyan dəymişdir. Həmin dəmir borular 24 dekabr 2023cü il tarixdə saat təxminən 01 ilə 08 radələri arasında oğurlanmışdır. Heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, khazar changan reaton minik markalı **-AH-*** qeydiyyat nişanlı avtomobil «KOBİA» Kiçik və orta Biznesin inkşafı Agentliyinə məxsus olmuşdur. O «Kobia» Kiçik və orta Biznesin inkşafı Agentliyində 2022-ci il tarixdən sürücü işlədiyi və həmin avtomaşını yol vərəqəsi ilə idarə etmişdir. Khazar changan reaton minik markalı **- AH-*** qeydiyyat nişanlı avtomobil 01 yanvar 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixə kimi ona həvalə edilmiş avtomobil yalnız onun istifadəsində qalmışdır. Hər gün axşam saat 19 radələrində işdən evə Khazar changan reaton minik markalı **-AH-*** qeydiyyat nişanlı avtomobillə gəlir, avtomobili yaşadığı ünvan 4 ünvanın qarşısında saxlayır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində yaşadığı Suraxanı rayonu Y/Suraxanı qəsəbəsi Göl küçəsi 33c saylı evdən çıxıb işə getmək üçün yol vərəqəsi ilə idarə etdiyi khazar changan reaton minik markalı **-AH-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşda avtomobilin sağ qabaq yan şüşəsini sındırıldığını görmüşdür. O avtomobilin salonda sürətlər qutusunun yanında saxladığım ona məxsus olan pul kisəsinin içərsində 1060 manat olan pul vəsaiti, 1 ədəd kapital bankomata məxsus əmək haqqı kartı, bir ədəd kapital bankomata məxsus kaşbek kartı, bir ədəd LEO kartı, bir ədəd Unibank kartı, şəxsiyətini təstiq edən vəsiqə və sürücülük vəsinqəsinin yerində olmadığını aşkar etmişdir. O bundan sonra oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikasının DİN-nin 102 xidməti-zəng mərkəzinə məlumat vermiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş, onlar hadisə yerinə baxış keçirmişlər. Həmin günün səhərsi ona tanımadığı bir şəxs zəng vuraraq ona məxsus pul kisəsinin içərsindəki 1 ədəd kapital bankomata məxsus əmək haqqı kartımı, bir ədəd kapital bankomata məxsus kaşbek kartı, bir ədəd Leo kartı, bir ədəd Unibank kartı, şəxsiyətini təsdiq edən vəsiqə və sürücülük vəsiqəsini Suraxanı rayonu Ramanı qəsəbəsi türmənin yaxınlığındakı ərazidə tapdığını bildirmiş və tanımadığı həmin şəxsdən qeyd etdiyi sənədləri götürmüşdür. Sonda şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o hazırda Hovsan qəsəbəsində metal qəbulu məntəqəsi işlədir. Hacı adlı şəxsi Hövsan qəsəbə sakini kimi tanıyır. Onunla hər hansı yaxınlığı və digər münasibəti olmamışdır. Dəqiq tarixlərini xatırlamadığı vaxtlarda bir neçə dəfə o Hacı adlı şəxsdən 02 ədəd su nasosu, 01 ədəd Ariston, mis elektrik naqilləri və 30 ədəd 6 metrlik boru almışdır. Həmin əşyalara görə Hacıya nə qədər pul verdiyini xatırlamır. Hacı həmin əşyaları ona satarkən əşyaların özünə məxsus olduğunu bildirmişdir. Onun Hacının həmin əşyaları oğurlamasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış materiala əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi ünvanına baxış keçirilmiş, müəyyən edilmişdir ki, fərdi yaşayış evlərinin sıx olduğu yerdə yerləşən fərdi yaşayış evinin həyətində olan saxlanc yerində hadisə baş verib. Həyətdə olan saxlanc yerinin qapısı plastik materialdan hazırlanmışdır. Saxlanc yerinin sahəsi 2-3 kv.m olar. Baxış zamanı müşahidə kameralarına rast gəlinməmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 6-8); cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 35-36); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51-53); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (i.v. 71-77); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 78-79); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 83); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış materiala əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 98); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi ərazisində yerləşən yeni inşa edilmiş iki mərtəbəli kürsülü evə baxış keçirilən zaman fərdi yaşayış evinin divarları ilə çəkilmiş elektrik naqillərinin yerində omadığı aşkar edilmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 104-106); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 118); cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 61); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 166); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış materiala əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 175); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 192-193); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış materiala əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 210); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 131); İşdə olan tələbnamədən və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə əməlin tövsif olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrə tövsif edilmişdir. (i.v. 259-261); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 263-264); ifadənin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisənin baş verdiyi yerdə yoxlanılmışdır (i.v. 283-289); Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun iki uşağı – xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs digər epizdolar üzrə təqsirli olmaması barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərər çəkmiş şəxslərin və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Dövlət ittihaçısı çıxışında Təqsirləndirilən şəxs CM-nin 326.2-ci maddəsi elan olunmuş ittihamdan imtina edərək, bildirmişdir, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxsç oğurladığı pul qabının içərisində olan pulları götürdükdən sonra zərərçəkmiş şəxsə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, xidməti vəsiqəsini və bank kartlarını yolun kənarına atmışdır. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs4 da öz ifadəsində pul kisəsinin içərisində ona məxsus 1060 manat pulun, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, xidməti vəsiqəsinin və bank kartlarının oğurlandığını təsdiq etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs niyyəti yalnız pul kisəsində olan pulun oğurlanmasına yönəldiyindən ona CM-nin 326.2-ci maddəsi ilə ittiham elan edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi xaric edilməlidir (çıxarılmaldır). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə (177.2.2) və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə (177.2.3) — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır; 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin əksəriyyətinin ona qarşı şikayətinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhəməsinin 7(010)-863/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hal, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, Bakı şəhəri Suraxanı Rayon Məhəməsinin 7(010)-863/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli (CM-76.6.3), ona CM-nin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-76/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin edilən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 66.5), tutulduğu müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı (CM 69.3), cəza çəkmə müddətinin əvvəli 24 avqust 2024-cü il tarixdən hesablanmalı, onun Xətai Rayon Məhkəməsinin 1(011)-76/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnin Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Məhkəmə, təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 22 (iyirmi iki) iş saatına görə 242 (iki yüz qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan “CM-nin 326.2” maddəsi xaric edilsin (çıxarılsın). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 7(010)-863/2023 nömrəli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-186/2021 nömrəli 24 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 19 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-76/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2024-cü ildən, 28 aprel 2024-cü ilə qədər, 06 may 2024-cü il tarixdən 08 may 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 24 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-76/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 22 (iyirmi iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 242 (iki yüz qırx iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar