Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-82/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, tərcüməçi X8 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1988-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 31, mənzil 10-da yaşayan barəsində 02 iyul 2024-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 30 iyun 2024-cü il tarixdə səhər saatlarında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.263 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 30-cü PŞ-nin əməkdaşları tərəfindən 01 iyul 2024-cü tarixdə saat 00:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində nömrəsiz evin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cü PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şortikin sağ yan cibindən 01 ədəd LD markalı siqaretin qutusunda olan qara rəngli kağız bükümdə təmiz çəkisi 0.263 qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində metamfetamin izləri olan boruşəkilli bükülmüş kağız və 01 ədəd folqa kəsiyi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 31 , mənzil 10-da yaşayır. O rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Psixotrop maddə qəbul edir, hal-hazırda isə «patı» kimi tanıdığı psixotrop maddə metamfetamini falqa arasında çəkmək yolu ilə qəbul edir. 01 iyul 2024-cü il tarixdə təxminən səhər saat 00:00 radələrində yaşadığı Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində nömrəsiz evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib şübhəli şəxs qismində RPİ-nin 30-cü PŞ-nə dəvət etdilər. Ona Suraxanı RPİ-nin 30-cü PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda bu təklifdən sonra əynindəki göy rəngli şortikin sağ yan cibindən 1 (bir) Ld markal siqaret qutusunun içərisində olan qara rəngli bükümdə bükülmüş içərisində kristal bərk halda olan narkotikə bənzər maddəni, təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş 1 (ədəd) qara selofana bükülmüş, içində psixotrop maddə metamfetamin (şüşə) olduğunu, saxlanılmamışdan bir gün öncə Yasamal rayonu ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən özü istifadəsi üçün 30 manata alaraq üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş maddi sübut qablaşdırılaraq rəy alınması üçün MEM-na göndəriləcəyi ilə bağlı 194 saylı möhürlə möhürlənərək protokollaşdırıldı. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini polis əməkdaşlarının təzyiqi altında vermiş, belə ki, həmin gün qeyri-iş günü idi, saat on ikiyə işləmiş, anası ona dedid ki , zibil atmaq lazımdı, zibil tulladı, gedib siqaret aldı. Pişiklər qarajda idi onlara yemək verdi qapı döyüldü, poilslər gəldi. 3 nəfər idilər, 2- polis formasında idi. Cibində narkotik vasitə olmayıb. Polis Bblməsinə apardılar. Polis Bölməsinin içində zəng etmək istədikdə, ona imkan vermədilər. Dedilər evə getmək istəyirsənsə, prosedurlardan keçməlisən, sənədləri verdilər ki, belə yaz ki, istifadəçi kimi tanınasan. Oxumaq istədi, oxuya bilmədi, rus dillidir, rus məktəbi bitirmiş, hüquqi terminləri başa düşmür, qol çəkdi. Sonra atasına yığdılar. Lakin o, 1 sutka orada qaldı. Başa düşdü ki, qol çəkməklə səhv eləmişdir. Verilən suallara cavab verərək bildirmişdir ki, qaraj evin yanındadır və çöldən qıfılla bağlanır. O bina evində yaşayır. Qarajın qapısında açıb, içəri girdi. 10-15 dəqiqə sonra polis gəldi. Ayın 1-İ olmamışdır. Ayın 30-u gecə idi. Saat on ikinin saat on ikinin yarsı idi. Soruşdlar, burda neynirsən, bildirdi ki, siqaret çəkib, pişiklərə yemək verir”. Qaraja baxırdılar. Bir şəxs çölə çıxdı. Qayıdanda nəsə tapdığını dedi. Onun adını orada demədi, nəyi tapıdlar. Üstündə açar, siqaret, “koşelek”, var idi. Döyməyiblər, maşına minib, getdi. Ona dedilər “boynuna al, gedəcəksən evə”. Ayın 30 bütün günü evdə olmuş, çölə çıxmamış, anası da bilir. Saxlanılan zaman vəkili də olmayıb. Vəkil sabahsı gün gəldi. Sənədlərə qol çəkəndə 3 polis olmuşdur. Vəkil dedi ki, “sənə kömək edəcəm”. Bunları vəkilə demədim, özünü təqdim elədi, monoloq kimi danışdı, o, isə dinlədi, 1 sutka sonra evə getdi, analiz vermiş, təmiz çıxdı. Polis dedi ki, get evə, demədi ki, iş bitdi ya yox. Nə baş verdiyini özü başa düşmədi. Verilən suallara cavab verərək bildirmişdir ki, sənədlərə qol çəkərkən, onu tələsdirdilər, sənədləri oxumaq istəyirdi, həm də başa düşməmiş, evə zəng etmək istəmiş, qoymadılar, qolumu burmaq istədilər, dedi ki, burmayın özüm gedəcəm. Polis Bölməsində olanda, növbətçi var idi. Bir də videoda əsas danışan şəxs, Qarajda üstümə baxış olub, koşelek, siqaret açar, telefon, zajiqalka olub. Onları götürdülər, PB-də qaytarıblar. Telefonu ayın 2də İdarədən çıxanda götürmüşəm. Açarı qaytarmayıblar. Çibimə siqaret qutusu qoydular,içində narkotik olub. O marketinq meneceri işləyir. O içəri girəndən sonra dedilər ki çəkiliş edəcəyik. Gələndə və növbəti gün MS-də müstəntiqlə görüşmüşəm. İş materialları ilə tanış olmamışam. Hüquqlarını izah etməyiblər. Dindirmədən sonra heç bir materiala qol çəkməmişdir. MSY-də imza etməmişdir. Sənəd gətirdi qarşısına ki, qol çək. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 iyul 2024-cü il tarixdə saat 00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 31, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində nömrəsiz evin qarşısında olması və üstündə psixotrop maddə olması barədə məlumat almış, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Şahid2 ilə birlikdə Bakı şəhəri, Surxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində nömrəsiz evin qarşısında getmişdirlər. Həmin vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində nömrəsiz evin qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona psixotrop maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişdirlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli şortikin sağ yan cibindən 01 ədəd LD markalı siqaretin qutusunda olan qara rəngli kağızı çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi kibrit qutusuna baxış keçirmişdirlər. Baxış zamanı həmin psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin narkotik vasitəni xx.xx.2024cü il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən 30 manat ödəməklə öz istifadəsi üçün alıb və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, iştirakçılar da protokolda yazılanların doğru olduğunu imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixində əməliyyat tədbiri keiçrilmiş, nəticəsində tərəfindən Şahid2la birlikdə baxış keçirilmişdir. Qutunun içindən metamfetaminə maddə aşkarlanıb və ekspertizaya göndərilib. Əməliyyat məlumatı ona məxsus idi. Yaşadığı evin yaxınlığında saxlamışdılar. Tək olub. Müqavimət göstərməmişdir. Zorakılıq olmamışdır. Dedi ki, yeni başlamışam, heç istifadə etməmişdir. Təhqiqatçının otağında baxış olub. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi tutulmamışdan qabaq tanımırdı. Əməliyyat axtarış zamanı şəxs barəsində məlumatlar daxil olub. Şəxs barəsində əməliyyat qeydiyyat işi məxfidir, sorgu verilmiş, öyrənilə bilər. Qanunun tələblərinə əsasən bu barədə məlumat verə bilməz. 1992-ci ildə 2 fevral tarixli qərara əsasən məxfi hissə barədə məlumat verə bilməz. Əməliyyat axtarış fəaliyyəti haqqında Qanunun məhkəmə prosesində aşkarlıq formasında olan qisminə cavab verə bilərəm, Prokuror rəsmi məlumat verdi ki, məktub var. Şaxsuvarov küçəsində saxladıq. Binanın yaxınlığında saxlayıblar, Şahid2la birlikdə saxladılar. Məlumat daxil olmuşdur ki, istfiadəsində və gəzdirməsində şübhəlidir. PŞ-də üzərində metamfetaminə bənzər maddə, telefon çıxdı, başqa şey yadımda deyil. Geyimi tam yadında deyil, qısa qol narıncı köynək olmalı idi. Timuru PB-nə gətiriblər. Baxış olub. Gecə saat 12:00-01:00 olardı, saat 12:00-dan sonra gətiriblər. Baxışın saat yadımda deyil. Dedi ki, daimi istifadəçi deyil, Gətirilən kimi sənədləşdirilməsi olmuşdur. Verilən suallara cavab verərək, bildirmişdir ki, T. Salmanovun üzərində telefon var idi, protokolda telefonla bağlı nə yazılmışdı xatırlamır İş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə rəisi Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilən Şahid2 dindirilərkən, bildirmişdir ki, iyul ayının əvvəli idi məlumat daxil olmuşdu. Yaşadığı evin qarşısında yaxınlaşdı, özlərini təqdim elədilər. Baxış zamanı bir büküm patı çıxdı. Şaxsuvarov küçəsində saxlanılıb. Əməliyyat məlumatı əsasında saxlanılmış, əməliyyat məlumatı Etibara məxsus idi. Ona zorakılıq olmayıb, Təhqiqatçı otağına daxil olmuş. Növbətçi hissədə saxlamamışdılar. Çəkilişdən əvvəl təzyiq olmamış. Dedi ki, Yasamaldan tanış olmadığı şəxsdən almışdır. Narkotik vasitənin istifadəsində şübhəlidir. O sadəcə Şahid1 ilə getmişdi. İkisi olublar. Yaşadığı ünvanın qarşısında saxlamışlar. Qarajın qarşısında durmuş, qaraj il üzbəüz. Saxlayanda baxışa icazə yoxdur. Telefon barədə məlumatı xatırlamır. Növbətçi hissədə ilkin qeydiyyat aparılır. Polis Bölməsinə gətiriləndən 1 saat sonra çəkiliş olub. Timurla üzləşmə olub. Timur barəsində ifadə vermiş tarix yadından deyil. Müdafiəçinin vəsatəti əssında onun ifadəsi elan edildikdən sonra Şahid2 bildirmişdir ki, qarajda saxlamışıq, gecə saat 12:00-01:00 idi, qarajda dedi ki, maşını saxlamış. Maşını içəri salanda görməmiş, içəri girib, çıxırdı, qıfıl çöldən açıq idi. Əlavə şahid qismində dindirilən ibtidai istintaqı aparan müstəntq Azim Bayramov ifadəsində göstərmişdir ki, müdafiəçinin axtarış protokolunda dəyişikliklə əlaqədar verilmiş sual ilə bağlı bildirmişdir ki, məktub dəftərxana ilə göndərilir. Dəftərxanadan gələndə yazılır. Ola bilər ki, kompyuterdə səhv çıxarılıb və gələndə düzəldilib, yəqin ki, tarix 01 iyul olub, sorğu versəz dəfətrxana cavablaya bilər. Müstəntiq bildirmişdir ki, müstəntiqini iştirakı təmin edilmiş və iştirak etmişdir. Antenlə bağlı bildirmişdir ki, onun telefonuna zəng gəlir və sonra 20 dəqiqə ərzində hələ də o anteni göstərir. Qarayevdən Suraxanıya 15 dəqiqəlik vaxtdır. Ola bilər vəkil gəlib, sonra gedib, Qarayevə. Müdafiəçi dindirilmə vaxtı zamanı vəkilin 3 dəfə telefonla danışdığını, Qara Qarayev ərazisinin göstəridməsi ilə bağlı izah istəməsi ilə bağlı suala cavab verərək, bildirmişdir ki, hər hansı izah verə bilməmişdir. Digər antenlə bağlı ki, müdafiəçinin gəlməyi saat 10:57-də Sumqayıt göstərir, müstəntiq cavab olaraq bildirmişdi ki, həmin hal ola bilər, arxa yol ilə 35 dəqiqəlik yoldur. Ola bilər gəlib sonra gedib. Təqsirləndirilən şəxs axtarış zamanı telefonun olub-olmaması ilə bağlı sual verildikdə cavab vermişdir ki, atası Timura telefonu vermirdi, telefon bir müddət onda olmayıb, onu valideynlərdən də soruşa bilərsiniz, yalnız Prokuror vəsatəti təmin etmədikdən sonra telefon ona qaytarılmışdır. Digər şahidin telefonun olması ilə bağlı bildirməsinə dair qe etmişdir ki, şahid necə işin , neçə şəxsin saxlanılmasında iştirak eliyir gündə, əgər xatrılayırsa, deməli olub. Diskə baxı protokolunad axtarış və götürmə istintaq hərəkətinin 6 dəqiqə 30 saniyə göətsrilməsi, əslində isə başqa vaxt olması sadəcə texniki səhvdir. Hər iki polis əməkdaşının-şahidlərin ifadələri eyn olması, hətta orda olan rütbələrin da eyni göstərilməsi dair müdafiəçinin sualına bildirmişdir ki, şahid ifadəsini verir, onlar yazırlar, o da altında qol çəkir. Təqsirləndirilən şəxs dindirilməsi ilə bağlı bildirmişdir ki, otağında dindirməmiş, onu MSY-də müdafiəçinin iştirakı ilə dindirmişdir. Məhkəmə iclasında əlavə şahid olaraq dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Timuru gətirəndə növbətçi hissə onunla əlaqə saxlamış, onu dəvət eliyib, gəlmiş, yaşadığı yerə yaxın olduğunudan, 10 dəqiqəyə gəlmiş, Timurla bağlı müdafiəçinin iştirakı təmin etmişdir, Həmin gün vəkil Hücrəddin Hacıbalayevi dəvət etmişdir. Həmin gün sırf növbətçi vəkili dəvət edib-etməməsi ilə bağlı suala cavab verərək, bildirmişdir ki, büroya yıgmış, tövsiyyə olunuşdur ki, Hücrəddin müəllimlə əlaqə saxlayaq, o da gecə Hücrəddin müəllimə yıgmışdır. Nə vaxt zəng etmiş xatırlamır. Necə izah edir ki, həmin gün ümumiyyətlə Hacıbalayev Hücrəddinə zəng olunmayıb, bununla bağlı bildirir ki, Hücrəddin müəllimlə danışmış, vəkil çəkilişdə iştirak etməsi ilə əlaqədar suala cavab verərək, bildirmişdir ki, ona hüquq və vəzifələr izah edilmiş, videoçəkiliş aparılmışdır. “Bəs niyə vəkilin iştirakı təmin olunmayıb?” müdafiəçinin sualına suala cavab olaraq bildirmişdir ki, “o dövrdə imtina ərizəsi yazılırdısa, vəkil iştirak etmirdi”. Bu suallardan sonra çarpaz şəkildə təqsirləndirilən şəxsə verilmiş suallara cavab olaraq bildirmişdir ki, vəkil orada deyildi, baxış səhərisi 09:00-10:00 olub. Üzərində telefon açar, yandıran, siqaret olmuşdur. Telefonla bağlı suallara cavab verərək bildirmişdir ki, bu barədə xatırlamır, üzərindən çıxırsa, təhvil verilir. Xatırlamır. 6-7 ay keçdiyi üçün. Telefon üzərində çıxmayıbsa isttintaqa təhvil verilmiş. Olsa görüntüdə də olardı. Videoçəkiliş olub , üzərindən çıxmayıbsa qeyd olunmur. Müstəntiq ifadə verir ki, Timurun telefonu istintaqda olub və onun tərəfindən Timurun atasında qaytarılıb. Bildirmişdir ki, onun tərəfindən əldə olunmamış, müstəntiqin dedikləri ilə bağlı heç bir fikri yoxdur. X3 Timurun saxlanılma vaxtı və ondan sonra gecə satalarında anten dairələrində heç bir məlumatın olması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, Whatsappla zəng etmişdir. Əlavə şahid qsimində dindirilmiş Təqsirləndirilən şəxs atası Sarı Salmanov bildirmişdir ki, Təqsirləndirilən şəxs oğludur, oğlunun telefonu müstəntiq tərəfindən ona şəxsən qaytarılmışdır. Yəni o gəlib, oğlunun tutulmasında 3 gün sonra telefon ona təhvil verilmişdir. İbtidai istintaq zamanı toplanmış materiallar: Cinayət işin 21-ci səhifəsində olan şübhəli şəxin tutulması haqqında protokola əsasən 01 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatsıçı, polis mayoru Şahid3 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:00-da, müdafiəçi Hücrəddin Hacıbalayevin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materillarının 14-cü səhifəsinə 01 iyul 2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən maddi vəziyyəti ilə əlaqədar hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçinin dəvət edilməsinə dair ərizəsi əlavə edilmişdir. Cinayət işin materiallarına 01.07 2024-cü il tarixdə Salmanov X10 RPİ-in 30-cu PŞ-inə gələcəkdə hüquqlarının müdafiəsini daha da keyfiyətli həyata keçirilə bilinməsi məqsədilə üzərində şəxsi axtarış və götürmə aparılmasında müdafiəçi X2 iştirakını zəruri hesab etməməsi və buna görə də müdafiəçi X2 iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkətlərin aparılmasına etiraz etməməsi ilə əlaqədar müraciə etməsi ilə əlaqədar ərizəsi əlavə edilmişdir Cinayət işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİnin 30-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Şahid3 tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində səxsi axtarış aparılır, o, əynində olan göy rəngli şortikin sağ yan cibindən 01 ədəd LD markalı siqaretin qutusunda olan qara rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında psixotrop maddə olan metamfetaminə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddə metamfetamini 30 iyun 2024-cü il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən 30 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs San oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə Suraxanı RPİ-in istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Azim Bayramov baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Şahid3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, Şahid1 və Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs San oğlu əynində olan göy rəngli şortikin sağ yan cibindən 01 ədəd LD markalı siqaretin qutusunda olan qara rəngli kağıza bükülmüş bükümdə içərisində psixotrop maddə olan metamfetamini çıxarıb təqdim edir. Həmin 01 ədəd bükümün içərisində kustar üsulla psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki «patı» kimi tanıdığı psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni 30 iyun 2024-cü il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən 30 manata alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və onun üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. xx.xx.2024-cü il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün Suraxanı RPİ-nin İŞnə göndərilmiş, cinayət işi üzrə istintaqın davam etdirilməsi Surxanı RPİ-nin istintq şöbəsinin müstəntiqi, baş leytenantı Azim Bayramova həvalə edildiyi üçün tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Suraxanı RPİ-in istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Azim Bayramov tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 02 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün müstəntiq Azim Bayramov tərəfindən Suraxanı rayon prokurorluğuna vəsatətlə müraciət edilmiş, Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən 02 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində verilmiş vəsatətin təmin edilməməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini göstərmişdir. Bununla da tərəfimdən 02 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3425 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs üzərindən...” və s. sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.263 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0.263 qram, tədqiqatan sərf edilmişdir 0,1 qram, qalıq 0.213 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi Şəxsi Ambulator bləcburi- Narkoloji tibbi yoxlama ekspertizasının 20 iyul 2024-cü il tarixli 4930 nömrəli kəbində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertiza rəyinə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan respublikaçı Səhiyyə Nazirliyinin Respublika X11 X9 məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (-), MOP (-), MET (-) TML (-), MTD (-) PGB (-) aşkar olunmadı. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Vitta” elmi-texniki şirkətinin 07 oktyabr 2024-cü il tarixli arayışına əsasən 4 iyul, 23 iyul və 2 avqust tarixlərində şirkətin əməkdaşı Təqsirləndirilən şəxs saat 10:00 saat 17:30-a kimi iş yerində olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməklə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 01 iyul 2024-cü il, 02 iyul 2024-cü il, 04 iyul 2024-cü il, 23 iyul 2024-cü il, 02 avqust 2024-cü il və 03 avqust 2024-cü il tarixləri əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin anten əhatə dairəsi barədə məlumatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməklə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 01 iyul 2024-cü il, 02 iyul 2024-cü il, 04 iyul 2024-cü il, 23 iyul 2024-cü il, 02 avqust 2024-cü il və 03 avqust 2024-cü il tarixləri əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin anten əhatə dairəsi barədə məlumatların və və Təqsirləndirilən şəxs müdafiəçisi X2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 01 iyul 2024-cü il, 02 iyul 2024-cü il, 04 iyul 2024-cü il, 23 iyul 2024-cü il, 02 avqust 2024-cü il və 03 avqust 2024-cü il tarixləri əhatə edən sms mətnləri barədə məlumatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməklə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 30 iyun 2024-cü il - 02 iyul 2024-cü il tarixləri əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin anten əhatə dairəsi barədə məlumatların və və Təqsirləndirilən şəxs müdafiəçisi X2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 30 iyun 2024-cü il - 02 iyul 2024-cü il tarixləri əhatə edən sms mətnləri, həmin nömrənin və mobil telefonun həmin müddət ərzində aktiv olması barədə, internetdən istifadə edilməsi barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(010)-82/2025 nömrəli cinayət işi üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılmış, ekspertin bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barəsində xəbərdarlıq edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəhbərliyinə həvalə edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuş:
1. cinayət işinin 37-ci vərəqində göstərilən sənəd (Təqsirləndirilən şəxs izahatı) hansı üsulla hazırlanmışdır? 2. cinayət işinin 37-ci vərəqində göstərilən sənəd (Təqsirləndirilən şəxs izahatı) kompüterdə çap edilmişdir? (sənədin əslidir) və ya kompüterdə çap edilmiş sənədin çoxaldıcı aparat vasitəsilə hazırlanmış surətidir (kserosurətdir)? 3. cinayət işinin 37-ci vərəqində iki yerdə Təqsirləndirilən şəxs imzası olan yerdə “imza” sözlərinin qarşısında icra edilmiş imzalar hansı qaydada icra edilmişlər - qələmlə və ya surətçıxaran aparat və ya başqa texniki vasitə ilə? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən olan izahatın mətni və üzərində olan imzalar (i.v.37) reproqrafik surət olub, çoxaldığı qurğu vasitəsilə surətləri çıxarılmışdır. “Vitta” elmi-texniki şirkətinin 07 oktyabr 2024-cü il tarixli arayışına əsasən 4 iyul, 23 iyul və 2 avqust tarixlərində şirkətin əməkdaşı Təqsirləndirilən şəxs saat 10:00 saat 17:30-a kimi iş yerində olmuşdur. Hüquqi məsələlər və məhkəmənin təhlili: Məhkəmə, Təqsirləndirilən şəxs oğluna münasibətdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunu, habelə məhkəmə istintaq zamanı tədqiq edilmiş əlavə sübutların məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, məhkəmə baxışına təqdim edilmiş sübutlar Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə baxışı zaman Təqsirləndirilən şəxs özünün narkotik vasitə olan heroinin əldə edilməsində, saxlanılmasında və daşınmasında təqsirli bilməməsinə dair ifadəsinə əsasən cinayət işinin materialları tədqiq edildiyi zaman ibtidai istintaq zamanı istintaq hərəkətlərinin aparılmasında və buna dair prosessual sənədlərin tərtib edilməsində çoxsaylı kobud prosessual pozuntuların mövcud olması ittihamda göstərilən halların həqiqiliyinə, bununla da həmin iş üzrə toplanmış sübutların və prosessual sənədlərin sübut olaraq mötəbərliyinə, mümkünlüyünə dair kəskin şübhələr yaranaraq bütün toplanmış sübutların təhlili və yenidən hərtərəfli, ətraflı, tam və obyektiv araşdırılmasının aparılmasına əsas olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini polis əməkdaşlarının təzyiqi altında vermiş, belə ki, həmin gün qeyri-iş günü idi, saat on ikiyə işləmiş, anası ona dedid ki, zibil atmaq lazımdı, zibil tulladı, gedib siqaret aldı, Pişiklər qarajda idi onlara yemək verdi qapı döyüldü, poilslər gəldi. 3 nəfər idilər, 2- polis formasında idi. Cibində narkotik vasitə olmayıb. Polis Bblməsinə apardılar. Polis Bölməsinin içində zəng etmək istədikdə, ona imkan vermədilər. Dedidlər evə getmək istəyirsənsə, prosedurlardan keçməlisən, sənədləri verdilər ki, belə yaz ki, istifadəçi kimi tanınasan. Oxumaq istədim, oxuya bilmədim, qol çəkdim. Rus sektoru bitirmiş, orada yazılan ifadələri tam olaraq başa düşmürdü, evdə rus dilində danışır. Sonra atasına yığdılar. Lakin o, 1 sutka orada qaldım. Başa düşdüm ki, qol çəkməklə səhv eləmişəm. Verilən suallara cavab verərək bildirmişdir ki, qaraj evin yanındadır və çbldən qıfılla bağlanır. O bina evində yaşayır. Qarajın qapısında açıb, içəri girdi. 10-15 dəqiqə sonra polis gəldi. Ayın 1-İ olmamışdır. Ayın 30-u gecə idi. Saat on ikinin saat on ikinin yarsı idi. Soruşdlar, burla neynirsən, bildirdim ki, siqaret çəkib, pişiklərə yemək verirdim. Qaraja baxırdılar, qarajda tapdılar. Bir şəxs çölə çıxdı. Qayıdanda nəsə tapdığını dedi. Onun adını orada deməli, nəyi tapıdlar. Üstündə açar, siqaret, koşelek, var idi. Döyməyiblər, maşına minib, getdi. Ona dedilər boynuna al, gedəcəksən evə. Ayın 30 evdə olmuş, çölə çıxmamış, anası da bilir. Saxlanılan zaman vəkili də olmayıb. Vəkil sabahsı gün gəldi. Sənədlərə qol çəkəndə 3 polis olmuşdur. Vəkil dedi ki, sənə kömək edəcəm. Bunları vəkilə demədim, özünü təqdim elədi, monoloq kimi danışdı, o , isə dinləi, 1 sutka sonra evə getdi, analiz vermiş, təmiz çıxdı. Polis dedi ki, get evə demədi ki, iş bitdi ya yox. Verilən suallara cavab verərək bildirmişdir ki, sənədlərə qol çəkərkən, onu tələsdirdilər, sənədləri oxumaq istəyirdi, həm də başa düşməmiş, evə zəng etmək istəmiş qoymadılar qolumu burmaq istədilər, dedi ki, burmayın özüm gedəcəm. Polis Bölməsində olanda, növbətçi var idi. Bir də videoda əsas danışan şəxs, Qarajda üstümə baxış olub, koşelek, siqaret açar, telefon, zajiqalka olub. Onları götürdülər, PB-də qaytarıblar. Telefonu ayın 2-də İdarədən çıxanda götürmüşəm. Açarı qaytarmayıblar. Çibimə siqaret qutusu qoydular,içində narkotik olub. O marketinq meneceri işləyir. O içəri girəndən sonra dedilər ki çəkiliş edəcəyik. Gələndə və növbəti gün MS-də müstəntiqlə görüşmüşəm. İş materialları ilə tanış olmamışam. Hüquqlarını izah etməyiblər. Dindirmədən sonra heç bir materiala qol çəkməmişdir. MSU-də imza etməmişdir. Sənəd gəlbi qarşısını ki, qol çək. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, sonradan bütün məhkəmə iclaslarında “özümü təqsirli bilirəm” ifadənin qorxu nəticəsində dediyini, evə getmək üçün dediyini, ona ittihamı düzgün izah edilməməsi nəticəsində, saxlanılması, şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı müdafiəçi yanında olmadığına görə hüquqların izah etməsindən məhrum olunduğuna görə, rus dilində məktəbi bitirməsi ilə əlaqədar hər hansı tərcüməçi və mütəxəssislə təmin olunmadığından tam olaraq hüquqi terminlərinin və ittihamın mahiyyətini axıra qədər başa düşməməsi, ibtidai istintaq zamanı polis əməkdaşların təzyiqi və ona xəsarətlərin yetirilməsi nəticəsində etirafedici ifadəsini verilməsi halı da hazırki cinayət işinin məhkəmə istintaqının bütün proseslərində bildirmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, “Məhkəmənin hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Bundan əlavə ifadənin dəyişməsinin səbəblərini aydınlaşdırılmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalıdır. Həmçinin cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadələr verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas olmamışdır. Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələrdən fərqli olaraq, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini iş materialları ilə yoxladıqda həmin ifadələrin əsassız olmadığı müəyyən edilir. Məhkəmə ilk olaraq məhkəmə istintaq zamanı toplanmış sübutları, təqsirləndirilən şəxsin özünün təqsirli biləməklə bağlı ifadəsini, saxlanılmasında iştirak edən poils əməkdaşlarının sırf məhkəmə istintaqı zamanı verilmiş ifadələri, əlavə şahid qismində dindirilmiş müstəntiqin, təhqiqatçının ifadələri, həmçinin əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası S.Salmanovun ifadəsi, axtarış və götürmə istintaq hərəkətinə dair protokolun videogörüntüsü, məhkəmənin sorğusuna dair alınmış təqsirləndirilən şəxsin müdafiəçisinin anten məlumatları və digər sənədləri təhlil edərək, o qənaətə gəlir ki, ibtidai istintaq zamanı ittihamın əsasını təşkil edən sübutların doğruluğunu – mötəbərliyini və mümkünlüyünü əhəmiyyətli dərəcədə şübhə altına qoyan kobud prosessual pozuntularına yol verilmişdir. 1.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 15 nömrəli qərarının müddəalarına riayət edilməməsi 1) Əməliyyat axtarış tədbirlərinin videoyazıya alınmaması İttiham predmeti olan cinayət hadisəsinin tarixi olaraq xx.xx.2024-cü il tarixi, saat 00:00-da göstərilmişdir. Qeyd olunmalıdır ki, hadisənin tarixi xx.xx.2024-cü il olduğundan artıq Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin, yeni cinayətprosessual qanunivericliyinin müddəalarına əsasən polis əməkdaşları tərəfindən əvvəlcədən yaradılmış qrup şəklində aparıldığından, onun üzərində şəxsi axtarışı polis şöbəsində deyil, tutulduğu anda aparılmalıydı və axtarışın aparılması həmin anda videoyazıya qeydiyyata alınmalıydı. Cinayət işin materiallarına Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixi, saat 00:00-da saxlanılmasına dair hər hansı əməliyyat-axtarış tədbirləri əks edilmiş videoyazı əlavə edilməmiş və ümumiyyətlə çəkilməmişdir. Həmin hal məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən o cümlədən polis əməkdaşları Şahid1, Şahid2, təhqiqatçı Şahid3 tərəfindən və həmçinin də Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunmuşdur. Polis əməkdaşı Şahid2 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs “Polis Bölməsinə gətiriləndən 1 saat sonra çəkiliş olub”. Şəxsin axtarış və götürmə istintaq hərəkətini aparan təhqiqatçı Şahid3 bildirmişdir ki, “o dövrdə imtina ərizəsi yazılırdısa, vəkil iştirak etmirdi”. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 15 nömrəli qərarının 32-ci, 33-cü bəndlərində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Əməliyyat-axtarış tədbiri gedişində materialların əldə olunması məsələsinin tənzimləmə mexanizmindən (əsasən 728-İQ nömrəli Qanunun tənzimləmə sferasına aid edilməsindən) fərqli olaraq CPM-in 137-ci maddəsi əməliyyat axtarış tədbiri nəticəsində əldə olunmuş materialların məhz CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına (məsələn, təhqiqatçıya, müstəntiqə) təqdim edilməsini və həmin materialların ittihamın əsaslandırılmasında sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını tələb edir. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdə məlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Qeyd olunanlardan çıxış edərək, məhkəmələr cinayət işlərinə baxarkən əməliyyat axtarış tədbirlərinin gedişatının və nəticələrinin əldə edilən məlumatların sübut kimi qəbul edilə bilməsini təmin edəcək dərəcədə etibarlı şəkildə rəsmiləşdirilibrəsmiləşdirilməməsinə, əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən təhqiqatçıya, müstəntiqə təqdim edilən materialların sübut kimi yolverilənliyinin onlar tərəfindən lazımınca yoxlanılıb-yoxlanılmamasına xüsusi diqqət yetirməli, materiallar əməliyyataxtarış tədbirlərinin nəticələrinin yolverilənliyi yoxlanılmadan və qanuni əsas olmadan cinayət prosesində sübut kimi qəbul edildikdə, cinayət təqibini həyata keçirmiş vəzifəli şəxslərin fəaliyyətsizliyinə və onlar tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına xüsusi qərar çıxarmaqla münasibət bildirməlidirlər. 2.Polis Bölməsinə gətirilənə qədər Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin olub-olmamasının yoxlanılmaması, üstünün yoxlanılmaması da prosessual pozuntularına aid olunur. .“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 15 nömrəli qərarının 34-cü bənd 2-ci hissəsi: Belə ki, CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. Həmin qərarın 34-cü bəndin 6-cı abzası: Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Həmin qərarın 34-cü bəndin 7-ci abzası Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Yuxarıda qeyd olunan posessual tələblərinə riayət edilməməsi sonrakı axtarış və götürməni istintaq hərəkətinin, orada aşkar olunmuş maddənin əvvəlcədən mövcdu olmağını əsaslı şübhələrə yaradır və Təqsirləndirilən şəxs cibindəki bükümü rahat şəkildə polis idarəsinə qədər gəzdirməsi də inandırıcı deyildir.
3. Təqsirləndirilən şəxs üzərinə polis bölməsində şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı təmin edilməmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirildiyi video görüntüyə baxış keçirmiş və baxış zamanı müəyyən etmişdir ki, cinayət işində olan 01 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərində şəxsi axtarış aparılması videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd DVD-yə köçürülmüş bir ədəd fayla məhkəmə istintaqında baxış keçirilərkən, müəyyən edilmişdir ki, həmin axtarışda təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi videogörüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 01 iyul 2024cü il tarixli protokolla uyğunsuzluq təşkil etmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsini qüvvədə olan və aktual cinayət-prosessual qanunvericiliyinə uyğun olub-olmadığını yoxlayarkən məhkəmə ilk olaraq iki bir-birinə zidd olan ərizələrinin mövcud olduğunu aşkar edir. İlk olaraq qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs maddi vəziyyəti yaxşı olmadığından hüquqlarının müdafiə edilməsi üçün ona vəkil ayrılması barədə ərizəsi vardır. Sonradan heç bir səbəb olmadan şəxsi axtarış və götürmə aparılması haqqında protokolda isə müdafiəçinin iştirakı göstərilmir, həmin istintaq hərəkətinin aparılmasında müdafiəçinin iştirakının təmin edilməməsi cinayət işin materiallarında yenə də Təqsirləndirilən şəxs ərizəsi ilə əsaslandırılır. Tərsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı bildirir ki, ümumiyyətlə nəinki şəxsi axtarış və götürmə zamanı, ümumiyyətlə saxlanılıb Polis Bölməsinə gətiriləndən sonra hər hansı vəkillə və yaxud vəkilin yardımı ilə təmin olunmamışdır. Polis bölməsində keçirilən şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakının olmaması təhqiqatçının ifadəsi ilə, və, həmçinin də, cinayət işin materiallarına əlavə edilmiş videogörüntü ilə təsdiq edilmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı tərəflərlə birlikdə cinayət işinin materiallarına əlavə edilmiş videoyazıya baxış keçirilmiş, təqsirləndirilən şəxsin üstün yoxlanılması ilə əlaqədar yalnız bir videogörüntü polis bölməsində yazılmış, yəni ümumiyyətlə şəxsi axtarış və baxışla əlaqədar yanız bir videogörüntü mövcuddur, həmin videogörüntüdə polis bölməsində təqsirləndirilən şəxs üzərində şəxsin axtarış və götürmə müdafiəçinin iştirakı olmadan aparılmış və Plenum qərarının müddəalarını pozulmaqla bu barədə təqsirləndirilən şəxsdən müdafiəçinin iştirak olmadan şəxsin axtarış aparılması ilə əlaqədar ərizə alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 15 nömrəli qərarının 37-ci bəndinin 11-ci hissəsinə əsasən: Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir. Həmin qərarının 37-ci bəndinin 12-ci hissəsinə əsasən: Odur ki, cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçisinin iştirak etməsinə etiraz etməməsi barədə yazılı ərizəsi olsa belə, onun üzərində müdafiəçinin iştirakı olmadan şəxsi axtarış aparılmasını şəxsin müdafiə hüquqlarının pozulması kimi qiymətləndirir, həmçinin həmin ərizənin onun öz təşəbbüsü ilə yazmasını inandırıcı hesab etmir. Göründüyü kimi, şəxsin üzərində şəxsi axtarış və götürmə müdafiəçinin iştirakı təmin edilməməklə onun müdafiə hüququnun pozulması ilə keçirilmişdir. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs və X2 istifadəsində olan mobil telefon nömrələrinin kimin adına olması, həmin nömrələrin 30 iyun 2024-cü il - 02 iyul 2024-cü və 01 iyul 2024-cü il, 02 iyul 2024-cü il, 04 iyul 2024-cü il, 23 iyul 2024-cü il, 02 avqust 2024-cü il və 03 avqust 2024-cü il tarixləri hansı anten dairələrində qeydiyyata alınması barədə məlumatların mobil operatorlardan götürülməsinə dair qərar qəbul edilmişdir.
Həmin qərarın icrası ilə bağlı götürülmüş anten dairə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin 30 iyun 2024-cü il tarixdə axırıncı göstəriciləri saat 21.17-də, Sabunçu rayonu, Sosial Müdafiə Fondu ünvanı göstərilmiş, sonra isə həmin nömrənin hansı anten dairəsində olması ümumiyyətlə müəyyən edilməmişdir. Növbəti anten dairə məlumatı isə 01 iyul 2024-cü il tarixdə saat 09.05-də Qara Qarayev ünvanı göstərmişdir. Həmçnin də Təqsirləndirilən şəxs müdafiəçisi X2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsinin internet üzrə göstəricilərinə dair yoxlanış aparılsa belə, yenə də 30 iyun 2024-cü il tarixdən 01 iyul 2024-cü il tarixə olan gecə saatlarında İnternetdən da istifadə etməsi müşayiət olunmur, internetin istifadəsi ilə əlaqədar məlumatlar ilk olaraq 01 iyul 2024-cü il tarixdə, saat 10:39-a, ünvan 4 göstərir. Bu hal təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs ifadəsində göstərildiyi kimi, Təqsirləndirilən şəxs saxlanılması vaxtı, şəxsi axtarış və götürmə prosessual hərəkətinin aparılması vaxtı müdafiəçinin iştirakının təmin edilməməsi, müdafiəçi H.Hacıbalayevin yalnız “sabahsı gün” gəlməsini təsdiq edir. Onun gecə saatlarında dəvət edilməsinə dair nə məhkəmə iclasında dindirilmiş müstəntiq, nə də təhqiqatçı təərfindən hər hansı cinayət-prosessual qanunvericliyinə əsasən mötəbər sübut (telefonoqram, telefon əlaqəsinin saxlanılmasına dair arayış və ya protokol, həmçinin Whatsapp tətbiqi ilə edilmiş zənglərin hər hansı qeydi) təqdim edilməmişdir. Ümumiyyətlə həmin telefonun gecə saatalarında işləməsi hər hansı mötəbər sübut göstərilməmişdir.
4. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı tərtib edilmiş protokolun saxtalaşdırılmas Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əsasən təqsirləndirilən şəxsin üzərindən həmçinin də telefon olmuş, həmin telefon o, çıxandan sonra ona qaytarılmış, eyni ifadəni də əlavə şahid qismində dindirilmiş müstəntiq Azim Bayramovun ifadəsində qeyd edir “prokuror tərəfindən vəsatət təmin edilmədikdən sonra telefon ona qaytarılmışdır”. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüdə Təqsirləndirilən şəxs üzərində hər hansı telefonun olması müəyən edilməmiş, protokola əsasən hər hansı telefonun olması rəsmiləşdirilməmişdir. Qeyd olunan halı həmçinin də sonradan polis bölməsindən telefonu götürmüş Təqsirləndirilən şəxs atası da təsdiq edir. Ümumiyyətlə bu cür ziddiyyətin müəyyən edilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin bilavasitə aparılmaması, səhnələşdirilmiş olması barədə məlumat verir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi üzrə 01 iyul 2024-cü il tarixdə, saat 18:24-də sms məlumatı olaraq anten dairəsi yeganə ünvan 4 ünvanı göstərilmiş, onda əvvəl nə 30 iyun 2024-cü il tarixdə, nə də sonra 02-03 iyul 2024-cü il tarixlərində isə həmin nömrənin hansı anten dairəsində olması müəyyən olunmamışdır. Ümumiyyətlə növbəti anten göstəriciləri yalnız 04 iyul 2024-cü ilə aiddir.
5. Narkomaniya xəstəliyi olmaması və ümumiyyətdə narkotik vasitələrin qəbul edilməsi faktı müəyyən edilməməsi Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitələrin istifadə etməməsi ilə əlaqədar ifadəsində qeyd olunanlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X12- Narkoloji tibbi yoxlama ekspertizasının 20 iyul 2024-cü il tarixli 4930 nömrəli rəyində müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığına, həmçinin ekspertiza rəyinə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan respublikaçı Səhiyyə Nazirliyinin Respublika X11 X9 məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (-), MOP (-), MET (-) TML (-), MTD (-) PGB (-) aşkar olunmaması ilə təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən həmçinin bu halın mötəbərliyinin təsdiq edilməsinə da diqqət yetirir.
6. Təqsirləndirilən şəxs prosessual hərəkətlərin aparılmasında və buna dair prosessual sənədlərin tərtib edilməsində iştirak etməsinin təmin edilməməsi Qeyd olunmalıdır ki, “Diskə baxış keçirilməsi haqqında” protokol 04 iyul 2024-cü il tarixdə, saat 10:00-dan saat 10:20-dək tərtib edilmişdir. Həmin protokolda Təqsirləndirilən şəxs imzası mövcuddur. Cinayət işi üzrə təyin olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təqsirləndirilən şəxsin və müdafiəçisinin tanış olması barədə protokol 23 iyul 2024-cü il tarixdə tərtib olunmuş, həmin protokola əsasən 23 iyul 20204-cü il tarixdə Suraxanı RPİ-in istintaq şöbəsinin müstəntiqi, baş leytenantı Azim Bayramov Təqsirləndirilən şəxs və onun müdafiəçisi H.Hacıbalayevi ambulator məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2024-cü il tarixli rəyi ilə tanış etmişdir. İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi haqqında 02 avqust 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs ibtidai istintaqın qurtarması barədə məlumat aldıqdan və hüquqları ilə tanış olduqdan sonra bildirdi ki, “vəsatəti və şikayəti yoxdur” Həmin protokolda Təqsirləndirilən şəxs imzası mövcuddur. Təqsirləndirilən şəxs işlədiyi “Vitta” elmi-texniki şirkətinin 07 oktyabr 2024-cü il tarixli arayışına əsasən 4 iyul, 23 iyul və 2 avqust 2024-cü il tarixlərində şirkətin əməkdaşı Təqsirləndirilən şəxs saat 10:00 saat 17:30-a kimi iş yerində olmuşdur. Təqsirləndirilən şəxsin ifadəsində göstərildiyi kimi, həmçinin iş yerindən təqdim etdiyi arayışa əsasən, həmin sənədin tərtib edilməsində iştirak etməmişdir. xx.xx.2024-cü ildə ekspert rəyi ilə tanış olma protokolu tərtib edilmişdir, lakin həmin gün Təqsirləndirilən şəxs işdə olması qeyd edilmiş, bu barədə sənəd məhkəməyə təqdim edilmişdir. Ümumiyyətlə Suraxanı rayonu Əmircan qəsəbəsinin ərazisində olmamışdır. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində də (cinayət işinin materialları ilə tanış edilmə və istintaqın qurtarması) Təqsirləndirilən şəxs Bakı şəhəri Əmircan qəsəbəsində ərazisində olmamışdır və ona müstəntiq tərəfindən zəng edilməmişdir xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs saat 10.00-dan 17.30-a qədər işdə olmuşdur, bu barədə arayış təqdim edilmişdir, xx.xx.2024cü il isə ümumiyyətlə Əmircan qəsəbəsinin ərazisində olmamışdır. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Təqsirləndirilən şəxs hansısa qaydada polis idarəsinə dəvət olunması barədə iş materiallarında heç bir sənəd yoxdur.
7. Müdafiəçinin prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etməməsi Təqsirləndirilən şəxsun şübhəli şəxsin dindirilməsi haqqında protokola əsasən müdafiəçi X1 iştirakının göstərilməsinə baxmayaraq, məhkəmənin qərarına əsasən müvafiq mobil operatorlarından sorgulanmış müdafiəçi Hücrəddin Hacıbalayevin istifadəsində olan mobil nömrəsinin anten məlumatları 01 iyul 2024-cü il tarixdə anten məlumatları Qara Qarayeva ünvanı göstərir. Təqsirləndirilən şəxs müdafiəçisi X2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin anten məlumatları 01 iyul 2024-cü il tarixdə saat 17:47-də Qara Qarayev, saat 17:55 ünvan 5 ünvanı göstərmişdir. Sonradan müdafiəçinin anten məlumatları saat 18:33-dən sonra ümumiyyətlə Qara Qarayev ünvanını göstərmişdir. Qeyd olunmalıdır ki, şübhəli şəxsin dinidirilməsi haqqında protokolda qeyd olunur ki, əsasən Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdə saat 18:00-19:00-a qədər şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmişdir. Əlavə şahid qismində dindirilmiş Azim Bayramov öz ifadəsində bildirmişdir ki, vəkilə dindirmə zamanı ola bilsin ki, zəng eliyiblər, o gedib Qara Qarayevə sonra qayıdıb, ya da telefonla danışıb, sonra istintaq hərəkəti davam etmişdir. Həmçinin şübhəli şəxsin dindirilməsinin harada keçirilməsi barədə soruşulduqda müstəntiqə Azim Bayramov qeyd etmişdir ki, dindirmə Suraxanı Rayon Polis İdarəsinin MSY-də aparılmış və vəkil iştirak etmişdir. Şübhəli şəxsin MSY-də dindirilməsi həmçinin də prosessual sənədlərdə öz əksini tapmışdır. Müdafiəçi özü ilə telefon apara bilib-bilməməsi barədə isə bağlı suala cavab verə bilməmiş və bnunla bağlı məhkəmə tərəfindən MSY-ya tərəfindən rəsmi sorğu göndərilmiş, həmin sorğuya əsasın MSY tərəfindən məhkəməyə göndərilmiş cavaba əsasən təqsirləndirilən şəxsin yanına gələn və həmçinin ünsiyyətdə olan şəxslərin, o cümlədən vəkillərin mobil telefonları təhvil verilir, mobil telefonlarla şəxslər buraxılmır. Bundan əlavə xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, və qərar ona 09.00-da elan edilmişdir. xx.xx.2024-cü il saat 09.15-09.45-də vaxt aralığında Təqsirləndirilən şəxs qismində dindirilmişdir, müdafiəçi Hücrəddin Hacıbalayevin isə il anten məlumatları Suraxanı rayonunun ərazisində yalnız 10:39-dan sonra, Park küçəsində (Suraxnı RPİ-nin yerləşdiyi ünvan) göstərilmişdir. Bundan əlavə müdafiəçi H.Hacıbalayev diskə baxışına dair prosessual hərəkətində iştirak etməmişdir. xx.xx.2024-cü ildə saat 10.00-dan 10.20-ə qədər SD diskə baxış aparılmışdır, lakin həmin vaxt Təqsirləndirilən şəxs işdə olmuşdur, bu barədə arayış məhkəməyə təqdim edilmişdir, müdafiəçi Hücrəddin Hacıbalayevin anten məlumatları isə saat 10.57-də Sumqayıt şəhərində qeyd edilmişdir. Şəxsin dindirilməsi ilə əlaqədar digər prosessual pozuntu ondanı ibarətdir ki, Təqsirləndirilən şəxs şahid qismində verilmiş ilk izahat kserosurət olduğu müəyyən edilmiş və həmin kserosurət cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin hal həmçinin məhkəmə istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilmiş məhkəmə-texniki ekspertizasının 19 mart 2025-ci il tarixli rəyi ilə təsdiq olunur. Yuxarıda qeyd olunan məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallara – şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair prosessual sənədlərin kobud prosessual pozuntuları ilə tərtib edilməsi, həmin sənədlərin müdafiəçinin iştirakı olmadan və bununla da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmaqla tərtib edilməsinə əsasən Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə rəisi Şahid2 və Şahid1 ifadələrinin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. X6rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin ittihamda təsvir edilmiş şəraitdə saxlanılması, Polis Bölməsinə gətirilməsi, “baxış keçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Anar İsmayılovun verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hesab edir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə rəisi Şahid2 və Şahid1 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, şahid A. Qasımv ifadəsində gah “yaşadığı ünvanın qarşısında saxlamışlar. Qarajın qarşısında durmuş, qaraj il üzbəüz”, gah da, şahid ifadəsi elan edildikdən, bildirmişdir ki, qarajda saxlamışıq, gecə saat 12:00-01:00 idi, qarajda dedi ki, maşını saxlamış. Maşını içəri salanda görməmiş, içəri girib, çıxırdı, qıfıl çöldən açıq idi”. Məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş narkotik vasitələrin onun olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması və gəzdirməsi öz təsdiqini tapmamışdır.
Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Məhkəmə istintaqı zamanı Polis Bölməsində təqsirləndirilən şəxs saxlanılarkən cinayətprosessual qanunvericliyinə uyğun olaraq rəsmiləşdirilməmiş, bununla da onun hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş prosessual sübutlar - etirafedici ifadələri, həmin etirafedici ifadələrinə dair prosessual protokollar təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma zamanı və ondan qabaq təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Məhkəmə o qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasından əvvəl polis əməkdaşları tərəfindən psixoloji təzyiq olunmuş, əlverişsiz vəziyyətindən suiistifadə edilmiş, dindirilmə aparılarkən və ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermiş və ifadələri əks edən prosessual protokollara imza atmışdır. Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu halı təsdiq edildiyi halda, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, nəhayət, döyülmüş və xəsarətləri almış halda həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən hər epizodla bağlı verilmiş etirafedici izahatlar, sonradan şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokollarda əks olunmuş ifadələr müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədəqorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin izahatlarından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda təqsirləndirilən şəxsin həm təhqiqatçılara, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs “etirafedici ifadələri” ilə bağlı verdiyi izahlar ağlabatandır, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçı və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. İlk izahatlardan görünür ki, Təqsirləndirilən şəxs dindirilərkən, onun prosessual vəziyyəti müəyyən edilmədən, müdafiəçi ilə təmin olunmadan, özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış bir ifadə alınır və həmin hal yenə təkrarlanmışdır. Şahid qismində alınmış izahatdan sonra Təqsirləndirilən şəxs prosessual vəziyyəti müəyyən olunmamış, müdafiəçi ilə təyin edilməmiş, izahatda saxlanılma vaxtı saat 00:00 qeyd edilmiş, bununla da məhkəmə həmin izahatın nə vaxt, hansı tarixlərdə və hansı prosessual vəziyyətdə (prosessual hüquqları (müdafiəçi ilə təmin olunmaq və digər, təmin edilmiş şəkildə və yaxud yox) alınması müəyyən etmək qeyri-mümkün hesab olunur. Şübhəli şəxs qismində dindirilməsinə dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərək, onun özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmışdır. Sonradan material istntaq aidiyyəti üzə göndərildikdən sonra Təqsirləndirilən şəxs qismində dindirilərək, və onun təhqiqat zamanı yazılmış etirafedici məzmunda ifadəsi eynilə sözbəsöz təkrarlanaraq, daha doğrusu “Şübhəli şəxs qismində dindirilməsi haqqında” protokolundan “qətimkandindirilməsi” haqqında protokoluna köçürülərək yenidən şəxsin öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmışdır. Hər iki protokolda vaxtla bağlı düzəliş olunmuş, rəqəmlər örtücü vasitənin üzərində yazılmışdır. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs polis bölməsində verdiyi ilkin izahat və ifadələrində cinayət əməlinin tərəfindən törədilməsini etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır və məhkəmə istintaq zamanı verdiyi ifadəni real və inandırıcı hesab edir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur, (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bi üstü hüquq malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1 -ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır, təqsirli bilinməsi üçün mümkünlük, mötəbərlik və mənsubiyyət kateqoriyaların o yuxarı hədd dərəcəsinə gəlməlidir ki, bu barədə olan həqiqət obyektiv və absolyut olsun. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunmasıanlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə hesab edir ki, ehtimallar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilmək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Cinayət mühakimə icraatının obyektivliyi və qərəzsizliyi, habelə ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən və həm də bəraət verən halları, eləcə də onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit olunmuş digər vəzifələr şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi və yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü və ya müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı", “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçünmötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən,təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən,cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də, iş üzrə tərtib edilmiş ittiham aktından (i/v:194-202) və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinəəsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də, ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi - ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən,şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır.
Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan RespublikasınınCM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmə-nin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 0,263 qram metamfetamin Təqsirləndirilən şəxs aidiyyəti və sonuncunun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-cimaddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmüçıxarmahdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilməli və təqsiri sübuta yetirilmədinə görə bəraət verilməli, ibtidai istinaqı aparan müstəntiq, təhqiqatçı və əməliyyatçılar barəsində xüsusi qərar çıxarılmalı və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və təqsiri sübuta yetirilmədinə görə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri ləğv edilsin. İbtidai istintaqı aparan müstəntiq, təhqiqatçı və əməliyyatçılar, ekspert barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,213 qram narkotik vasitə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva