Məhkəmə qərarları › İş №1(010)-86/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-86/2020

23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-86/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 2, mənzil 144-də yaşayan, 31 yanvar – xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə axtarış elan olunmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən xx xxxxxx 2020-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci ildə saat 19 radələrində bir müddət əvvəl tanış olduğu Zərərçəkmiş şəxs onun telefon zənglərinə cavab verməməsi bəhanəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 84 ünvanında yerləşən «Taxtalı» adlı kafeyə çağırıb orada Zərərçəkmiş şəxs ona pul verməsini tələb etmiş, sonuncu pulu olmadığını bildirdikdə isə onu söyüb döyəcəyi ilə hədələyərək 330 manat dəyərində «Samsung J2» markalı mobil telefonunu əlindən alıb açıq talamaqla soyğunçuluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2017-ci ilin dekabr ayında «Neftçilər» metro stansiyasının yaxınlığında yerləşən «Bakı» kafesində oturan zaman Zərərçəkmiş şəxs, Şahid4, Şahid5, Şahid3 və Şahid6 ilə tanış olmuşdur. Aralarında münasibət yaranmış və bir birlərinin mobil nömrələrini gələcəkdə əlaqə saxlamaq üçün götürmüşlər. Lakin sonradan bir neçə dəfə Zərərçəkmiş şəxs telefon nömrəsinə zəng etsə də, Anar onun telefon zənglərimə cavab verməmişdir. Anarın bu hərəkətinə acıqlanmışdır. xx xxxxxx 2017-ci ildə saat 14 radələrində Qiyasın mobil nömrəsinə zəng edərək danışmış və öyrənmişdir ki, Zərərçəkmiş şəxs Qiyasın yanındadır. Sonra Qiyas dəstəyi Zərərçəkmiş şəxs vermiş, o, Anardan harada olduğunu soruşduqda, Zərərçəkmiş şəxs yaşadığı evdə olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs zənglərinə cavab vermədiyinə görə irad bildirmiş və tez Qaraçuxur qəsəbəsinə gəlməsini tələb etmişdir. Həmçinin gəlməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs üçün pis olacağını deyərək onu «qruzlayacağını» bildirmişdir. Sonra o, dostu Şahid7 ilə görüşmüş və Qaraçuxur qəsəbəsində yerləşən «Maşallah» marketin yaxınlığında hamı görüşdükdən sonra birlikdə Qaraçuxur qəsəbəsində yerləşən «Yağmur» şadlıq sarayının yaxınlığındakı kafeyə getmişlər. Saat 15:00 radələrində görüşdə, o, dostu Tural, Zərərçəkmiş şəxs, Qiyas, Emin və Şahid6 iştirak etmişlər. Otağa daxil olduqdan sonra o, Zərərçəkmiş şəxs nə üçün ona cavab vermədiyini soruşmuşdur. Anar isə ona dərsdə olduğu üçün cavab verə bilmədiyini, digər zəngi görmədiyini və bundan sonra zəng gəlmədiyini bildirmişdir. Bundan sonra o, və Tural Zərərçəkmiş şəxs telefona cavab vermədiyi üçün pul verməli olduğunu bildirmişlər. Anar cavabında demişdir ki, pulu yoxdur. Zərərçəkmiş şəxs demişdir ki, pulu yoxdursa telefonunu versin. Zərərçəkmiş şəxs ondan qorxduğuna görə özünə məxsus «Samsung» markalı mobil telefonunu, içərisindəki yaddaş kartı və GSM nömrəsini çıxarmaqla ona vermişdir. O, həmin telefonu götürmüş və Zərərçəkmiş şəxs söyüş söyərək, söhbəti qırağa çıxarmamağı və polisə şikayət etməməyi tapşırmışdır. Bundan sonra onlar oradan çıxmış və o, Turalla birlikdə «Neftçilər» metro stansiyasının yanına getməklə, həmin mobil telefonu Turala məxsus şəxsiyyət vəsiqəsi ilə 110 manata satmışlar. Telefonu satdıqdan sonra yolda onlarla rastlaşmış və bir qutu siqaret alaraq Zərərçəkmiş şəxs verdikdən sonra yenə ayrılıb getmişlər. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 qeyd etmişdir ki, 2017-ci il dekabr ayının əvvəllərində tanışları Zərərçəkmiş şəxs, Şahid6, Qiyas və Eminlə birlikdə «Neftçilər» metro stansiyasının yanındakı kafedə olarkən Təqsirləndirilən şəxslə tanış olmuşlar. Bundan sonra onun telefonunun itməsi barədə Cəbrayılla bir yerdə söhbət edərkən Emin telefonun tapılacağını, Cəbrayıl isə tapılmayacağını demişdir. Bu söhbət üstündə onların arasında narazılıq yaranmış və bir neçə gündən sonra onun telefonu tapılmadıqda Cəbrayıl onun fikirləri ilə razılaşmadığı və söhbətdə uduzduğu üçün Şahid3 söhbətə çağırmışdır. O, da tanışları Qiyas və Şahid6lə birlikdə Cəbrayılla görüşmək üçün getmişlər. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən «Yanar Dağ» deyilən yerdə görüşmüşlər. Cəbrayıl Tural və Kirman adlı tanışları ilə gəlmişdir. Cəbrayıl aralarında olan narazılığı öz xeyrinə həll etmiş və telefonun itməsi və tapılmaması məsələsində səhv söhbət etdiyi üçün Emini bağışlamayacağını, yalnız pul verərsə bağışlaya biləcəyini demişdir. Onlar aralarında olan söhbəti «Yağmur» şadlıq sarayının yanında olan kafeyə düşüb davam etdirmişlər. Həmin vaxtı Cəbrayıl demişdir ki, Zərərçəkmiş şəxs telefonuna zəng vurur, ancaq Anar onun zənglərinə cavab vermir. Buna görə də Cəbrayıl Anarı olduğu kafeyə çağırmışdır. Anar gələndən sonra Cəbrayıl telefon zənglərinə cavab vermədiyi üçün Anarı söymüşdür. Cəbrayıl onun telefonuna cavab vermədiyini bəhanə edərək ondan 150 manat pul tələb etmişdir. Anar isə pulu olmadığını dedikdə Cəbrayıl onu döyəcəyi ilə hədələmiş və pul əvəzinə mobil telefonunu ona verməsini tələb etmişdir. Həmin vaxtı Tural şalvarının belindən bıçağı çıxardıb stolun üstünə qoymuş və sonra bıçağı cibinə qoymuşdur. Anar Cəbrayıldan qorxduğu üçün «Samsung J2» markalı mobil telefonunu Cəbrayıla vermişdir. Bundan sonra onlar kafedən çıxıb getmişlər. Həmin gün Emin, Anar və Qiyasla «Neftçilər» metrosunun yanından keçərkən Cəbrayılla Turalın telefon mağazasından çıxdıqlarını görmüşdür. Cəbrayıl bildirmişdir ki, Anardan aldığı telefonu 110 manata satıb. Hətta Cəbrayıl həmin puldan Anara 1 qutu siqaret də almışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır, münasibətləri normaldır. Şahid6 və Şahid4 Cəbrayıla görə 2017-ci ilin sentyabr ayında tanımışdır. Belə ki, onlar birlikdə «Neftçilər» metro stansiyasının yaxınlığında yerləşən kafedə tanış olmuşlar. Zərərçəkmiş şəxs, Şahid5 və Şahid3 isə onlara görə tanımışdır. xx xxxxxx 2017-ci il tarixdə saat 14 radələrində Cəbrayıl ona zəng edib yaşadığı məhəllənin yuxarı hissəsinə çağıraraq, Şahid6, Zərərçəkmiş şəxs, Şahid5 və Şahid3 gələcəklərini bildirmiş və onu da dəvət etmişdir. O, da Cəbrayılın sözü ilə sonuncu ilə görüşmüş və onlar uşaqlarla görüşdükdən sonra birlikdə Qaraçuxur qəsəbəsində yerləşən «Maşallah» marketin yaxınlığındakı kafeyə getmişlər. Həmin vaxt saat 15 radələrində görüşdə, o, dostu Cəbrayıl, Zərərçəkmiş şəxs, Qiyas, Emin, Şahid6 olmuşlar. Onlar otağa daxil olduqdan sonra Cəbrayılla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və Cəbrayıl Anardan 150 manat məbləğində pul verməsini tələb etmişdir. Həmin vaxt Anar pulunun olmadığını dedikdə, Cəbrayıl bildirmişdir ki, pulu yoxdursa telefonunu versin. Zərərçəkmiş şəxs da, onlardan qorxduğu üçün özünə məxsus «Samsung» markalı mobil telefonunu, içərisindəki yaddaş kartı və GSM nömrəsini çıxarmaqla Cəbrayıla vermişdir. Cəbrayıl həmin telefonu götürmüş, Zərərçəkmiş şəxs söyüş söyərək, söhbəti qırağa çıxarmamağı və polisə şikayət etməməyi tapşırmışdır. Bundan sonra onlar hamısı oradan çıxmış və o, Cəbrayılla birlikdə «Neftçilər» metro stansiyasının yanına getməklə, həmin mobil telefonu ona məxsus şəxsiyyət vəsiqəsi əsasında 110 manata satmışlar. Telefonu satdıqdan sonra yolda uşaqlarla rastlaşmışlar və Cəbrayıl bir qutu siqaret almış, həmçinin 10 manat məbləğində pulu aldığı siqaretlə birlikdə Zərərçəkmiş şəxs verdikdən sonra onlar yenə də sonunculardan ayrılıb getmişlər. Əldə etdikləri pulu isə şəxsi ehtiyaclarına xərcləmişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşının qızı Şahid2 oğludur. Münasibətləri çox yaxşıdır və birlikdə onun qeydiyyatda olduğu ünvanda yaşayırlar. Zərərçəkmiş şəxs Xətai rayonunda yerləşən 4 saylı Bakı Peşə Liseyində təhsil alır. Hazırda Zərərçəkmiş şəxs hərbi xidmətdədir. 2017-ci ilin sentyabr ayının axırlarında Nərimanov rayonu ərazisində yerləşən «xxxxxxxxxxxxx» MMC-dən Zərərçəkmiş şəxs üçün 350 manata 1 ədəd «Samsung J2» markalı mobil telefon aparatı hədiyyə etmişdir. xx xxxxxx 2017-ci ildə saat 14:30 radələrində evdə olduğu vaxt Anar evə gəlmiş və o, Anar üçün xörək çəkmişdir. Anar xörəyini yeyən zaman sonuncunun ***-***-**-** saylı mobil telefon nömrəsinə dostu olan və onun yaxından tanıdığı Şahid6 zəng gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs mobil telefonu götürərək mənzilin eyvanına çıxıb danışmış və tələsik mənzilə qayıdaraq dostlarının çağırmasını bildirib evdən çıxıb getmiş, hətta Anarın yeməyi də yarımçıq qalmışdır. Həmin zaman qardaşı qızı Süsən də evdə olmuşdur. Həmin günü axşam Anar evə qayıtdıqda o, sonuncunun bir qədər həyəcanlı olmasını görmüş və Anar ayaqqabısını çıxara-çıxara başına iş gəldiyini bildirmişdir. O, Anardan nə baş verdiyini soruşduqda, Anar guya ayaqyoluna gedən zaman telefon aparatının suya düşməsini, telefonu təmir etdirmək üçün Neftçilərdə telefonu təmirə verdiyini bildirmişdir. Bundan sonra o, Anarı danlasa da daha başqa bir söz deməyərək düşünmüşdür ki, yəqin Anarın dedikləri doğrudur və ona görə təlaşlıdır. O, evdə yaşda böyük olduğundan hər şeyi ailə üzvləri onunla məsləhətləşir və onunla bölüşərək məsləhət alırlar. Aradan bir neçə gün keçsə də hər dəfə o, Anardan telefonu və ustanın yanına onu aparmasını tələb etdikdə, Anar hər dəfə müxtəlif bəhanələr gətirərək onu ustanın yanına aparmaqdan yayınmışdır. xx xxxxxx 2017-ci il tarixdə saat 21 radələrində yenə də qardaşı qızı Süsənlə birlikdə evdə olan zaman Anar evə gələrək qapının ağzından ayaqqabısını çıxarmadan ondan 40 manat pul verməsini xahiş etmişdir. O, isə ondan nə üçün pul istəməsini soruşduqda Anar heç bir söz deməyərək yalvarıb pulu istəməkdə israr edirdi. O, yenə də Anardan nə üçün pul lazım olmasını soruşduqda Anar «ondan nə istədiyini və buna görə 40 manat üçün cəzalandırdığını» demişdir. O, isə Anarın bu sözündən ehtiyatlanaraq 40 manat pulu sonuncuya vermiş və Anar pulu götürərək evdən çıxıb getmişdir. Aradan təxminən iki saat keçmiş Anar evə gəlmişdir. O, Anarın qorxmuş və təlaşlı vəziyyətdə olmasını görüb sonuncudan nə olmasını soruşduqda. Anar «bu söhbətin üstünə gəlmədiyini» demiş və öz otağına keçmişdir. Lakin buna baxmayaraq Anarın növbəti günlərdə də təlaşlı, fikirli olmasını, dostları ilə görüşdən yayınmasını, özünə qapanmasını görüb o, hər dəfə Anardan bunun səbəbini soruşmağa çalışırmış və yenə də telefonla bağlı suallar verirdi. Lakin Anar cavabdan yayınırdı. xx xxxxxx 2018-ci il tarixdə o, artıq Anarı məcbur etdikdə Anar ona xx xxxxxx 2017-ci il tarixdə bıçaqla hədələnərək Tural, Kirman və Cəbrayıl adlı şəxslər tərəfindən telefonunun əlindən alınmasını və xx xxxxxx 2017-ci il tarixdə isə Kirmanla Turalın onun həmin söhbəti başqa şəxsə deməsi səbəbindən 40 manat pul tələb olunmasını və pulu da həmin məqsədlə ondan alaraq aparıb sonunculara verməsini bildirmişdir. O, artıq baş verənləri başa düşdüyündən Anar və Süsən ilə birlikdə aidiyyəti üzrə polis bölməsinə gələrək polisə ərizə ilə müraciət etmişlər. Şahid həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs hazırda hərbi xidmətdə olduğuna görə məhkəməyə gələ bilmir. Cinayət nəticəsində vurulmuş zərər ona tam ödənilmiş, bununla, habelə təqsirləndirilən şəxsə qarşı şikayətlərinin və tələblərinin olmaması ilə bağlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi iş üzrə ibtidai istintaq dövründə ərizə vermişdir. Şahidin ifadəsində qeyd olunan ərizə iş materiallarına əlavə edilib (1-ci cild, iş v. 58). Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. xx xxxxx 2018-ci il tarixli 533 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət iş materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini və zərərçəkmiş tərəfin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 yanvar – xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün və Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən xx xxxxxx 2020-ci ildən bu günədək həbsdə saxlanıldığı 18 (on səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar