Məhkəmə qərarları › İş №1(010)-83/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-83/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-83/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1995-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər şəhəri, Ş.Qurbanov küçəsi, 2 nömrəli evin 18 nömrəli mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 131c nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 16 nömrəli evin 6 nömrəli mənzilinin qarşısında olan X2 istifadəsində olan saxlanc yerinin qapısında olan kilidi sındırıb içəri qanunsuz daxil olaraq, oradan sonuncunun oğlu Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 70 manat dəyərində tok tənzimləyicisini və 01 ədəd 110 manat dəyərində uşaq üçün maşını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 16 nömrəli evin 8 nömrəli mənzilin qarşısında olan Zərərçəkmiş şəxs3 istifadəsində olan saxlanc yerinin qapısında olan kilidi sındırıb içəri qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus 01 ədəd laqondanı, 02 ədəd dreli, 01 ədəd elektrik mişarını, 01 ədəd hamarlayıcı aparatı və 01 ədəd su qızdırıcısını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 11 nömrəli evin 4 nömrəli mənzilinin qarşısında olan Zərərçəkmiş şəxs1 Hacıbala qızına məxsus saxlanc yerinin qapısında olan kilidi sındırıb içəri qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus, əlil qızı X3 istifadə etdiyi 01 ədəd 1.000 manat dəyərində əlil arabasını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən doqquz mərtəbəli yaşayış binasının blokuna çıxarkən üçüncü mərtəbədə olan dolabın qapısında olan kilidi, özündə olan dəmir parçası ilə sındırıb orada olan 01 ədəd ağ rəngli tok tənzimləyicisini və 01 ədəd uşaq üçün oyuncaq maşını götürüb oradan uzaqlaşmışdır. Tok tənzimləyicisini yaşadığı binanın zirzəmisində gizlətmiş, uşaq üçün oyuncaq maşını isə yaşadığı evə aparmışdır. Həmin günü təxminən bir saatdan sonra yenə də həmin binanın eyni blokuna daxil olub beşinci mərtəbəyə qədər qalxmış, oradakı mənzilin qarşısında saxlanc yeri kimi istifadə olunan yerin qapısındakı kilidi özündə olan dəmir parçası sındırıb oradan 01 ədəd laqondanı, 02 ədəd dreli, 01 ədəd elektrik mişarını, 01 ədəd hamarlayıcı aparatı və 01 ədəd su qızdırıcı aparatı oğurlayıb oradan uzaqlaşmışdır. Oğurladığı həmin əşyaları Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 12 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən binanın blokuna daxil olub ikinci mərtəbəyə qalxmış, orada olan saxlanc yerindən 01 ədəd əlil arabasının olduğunu görmüşdür. Sonradan başqa bir əlil arabasının şəklini “lalafo.az” saytına yerləşdirmiş, bir müddət sonra ona bir nəfər şəxs zəng edib sayta yerləşdirdiyi əlil arabasını almaq istədiyini bildirmiş, sonuncuya səhəri günü həmin arabanı ona çatdıracağını demişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində həmin əlil arabasının olduğu saxlanc yerinə gəlmiş, ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra özündə olan dəmir parçası ilə saxlanc yerinin qapısındakı kilidi sındırıb əlil arabasını götürüb oradan uzaqlaşmışdır. Oğurladığı həmin arabanı Bakı şəhəri, Biləcəri qəsəbəsində tanımadığı şəxsə 50 manata satmış, həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman əlil arabasını kimə satdığını polis əməkdaşlarına demiş, sonuncular da həmin əlil arabasını gedib götürmüşlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, hazırda Pedaqoji kollecin qazanxanasında ocaqçı işləyir. Yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 16 nömrəli evin 8 nömrəli mənzilin qarşısında özü üçün saxlanc yeri düzəldib məişət əşyalarını həmin yerdə saxlayır. xx xxxxxx 2020-ci il tarixdə, saat 08:30 radələrində işdən çıxıb yaşadığı evə gedən zaman qeyd etdiyi saxlanc yerinin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Saxlanc yerinə baxdıqda qapıda olan kilidin sındırıldığını, oradan ona məxsus 01 ədəd elektrik mişarın, 02 ədəd laqondanın, 02 ədəd drelin, 01 ədəd hamarlayıcı aparatın və 01 ədəd su qızdırıcı aparatının oğurlandığını aşkar etmişdir. Buna görə də ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət etmiş, az sonra polis əməkdaşları hadisə yerinə gələrək, hadisə yerini müayinə etmişlər. Sonradan ona məxsus saxlanc yerindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona vurulmuş maddi zərəri tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, qızı Şəfa uşaqlıqdan “Serebral-Paralic” xəstəliyindən əziyyət çəkir, birinci qrup əlil olduğu üçün yeriyə bilmir. Buna görə də X6 tərəfindən Şəfaya əlil arabası verilmişdir. Həmin araba Şəfanı çöldə gəzdirmək üçün nəzərdə tutulduğundan arabanı yaşadığı evin blokunda düzəltdikləri saxlanc yerində saxlayır. Şəfanın evdə gəzdirilməsi üçün isə başqa arabadan istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində Şəfanı həyətə düşürdüb gəzdirmək üçün saxlanc kimi istifadə etdiyi yerdən qeyd etdiyi arabanı götürmək istədikdə, saxlanc yerinin qapısında olan kilid sındırıldığını, Şəfanın əlil arabasının isə yerində olmadığını aşkar etmişdir. Buna görə də ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1.000 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi zərəri tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, özünə məxsus olan məişət əşyalarını, atası X2 hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, “Q” yaşayış sahəsi, 16 nömrəli evin 6 nömrəli mənzilin qarşısında düzəltdiyi saxlanc yerində saxlayır. xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində atasının yaşadığı mənzilə getmiş, söhbət zamanı atası ona, həmin günü saat 17 radələrində saxlanc yerinin qapısının kilidinin naməlum şəxs tərəfindən sındırıldığını, sonuncunun oradan ona (Zərərçəkmiş şəxs2), məxsus 01 ədəd tok tənzimləyicisini və 01 ədəd uşaq üçün oyuncaq maşını oğurladığını demişdir. Oğurluq etmiş şəxsi tapmağa çalışsalar da, müsbət nəticə əldə edə bilmədiklərinə görə atası, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 180 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi zərəri tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, hazırda özünə məxsus “Mersedes Benz” markalı ** FO *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində qeyd etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən poçtun yaxınlığında dayanıb müştəri gözlədiyi zaman təxminən 10-15 metr irəlidə dayanmış tanımadığı şəxs əl edərək onu çağırmış, ona görə də avtomobilini həmin şəxsin yanına sürmüşdür. Sonradan adının Elşən olduğunu bildiyi həmin şəxs avtomobilə əyləşdikdən sonra onu, doqquz mərtəbəli yaşayış binasının yol ayrıcına aparmış, sonuncu orada avtomobildən düşüb əlil arabası gətirib avtomobilin arxa yük yerinə qoymuş və ona Bakı şəhəri, Biləcəri qəsəbəsinə getməli olduğunu demişdir. Yolda Elşən mobil nömrəsinin balansında pul olmadığını bildirib onun mobil telefonu ilə kiməsə zəng etmişdir. Biləcəri qəsəbəsinə çatdıqda onları bir nəfər arabada olan əlil qarşılamışdır. Elşən əlil arabasını həmin şəxsə 80 manata satmaq istəmiş, lakin arabanın ayaq qoyulan yeri olmadığına görə sonuncu Elşənə 50 manat pul verib qalan 30 manatı isə arabanın ayaq qoyulan hissəsini gətirdikdən sonra verəcəyini demişdir. Bundan sonra Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmişlər və “Əfsun” şadlıq sarayının yaxınlığında Elşən ona 20 manat pul verib avtomobildən düşmüşdür. Təxminən iki saatdan sonra sahə rəisi Nazim zəng edib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişdir. Polis bölməsində sahə rəisi Nazim ondan iki saat əvvəl sərnişin aparıb-aparmadığını soruşmuşdur. Nazimə, iki saat bundan əvvəl bir nəfər şəxsi Bakı şəhəri, Biləcəri qəsəbəsinə apardığını, sonuncunun orada əlil arabasını tanımadığı əlil şəxsə satdığını, daha sonra isə geri qayıtdıqlarını demişdir. Həmin vaxt məlum olmuşdur ki, Elşən, Bakı şəhəri, Biləcəri qəsəbəsində yaşayan əlilə satdığı əlil arabasını oğurlamışdır. Bundan sonra Nazimlə birlikdə Elşəni apardığı ünvana getmişdir. Şahid qismində dindirilmiş dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33cü Polis Bölməsinin sahə rəisi Şahid4 məhkəmədə Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhərində yerləşən 8-ci kilometr bazarında məişət mallarının alqı-satqısı mağazasında satıcı işləyir. 2020-ci ilin fevral ayının əvvəllərində, dəqiq xatırlamadığı vaxtda işlədiyi mağazada olduğu zaman əvvəllər tanımadığı bir nəfər şəxs mağazaya gəlib özünə məxsus olan 01 ədəd dreli, 01 ədəd taxta kəsəni, 01 ədəd tok tənzimləyicisini, 01 ədəd taxta yonan aparatı və 02 ədəd laqondanı maddi çətinliyi olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin əşyaları yoxladıqda onların işlək vəziyyətdə olmadığını görüb adını sonradan bildiyi Elşən adlı şəxsə, satdığı əşyaları almaq istəmədiyini bildirmiş, lakin sonuncu uşağının xəstə olduğunu, ona dərman almaq üçün təcili pul lazım olduğunu bildirmişdir. Elşənə yazığı gəldiyi üçün ona satdığı malların hamısına 12 manat pul verəcəyini demiş, sonuncu da onun təklifi ilə razılaşmışdır. Bundan sonra Elşəndən şəxsiyyət vəsiqəsini istəmiş, lakin Elşən hazırda şəxsiyyət vəsiqəsinin üstündə olmadığını, kserosurətini gətirib verəcəyini demişdir. Elşənlə razılaşaraq onun gətirdiyi malları 12 manata almışdır. Lakin Elşən pulu alıb getdikdən sonra şəxsiyyət vəsiqəsinin kserosurətini gətirməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində işlədiyi mağazada olan zaman polis əməkdaşları Elşənlə birlikdə mağazaya gəlmişlər, sonuncu polis əməkdaşlarına, oğurladığı əşyaları ona satdığını demişdir. Həmin vaxt Elşənin ona satdığı malların oğurluq yolu ilə əldə edildiyi ona məlum olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, birinci qrup əlil olduğu üçün heç bir yerdə işləmir. xx xxxxxx 2020ci il tarixdə “Lalafo” saytına yerləşdirilmiş əlil arabasından xoşu gəldiyi üçün elanda qeyd olunan şəxslə əlaqə saxlayıb satdığı əlil arabasını almaq istədiyini demişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində adının sonradan Elşən olduğunu bildiyi şəxs onun yaşadığı evin qarşısına gəlmişdir. Elşəndən satdığı arabanın kimə məxsus olduğunu soruşduqda, sonuncu arabanın qohumuna məxsus olduğunu, pula ehtiyacı olduğu üçün 80 manata satdığını bildirmişdir. Arabanın ayaq qoyulan yeri olmadığı üçün 50 manat pul verəcəyini, ayaq qoyulan yeri gətirdikdən sonra qalan 30 manatı da verəcəyini dedikdə Elşən onunla razılaşmışdır. Bundan sonra Elşən gəldiyi taksiyə əyləşərək getmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində yaşadığı evə polis əməkdaşları gəlmiş və Elşənin ona satmış olduğu əlil arabasının oğurluq yolu ilə əldə edildiyini bildirmişlər. İş materiallarında olan baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 11 nömrəli doqquz mərtəbəli yaşayış binasının birinci girişində, ikinci mərtəbə ilə üçüncü mərtəbənin arasında, məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş yerdə Zərərçəkmiş şəxs1 Hacıbala qızının düzəldib saxlanc kimi istifadə etdiyi yerdən oğurluq edilmişdir. İş materiallarında olan maddi sübutların götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 11 nömrəli doqquz mərtəbəli yaşayış binasının birinci girişində, ikinci mərtəbə ilə üçüncü mərtəbənin arasında, məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş, Zərərçəkmiş şəxs1 Hacıbala qızının düzəldib saxlanc kimi istifadə etdiyi yerdən oğurlanmış, sonuncuya məxsus “Ottoban” markalı əlil arabası Şahid2 saz vəziyyətdə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 16 nömrəli yaşayış evinin üçüncü mərtəbəsində X1 kimi istifadə etdiyi yerdən oğurluq edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 16 nömrəli yaşayış evinin ikinci mərtəbəsində Zərərçəkmiş şəxs3 saxlanc kimi istifadə etdiyi yerdən oğurluq edilmişdir. İş materiallarında olan maddi sübutların götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə X4 və Zərərçəkmiş şəxs3 saxlanc kimi istifadə etdikləri yerdən oğurlayaraq aparıb Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında satıcı işləyən Şahid1 satdığı 01 ədəd tok tənzimləyicisi, 01 ədəd uşaq oyuncaq maşını, 01 ədəd laqonda, 02 ədəd drel, 01 ədəd elektrik mişarı və 01 ədəd cilalayıcı aparat sonuncudan aşkar edilərək götürülmüşdür. İş materiallarında olan əşyanın tanınması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1, ona tanınmaya təqdim edilmiş 01 ədəd qara rəngli əlil arabasını nəzərdən keçirib həmin əlil arabasının ona məxsus olduğunu, onu əlamətlərindən və görünüşündən tanıdığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə müvafiq olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 16 nömrəli evin 6 və 8 nömrəli mənzillərinin və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 11 nömrəli evin 4 nömrəli mənzilinin qarşısındakı saxlanc yerlərindən oğurluq etdiyini bildirərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materialarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 4925 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən xüsusilənmiş əlil arabalarının satışı mərkəzlərində mövcud olan qiymətlərə və internet saytlarının məlumatlarına əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd əlil arabasının xx xxxxxx 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti 1.000 manat müəyyən edilir. İş materialarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/236 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş 01 ədəd laqondanın 02 ədəd markası pozulmuş drelin, 01 ədəd “İnterkren” markalı drelin, 01 ədəd “Bainal” markalı kəsici alətin, 01 ədəd “Einhell” markalı hamarlayıcı elektrik alətin, 01 ədəd “Güven” markalı tok tənzimləyici aparatın və 01 ədəd uşaq üçün oyuncaq avtomaşının orta bazar qiyməti ilə ümumi dəyəri 303 manat müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağı olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyərək, onlarla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon X5 Şöbəsinin müstəntiqinin vəsatəti rədd edilməklə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən dərhal azad edilmiş və bundan sonra onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd əlil arabasının, 01 ədəd laqondanın, 02 ədəd markası pozulmuş drelin, 01 ədəd “İnterkren” markalı drelin, 01 ədəd “Bainal” markalı kəsici alətin, 01 ədəd “Einhell” markalı hamarlayıcı elektrik alətin, 01 ədəd “Güven” markalı tok tənzimləyici aparatın və 01 ədəd uşaq üçün oyuncaq avtomaşının Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı müvafiq olaraq sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd əlil arabasının, 01 ədəd laqondanın, 02 ədəd markası pozulmuş drelin, 01 ədəd “İnterkren” markalı drelin, 01 ədəd “Bainal” markalı kəsici alətin, 01 ədəd “Einhell” markalı hamarlayıcı elektrik alətin, 01 ədəd “Güven” markalı tok tənzimləyici aparatın və 01 ədəd uşaq üçün oyuncaq avtomaşının ibtidai araşdırma zamanı müvafiq olaraq sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar