Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-85/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16 Lifti oğlunun, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Sabunçu Rayon Məhkəməsinin 1(008)-184/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, əvvəli 21 sentyabr 2020-ci il tarixindən hesablanmaqla 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 21 iyun 2021-ci ildə həmin cəzası başa çatmış, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 188/2020 nömrəli iş üzrə 22 avqust 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli 20 avqust 2020-ci il tarixindən hesablanmaqla 3 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-266/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarı ilə həbsdə saxlanılması müddəti 19 yanvar 2021-ci il tarixinədək uzadılmış, Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasının 03 fevral 2021-ci il tarixli qərarı ilə (cinayət işi məhkəməyə təqsirləndirilən şəxsin «həbs» növündə qətimkan tədbirinin müddəti bitdikdən sonra – 21 yanvar 2021-ci il tarixində daxil olub) barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və bu günədək həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 may 2019-cu ildə saat 01 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin həyətyanı sahəsində olan kiçik otağın qapısını çiyin nahiyəsi ilə vuraraq sındırıb otağa qanunsuz daxil olaraq oradan sonuncuya məxsus, bir ədədinin dəyəri 60 manat olan iki ədəd istifadədə olmuş 5 litr su tutumlu 120 manat dəyərində samovarı, bir ədəd 120 manat dəyərində istifadədə olmuş 4x3m ölçülü üzərində naxışları olan xalçanı, ümumilikdə dəyəri 160 manat olan bir ədəd samovarı, bir ədəd xalçanı və 300 metr uzunluğunda mis məmulatdan elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 400 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 06 oktyabr 2019-cu ildə saat 03 radələrində Zərərçəkmiş şəxs9 məxsus, Bakı şəhəri, Suraxanı, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozu 0781 ünvanında yerləşən təmirsiz mənzilin pəncərəsini əli ilə vuraraq sındırıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus üç topa - 210 manat dəyərində istifadə olunmamış göy rəngli 100 metrlik 2,55 mm mis elektrik naqili və ümumilikdə dəyəri 1.790 manat olan mis məmulatdan müxtəlif ölçüdə elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 2.000 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 02 noyabr 2019-cu ildə saat 02 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Suraxanı, Bülbülə qəsəbəsi, Nümayəndə küçəsi 36 saylı ünvanda yerləşən mənzilin pəncərəsini əli ilə açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd istifadədə olmuş “Erato” markalı, 20 litr su tutumlu su qızdırıcısını, bir ədədinin dəyəri 100 manat olan iki ədəd 200 manat dəyərində su qızdırıcısını və bir ədəd 20 dəyərində duşu yerindən çıxarıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 320 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 01 noyabr 2019-cu ildə saat 02 radələrində Zərərçəkmiş şəxs17 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Nümayəndə küçəsi 93 saylı ünvanda yerləşən mənzilin həyətyanı sahəsinə çəkilmiş daş hasarın üzərindən qanunsuz olaraq başqa saxlanc yerinə, yəni həyətə daxil olub oradan sonuncuya məxsus bir ədəd sarı rəngli istifadədə olmuş, üzərində “Matrix” markalanma yazıları olan 70 manat dəyərində velosipedi və 170 manat dəyərində istifadə olunmamış 100 metrlik 2x2,5 mm qara rəngli mis elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 ümumilikdə 270 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 10 noyabr 2019-cu ildə saat 02:30 radələrində Zərərçəkmiş şəxs12 məxsus ünvan 7 ünvanda yerləşən yaşayış olmayan evin daş hasarından qanunsuz olaraq başqa saxlanc yerinə, yəni həyətə daxil olaraq həyətdəki hamamdan sonuncuya məxsus bir ədəd 15 manat dəyərində ağ rəngli üzərində markalanma göstəricisi olmayan iki gözlü qaz sobasını, 30 manat dəyərində istifadə olunmamış, 100 metr uzunluğunda qara rəngli 2,5 mm alüminium elektrik naqilini, 30 manat dəyərində istifadə olunmamış 100 metr uzunluğunda qırmızı rəngli 2,5 mm alüminium elektrik naqilini, 90 manat dəyərində istifadədə olmuş ağ rəngli 50 metr uzunluğunda 3x10 mm-lik alüminium elektrik naqilini, ümumilikdə dəyəri 435 manat olan hamam aksessuarlarını və led işıqları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs12 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 10 noyabr 2019-cu ildə saat 04:50 radələrində Zərərçəkmiş şəxs13 məxsus ünvan 8 ünvanda yerləşən yaşayış olmayan mənzilin giriş qapısını əli ilə itələyib açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 3 manat dəyərində ağ rəngli 30 metr uzunluğunda 2,5 mm-lik alüminium elektrik naqilini, bir ədəd 20 manat istifadədə olmuş işıq üçün avtomat rubilniki, 10 manat dəyərində istifadədə olmuş 7 metr uzunluğunda işıq üçün üçlüyü, ümumilikdə dəyəri 267 manat olan elektrik şiti kabelini və elektrik avadanlıqlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 11 noyabr 2019-cu ildə səhər saatlarında Zərərçəkmiş şəxs11din oğlunun yaşadığı ünvan 9 ünvanda yerləşən mənzildə heç kəsin olmamasından istifadə edərək mənzilin qapısını təpiklə vurub sındırmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 100 manat dəyərində istifadədə olmuş “BOSCH” markalı, GBH 2-26 DRE modelli dreli, bir ədəd 40 manat dəyərində istifadədə olmuş “EPA” markalı, EMSH-115-1 modelli laqondanı, bir ədəd 3 manat dəyərində istifadədə olmuş 10 metr uzunluğunda işıq üçün elektrik xəttini, bir ədəd 70 manat dəyərində perforatoru və ümumilikdə dəyəri 110 manat olan kişi geyimlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 323 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 11 dekabr 2019-cu ildə saat 03 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, ünvan 10 ünvanda yerləşən aptekin pəncərəsini üzərində olan dəmir barmaqlığı dəmir alətlə açıb qanunsuz olaraq içəri daxil olub kassadan sonuncuya məxsus 400 manatı, sonra isə aptekin içərisindən bitişik olan Zərərçəkmiş şəxs15 icarə əsasında işlətdiyi gözəllik salonun taxtadan olan qapısını dəmir alətlə açaraq oradan sonuncuya məxsus 600 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14 ümumilikdə 400 manat, Zərərçəkmiş şəxs15 isə 600 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 17 dekabr 2019-cu ildə saat 02 radələrində Zərərçəkmiş şəxs19 məxsus Bakı şəhəri, ünvan 11 ünvanda yerləşən mənzilin pəncərəsini və qapısını üzərində olan dəmir alətlə sındırıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 25 manat dəyərində istifadədə olmuş “Suna” markalı şirəçəkəni, bir ədəd 20 manat dəyərində istifadədə olmamış “Noritazeh” markalı mətbəx kombaynını, bir ədəd 30 manat dəyərində istifadədə olmuş “Geepas” markalı ütünü, ümumilikdə dəyəri 2.000 manat olan bir ədəd stolu, 04 ədəd stulu, bir ədəd çarpayını, bir ədəd qaz sobasını və qadın geyimlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs19 ümumilikdə 2.055 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 18 dekabr 2019-cu ildə saat 02:30 radələrində Zərərçəkmiş şəxs16 Lifti oğlunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nümayəndə küçəsi, 40 saylı ünvanda yerləşən mənzilin daş hasarından başqa saxlanc yerinə, yəni həyətə qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus bir ədəd 120 manat üzərində “İsma Buta” markalanma yazıları olan, istifadədə olmuş velosipedi, bir ədəd 75 manat dəyərində velosipedi, bir ədəd 105 manat dəyərində və bir ədəd 150 manat dəyərində su qızdırıcılarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 450 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 16 yanvar 2020-cu ildə saat 04:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 13 ünvanda yerləşən yaşayış olmayan mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını həyətdən tapdığı dəmir alətlə sındırıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus bir ədəd 25 manat dəyərində dreli, bir ədəd 100 manat dəyərində perforatoru, bir ədəd 150 manat dəyərində laqondanı, bir ədəd 100 manat dəyərində elektrik mişarını, bir ədəd 100 manat dəyərində aspiratoru, bir ədəd 400 manat dəyərində “Kia” markalı avtomobilə aid yağ nasosunu, bir ədəd 100 manat dəyərində qəlyan aparatını və bir ədəd 40 manat dəyərində vintaçan dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1.015 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 18 yanvar 2020-ci ildə saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus, yaşayış olmayan Bakı şəhəri, ünvan 14 ünvanda yerləşən mənzilin pəncərəsinin şüşəsini həyətdən tapdığı dəmir parçası ilə sındırıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus 210 manat dəyərində ağ rəngli, 150 metr uzunluğunda, 10 mm alüminium elektrik naqilini, 3 manat dəyərində 30 metr uzunluğunda 2,5 mm alüminium elektrik naqilini, bir ədədi 10 manat olan ümumilikdə 300 manat dəyərində elektrik yuvasını, 250 manat dəyərində müxtəlif elektrik avadanlıqlarını, 100 manat dəyərində elektrik uzadıcısını və bir ədəd 30 manat dəyərində “İNTER” markalı, 860BT modelli dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 893 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 20 yanvar 2020-ci ildə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus yaşayış olmayan ünvan 15 ünvanda yerləşən mənzilin pəncərəsini həyətdən tapdığı dəmir parçası ilə vurub sındıraraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus bir ədədinin dəyəri 15 manat olan, iki ədəd 30 manat dəyərində “İNTEPCKOL” markalı D-350 GP model dreli, bir ədəd 7 litr su tutumlu 80 manat dəyərində samovarı, ümumi dəyəri 570 manat olan bir ədəd qaynaq aparatını, bir ədəd perforatoru, bir ədəd laqondanı və 50 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 680 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 25 yanvar 2020-ci ildə saat 02:30 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 16 ünvanda yerləşən mənzilin daş hasarından qanunsuz olaraq başqa saxlanc yerinə, yəni həyətə daxil olub həyətdəki kiçik otaqdan sonuncuya məxsus bir ədəd istifadədə olmuş mavi-qara rəngli, üzərində markalanma göstəriciləri olmayan 40 manat dəyərində laqondanı, bir ədəd 60 manat dəyərində istifadədə olmuş “İNTEPCKOL” P-45MG modeli perforatoru, bir ədəd 80 manat dəyərində “BMW” markalı avtomobilə aid saxlayıcı yayı, bir ədəd 170 manat dəyərində “BOSCH” markalı dreli, bir ədəd 100 manat dəyərində “BOSCH” markalı qaynaq ütüsünü və bir ədəd 6 manat dəyərində kəlbətini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 456 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 06 fevral 2020-ci ildə saat 01:30 radələrində Zərərçəkmiş şəxs18 yaşadığı ünvan 17 ünvanın həyətyanı sahəsinə çəkilmiş daş hasarın üzərindən qanunsuz olaraq başqa saxlanc yerinə, yəni həyətə daxil olub oradan sonuncuya məxsus bir ədəd 60 manat dəyərində istifadədə olmuş “Hidro Therm” markalı 20 litr tutumlu su qızdırıcısını və 360 manat dəyərində 22 ədəd göyərçini gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 08 fevral 2020-ci ildə saat 18 radələrində Zərərçəkmiş şəxs20 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, H.B.ünvan 18 ünvanda yerləşən evin 8 nömrəli mənzilinin açıq olan qapısından qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd istifadədə olmuş 120 manat dəyərində 3x4 ölçülü, ağ rəngli, üzərində naxışları olan xalçanı, bir ədədinin dəyəri 300 manat olan iki ədəd 600 manat dəyərində xalçanı və bir ədəd 100 manat dəyərində palazı gizli olaraq talayıb zərərçəkmiş şəxs Fərqanə Qasımovaya ümumilikdə 280 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 16 fevral 2020-ci ildə saat 01:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 19 ünvanda yerləşən mənzilin daş hasarından qanunsuz olaraq başqa saxlanc yerinə, yəni həyətə daxil olub həyətdəki kiçik otaqdan sonuncuya məxsus bir ədəd 80 manat dəyərində istifadədə olmuş “Fener” markalı, ağ rəngli, 28 litr tutumlu su qızdırıcısını, bir ədəd 200 manat dəyərində “BMW” markalı avtomobil üçün nəzərdə tutulmuş səsgücləndirici siqnal cihazını, 01 ədəd 250 manat dəyərində səsgücləndirici aparatı, bir ədəd 60 manat dəyərində su qızdırıcısını, bir ədəd 60 manat dəyərində su nasosunu və iki ədəd 150 manat dəyərində çuqun qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 800 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02 mart 2020-ci ildə saat 01-02 radələrində Zərərçəkmiş şəxs21 yaşadığı ünvan 20 ünvanda yerləşən mənzilinin pəncərəsini əli ilə itələyib açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 200 manat dəyərində plastik boru və plastik birləşdiricisini, bir ədəd 120 manat dəyərində “BOSCH” markalı perforatoru, bir ədəd 30 manat dəyərində laqondanı, bir ədəd 130 manat dəyərində boru ütüsünü, bir ədəd 300 manat dəyərində taxta kəsən aparatı və bir ədəd 25 manat dəyərində istifadədə olmuş “İHTEP” markalı, 810BT modelli dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs21 ümumilikdə 805 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 17 iyul 2020-ci ildə saat 10 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 21 ünvanda yerləşən mənzilin açıq olan qapısından qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evdən sonuncuya məxsus bir ədəd 400 manat dəyərində Malayziya istehsalı olan “Sony” markalı “KLV-40BX400” modelli televizoru və bir ədəd 100 manat dəyərində “BOSCH” markalı, 1200G modelli beton qarışdıran mikseri gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, 23 iyul 2020-ci ildə saat 02 radələrində "xxxx" MMC-yə məxsus, Şahid2 yol vərəqəsi əsasında idarə etdiyi “Daewoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı sərnişin avtobusunu ünvan 22 ünvanın qarşısından qapılarının açıq və mühərriki işə salmaq üçün açarlarının avtomobildə olmasından istifadə edib mühərriki işə salıb avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçıraraq idarə edib Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsinə gətirib yolun kənarında saxlamış, avtomobildə olan iki ədəd 450 manat dəyərində akkumulyatoru və 70 manat dəyərində 115 litr dizel yanacağını gizli olaraq talayıb avtobusu yolun kənarında qoyub gedərək zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 520 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 07 avqust 2020-ci ildə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus, yaşayış olmayan ünvan 23 ünvanda yerləşən mənzilin pəncərəsini açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus hər bir otaqda quraşdırılmış bir ədədinin dəyəri 100 manat olan 400 manat dəyərində, 04 ədəd kombi istilik sisteminə aid radiatoru, bir ədəd 30 manat dəyərində xalçanı, bir ədəd 20 manat dəyərində telefon aparatını, 200 manat dəyərində müxtəlif təmir alətlərini, bir ədədinin dəyəri 3 manat olan 24 manat dəyərində 08 ədəd elektrik açarları, bir ədəd 20 manat dəyərində su kranını, bir ədəd 30 manat dəyərində qaz plitəsini, bir ədəd 20 manat dəyərində elektrik plitəsini, bir ədəd 10 manat dəyərində mıxçıxaranı və iki topa qırmızı rəngli 140 manat dəyərində istifadədə olmamış 100 metr uzunluğunda 3x1.5 mm-lik alüminium elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 894 manat məbləğdə maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək bildirmişdir ki, əvvəllər marşrut avtobusunda sürücü işləyib. “BC” dərəcəli sürücülük vəsiqəsi var. 22 iyul 2020-ci ildə pulu yox idi. Həmin gün pul əldə etmək üçün axşam olmasını gözləmiş və 23 iyul 2020-ci il tarixinə keçən gecə yaşadığı küçədə ağ rəngli 10TG078 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusun dayanmasını görmüşdür. Saat 02 radələri idi. Həmin avtobusu Rafiq adlı qonşusunun idarə etdiyini bilirdi. Avtobusu oradan idarə edərək aparıb içərisindəki əşyaları satmaq qərarına gəldi. Bu məqsədlə avtobusun arxa qapısını içəri tərəfə itələyərək açmış və içərisinə daxil olmuşdur. Avtobusa daxil olduqda içərisində açar olduğunu görmüş və mühərriki işə salaraq idarə edib oradan uzaqlaşmışdır. Beləliklə, avtobusla 6-cı Mədən küçəsində qaraçıların yaşadığı yerə gəlmiş, orada avtobusu saxlamış və arxasında olan iki ədəd akkumulyatoru çıxarıb, tanımadığı 30-35 yaşlı kişiyə 20 manata satmışdır. Sonra avtobusa qayıdıb idarə edərək oradan uzaqlaşmışdır. Avtobusu idarə etdiyi vaxt onun yanacaqla dolu olduğunu görüb həmin yanacağı satmaq qərarına gəlmişdir. X7 qəsəbəsində yolun kənarında saxlamış, yolla keçən “Kamaz” markalı avtomobili saxladıb sürücüsünə ucuz qiymətə yanacaq satdığını bildirmişdir. Sonuncu razılaşdığından ona təxminən 50 litr yanacaq satmış bunun müqabilində 20 manat almışdır. Sonradan avtobusu orada qoyaraq çıxıb getmişdir. Bundan başqa torpağı böyük olduğu üçün bir neçə hissəyə bölərək satmışdır. Torpağın bir hissəsini də satdığı şəxs sonradan Seymur adlı şəxsə satmışdır. Seymur həmin torpaq sahəsində ev tikmiş və orada yaşamışdır. Seymur evdə Tural adlı dostu ilə yaşayırdı. Turalla hadisədən bir neçə gün əvvəl görüşüb söhbət etmiş, o, evin açarlarını itdiyini demiş, həmin vaxt Seymurun da bir neçə gündür ki, evə gəlmədiyini öyrənmişdir. 17 iyul 2020-ci ildə saat 10 radələrində Seymurun yaşadığı mənzildən oğurluq etmək qərarına gəlmiş və ora getmişdir. Evdə heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra həyətə keçib qapıya yaxınlaşmışdır. Qapını yoxladıqda həqiqətən də qapının açıq olmasını görmüş və içəri daxil olmuş, içəridəki bir ədəd televizoru götürüb mənzildən çölə çıxarmışdır. Bundan sonra televizoru satmaq məqsədilə Bülbülə qəsəbəsi ərazisində olan “Tut ağacı” deyilən yerə gətirmişdir. Həmin vaxt bir nəfər qadın ona yaxınlaşaraq televizoru satıb-satmadığını soruşdu, həmin şəxsə televizoru 70 manata satmaq istədiyini bildirmişdir. Lakin qadın üzərində 40 manat olduğunu demiş və onlar həmin qiymətə razılaşmışlar. Beləliklə, oğurladığı televizoru həmin qadına 40 manata satmışdır. Törətdiyi həmin cinayət əməllərinə görə peşmandır. Təqsirləndirilən şəxs bildirir ki, ittiham aktının nəticəvi hissəsində göstərilən digər cinayətləri törətməyib, yuxarıda qeyd olunanlardan başqa əşyaları oğurlamayıbdır. İş üzrə ibtidai araşdırma dövründə ona ittiham olunan bütün cinayətləri yazılı izahat və ifadələrində etiraf etməsi isə müstəntiqin onu aldatması nəticəsində baş verib. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ünvan 24 ünvanda mənzili var. Həmin mənzildə yaşamasa da mütəmadi olaraq ora gedib nəzarət edirdi. 07 avqust 2020-ci ildə həmin mənzilinə getmiş və baxdıqda hər şeyin qaydasında olduğunu görmüşdür. Ertəsi gün, yəni 08.08.2020-ci ildə yenidən həmin evə gəlmiş və baxdıqda evin içərisində olan əşyaların dağınıq olmasını görmüşdür. Eyni zamanda evdən iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaların oğurlandığını aşkar etmiş və bununla bağlı 102 xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2019-cu ilin sonlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq yaşayış massivində torpaq sahəsi alaraq 4 otaqdan ibarət mənzil tikdirmişdir. Lakin mənzil tam hazır deyildi. 17.01.2020-ci ildə axşam saatlarında həmin mənzilə gəlmiş, qapı və pəncərələri bağlayaraq çıxıb getmişdir. 18.01.2020-ci ildə saat 09 radələrində həmin mənzilə gəldikdə mətbəxin plastik pəncərəsinin şüşəsinin dəmir parçası ilə sındırılmasını görmüş, içəri daxil olduqda iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaların oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində evi vardır, həmin mənzilində yaşayış yoxdur, belə ki, orada təmir işləri aparılır. Mənzildə yaşayış olmasa da içərisində özünə məxsus müxtəlif əşyalar vardır. Ona görə də mənzildə yaşamamağına baxmayaraq mütəmadi olaraq ora gedib nəzarət etmişdir. Sonuncu dəfə həmin mənzilində 11 yanvar 2020-ci ildə olmuş və heç bir problem olmadığını görüb çıxıb getmişdir. 19 yanvar 2020-ci ildə saat 18 radələrində evinə nəzarət etmək üçün getmişdir. Evə çatdıqda həyətə daxil olmuş və həyətdən evin yataq otağının pəncərəsinin açıq olmasını görmüşdür. Bundan şübhələnərək qapını açıb içəri daxil olmuş və pəncərənin dəmir barmaqlığının sındırılmasını görmüşdür. Məlum olmuşdur ki, evdən oğurluq ediblər. Evdə olan əşyaları yoxladıqda iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaların oğurlandığını aşkar etmiş və DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, iki ildir Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində ev tikdirmişdir. Lakin həmin mənzildə yaşayış olmayıb, belə ki, orada təmir işləri aparılırdı. 20 yanvar 2020-ci ildə saat 14 radələrində həmin mənzilə gələn zaman evin pəncərəsinin açıq olmasını görmüş, içəri daxil olduqda oradan iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaların oğurlandığını aşkar etmişdir. Bununla bağlı 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar məlumat verib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, ünvan 16 ünvanda yerləşən mənzildə yaşayır. Yaşadığı evin həyətində özünə saxlanc yeri kimi istifadə etmək üçün kiçik otaq düzəltmişdir. Həmin otağın qapısı plastikdən olub. Usta işlədiyi üçün özünə məxsus tikinti alətlərini həmin yerdə saxlayırdı. Həmin saxlanc yerinin qapısı bir qayda olaraq bağlı olurdu. 25 yanvar 2020-ci ildə saat 14 radələrində təmir alətlərini götürmək üçün həmin otağa gəlmiş, lakin içəri daxil olduqda oradan iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaların oğurlandığını aşkar etmişdir. Bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat verib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirmişdir ki, ünvan 25 ünvanda ikimərtəbəli ev tikdirmiş və orada yaşayır. 7 il əvvəl həmin mənzilə bir ədəd “Sony” markalı televizor almışdır. Televizoru evin qonaq otağına qoymuşdur. Anasının xəstəliyi ilə əlaqədar bir müddət öz evində olmamış, lakin evdə dostu Tural olub. Belə ki, Tural onunla birlikdə həmin mənzildə yaşayırdı. 17 iyul 2020-ci ildə Tural ona zəng edərək bildirmişdir ki, evdə qonaq otağındakı bir ədəd televizoru naməlum şəxs oğurlayıb. Turaldan televizorun necə oğurlanmasını soruşmuş, o da səhər saatlarında evdən çıxıb getdiyini axşam qayıtdıqda isə televizoru yerində aşkar etmədiyini bildirmişdir. Bir neçə saat fikirləşdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 bildirmişdir ki, Bakı şəhəri, Gəncə prospekti, ev 50, mənzil 20-də qeydiyyatdadır, lakin ünvan 26 ünvanında ailə üzvləri ilə yaşayır. Eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 3 mərtəbəli evi vardır. Həmin ev təmirsizdir və yaşayış yoxdur. Lakin həmin mənzildə özünə məxsus əşyalar vardır. Həmçinin həmin mənzilin həyətində hamam da vardır. Həmin mənzildə yaşamasa da mütəmadi olaraq boş vaxtlarında evə gedib nəzarət edir. Sonuncu dəfə hazırda xatırlamadığı tarixdə həmin evdə olmuş və evdə hər şeyin qaydasında olmasını görmüşdür. 10 noyabr 2019-cu ildə saat 12 radələrində həmin evinə getmişdir. Evə çatdıqda içəri daxil olmuş və həyətdə olan hamamın qapısının açıq olmasını görmüşdür. Bundan şübhələnərək, dərhal hamama daxil olmuş və edən iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaların oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat verdi. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 bildirmişdir ki, ünvan 27 ünvanda yerləşən aptekin, həmçinin aptekə bitişik olan gözəllik salonunun sahibkarıdır. Apteki özü işlədir, gözəllik salonunu isə işlətmək üçün Yeni ünvan 28 ünvanda yaşayan Zərərçəkmiş şəxs15 icarəyə vermişdir. Gözəllik salonuna daxil olmaq üçün aptekin içərisindən plastik qapı olub, həmin qapıdan başqa salonun ayrıca plastikdən giriş qapısı və qapıdan sonra dəmir jalüzü vardır. Zərərçəkmiş şəxs15 salonu həmişə saat 10 radələrində açır və saat 19 radələrində bağlayaraq evinə çıxıb gedirdi. Özü isə apteki hər gün səhər saat 07 radələrində açır və axşam saat 23 radələrində bağlayaraq evinə çıxıb gedirdi. 11 dekabr 2019-cu ildə saat 07-də aptekə gəlmiş və görmüşdür ki, aptekin plastik pəncərəsi açıqdır, çöl tərəfdə olan dəmir barmaqlıqlar isə aralanmış vəziyyətdədir. Aptekin giriş qapısını açıb içəri daxil olmuş, aptekin içərisinin dağınıq vəziyyətdə, aptekin içərisindən salona olan plastik qapının da açıq olduğunu görmüşdür. Apteki yoxladıqda kassada saxladığı 400 manat pulun oğurlandığını aşkar etmiş və bununla bağlı 102 xidmətinə zəng edərək baş vermiş oğurluq barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçmiş Məmləkət salona gəlmiş, salonda olan dolabın siyirməsini açıb orada saxladığı dəftəri açıb yoxladıqda içərisindən 600 manat pulun oğurlandığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 Lifti oğlu bildirmişdir ki, ünvan 29 ünvanda yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. 18 dekabr 2019-cu ildə özü və ailəsi mənzildə yatmış və həmin gün saat 08 radələrində yuxudan oyanıb həyətə çıxmışdır. Həyətə çıxdıqda iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaların oğurlandığını aşkar etmişdir. Məlum olmuşdur ki, gecə gecə yatdıqdan sonra evə kənar şəxslər daxil olub və həmin əşyaları oğurlayıblar. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nümayəndə küçəsi 93 saylı ünvanda yerləşən mənzildə yaşayır. 01 noyabr 2019-cu ildə saat 22 radələrində yaşadığı evə gəlmiş və həyətdə olan özünə məxsus bir ədəd 250 manat dəyərində velosipedin yerində olmadığını aşkar etmişdir. Məlum oldu ki, velosiped naməlum şəxs tərəfindən oğurlanıb. Bundan sonra DİN-nin 102 xidmətinə zəng etmişdir. Sonradan məlum oldu ki, evdən bir ədəd velosipeddən başqa 100 metrlik 2x2,5 mm qara rəngli mis elektrik naqil də oğurlanıb. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 bildirmişdir ki, ünvan 31 ünvanında yaşayır. Yaşadığı mənzilin həyətində hin var və orada göyərçinlər saxlayır. 06 fevral 2020-ci ildə həmin mənzilə gəldikdə hinə baxdıqda orada saxladığı 22 ədəd göyərçinlərin olmadığını görmüşdür. Evi yoxladıqda həyətdə bir ədəd su qızdırıcısının da olmadığını aşkar etdi. Məlum oldu ki, evə kənar şəxslər daxil olub göyərçinləri və su qızdırıcısını oğurlamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, ünvan 32 ünvanda iki otaqdan ibarət mənzili var. 08 fevral 2020-ci ildə saat 20:10 radələrində yaşadığı evə getmiş getdi və mənzilin taxta qapısını açıb içəri daxil olmuşdur. İçəri daxil olduqda görmüşdür ki, evin içərisində olan əşyaları axtarılıb. Məlum olmuşdur ki, evə kənar şəxs daxil olmuş və iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaları oğurlamışlar. Bundan dərhal sonra 102 xidmətinə zəng edərək məlumat verdi. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 bildirmişdir ki, 28 fevral 2020-ci ildə səhər saatlarında yaşadığı mənzilin qapılarını və pəncərələrini bağlayaraq çıxıb getmişdir. 03 mart 2020-ci ildə saat 11 radələrində evinə gəlmiş və həyət qapısını açaraq içəri daxil olmuşdur. Həyətə daxil olduqda evin pəncərəsinin açıq olduğunu görmüş, evin qapısını açıb içəri daxil olduqda mənzildə olan əşyalarının dağıdıldığını, həmçinin iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaların oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verib. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirmişdir ki, işlədiyi MMC-yə məxsus çox sayda müxtəlif markalı marşrut avtobusları var. Həmin avtobuslar şirkətə məxsus olsa da, bəziləri MMC-də işləyən şəxslərin adlarına rəsimləşdirilib. Bu avtobuslardan biri də “Daewoo” markalı 10TG078 dövlət qeydiyyat nişanlı avtobusdur. Həmin avtobusu Şahid2 idarə edirdi. Sürücülər həmin avtobusları MMC-yə məxsus qarajdan təhvil alır və yol vərəqəsi əsasında qrafik üzrə hərəkətdə olurlar. Bəzən avtobuslar sürücülər tərəfindən yaşadıqları evə aparılır. 24 iyul 2020-ci ildə öyrənmişdirlər ki, Şahid2 yol vərəqəsi əsasında idarə etdiyi avtobus kənar şəxs tərəfindən qaçırılmış, lakin avtobus Dədə Qorqud qəsəbəsində yolun kənarından tapılmış və baxış zamanı avtobusdan iki ədəd 450 manat dəyərində təzə akkumulyator və 70 manat dəyərində 115 litr dizel yanacağı oğurlanmışdır. Avtobusa hər hansı zərər vurulmayıb. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımayıb. Onun yaşadığı həyətə taksi gəlmişdir və həmin oğlan taksidən düşüb qaçmışdır. Sonradan onun arxası ilə polislər gəldilər və onu görüb oğlanın hansı tərəfə qaçdığını soruşdular. O, da polis əməkdaşlarına oğlanın qaçdığı istiqaməti göstərmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 Muxtar oğlu ifadəsində göstərmişdir ki, bir neçə ildir yaşadığı evin yaxınlığında olan mağazanı işlədir. Hər gün saat 09-10 radələrində işə gedir, saat 18-19 radələrində evə qayıdırdır. İş fəaliyyəti ondan ibarətdir ki, fərdi qaydada olaraq müxtəlif şəxslər məişət əşyalarını satmaq və ya təmir üçün təqdim edirlər, həmin əşyaları qiymətləndirib ümumi razılığa gəldikdən sonra almış və təmir etmişdir. Əşyaları aldıqdan sonra bu barədə qeydiyyat aparırdı. Özündən başqa həmin məntəqədə heç kim işləmir. Xatırlamadığı tarixdə iş saatlarında mağazada olan zaman bir nəfər qadın mağazaya daxil olmuşdur. Həmin qadının əlində bir ədəd televizor var idi. Qadın yaxınlıqda olan bir yerə gedib 1 saata qayıdacağını bildirmiş və xahiş etmişdir ki, gələnədək televizor mağazada qalsın. Buna razılıq verdikdən sonra həmin qadın televizoru mağazada bir kənara qoyub çıxıb getmişdir. Qadın getdikdən 20-25 dəqiqə sonra mağazaya bir neçə nəfər şəxs daxil olub xidməti vəsiqələrini göstərib polis əməkdaşları olmasını dedilər. Polis əməkdaşları televizora baxıb oğurluq olmasını bildirdilər. Bildikləri barədə polis əməkdaşlarına məlumat verdi. Polis əməkdaşları televizoru götürdü və Polis İdarəsinə getməyi təklif etdilər. Heç bir etiraz etmədi, həmin günü polis əməkdaşları ilə birlikdə polis idarəsinə getdi və hadisə barədə izahat verdi. İzahatı alındıqdan sonra mağazaya qayıtdı. Mağazaya qayıtdıqda televizoru mağazaya qoyan qadının dayanıb gözləməsini gördü. Həmin qadına dedi ki, “o, getdikdən sonra mağazaya polis əməkdaşları gəldilər televizor oğurluq idi və götürdülər, o, da polis idarəsindən gəlir”. Həmin qadın da televizoru yolda bir nəfər oğlandan almasını dedi. Həmin qadına təklif etdi ki, polis idarəsinə getsin, lakin o, qorxduğunu bildirib çıxıb getdi. Həmin qadını tanımırdı və əvvəllər də görməmişdir. Həmin qadının televizoru haradan və kimdən almasını, hansı yolla əldə etməsini və televizorun oğurluq olmasını bilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhərində 191 saylı marşrut avtobusunda sürücü işləyir və “Daewoo” markalı 10TG078 dövlət qeydiyyat nişanlı avtobusu idarə edir. Həmin avtobusun hərəkət xətti Bakı Metropolitenin Nizami rayonu ərazisində olan “Qara Qarayev” metrostansiyasından Suraxanı rayonu ərazisində Baharlı stansiyasına qədərdir. İş vaxtı 05:20 radələrində başlayır və 24 radələrinədək davam edir. 22 iyul 2020-ci ildə saat 23:30 radələrində idarə etdiyi həmin avtobusla yaşadığı ünvan 33 ünvana gəlmişdir. Avtobusu küçədə qonşusu Samirin işlədiyi mağazanın qarşısında saxlamış və evə getmişdir. 23 iyul 2020-ci ildə saat 02 radələrində yuxudan oyanıb küçəyə çıxmış və avtobusun yerində olduğunu görmüş, sonra evə qayıdaraq yatmışdır. Saat 04:30 radələrində yuxudan oyanıb küçəyə çıxmış, bu zaman aşkar etmişdir ki, avtobus yerində deyil. Mağaza sahibi qonşusu Samiri çağırıb ona avtobusun yerində olmadığını dedikdə o, bildirdi ki, saat 04 radələrində avtobusun işə düşməsi səsini eşitmiş, lakin avtobusun onun tərəfindən idarə olunmasını zənn etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra qaraja gedərək dispetçerə bu barədə xəbər verdi. Bir neçə saat keçdikdən sonra dispetçer Ramin zəng edərək dedi ki, avtobus Hövsan qəsəbəsi ərazisində yolun kənarındadır. Polis əməkdaşları həmin yerə gedərək avtobusu Baharlı stansiyası ilə Dədə Qorqud arasında aşkar etdilər. Avtobusa baxan zaman məlum oldu ki, avtobusun üzərində olan iki ədəd akkumulyator və 115 litr dizel yanacağı oğurlanmışdır. Sonradan Samirin işlədiyi mağazanın kameralarına baxdıqda bir nəfər şəxsin əlində torba ilə avtobusa yaxınlaşmasını, avtobusun qapısını açıb içəri daxil olmasını və idarə edib uzaqlaşmasını gördü. Zərərçəkmiş şəxs10 Zərərçəkmiş şəxs11din oğlu, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmiş, 05 mart 2021-ci ildə məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiklərini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdirlər. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməllərini törətməsi faktı yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. O cümlədən təqsirləndirilən iş üzrə ibtidalı istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələrdə ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməllərini etiraf etmişdir. Yuxarıda göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin işin məhkəmə baxışı zamanı verdiyi ifadələr həqiqəti əks etdirmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. 13 avqust 2020-ci il tarixli 9/2565 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Malayziya istehsalı “Sony” markalı “KLV-40BX400” modelli televizorun istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 400,0 manat müəyyən edilir”. 30 dekabr 2020-ci il tarixli 9/6018 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda, müxtəlif markalı malların qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2294,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (Zərərçəkmiş şəxs5 məxsus mallar 2020-ci ilin yanvar ayınaistifadədə olmuş, mavi-qara rəngli, üzərində markalanma göstəriciləri olmayan laqonda bir ədədi 40 manat; istifadədə olmuş “İNTERSKOL” markalı, P-45MG model perforator bir ədədi 60 manat; cəmi 100 manat. X1 məxsus mallar 2019-cu ilin noyabr ayına-istifadədə olmuş ağ rəngli 30 metr uzunluğunda, 2,5 mm-lik alüminium elektrik naqili 30 metr bir ədədi 0,10 manat cəmi 3 manat; istifadədə olmuş işıq üçün avtomat rubilnik bir ədədi 20 manat; istifadədə olmuş 7 metr uzunluğunda işıq üçün troynik bir ədədi 10 manat; cəmi 33 manat. Zərərçəkmiş şəxs11din oğluna məxsus mallar 2019-cu ilin noyabr ayına-istifadədə olmuş “Bosch” markalı GBH 2-26 DRE model drel bir ədədi 100 manat; istifadədə olmuş “EPA” markalı EMSH-115-1 model laqonda bir ədədi 40 manat; istifadədə olmuş 10 metr uzunluğunda işıq üçün perenos 10 metr bir ədədi 0,30 manat cəmi 3 manat. X3 məxsus mallar 2019-cu ilin dekabr ayına- istifadədə olmuş “Fener” markalı ağ rəngli 28 litr tutumlu su tutumlu qızdırıcısı bir ədədi 80 manat; cəmi 80 manat. Zərərçəkmiş şəxs20 məxsus mallar 2020-ci ilin fevral ayına- istifadədə olmuş 3x4 ölçülü, ağ rəngli üzərində naxışları olan xalça bir ədədi 120 manat; cəmi 120 manat. Zərərçəkmiş şəxs10 məxsus mallar 2019-cu ilin noyabr ayına-istifadədə olmuş “Erato” markalı 20 litr su tutumlu su qızdırıcısı bir ədədi 50 manat; cəmi 50 manat. Zərərçəkmiş şəxs17 məxsus mallar 2019-cu ilin noyabr ayına- sarı rəngli, istifadədə olmuş üzərində “Matrix” markalanma yazıları olan velosiped bir ədədi 70 manat; cəmi 70 manat. Zərərçəkmiş şəxs16 Lifti oğluna məxsus mallar 2019-cu ilin dekabr ayına- üzərində “İsma Buta” markalanma yazıları olan, istifadədə olmuş velosiped bir ədədi 120 manat; cəmi 120 manat. Zərərçəkmiş şəxs12 məxsus mallar 2019-cu ilin noyabr ayına-istifadədə olmuş, ağ rəngli, üzərində markalanma göstəricisi olmayan iki gözlü qaz peçi bir ədədi 15 manat; istifadədə olmamış 100 metr uzunluğunda qara rəngli 2,5 mm alüminium elektrik naqili 100 metri 0,30 manat 30 manat; istifadədə olmamış 100 metr uzunluğunda qırmızı rəngli 2,5 mm alüminium elektrik naqili 100 metri 0,30 manat 30 manat; istifadədə olmuş ağ rəngli 50 metr uzunluğunda 3x10 mm-lik alüminium elektrik naqili 50 metri 1,80 manat 90 manat; cəmi 165 manat. 2020-ci il yanvar-iyun aylarına istifadədə olmuş “Hidro Therm” markalı 20 litr su tutumlu su qızdırıcısı bir ədədi 60 manat; istifadədə olmuş 5 litr su tutumlu samovar iki ədədi 120 manat; istifadədə olmuş 7 litr su tutumlu samovar bir ədədi 80 manat; istifadədə olmuş 4x3m ölçülü, üzərində naxışlar olan xalça bir ədədi 120 manat; istifadədə olmuş “Suna” markalı şirəçəkən bir ədədi 25 manat; istifadədə olmamış “Noritazeh” markalı mətbəx kombaynı bir ədədi 20 manat; istifadədə olmuş “Geepas” markalı ütü bir ədədi 30 manat; istifadədə olmamış iki topa qırmızı rəngli 100 metr uzunluğunda 3x1.5 mm-lik alüminium elektrik naqili 200 metri 0,70 manat 140 manat; istifadədə olmamış üç topa göy rəngli 100 metrlik 2,5 mm mis elektrik naqili 300 metri 0,70 manat 210 manat; istifadədə olmuş “İNTER” markalı, 810BT model drel bir ədədi 25 manat; istifadədə olmamış 100 metrlik 2x2,5 mm qara rəngli mis elektrik naqili 100 metri 1,7 manat 170 manat; istifadədə olmamış ağ rəngli 150 metr uzunluğunda 10 mm alüminium elektrik naqili 150 metri 1,40 manat 210 manat; istifadədə olmuş 30 metr uzunluğunda 2,5 mm alüminium elektrik naqili 30 metri 0,10 manat 3 manat; istifadədə olmuş dəmir məmulatdan mıx çıxardan bir ədədi 10 manat; istifadədə olmuş “Bosch” markalı 1200G model beton qarışdıran mikser bir ədədi 100 manat; istifadədə olmuş, “İNTERSKOL” markalı, D-350GR model drel iki ədədi hər biri 15 manat 30 manat; istifadədə olmuş üzərində markalanma göstəriciləri olmayan orta ölçülü laqonda bir ədədi 30 manat; istifadədə olmuş “İNTER” markalı 860BT model drel bir ədədi 30 manat; cəmi 1413 manat). Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməllərini qismən də olsa etiraf etdiyini, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11din oğlunun, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16 Lifti oğlunun, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs20 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 1(008)-184/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, əvvəli 21 sentyabr 2020-ci il tarixindən hesablanmaqla 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 21 iyun 2021-ci ildə həmin cəzası başa çatmışdır. Hazırkı iş üzrə cinayətlərin yuxarıda göstərilən hökm çıxarıldıqdan əvvəl törədildiyini və Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hər hansı başqa hal da işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə işin faktik hallarını və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarını nəzərdən keçirərək hesab edir ki, cəza həmin maddə ilə müəyyən edilmiş qaydalarla təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd Malayziya istehsallı “Sony” markalı “KLV-40BX400” modelli televizor, bir ədəd laqunda, bir ədəd “İntercol” P-45MG modeli perforator, 30 metr uzunluğunda 2,5 mm-lik alüminium elektrik naqili, bir ədəd işıq üçün avtomat «rubilnik», 7 metr uzunluğunda işıq üçün «troynik», bir ədəd “Bosch” markalı GBH 2-26 DRE modeli drel, bir ədəd “EPA” markalı EMSH-115-1 model laqunda, 10 metr uzunluğunda işıq üçün «perenoska», bir ədəd “Fener” markalı ağ rəngli 28 litr su tutumlu qızdırıcı, bir ədəd 3x4 ölçülü ağ rəngli üzərində naxışları olan xalça, bir ədəd “Erato” markalı 20 litr su tutumlu su qızdırıcısı, bir ədəd sarı rəngli, “Matrix” markalı velosiped, bir ədəd “İsma Buta” markalı velosiped, bir ədəd ağ rəngli iki gözlü qaz sobası, 100 metr uzunluğunda qara rəngli 2,5 mm alüminium elektrik naqil, 100 metr uzunluğunda qırmızı rəngli 2,5 mm alüminium elektrik naqil, ağ rəngli 50 metr uzunluğunda 3x10 mm-lik alüminium elektrik naqil, bir ədəd “Hidro Therm” markalı 20 litr su tutumlu su qızdırıcısı, 2 ədəd 5 litr su tutumlu samovar, bir ədəd 7 litr su tutumlu samovar, bir ədəd 4x3m ölçülü üzərində naxışları olan xalça, bir ədəd “Suna” markalı şirəçəkən, bir ədəd “Noritazeh” markalı mətbəx kombaynı, bir ədəd “Geepas” markalı ütü, iki topa qırmızı rəngli 100 metr uzunluğunda 3x1.5 mm-lik alüminium elektrik naqil, üç topa göy rəngli 100 metrlik 2,5 mm mis elektrik naqil, istifadədə olmuş “İHTEP” markalı 810BT model drel, 100 metrlik 2x2,5 mm qara rəngli mis elektrik naqil, istifadədə olmamış ağ rəngli 150 metr uzunluğunda 10 mm alüminium elektrik naqil, 30 metr uzunluğunda 2,5 mm alüminium elektrik naqil, istifadədə olmuş bir ədəd dəmir məmulatdan mıx çıxardan, istifadədə olmuş bir ədəd “Bosch” markalı 1200G model beton qarışdıran mikser, iki ədəd “İntercol” markalı D-350 GP model drel, orta ölçülü laqunda və bir ədəd “İNTER” markalı 860BT model drel müvafiq zərərçəkmiş şəxslərin sahibliyinə qaytarıldığından onların sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yuxarıda göstərilən cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sabunçu Rayon Məhkəməsinin 1(008)-184/2020 nömrəli iş üzrə 21 sentyabr 2020ci il tarixli hökmü ilə təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilən 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən əhatə edilməsi yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 20 avqust 2020-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd Malayziya istehsallı “Sony” markalı “KLV-40BX400” modelli televizor, bir ədəd laqunda, bir ədəd “İntercol” P-45MG modeli perforator, 30 metr uzunluğunda 2,5 mm-lik alüminium elektrik naqili, bir ədəd işıq üçün avtomat «rubilnik», 7 metr uzunluğunda işıq üçün «troynik», bir ədəd “Bosch” markalı GBH 2-26 DRE modeli drel, bir ədəd “EPA” markalı EMSH-115-1 model laqunda, 10 metr uzunluğunda işıq üçün «perenoska», bir ədəd “Fener” markalı ağ rəngli 28 litr su tutumlu qızdırıcı, bir ədəd 3x4 ölçülü ağ rəngli üzərində naxışları olan xalça, bir ədəd “Erato” markalı 20 litr su tutumlu su qızdırıcısı, bir ədəd sarı rəngli, “Matrix” markalı velosiped, bir ədəd “İsma Buta” markalı velosiped, bir ədəd ağ rəngli iki gözlü qaz sobası, 100 metr uzunluğunda qara rəngli 2,5 mm alüminium elektrik naqil, 100 metr uzunluğunda qırmızı rəngli 2,5 mm alüminium elektrik naqil, ağ rəngli 50 metr uzunluğunda 3x10 mm-lik alüminium elektrik naqil, bir ədəd “Hidro Therm” markalı 20 litr su tutumlu su qızdırıcısı, 2 ədəd 5 litr su tutumlu samovar, bir ədəd 7 litr su tutumlu samovar, bir ədəd 4x3m ölçülü üzərində naxışları olan xalça, bir ədəd “Suna” markalı şirəçəkən, bir ədəd “Noritazeh” markalı mətbəx kombaynı, bir ədəd “Geepas” markalı ütü, iki topa qırmızı rəngli 100 metr uzunluğunda 3x1.5 mm-lik alüminium elektrik naqil, üç topa göy rəngli 100 metrlik 2,5 mm mis elektrik naqil, istifadədə olmuş “İHTEP” markalı 810BT model drel, 100 metrlik 2x2,5 mm qara rəngli mis elektrik naqil, istifadədə olmamış ağ rəngli 150 metr uzunluğunda 10 mm alüminium elektrik naqil, 30 metr uzunluğunda 2,5 mm alüminium elektrik naqil, istifadədə olmuş bir ədəd dəmir məmulatdan mıx çıxardan, istifadədə olmuş bir ədəd “Bosch” markalı 1200G model beton qarışdıran mikser, iki ədəd “İntercol” markalı D-350 GP model drel, orta ölçülü laqunda və bir ədəd “İNTER” markalı 860BT model drel müvafiq zərərçəkmiş şəxslərin sahibliyinə qaytarıldığından onların sərəncamına verilmiş hesab olunsunlar. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-85/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-85/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver