Məhkəmə qərarları › İş №1(010)-82/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-82/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-82/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X11 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən , əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivində, nömrəsiz ünvanda yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə "İnstagram" sosial şəbəkəsində saç kəsimi üçün onlayn növbəyə elan etmiş və cinayətin törədildiyi vaxt ünvan 3 ünvandakı yaşadığı evdə olan Zərərçəkmiş şəxs9 ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrəylə qeydiyyatdan keçdiyi "WhatsApp" ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb özünü qadın müştəri kimi təqdim etmiş, danışıq zamanı ödənişi kart vasitəsi ilə edəcəyini bildirərək sonuncudan özünə məxsus 4098 5844 6217 2402 nömrəli "Leo Bank" plastik bank kartına dair məlumatları əldə etdikdən sonra istintaqla müəyyən edilməyən formada elektron məlumat daşıyıcısı hesab edilən həmin bank kartının balansındakı 1000 (min) manat pulu gizli olaraq özünə məxsus bank kartına köçürməklə nağdlaşdırıb Zərərçəkmiş şəxs9 1000 (min) manat maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə ünvan 4 ünvanında pasport qeydiyyatında olan, ünvan 5 yaşayan Zərərçəkmiş şəxs13 məxsus "Leo bank" kartından 1.025 manat pulu onlayn yolla gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 1.025 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə İ8 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə "İnstagram" sosial şəbəkəsində fincan satışı elan etmiş və cinayətin törədildiyi vaxt ünvan 6 ünvanındakı iş yerində olan Zərərçəkmiş şəxs6 ilə özünə məxsus 050- ***-**-** saylı mobil nömrəylə qeydiyyatdan keçdiyi "WhatsApp" ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb özünü alıcı kimi təqdim etmiş, danışıq zamanı ödənişi kart vasitəsi ilə edəcəyini bildirərək sonuncudan özünə məxsus 4098 5844 5042 4765 nömrəli "Leo Bank" plastik bank kartına dair məlumatları əldə etdikdən sonra istintaqla müəyyən edilməyən formada elektron məlumat daşıyıcısı hesab edilən həmin bank kartının balansındakı 1000 (min) manat pulu gizlin olaraq özünə məxsus bank kartına köçürməklə nağdlaşdırıb Zərərçəkmiş şəxs6 1000 (min) manat maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə "İnstaqram" sosial şəbəkəsində kosmetoloji məhsulları satışı ilə məşğul olan Zərərçəkmiş şəxs4 tərəfindən reklam olunan "Üz baxımı" səhifəsindən sonuncunun istifadə etdiyi ***-***-**-** saylı nömrənin "Whatsapp" ani mesajlaşma tətbiqinə atası X12 adına qeydiyyatda olan 077-305-43- 67 saylı mobil nömrəsindən mesaj yazaraq elan saytında satacağı məhsulla bağlı narahat etdiyini və kremi alacağını, bunun müqabilində 10 manat göndərəcəyini bildirib aldadaraq Zərərçəkmiş şəxs4 məxsus, "Leo Bank"-a aid olan 4098 5844 5851 6760 nömrəli plastik bank kartının şəklini əldə etdikdən sonra Zərərçəkmiş şəxs4 mobil telefonunda olan “Leo Bank” proqramına girərək təsdiq düyməsini basmasını dedikdən sonra mobil telefona yüklədiyi "CİB.AZ" tətbiqi vasitəsi ilə elektron məlumat daşıyıcısı olan və Zərərçəkmiş şəxs4 məxsus bank kartına qanunsuz müdaxilə edilərək 1023 manat pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 cəmi 1023 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 oktyabr 2022-ci il tarixdə saat 13:15 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə “İnstaqram” sosial şəbəkəsində qadın aksessuarları satışı ilə məşğul olan Zərərçəkmiş şəxs12 tərəfindən reklam olunan «Luneb.by» səhifəsindən sonuncunun istifadə etdiyi ***-***-**-** saylı nömrənin “Whatsapp" ani mesajlaşma tətbiqinə öz adına qeydiyyatda olan 077- ***-**-** saylı mobil nömrəsindən mesaj yazaraq elan saytında satacağı məhsulla bağlı narahat etdiyini və üzük alacağını, bunun müqabilində 14 manat göndərəcəyini bildirib aldadaraq Zərərçəkmiş şəxs12 məxsus, "Uni Bank"-a aid olan 4098 5844 5058 6811 nömrəli plastik bank kartının şəklini əldə etdikdən sonra Zərərçəkmiş şəxs12 mobil telefonunda olan “Uni Bank” proqramına girərək təsdiq düyməsini basmasını dedikdən sonra mobil telefona yüklədiyi "CİB.AZ" tətbiqi vasitəsi ilə elektron məlumat daşıyıcısı olan və Zərərçəkmiş şəxs12 məxsus bank kartına qanunsuz müdaxilə edilərək 785 manat pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 cəmi 785 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə Zərərçəkmiş şəxs11 məxsus "xxxx" kommersiya bankının təqdim etdiyi "Leobank" mobil bankçılıq xidmətinə aid elektron məlumat daşıyıcısı hesab edilən 4098 5844 5818 7869 nömrəli plastik bank kartın hesabına internet vasitəsilə qanunsuz daxil olaraq, qeyd olunan hesabdan vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq, hissə-hissə olmaqla ümumilikdə 1000 (bir min) manat pul vəsaitini "CİB" elketron pulqabı proqramından istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məşədilə 10 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə “Tap.az” sosial şəbəkəsində velosipedin 180 manata satılması ilə bağlı elan yerləşdirmiş X6 ilə vatsap proqramı vasitəsi ilə əlaqə saxlayıb həmin velosipedi almaq üçün beh göndərmək adı ilə Zərərçəkmiş şəxs5 istifadə etdiyi «Kapital bank» bank kartının nömrəsini əldə etdikdən sonra X1 hesabından 120 manat pulu gizli olaraq çıxarıb Elsəvər Zəkiyevə maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə "İnstagram" sosial şəbəkəsində ətirlərin satışını elan etmiş və cinayətin törədildiyi vaxt Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən H.Əliyev adına X7 X13 ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrəylə qeydiyyatdan keçdiyi "WhatsApp" ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb özünü alıcı kimi təqdim etmiş, danışıq zamanı ödənişi kart vasitəsi ilə edəcəyini bildirərək sonuncudan özünə məxsus 4098 5844 6447 5233 nömrəli "Leo Bank" plastik bank kartına dair məlumatları əldə etdikdən sonra istintaqla müəyyən edilməyən formada elektron məlumat daşıyıcısı hesab edilən həmin bank kartının balansındakı 1019 (min on doqquz) manat pulu gizlin olaraq olaraq özünə məxsus bank kartına köçürməklə nağdlaşdırıb zərərçəkmiş şəxs X10 1019 (min on doqquz) manat maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 oktyabr 2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə "İnstagram" sosial şəbəkəsində parça satışı elan etmiş və cinayətin törədildiyi vaxt ünvan 7 ünvanındakı yaşadığı evdə olan Zərərçəkmiş şəxs8 ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrəylə qeydiyyatdan keçdiyi "WhatsApp" ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb özünü alıcı kimi təqdim etmiş, danışıq zamanı ödənişi kart vasitəsi ilə edəcəyini bildirərək sonuncudan özünə məxsus 4098 5844 6471 4151 nömrəli "Leo Bank" plastik bank kartına dair məlumatları əldə etdikdən sonra istintaqla müəyyən edilməyən formada elektron məlumat daşıyıcısı hesab edilən həmin bank kartının balansındakı 1000 (min) manat pulu gizlin olaraq özünə məxsus bank kartına köçürməklə nağdlaşdırıb Zərərçəkmiş şəxs8 1000 (min) manat maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 yanvar 2023- cü il tarixdə saat 15:30 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə "CİB.az" elektron ödəniş sistemindən istifadə etməklə ünvan 8 ünvanında yaşayan X14 adına olan 4098-5844-6404-3990 saylı Unibanka məxsus Leobank plastik kart hesabına qanunsuz olaraq daxil olub həmin plastik kart hesabında olan 197 manat məbləğində pul vəsaitini öz istifadəsində olan +**********64 saylı mobil nömrəyə köçürməklə gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs10 Sərvan qızma 197 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli olaraq talamaq məqsədilə 10 yanvar 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə Şahid2 adına qeydiyyatdan keçirdiyi ***-***-**-** saylı mobil nömrəsindən istifadə etməklə X5 məxsus "Leo Bank"-a aid olan 4098 5844 6404 6950 nömrəli plastik kartından mobil telefonuna yüklədiyi "CİB.AZ" tətbiqi vasitəsi ilə elektron məlumat daşıyıcısı olan və Elsəvər Mehtiyevə məxsus bank kartına qanunsuz müdaxilə edərək 984 manat pulunu gizli olaraq talayıb, zərərçəkmiş şəxs Elsəvər Mehtiyevə ümumilikdə 984 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 25 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixə qədər olan müddət ərzində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə elektron məlumat daşıyıcısı olan CİB ve Portmanat elektron pul qabı proqramlarından istifadə etməklə vətəndaş X8 məxsus "xxxx" ASC-nin **********043999No-li «LEO» plastik kartının hesabından hissə-hissə olmaqla, ümumilikdə 698 (altı yüz doxsan səkkiz) manat məbləğində nəğd pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs X8 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 30 yanvar 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə elektron məlumat daşıyıcısı olan “CİB” və “Portmanat” elektron pul qabi proqramlarından istifadə etməklə vətəndaş Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC-nin **********377544 No-li «LEO» plastik kartının hesabından hissə-hissə olmaqla, ümumilikdə 1530 ( min büş yüz ) manat məbləğində nəğd pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi zayan vurmaqla oğurluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş itthamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində "İnstagram" adlı sosial şəbəkəsindən saçın kəsimi elan etmiş və bunu onlayn növbə üçün əlaqə nömrəsi qoyulmuş səhifədən mobil telefon nömrəni götürüb, özünə məxsus ***-***-**-** saylı mobil nömrənin "WhatsApp" adlanan proqram vasitəsilə müştəri adı ilə sms yazaraq özünü qadın müştəri kimi təqdim etmiş və danışıq zamanı ödənişi kart vasitəsi ilə edəcəyəyini onlayn növbə götürmək istədiyini bildirmişdir. Tanımadığı həmin onlayn növbəni qəbul edən şəxs ilə ödənişi necə edə biləcəyini qərar verərkən o, həmin şəxsdən onlayn ödəniş etmək üçün "Leo Bank" kartın nömrəsi istəmişdir. Bundan sonra həmin şəxs bu səbəbdən "Leo Bank" kartının üz şəkilini "WhatsApp" proqramı vasitəsilə ona göndərmişdir. Bundan sonra o, dərhal həmin şəxsin ona atdığı kart hesabından "CİB" proqramı vasitəsi ilə ümumilikdə 1000 (min) manat pulu xatırlamadığı, lakin özünün istifadə etdiyi karta köçürtmüşdür. O, həmin oğurlanan pulları da öz istifadəsi üçün xərcləmişdir. Bundan başqa o, müxtəlif vaxtlarda müxtəlif şəxslərə məxsus bank kartlarından elektron məlumat daşıyıcılarından yaxud informasiya texnologiyalarından istifadə etməklə müxtəlif məbləğlərdə pul oğurlamışdır. Zərərçəkmiş şəxs13 ərizəsi ilə tanış olaraq o, 2022-ci ilin sentyabr ayının əvvəllərində yenidən bank kartlarından elektron məlumat daşıyıcılarından yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmək üçün “İnstagram” sosial şəbəkəsində axtarış edərkən orada olan səhifələrin birinin hədiyyə satışı ilə məşğul olduğunu gördüyünü bildirmişdir. Həmin səhifəyə daxil olaraq özünə məxsus ***-***-**-** mobil nömrənin “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İnstagramda olan elanın ***-***-**-** “Watsapp” ani mesajlaşma sisteminə yazıb, özünü qadın kimi qələmə verərək, hədiyyə almaq istədiyini, həmin hədiyyənin pulunu isə onlayn olaraq kart vasitəsilə ödəmək istədiyini bildirmişdir. Qarşı tərəf etiraz etməyərək, kart vasitəsi ilə ödəniş olunmasının mümkün olduğunu bildirmiş, bundan sonra o, həmin şəxsdən kartın 16 rəqəmli şifrəsini istəmiş, qarşı tərəf ona “Rabitəbanka” məxsus 16 rəqəmli şifrəni göndərmişdir. O, “Unibanka” məxsus “Leo” kartından oğurluq etməyin yolunu bildiyindən həmin şəxsə qadın olduğunu yenidən deyərək, həyat yoldaşının Rusiya Federasiyasından pulu yalnız “Unibanka” məxsus “Leo” bank kartına göndərə biləcəyini yalandan deyərək, “Leo” bank kartının şifrəsi olarsa, ona göndərmələrini dedi ki, o da həmin kartdan “CİB.AZ” mobil tətbiqi vasitəsi ilə pul oğurlasın. Bundan sonra xx.xx.2022-ci il tarixdə ***-***-**-** “Watsapp” ani mesajlaşma sistemindən ona sms gələrək "xxxx"a məxsus “Leo” bank kartın 16 rəqəmli yəni, 4098 5844 6523 6733 rəqəmləri göndərilmişdir. O, dərhal “Cib.az” mobil tətbiqinə daxil olaraq, həmin 16 rəqəmli şifrəni ora daxil edərək, təsdiq olunmasını gözləmişdir. Bundan sonra o, telefon vasitəsi ilə səsini qadın səsinə çevirərək satış səhifəsində olan ***-***-**-** “Watsapp” ani mesajlaşma sisteminə səsli mesaj göndərərək, göndərilmiş kodu təsdiq olunmasını, bundan sonra karta ödəniş edə biləcəyini demiş, amma əslində kod təsdiq olunduqdan sonra həmin karta daxil olaraq kart üzərindən əməliyyatlar etmək istəyirmiş. Bir müddət sonra o, kodun təsdiq olunduğunu görərək, karta daxil olaraq orada olan 2.000 manat pulun 1.025 manatını oğurladıqdan sonra kart bloklandığından o, "xxxx" a məxsus 4098 5844 6523 6733 nömrəli “Leo” bank kartında qalan 975 manat pulu oğurlaya bilməmişdir. Bir müddət sonra isə həmin nömrə və digər nömrələrdən ona smslər və zənglər gəldiyində başa düşdü ki, kart sahibi kartdan oğurluq etdiyini anlayaraq ona zəng edir, o, isə həmin nömrələri bloklayaraq cavab verməmişdir. Bundan başqa o, idarə etdiyi **-CY-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" markalı minik avtomobili ilə taksi kimi fəaliyyət göstərir. 2022-ci ilin təxminən avqust ayında "Leo Bank" kartına məxsus "CİB" adlanan proqramı vasitəsi ilə onlayn yola pul çıxartmağın mümkün olduğunu internet vasitəsi ilə öyrənmişdir. Bundan sonra o, "Leo Bank" kartı üçün nəzərdə tutulmuş "CİB" adlı proqramı mobil telefonuna yükləyib öz adına və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə həmin proqramda qeydiyyatdan keçmişdir. Bu məqsədlə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 116 saylı orta məktəbdə birlikdə təhsil aldıqları X4 2022-ci ilin təxminən avqust ayında xahiş etmişdir ki, öz adına "Leo Banka" məxsus kart açdıraraq ona istifadə etməyi üçün versin. Mustafa da onun xahişini edərək həmin kartı adına alaraq ona vermişdir. Bundan sonra o, "Leo Bank" kartına məxsus "CİB" adlanan proqramı vasitəsi ilə onlayn yola pul çıxarılmasını tətbiq etmək üçün həmin sinif yoldaşı Mustafa Qələndərovun adına olan kartdan istifadə etməyə başlamışdır. Bu səbəbdən 18 sentyabr 2022-ci il tarixdə saat təxminən 22:00 radələrində "İnstagram" adlı sosial şəbəkəsindən fincan satışı səhifəsindən satış həyata keçirilməsi üçün qoyulan mobil telefon nömrəsini götürüb, özünə məxsus 050- ***-**-** saylı mobil nömrənin "WhatsApp" adlanan proqram vasitəsilə müştəri adı ilə sms yazaraq satışda olan bir ədəd fincan almaq istədiyini bildirmişdir. Tanımadığı həmin satışı həyata keçirən şəxs ilə bir ədəd fincanın qiymətini 5 manata danışıb ödənişi necə edə biləcəyini qərar verərkən o, onlayn ödəniş etmək üçün kart nömrəsi istəmişdir. Bundan sonra həmin şəxs bu səbəbdən ona "Kapital Bank" kartının üz şəkilini "WhatsApp" proqramı vasitəsilə ona göndərmiş, lakin o, həmin şəxsdən "Leo Bank" kartının olub-olmamasını soruşmuş və tələb etmişdir ki, həmin bank kartının şəkilini göndərsin. Bu səbəbdən həmin şəxsdə ona "Leo Bank" kartının üzərində olan 16 rəqəmi və həmin kartın bitmə tarixini göndərmişdir. Bundan sonra o, dərhal bir saat ərzində həmin şəxsin ona atdığı kart hesabından “CİB" proqramı vasitəsi ilə ümumilikdə 1000 manat pulu xatırlamadığı, lakin özünün istifadə etdiyi kart hesabına köçürdükdən sonra həmin şəxsi "blok" etmişdir. O, həmin oğurladığı pulları öz istifadəsi üçün xərcləmişdir. Bundan başqa o, bildirmişdir ki, X21 onun atasıdır, ***-***-**-** saylı mobil nömrəsi atasının adına qeydiyyatda olsa da o, azadlıqda olan zaman istifadə etmişdir. 30 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4 adına olan "xxxx" ASCyo məxsus **********516760 nömrəli bank kartına qanunsuz müdaxilə edilərək 1023 manat pulunu o, Naidəni aldadaraq ələ keçirmişdir. Belə ki, o, "İnstagram" sosial şəbəkəsində kosmetoloji məhsulları satmaq məqsədilə reklam olunmuş "Üz baxımı" səhifəsinə 30 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində atası X12 adına qeydiyyatda olan ***-***-**- ** saylı mobil nömrəsindən həmin səhifədə yerləşdirilən ***-***-**-** saylı nömrənin "Whatsapp" ani mesajlaşma tətbiqinə mesaj daxil yazaraq elan saytında satacağı məhsulla bağlı narahat etdiyini və kremi alacağını və bunun müqabilində 10 manat göndərəcəyini bildirmişdir. Bundan sonra pulu göndərmək üçün o, həmin nömrənin sahibindən kart hesabı istəmişdir. Həmin nömrəsini istifadə edən şəxs özünə məxsus, "Leo Bank"-a aid olan 4098 5844 5851 6760 nömrəli plastik bank kartının şəklini ona göndərmişdir. Kartının şəklini göndərdikdən sonra o, qadın adından yazaıaq bildirmişdir ki, pulu onun yodaşı karta Rusiya Federasiyasından göndərəcək və bunun üçün mobil telefonunda olan "Leo Bank" proqramına girərək ora gələn pulu təsdiq etsin ki, pul göndərə bilsin. O, isə istifadə etdiyi mobil telefona yüklədiyi "CİB.AZ" tətbiqi vasitəsi ilə yaşadığı Bakı şəhəri Suraxanı rayonu Zığ bağları yaşayış massivində nömrəsiz fərdi yaşayış evində həmin kartdan həmin şəxs mobil telefonunda olan "Leo Bank" proqramına girərək ora gələn pulun təsdiq etmiş və o, həmin kartdan təxminən 1020 manat pul çıxaraq özünə aid olan hesaba yükləmiş və sonra isə həmin pulu çıxardaraq öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa etdiyi cinayətlərin hamısını o, bu üsulla etmişdir. Bundan başqa 02 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində «İnstaqram» sosial şəbəkəsində qadın aksesuarları satdığı «Luneb.by» səhifəsinin reklamını görmüş və oradan yadında qalmayan nömrəni götürüb həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin nömrəyə bir xanım cavab vermişdir. O, həmin xanıma 14 manat dəyərində 01 ədəd üzüyü almaq istədiyini və səhər saatlarında ödəniş etdikdən sonra taksi ilə Xətai rayonuna göndərməyi bildirmiş və həmin xanım onunla razılaşmışdır. 02 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində o, öz istifadə etdiyi ***-***-**-** nömrəsi altında istifadə etdiyi «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə həmin xanıma mesaj yazıb ödəniş etməyi üçün ona kart şəklini göndərməyi xahiş etmişdir. Həmin xanım da ona "xxxx" ASC-yə aid 4098 5844 5058 6811 saylı bank kartının şəklini çəkib ona göndərmişdir. Bundan sonra o, Rusiya Federasiyasında olduğunu pulu oradan köçürəcəyini bildirib bunun üçün 0,5 qəpik komissiya çıxacağını və xanıma SMS vasitəsi ilə 0,5 qəpik komissiya çıxacağına dair mesaj gələcəyini həmin mesajı təsdiq etməyini bildirmişdir. O, isə istifadə etdiyi mobil telefona yüklədiyi "CİB.AZ" tətbiqi vasitəsi ilə yaşadığı Bakı şəhəri Suraxanı rayonu Zığ bağları yaşayış massivində nömrəsiz fərdi yaşayış evində həmin kartdan həmin şəxs mobil telefonunda olan "Uni Bank" proqramına girərək ora gələn pulun təsdiq etmiş və o, həmin kartdan təxminən 785 manat pulu təxminən 8 dəfəyə çıxaraq özünə aid olan hesaba yükləmiş və sonra isə həmin pulu çıxardaraq öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa 08 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində o, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bağları yaşayış massivində yerləşən fərdi həyət evində olan zaman özünə məxsus mobil telefon aparatı ilə "İnstagram" sosial şəbəkəsində maraqlı məlumatlara baxarkən qarşısına “Liko Dizayn” şirniyat mağazasının səhifəsi çıxmışdır. O, həmin səhifəyə daxil olaraq oradakı məhsullara baxış keçirən zaman görmüşdür ki, qeyd olunan səhifəni işlədən sonradan adının Ülviyyə olduğunu öyrəndiyi xanım şirniyyat sifarişi ilə bağlı ***-***-**-** mobil nömrəsini əlaqə nömrəsi kimi səhifəsində yazmışdır. Həmin vaxt o, həmin mobil nömrəsinin sahibi Ülviyyə adlı qadınla danışıb guya şirniyyat sifariş verəcəyini bildirərək, ödəniş etmək məqsədi ilə onun bank hesabını öyrənib oradan şəxsi ehtiyaclarını ödəmək üçün pul çıxartmağı barədə qərar vermişdir. Bu məqsədlə o, həmin vaxt istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Ülviyyə adlı xanımın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp” mobil tətbiq etməsi vasitəsi ilə zəng edərək sonuncuya bəzəkli şirniyat sifariş etmək istədiyini bildirmişdir. Bu zaman Ülviyyə xanım onunla razılaşaraq sifarişini hazırlamaq üçün ilk öncə beh olaraq müəyyən məbləğdə pul ödəməli olduğunu demişdir. O, da Ülviyyə ilə razılaşıb beh vermək üçün sonuncudan bank kartının şəklini istəmişdir. Ülviyyə də ona etiraz etməyib ona "Bank Respublika" ya aid bir bank kartının şəkilini göndərmişdir. O, "Bank Respublika" ya aid bank kartlarına elektron yolla müdaxilə edərək onların balansından pul çıxarda bilmədiyi üçün bir bəhanə gətirib Ülviyyədən başqa bir bank kartının kodunu istəmişdir. Bu zaman Ülviyyə ona "Leo" banka aid bir kartın hazırda xatırlamdığı 16 rəqəmli kodunu yazıb göndərmişdir. Bundan sonra o, Ülviyəyə məxsus "Leo" banka aid bank kartının balansına rahat şəkildə daxil olmaq üçün sonuncunu aldadaraq ona Rusiya Federasiyasından bacısının ona oranın pul vahidi olan rublla pul göndərəcəyini, həmin puluda onun kartına yönləndirən zaman komissya haqqı olaraq bir neçə qəpik pul tutulacağını deyib Ülviyyəyə gələcək mesajdakı kodu təsdiqləməsin! xahiş etmişdir. Ülviyyədə onun dediklərinə inanaraq onun "Leo" banka aid bank hesabına daxil olmaq üçün göndərdiyi mesajdakı kodu təsdiq etdikdən sonra o, dərhal qeyd etdiyi bank hesabına daxil olaraq oradan ardıcıllıqla üç dəfə hər dəfəsində 300 manat və bir dəfə 100 manat olmaqla ümumilikdə 1000 (bir min) manat pulunu "CİB" elektron pul qabı proqramı vasitəsi ilə hazırda kodunu xatırlamadığı özümə məxsus "Leo" banka aid hesabıma köçürtmüşdür. Həmin 1000 manat pul vəsaiti ona bəs etdiyi üçün bundan sonra o, Ülviyyəyə aid bank heasbına bir daha müdaxilə etməmişdir. Beləliklə o, Ülviyyəyə məxsus kartdan çıxartdığı ümumilikdə 1000 manat pul vəsaitini şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa təxminən 2022-ci ilin iyul-avqust ayından o, mobil nömrəsi ilə istifadə etdiyi “Samsunq” markalı mobil telefonun vasitəsi ilə “instaqram” sosial şəbəkəsində elanda olan satılan malların sahiblərinin mobil nömrələrinə zəng edərək həmin satılan malı almaq istədiyni yalandan bildirib onlardan satılan malı almağına görə pul göndərməyi üçün mal satan şəxsə kart hesab nömrəsini ona göndərməsini bildirirdi. “İnstagram” sosial şəbəkəsində satış üçün elan yerləşdirmiş şəxs öz hesab nömrəsini ona göndərdikdən sonra o, hesab nömrəsindən pulu çıxaraq dostlarının bank kartı hesabına göndərirmiş. Pul dostlarının hesabına köçdükdən sonra pulu dostları çıxarıb ona verirmiş. 10 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində “Tap.az” saytında velosipedin 180 manata satılmasını görmüşdür. O, həmin elanı yerləşdirmiş tanımadığı şəxsin istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə vatsap proqramı ilə “CİP” programi vasitəsi ilə zəng edərək, müxtəlif xarici nömrələr ilə yazaraq elanda olan velosipedi almaq istədiyini yalandan olaraq bildirib tanımadığı həmin şəxsə beh göndərilməsi üçün ona istifadəsində olan bank kartının hesab nömrəsinin şəklini göndərməsini bildirmişdir. Həmin tanımadığı şəxs istifadəsində olan «Kapital bank»-a məxsus kart hesab nömrəsinin link şəklini ona atdıqdan sonra o, dərhal həmin kartın hesabında olan 124 manat puldan 120 manatını çıxarıb dostu Mustafanın istifadəsində olan hesab kartına göndərmiş və sonradan Mustafanın kartından çıxararaq götürmüşdür. Bundan sonra 14 oktyabr 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində "İnstagram" adlı sosial şəbəkəsindən ətir satışı səhifəsindən satış həyata keçirilməsi üçün qoyulan mobil telefon nömrəsini götürüb, özünə məxsus ***-***-**-** saylı mobil nömrənin "WhatsApp" adlanan proqram vasitəsilə müştəri adı ilə sms yazaraq satışda olan 01 ədəd "Chopard" adlıətri almaq istədiyini bildirmişdir. Tanımadığı həmin satışı həyata keçirən şəxs ilə ödənişi necə edə biləcəyini qərar verərkən o, həmin şəxsdən onlayn ödəniş etmək üçün "Leo Bank" kartın nömrəsi istəmişdir. Bundan sonra həmin şəxs bu səbəbdən "Leo Bank" kartının üz şəkilini "WhatsApp" proqramı vasitəsilə ona göndərmişdir. Bundan sonra o, dərhal həmin şəxsin ona atdığı kart hesabından "CİB" proqramı vasitəsi ilə ümumilikdə 1019 manat pulu xatırlamadığı, öz istifadəsi üçün xərcləmişdir. Bundan sonra 15 oktyabr 2022-ci il tarixdə saat 23:00 radələrində "İnstagram" adlı sosial şəbəkəsindən parça satışı elan etmiş səhifədən satış həyata keçirilməsi üçün qoyulan mobil telefon nömrəsini götürüb, özünə məxsus ***-***-**- ** saylı mobil nömrənin "WhatsApp" adlanan proqram vasitəsilə müştəri adı ilə sms yazaraq satışda olan parçanı almaq istədiyini bildirmişdir. Tanımadığı həmin satışı həyata keçirən şəxs ilə ödənişi necə edə biləcəyini qərar verərkən o, həmin şəxsdən onlayn ödəniş etmək üçün "Leo Bank" kartın nömrəsi istəmişdir. Bundan sonra həmin şəxs bu səbəbdən "Leo Bank" kartının üz şəkilini "WhatsApp" proqramı vasitəsilə ona göndərmişdir. Bundan sonra o, dərhal həmin şəxsin ona atdığı kart hesabından "CİB" proqram vasitəsi ilə ümumilikdə 1000 (min) manat pulu xatırlamadığı, lakin özünün istifadə etdiyi karta köçürtmüşdür. O, həmin oğurlanan pullarıda öz istifadəsi üçün xərcləmişdir. Bundan başqa o, 28 noyabr 2022-ci il tarixdə "Tap.az" alqı-satqı saytına daxil olaraq həmin saytda "İphone 13 Pro" markalı mobil telefon satan şəxsin ***-***-**-** saylı mobil nömrəsinə öz adına olan və isifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Whatsapp mesajlaşma proqramında mesaj yazaraq onun yerləşdirdiyi elan üzrə mobil telefonu almaq istədiyini bildirmiş və həmin şəxsə özünə məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini onun mobil nömrəsinə göndərməsini, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti vasitəsilə mobil telefona görə pul göndərəcəyini, mobil telefonu da ertəsi gün götürəcəyini bildirmişdir. Həmin şəxs, sonradan adını bildiyi Şahid2 özünə məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini onun qeyd olunan mobil nömrəsinə göndərmişdir. O, Şahid2 məxsus şəxsiyyət vəsiqəsi ilə mobil nömrə əldə etmək məqsədilə internet şəbəkəsində "Narmobile" mobil operatorunun hesabına mesaj yazaraq mobil nömrə almaq istədiyini bildirmişdir. Operatorun xahişi ilə o, Şahid2 məxsus şəxsiyyət vəsiqəsinin hər iki üzünü "Narmobile" operatoruna göndərib 12 manata ***-***-**-** və 070-382-48- 82 saylı mobil nömrələr sifariş etmiş və kuryer vasitəsilə həmin sifariş etdiyi nömrələri əldə etmişdir. Bundan sonra o, 28 noyabr 2022-ci il tarixdə mobil telefonda "CİB.az" mobil tətbiqinə daxil olaraq qeydiyyatdan keçmişdir. Həmin tətbiqdə qeydiyyatdan keçməkdə məqsədi başqalarının hesabına daxil olub oradan pul vəsaitlərini oğurlamaq olmuşdur. Həmin mobil tətbiq kommunal ödənişləri həyata keçirmək, mobil nömrə hesabına pul vəsaiti köçürmək və digər maliyyə əməliyyatlarını icra etmək üçün istifadə olunan tətbiqdir. O, həmin mobil tətbiqdə bank kartının qeydiyyatdan keçirilməsi üçün nəzərdə tutulan bölmədə "xxxx" a məxsus 16 rəqəmdən ibarət hər hansı işlək "Leobank" kartını aşkar etmək məşədilə kortəbii şəkildə müxtəlif ədədləri xanalara yerləşdirmişdir. Ədədləri yerləşdirən zaman xanada yaşıl işıq yandığı üçün həmin yazdığı 16 rəqəmin hər hansı işlək "Leobank" kartına aid olduğunu müəyyən etmişdir. O, həmin vaxt təsdiq düyməsini sıxıb həmin “Leobank” kartının məxsus olduğu tanımadığı şəxsin mobil telefonuna təsdiq bildirişi göndərmişdir. Həmin bank kartının sahibi bildirişi təsdiq etdiyi üçün avtomatik olaraq “CİB.az” tətbiqində qeydiyyatdan keçmişdir. Bundan sonra o, həmin mobil tətbiqdə mobil nömrələr olan bölməyə daxil olub həmin “Leobank” kartından Şahid2 adına olan şəxsiyyət vəsiqəsi ilə əldə etdiyi ***-***-**-** saylı mobil nömrəyə 197 manat pul vəsaiti köçürmüşdür. Bundan sonra 2022-ci ilin son aylarında bir neçə vətəndaşların plastik kart hesabına müdaxilə edərək pul vəsaitlərini ələ keçirdiyi üçün barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 ve 177.2.3-1-ci maddələri ilə Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi açılmış və barəsində Apellyasiya məhkəməsi tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 2022-ci ilin noyabr ayının son günlərində barəsində olan cinayət işi üzrə 3 saylı Bakı İstintaq təcridxanasından azad olunub yaşadığı evə gəlmişdir. Azad olunduqdan sonra maddi imkanı olmadığı üçün eyni qayda üzrə tanımadığı şəxslərin plastik kart hesabında pul vəsaitlərini çəkmək qərarına gəlmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə "Tap.az" sosial şəbəkədə bir ədəd "İphone 13 Pro" markalı mobil telefonu satıldığını görüb elanda yerləşdirilən ***-***-**-** saylı mobil nömrəsinin whatsapp ani mesajlaşma proqramına istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə yazıb telefonu guya almaq barədə məlumat almışdır. Həmin şəxsdən telefon barədə məlumat aldıqdan sonra telefonun pulunu ona bank vasitəsilə göndərəcəyini bildirib özünə məxsus şəxsiyyət vəsiqəsinin şəkilin ona göndərməsini xahiş etmiş və həmin şəxs özünə məxsus yəni Şahid2 adına olan şəxsiyyət vəsiqəsinin fotoşəkilini göndərmişdir. Bir qədər sonra həmin şəxsə mobil telefonu almaqdan imtina etdiyini bildirmişdir. Həmin günü şəxsin ona göndərmiş olduğu şəxsiyyət vəsiqəsinin şəkili ilə internetdə hazırda dəqiq xatırlamadığı sosial şəbəkə səhifəsində "Nar Mobile" məxsus mobil nömrələr satılan səhifədən onlayn şəkildə 070- ***-**-** ve ***-***-**-** saylı mobil nömrələri alıb onlara göndərmiş olduğu, yəni Şahid2 adına rəsmiləşdirildikdən sonra həmin günü kuryer vasitəsilə ona çatdırılmışdır. Bundan sonra almış olduğu ***-***-**-** saylı mobil nömrə ilə CİB elektrona pul ödənişləri tətbiqində mobil telefonla qeydiyyatdan keçmişdir. Yanvar ayının əvvəllərində yaşadığı Suraxanı rayonu, Zığ bağlar Massivində yerləşən fərdi tikilmiş evində olan zaman “CİB” adlı elektron pul ödənişləri tətbiqinin plastik kartın yerləşdirilməsi bölməsində, “Leobank”a məxsus təsadüfü plastik kart nömrələrini yerləşdirən zaman həmin qrafada yaşıl işıq yandıqda təsadüfi yazdığı 16 rəqəmli plastik kartın olmasını müəyyən etmişdir. Həmin plastik kartı CİB adlı elektron ödəniş tətbiqində plastik kartı CİBdə olan hesabına yerləşdirmişdir. Həmin vaxt plastik kartın sahibinə'mobil tətbiqinə təsdiq etməsi üçün bildiriş getmiş və həmin şəxs bilmədən bildirişi təsdiq etdiyi üçün həmin plastik kartı CİB elektron tətbiqində qeydiyyatdan keçdiyi hesaba yerləşmişdir. Bundan sonra dəqiq xatırlamadığı plastik kartın hesabından CİB vasitəsilə ilə ümumilikdə 984 manat pul vəsaitini Şahid2 adlı şəxsin adına almış olduğu ***-***-**-** saylı mobil telefonun balanisa köçürmüşdür. Bundan sonra eyni qayda üzrə bir neçə kartları CİB-in tətbiqinə yerləşdirmiş və müəyyən məbləğlərdə pul vəsaitlərini həmin nömrənin yəni 070-764- 80- 64 saylı mobil nömrənin balansına köçürmüşdür. Hazırda qanunsuz müdaxilə edib pul vəsaitlərini mobil nömrənin balansına köçürdüyü plastik kartlar CİB adlı elektron ödəniş portalında qeydiyyatdan keçdiyi ***-***-**-** saylı nömrənin hesabına yerləşdirdiyi üçün həmin hesabda qalmış, hazırda CİB elektron ödəniş portalında qeydiyyatda keçmiş olduğu ***-***-**-** saylı nömrə hesabı bloklanmışdır. 070-764- 80-64 saylı mobil nömrənin balansına köçürdüyü pul vəsaitləri istifadə etmədiyi üçün həmin nömrənin balansında qalmışdır. Bundan başqa 25 yanvar 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bağları ünvansız fərdi tikilidə evdə olan zaman özünə məxsus olan ONE PLUS markalı, ***-***-**-** nömrəsi olan mobil telefon aparatında CİB-elektron pul ödəniş qabı adlanan elektron proqram vasitəsi ilə əməliyyat etmişdir. Belə ki, “Leo” karta məxsus olan plastik kartların arxa tərəfində 16 rəqəmli kodun 8 rəqəmi 4098-5844 bütün kartlarda standart olaraq eynidir. CİB proqramı vasitəsi ilə ilkin olaraq standart 8 rəqəmi 40985844 rəqəmini daxil etmiş, qalan 8 rəqəmi özündən uyduraraq yazmışdır. Bundan sonra kartın etibarlılıq müddətini göstərən qrafaya 05/27 yazmışdır. Leo kartlarda kartların istifadə müddəti ya 01/27 (2027-ci ilin yanvar ayının 1-i tarixinə qədər), ya da 05/27 (2027-ci ilin may ayının 1-i tarixinə qədər) olduğuna görə onu da ehtimal nəzəriyyəsinə uyğun olaraq 05/27 yazmışdır. Bundan sonra kartın arxasında 3 rəqəmli (3 D SECURİTY) və ya CVV adlanan kodu tələb etmişdir. Həmin koda nə istəsən yazırsan, dərhal kart sahibinin mobil telefonunda olan Leobank mobil tətbiqinə bildiriş gedir, orada ya təsdiq, ya da imtina istəyir. Belə olan halda o, 3-5 qəpik çıxarma tələbini CİB proqramı vasitəsi ilə qoyur, kart sahibi bildirişi təsdiq edən kimi o, karta giriş əldə edir. Cib proqramı vasitəsi ilə karta daxil olan kimi, kommunal xidmətlər, mobil balans artırma kimi əməliyyatlar etmək olur. O, Zərərçəkmiş şəxs2 tanımır, onunla hər hansısa bir qərəzli münasibəti yoxdur, uydurduğu kodun ona məxsus olacağını zənn etməmiş, onun üçün kartın kimə məxsus olacağının əhəmiyyəti olmamışdır. Bundan başqa 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bağları ünvansız fərdi tikilidə evdə olan zaman özünə məxsus olan ONE PLUS markalı, ***-***-**-** nömrəsi olan mobil telefon aparatında CİB-elektron pul ödəniş qabı adlanan elektron proqram vasitəsi ilə əməliyyat etmişdir. CİB proqramı vasitəsi ilə ilkin olaraq standart 8 rəqəmi 40985844 rəqəmini daxil etmiş, qalan 8 rəqəmi özündən uyduraraq yazmışdır. Bundan sonra kartın etibarlılıq müddətini göstərən qrafaya 05/27 yazmışdır. Bundan sonra kartın arxasında 3 rəqəmli (3 D SECURİTY) və ya CVV adlanan kodu tələb etmişdir. Bundan sonra o, kartın arxasında olan 3 rəqəmi özündən uyduraraq yazmış və kart sahibi təsdiq etdiyi üçün CİB proqramı vasitəsi ilə həmin şəxsin kartına daxil olub oradan 1530 manat pulu ***-***-**-** saylı mobil nömrənin balansına köçürmüşdür. Həmin pulları o, öz ehtiyaclarına xərclədim. O, Zərərçəkmiş şəxs3 Əli oğlunu tanımır, onunla hər hansısa bir qərəzli münasibəti olmamışdır. Sonda o, törətmiş olduğu əməldən səmimi peşman olduğunu, bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, vurulmuş maddi ziyanın ödənildiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, şahid ifadələrini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 Sərvan qızı ifadəsində bildirmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi şəkildə tədris fəaliyyəti ilə məşğul olur, şagird və müəllimlərə tədris keçir. Unibanka məxsus 4098-5844-6404-3990 saylı "Leokart" plastik kartı onun adınadır. Lakin, bəzən həmin plastik kartı həyat yoldaşı X24 istifadə edir. Həyat yoldaşı Sərxan Əliyev "ANAMA" Minatəmizləmə Agentliyində minatəmizləyən vəzifəsində xidmət edir. 09 yanvar 2023-cü il tarixdə həyat yoldaşı Sərxan Əliyev xidməti vəzifəsi ilə əlaqədar Füzuli rayonu, Hadrut qəsəbəsində olmuşdur. Həmin vaxt onun adına olan qeyd etdiyi "Leobank" plastik kartı da həyat yoldaşında olmuşdur. Sözügedən "Leobank" plastik kartı onun adınadır, özünə məxsus mobil telefonda istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Leobank mobil tətbiqində qeydiyyatdan keçmişdir. Ona görə də həmin bank kartı həyat yoldaşının istifadəsində olanda həmin kartla alış veriş etmək istəsə və ya kartdan pul nağdlaşdırmaq istəsə bu barədə əməliyyatın təsdiq edilməsi üçün mobil telefonunda olan Leobank mobil tətbiqinə təsdiq bildirişi gəlir. Təsdiq bildirişi gəldikdə "təsdiq et" düyməsini sıxdıqdan sonra əməliyyat icra edilir. Belə ki, 09 yanvar 2023-cü il tarixdə saat 15:30 radələrində o, yaşadığı evdə olan zaman mobil telefonunda “Leobank” mobil tətbiqinə 03 dəfə ardıcıl olaraq təsdiq bildirişi gəlmişdir. O, həmin vaxt həyat yoldaşı Sərxan Əliyev bank kartından pul nağdlaşdırmaq istədiyini düşünmüşdür. Ona görə də təsdiq bildirişinin üzərinə Sıxıb əməliyyatın icrasını təsdiq etmişdir. Bu vaxt onun kartından "CİB wallet" adlı proqram vasitəsilə hissə-hissə olmaqla ümumilikdə 197 manat pulun çəkildiyini görmüşdür. O, dərhal həyat yoldaşıma zəng edərək ondan bu barədə soruşduqda həyat yoldaşı bu barədə məlumatı olmadığını, bank kartından hər hansı pul çəkmədiyini və alış veriş etmədiyini bildirmişdir. Həyat yoldaşı ona DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat verməyini bildirmişdir. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Xidmətin əməkdaşı ona kartı dərhal bloklamağı bildirmişdir. Bundan sonra "Leobank" mobil tətbiqində əməliyyatları bloklamışdır. Sonda, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə o, işdə olarkən istifadəsində olan ***- ***-**-** mobil nömrəmin "whatsapp"-a "***-***-**-**" mobil nömrəsindən şokolad sifarişi ilə bağlı 'mesaj gəlmişdir. Həmin mesajda "***-***-**-**" mobil nömrəsinin istifadəçisi ondan bəzədilmiş formada şokolad istəmişdir. O, da heç bir problem olmadığını, istədiyi formada şokolad bağlaya biləcəyini demiş və ondan ilkin olaraq beh verməsini istəmişdir. Bu zaman həmin şəxs də onunla razılaşaraq bank kartının şəklini atmağımı istəmişdir ki, behi həmin kart hesabına göndərsin. O, da bundan sonra hazırda hesab nömrəsini xatırlamadığı "Bank Respublika"-ya məxsus bank kartının şəklini "***-***-**-**" mobil nömrəsinin "whatsapp"-a göndərmişdir. Lakin bank kartının şəklini göndərdikdən sonra müştəri ona göndərmiş olduğu bank kartına pul yükləyə bilmədiyini, "LeoBank"-a məxsus bank kartının şəklini göndərməyini istəmişdir. O, da həmin şəxsin bank kartıma həqiqətən beh olaraq pul yükləyəcəyini düşünüb "LeoBank"-a məxsus bank kartının hesab nömrəsini, yəni "4098 5844 5818 7869" nömrəsini mesaj şəklində yazaraq müştəriyə göndərmişdir. Bundan sonra həmin şəxs ona pulu bacısının Rusiya Federasiyasından göndərdiyini, pulu oradan rublla göndərdiyi üçün bank kartımın hesabından beş qəpik çıxılacağını bildirmişdir. O, da bank kartının hesabından beş qəpik çıxılmasının bir problem yaratmadığını qeyd etmişdir. Həmin şəxs ona sifarişə görə 160 manat pul göndərməli idi. Bundan sonra onun "LeoBank"-a məxsus bank kartının mobil telefonundakı tətbiq etməsində ona beş qəpik pul vəsaitinin çıxılması ilə bağlı xəbərdarlıq gəlmiş, o, da təsdiqləmişdir. Bundan sonra 08 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində 4098 5844 5818 7869 hesab nömrəli "LeoBank"-a məxsus bank kartından ard-arda 300, 300,300 və 100 manat pul vəsaitinin çıxarılması ilə bağlı mobil telefonundakı “LeoBank” mobil tətbiqetməsinə bildiriş gəlmişdir. Bundan sonra o, dərhal bank kartını bloklamışdır. Həmin vaxt "LeoBank”-a məxsus 4098 5844 5818 7869 hesab nömrəli bank kartında 2.500 manat pul vəsaiti olmuşdur ki, əgər o, qeyd olunan bank kartını bloklamasaydı, həmin şəxs onun bütün pulunu ondan xəbərsiz şəkildə oğurlayacaqdır. Bundan sonra “077-617-11- 07” mobil nömrəsinin istifadəçisinin onu "whatsapp" proqramında bloklamışdır. Ardınca həmin şəxslə nə qədər əlaqə saxlamağa çalışsa da, sözügedən şəxs heç bir zənginə cavab verməmişdir. O, bank kartından pulunun "***-***-**-**” mobil nömrəsinin istifadəçsi ilə mesajlaşdıqdan dərhal sonra çıxarıldığı və həmin şəxs onu "whatsapp" proqramında blokladığı üçün 1.000 manat pul vəsaitinin “***-***-**-**” mobil nömrəsinin istifadəçisi tərəfindən oğurlandığını anlamışdır. O, bank kartından pulu oğurlayan şəxsə ancaq "LeoBank"-a məxsus bank kartının yalnız 16 rəqəmini yazılı mesaj şəklində göndərmiş, hər hansı fotoşəkil və ya bank kartı haqqında başqa hər hansı bir məlumat göndərməmişdir. Həmçinin "LeoBank"-a məxsus bank kartlarında 3D Secure təhlükəsizlik sistemi olmadığı üçün bank kartının hesabındakı pullar daha da rahat şəkildə oğurlanmışdır. "LeoBank"-a məxsus 4098 5844 5818 7869 hesab nömrəli bank kartı onun özünə məxsusdur və hənin bank kartı hazırda da blokdadır. Sonda, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olarkən saat 14 radələrində ona məxsus **********043999 nömrəli Unibank Leo kartından 25 yanvar tarixindən 26 yanvar tarixinə qədər olan müddət ərzində naməlum şəxs tərəfindən müxtəlif təyinatlı köçürmələr edilməklə ümumilikdə hesabından 698 manat pulunun oğurlanmasını aşkar etmişdir. Dərhal bu barədə AR DİN-in 102 zəng edərək, telefonla məlumat vermişdir. Sonda, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir 'ki, o, 08 oktyabr 2022-ci il tarixdə özünə məxsus velosipedi satmaq qərarına gəlmiş və bunun üçün velosipedini 180 manata satmağına dair məlumatları sosial şəbəkədə «Tap.az» saytına elan formasında yerləşdirib əlaqə nömrəsini qeyd etmişdir. 10 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində tanımadığı şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə vatsap proqramı ilə yazaraq elanda olan velosipedi almaq istədiyini ona bildirib velosipedin alışı üçün beh göndərilməsi üçün ona istifadəsində olan bank kartının hesab nömrəsinin şəklini ona göndərməyini bildirmişdir. O, istifadəsində olan «Kapital bank»-na məxsus 4169 7385 7124 9469 kart hesab nömrəsinin link şəklini velosiped almaq istəyən şəxsə atdıqdan sonra onun bank kartı hesabında olar 124 manat puldan 120 manat pulun çıxarılmasını aşkar etmişdir. O, yenidən həmin şəxslə yazışmaq istədikdə telefon nömrəsinin bloka salınmasını müəyyən etmişdir. O, qarşılaşdığı hadisə ilə bağlı olaraq həmin günü saat 22:42 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verib, sonradan Sabunçu RPİ-nin 14-cü PB-nə gedərək baş vermiş hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Hadisə nəticəsində ona 120 manat məbləğində maddi ziyan yetirilmişdir. Sonda, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 2019-cu il tarixdən X15 ilə ortaq olaraq "Binə ticarət mərkəzi"ndə parça satışı ilə məşqul olurlar. İşlədikləri dövürdə heç bir problem baş verməmişdir. O, ortaq işlədiyi Namiq adlı şəxs ilə parçaların satışını onlayn formada da həyata keçirlər. Onlar bunu onlayn sifariş edərək ödəniş etmək istəyən şəxslərə ona məxsus 4098-5844- 6471-4151 saylı, "Leo Bank" bankının kart hesabı ilə həyata keçirirlər. Onlayn sifarişlərin qəbul olunmasını ortağı Namiq Səfərov qəbul edir, o, isə həmin sifarişləri ünvanlarına çatdırır. 15 oktyabr 2022-ci il tarixdə saat 16:00 radələrində ortağı Namiq adlı şəxsə bir nəfər şəxs ***-***-**-** saylı mobil nömr? ilə "WhatsApp" adlanan proqram vasitəsilə tanımadığı bir şəxs özünü müştəri adı ilə təqdim edərək sms yazıb satışda olan 25 manatlıq parça almaq istədiyini bildirmişdir. Bundan bir müddət keçdikdən sonra saat 23:00 radələrində həmin tanımadığı şəxs ortağı Namiq adlı şəxsə ***-***-**-** saylı mobil nömrə ilə "WhatsApp" adlanan proqram vasitəsilə parçanı gəlib götürə bilmədiyi üçün onlayn şəkildə ödəniş etmək istədiyini bildirmişdir. Bu səbəbdəndə Namiq Səfərov saat 23:00 radələrində sifarişi qəbul etməsini ona mobil telefon vasitəsilə zəng edib deyərək, ona məxsus hesab kartının 16 rəqəmini həmin müştəriyə verdiyini və ödəniş olunması üçün ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə gələn SMS-i təsdiq etməyini xahiş etmişdir. Bir qədər sonra mobil telefonuna gələn SMS-i təsdiq etmişdir. Bundan sonra o, kart hesabına baxdiqda ümumilikdə 1000 manat pulunun hesabından çıxarılmasını aşkar etmişdir. O, dərhal hesab kartını "Leo Bank" bankının müştəri xidmətinə zəng edərək bağlatdırmış və bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq ona maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Sonda, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-yə məxsus 4098 5844 6523 6733 nömrəli Leo bank kartını öz adına alaraq həmin kartdan istifadə etmədiyi üçün evə qoymuşdur. Həmin kart həmişə evdə olmuş, xx.xx.2022-ci il tarixdə işi ilə əlaqədar Bərdə rayonuna getmiş, həmin zaman “Unibank" ASC-yə məxsus 4098 5844 6523 6733 nömrəli Leo bank kartını evdə saxlamışdır. Həyat yoldaşı təxminən bir ildir ki, sosial şəbəkələrdə hədiyyə servisinin satışı ilə məşğul olur, həmin sosial şəbəkədə olan ***-***-**-** mobil nömrəsinin Watsapp ani mesajlaşma sisteminə xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində 050 *** ** ** mobil nömrəsi üzərindən özünü təqdim etməyən şəxs sms yazaraq və səsli mesaj göndərərək, hədiyyə sifariş etmək istədiyini, həmçinin hədiyyənin pulunu Rusiya Federasiyasında olan həyat yoldaşı tərəfindən onlayn şəkildə ödəniləcəyini bildirmişdir. Həyat yoldaşı həmin qadına özünün istifadəsində olan "xxxx" ASC-dən verilmiş pul kartının 16 rəqəmli şifrəsini ona göndərmək istədikdə, həmin şəxs "xxxx"-ın kartı ilə əməliyyat apara bilmədiyini, həyat yoldaşının Rusiyadan ancaq "Leo bank" karta pul köçürə biləcəyini və bu səbəbdən də ona "Leo bank" kartın şifrəsini göndərməyini bildirmişdir. Həyat yoldaşı “Unibank" ASC- yə məxsus 4098 5844 6523 6733 nömrəli Leo bank kartı tapa bilmədiyi üçün həmin vaxt Leo bankın məlumatlarını göndərə bilməmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində həyat yoldaşı onun "xxxx" ASC-yə məxsus 4098 5844 6523 6733 nömrəli Leo bank kartın 16 rəqəmli şifrəsini 050 *** ** ** mobil nömrəsinə göndərmiş, bundan sonra qarşı tərəf proqrama gələcək kodu təsdiqləmək lazım olacağını bildirmişdir. Həyat yoldaşı ona zəng edərək bu barədə məlumat vermiş, o, isə heç bir kodun gəlmədiyini bildirmiş, bir müddət sonra isə mobil telefonuna yüklədiyi Unibank tətbiqinə smslər gələrək, ona məxsus "xxxx" ASC-yə məxsus 4098 5844 6523 6733 nömrəli Leo bank kartının balansından pulun hissə-hissə azalmasını görsə də, əvvəllər kartdan istifadə etmədiyi üçün bunun nə olduğunu bilməmiş, sonra iiə həyat yoldaşına bu barədə məlumat vermiş, həyat yoldaşı 050 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamaq istədikdə, həmin şəxs nömrələrini blokladığından onunla əlaqə saxlaya bilməmişlər. Bundan sonra o, Unibank ilə əlaqə saxlamış, kart hesabından pul çıxarıldığını bildirmiş, bankdan ona onlara təsdiq kodu gəldiyini, onlar da həmin kodu təsdiqlədiyini demiş, o, isə bankın əməkdaşına ona kod gəlmədiyini, kodu təsdiqləmədiyini bildirmişdir. Bundan sonra o, ona məxsus "xxxx" ASC-yə məxsus 4098 5844 6523 6733 nömrəli Leo bank kartından 1.025 manat pul oğurlandığını başa düşmüşdür. Sonra isə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək kartından oğurluq olması barədə məlumat vermişdir. Sonda, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 30 yanvar 2023-cü il tarixdə saat 15:30 dəqiqədə ona məxsus olan **********377544 No-li “LEO” plastik kartının hesabından hissə-hissə olmaqla, ümumilikdə 1530 ( min büş yüz) manat məbləğində nəğd pulunun oğurlanmasını aşkar etmiş, dərhal bu barədə 102 xidmətinə məlumat vermişdir. İbtidai istintaq zamanı verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi şikayəti yoxdur. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş X9 ifadəsində bildirmişdir ki, O, taksi fəaliyyəti ilə məşğul olur. O, özünə Unibanka məxsus “Leobank” kartını açdırmışdır ki, qazandığı pulları həmin kartın hesabına atsın və gələcəkdə kreditlərini ödəsin. xx.xx.2023-cü il tarixdə o, taksidə müştəri aparan zaman onun istifadəsində mobil telefonda olan “Leo bank” mobil tədbiqinə 4098 5844 6404 6950 saylı kartından pul çıxarılması ilə əlaqədar sms bildirişi gəlmiş və həmin bildirişdən sonra təsdiq et tətbiqi gəlmişdir. O, nə edəcəyini bilməmiş və təsdiq et basdıqdan sonra onun kartından 984 manat pul çıxarılmadır. Bununla əlaqədar o, Unibanka müraciət etmiş və müəyyən olunmuşdur ki, həmin pullar “CİB” mobil tətbiqi vasitəsi ilə çıxarılmışdır. Bununla əlaqədar olaraq o polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığın dair notarial qaydada təsdiq olunmuş ərizə göndərilmişdir. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, yuxarıda göstərilən ünvanda Həsənov Sənan Vəkil oğlu, 14 yaşlı oğlu X20 və 11 yaşlı qızı X22 ilə birlikdə yaşayır. Ona məxsus olan və özü hazırladığı kosmetoloji məhsulları satmaq məqsədilə "İnstaqram sosial şəbəkəsində ona aid olan "üz baxımı" səhifəsində reklam yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı nömrənin "Whatsapp" ani mesajlaşma tətbiqinə mesaj daxil olmuşdur. Qeyd etdiyi nömrədən yazan şəxs elan saytında satacağı məhsulla bağlı narahat etdiyi va kremi alacağını ve bunun müqabilində 10 manat göndərəcəyini bildirmişdir. Bundan sonra pul göndərmək üçün ondan kart hesabını istəmişdir. O, özünə məxsus, "Leo Bank"-a aid olan 4098 5844 5851 6760 nömrəli plastik bank kartının şəklini həmin şəxsə göndərmişdir. Kartının şəklini göndərdikdən sonra həmin şəxs ona yazaraq pulu yoldaşı kartınına Rusiya Federasiyasından göndərəcəyini ve bunun üçün onun mobil telefonunda olan "Leo Bank" proqramına girərək ora gələn pulu təsdiq etməsini bildirmişdir. Bundan sonra onun telefonunda olan kartının proqramına girmiş və ona deyiləni orada etmişdir. Bundan sonra kart hesabından müxtəlif məbləğlərdə pul vəsaitləri olmaqla ümumilikdə 1023 manat pulun oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəmə təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığın dair ərizə göndərilmişdir. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 18 sentyabr 2022-ci il tarixdə saat texminən 22:00 radələrində "İnstagram" adlı sosial şəbəkəsindən fincan satışı səhifəsindən satış həyata keçirilməsi üçün qoyduğu mobil telefon nömrəsini götürüb, ***- ***-**-** saylı mobil nömrə ilə "WhatsApp" adlanan proqram vasitəsilə tanımadığı bir şəxs özünü müştəri adı ilə təqdim edərək sms yazıb satışda olan bir ədəd fincan almaq istədiyini bildirmişdir. Tanımadığı həmin şəxs ilə bir ədəd fincanın qiymətini 5 manata danışıb ödənişi necə edə biləcəyini qərar verərkən həmin şəxs ondan onlayn ödəniş etmək üçün kart nömrəsi istəmişdir. Bundan sonra bu səbəbdən o, özünə məxsus "Kapital Bank" kartının üz şəkilini "WhatsApp" proqramı vasitəsilə həmin şəxsə göndərmiş, lakin həmin şəxs ondan "Leo Bank" kartının olub-olmamasını soruşmuş və tələb etmiş ki, həmin bank kartının şəkilini göndərsin. Bu səbəbdən o, "Leo Bank" kartının üzərində olan 16 rəqəmi və həmin kartın bitmə tarixini həmin şəxsə göndərmişdir. Bundan sonra o, kart hesabına bir saat ərzində baxdıqda ümumilikdə 1000 manat pulunun hesabından çıxarılmasını aşkar etmişdir. Odur ki, bu səbəbdən DİN-in 102 xidmətinə zəng vuraraq ona maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Nərimanov rayon Polis İdarəsində verilmiş Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş olan maddi ziyan 1000 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə təxminən saat 16:00 radələrində iş yoldaşı Azər Məmmədli ondan “Leo Bank” bank kartının olub-olmamasının soruşmuş, o isə bunun səbəbini soruşduqda, Azər ona işində əlavə onlayn ətir satışı ilə məşğul olduğu üçün müştərinin 077 *** ** ** saylı mobil nömrənin Vatsap proqramı ilə onlayn ödəniş etməsi üçün Leo Bank bank kartı istəmişdir. O, da dostluq etdiyi üçün Azər Məmmədliyə “Leo Bank” bank kartının şəklini və əlavə məlumatları Azərin istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsinin Vatsap proqramı vasitəsi ilə göndərmişdir. Bundan bir müddət keçdikdən sonra tanışı Azər ona zəng edərək pulun hesabına gəlib gəlməməsini soruşmuş, o da dərhal hesabını yoxlayarkən məlum olmuşdur ki, “Leo Bank” bank kart hesabına heç bir məbləğ gəlməmiş, əksinə hesabından ümumilikdə 1019 manat pulun çıxarılmışdır. Bu səbəbdən dərhal “Leo Bank” bankının tətbiqi vasitəsi ilə hesabını bloklamış və tanışı Azərə zəng edərək bu barədə məlumat vermişdir. Nərimanov rayon Polis İdarəsində verilmiş Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş olan maddi ziyan 1019 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, 2022-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə 4 ünvanında yerləşən "Style Studia" adlı gözəllik mərkəzində saç ustası kimi işləyir. O, işlərini onlayn şəkildə "instagram" adlı sosial şəbəkəsində reklam edir. Bu səbəbdən onlayn sifarişləri qəbul etmək üçün öz adına 4098- 5844-6217-2402 nömrəli "Leo Bank" bank kartını əldə edərək fəaliyyət göstərir. 06 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində "instagram" adlı sosial şəbəkəsində işlərimi reklam etdiyi səhfədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***- **-** saylı nömrə ilə "WhatsApp" adlanan proqram vasitəsilə tanımadığı bir şəxs özünü müştəri adı ilə təqdim edərək sms yazıb onlayn şəkildə ödəniş edərək saat 13:00 üçün növbəyə yazılmaq istədiyini bildirmişdir. Bu səbəbdən ondan ödəniş etməsi üçün kartın şəkilini göndərməyini istəmişdir. O, da dərhal kartının şəkilini həmin şəxsə göndərmişdir. Bundan bir müddət keçdikdən sonra mobil telefonuna gələn SMS-İ təsdiq etmişdir. Bundan sonra o, kart hesabına baxdıqda ümumilikdə 1000 manat pulunun hesabından çıxarılmasını aşkar etmişdir. O, dərhal hesab kartını "Leo Bank" bankının müştəri xidmətinə zəng edərək bağlatdırmış və bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq ona maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Nərimanov rayon Polis İdarəsində verilmiş Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş olan maddi ziyan 1000 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, 02 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində istifadəsində olan mobil telefon nömrəsinə ***-***-**-** telefon nömrəsi ilə özünü təqdim etməyən bir nəfər şəxs mesaj göndərib «İnstaqram» sosial şəbəkəsində qadın aksesuarları satdığı «Luneb.by» səhifəsində olan 14 manat dəyərində 01 ədəd üzüyü almaq istədiyini və səhər saatlarında ödəniş etdikdən sonra taksi ilə Xətai rayonuna göndərməyini bildirdikdə həmin şəxslə razılaşmışdır. Həmin tarixdə saat 13 radələrində həmin şəxs Whatsapp proqramı vasitəsi ilə ona mesaj yazıb ödəniş etməsi üçün ona plastik kart şəklini göndərməyini xahiş etmişdir. O, da özünə məxsus "xxxx" ASC- də açdırdığı 4098 5844 5058 6811 saylı plastik kartın şəklini çəkib həmin şəxsə göndərmişdir. Bundan sonra həmin şəxs özünün Rusiya Federasiyasında olmasını pulu oradan köçürəcəyini bildirib bunun üçün 0,5 qəpik komissiya çıxacağını və ona SMS vasitəsi ilə 0,5 qəpik komissiya çıxacağına dair mesaj gələcəyini həmin mesajı təsdiq etməyini bildirmişdir. O, da gələn mesajı təsdiq etmişdir. Saat 13:15-də istifadəsində olan mobil telefon vasitəsi ilə bankın mobil tətbiqinə daxil olduqda aşkar etmişdir ki, mesaj təsdiq edildikdən sonra bank kartından 8 dəfəyə cəmi 785 manat pul çıxarılmışdır. Onunla əlaqə saxlayıb kodu ondan istəyən şəxsin adını, anket məlumatlarını bilmir. Oğurluq hadisəsi nəticəsində ona 785 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi şikayəti olmadığını və vurulmuş ziyanın tam ödənildiyinin bildirmişdir. İbtidai istintaq zaman şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs13 xx.xx.2022-ci il tarixdə işi ilə əlaqədar Bərdə rayonuna getmiş, həmin zaman Samirözünə məxsus Unibankın "Leo" kartını istifadə etməyi üçün evdə saxlamışdır. Təxminən bir ildir ki, sosial şəbəkələrdə ona məxsus satış səhifəsi olmuş və həmin səhifədə hədiyyə servisinin satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində 050 *** ** ** mobil nömrəsindən "WhatsApp" ani mesajlaşma şəbəkəssi üzərindən özünü təqdim etməyən şəxs sms yazaraq və səsli sms göndərərək, hədiyyə sifariş etmək istədiyini, həmçinin hədiyyənin pulunu Rusiya Federasiyasında olan həyat yoldaşı tərəfindən onlayn şəkildə ödəniləcəyini bildirmişdir. O, həmin qadına özünün istifadəsində olan "Rabitə Bank"- dan verilmiş pul kartının 16 rəqəmli şifrəsini ona göndərmək istədiyində həmin şəxs "Rabitə BanK'-in kartı ilə əməliyyat aparılmadığını və əlavə olaraq həyat yoldaşının Rusiyadan ancaq Unibankın Leo kartına pul köçürə biləcəyini və bu səbəbdən də ona Unibankın Leo kartın şifrəsini göndərməyini bildirmişdir. Unibankın Leo kartın yerini bilmədiyi üçün həmin vaxt tapıb ona göndərə bilməmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində o, həyat yoldaşı Samirə məxsus Unibankın Leo kartının yalnız 16 rəqəmli şifrəsini 050 *** ** ** mobil nömrəsinə göndərmişdir. Bundan sonra həmin şəxs ona proqrama sms gələcəyini və həmin sms təsdiqləmək lazım olacağını bildirmişdir. Proqrama hər hansı bir sms gəlməmiş və o, bunu həmin şəxsə bildirmişdir. Unibankın Leo kartının tətbiqi onun telefonuna yüklənmiş, tətbiqə baxdığı zaman kartda olan və bank tərəfindən 2000 (iki min) manat məbləğində kredit balansında olan pulun hissə-hissə azalmasını görsə də, lakin əvvəllər istifadə etmədiyi üçün anlaya bilməmişdir. Sonradan "Uni Bank"-dan ona sms gəldiyində ki, kartdan limitdən çox pul sərf edildiyi üçün bloklanımışdır və həmin zaman o, onunla danışan qadın onu aldadaraq istifadələrində olan Unibankın Leo kartdan ümumilikdə 1025 (min iyirmi beş) manat pul çıxarılmışdır. Bundan sonra həmin qadın onun telefonunu bloklamışdır. Baş vermiş hadisə barədə həyat yoldaşı Zərərçəkmiş şəxs13 zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Samir bu barədə DİN-nin 102-yə müraciət etmişdir. İbtidai istintaq zaman şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ona məxsus İphone 13 pro max mobil telefonu satmaq məqsədi ilə “Tap.az" da elan vermiş, həmin elanda ***-***-**-** mobil nömrəsini yerləşdirmişdir. 28 noyabr 2022-ci il tarixində adını bilmədiyi ***-***-**-** mobil nömrəsindən onunla əlaqə saxlayaraq telefonu almaq istədiyini bildirmişlər, telefon oğurluq ola bilər bəhanəsi ilə şəxsiyyət vəsiqəsinin şəkilini göndərməyini istəmişlər. O, şəxsiyyət vəsiqəsini göndərdikdən sonra telefonu almaqdan imtina etmişlər, sonradan ona məlum olmuşdur ki, onun şəxsiyyət vəsiqəsini təqdim etməklə heç bir müqavilə bağlamadan “Nar” mobil şirkətindən qanunsuz yolla iki ədəd ***-***-**-** və 070- ***-**-** mobil nömrələrini qeydiyyatdan keçirmişdirlər, hər iki nömrə eyni tarixdə 29 noyabr 2022-ci il tarixdə saxta yolla adına rəsmiləşdirilmişdir. ***-***-**-** nömrəsindən telefonu almaq üçün onunla danışan ***-***-**-** nömrəsinə iki dəfə zənq getmişdir, onun adına mobil nömrələr alan şəxs və nar mobil şirkətinin hansısa əməkdaşları qabaqcadan cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs10 Sərvan qızının plastik kartına qanunsuz müdaxilə edərək sonradan adına rəsmiləşdirilmiş nömrələrdən istifadə edərək həmin şəxsin kartından pul vəsaitlərini çıxarmışlar, onun adından istifadə etdikləri üçün polis bölməsinə dəvət edildiyindən əsəb stress keçirtmiş, mənəvi ziyan çəkmiş, həmin şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cildinin 244-247-ci vərəqələrində olan baxış keçirilmə və götürmə haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə "İnstaqram" sosial şəbəkəsində kosmetoloji məhsulları satışı ilə məşğul olan Zərərçəkmiş şəxs4 tərəfindən reklam olunan "Üz baxımı" səhifəsindən sonuncunun istifadə etdiyi ***-***-**-** saylı nömrənin "Whatsapp" ani mesajlaşma tətbiqinə atası X12 adına qeydiyyatda olan 077-305-43- 67 saylı mobil nömrəsindən mesaj yazaraq elan saytında satacağı məhsulla bağlı narahat etdiyini və kremi alacağını, bunun müqabilində 10 manat göndərəcəyini bildirib aldadaraq Zərərçəkmiş şəxs4 məxsus, "Leo Bank"-a aid olan 4098 5844 5851 6760 nömrəli plastik bank kartının şəklini əldə etdikdən sonra Zərərçəkmiş şəxs4 mobil telefonunda olan “Leo Bank” proqramına girərək təsdiq düyməsini basmasını dedikdən sonra mobil telefona yüklədiyi "CİB.AZ" tətbiqi vasitəsi ilə elektron məlumat daşıyıcısı olan və Zərərçəkmiş şəxs4 məxsus bank kartına qanunsuz müdaxilə edilərək 1023 manat pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 cəmi 1023 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 2-ci cildinin 261-262-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 59-63-cü vərəqlərində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1144/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 19 oktyabr 2022-ci il tarixindən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cildinin 143-147-ci vərəqlərində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1264/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 19 oktyabr 2023-cü il tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 4-ci cildinin 19-20-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 4-cü cildinin 44-45-ci vərəqlərində olan 05 fevral 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi və təqsirləndirlən şəxsin azad edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Anar Məmmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Nizami RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 4-cü cildinin 46-47-ci vərəqlərində olan 05 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cildinin 170-175-ci vərəqlərində olan 19 yanvar 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” növündə qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ayxan Səfərlinin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cildinin 176-179-cu vərəqlərində olan 19 yanvar 2023-cü il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 124-125-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 210-213-cü vərəqlərində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-137/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 09 fevral 2023-cü il tarixindən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 4-cü cildinin 138-142-ci vərəqlərində olan “təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında “ 08 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni əyani şəkildə təsvir etmiş, bu barədə foto-şəkillər çəkilərək protokola əlavə etmişdir. Cinayət işinin 4-cü cildinin 211-213-cü vərəqələrində olan baxış keçirilmə və götürmə haqqında 02 oktyabr 2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, 02 oktyabr 2022-ci il tarixdə saat 13:15 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə “İnstaqram” sosial şəbəkəsində qadın aksesuarları satışı ilə məşğul olan Zərərçəkmiş şəxs12 tərəfindən reklam olunan «Luneb.by» səhifəsindən sonuncunun istifadə etdiyi ***-***-**-** saylı nömrənin “Whatsapp" ani mesajlaşma tətbiqinə öz adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrəsindən mesaj yazaraq elan saytında satacağı məhsulla bağlı narahat etdiyini və üzük alacağını, bunun müqabilində 14 manat göndərəcəyini bildirib aldadaraq Zərərçəkmiş şəxs12 məxsus, "Uni Bank"-a aid olan 4098 5844 5058 6811 nömrəli plastik bank kartının şəklini əldə etdikdən sonra Zərərçəkmiş şəxs12 mobil telefonunda olan “Uni Bank” proqramına girərək təsdiq düyməsini basmasını dedikdən sonra mobil telefona yüklədiyi "CİB.AZ" tətbiqi vasitəsi ilə elektron məlumat daşıyıcısı olan və Zərərçəkmiş şəxs12 məxsus bank kartına qanunsuz müdaxilə edilərək 785 manat pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 cəmi 785 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 5-ci cildinin 4-6-cı vərəqələrində olan baxış keçirilmə və götürmə haqqında 09 sentyabr 2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlar massivi nömrəsiz ünvanda yerləşən evdə istintaqa məlum olmayan mobil telefon cihazından istifadə etməklə ünvan 11 ünvanında pasport qeydiyyatında olan, ünvan 5 yaşayan Zərərçəkmiş şəxs13 məxsus "Leo bank" kartından 1.025 manat pulu onlayn yolla gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 1.025 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Cinayət işinin 5-ci cildinin 65-66-cı vərəqələrində olan istintaq zamanı Zərərçəkmiş şəxs13 istintaqa təqdim etdiyi içərisində səs yazıları olan diskə Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ağabala Cəfərov tərəfindən 17 iyun 2023-cü il tarixdə 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə olan səs yazılarının Təqsirləndirilən şəxs məxsus 050 *** ** ** GSM nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi ilə telefonda proqram vasitəsi ilə səsini qadın səsinə çevirərək 050 *** ** ** “Whatsapp” ani mesajlaşma sisteminə qarşı tərəfi özünə inandıraraq kartın kodunu alaraq həmin kartdan pul oğurlamaq üçün qadın səsi ilə mesaj göndərmişdir. Cinayət işinin 5-ci cildinin 146-cı vərəqində olan “diskə baxış keçirilməsi haqqında” protokoldan 14 iyul 2023-cü il protokoldan görünür ki, istintaq zamanı "xxxx" bankının hüquq və təşkilati işlər departamentinin direktoru İradə Qəhrəmanovanın istintaqa təqdim etdiyi içərisində həyata keçirilmiş məxaric əməliyyatları barədə məlumatları əks etdirən diskə 14 iyul 2023-cü il tarixdə 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 məxsus 4098 5844 5818 78 69 nömrəli “Leo Bank” plastik bank kartından hissə hissə olmaqla 1000 manat “card to card” vasitəsi ilə digər başqa bir bank kartına köçürülmüşdür. Cinayət işinin 4-cü cildinin 92-93-cü vərəqlərində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Cinayət işinin 3-cü cildinin 140-cı vərəqində olan Nərimanov rayon Polis İdarəsində verilmiş Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş olan maddi ziyan 1000 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin 3-cü cildinin 138-ci vərəqində olan Nərimanov rayon Polis İdarəsində verilmiş Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş olan maddi ziyan 1019 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin 3-cü cildinin 138-ci vərəqində olan Nərimanov rayon Polis İdarəsində verilmiş Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş olan maddi ziyan 1019 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin 3-cü cildinin 137-ci vərəqində olan Nərimanov rayon Polis İdarəsində verilmiş Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş olan maddi ziyan 1000 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin 3-cü cildinin 139-cu vərəqində olan Nərimanov rayon Polis İdarəsində verilmiş Zərərçəkmiş şəxs8 Toqif oğlu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş olan maddi ziyan 1000 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin 4-cü cildinin 52-ci vərəqində olan Zərərçəkmiş şəxs10 Sərvan qızı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işinin 4-cü cildinin 127-ci vərəqində olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia, maddi və mənəvi tələbi yoxdur. Cinayət işinin 4-cü cildinin 128-ci vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 cinayət nəticəsində vurulmuş olan maddi ziyan 698 manat pulu Yasamal Rayon Polis İdarəsinin müstəntiqi polis mayoru Kamran Əliyevdən təhvil almışdır. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Cinayət işinin 5-ci cildinin 120-ci vərəqində olan Zərərçəkmiş şəxs13 Mayil oğlu tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 5-ci cildinin 121-ci vərəqində olan Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 5-ci cildinin 122-ci vərəqində olan Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 5-ci cildinin 123-cü vərəqində olan zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs10 Sərvan qızı tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Növbəti məhkəmə iclaslarına onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Növbəti məhkəmə iclaslarına onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Növbəti məhkəmə iclaslarına onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, məhkəmə prosesinə onun iştirakı olmadan baxılmasını, bununla bağlı gələcəkdə heç bir şikayəti olmayacağını bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı onun cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə iclasınadək Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, səhhəti ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs heç bir şikayət olmadığını və ərizənin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə iclasınadək zərərçəkmiş şəxs Şahid1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, ibtidai istintaq dövründə verdiyi ifadəni tam təsdiq etdiyini, məhkəmə iclasında iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş 04 iyul 1999-cu il tarixdə verilmiş müharibə veteranı vəsiqəsindən görünür ki, X21 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinə əlavə edilmiş “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ tərəfindən verilmiş həkim rəyindən görünür ki, X21 xx.xx.2023cü il tarixdə travmatologiya şöbəsinə sağ baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı, sol medial topuğun yerdəyişməmiş sınığı diaqnozu ilə daxil olub, xx.xx.2023-cü il tarixdə sağ baldır sümüklərinin “iltizarov” üsulu ilə əməliyyat olunmuş, hazırda stasionar müalicəsi davam etdirilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onlara maddi ziyanın tam olaraq ödənilməsini, atasının müharibə veteranı olduğunu və səhhəti ilə bağlı problemlərinin olduğunu (sərbəst gəzə bilmədiyini) məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 19 oktyabr 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay müddət, 03 fevral 2023-cü il tarixindən 05 fevral 2023-cü il tarixədək tutulduğu 02 gün müddət və 09 fevral 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 06 ay 17 gün müddət, ümumilikdə 09 ay 19 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay müddət, 03 fevral 2023-cü il tarixindən 05 fevral 2023-cü il tarixədək tutulduğu 02 gün müddət və 09 fevral 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 06 ay 17 gün müddət, ümumilikdə 09 ay 19 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 01 il 07 ay 08 gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar