Məhkəmə qərarları › İş №1(010)-83/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-83/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-83/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 178.2.4-cü, və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, torpaq üzərində mülkiyyət və icarə hüququnu pozmuş, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sağ hissəsi ünvanında (39T X:423622; Y:4469537 nömrəli koordinatlarda) yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsinin 15 kv.m hissəsində 2023-cü il yanvar ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qeyri-yaşayış obyekti inşa etdirərək, dövlətin qanunla müəyyən edilmiş hüquqlarını pozub, mühüm ziyan vurmaqla özbaşına tutmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib 2023-cü il yanvar ayının ortalarında saat 16 radələrində Zərərçəkmiş şəxs2 tikinti materialları satışı ilə məşğul olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq massivi ərazisində, «Ticarət mərkəzi»nin yaxınlığında yerləşən obyektə gedərək üzərində olan order və medalları da nümayiş etdirməklə özünü hakimiyyət nümayəndəsi kimi təqdim edib və həmin ərazilərə nəzarət etməsini seyərək, əvvəlcə obyekti boşaltmasını tələb etmiş, sonra isə Zərərçəkmiş şəxs2 aldadıb obyektdə qalıb işləməsi müqabilində guya «rəhbərliyə» çatdırması üçün ondan 15.000 (on beş min) manat pul istəyib, 10.000 (on min) manatı həmin ünvanda Zərərçəkmiş şəxs2 ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 tikinti materiallarının satışı ilə məşğul olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq massivi ərazisində, «Ticarət mərkəzi»nin yaxınlığında yerləşən həmin obyektə gedərək qalıb işləməsi müqabilində Zərərçəkmiş şəxs2 əvvəlcə dələduzluq yolu ilə ələ keçirdiyi 10.000 (on min) manat puldan əlavə 5.000 (beş min) manatı da verməsini tələb etməsi, sonuncunun isə həmin yerin şəhid ailəsinə məxsus olmasını, bu səbəbdən də bir az güzəşt etməsini deməsindən sonra özünün qanunsuz hərəkətlər etdiyi halda əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək onunla mübahisə etməyə başlayıb hüquqazidd davranışı ilə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs2 ünvanına, şəhidin ruhuna ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs2 üstünə hücum çəkib üzərində olan qara dəstəkli 12-13 sm. tiyəsi olan mətbəx bıçağından silah qismində istifadə edərək onun sol ayağından bir dəfə, əşyaların arasında olan vintaçanı götürdükdən sonra isə sağ və sol qolunun yuxarı ətraflarından və vintaçanın arxası ilə başından bir neçə dəfə qəsdən vurub sağlamlığına sol baldırın yuxarı 1/3-nin iç səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası; başın ənsə nahiyəsinin sağ yan səthinin sıyrığı; sol bazunun orta 1/3-nin ön saihinin və bayır səthinin sağ bazunun orta 1/3-nin bayır səthinin əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamığna yüngül zərər vuraraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4, 188.1 və 221.3-cü maddələri elan olunan ittihamda özünü təqsrli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Türkan yolunun sağ tərəfində yerləşən 15 kv.m torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə 2023-cü ilin yanvar ayında Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov şəxsən özü icazə vermişdir. İcra Başçısı Əziz Əzizovun xahişi əsasında həmin torpaq sahəsinin ona verilməsinə dair Hövsan İnzibati Ərazi nümayəndəsi Şahid4 tapşırıq vermiş, Qurbanəli İsmayılov da həmin yerin verilməsinə dair ona Google fotoşəkil və arayış təqdim etmişdir. O arayışa görə ona 50 manat vermiş, həmçinin 100 manat google kağızına görə vermiş, 12.000 manat icra başçısı üçün pul göndərmişdir. 5000 Quliyev Samirlə, Eminə vermişdir. Nizami Məhərrəmov İVEYS-də olarkən, dedi ki, icra başçısı adam göndəribmi, səninlə danışmağa, “mən də dedim ki, xeyr”. “İkinci dəfə isə gəldi ki, Şahmuru çağırtdırıram, Şahmuru çağıracam, söyüş söy, mən bilirəm ki, sən günahsızsan. Girdim içəri mən də söyüş söydüm ki, durdu çıxdı bayıra. 3 xəstə balası var”. Makler kimi işləmişdir Bundan sonra 2023-cü ilin yanvar ayında qızı üçün həmin yerdə gözəllik salonu tikdirməyə başlamış, həmin vaxtı Suraxanı İcra Hakimiyyətinin nümayəndəsi Hacı adlı şəxs və İcra nümayəndəsi Şahid4 gəlib oraya baxmış, heç bir narazılıq olmamış və heç kəs tiklinin sökülməsini tələb etməmişdir. Zərərçəkmiş şəxs2 üzünə durana qədər heç vaxt tanımamış, onunla heç bir fiziki kontakta olmamış, heç vaxt ondan hər hansı məbləğdə pul tələb etməmiş, onu vurmamış, xəsarətləndirməmişdir. Zərərçəkmiş şəxs2 tutduğu şahidlər də öz adamlarıdır və olmayan hadisəyə şahidlik etmək üçün əvvəlcədən tutulmuş adamlardır, həmin adamları da tanımır. Hövsan qəsəbəsində torpaq sahələrinin yuxarı vəzifəli şəxslər tərəfindən ələ keçirilməsinə qarşı çıxıb səsini qaldırdığı üçün ona qarşı bu cür şər atılmaqla həbs etdirilmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, həbsə qədər makler olmuş, əvvəl ev satmış, Əzizovun arayışı ilə torpağın arayışını almışdır. Bir otaqlı evlər tikib, satmışdır. Söküləndə heç bir müqavimət göstərməmiş, 4 daş tikmişdir. Arayışda yazılmayıb ki, gözəllik salonu tikiləcəkdir. İbişlə bağla bildirmək istəyir ki, ilk dəfə İbişi İVEYS-də görmüş. İlk dəfə üzləşmədə İbişi görmüş, heç bir təltif, order almamışdır. İbişi yalnız İVEYS-də görmüşdür. Təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirmişdir ki, üzləşmədə ifadəsini tək alıb. İlk İVEYS-də görmüş. Üzləşmə olubdur, zərərçəkmişlə. Fevralın axırı 28-i onu çağırıblar. İfadəsini alanda müdafiəçi olmayıb, sahə rəisi və əməliyyatçılar olub. Uşaqlar deyib ki, sahə rəisi onu axtarır, getmişdir, deyib ki, Nizami Məhərrəmov səni axtarır. Öz vəkilləri idi çağırdıqlarİ, o adını bilmir. İzahatını aldılar, qol çəkməmişdir.İzahat alınanda uzun vəkil orada idi, orada içəri saldılar onu.Heç bir şeyə qol çəkməmişdir. Ayın 1-i Nizami Məhərrəmov dedi ki, tanıyırsan şəxsi, dedi tanımır. Məhkəmə istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də təqsirlidir. O, ona qarşı dələduzluq edib rüşvət alıb və ikinci dəfə rüşvət ala bilməyəndə ona qarşı zor tətbiq edib. O, bildirir ki, guya onu tanımır. Amma yalan deyir. Ona (İ.Məmmmədova) həm xəsarət yetirib, həm də pulunu alıb. Belə ki, 2023-cü ilin yanvar ayının ortaları yəni 13 və ya 14 olardı ki, Əflan və onunla birgə 1 nəfər yaxınlaşıb bu ərazilərin hamısına onun nəzarət etdiyini, kimsə ondan icazəsiz burada iş görə bilməz, görsə də haqqını verməlidir” demiş, vaqonu və materialı ərazidən çıxarılmasını tələb etmişdir. Əflana bu qədər qum, şebel və sair materialı qısa vaxtda ərazidən çıxartmağın mümkünsüz olmasını dedikdə Əflan, «əgər qalıb işləmək istəyirsinizsə digərləri kimi 15.000 manat pul verməlisiniz, rəhbərliklə danışıb qalıb işləməyinizə şərait yaradacam» demişdir. Əflan özünü dövlətin adamı kimi təqdim etmiş, onun həqiqətən dövlət adamı olmasına inanmışdır. O, Əflana cəmi 10.000 manat pul düzəldə bildiyini bundan artığına gücü çatmadığını dedikdə Əflan 5.000 manat da rəhbərliyə çatmalıdır deyərək 10.000 manatı ondan götürərək getmişdir. Bir neçə gün sonra yenidən gələrək 5000 manatı istədikdə o ona 2000 manatdan verə bilməyəcəyini demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 3-4 ay olardı ki, işləyir. “Biz oranın vergisini verib işləyirdik.” Həmin ərazi Şahmurovundur. “Biz oranı işlətməyimizlə bağlı müqaviləmiz yox idi. Sadəcə vergisini verib, icarə haqqını verib işlədirdik”. VÖEN var. “Dövlət bizdən o yerlə bağlı pul istəməyib. Biz Əflanın danışığına, medallarına baxıb əvvəl düşündük ki, yəqin o, düz danışır. Biz Təqsirləndirilən şəxs həmin yerlə bağlı kupçasına baxmamışıq. Kənardan eşitdik ki, həmin ərazidə gəlib digər şəxslərdən də pul alıb və ona görə düşündük ki, yəqin düz deyir”. Zərərçəkmiş şəxs2 ona 10000 manat vermişəm. Pulların arasında 100,50,20liklər vardı. Təqsirləndirilən şəxs həmin əraziyə 3-4 dəfə gəlib. Vaqonu yəqin ki, Əflan 2-ci dəfə gəldikdən sonra götürdülər. Həmin vaqon onun satış etdiyi vaqonudur. Biz onu əvvəlki yerindən təxminən 200 metr aralıya qoyduq. Həmin həyətdən götürdük və başqa münasib adamın həyətinə qoyduq. Elçinlə Şahmur maşın çağırdılar, kranla evakuatora qoyub apardıq. Satışı çöldə keçirirlər. Malların bəziləri paddonun üstündə idi. Biz vaqonu Fərmanın həyətinə qoyduq. O, həm Zərərçəkmiş şəxs2, həm də Elçinə yaxın adamdır. “Mən pulu Əflana təklikdə verdim. 5000 manatı ayın 17-də istədi. Sonra gəlib, lakin onun özü ilə görüşməyib. Yenə gəlib istədi. O da ya həmin gün ya da səhəri gün polisə şikayət etmişdir. Həmin vaxt orada Şahmur yox idi. Elçin də sonradan gəldi. Orada bizdən başqa alıcılar da var idi. Bəlkə də həmin vaxt Elçın alıcıların yanında olub, amma mən onu görməmişəm. Müdafiəçi tərəfindən verilən suallara bidirmişdir ki, “polisdə yazdığım ərizədə Təqsirləndirilən şəxs məndən pul istədiyini yazmağım ola bilər yadımdan çıxıb. Bəlkə də həmin mənə onunla bağlı sual verilməyindən yazmamışam. Mən Elçin və Şahmurla birlikdə işləyirik. Onlar mənim ortağımdılar ya şərikim onun bu işə dəxli yoxdur. Oranın (hadisə yeri olan torpağın) uzunluğu 25-30 metr, eni də 25-30 metr olar. Oranın icarə müqaviləsi vardı, boş yer olduğundan onar (Zərərçəkmiş şəxs2 və Şahid1) də götürüb orada mal satmışıq. Xeyr, məhz həmin yerə dair bizim rəsmi sənədimiz yoxdur. Həmin yer Hövsan qəsəbəsində yerləşir. Hal-hazırda o əraziyə Suraxanı rayon İcra Hakimiyyəti nəzarət edir. Abşeronun sənədi ləğv olunub. Biz orada işlədiyimizə görə vergi veririk. Xidmət etdiyimizə görə dövlətə vergi veririk, torpağın vergisini vermirik. İşin sahibi mənəm, pul buraxanı mənəm. Şahmurun sadəcə adı gedir. Biz əvvəl başqa yerdə satış edirdik. Sonra bizi oradan çıxardılar və biz gördük ki, həmin yer boşdur və zibillikdir. Mən oranı buldozer gətirdərək zibillərdən təmizlətdirdim. Mən də torpağın sənədi yoxdur. Ora Hövsan qəsəbəsi Ticarət mərkəzinin yanı deyilən yerdir. Oranı işlədən mənəm, sadəcə vergi sənədləri Şahmurun adınadır. Birinci yerimizdə də sənədlər, VÖEN Şahmurun adına idi. Vergiləri ödəyirik. Mağaza qeydiyyatda deyil. Vergini bizdən gəlib yığmırlar. Biz özümüz aparıb vergiləri ödəyirik. Gəliri mən götürürəm. Əvvəlki müqavilə Şahmurla bağlanıb. Obyektdən vaqonu qoyduğumuz yer görünmürdü. Paddonun üstündə hər ləvazimat olur. Təqsirləndirilən şəxs “atvyortkanı” paddondan götürüb. Xeyr, mən şəhid ailəsinin adından istifadə etmirəm. Əksinə gəlirlərindən şəhid ailələrinə yardım edirəm. Dediyim şəhid ailəsi mənim kürəkənimdir.” Təqsirləndirilən şəxs məni vuranda üzbəüz dayanmışdıq. Əflan bıçağı cibindən çıxardı. Amma hansı cibindən çıxardığı yadımda deyil. Hansı əli ilə vurdu bilmir. Əflan yalan deyir. O deyir ki, guya onu İcra Hakimiyyəti öyrədib, amma yalandır. Əflan onu vuranda Şahmur orda yox idi, o, axırda gəldi. Əflanın məni vurmasını Şahmurun görüb-görmədiyini bilmir. Əflan onu sol ayağının baldır hissəsindən vurub. Lakin bıçağı hansı əli ilə tutub bilmir. Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab verərək, Əflanın bıçağın cibindən çıxardığını demiş, hansı cibindən və hansı əllə vurduğuna baxmamış, bir il yeddi ay keçib, hansı əli ilə vurub yadında deyildir. Bıçağı arxa cibindən çıxardı, hansı əliylə vurub, xatırlamır. Əlinə fikir verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən nümayəndə qismində göndərilmiş Bakı ərazi şöbəsində, baş məsləhətçi müfəttiş vəzifəsində işləyən Nümayəndə iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınraraq dindirilərkən ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə»nin tələblərinə əsasən 2023-cü ilin yanvar ayının ortalarında Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazsində monitorinq keçirilmiş, həmin monitorinq zamanı Hövsan-Türkan yolunun sağ hissəsində (39T X:423622; Y446937 nömrəli kordinatlarda) təxminən 15 km.metr dövlət mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış obyektinin inşa edilməsi faktını aşkar etmişlər. Sözü gedən ərazidə tikintinin •im tərəfindən aparılması ilə maraqlanarkən orada olan bir nəfər yaxınlaşıb özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək tikintinin onun tərəfindən aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs adına torpaq sahəsi ayrılmasına dair sənəd tələb olunduqda heç bir sənədinin olmadığını, tikinti işləri apardığı torpaq sahəsinin dədəbaba torpağı olduğunu, ona görə də burada tikinti işləri apardığını bildirmişdir. Tikintinin dayandırması tələb olunduqda isə o, tikintini dayandırmamış, davam etdirmişdir. Buna görə də aşkar edilmiş qanun pozundusu barədə akt tərtib etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının əvvəllərində Hövsan-Türkan yolunun sağ tərəfində təxminən 10 sot dövlət mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi və işçilər gətirib rəhbərlik edərək qeyri-yaşayış binası tikdirirməsi faktı aşkar edilmiş, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs tikintini saxlayıb torpaq sahəsini boşaltması tələb olunduqda Təqsirləndirilən şəxs qanuni tələblərinə məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir. Buna qörə də məcbur qalaraq zəbt olunmuş torpaq sahəsində aparılan qanunsuz tikinti aparılmasının dayandırılmasını təmin etmişlər. Təqsirləndirilən şəxs dövlət mülkiyyətində olan torpaq sahəsini özbaşına tutub tikinti işlərinin aparmasını aşkar etdikdən sonra ondan ərazini boşaltmağı tələb etsələr də Təqsirləndirilən şəxs torpaq sahəsini boşaltmamış, öz hərəkətlərini davam etdirmişdir. Təqsirləndirilən şəxs başqa cinayət işi ilə bağlı həbs olunduqdan sonra əməkdaşlar ilə həmin əraziyə gedib qanunsuz tikilini uçura bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayından etibarən Suraxanı rayonu İHB-nın Hövsan qəsəbə Ərazi İnzibati Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi sakini kimi tanıyır, onunla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Hazırda tutduğu vəzifəyə təyin olunduqdan sonra Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs Hövsan zəsəbəsi ərazisində Dövlət mülkiyyətində olan ayrı-ayrı ərazilərdə yerləşən torpaq sahələrini qanunsuz olaraq tutub orada özbaşına tikinti işləri aparıb başqa şəxsləri aldadıb satmaqla qazanc əldə etmək yolunu tutmuşdur. Təqsirləndirilən şəxs Dövlət mülkiyətində olan torpaq sahələrini qanunsuz ələ keçirməsi ilə bağlı dəfələrlə tərəfindən, həmçinin Suraxanı rayon İcra Hakimiyyəti və Əmlak Komitəsinin əməkdaşları tərəfindən xəbərdarlıqlar edilmiş, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almağa çalışmışdır. Lakin Təqsirləndirilən şəxs yaxınlaşan kimi o, hay-küy salıb guya həmin torpaq sahələrinin hakimiyyət tərəfindən onun dədə-babalarına verilməsinə dair əsassız fikirlər səsləndirmiş, camaatın içərisində səs-küy salıb onları camaatın içərisində təhqir etmiş, guya tutduğu torpaq sahələrində ev tikib sataraq əldə etdiyi qazancı şəhid ailələrinə və qazilərə verəcəyinə dair özünü müdafiə xarakterli sözlər işlədərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sağ tərəfində yerləşən təxminən 15 kv.m Dovlət Mülkiyyətində olan torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən 2023-cü il yanvar-fevral aylarında qanunsuz olaraq tutulub yaşayış və qeyri-yaşayış obyekti zəbt etmişdir. Əmlak Komitəsi və İcra Hakimiyyətinin, əməkdaşları ilə birlikdə onun bu hərəkətlərinin qarşısını almağa çalışmışlar, lakin hər dəfə Təqsirləndirilən şəxs hay-küy salıb münaqişə yaratmış, qanunsuz tutduğu əraziləri könüllü olaraq boşaltmamışdır. Özü İİ Qarabağ döyüşləri Vətən müharibəsində fəal iştirak edərək sol ayağını itirmiş, dövlət tərəfindən xidmətinə görə çoxlu medallarla təltif edilmişdir və Vətən Müharibəsində şəhid ailələri ilə işin təşkili şöbəsinin müavini vəzifəsini daşıyır. Təqsirləndirilən şəxs hansısa qaziyə, şəhid ailəsinə hər hansı bir maddi və ya mənəvi dəstəyinin şahidi olmamışdır. İcra Hakimiyyəti tərəfindən Təqsirləndirilən şəxs torpaq sahəsi ayrılması barədə ona hər hansı bir tapşırıq verilməmiş, o, Təqsirləndirilən şəxs torpaq sahəsi ayırmamış, onun qanunsuz hərəkətlərinə göz yummamışdır. Təqsirləndirilən şəxs ona İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayırması barədə göstərdikləri şər və böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, dörd ildir ki, Suraxanı rayonu, Hövsan Bələdiyyəsi, Vergi şöbəsinin müdiri vəzifəsində işləyir, Təqsirləndirilən şəxs Hövsan sakini kimi tanıyır, onunla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs dəfələrlə Dövlət Mülkiyyətində olan torpaq sahələrini tutub qanunsu tikinti işləri aparmış, İcra Hakimiyyəti və aidiyyəti orqanların nümayəndələri onun qanunsuz hərəkətlərinin qarşısını almaq istədikdə isə münaqişə yaratmış, tam olaraq tabesizlik göstərərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sağ tərəfində yerləşən Dövlət mülkiyyətində olan texminən 15 kv.m torpaq sahəsini qanunsuz olaraq tutub qeyri yaşayış obyektinitin tikintisini apardığına görə İcra nümayəndəsi Şahid4 və İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə hadisə yerində olmuş, Təqsirləndirilən şəxs tikintini dayandırıb torpaq sahəsini boşaltması tələb olunmuş, lakin Təqsirləndirilən şəxs onları təhqir edərək telefonla videoya çəkib şantaj xarakterli hərəkətlər edərək internet səhifəsində paylaşacağını bildirmiş, guya şəhid və qazi ailələri üçün çalışdığını, bunu görə də onun qarşısının kəsilməsinə dair böhtan xarakterli fikirlər səsləndirmişdir. Təqsirləndirilən şəxs dəfələrlə bu hərəkətləri ilə ətrafdakıların diqqətini özünə cəlb edib hadisə yerinə izdihamların toplaşmasına nail olmuş, buna görə də ərazini tərk etmək məcburiyətində qalmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyir. Özbaşına tikinti işlərinin aparılmasnın və torpaq Zəbtinin qarşısının alınması məqsədi ilə Suraxanı rayonu İcra Hakimiyyəti yanında «özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədən kənar torpaq məsələlərinin həlli üzrə komisiya»nın üzvləri tərəfindən keçirilmiş reyd zamanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində və bağlar massivi ərazisində dövlət mülkiyyətində olan bəzi torpaq sahələrinin zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması faktlar müəyyən edilmişdir. RİH-nin əməkdaşları tərəfindən belə zəbt etmə faktları təxminən iki ildir ki, aşkar olunmaqdadır. Hər dəfə Təqsirləndirilən şəxs dövlət mülkiyyətində olan torpaq sahələrini özbaşına tutması, yaşayış evi və yarımtiklilər ayrı-ayrı şəxslərə satması, tikili və boş torpaq sahələrini satarkən şəxslərə heçbir hüquqi əsası olmayan saxta sənədlər verib özünə məxsus olmasını bildirməsi terədə məlumatları olmuşdur. Bununla bağlı dəfələrlə Təqsirləndirilən şəxs ilə profilaktiki söhbətlər aparılmış, ondan hərəkətlərinə son qoyulması tələb edilsə də, Əfan Səfərov heç kəsə məhəl qoymayaraq guya həmin torpaq sahələrinin onun ataanasından qalmasını deyərək öz qanunsuz əməllərini davam etdirmişdir. Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan və tikinti aparılan torpaq sahələri müəyyən edilərək koordinatları götürülmüş, fotoşəkil əlavə edilərək araşdırma aparılmasından ötrü ziddiyyəti üzrə istintaq orqanına göndərilmişdir. Bundan başqa ayrı-ayrı şəxslər hüquq-mühafizə orqanına müracitlər edərək Təqsirləndirilən şəxs onlara məxsus torpaq sahəsinə qanunsuz olaraq girib zəbt etməsini bildirmişlər. Məhkəmə istintaqı zamanı vəfat etmiş, bununla bağlı ifadəsinin elan edilməsi qərara alınmış və elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Ticarət Mərkəzi»nin yaxınlığında yerləşən qum, sement, şebel və tikinti materialları obyektini işlədirlər. 2023-cü ilin ortalarında günortadan sonra işdə olduğu zaman iki nəfər şəxs əraziyə gəlmiş, onlardan biri özünü yüksək dövlət məmuru kimi təqdim edərək bu ərazilərə nəzarət etdiyini, adının Əflan olmasını bildirmişdir. Həmin şəxsin kostyumunun yaxasında çoxlu medallar olmuşdur. Əflan ərazininin təcili boşaldılmasını tələb etmiş, sonradan isə Zərərçəkmiş şəxs2, 15.000 manat versə rəhbərliklə danışıb ərazidə satış fəaliyyətini davam etdirməyə imkan veriləcəyini demişdir. Zərərçəkmiş şəxs2 10.000 manata gücü çatmasını demiş, Əflan gedib təxminən bir-iki gündən sonra yanındakı şəxslə birlikdə obyektə gəlmiş, Zərərçəkmiş şəxs2 10.000 manat pulu Əflana verdikdən sonra 5.000 manat da verməsini tələb etmiş, əks halda ərazini boşaltmaqla hədələmiş, əraziyə qoyulan vaqonun götürülməsini tələb etdiyi üçün vaqonu götürüb ərazidən kənara qoymuşlar. 17 yanvar 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi «Honda» markalı avtomobili ilə obyektə gedəndə orada satıcı işləyən Şahid2 və Zərərçəkmiş şəxs2 obyektdə olduqlarını, oraya kənar şəxslərin toplaşdığını, əvvəllər obyektə gələn Əflan adlı şəxsin də İbişin ünvanına ucadan nalayiq söyüşlər söyə-söyə oradan kənarlaşdığını görmüşdür. Zərərçəkmiş şəxs2 başında, sol ayağında və qollarında xəsarətlər vardı, üst-başı qana boyanmışdı. Nə hadisə baş verdiyini soruşduqda, Şahid2 demişdir ki, Əflan adlı şəxs yanındakı həmin yaşlı kişi ilə birlikdə obyektə gəlib 5.000 manat tələb etdikdə Zərərçəkmiş şəxs2 Əflana 2.000 manat verməyə gücü çatdığını demiş, Əflan razılaşmayıb 5.000 manat tələb etdikdə aralarında mübahisə yaranıb, Zərərçəkmiş şəxs2 yerin şəhid ailəsinə məxsus olduğunu deyib. Əflan şəhidin ünvanına ruhuna təhqiramiz fikirlər səsləndirəndə Zərərçəkmiş şəxs2 onun bu hərəkətinə dözməyib üstünə gedəndə Əflan şalvarının arxasından bıçaq çıxardıb Zərərçəkmiş şəxs2 sol ayağından vurmuşdur, Zərərçəkmiş şəxs2 bıçağın onun əlindən vuraraq yerə salmışdır, sonra da Əflan satılan malların arasından otvyortkanı götürüb Zərərçəkmiş şəxs2 başına və bədəninə xəsarət yetirmişdir. Bundan sonra obyektdə qalmışdır. Şahid2 isə Zərərçəkmiş şəxs2 idarə etdiyi «Vaz-2107» markalı avtomobilinə otuzdurub evinə aparmışdır. Hadisəyə görə obyektə toplaşmış adamlar da yavaş-yavaş dağılışıb getmişlər. İbtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallar: Cinayət işin materiallarına əlavə edilmiş (1 cild, s.42) Zərərçəkmiş şəxs2 ilk ərizəsinə əsasən 2022-ci ilin noyabr ayından etibarən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Ticarət Mərkəzi»nin yaxınlığında olan ərazidə qum, şebel və tikinti materiallarını satışı ilə məşgul olmuş, 17 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində işdə olduğu zaman iki nəfər şəxs əraziyə gəlmiş, onlaran biri, özünü Əflan kimi təqdim etmiş, dövlət məmuru olduğunu, buradakı bütün əraziyə nəzarət etdiyini bildirib, ərazini boşaltmağını tələb etmişdir. Sonra Əflan dedi ki, əgər qalıb işləmək istəyirlərsə 15.000 manat pul verməlidirlər. Buna görə də başqa çıxış yolu olmadığından haqq-hesab etməyə razılamışdır. Onlar gedib iki-üç gündən sonra yenidən qayıtmışlar. Zərərçəkmiş şəxs2 dedi ki, yalnız 10000 manat pul düzəldə bilmiş, bundan artığına gücü çatmamış, Əflan dedi ki, 5000 da rəhbərliyə çatmalıdır. O, ondan 10000 manat götürdü, sonrasına baxarıq deyib getdilər. Lakin iki gün sonra onlar yenidən obyektə gəldilər. Əflana 2.000 manat da verdi, amma o razılaşmadı ondan 5000 manat pul tələb etdi. Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, bu torpaq şəhidin torpağıdır, şəhidin ruhuna hörmət edin. Əflan şəhidin ruhunu təhqir edəndə o ona irad tutmuşdur. Əflan isə bıçaqla ona qıçından xəsarət yetrmiş, Zərərçəkmiş şəxs2 təpiklə vurub bıçağı Əflanın əlindən salmış, Əflan satışda olan otvyorkanı götürüb, ona qolundan və başından xəsarətlər yetirmiş, Odur ki, barəsində qanun tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 may 2023-cü il tarixli qərarında (cin. iş s.1) göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən monitorinq zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sağ hissəsi ünvanında (39T X:423622; Y:4469537 nömrəli koordinantlar) təxminən 15 kv.m dövlət mülkiyyətinə aid olan torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən qeyri-yaşayış obyektinin inşa edilməsi faktı aşkar edilmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən tərtib edilmiş raporta (cin.iş 4 s) əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən monitorinq zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sağ hissəsi ünvanında ( 39T X:423622; Y:4469537 nömrəli koordinantlar) təxminən 15 kv.m dövlət mülkiyyətinə aid olan torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən qeyri-yaşayış obyektinin inşa edilməsi faktı aşkar edilmişdir. Həmin faktla əlaqədar olaraq toplnamış materialın Suraxanı RPİ-nin cinayətlər ərizələr və məlumatların uçotu kitabında qeydə alınmasına göstəriş verilməsi xahiş edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi elan olunması qərara alınmışdır. “Cinayət işlərinin birgə icraatda birləşdirilməsi haqqında” 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi onun barəsində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və sonuncu nömrə ilə ibtidai istintaqı davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 fevral 2023-cü il tarixli qərarında (cin. iş s.41) göstərilir ki, Zərərçəkmiş şəxs2 22 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Əflan adlı şəxs onun tikinti materialları satışı ilə məşğul olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Ticarət Mərkəzinin yaxınlığında yerləşən obyektə gələrək qalıb gələməsi üçün haqq tələb etmiş, həmin yerin şəhid ailəsinə məxsus olmasını dedikdə Əflanın şəhidin ruhuna təhqiramiz ifadələr işlətməsinə görə aralarında yaranmış mubahisə zamanı sonuncu onu təxminən 10-12 sm uzunluqda tiyəsi olan mətbəx bıçağı ilə sol ayaq nahiyəsindən vurmuş, təpiklə vurub bıçağı əlindən saldıqdan sonra isə Əflan satışda olan otvyortkanı götürüb sağ və sol qolunun yuxarı ətraflarına, otvyortkanın arxası ilə başına zərbələr endirib onu döyərək xəsarətləndirmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.3-cü maddələri elan olunması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-98/2023 saylı, 02 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 28 fevral 2023-cü il tarixindən hesablanmaqla, 02 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X15 şəxsi Suraxanı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 155 nömrəli ekspert rəyində göstərilmişdir «Zərərçəkmiş şəxs2 sol baldırın yuxarı 1/3-nin iç səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, başın ənsə nahiyəsinin sağ yan səthinin sıyrığı; sol bazunun orta 1/3-nin ön səthinin və bayır səthinin, sağ bazunun orta 1/3-nin bayır səthinin səthi əzilmiş yaraları müəyyən edildi. Xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni mətbəx bıçağı ilə sol ayaq nahiyəsinə vurulma nəticəsində törənə bilərdi. Başın ənsə nahiyəsinin sıyrığı və hər iki bazunun çoxsaylı səthi əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni başın ənsə nahiyəsində olan xəsarət vintaçanın arxası ilə, hər iki bazunun xəsarətləri isə vintaçanın ucu ilə yetirilməsi nəticəsində törənə bilərdi. Dərəcələrinə görə sol baldırın deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” 28 fevral 223-cü il tarixli protokola əsasən ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının axırlarında iş ortaqları Şahid2 və Şahid1 ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Ticarət Mərkəzi»nin yaxınlığında bir ədəd vaqon qoyaraq daş-qum satılan ərazidə hər hansı fiziki şəxsin mükiyyət və icarəsində olmayan 20x25 kv/m torpaq sahəsində qum, sement, doğranmış şebel və sairə məhsuların satışı ilə məşğul olurlar. 2023-cü ilin yanvar ayının ortalarında ərazidə olduğu zaman iki nəfər, biri orta yaşlı, biri isə bir qədər yaşlı şəxslər satış sahəsinə daxil olmuş, onlardan biri özünü Əflan adlı şəxs kimi təqdim etmişdir. Özünü Əflan kimi təqdim edən şəxsin pencəyinin yaxasında çoxlu sayda orden və medallar olduğunu görmüş, həmin şəxs xarici görkəmi ilə dövlətin ən çox mükafatına laiq görülən məmurlarından biri kimi təəssurat yaradaraq adamı özündən çəkinməyə vadar etmişdir. Əflan bu ərazilərin hamısına onun nəzarət etdiyini, “kimsə ondan icazəsiz burada iş görə bilməz, görsə də haqqını verməlidir” demiş, vaqonu və materialı ərazidən çıxarmalarını tələb etmişdir. Əflana bu qədər qum, şebel və sair materialı qısa vaxtda ərazidən çıxartmağını mümkünsüz olmasını dedikdə Əflan, «əgər qalıb işləmək istəyirsinizsə digərləri kimi 15.000 manat pul verməlisiniz, rəhbərliklə danışıb qalıb işləməyinizə şərait yaradacam» demişdir. Əflan özünü dövlətin adamı kimi təqdim etmiş, onun həqiqətən dövlət adamı olmasına inanmışdır. Buna görə də başqa çıxış yolu olmadığından haqq-hesab etməyə razılaşmışdır. Əflan və yanında olan şəxs çıxıb getmiş, iki-üç gündən sonra yenidən qayıtmışlar. Əflana cəmi 10.000 manat pul düzəldə bildiyini bundan artığına gücü çatmadığını dedikdə Əflan “5.000 manat da rəhbərliyə çatmalıdır” deyərək 10.000 manatı ondan götürərək “sonrasına baxarıq” deyib getmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Əflan adlı şəxs yenidən yanındakı şəxslə birlikdə obyektə gəlmişlər. Həmin vaxta kimi məcbur olub vaqonu bir qədər kənarda boş sahəyə qoymuş, vaqonun götürülməsi pis təsir etdiyinə görə ondan əl çəkməsi üçün Əflana 2.000 manat da düzəldib verməyi fikirləşmişdir. Lakin Əflan «mütləq rəhbərliyə 5.000 manat pul çatmalıdır, başqa variant yoxdur» demişdir. Əflana satış həyata keçirdikləri ərazinin şəhid ailəsinə məxsus olduğunu, «şəhid ailəsi buradan çörək yeyir, heç olmasa şəhidin ruhuna hörmət elə» dedikdə Əflan «şəhidi də belə-belə olsun, maşennik şəhidin adından istifadə edirsən» kimi təhqiramiz sözlər demiş, həmin vaxtı Əflanın yanındakı şəxs telefonla danışa-danışa ərazidən uzaqlaşıb getmiş, şəhidi təhqir etməsinə görə Əflanla aralarında mübahisə yaranmış, həmin vaxtı Əflan cibindən qara dəstəkli, tiyəsinin uzunluğu 12-13 sm olan mətbəx bıçağını çıxardıb üstünə gəldikdə özünü qorumaq üçün sol ayağı ilə təpik atıb geri çəkilmək istəyəndə Əflan bıçaqla sol ayağından vurmuşdur. Sonra sağ ayağı ilə vurub Əflanın əlindəki bıçağı yerə salmış, hadisəni görən işçisi Elçin qaçaraq onların yanına gəlmiş, bıçağı yerdən götürüb kənara tullamışdır. Əflan obyektdə istifadə olunan əşyaların içərisindən vintaçanı götürüb üstünə hücum çəkib otvyorka ilə sağ və sol çiyin nahiyəsindən bir neçə dəfə vurub xəsarətləndirmişdir. Həmin vaxtı ətrafda kənar şəxslər olmuş, Əflanın hərəkətləri narahatçılığa səbəb olan hadisə olduğu üçün izdiham yaranmış, hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Əflanın uca səslə ünvanına və şəhidin ruhuna qarşı təhqiramz ifadələr işlətməsi obyektdə gələn şəxslərin narazılığına səbəb olmuşdur. Elçin onu Əflanın əlindən xilas edib vintaçanı almaq istəyəndə Əflan müqavimət göstərib vintaçanın arxa hissəsi ilə başından zərbələr endirmiş, zərbənin təsirindən huşunu itirib yıxılmışdır. Ancaq qaranlıq olsa həmin vaxtı digər işçisi Şahmurun öz avtomobili ilə hadisəni görüb yaxınlaşdığını, qan çində olduğunu görüb avtomobilindən düşüb yanına gəldiyini xatırlayır. Şahmur hadisə yerində qalmış, Elçin onu öz avtomobili ilə evinə aparmışdır. X7 içində olduğunu görüb nə baş verməsini soruşduqda, yalandan obyektdə yıxıldığını demişdir. Əflanın dövlət məmuru olmasını güman edib biznesinin əldən çıxmaması üçün bu hadisə ilə bağlı ondan şikayət etmək istəməmiş, bu səbəbdən də həkimə getmədən yaralarını özü evdə sağaltmış, lakin sol baldır nahiyəsində bıçağın, sağ və sol qollarının yuxarı tərəflərində isə vintaçanın izləri salmışdır. Bir-iki gündən sonra ayağa qalxıb işə getmiş, bir müddət sakitçilik olmuş, sonradan Əflan yenə də əraziyə gələrək özünü nümayiş etdirib təzyiq göstərdiyinə görə Suraxanı RPİ-nə şikayət ərizəsi vermişdir. “Şahidin dindirilməsi haqqında” 03 mart 2023-cü il tarixli protokola əsasən ibtidai istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayından etibarən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ticarət Mərkəzi”nin yaxınlığında yerləşən, Zərərçəkmiş şəxs2 və Şahmur Sanmurovun birlikdə işlətdikləri qum, sement, şebel və tikinti materialları obyektində satıcı işləyir. 2023-cü il yanvar ayının ortalarında işdə olduğu zaman iki nəfər şəxs əraziyə gəlmiş, onlardan birinin yaxasında çoxlu medallar olmuş, həmin şəxs özünü yüksək dövlət məmuru kimi təqdim etmiş, adının Əflan olduğunu, bu ərazilərə nəzarət etdiyini deyib ərazini təcili olaraq boşaltmalarını tələb etmişdir. Sonra həmin şəxs Zərərçəkmiş şəxs2, 15.000 manat versə rəhbərliklə danışıb ərazidə satış fəaliyyətini davam edirməyə imkan veriləcəyini demişdir. Satıcı olduğuna görə bu məsələlərə qarışmadan kənardan seyr etmişdir. Zərərçəkmiş şəxs2 10.000 manata gücü çatdığını demişdir. Əflan və yanındakı şəxs çıxıb getmişlər. Təxminən iki gündən sonra həmin Əflan adlı şəxs yanındakı şəxslə birlikdə obyektə gəlmişlər. Zərərçəkmiş şəxs2 10.000 manat pulu Əflana vermiş, Əflan 5.000 manat da verməsini tələb edərək əks halda ərazini boşaltmaqla hədələmişdir. Əflan əraziyə qoyduqları vaqonu götürüb kənara qoyulmalarını tələb edərək getmiş, təxminən bir-iki gün sonra saat 16-17 radələrində Əflan yanındakı həmin yaşlı kişi ilə birlikdə yenə də obyektə gəlmişdir. Zərərçəkmiş şəxs2 Əflana 2.000 manat verməyə gücü çatdığını demiş, Əflan isə Zərərçəkmiş şəxs2 mütləq 5000 manat verilməsini, pulun rəhbərliyə çatırılacağını demişdir. Zərərçəkmiş şəxs2 bura şəhid ailəsinə məxsusdur, heç olmasa şəhidin ruhuna hörmət edəsiniz» dedikdə Əflan özündən çıxıb «nə şəhid ailəsi, şəhidin adından istifadə edib moşeniklik edirsən» deyərək şəhidin ruhuna təhqiramiz ifadələr işlətdikdə Zərərçəkmiş şəxs2 Əflanın bu hərəkətinə dözməyib üstünə gedəndə Əflan şalvarının arxasından bıçaq çıxardıb Zərərçəkmiş şəxs2 sol ayağından vurmuşdür. Həmin vaxtı 5-6 metr kənardan olmuş, Əflanın Zərərçəkmiş şəxs2 vurduğunu görən kimi qaçaraq onların yanına getmiş, çatana qədər Zərərçəkmiş şəxs2 təpiklə vuraraq bıçağı Əflanın əlindən salmış, yerdən qara rəngli dəstəyi olan mətbəx bıçağını götürüb bacardıqca uzağa atmışdır ki, Əflan bir də bıçağa çata bilməsin. Əflan alətlərin içərisindən vintaçanı götürüb Zərərçəkmiş şəxs2 bədən nahiyəsinə vurmağa başladıqda vintaçanı Əflanın əlindən almağa çalışsa da o, Zərərçəkmiş şəxs2 başına bir neçə dəfə vurmuş, həmin vaxtı Şahid1 «Honda» markalı avtomobili ilə obyektə gəlmiş, bu hadisəni görüb yaxınlaşmış, Şahid1 hadisə yerində qalmış, o, isə «Vaz- 2107» markalı avtomobili ilə Zərərçəkmiş şəxs2 evlərinə aparmışdır. Əflan adlı şəxsin həqiqətən də dövlət məmuru olmasını güman edərək Zərərçəkmiş şəxs2 bu hadisə barədə şikayət etməmiş, lakin Əflan sonradan yenə də əraziyə gəlib təzyiqlər göstərməyə başlayanda Zərərçəkmiş şəxs2 şikayət etmək məcburiyyətində qalmışdır. Əflanın yanındakı şəxs mübahisə başlayan anda oradan kənarlaşıb getmişdir, onun bu hadisədə iştirakı olmamışdır. Hadisə vaxtı ətrafda kənar şəxslər olmuş, Əflanın hərəkətləri narahatçılığa səbəb olduğu üçün izdiham yaranmış, bu hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxtı obyektə həm satış üçün, həm də istifadə etdiyi alətlər olmuş, Əflanın götürdüyü vintaçan istifadədə olan vintaçan olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurub xəsarətləndirməsi təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt ətrafda kənar şəxslər olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri narahatçılığa səbəb olan hadisə olduğu üçün ətrafda izdiham yaranmışdır, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ünvanına və şəhidin ruhuna qarşı təhqiramiz ifadələr işlətməsi obyektə gələn şəxslərin narazılıq və narahatçılığna səbəb olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4, 188.1 və 221.3-cü maddələri elan olunması qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən alınmış "xxxx" MMC-in 01 fevral 2024-cü il tarixli məktubuna əsasən əlavə edilmiş CD- diskdə olan SMS məlumatlarına əsasən aşağıdakı yazışma müəyyən edilmişdir: xx/xx/2023,18:10:13,**********21,9622,İMEİ **********94310 3.1.14.2.4 1 xx/xx/2023,15:37:13,**********00,**********21,O burdadı sen otaga girende tani onu deyir ki, guya sen onu tanimir xx/xx/2023,15:37:13,**********00,**********21,O burdadı sen otaga girende tani onu deyir ki, guya sen onu tanimir xx/xx/2023,15:37:14,**********00,**********21,san, ifadende dedikleri denen onun uzune xx/xx/2023,15:37:14,**********00,**********21,san, ifadende dedikleri denen onun uzune xx/xx/2023,15:40:00,**********00,**********21,Üzüne möhkem dur, cekinme ve şübhe yaratma, birdeki seni 17 yanvard xx/xx/2023,15:40:00,**********00,**********21,Üzüne möhkem dur, cekinme ve şübhe yaratma, birdeki seni 17 yanvard xx/xx/2023,15:40:03,**********00,**********21,a vurub xx/xx/2023,15:40:03,**********00,**********21,a vurub xx/xx/2023,15:40:37,**********00,**********21,Vekil burdadı qoy şübhelenmesin xx/xx/2023,15:40:37,**********00,**********21,Vekil burdadı qoy şübhelenmesin xx/xx/2023,15:46:28,**********00,**********21,Başa dsşdün? xx/xx/2023,15:46:28,**********00,**********21,Başa dsşdün? xx/xx/2023,16:54:23,**********21,9622,İMEİ **********94310 3.1.14.2.4 1 Diskə əlavə edilmiş abuneçilər haqqında məlumata əsasən qeyd olunan yazışmada mobil nömrələrindən birinin - ***-***-**-** mobil nömrəsinin X1 (ibtidai istintaqı aparan müstəntiq) məxsusluğu, digər - ***-***-**-** mobil nömrəsinin isə Zərərçəkmiş şəxs2 oğuna (iş üzrə zərərçəkmiş şəxs) məxsusluğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri: 18 yanvar 2024-cü il tarixli məhkəmə iclas protokoluna əsasən Şahid2 bildirmişdir ki, o uzun müddətdir burada işləyir. Noyabr ayında İbiş müəllim yer açıb, alver üçün. 23 yanvarda Əflan gəldi dedi ki, buranın sahibi kimdir, bildirdi ki, İbiş müəllimdir. Daha sonra çəkilib, bir kənarda danışdılar, İbiş müəllimə 15.000 manat pul verməsini demiş, İbiş müəllim isə 10.000 manat demişdi. Bu şəxs də bildirdi ki, rəhbərliklə danışacaq. 2 gün sonra İbiş 10.000 pulu verdi, bu şəxsdə əlavə 5000 manat istədi. 2 gün sonra yenə pul istədikdə, İbiş müəllim dedi ki, 2000 verə bilərəm, lakin şəxs razılaşmadı. İbiş dedi ki, şəhid ailəsinə məxsusdur bura. Şəxs də İbiş müəllimə dedi ki, “maşenniksən, şəhidin adından istifadə edirsən”. İbiş müəllim onun üstünə getdi, bu zaman şəxs arxa cibindən mətbəxt bıçağın çıxarıb İbiş müəllimin sol ayağından vurdu. Müştəri də var idi həmin zaman, İbiş müəllim bıçağa təpik atdı, bıçağı sonra kənara atdım. Paddonda kəlbətin, otvyortkalar var idi, oradan otviyortkanı götürüb, sağa sola vurdu, bir dənə başına vurdu. Şahid2 bildirmişdir ki, İbiş müəllimi evinə aparmışdır. Arada gəlib, bu şəxs təzyiqlər edirdi. Dövlət ittihamçısı tərəfindən verilən suallarına cavab verərək bildirmişdir ki, Əflan ilk gələndə, Vaqon var idi. Vaqonun içində satış olurdu. Yanvarın ortaları gəlmişdi. 10.000-i aldı, 5000 istəyəndə demişdi ki, vaqonu götürün. Birinci gəldi yanvarın ortaları, ondan 2-3 gün sonra gəldi, ondan sonra vaqonu götürdük. 10.000 manatı alandan sonra demişdi ki, vaqonu götürün, ikinci dəfə gəldi, ondan sonra biz vaqonu götürdük. - Yanında bir nəfər var idi, kostyum da ordeni var idi, üzərində Prezidentin şəkli deyəsən var idi. Mətbəx bıçağı arxa cibindən çıxarıb, açıq vəziyyətdə idi, o götürüb tullamışdır. O bıçağı götürəndə mübahisə gedirdi. Açar, kəlbətin var idi orada. Satışda olan da var idi, nümunə kimi qoyduqları da, 2 qoluna, başına vurub, İbiş müəllimin. İbişin huşu getdi, su verdik ayıltdıq, maşında apardıq. İbiş avtomobildə özündə idi, özü dedi ki, evə gedək, xəstəxanaya aparmadıq. Əflan 2-3 gün sonra gəldi, İbiş yox idi. Dedi ki, qumu götürün, 1-ci gün gələndə 2 nəfər idilər. Sonra gələndə tək idi. Şahid2 bildirmişdir ki, 10.000 manat veriləndə o aralıda idi. Veriləndə gördü. 6-7 metr məsafədə idi, lakin saydığını görmüşdür. İlk siftə 15.000 istəmişdi. Birinci səfər 15.000 götürməyə gəlmişdi. 10.000 götürəndə dedi ki, 5000 manatda verərsən. İbiş dedi çoxdur, imkanım çatmır. Onda Əflan dedi ki, budkanı götürün, onlar da kranla götürdülər. 2000 manatı Əflan sonra götürmədi. Dedi ki, rəhbərlik icazə vermir. İkinci dəfə 5000 manatın dalınca gələndə, İbiş əsəbləşmişdi ki, nə üçün verməlidir. Müdafiəçi tərəfindən hadisə yerin - satış aparıldığı yerin şəhid ailəsinə məxsus olub-olmaması ilə əlaqədar bildirmişdir ki, İbişi çoxdan tanıyır. Ondan qabaq arenda da yer işlədirdik. 7-8 ildir tanıyır İbişi. O yeri İbiş müəllimin qohumu götürdü, o şəhiddir. İbiş müəllim və Şahid1 vergi ödəyirdi. Əvvəlki yer bura yaxın idi. Ozü satıcıdır, müqavilə kiminlə bağlanıb, bilmir. Şəhid İbişin qohumudur. İbiş müəllim şəhidin ailəsini saxlayıb. Hadisənin nə vaxt baş verdiyinə dair sualı cavablandıraraq, Şahid2 hadisənin yanvarın 12-də baş verdiyini bildirmişdir. Sonradan ifadəsini həmin hissəsi elan edildikdən sonra istintaqda dedikləri düzgün olduğunu bildirmişdir. 17-si yazmışam, deməli 17-sidir. Həmçinin saatı da saat 02-03 radələrində olduğunu bildirmişdir. Müdafiəçi etiraz edərək bildirmişdir ki, zərərçəkmiş şəxs ifadəsində havanın qaranlıq olduğunu bildirmişdir. Şahid bildirmişdir ki, tam qaranlıq deyildi. Şahmur bunlar gedəndən sonra içəri girdi. 2 nəfər gəlmişdilər. O sağ tərəfdən durmuşdu, orada digər tərəfdə gördü ordeni. Nə nişanıdır, bilmir. İkinci dəfə dedi ki, vaqon götürün. İbiş müəllimin tanışının yerinə qoyduq. Bir qədər kənara qoyuruq. Təxmini 200 metrə kənara qoyduq, boş sahəyə. Qohumunun hasara alınmış yeridir. Vaqonu malla aparıb qoyuruq, bilmirəm ki, hara qoyuruq. Üçüncü dəfə gələndə vaqon yox idi. Maşında otururdular. Həyətdə çınqılı falan satışa qoyurduq. Bıçağı arxa cibindən çıxarıb. Arxa tərəfdən bilmir ya cibindən ya belindən çıxardı. Üzbəüz idilər, İbişlə. Bıçağı hansı əllə çıxarmasını görməmişdir. Sol ayağına vurdu. Yəqin ki, sağ əllə vurub . 15 fevral 2024-cü il tarixli məhkəmə iclas protokoluna əsasən Şahid2 ona Təqsirləndirilən şəxs hansı yerdən otvyortkanı götürüb suala cavab olaraq bildirmişdir ki, otvyortkanı poddonun üstündən götürüb, vaqonun içində satdığı əşyaların pulunu qəbul edirdi, vaqon mal satdıqları yerin yanında deyil, 150 metr məsafədə var idi. Lazımlı xırdavat götürüb, “paddonun” üstünə qoymuşduq. Yanvar ayı soyuq idi. Stol qoymuşduq, yağış yağanda üstünü bağlayırdıq. Həmin protokola əsasən qeyd olunan dindirmə zamanı müdafiəçi Təqsirləndirilən şəxs otyvortkanın yerdən götürdüyünə dair zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinin mövcud olduğunu və üzləşdirmə protokolunda əks olunduğunu bildirmişdir. Zərərçəkmiş şəxs etiraz edərək, bildirmişdir ki, poddonun üstündən götürdüyünü demişdir. Müdafiəçinin vəsatətinə əsasən 01 mart 2023-cü il tarixli üzləşmə protokolunun buna dair hissəsinin elan edilməsini xahiş etmişdir. Sədrlik edən tərəfindən 01 mart 2023-cü il tarixli üzləşmə protokolu elan edilərək, Zərərçəkmiş şəxs2 ifadəsi qrafasında “Əflan, sən iş yerimizdə yerdə olan otvyortkanı götürüb otvyortkanın üc hissəsi ilə sağ və sol qollarının yuxarı ətraflarıma vurub otvyortkanın arxası ilə başıma vurub xəsarətlər yetirdin. Zərərçəkmiş şəxs bildirmişdir ki, iş yerində yerdə olan deyəndə poddonun üstünü deyir, çünki iş yerində əşya nəyinsə üstündə olur. Sədrlik edən tərəfindən həmçinin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda zərərçəkmiş şəxsin “poddonla” bağlı dediyi ifadə səsləndirilir. Zərərçəkmiş şəxs bildirir ki, poddon 8-10 sm olur, ona görə demişdir ki, yerdən götürüb Şahmurun iştirakı ilə əlaqədar, şahid E.Nuriynev bildirmişdir ki, o gələndə Əflan getmişdi. Vurulma anının Şahmur tərəfindən görülüb-görülmədiyini bilmir. Hadisə vaxtı orada yox idi. Huşunu yerdə itirmişdi, dedi məni evə apar, məndə apardım. Davanı görən müştəri mal alırdılar, yığışmışdılar, bilmirəm kimlərdir, tanıdığı adamlar deyildi. İbişin neçə günə işə çıxması yadında deyil.Orada mən olurdum, o həftədə bir dəfə gəlirdi, əvvəllər daha tez-tez gəlirdi. Ayın ortalarına yaxın olub. Əflanı sonradan orada görməyi yadımda deyil. O satışla məşğuldur. O xəstədir, bəzən olur ki, həkimə gedir. Şahmurla İbiş orada olur. 1 dəfə o vaxt pul istəyib, sonradan pul istəməsini bilmir. İbişin 40 gün sonra şikayət etməsinə səbəbin bilmir. Müdafiəçi həmin ifadəsinə etiraz bildirərək, ibtidai istintaqdan verdiyi ifadəsinin elan edilməsini xahiş etmiş, birinci cildin, səh 49-50-ə olan Şahid2 həmin ifadəsində Əflan tərəfindən yenidən təzyiq etdiyi səbəbindən İbiş şikayət etməsini bildirmişdir. Müdafiəçi tərəfindən verilən suallara şahid izahatın yadından çıxdığını bildirmiş, o nə deyib, müstəntiq yazmış, müstəntiq özbaşına yazmaz, izahatda nə yazmışdırsa o olub, təzyiq deyəndə ki, deyirdi ki, buralar bizimdir, dədə baba torpağımızdır. Əlində sənəd var idi. Amma açıb, baxmamışdım.Təzədən 5000 manat istəyib. Hadisədən sonra istəməsi yadımda deyil. O torpağın şəhidə aiddiyatı yox idi. Şəhid ailələrinə İbiş kömək edir. Şəhid İbişin qudasıdır. Həmçinin verilən suallara cavab verərək Şahid2 bidirmişdir ki, ilk dəfə Əflanı orada görmüşdür. Əvvəl 20-30 metr qabaqda işləyirdilər.Ora vergidən gəlirdilər, kassaya, çekə baxıb, gedirdilər. Təzə yerə köçəndə Əflan gəldi, bu ərazilərin sahibi kimi təqdim elədi özünü. İbişə məsləhət verməmişdir. İbiş və Şahmur şərikdirlər. Əflanı 3-5 dəfə görmüşdür.Yanvarın ortaları ilk dəfə görmüş, 2 gün sonra 1 dəfə gəldilər. Sonra 1 dəfə də gəldi, 2 gün sonra pulu alıb, vaqonu götürdülər. 2 gün sonra gələndə hadisə oldu.Hadisədən sonra deyəsən gəlmişdi. İşçi yalnız odur. Müştəri var idi. 3-5 nəfər olardılar. Daimi müştərilər deyildilər, tanımırdı. Öz maşını ilə aparmışdər. O məsləhət verməmişdir ki, polisə get. Deyirdi ki, dövlət adamıdır. Məhkəmə istintaq zamanı dindirilmiş müstəntiq X2 ifadəsində bildirmişdir ki, ***-***-**-** mobil nömrəsi ona məxsusdur. Yazışdığı ***-***-**-** mobil nömrəsi zərərçəkmiş şəxsin nömrəsi olub-olmaması barədə məlumatı yoxdur. Hər hansı SMS mətni İbişə (red. Zərərçəkmiş şəxs2) atmamışam. Mesajları yaxın adama boşanma məsələsi ilə bağlı göndərmişdir. Texniki səhvlik olub, bununla bağlı mesaj Zərərçəkmiş şəxs2 gəlmişdir. Eyni tarixdə səfvliklə gedən mesajdır, o sms-in təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslə heç bir əlaqəsi yoxdur. “Mesaj Zərərçəkmiş şəxs2 deyilsə, kimə gəndərilirdi?” suala cavab olaraq bildirmişdir ki, “yaxınımın boşanma məsələsidir, şəxsi sirrdir, aça bilmərəm”. 28 fevral üzləşmə olmayıb. “Qohumum ifadə vermişdi, mən onu nəzərdə tutmuşam.Tarixdə oxşarlıq ola bilər, mən 17 yanvar 2019-cu il bizim qohumun işi olub. Ailə məsələsində qətiyyət göstərməsini bildirmişəm. O işdə vəkil var idi, Əliheydər adı idi.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarına əsasən şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Həmin hüquqi problemi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının (bundan sonra – “Avropa Konvensiyası”) 6-cı maddəsinin 1-ci hissəsinin və 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və X4rşı” [BP] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında (bax yuxarıda) bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Beləliklə, üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Şahid1 vəfat etdiyindən, tərəflərin razılığı əsasında (cild 1, səh 153) Şahid1 ifadəsinin alınmasına dair protokol elan edilmişdir. Hüquqi məsələlər və məhkəmənin təhlili: Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 221.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməsə də, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayətini törətməsi, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlər məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş ekspert rəyi və digər iş materialları ilə sübuta yetirildi. Təqsirləndirilən şəxs həmin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağlnın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 28 fevral 2023-cü il tarixdən məhdudlaşdırılması müəyyən edildiyindən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə qaldığı müddət nəzərə alınmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında - Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin anten dairələri və sms mətnləri ilə bağlı "xxxx" MMC-dən götürülmüş məlumatlar, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş əksəriyyət prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirilməklə xeyli miqdarda ziyan vurmaqa dələduzluq etməsi, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətlərinin törətməsi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaqın gəldiyi qənaətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittihamın əsas sübutları – Zərərçəkmiş şəxs2 ifadəsi və həmin ifadəni əks etdirən zərərçəkmiş şəxsin dindirilməsinə dair 28 fevral 2023-cü il tarixli protokol, Şahid1 ifadəsi və onunn dindirilməsinə dair 03 mart 2024-cü il tarixli protokol, Şahid2 ifadəsi və onun dindirilməsinə dair 03 mart 2023-cü il tarixli protokol, məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X15 şəxi Suraxanı rayon şöbəsi tərəfindən verilmiş 25 fevral 2023-cü il tarixli rəyi, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş bir ədəd istifadə olunmuş vintaçan – cinayətin törədilməsində istifadə olunmuş əşya kimi maddi sübutun tanınmasına dair protokol təşkil edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsinə əsasən cinayət işinin materialları tədqiq edilərkən ibtidai istintaq zamanı prosessual sənədlərin tərtib edilməsində çoxsaylı kobud prosessual pozuntuların mövcud olması ittihamda göstərilən halların həqiqiliyinə, bununla da həmin halların müəyyən edilməsinə dair aparılan prosessual hərəkətlərin və tərtib olunmuş prosessual sənədlərin sübut olaraq mötəbərliyinə, mümkünlüyünə dair kəskin şübhələr yaranaraq bütün toplanmış sübutların təhlili və yenidən hərtərəfli, ətraflı, tam və obyektiv araşdırılmasının aparılmasına əsas olmuşdur. İlk olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs bütün istintaq müddəti, istər ibtidai, istərsə də məhkəmə istintaqı ərzində özünü təqsirli bilməmiş, cinayət işi üzrə toplanmış sübutların yenidən tam və ətraflı araşdırmanın səbəbi Azərbaycan Respublikası CM-nin 178.2.4, 188.1 və 221.3-cü maddələri elan olunan ittihamda özünü təqsirli bilməməməklə yanaşı, ifadəsində özünü zərərçəkmiş şəxs kimi təqdim edən Zərərçəkmiş şəxs2 heç vaxt tanımaması, onunla heç bir fiziki kontaktda olmaması, iittiham aktında hadisə yerinə kimi təsvir olunan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq massivi ərazisində, «Ticarət mərkəzi»nin yaxınlığında yerləşən həmin obyektə gəlməməsi, heç vaxt Zərərçəkmiş şəxs2la görüşməməsi, ondan hər hansı məbləğdə pul tələb etməməsi, onu vurmaması, xəsarətləndirməməsi, Zərərçəkmiş şəxs2 dələduzluq və xuliqanlıqda bağlı təsvir etdiyi hadisə ilə əlaqədar yalan ifadə verməsi, Zərərçəkmiş şəxs2 tutduğu şahidlər də öz adamları olduğunu və olmayan hadisəyə şahidlik etmək üçün əvvəlcədən tutulmuş adamlar olduğunu, həmin adamları da tanımadığını, Hövsan qəsəbəsində torpaq sahələrinin yuxarı vəzifəli şəxslər tərəfindən ələ keçirilməsinə qarşı çıxıb səsini qaldırdığı üçün ona qarşı bu cür şər atılmaqla, “qurma” ittihamla təqsirləndirilməsi və nəticə etibarı ilə həbs etdirilməsi kimi dəlillərin göstərməsi olmuşdur. Həmçinin də qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs istər ibtilai istintaq zamanı, istər də məhkəmə istintaq zamanı ona qarşı irəli sürülmüş ittihamla əlaqədar özünü təqsirli bilməmiş, razı olmadığı prosessual sənədlərə qol çəkməmişdir. İlk olaraq qeyd olunmalıdır ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarına əsasən məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmin Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPMin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Yuxarıda qeyd olunan qanun müddəalarına əsasən məhkəmə ədalətli və qanuni yekun nəticəyə gəlinməsi üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırmanın nəticəsində yoxlanılmış faktiki hallarına və qanuniliyi müəyyən edilmiş mötəbər və mümkun sübutlara əsaslanmalıdır.

1. Məhkəmə istintaqı zamanı cinayət işin materallarını nəzərdən keçirərək, ilk olaraq Zərərçəkmiş şəxs2 polis idarəsinə verilmiş ərizəsinin qeydə alınma vaxtı məhkəmənin diqqətini çəkdi. Azərbaycan Respublikası CPM-in 204-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. İstintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı, törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş şifahi məlumat müvafiq olaraq istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Belə məlumat məhkəmə baxışı zamanı verildikdə, həmçinin məhkəmə iclasında elan olunur. Digər hallarda ayrıca protokol tərtib edilir. Belə ki, Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs tərəfindən xəsarətlərin yetirilməsi ilə bağlı şikayət ərizəsi ilə Suraxanı Rayon Polis İdarəsinə müraciət etmiş, ərizənin sonunda 22 fevral 2022-cü il tarixini göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin ərizə tədqiq olunaraq Suraxanı Rayon Polis İdarəsinə daxil olmanın qeydə alınması ilə əlaqədar 2 (iki) möhürün mövcud olması aşkar edilmişdir. Belə ki, birinci möhürün məzmununda isə “Suraxanı Rayon Polis İdarəsinin Cinayətlər Haqqında Ərizələr və X8 Qeydə Alınmışdır” sözləri, vurulma tarixi “28 fevral 2023-cü il tarix” kimi göstərilmiş, həmçinin möhürün məzmununda həmin ərizəyə verilən uçot sıra nömrəsi MK-1No100 da qeyd edilmişdir. Həmçinin də həmin ərizəni qəbul edən növbətçi əməkdaşının soyadı qeyd olunaraq, “növbətçi M.Seyidov” kimi göstərilmişdir. İkinci möhürün içində yalnız “Suraxanı Rayon Polis İdarəsi”, daxil olma tarixi – “xx.xx.2023-cü il” (tarix əl ilə yazılmış, hər hansı sıra nömrəsi verilməmiş) kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, bütün digər prosessual hərəkətlər, o cümlədən Zərərçəkmiş şəxs2 X6 tərəfindən izahatın götürülməsi, məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarı, qərarın göndərilməsi barədə məktubu 22 fevral 2023-cü il tarixlərdə aparılması kimi göstərilmiş, şahidlər Şahid2 və Şahmur Şahmarovun izahatların alınması – müvafiq olaraq 23 və 24 fevral 2023-cü il tarixlərdə göstərilmiş, məhkəmə-tibbi ekspertizasının rəyi isə 25 fevral 2023-cü il tarixdə verilmişdir. Həmçinin o məqam xüsusi diqqət cəlb edir ki, məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarının göndərilməsi barədə məktubu 22 fevral 2023-cü il tarixli kimi göstərilsə belə, onun üzərinə MK-1No100 sıra üçot nömrəsi yazılmış, lakin həmin nömrə yalnız 28 fevral 2023-cü il tarixdə həmin ərizənin qeydə alındığı vaxtdan sonra ona sıra nömrəsi olaraq verilmişdir. Qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində yalnız 28 fevral 2023-cü il tarixdə tanınır (zərərçəkmiş şəxs qismində tanınma haqqında protokola əsasən). Cinayət işin materiallarına əlavə edilmiş protokollar əsasən 1 cild, səh 66-67, 75, səh 82-83) Təqsirləndirilən şəxs da həmin tarixdə əvvəl şahid qismində dindirilir, sonradan da şübhəli şəxs qismində tutulur və dindirilir. Sənədlərin məhkəmə tədqiqı zamanı yuxarıda aşkar olunanlar məhkəməyə o nəticəyə gəlmək imkan verir ki, Zərərçəkmiş şəxs2 ərizəsi əslində Suraxanı Rayon Polis İdarəsinə yalnız 28 fevral 2023-cü il tarixdə daxil olmuş, üzərində daha əvvəlki tarixləri - 22, 23, 24, 25 fevral tarixləri olan prosessual sənədlər yalnız Zərərçəkmiş şəxs2 şikayət ərizəsinin Suraxanı Rayon polis İdarəsinə 28 fevral 2023-cü il tarixdə daxil olduqdan və qeydiyyata alındıqdan sonra tərtib olunmuş, qeyd olunan prosessal hərəkətlərdə həmin tarixdən sonra aparılmışdır.

2. Həmçinin məhkəmə araşdırma zamanı sənədləri tədqiq edərək, müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs2 verdiyi ərizəsində, ilk izahatında ona ziyan vurduğu şəxsi “Əflan adlı şəxs” kimi göstərərək, onu soyadını və yaxud digər şəxsi məlumatlarını bildirməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin an (obyektə gəldiyi an və sonrakı günlərdə) ondan soyadını soruşmamış, şəxsiyyətini təsdiq edən sənədlərini tələb etməmişdir Cinayət işin materiallarına Əflan adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, həmin şəxsin axtarış edilməsi üçün Suraxanı Polis İdarəsi tərəfindən hər hansı əməliyyat-axtarış tədbirlərinin aparılmasına dair materialın, o cümlədən həmin istiqamətdə 22 fevral 2023-cü il tarixdən (şikayət ərizəsinin güya verildiyi tarix) 28 fevral 2023-cü il tarixə (Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxt) qədər hər hansı əməliyyat tapşırıqların həyata keçirilməsi ilə bağlı sənədlərin mövcud olmadığı halda 28 fevral 2023-cü il tarixdə Səfərov X10 Rayon Polis İdarəsində şübhəli şəxsi qismində tutulur. Suraxanı Rayon Polis İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi məlumatın yalnız 28 fevral 2023-cü il tarixdə yoxlanılmasına həmçinin Təqsirləndirilən şəxs haqqında şəxsi məlumatları ilə bağlı portaldan çıxarışın tərtib etmə vaxtı da dəlalət edir. Həmin portaldan çıxarış xx.xx.2023-cü il tarixdə 11:50-də tərtib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qərarında qeyd olunur ki, nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”.

3. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlillərin, o cümlədən Zərərçəkmiş şəxs2 və şahidlər Şahid2, Şahid1 ifadələrin yalan olması ilə əlaqədar dəlillərin yoxlanılması üçün qeyd olunan şəxsləri dindirmiş, məhkəmə iclasında dindirilmədən əvvəl zərərçəkmiş şəxs və şahidlər Azərbacan Respublikası Cinayət Məcəlləsinin 297 və 298-ci maddələri ilə nəzərdə tutulmuş müvafiş olaraq məhkəmədə şahid, zərərçəkmiş şəxs tərəfindən bilə-bilə yalan ifadə vermə və şahidin və zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar olunmuş, dindirmə zamanı Zərərçəkmiş şəxs2, şahidlərin Şahid1, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələrin arasında, həmçinin də zərərçəkmiş şəxsin özünün şahidlərin ifadələri ilə arasında kəskin ziddiyyətlər müəyyən olunmuşdur. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində məhkəmə tərəfindən müəyyən edilmiş ilk və ən əhəmiyyətli ziddiyyət - Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 178.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədildiyi vaxtı ilə əlaqədardır Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində hadisəni təsvir edərək hadisənin vaxtı ilə əlaqədar ziddiyyətli məlumatlar verərək, ittiham aktında qeyd olunan obyektə Təqsirləndirilən şəxs ilk gəldiyi anları barədə bildirmişdir ki, “2023-cü ilin yanvar ayının ortaları yəni 13 və ya 14 olardı ki, Əflan və onunla birgə 1 nəfər yaxınlaşıb bu ərazilərin hamısına onun nəzarət etdiyini, “kimsə ondan icazəsiz burada iş görə bilməz, görsə də haqqını verməlidir” demiş, vaqonu və materialı ərazidən çıxarılmasını tələb etmişdir. 5000 manatı ayın 17-də istədiyini bildirmişdir”. Lakin Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş Suraxanı Rayon Polis İdarəsinə ilk müraciətində hadisə vaxtı ümumiyyətlə göstərilməmişdir. Belə ki, verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində (i.v.44-45) isə Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə ilk dəfə gəldiyini, 17 yanvardan 2-3 gün sonra yenə gəldiyini – “pulun alınması üçün”, sonra artıq 3-cü dəfə - yenə 2 gün sonra gələndə hadisənin törətdiyini qeyd edilməklə, konkret tarix göstərilməmişdir. X6 tərəfindən alınmış 22 fevral 2023-cü il tarixlə qeyd edilmiş Zərərçəkmiş şəxs2 ilk izahatına əsasən (1 cild, s. 42 ) Təqsirləndirilən şəxs obyektə gəldiyi zamanı 2023-cü ilin yanvarın ortaları qeyd olunmaqla, hadisənin baş verdiyi tarix dəqiq göstərilməmişdir. Qeyd olunmalıdır ki, Şahid2 də həmçinin X6a verilmiş ilk izahatında (1 cild, s 49-50) Təqsirləndirilən şəxs ilk gəldiyi zaman ümumiyyətlə 2023-cü ilin yanvarın ortaları qeyd olunmaqla, hadisənin baş verdiyi tarix dəqiq göstərilməmişdir. Şahid1 isə 24 fevral 2023-cü il tarixdə müstəntiq tərəfindən izahat alınarkən (1 cild s 52- 53) Əflanın ilk dəfə 17 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində, sonra bir də tələb etdiyi pul vəsaitin dalınca 19 yanvar 2023-cü il tarixdə gəldiyini göstərmişdir. “Zərərçəkmiş şəxs2 ona 10000 manat pulu vermiş və o , 5000 manat da verməsini tələb etmiş, əks halda ərazini boşaltmaqla hədələdi. Təxminən 2-3 gün sonra idarə etdiyi «Honda» markalı avtomobili ilə obyektə gedəndə orada satıcı işləyən Şahid2 və Zərərçəkmiş şəxs2 obyektdə olduqlarını, Zərərçəkmiş şəxs2 başında, sol ayağında və qollarında xəsarət olduğunu görmüşdür”. Şahid1 ilk izahatına əsasən hadisənin törədildiyi gün 19 yanvar 2023-cü il tarixdə 2-3 cün sonra kimi göstərilmişdir. Halbuki istintaq zamanı Şahid1 şahid kimi dindirilərək bildirmişdir ki, “2023-cü ilin ortalarında günortadan sonra işdə olduğu zaman iki nəfər şəxs əraziyə gəlmiş, onlardan biri özünü yüksək dövlət məmuru kimi təqdim edərək bu ərazilərə nəzarət etdiyini, adının Əflan olmasını bildirmişdir”. Yəni Əflanın ilk gəldiyi günü 2023-cü ilin ortalarında göstərmişdir. Hadisənin baş verdiyi gün kimi 17 yanvar 2023-cü il tarixini göstərmişdir. Şahid1 dindirilməsinə dair protokola əsasən artıq yeni tarix qeyd edilməklə, göstərilmişdir ki, 17 yanvar 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi «Honda» markalı avtomobili ilə obyektə gedəndə orada satıcı işləyən Şahid2 və Zərərçəkmiş şəxs2 obyektdə olduqlarını, oraya kənar şəxslərin toplaşdığını, əvvəllər obyektə gələn Əflan adlı şəxsin də İbişin ünvanına ucadan nalayiq söyüşlər söyə-söyə oradan kənarlaşdığını görmüşdür. Zərərçəkmiş şəxs2 başında, sol ayağında və qollarında xəsarətlər vardı, üstbaşı qana boyanmışdı. Bundan əlavə Şahid1 ilk izahatında – izahatın əvvəlində hadisədən sonra gəldiyini, hadisə yerində yalnız Şahid2 və Zərərçəkmiş şəxs2 gördüyünü, artıq Zərərçəkmiş şəxs2 başında, sol ayağında və qollarında xəsarət olduğunu gördüyünü göstərsə belə, izahatına sonunda Şahid2 sözlərinə istinad edərək, hadisəni Şahid2 sözlərinin təkrarlamaqla təsvir etmişdir.

4. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sənədlərin tədqiqi zamanı həmçinin də müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2, şahidlərin ilk “aldığı” izahatlarında hadisə yerində hər hansı bir kütlənin, kənar şəxslərin olması barədə hər hansı məlumat qeyd edilməmiş, lakin artıq Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirilməsi, şahidlər Şahid2 və Şahid1 dindirilməsinə dair protokollarına hadisə vaxtı “kənar şəxslərin toplaşması” sözlərin ifadəyə daxil edilməsi aşkar olunur. Lakin ibtidai istintaq orqanı tərəfindən ehtimal olunan “hadisə yeri”ndə hər hansı kütlənin, digər vətəndaşların, törədilməsi ehtimal olunan əməlin şahidlərin dairəsi müəyyən olunmamış, müstəntiq zərərçəkmiş şəxsin ibtidai sitintaq zamanı verdiyi ifadəsində dediyi “Əflanın uca səslə ünvanına və və şəhidin ruhuna qraış təhqiramiz ifadələrin işlətməsi obyektə gələn şəxslərin narazılığına səbəb olmuşdur” sözlərinin daxil edilməsi ilə kifayətlənmişdir. Təhrif edilmiş ifadələrin aşkar edilməsi məhkəməyə elə qənaətə gəlməyə imkan verir ki, X6un zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə həmin məqamın daxil edilməsi Təqsirləndirilən şəxs inkriminasiya olunan əməlin - xuliqanlıq cinayətinin obyektiv cəhətini formalaşdıran ən əsas əlamətinin - ictimai qaydanı pozmaqla, ictimayiət qarşısında açıq hörmətsizlikdə ifadə olunan, şəxsə ziyan vurmaqla müşayiət olunan hərəkətlərin törədilməsinə dair görüntü yaratmaq məqsədini daşıyırdı. Bundan əlavə Təqsirləndirilən şəxs ittiham olunduğu dələduzluq cinayət əməlini təsvir edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs yaxasında çoxlu medallar olduğuna və həmin şəxsin özünü yüksək dövlət məmuru kimi təqdim etdiyinə, ərazilərə nəzarət etdiyini deyib ərazini təcili olaraq boşaltmalarını tələb etdiyini ittiham aktında dələduzluq cinayətinin obyektiv cəhətini təşkil edən, qeyd olunan cinayətin törədilməsi üsulu aldatma kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən soyadını bilinməyən, hər hansı dövlət qurumunun adını bildirməyən naməlum şəxsə, sadəcə olaraq ordenlə kostyumun geyindiyinə, və “rəhbərlik” sözünü dediyinə görə hətta bir neçə gün keçdiyindən sonra 10000 (on min) manat pulun verilməsi inandırıcı deyil. Bundan əlavə zərərçəkmiş şəxsin sözlərinə görə verilmiş 10000 (on min) manat pul vəsaitinin rəsmi mənbəyi barədə də Zərərçəkmiş şəxs2 hər hanısı mötəbər sübut təqdim etməmiş , “mən elə bir adamam kimi, mənim cibimdə hər gün 10000 manat ola bilər, istənilən vaxtı 8000 manat, 5000 manat ola bilər” sözləri ilə izah etmişdir. Ümumiyyətlə həmin pul vəsaitinin mövcud olması, pul vəsaitinin sırf 10000 manat olması barədə hər hansı bir mötəbər sübut da ittiham tərəfindən təqdim edilmiş, həmçinin Zərərçəkmiş şəxs2 10000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs verərəkən yeganə hadisənin şahidi Şahid2 ondan aralıda olduğunu, pulun təklikdə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs növbəti dəfə nə vaxt gələcəyini bilmədiyi halda, onunla hər hansı telefon əlaqəsi saxlamadığı halda, qeyd olunan pul vəsaitini “daimi cibində gəzdirirmiş”, obyektdə 2-3 cün sonra gəldiyi gün ona verilməsi də inandırıcı hesab olunmur. Azərbaycan Respublikası CPM-in 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin məcəllənin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun.

5. Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında 22 fevral 2023-cü il tarixli qərarında X6 Zərərçəkmiş şəxs2 Cəlli oğlunun ərizəsini təsvir edərək göstərmişdir ki, “xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Əflan adlı şəxs onun tikinti materiallarının satışı ilə məşğul olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Ticrət Mərkəzinin yaxınlığında yerləşən obyektə gələrək orada qalıb işləməsi üçün haqq tələb etməsi, həmin yerin şəhid ailəsinə məxsus olmasını dedikdə Əflanın şəhidin ruhuna təhqiramiz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onu təxminən 10-12 sm uzunluqda tiyəsi olan mətbəx bıçağı ilə sol ayaq nahiyyəsindən vurmuş, təpiklə vurub bıçağı əlindən saldıqdanisona isə Əflan satışda olan otvyortkanı götürüb sağ və sol qolunun yuxarı ətraflarına, otvyorkanın arxası ilə başına zərbələr endirib, onu döyərək xəsarətləndirmişdir”. Yuxarıda artıq qeyd edildiyi kimi, Zərərçəkmiş şəxs2 ilk xx.xx.2023-cü il tarixli şikayət ərizəsində hadisənin vaxtını (tarixini) dəqiq göstərməmişdir. Həmin qərar nəzərdən keçirərkən müəyyən olunur ki, X6 Zərərçəkmiş şəxs2 hadisə gününü və vaxtını göstərmədiyi halda, özünün fərziyyəsinə görə prosessual sənəddə - məhkəmə-tibb ekspertihasının təyin edilməsnə dair qərarında hadisə vaxtını 17 yanvar 2023-cü il tarixini, saat 17:00 kimi qeyd etmişdir. Həmin məlumata istinad edərək məhkəmə-tibbi ekspetizasını aparan ekspert Ariz Quliyev öz növbəsində ekpertiza rəyində zərərçəkmiş şəxsin sözlərində kobud səhvə yol verərək, xəsarətlərin yetirildiyi anı 17 yanvar 2023-cü il tarix kimi göstərir. Belə ki, həmin qərarda qeyd olunur ki, Zərərçəkmiş şəxs2 müalicəni ev şəraitində aldığına görə üzərində məhkəmə-tibbi ekspertizası tərəfindən hər hansı tibbi sənədlər əsasında deyil, Zərərçəkmiş şəxs2 canlı şəxs olaraq üzərində keçirilmişdir. Zərəçəkmiş şəxsin özü şəxsən hadisənin vaxtını göstərilmədiyi halda həmin qərarda göstərilir ki, “özünün deməsinə görə 17 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Suraanı rayonu, Hövsan-Türkan yolunda tikinti materiallarının satışı ilə məşğul olduğu ərazidə sonradan adını bildyi Əflan adlı şəxs aralarında yaranmış mübahisə zamanı bıçaqla sol baldır nahiyyəsin vurmuş, həmin bıçağı vuraraq yerə saldıqdan sonra isə Əflan yenidən onnu üstünə gələrək əlinə almış olduğu vintaçanın üç ilə sol və sağ bazu nahiyələrinə, vintaçanın arxası ilə isə başın ənsə nahiyəsinə vurmuşdur. Almış olduğu xəsarət ilə əlaqədar ev şəraitində müalicədə olmuşdur. Hal-hazırda şikayəti xəsartə yerlərinin olmasındadır.” Məhkəmə-tibbi ekspertizasının rəyinin qeyri-mötəbər hesab edilməsinə dair dəlalət edən hal həmçinin odur ki, Zərərçəkmiş şəxs2 ərizəsinin üzərində olan möhürdəki rəqəmlərə əsasən həmin ərizə yalnız 28 fevral qəbul edildiyi halda, zərərçəkmiş şəxsin üzərində ekspertiza artıq 25 fevral 2023-cü il tarixdə ekspertiza keçirilmişdir. Məhkəmə-tibbi ekspetizasının rəyin şübhəli altına salan daha bir hal odur ki, Zərərçəkmiş şəxs2 xəsartələrin aldığı dəqiq tarixlə əlaqədar hər hansı xəstəxanada və digər tibbi qurumda müalicə alınması barədə tibbi sənədləri təqdim etmədiyi halda ekspert Ariz Quliyev sadəcə vizual olaraq xəsarətlərin təhmini 01 ay 5 gün bundan əvvəl yetirildiyini deyil, məhz konkret tarixdə 17 yanvar 2023-cü yetirildiyini qeyd etmişdir. Bunda əlavə məhkəmə hesab edir ki, həmin xəsarətlər həqiqətən mövcud olsa belə, həmin xəsarətlərin sırf Təqsirləndirilən şəxs tərəfindən 17 yanvar 2023-cü il tarixdə törədiməsi sübuta yetirilməmişdir. Məhkəmə tibbi ekspertizasının rəyini digər sübutlarla məcmu şəkildə tədqiq edərkən, həmçinin nəzər almışdır ki, zərərçəkmiş şəxs öz ifadəsində hansı səbəbdən yetirilmiş xəsarətlərdən sonra xəstəxanaya gedə bilmədiyini izah edə bilməmiş, bununla bağlı ziddiyyətli ifadələr bildirməklə, ifadəsində gah “huşumu itirmişdim, yalnız maşında ayıldım, artıq məni evə aparırdılar, məndən soruşmayıblar”, gah “mən elə adamam ki, xəstəxanada müalicə almıram, özümə sığışdırmıram, evdə müalicə alıram”. “Zərərçəkmiş şəxs2 nə üçün hadisədən dərhal sonra həkim, tibbi ekspertə və polisə müraciət etdiyni sual verildikdə o güya özünə sığıştırmadığını, ev şəraitində müalicə alındığını bildirmişdir. “Hadisə yerində huşunuzu itirmisizsə, Şahid2 sizi niyə xəstəxanaya aparmamışdır” verilmiş suala gah “o da bilirdi ki, mən xəstəxanalara getmirəm, özümə sığışdırmıram, onlar mənim xasiyyətimi bilir, o məqamda məni xəstəxanaya aparsaydırlar, narazı olacaqdım, mən sağamsa, niyə xəstəxanaya aparsınlar, xəstəxanaya demədiyim üçün məni evə apardılar”, gah da “mən maşında ozümə gəlmişdim, dedim ki, evə məni apar” cavab vermişdir. Nə üçün sonradan polisə şikayət etdiyini səbəbini soruşanda İ.Mməmədov bildirdi ki, təxminən bir həftə əvvəl Əflanın yenidən obyektə gəlib ondan qalan 5000 manat pulu tələb etməsinə görə polis şikayət etdiyini bildirmişdir.Müraciət etmə səbəbini də Təqsirləndirilən şəxs obyektə təkrar gəldiyini kimi göstərmiş, bununla yanaşı, sonuncu dəfə obyektə nə vaxt gəlib, nə deyib, ondan nə istəyib – bu barədə suallara cavab verməmişdir.

6. İbtidai istintaq zamanı X6a verdiyi ilk izahatında Zərərçəkmiş şəxs2 dindirmə zamanı ona verilmiş suallara bildirmişdir ki, Şahid2 bıçağı hara atıbsa, əraziyə qum töküldyünə görə tapa bilməmişdir. Lakin Əflanın onu vurduğu otvyortkanı və hadisə vaxtı əynində olmuş şalvarı istintaqa təqdim edir. İzahat xx.xx.2023-cü il tarixdə verilmişdir. Lakin artıq zərərçəkmiş şəxs qismində dindirilməsi haqqında 28 fevral 2023-cü il tarixli protokolunda Zərərçəkmiş şəxs2 artıq cinayətin alətlərin təqdim edilməsi ilə bağlı sualları cavablandıraraq bildirmişdir ki, hadisə vaxtı Elçin bıçağı hara atıbsa, əraziyə qum töküldyünə görə tapa bilməmişdir. Lakin Əflanın onu vurduğu otvyortkanı (artıq şalvar barədə hər hansı qeyd mövcud deyil) istintaqa təqdim edəcədir. Protokola istintaqa təqdim olunmuş şalvar barədə hər hansı bir qeyd müəyyən olunmur. Qeyd olunan otvyortka (vintaçan) ibtidai istintaq orqanına hadisədən 35 gün sonra, yalnız, 01 mart 2023-cü il tarixdə təqdim edilmiş, otvyorkaya (vintaçana) baxış keçirilməsi haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin vintaçana baxış keçirilsə belə, onu lazımi qaydada rəsmiləşdirilməmiş, əhəmiyyətli izlərin - o cümlədən əl barmaq izlərinin olub-olmamasını müəyyən etmək, həmin izlərin saxlanılmasına dair hər hansı tədbir görülmədən, qan izlərinin müəyyən edilməsi imkanın itirilməsinə səbəb ola biləcək şəraitdə baxış keçirilmişdir. Həmin otvyortka zərəçəkmiş şəxsin ilk ərizəsində (22 fevral 2023-cü il tarixli ) “satışda olan otvortka” kimi, Şahid2 ilk izahatında satış qoyulmuş alətlərin içərisində götürlmüş otvyortka” kimi təsvir olunaraq, sonrakı ifadələrində Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi verdiyi ifadəsində - artıq obyektdə istifadə olunan əşyaların içərisindən, paddonların yanında olan otvyortkanı yerdən götürülmüş” kim təsvir edilmişdir. Şahid1 isə ifadəsində hadisəni görməsə belə, Şahid2 sözlərinə əsasən satılan malların arasında götürülmüş otvyortka” kimi gösərmişdir. Artıq şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, otvyorka satış üçün olan poddonda olsa belə, həmin vaxt istifadədə idi. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətlərində (01 mart 2023-cü il tarixli) vintaçana dair onda olan əl-barmaq izlərinin Təqsirləndirilən şəxs məxsus olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə daktiloskopik ekspertizasının keçirilməsini xahiş etmişdir. Vəsatətə baxılması haqqında qərarda müstəntiqə Nizami Məhərrəmov bildirilmişdir ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi bir ədəd vintaçan hadisədən sonra istifadə olunduğundan və uzun müddət sonra istintaqa təqdim edildiyindən onun üzərində təqsirləndirilən şəxsə məxsus əl-barmaq izlərinin qalması inandırıcı deyildir, buna görə də əl-barmaq izlərinin götürülməsi və daktiloskopik ekspertizanın təyin edilməsinə lüzum yoxdur. Vintaçana baxış keçirilməsinə dair prokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, vintaçan istifadə edilmiş və köhnəlmiş vəziyyətdə idi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi 13 mart 2023-cü il tarixli vəsatətdə yenidən həmin vintaçan dair daktiloskopik ekspertizasının keçirilməsi xahiş edilmişdir. 10 mart 2023-cü il tarixli qərarda müstəntiq tərəfindən analoji cavab verilmişdir Müdafiəçi vintaçanda qan hissəciklərinin olub-olmaması və kimə məxsus olması barədə vəsatətlə müraciət etmişdir, lakin vəsatət yenə də təmin edilməmişdir, təmin edilməməsinin səbəbi də izah olunmamışdır. Təqsirləndirilən şəxs ittiham edildiyi xuliqanlıq cinayətinin törədildiyi an istifadə edilmiş alətlərlə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizədə qeyd olunan vintaçan hadisədən 35 gün sonra təqdim olunmuş, Təqsirləndirilən şəxs ondan istifadə edilməsi ilə bağlı hər hansı əl-barmaq izləri müəyyən edilməmiş, əl-barmaq izlərinin müəyyən edilməsi üçün daktiloskopik ekspertizası aparılmamış, üzərində Zərərçəkmiş şəxs2 qan hissəcikləri müəyyən edilməmiş, bu barədə hər hansı ekspert tədqiqatı aparılmamışdır. Maddi sübutlarla və onların maddi sübut olaraq əhəmiyyətinin saxlanılması ilə bağlı qanunverici dəqiq göstərmişdir ki, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər (CPM-n 128.1-ci maddəsi). Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Bundan əlavə əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən qəbul olunma şərtlərini də müəyyən etmişdir ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, istintaq orqanı qeyd olunan otvyortkanın üzərində olan əl-barmaq izinin Təqsirləndirilən şəxs, yoxsa başqa şəxsə məxsus olduğunu, habelə otvyortkanı üzərində Zərərçəkmiş şəxs2 məxsus qan hissəçiklərinin olub-olmamasını müvafiq ekspertiza təyin edib rəy almadan maddi sübutun kimi tanınması və həmin cinayətin törətdiyi alət kimi qeyd edilməsi əsassızdır. Vintaçanın cinayətin predmeti və yaxud həmin cinayətə aid olması müəyyən edilməmişdir. Bundan əlavə hadisə yerində qalan, əl-barmaq izləri qala biləcək bıçaq istintaqa maddi sübut kimi təqdim edilməmiş, ümumiyyətlə “bıçaqdan” istifadə etməklə xuliqanlıq cinayətinin törədilməsi halı öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs hər hansı kəsici-deşici alətdən istifadə edilməsi sübuta yetirilməmişdir. Həmçinin də zərərçəkmiş şəxsin ilk ərizəsində göstərildiyi hadisə zamanı üzərində olan şalvar da istintaqa tədqiqat aparılması üçün təqdm edilməmişdir. 7.Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi istər ilk izahatında, istər sonrakı izahatlarda hadisə baş verdiyi torpaq sahəsinin şəhid ailəsi məxsus olduğunu, bununla bağlı Təqsirləndirilən şəxs törətdiyi əməlin daha yüksək ictimai təhlükəli olduğunu vurğulamışdır. Lakin sonrakı məhkəmə istintaqı zamanı verdiyi izahatlarında “hadisə baş verdiyi” torpaq sahəsinin Şahid1 məxsus olduğunu, hadisə yeri olan obyekti Şahid1 və Zərərçəkmiş şəxs2 işlətdiyini, sadəcə olaraq Zərərçəkmiş şəxs2 öz qazandığı vəsaitin bir hissəsini güya qohum olan şəhid ailəsinə göndərdiyini, yardım etdiyini bildirmiş, buna dair hər hansı sübut təqdim etməmiş, həmin “şəhid ailəsinin üzvlərini” əlavə şahdi kimi dindirilməsinə dair vəsatət verilməmiş, həmçinin də ibtiai istintaqa da təqdim olunmamışdır, ibtidai istintaqı aparan X6un da şəhid ailəsinə həmin torpağın məxsus olubolmamasının müəyyən edilməsinə, həmin şəxslərin dindiriməsinə dair istiqamətində hər hansı tədbir görülməmiş, araşdırma aparılmamışdır. Zərərçəkmiş şəxs2 öz ifadəsində şəhid ailəsi ilə bağlı fərziyyəvi mülahizəni daxil etsə belə, X6un həmin yoxlanılmamış məlumatın ittiham aktına və Təqsirləndirilən şəxs itiham olunduğu əməllərə dair ittiham aktının fabulasına – ittiham aktının nəticəvi hissəsinə daxil edilməsi əsassız olmaqla, ittiham aktında olan sübutların qiymətləndirilməsini şübhə altına alır və inandırıcı hesab etməyə yol vermir.

8. Məhkəmənin sorğusuna əsasən alınmış "xxxx" MMC-in 01 fevral 2024-cü il tarixli məktubuna əlavə edilmiş SMS məlumatlarına əsasən müstəntiq Nizami Məhərəmovun ********** mobil nömrəsi və Zərərçəkmiş şəxs2 istifadəsində olan ********** mobil nömrəsi ilə yazışma müəyyən edilmişdir.Yazışmada qeyd olunur: xx/xx/2023,15:37:13,**********00,**********21,O burdadı sen otaga girende tani onu deyir ki, guya sen onu tanimir xx/xx/2023,15:37:14,**********00,**********21,san, ifadende dedikleri denen onun uzune, xx/xx/2023,15:40:00,**********00,**********21,Üzüne möhkem dur, cekinme ve şübhe yaratma, birdeki seni 17 yanvard xx/xx/2023,15:40:03,**********00,**********21,a vurub xx/xx/2023,15:40:37,**********00,**********21,Vekil burdadı qoy şübhelenmesin xx/xx/2023,15:46:28,**********00,**********21,Başa dsşdün? Məhkəmənin sorğusuna əsasən aşkar olunmuş sms yazışması ilə əlaqədar məhkəmə iclasına dəvət edilmiş və dindirilmiş X6 ifadəsində ***-***-**-** mobil nömrəsi ona məxsus olduğunu etiraf etmiş, lakin ***-***-**-** mobil nömrəsi zərərçəkmiş şəxsə məxsus olması barədə məlumatı yoxdur. Hər hansı SMS mətni Zərərçəkmiş şəxs2 atmadığını və qeyd olunan mesajları güya “yaxın adama boşanma məsələsi ilə bağlı” göndərdiyini texniki səhv olaraq Zərərçəkmiş şəxs2 gəldiyini bildirmişdir. Hansı yaxın qohuma göndərilməsini bildirməmiş, həmin adamını yaxın olduğunu görə ailə sirri olduğuna açıqlamamışdır. Qohumunun ifadə verdiyini, onu nəzərdə tutduğunu, tarixdə oxşarlıq olduğunu, 17 yanvar 2019-cu il qohumunun işi olduğunu, həmin ailə məsələsində qətiyyət göstərməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X6 28 fevral 2023-cü il tarixdə üzləşdirmə istintaq hərəkətindən əvvəl zərərçəkmişə göndərdiyi SMS mətnləri ilə həqiqətən də Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs aralarında üzləşdirmə istintaq hərəkəti aparılana qədər bir-birilərini tanımamış və onların arasında hər-hansı dava-dalaş və yaxud dələdəzluq əməli ilə bağlı hərəkətlər olmamışdır. SMS mətnindən göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “silah qismində bıçaq və otvyortka (bıçaq) istifadə etməklə xuliqanlıq” hadisəsinin 17 yanvarda baş verdiyini deməli olduğunu da müstəniq zərərçəkmiş şəxsə deyir. Halbuki Zərərçəkmiş şəxs2 Suraxanı RPİ-in rəisinin adına yazdığı xx.xx.2023-cü il tarixli ərizədə (1 cild, vərəqə 42) Əflanın birinci dəfə 17 yanvar 2023-cü il tarixdə onun obyektinə gələrək qalıb işləməsi üçün 15 000 manat pul tələb etməsi, 2-3 gün sonra gələrək 10 000 mana alması, 2 gün sonra gələrək qalan 5000 manatı tələb etməsi və şəhidin ruhun təhqir etməsi, bundan sonra Əflanın satışda olan otvyortkanı (Təqsirləndirilən şəxsla üzləşdirmədə isə yerdə olan) götürərək ona xəsarət yetirilməsini, xx.xx.2023-cü il tarixli izahatında (i.v.44-45) isə ümumiyyətlə yanvar ayının ortaları qeyd edilməklə, konkret tarix göstərilməməsinə baxmayaraq, məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə qərarda hadisənin 17 yanvar 2023-cü il tarixdə baş verməsini özündən yazmasını, ekspert Ariz Quliyevin də saxtakarlıq edərək İbiş Məmədovun güya hadisənin 17 yanvar 2023-cü il tarixdə olmasını ona deməsini rəydə göstərməsi, (Zərərçəkmiş şəxs2 22 fevral 2023-cü il tarixli ərizə və izahatında xəsarət alması hadisəsinin 17 yanvarda baş verməsini göstərmədiyi üçün o ekspertə hadisənin həmin gün baş verməsini deyə bilməzdi) Şahid1 eyni tarixləri göstərmişdir. (i/v 52-53) digər Şahid2 müstəntiq tərəfindən yazılan izahatında isə hadisənin baş verməsinin konkret tarixi göstərilməmiş, hadisənin baş vermə tarixini 17 yanvar 2023-cü il olduğunu müstəntiq öz qərarı ilə müəyyən etmişdir) Həmin halı həmçinin Hadisə vaxtı ilə bağlı məlumatı yenidən təhrif etməklə X6 cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 28 fevral 2023-cü il tarixli qərarına daxil etməklə, hadisənin vaxtını 17 yanvar 2023-cü il tarix kimi göstərir. Zərərçəkmiş şəxsin tanınması haqqında qərarında da hadəsinin vaxtı 17 yanvar 2023-cü il tarixi saat 17 radələrində kimi göstərilmişdir. (1 cild, s 56) Üzləşdirmə haqqında protokola əsasən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ilk olaraq Əflan 2023-cü ilin yanvar ayının ortalarında gəlmiş, pul tələb edərək, yenidən 2-3 gün sonra gəlmiş, hadisənin tarixini isə 17 yanvar 2023-cü il tarixini göstərmişdir. Artıq 28 fevral 2023-cül il tarixli zərərçəkmiş şəxsin dindirilməsinə dair protokoluna əks edilmiş ifadəsində Zərərçəkmiş şəxs2 Əflanın ilk gəldiyi 2023-cü ili yanvar ayının ortalarını, hadisənin baş verdiyi günü isə 17 yanvar 2023-cü il tarixini göstərməsi qeyd olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1 -ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalarhüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və məhkəmə istintaqı zamanı X6 tərəfindən tərtib edildiyi çoxsaylı prosessual sənədlərində cinayət işinin başlanması haqqında qərardan başlanaraq zərərçəkmiş şəxslərin, şahidlərin dindirilməsinə dair protokollara, üzləşdirmə haqqında protokola, məhkəmə-tibbi ekspertizasının təyion edilməsinə dair qərarına qədər kobud prosessual pozuntulara yol verməklə təhrif olunmuş, yalan məlumatları əks edildiyindən, məhkəmə-tibbi ekspertizasını aparan ekspert Ariz Quliyevin ekspertiza rəyini yoxlanılmamış və təhrif olunmuş məlumatların əks edildiyindən, zərərçəkmiş Zərərçəkmiş şəxs2, şahidlər Şahid2 və Şahid1 verdikləri ifadələrinin bilə-bilə yalan olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, qeyd olunan sübutlar və prosessual sənədlər əsasında Təqsirləndirilən şəxs oğlunun təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.3-cü maddələrində maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır, təqsirli bilinməsi üçün mümkünlük, mötəbərlik və mənsubiyyət kateqoriyaların o yuxarı hədd dərəcəsinə gəlməlidir ki, bu barədə olan həqiqət obyektiv və absolyut olsun. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunmasıanlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Deməli, Konstitusiyasının qeyd olunan müddəasına əsasən qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik, hüquqi dövlətə xas olan mühüm məsələ kimi nəzərdən keçirilməlidir. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin 350.1 ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; X13 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM- nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya, həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi isə yalnız sübutlar vasitəsi ilə və onların qanunun tələblərini və vicdanını rəhbər tutan hakim tərəfindən qiymətləndirilməsi yolu ilə mümkündür. Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan, hazırki iş üzrə həqiqəti müəyyən edərək ədaləti bərqərar edən məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “həbs qətimkan” qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə də Təqsirləndirilən şəxs ittiham olunduğu 178.2.4-cü və 221.3-cü maddələri ilə cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü, 221.3cü və 188.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd vintaçan Zərərçəkmiş şəxs2 geri qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2, şahidlər Şahid2 tərəfindən ibtidai istintaq və məhkəmə istintaq zamanı verdikləri ifadələrin bilə-bilə yalan olması faktı müəyyən edilməsi ilə ilə əlaqədar həmin şəxslərin barələrində Azərbacan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə nəzərdə tutulmuş müvafiq olaraq məhkəmədə şahid, zərərçəkmiş şəxs tərəfindən bilə-bilə yalan ifadə vermə və şahidin və zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar təqdimat Baş Prokurorluğuna göndərilməlidir. Bundan əlavə Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2, məhkəmə-tibbi ekspertizasını aparan Azərbaycan Respublikası səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspetiza və X3” Publik hüquqi şəxsin Suraxanı rayon şöəbsinin məhkəmə- tibb eksperti X14 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. İbtidai istinaqı aparan müstəntiq və ekspert barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 28 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs faktiki olaraq cəzasını çəkib qurtardığından məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd vintaçan Zərərçəkmiş şəxs2 geri qaytarılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar