Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-83/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 05 avqust 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, dördü himayəsində olmaqla ümumilikdə altı (dörd azyaşlı, iki yetkinlik yaşına çatmayan) uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1405/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı, Sabir küçəsi, 24 nömrəli evdə qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında cəza çəkən, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 11 avqust 2015-ci il tarixdən başlayaraq 25 iyul 2012-ci il tarixdə anadan olmuş X6 və 26 yanvar 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 108 manat, ümumilikdə cəmi 216 manat, habelə həmin rayon məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 31 okityabr 2017-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla təyin olunmuş alimentin miqdarı artırılaraq hər bir uşağa görə hər ay 136 manat, ümumilikdə cəmi 272 manat, bundan əlavə həmin rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(010)- 3184/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 10 iyul 2019-cu il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək təyin olunmuş alimentin miqdarı artırılaraq sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 160 manat, ümumilikdə cəmi 320 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmə aktlarının icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 3(010)-1765/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 01 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 20 aprel 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə məhkəmə qətnamələri üzrə Zərərçəkmiş şəxs 14.438 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmə aktlarını qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2021-ci ilin aprel ayının 2-dən etibarən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında cəza çəkir. Həbs olunmamışdan əvvəl yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində fərdi əməklə yəni, ev təmir-tikinti işləri ilə məşğul olmuş, aylıq gəliri orta hesabla 400 – 500 manat təşkil etmişdir. 2011-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 03 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahdan 25 iyul 2012-ci il tarixdə Ayan adlı və 26 yanvar 2014-cü il tarixdə Aydan adlı iki qız övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri pozulduğundan sonuncu 2015-ci ilin əvvəllərində iki azyaşlı uşaqlarını götürüb valideynlərinin yaşadığı ünvana gedərək onlarla yaşamağa başlamışdır. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs 2015-ci ilin yay aylarında iki azyaşlı uşaqlarının saxlanılması üçün ondan aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 11 avqust 2015-ci il tarixdən başlayaraq 25 iyul 2012-ci il təvəllüdlü Ayan Əsgərovanın və 26 yanvar 2014-cü il təvəllüdlü Aydan Əsgərovanın yetkinlik yaşlarına çatanadək saxlanması üçün sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 108 manat olmaqla ümumilikdə cəmi 216 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2018 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra o, alimentə görə imkanı daxilində müxtəlif vaxtlarda müəyyən ödənişlər etməsinə baxmayaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2017-ci ilin payız aylarında aliment miqdarının artırılmasından ötrü yeniden iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və həmin rayon məhkəmə tərəfindən 31 oktyabr 2017-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd olunmuş övladlarının yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 136 manat olmaqla, ümumilikdə cəmi 272 manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 saylı qətnamə çıxarılmışdır. Qeyd edilən məhkəmə qətnaməsindən bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı yenidən 2019-cu ilin yay aylarında aliment miqdarının artırılmasından ötrü iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməminə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən 10 iyul 2019-cu il tarixdən başlayaraq yuxarıda adları qeyd olunmuş övladlarının yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 160 manat olmaqla ümumilikdə cəmi 320 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/2019 saylı qətnamə çıxarılmışdır. Hər üç məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra olunması məqsədi ilə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildirişlər təqdim edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnamələri onun tərəfindən icra olunmadığından icra məmuru tərəfindən barəsində inzibati məsuliyyətə cəlb olunmağı haqqında protokol tərtib edilmiş və baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 3(010)-1765/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə barəsində həbs tənbeh növü təyin edilmişdir. İcra sənədindəki tələbin tərəfindən icra edilməsi üçün ona 01 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilmişdir. O, Zərərçəkmiş şəxs ilə ayrılandan sonra 2016-ci il tarixdə X8 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və faktiki nikahlarından dörd qız övladları dünyaya gəlmişdir. O, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2021-ci ilin aprel ayının 20-dək alimentə görə 4.236 manat məbləğində ödəniş etmiş və qeyd edilən tərixədək 14.438 manat borcu qalmışdır. Aliment borcunu vaxtında tam olaraq ödəməməsinə səbəb bir müddət işsiz olması və keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs iki azyaşlı uşaqları görüşməyə icazə verməməsi olmuşdur. Sonda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 01 mart 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs nümayəndəsi X9 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Təqsirləndirilən şəxs ilə 2011-ci ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahları 03 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində onların rəsmi nikahlarından 25 iyul 2012-ci il tarixdə Ayan adlı və 26 yanvar 2014-cü il tarixdə Aydan adlı iki qız övladları dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan Təqsirləndirilən şəxs, qızı Günaya xəyanət etdiyi üçün sonuncu 2015-ci il tarixdə iki azyaşlı övladlarını götürüb onların yaşadığı ünvana gələrək onlarla birlikdə yaşamağa başlamışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs övladlarının taleyi ilə maraqlanmadığına və maddi cəhətdən köməklik göstərmədiyinə görə Günay məcburiyyət qarşısında qalaraq 2015-ci ilin avqust ayında Təqsirləndirilən şəxs aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və 11 avqust 2015-ci il tarixdən başlayaraq 25 iyul 2012-ci il təvəllüdlü X6 və 26 yanvar 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 108 manat, ümumilikdə cəmi 216 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq, Günayın xeyrinə ödənilməsinə dair 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2018 saylı qətnamə çıxarılmışdır. Həmin vaxtdan bir müddət keçəməsinə baxmayaraq Təqsirləndirilən şəxs aliment pulunu ödəmədiyinə, 2017ci ilin sentyabr ayından uşaqların böyüdülməsində maddi cəhətdən lazım olan minimum xərclər xeyli artdığına, aliment miqdarı isə az olduğuna görə qızı Günay, aliment miqdarının artırılması üçün yeniden iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən 31 oktyabr 2017-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd olunmuş uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 136 manat, ümumilikdə 272 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq, Günayın xeyrinə ödənilməsinə dair 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs alimentə görə ödəməli olduğu məbləği tam olaraq ödəmədiyindən Günay isə uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün aliment pulunun artırılmasından ötrü 2019-cu il il tarixdə yenidən iddia ərizəsi məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən 10 iyul 2019-cu il tarixdən başlayaraq yuxarıda adları qeyd olunmuş uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla bir bir uşağa görə hər ay 160 manat, ümumilikdə cəmi 320 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq, Günayın xeyrinə ödənilməsinə dair 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/ 2019 saylı qətnamə çıxarılmışdır. Hər üç məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra olunması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Günaya ödənilməsi barədə borcluya rəsmi qaydada bildirişlər təqdim edilmişdir. İcra məmuru tərəfindən rəsmi bildirişlər təqdim edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini icra etməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnamələri Təqsirləndirilən şəxs tərəfindən qərəzli icra olunmadığından icra məmuru sonuncunun inzibati məsuliyyətə cəlb olunması haqqında protokol tərtib etmiş və baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Həmin rayon məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 3(010)-1765/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilmişdir. Bundan sonra icra sənədindəki tələbləri icra etməsi üçün Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu hərəkətlərini davam etdirməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini icra etməyə kifayət qədər maddi imkanı olduğu halda, qətnamələrin icrasını qanunla müəyyən olunmuş müddətdə qərəzli olaraq icra etməkdən qəsdən yayınmış və hal-hazırdada yayınmaqdadır. Təqsirləndirilən şəxs uzun illərdir fərdi əməklə, yəni hündür mərtəbəli binaların fasadlarının təmizlənməsi ilə məşğul olduğundan kifayət qədər pul qazanmasına baxmayaraq övladlarını saxlanılması üçün təyin edilmiş aliment borcunu ödəməkdən yayınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi X9 əlavə olaraq onuda qeyd etmişdir ki, nəvəsinin biri xəstədir, lakin təqsirləndirilən şəxs bir dəfə də olsun uşağı ilə maraqlanmayıb. Habelə Təqsirləndirilən şəxs, Günaydan ayrıldıqdan sonra Çinarə adlı xanımla qeyri-rəsmi olaraq yaşamağa başlamış və həmin xanımdan dörd övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs hər üç məhkəmə qətnamələri üzrə alimentə görə müxtəlif vaxtlarda hissə-hissə müəyyən məbləğdə ödəniş etmiş və 20 aprel 2021-ci il tarixədək ümumilikdə cəmi aliment borcu 14.438 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində fərdi əməklə günəmuzd işləyərək qazanc əldə etdiyi halda imkanının olmasına baxmayaraq alimentə görə borclu olduğu məbləği ödəməkdən qəsdən yayınır. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi C.M.Babayeva məhkəmədən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, onun barəsində qanunla nəzərdə tutulmuş hədd daxilində sərt cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, şöbəyə daxil olmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2015 saylı icra sənədinə əsasən 25 iyul 2012-ci il təvəllüdlü X6 və 26 yanvar 2014-cü il tədəvlüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 avqust 2015-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər bir uşağa görə hər ay 108 manat olmaqla 216 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 saylı qərarı ilə alimentin miqdarı artırılaraq 31 oktyabr 2017-ci il tarixdən başlayaraq hər bir uşağa görə hər ay 136 manat olmaqla ümumilikdə cəmi 272 manat alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/2019 saylı qərarı ilə alimentin miqdarı artırılaraq 10 iyul 2019-cu il tarixdən başlayaraq hər bir uşağa görə hər ay 160 manat olmaqla 320 manat alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən edilmişdir. İcra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra qanuna müvafiq olaraq icra vərəqələri bir icraatda birlişdirərək icraata başlanılaraq bu barədə tərəflərə məlumat, həmçinin borclu Təqsirləndirilən şəxs icraata başlamaq haqqında qərarların surəti və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdar olunaraq icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə onun Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə gəlməsi tələb olunmuş, lakin o, üzrlü səbəb göstərmədən uzun müddət çağırışlara gəlməmişdir. Nəticədə borclu barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə təqdimat əsasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 04 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şöbəyə gəlməsi təmin edilmiş, iş üzrə onun izahatı alınmışdır. İcra məmurunun qanuni tələbini yerinə yetirməməsinə və icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsinə görə borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla qanunamüvafiq olaraq yeni müddət verilmişdir. Borclu ona xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin məlum qətnamələrini icra etməmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 12 aprel 2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs mövcud aliment borcunu qərəzli olaraq ödəmədiyini bildirərək sonuncunun barəsində olan icra işinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs alimentin ödənilməsinə dair qanuni qüvvəyə məhkəmə qətnamələrinin icrası ilə bağlı ona dəfələrlə məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə və inzibati qaydada tənbeh olunmasına baxmayaraq icra etməməkdə davam etmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs xeyrinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2015 saylı qətnaməsi üzrə 4.236 manat məbləğində ödənilsə də, 1.596 manat borcu qalmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 saylı qətnaməsi üzrə 5.802 manat və 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/2019 saylı qətnaməsi üzrə isə 7.040 manat edənilməmiş borcu qalmışdır. Hər üç məhkəmə qətnamələri üzrə ümumilikdə 20 aprel 2021-ci il tarixə qədər 14.438 manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnamələrinin icrasını təmin etmədiyindən 20 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Şahid Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015ci il tarixli, 2(010)-7214/2015 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, 11 avqust 2015-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 25 iyul 2012-ci il təvəllüdlü X6 və 26 yanvar 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində alimentin tutlması qət edilmiş, həmin qətnaməyə dair icra sənədi 14 oktyabr 2015-ci il tarixdə verilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 sentyabr 2017ci il tarixli, 2(010)-9311/2017 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2015 nömrəli qətnaməsi tutulmuş alimentin miqdarı dəyişdirilərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 25 iyul 2012-ci il təvəllüdlü X6 və 26 yanvar 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 136 manat olmaqla cəmi 272 manat sabit pul məbləğində alimentin tutlması qət edilmiş, həmin qətnaməyə dair icra sənədi 31 oktyabr 2017-ci il tarixdə verilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/2019 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 nömrəli qətnaməsi tutulmuş alimentin miqdarı artırılaraq, Təqsirləndirilən şəxs 25 iyul 2012-ci il təvəllüdlü X6 və 26 yanvar 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutlması qət edilmiş, həmin qətnaməyə dair icra sənədi 12 iyul 2019-cu il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 23 oktyabr 2015-ci il tarixli qərardan, onun üzərindəki qeyddən və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, 21 oktyabr 2015-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 icraatına daxil olmuş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2015 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 23 oktyabr 2015-ci il tarixdə icraata başlanılmış, Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)- 7214/2015 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən 10 gün müddətində könüllü icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. Həmin qərar və tələbin könüllü icrası haqqında bildiriş Təqsirləndirilən şəxs şəxsən təqdim edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 08 noyabr 2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada və müddətdə icra sənədinin icrasını təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 19 iyul 2019-cu il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, Təqsirləndirilən şəxs icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/2019 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən dərhal könüllü icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 3(010)-1320/2018 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 17 iyul 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2015 nömrəli, 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 nömrəli və 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/2019 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 3(010)-1765/2020 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 8(010)-98/2020 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialının 18 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs işlə təmin olunması ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 12 fevral 2021-ci il tarixli, 103147/19-18-5 nömrəli müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialında baxılmışdır. Müraciətlə əlaqədar filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxsla əlaqə (***-***-**-**) saxlanılmışdır. Şəxsin məşğulluq imkanlarının qiymətləndiirlməsinə uyğun olaraq vətəndaşa Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər ("xxxx" MMC-də əmək haqqı 436 manat olan sürücü və "xxxx" MMC-də əmək haqqı 250-500 manat olan sürücü) təklif olunmuş və bu məlumatlar onun şəxsi kabinetinə yerləşdirilmişdir. Vətəndaş münasib iş təklifini qəbul etdiyi halda işlə təmin olunması üçün elektron göndəriş formalaşdırılacaqdır. Vətəndaşa sosial rifahının təmin edilməsi, dayanıqlı və məşğulluq fəaliyyəti ilə məşğul olması məqsədilə “e-sosial.az” internet portalı vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 15 mart 2021-ci il tarixli, 103147/19-18-5 nömrəli sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs təklif olunan işlərə müəssisə tərəfindən vakansiyaya qəbul edilməkdən imtina olunmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin 01 aprel 2020-ci il tarixli xəbərdarlıq məktubundan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2015 nömrəli, 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 nömrəli və 10 iyun 2019-cu il tarixli, 2(010)- 3184/2019 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə borcunu ödəmək üçün Təqsirləndirilən şəxs 10 gün müddətinə vaxt verilmiş, borcunu ödəməkdən boyun qaçıracağı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstinaq İdarəsinə müvafiq təqdimat veriləcəyi barədə xəbərdar edilmiş, həmin məktubun surəti Təqsirləndirilən şəxs 01 aprel 2020-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 20 aprel 2021-ci il tarixli təqdimatından görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)- 7214/2015 nömrəli, 28 sentyabr 2017-ci il tarixli, 2(010)-9311/2017 nömrəli və 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/2019 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə borclu Təqsirləndirilən şəxs cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 20 aprel 2021-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs olan borcu 14.438 manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(010)-7214/2015 nömrəli, 28 sentyabr 2017ci il tarixli, 2(010)-9311/2017 nömrəli və 10 iyun 2019-cu il tarixli, 2(010)-3184/2019 nömrəli qətnamələrini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 20 dekabr 2018-ci il və 04 dekabr 2020-ci il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, müvafiq olaraq ayrı-ayrılıqda 10 gün müddətinə inzibati həbs edilməsinə, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə 20 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq, qeyd edilən icra sənədlərini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində dörd azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1405/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini 02 aprel 2021-ci il tarixdə törətməkdə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 02 aprel 2021-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1405/2021 nömrəli hökmünə əsasən təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və bu zaman Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1405/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablanaraq, azadlıqdan məhrum etmə cəzasının əvvəli həmin cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 02 aprel 2021-ci il tarixdən hesablanmalı, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya barəsində ittiham irəli sürülmüş şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Məhkəmə Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1405/2021 nömrəli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkdiyini, bununla da təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneə törətmək ehtimalının olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair əlavə qərarın qəbul edilməsinə zərurət yoxdur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1405/2021 nömrəli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1405/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilmiş hissəsi qəti cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2021-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-83/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-83/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver