Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-85/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açııq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 2,258 qramı olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış naroktik vasitə olan heroini əldə edib, üstündə saxlamaqla daşımış və 31.07.2021-ci il tarixdə, saat 17:30 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, ünvan 4-də saxlanılıb, ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək, orada üzərində şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli şalvarının sağ cibindən 01 ədəd folqa kağızı bükümündə təmiz çəkisi 2,258 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış naroktik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 31.07.2021-ci il tarixdə, saat təxminən 17:30 radələrində Suraxanı rayonunun S.Bəhlulzadə küçəsində tanışları Tərlan və Baloğlan adlı şəxslərlə birlikdə piyada hərəkətdə olarkən, 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib, onları şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Ona Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. O, da xidməti otaqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan 01 ədəd bükümü təqdim etmiş və həmin narkotik vasitəni 31.07.2021-ci il tarixdə Suraxanı rayonu ərazisində “Qaraçılar” məhəlləsi adlanan yerdə tanımadığı şəxsdən özü istifadə etmək üçün 5 manata aldığını və cibində saxladığını bildirmişdir. Aşkarlanmış maddə qablaşdırıldıqdan sonra möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin narkotik vasitəni Suraxanı rayonunda «Qaraçılar» məhəlləsində tanımadığı şəxsdən öz istifadəsi üçün 5 manata almışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni hər hansı bir şəxsə satmaq və ya pay vermək niyyəti olmamışdır. O, narkotik vasitələrin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, üzərində gəzdirilməsinin, eləcə də istifadəsinin qadağan olduğunu bilmişdir. Üzərində narkotik vasitə saxlamağı barədə heç kimin məlumatı olmamışdır və həmin narkotik vasitədən istifadə etməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 iyul 2021-ci il tarixdə Tərlan, Rəhman və Baloğlan adlı şəxslərin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə 31-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxslərin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onların ifşa edilməsi məqsədi ilə ətraflarında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir, həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvləri - bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis mayoru Şahid2 təyin olunmuş və bundan sonra həmin şəxslərin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, qrupun üzvləri ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 17:30 dəqiqədə ünvan 4 ünvanının qarşısında həmin şəxsləri əlamətlərinə görə tanıyıb onlara yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, özlərini onlara təqdim etdikdən sonra, bu şəxslərin də özlərini təqdim etməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim edərək, adlarının və soyadlarının Tərlan Əsmətov, Təqsirləndirilən şəxs və Baloğlan Mehdiyev olduqlarını bildirmişlər. Bundan sonra bu şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib, Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB- nə dəvət etmişlər. Həmin şəxslər heç bir etiraz etməmişlər və onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin inzibati binasına gəlmişlər. Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində həmin şəxslərdən Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bir ədəd büküm narkotik vasitə olan heroindir və özü istifadə etmək məqsədil ilə 31 iyul 2021-ci il tarixdə Bakı şəhərinin Suraxanı rayonu ərazisində «Qaraçılar» məhəlləsi deyilən yerdə tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, sonunjunun üzərindən digər narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bır ədəd büküm zərfin içinə qoyularaq və qablaşdırılaraq möhürlənmişdir. Tərtib edilmiş protokola və qablaşdırılaraq möhürlənmiş zərfə şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini kimdən və haradan əldə edilməsi barədə məlumat olmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini kimdən və haradan əldə edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir və bu barədə müsbət nəticə olduğu halda istintaqa məlumat veriləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadələr vermişlər. İş materiallarından görünür ki, 31.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 02.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona tərəfimdən elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Suraxanı rayon prokurorluğuna vəsatət müraciət olunmuşdur. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon prokuroru tərəfindən 02.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dari vəsatətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, 02.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 1(010)-85/2022 saylı 11.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə elan olunmuşdur. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 1(010)-85/2022 saylı 25.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı RPİ 31-ci PB-nin 12.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12.02.2022-ci il tarixdə Suraxanı RPİ 31-ci PB-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Suraxanı MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/3234 saylı 1 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №195» dairəvi möhür əksi, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,258qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxildir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4569 saylı 19 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq sinoromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin etirafediji izahatı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanını yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz 2,208 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdən 02.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 2,208 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-85/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-85/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver