Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-86/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 11 iyul 2023-cü il tarixindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanının qarşısında - ictimai yer hesab olunan küçədə idarə etdiyi «Hyundai Elantra» minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman «Toyota Prius» minik markalı ** OX *** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs ötmə əməliyyatı aparmasına maneçilik törətməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, sükan arxasında olan və taksi sürücüsü kimi əmək vəzifələrini icra edən Zərərçəkmiş şəxs qəsdən yumruqla bir neçə zərbə vurub zor tətbiq edərək ona sol qulaq seyvanının bayır kənarının və başın sol gicgah nahiyələrinin qançırları ilə nəticələnən, sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib avtomobili tərk etməsini tələb etmiş və buna nail olmaq üçün avtomobilin salonundan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq ona məxsus smartfon tipli «Redmi T9» markalı mobil telefonu talama məqsədi olmadan xuliqanlıq niyyəti ilə götürüb hadisə yerini tərk etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş və dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və göstərmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarla tanış olmuş, özünü təqsirli bilir. İşin mahiyyəti üzrə göstərir ki, yeniyetmə yaşlarından əsəb xəstəsidir, xəstəliyinə görə hərbi xidmətə yararsız hesab edilmişdir. 2021-ci ildə Suraxanı rayon polis idarəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi olub, işə xitam verilmişdir. Xəstəliyinə görə tez əsəbləşir, kimsə ona qarşı düzgün hərəkət etməyəndə özündən asılı olmayaraq əsəbləşir və çalışır ki, tez cavabını versin. 10 may 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi Hyundai Elantra markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildə tanışı Şahid3 evinə aparanda yolda Nərgiz mal ciyəri almaq istədiyini bildirmiş, o, demişdir ki, yolda Əmircan qəsəbəsində Bərdə sakinlərinin ət dükanını tanıyır, oradan ciyər alarlar. Nərgiz maşında arxa oturacaqda oturmuşdur. Əmircan qəsəbəsini keçəndə Axundov küçəsində qabağında eyni istiqamətdə gedən tünd göy rəngli Toyota Prius markalı **-OX-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili görüb onu ötmək istəmiş, taksinin sürücüsü yolda düzgün manevr etməməklə ona mane olmuş,yenidən taksinin solundan qabağa çıxmaq istəyəndə onun maşınını sıxışdırmaqla narahatlıq yaratmış və keçə bilməmişdir. Taksi sürücüsünü tanımamış, artıq sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs adlı şəxsdir. O, taksiyə işıqları və yaxınlaşanda əl ilə işarə vermişdir ki, mane olmasın, saxlasın maşını, amma Vyaçeslav hər dəfə onun qabağa çıxmağına onu sıxışdırmaqla mane olmuşdur. Vyaçeslavın hərəkətləri onu bərk əsəbləşdirmiş, taksini saxlatdırıb danışmaq qərarına gəlmiş, dayanma işarəsi versə də ona əhəmiyyət verməmiş, o da taksinin ardınca sürmüş, hərəkətdə olaraq işıqları və əl ilə işarələr vermişdir. Taksidə bir nəfər sərnişin qadın olmuş, nəhayət Vyaçeslav qadının düşəcəyi yerdə maşını saxlamış və o, taksinin sağında yanbayan saxlayıb soruşmuşdur ki, nə üçün maneə törədir, keçməyə qoymur. Vyaçeslav ona kobud cavab vermiş, nə dediyini indi xatırlamır, amma bilir ki, sözü onu əsəbləşdirmişdir. Bundan sonra maşınını Vyaçeslavın maşınının qabağına verib yolunu kəsmiş və maşınından düşüb Vyaçeslavın maşının sürücü tərəfdən yaxınlaşmış, onların arasında mübahisə başlanmış, Vyaçeslav ona kobud cavab verdiyinə görə o da Vyaçeslavı təhqir etmiş və demişdir ki, -“yolun ortasında söhbət etmək yeri deyil, maşınımda qadın var, sür hara istəyirsən gedək söhbətimizi edək”. Vyaçeslav heç yerə getməyəcəyini deyəndə o, daha da əsəbləşmiş, əlini atıb kəmərindən tutub maşından çıxmasını tələb etməyə başlamış, amma görmüşdür ki, maşından çıxarda bilməyəcək və bu zaman maşında qoyduğu telefonu görmüşdür. O, bilir ki, taksilər telefonla sifarişləri qəbul edir və ünvanlara gedib müştərilərlə əlaqə saxlayırlar, ona görə də fikirləşmişdir ki, sürücünün telefonunu götürsə məcbur olub ardınca gələcək. Ona görə də əl alıb Redmi markalı həmin telefonu taksidən götürmüş və Vyaçeslava demişdir ki, -“indi telefonu istəyirsənsə sür ardımca, bir yerə çıxaq, sənə başa salaram”. Sonra o, maşınına qayıtmış və qabağa sürüb geri dönmüşdür, çünki taksinin ardınca gələndə ət almalı olduqları dükanı keçmişdir. Geri qayıdanda Vyaçeslav taksini geriyə sürüb ona yol vermiş, o isə sürüb getmiş və fikirləşmişdir ki, Vyaçeslav telefonuna görə ardınca gələcək. Amma Vyaçeslav onun ardınca gəlməmiş, məlum olmuşdur ki, polisə zəng vurub şikayət etmişdir. O isə qayıdanda ət dükanında saxlayıb ciyər almış və Nərgizi ünvanına aparmış, sonra maşını evdə qoyub küçəyə çıxmışdır. Vyaçeslavın maşınından götürdüyü telefon da maşınında qalmışdır, çünki o telefon ona lazım olmamış, ancaq sahibinin ardınca gəlməsini gözləmişdir ki, sözümü desin. Elə həmin tarixdə axşam saatlarında onu yaşadığı küçədə polis əməkdaşları saxlayıb 31-ci polis bölməsinə gətirmişlər. Polis əməkdaşlarının danışıqlarından ona məlum olmuşdur ki, taksi sürücüsünün şikayət etmişdir. Ondan telefon barədə soruşanda demişdir ki, telefon maşınındadır, götürmüşdür ki, taksi sürücüsü ardınca gəlsin və kənarda onunla söhbətini qurtarsın. Sonra atası Adil ilə əlaqə saxlayıb telefonu maşınından götürüb gətirməsini xahiş elmiş, atasıda telefonu gətirib polisə təhvil vermişdir. Sonda o, tutduğu əməldən peşiman olduğunu, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə rəsmi qaydada məlumatlandırılmış, lakin zərərçəkmiş şəxs heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, onun barəsində dəfələrlə məcburi qaydada gətirilməsi barədə qərarlar qəbul edilmiş, polis bölmələrinin əməkdaşları tərəfindən məhkəmə iclası barədə məlumatlandrıldıqdan sonra yenidən prosesə gəlməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış və dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, orta məktəbi Bakı şəhərində rus dili məktəbində oxumuşam. Azərbaycan dilində sərbəst yazıb oxumağı bacarır, tərcüməçiyə ehtiyacı yoxdur. Ona görə də latın qrafikalı azərbaycan əlifbası ilə sərbəst yazıb-oxumağı bacardığı üçün ifadəsinin müstəntiq tərəfindən həmin qrafika ilə kompyuterdə yazılaraq çap edilməsinə etiraz etmir. Hazırda Bakı şəhəri Nizami rayonu Ə.Kürçaylı küçəsi ev 7, mənzil 52-də ailəsi ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq üçün «Uber» taksi şirkətinə məxsus TOYOTA PRİUS (HİBRİD) minik markalı ** OX *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək, taksi fəaliyyəti ilə məşğuldur. 10 may 2023-cü il tarixdə saat təqribən 17:30 radələrində sifariş əsasında şəxsiyətini tanımadığı müşətərini ünvan 3 ünvana yaxınlaşanda müştərini qarşı tərəfdə dediyi ünvana çatdırıb yolunu davam edərkən yolunun solunda hərəkətdə olan «HUNDAY» markalı **- ZY-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü onu yolun kənarına sıxışdıraraq qəza şəraiti yaradaraq ötmə əməliyyatı etmiş, lakin yol iki tərəfli və iki zolaqlı olduğundan ötmə əməliyyatı edə bilməmişdir. Bu səbəbdən həmin sürücü ona işarə verərək qarşıda saxlamağı bildirmiş, həmin sürücü arxasınca hərəkət etmiş və yenə də ona saxlamaq üçün işarə vermişdir. Lakin avtomobilində müştəri olduğu üçün və ünvana çatmağına az qalmış, avtomobili saxlaya bilməmişdir. O, ünvana çatıb sərinişini düşürmüşdür. Bu zaman «HUNDAY» markalı 10-ZY- 021 dövlət nömrə nişanlı avtomobilin sürücüsü arxadan gələrək - onun avtomobilinin qarşısında saxlamış və avtomobilimdən düşüb ona yaxınlaşmışdır. O, avtomobildə sükan arxasında olmuş, avtomobilinin şüşəsi də tam açıq olmuşdur. Sonradan adını bildiyi «HUNDAY» markalı 10-ZY- 021 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Orxan yumuruqla onun başına və bədininin bir neçə nahiyələrinə zərəbələr yetirmiş, sonra avtomobilinin salonunun şitində ona məxsus olan 499 manat dəyərində olan 051 ***-**-** nömrəli sim nömrədə istifadə etdiyi «Redmi T9» markalı mobil telefonunu götürərək öz avtomaşınına tərəf gedib avtomobilinə sükan arxasına əyləşmişdir. Orxan avtomobilinə əyləşərək ona hədə formasında arxamca gəl gör sənin başına nə oyun açacam”, deyərək avtomobilində əlində «Bita» adlanan taxta parçası isə onu hədələyib avtomobilini sürərək hərəkət etməyə başlamışdır.O da Orxanın arxasında gedərək, sonuncuya yaxınlaşmış, avtomaşınından Orxana xəbərdarlıq etmişdir ki, telefonu geri qaytarsın, yoxsa polisə şikayət edəcəkdir. Orxan isə-“kimə şikayət edirsənsə et”, deyərək oradan uzaqlaşaraq getmişdir. Bundan sonra o, polisin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gələrək ərizə və izahat vermişdir. Bundan sonra polis əməkdaşları Orxanın olduğu yeri müəyyən edərək bölməyə gətirmişlər. O, bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bundan sonra Orxanın atası ona məxsus «Redmi T9» markalı telefonu polisə təqdim etmişdir. Tələbi Orxanın özbaşına hərəkətlərinə görə barəsində qanunu tədbir görülməsindən ibarətdir. Başqa əlavə və düzəlişi yoxdur. Təqsirləndirilən şəxs əvvələr tanımamış, birinci dəfə görmüş, əvvələr aralarında ədavət və düşmənçilik olmamışdır.Təqsirləndirilən şəxs ona xəsarət yetirəndə hadisə yeində tanımadığı şəxslər olmuş, lakin həmin şəxsləri tanımır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 göstərmişdir ki, qeydiyyatda olduğu ünvanda ailəsi ilə yaşayır. xx xxxxxx 1997-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs atasıdır. Oğlu Orxan əsəb xəstəsidir, bununla bağlı dəfələrlə psixiatriya xəstəxanalarında müalicə almışdır. Orxan yeniyetmə yaşlarından sinir sisteminin xəstəliyindən əziyyət çəkir, hərbi xidmətə çağırış yaşına çatandan sonra hərbi həkim komissiyasının rəyi ilə sülh dövrü üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilmiş, komissiyanın rəyinə əsasən hərbi xidmətə çağırışdan azad edilmişdir. Xəstəliyin fəsadları onun davranışında özünü biruzə verir, kimsə xatirinə dəyəndə tez əsəbləşir. Orxanın əsəbi olmasına baxmayaraq, özü səbəbsiz olaraq heç kimə sataşmır, narazılıq yaratmır, amma kiminsə hərəkətini özünə qarşı düzgün hesab etməyəndə cavabını verir. Onu da bildirir ki, Orxan heç vaxt oğurluq etməmişdir, oğurluğa meyil göstərməmiş, tanıyanlar təsdiq edər ki, Orxan heç kimin malına dəyməz. 10 may 2023-cü il tarixdə oğlu haqqında polisə şikayət edildiyini biləndə sonuncu ilə əlaqə saxlamış, Orxan demişdir ki, -“yolda maşınımla hərəkət edəndə Əmircanda bir nəfər Toyota Prius markalı taksi sürücüsü mənə maneə yaratdı, keçməyə qoymadı, az qala piyadaları vuracaqdı, mən ona sözümü deyəndə kobudluq etdi, dedim ki, ardımca sürsün ki, yolda narahatlıq olmasın, gedib başqa yerdə söhbətimizi edək, gördüm gəlmək istəmir, əl alıb telefonunu götürdüm və dedim ki, telefonu istəyirsə, ardımca sürsün. O da gedib polisə, indi də məni çağırıblar”. Oğlundan soruşanda ki, götürdüyü telefon hardadır, demişdir kl, maşınına atıb qalıb orada. O, oğlunun maşınına baxmış və görmüşdür ki, doğurdan da maşında Redmi markalı bir mobil telefon vardır.Telefonu götürüb 31-ci polis bölməsinə getmiş, orada maraqlanıb bilmişdir ki, Vyaçeslav adlı bir taksi sürücüsü Orxandan şikayət edib telefonunu apardığını demişdir. Polisdə telefonu gətirdiyini demiş, sonra telefonu üstündəki nömrə ilə birlikdə ondan götürmüşlər, protokol tərtib olunmuşdur. Bundan sonra oğlu həbs olunmuş və ona məlum olmuşdur ki, Orxanı telefonu talamağa görə həbs etmişlər. Oğlu Orxanın kiminsə telefonunu talaması barədə ittiham olunmasını düzgün hesab etmir, çünki Orxan oğru deyildir. Onun üçün tam aydındır ki, Orxan taksi sürücüsü ilə əsəbləşəndən sonra aralarındakı söhbəti qurtarmağa dəvət etmiş, taksi sürücüsü getmək istəməyəndə telefonunu götürmüşdür ki, telefonun ardınca gəlsin, taksi sürücüsü isə onun ardınca getməyib polisə şikayət etmişdir. Hesab edir oğlu telefonu oğurlamaq üçün ələ keçirmiş olsaydı, yəqin onu maşınına atmazdı, istədiyi kimi yerbəyer edəcəkdi. Onu da bildirir ki, Orxan həbs olunandan sonra özü hadisə zamanı oğlunun maşınında olmuş tanışı Şahid3 ilə danışmış, bilirəm ki, həmin vaxt, yəni 10 may 2023-cü il tarixdə saat 17 radələrində Orxan idarə eldiyi avtomobilil ilə evdən çıxanda Nərgiz də onunla maşında olmuş, onlar yolda mal ciyəri almaq üçün Bərdə sakinlərinin işlətdikləri ət dükanına girməyi planlaşdırmışlar, lakin Toyota Priusun sürücüsü Vyçeslav ilə mübahisə yarandığına görə Orxan əvvəl maşm ona yol vermək istəməyən taksi sürücüsününü ardınca sürüb dükanın yanından saxlamadan keçmiş, onların münaqişəsi bitəndən sonra dükana qayıdıb ət almışdır. O, həmin ət dükanındakı kameradan və Orxanın taksi sürücü ilə mübahisə etdiyi yerdəki bir adsız obyektin kamerasından görüntüləri götürmüşdür. Həmin görüntülər bir diskə köçürülmüş, diski istintaqa təqdim elmişdir. Bundan əlavə, Orxanın maşını keçən yol ilə maraqlananda məlum olmuşdur ki, onların mübahisəsini həmin vaxt küçədə olmuş Şahid4 Aqil oğlu da görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki,Suraxanı rayon Polis idarəsinin 31-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 may 2023-cü il tarixdə rayonun Əmircan qəsəsbəsi, Axundov küçəsində taksi sürücüsü Zərərçəkmiş şəxs mobil telefonunun açıq talanması barədə 31-ci polis bölməsinə daxil olmuş məlumat üzrə əməliyyat-axtarış tədbirləri keçirməklə məşğul olmuşdur. Həmin gün saat 17 radələrində baş vermiş hadisə zamanı taksi xidməti göstərən Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Prius markalı 99-OX 869 dövlət qeydiyyat nişanlı avtomobili təqib etmiş Hyundai Elantra markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yolda qarşılıqlı vəziyyətlərinə aralarında yaranmış mübahisədə taksinin sürücüsünə,zor tətbiq etmiş və mobil telefonunu ələ keçirib getmişdir. Təqsirləndirilən şəxs Bülbülə qəsəbəsində yerləşən ünvanı müəyyən edilərək onun saxlanılması üçün görülən tədbirlər nəticəsində gecə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığılnda saxlanılaraq 31-ci polis bölməsinə gətirilmiş, gətirilməsi barədə raportla məruzə edilmişdir.Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, taksi sürücüsünü söhbətə çağırmaq üçün telefonunu götürmüşdür ki, Zərərçəkmiş şəxs telefonu almaq üçün onun dediyi yerə gəlsin. Təqsirləndirilən şəxs sonra alası ilə əlaqə saxlayıb maşınında olan telefonu gətirməyi tapşırmışdır. Bundan sonra atası telefonu gəlirib təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üstündə hər hansı bir silah və ya silah kimi istifadə edilə bilən əşya, vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, qeydiyyatda olduğu ünvanda ailəmlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və ailəsini tanıyır, tanış kimi yaxşı münasibətləri vardır. 10 may 2023-cü il tarixdə gündüz vaxtı Orxangildə qonaq olmuş, günün ikinci yarısında saat 16:30-17 radələrində evə gedəndə Orxan öz maşını ilə onu evə aparacağını bildirmişdir. O, maşında arxa oturacaqda oturmuş, yola düşəndə demişdir ki, yolda bir yerdən mal ciyəri almaq istərdi, onlar Əmircan qəsəbəsini keçəndə Orxan demişdir ki, Bərdə sakinlərinin ət məhsulları satılan dükanını tanıyır, oradan ala bilərlər. Yola davam edən zaman Əmircan qəsəbəsində X4 küçəsi ilə hərəkət edəndə Orxanın maşınından qabaqda eyni istiqamətdə gedən Toyota Prius markalı 990X869 dövlət qeydiyyat nişanlı taksi avtomobili Orxanın qabağa keçməsinə mane olmuş, Orxan işarələrlə keçmək istədiyini bildiriməyə çalışmış, amma həmin sürücü yol verməmişdir. Bu hərəkətlərə görə Orxan sükanda əsəbləşməyə başlamış və taksinin ardınca gedərək sonuncudan dayanmağı tələb etməyə başlamışdır. Bu qaydada onlar ət almalı olduqları dükanın yanından dayanmadan keçmişlər. Taksidə də tanımadığı bir qadın oturmuşdur. Toyota Prius markalı maşının sürücüsü sərnişini olan qadını düşürənədək Orxanın maşınının qabağa keçməsinə imkan verməmiş, sərnişini düşürmək üçün yolun sol kənarına daha çox yaxınlaşanda Orxan taksi ilə yanbayan dayanmış, həmin maşın sərinişini düşürdüb hərəkətə başlamaq istəyəndə Orxan qabağına keçmiş və maşınını saxlamışdır. Toyota Prius markalı taksi də yerində dayanmışdır. Orxan maşından çıxıb həmin sürücü ilə münasibətlərini araşdırmağa başlamışdır. Özü həmin vaxt maşından düşməmiş, hadisələr arxada olduğundan onların hərəkətlərini çox dəqiq görməmiş, amma bir-biri ilə ucadan əsəbi danışdıqlarını eşitmişdir. Orxan həmin sürücüyə demişdir ki, - “küçədə yolun üstündə danışmaq yeri deyil, maşınımda da qadın var, sür ardımca, gedək kənarda bir yerdə danışarıq”. Zərərçəkmiş şəxs olduğunu sonradan bildiyi həmin sürücü Orxanla razılaşmamış və əsəbi şəkildə bir-birinin ünvanına kobud sözlər demiş, əl-qol atmışlar. Onların mübahisəsi bir dəqiqəyə yaxın davam etmiş, çünki yolda maşınlar, adamlar olmuş, yolda çox qalmaqla keçən maşınlar üçün narahatlıq yaratmış olardılar, yoldan keçənlərin diqqətini cəlb etmişlər. Orxan deyinə-deyinə taksidən ayrılıb maşınına oturmuş və demişdir ki, -“telefonunu istəyirsənsə, sür gəl ardımca, maşındakı adamımı düşürdüm, sonra danışarıq”. Bundan sonra Orxan maşınına oturub qabağa sürərək orada geri dönüb hərəkətə başlamış, taksi maşını isə arxaya çəkilib Orxana yol verdi. Orxan maşını sürüb geri qayıtmış, hərəkət edərkən Orxan taksinin gələcəyni gözləmiş, amma taksi gəlməmişdir. Yolda Orxan qabaqcadan dediyi ət dükanına girib ciyər almış və onu ünvanıma aparmışdır. Sonradan eşitmişdir ki, həmin Toyota Prius markalı taksinin sürücüsü Orxandan şikayət etmişdir. Hadisə zamanı avtomobillər bir birinə, başqa maşınlara, piyadalara toxunmamışlar, amma yolda olanlar üçün narahatlıq yaranmışdır. Təqsirləndirilən şəxs əlində heç bir əşya, o cümlədən bita olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, qeydiyyatda olduğu ünvanda yaşayır. Şahid1 və oğlu Orxanı əvvəllər şəxsən tanımamışdır. 10 may 2023- cü il tarixdə saat 17 radələrində yaşadığı Əmircan qəsəbəsində Axundov küçəsi tərəfdə olduğu zaman təsadüfən bir Toyota Prius markalı üstündə taksi işarəsi olan avtomobilin sürücüsü ilə başqa bir qara rəngli Hyundai markalı avtomobilin sürücüsünün mübahisə etdiyini görmüşdür. Qara rəngli maşının sürücüsü öz maşınından düşüb yolda dayanmış taksinin sürücüsünə yaxınlaşmış və mübahisə etmişdir. Artıq sonradan Şahid1 onun hadisəni gördüyünü öyrənib onu tapandan sonra bilmişdir ki, qara rəngli maşının sürücüsü sonuncunun oğlu Orxan olmuşdur. Mübahisə zamanı sürücülər bir birinə qarşılıqlı kobudluq etsələr də Orxanın və taksi sürücüsünün bir-birini necə vurmalarını görməmişdir.Onların mübahisəsinə kənardan müdaxilə edənlər olmamış, amma yaxından piyada keçənlərin və avtomobillərin sürücülərinin diqqəti cəlb olunmuşdur. Orxanla taksinin sürücüsü arasında mübahisə az bir müddətdə - bir-iki dəqiqə ərzində olmuş, Orxan taksidən uzaqlaşıb öz maşınına oturmuş və gedəndə taksinin sürücüsünə demişdir ki, ardınca sürsün, gedib münasib yerdə söhbətlərini elsinlər. Sonradan eşitmişdir ki, həmin Toyota Prius markalı taksinin sürücüsü Orxandan şikayət etmişdir. Şahidi olduğu mübahisə zamanı Hyundai markalı qara rəngli maşının sürücüsü Təqsirləndirilən şəxs və taksinin sürücüsü Vyaçeslav Lepskinin idarə etdikləri avtomobillərin yolda bir- birinə, başqa avtomobillərə və ya piyadalara toxunmalarını görməmiş, bu barədə sürücülərin və hadisə yerindən keçənlərin danışıqlarından da eşitməmişdir. Taksi sürücüsü Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əlində dəyənək və əşya görməmiş, onlar bir birinə belə əşyalarla hücum etməmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid4 həmçinin xx.xx.2024-cü il tarixində teleqramla məhkəməyə müraciət edərək, istintaqda vermiş olduğu ifadəni təsdiq etdiyini və məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işinin 10-cu vərəqində 10 may 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Şahid1 xx.xx.2023-cü il tarixli götürmə haqqında israrı təqdim edib, onda olan mobil telefonu verməyi təklif edilmiş, Şahid1 bir ədəd gövdəsi qara rəngli “Redmi T9” markalı smartfon tipli mobil eefon aparatını təqdim etmiş, telefon işlək vəziyyətdə olmaqla, üstündə -zərsel” mobil şəbəkəsinin ***-***-**-** simkartı olmuş, götürmə zamanı Şahid1 bildirmişdir ki, təqdim etdiyi telefonu oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüb polisə təhvil verməyə gətirmişdir. Cinayət işinin 40-41-ci vərəqlərində olan 10 may 2023-cü il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixində, saat 00:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-79-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 10 may 2023-cü il tarixindən hesablamaqla, 02 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 110-115-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş 02 ay müddətində həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin 127-128-ci vərəqlərində olan 11 iyul 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 100-101-ci vərəqlərində olan 18 iyun 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, götürmə zamanı kompüterdə diskə baxılaraq müəyyən diskin yaddaşında video 1, video 2, video 3, video 4 adlı dörd ədəd videofayl, fayllarda aşağıdakı videoməlumatlar aşkar edilmişdir: Video 1 adlı faylda 58 saniyə davam edən video-təsvirlər vardır. Kadrda şəhər küçəsi ərazisində nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkət etdikləri avtomobil yolu müşahidə olunur. Kadrın sol tərəfində çəkilişi aparan kameranın qurulduğu dükanın (Şahid1 deməsinə görə 10 may 2023-cü il tarixdə hadisədən sonra oğlu Orxanın ət aldığı dükanın) girişi, daha sonra sola ayrılan “T” şəkilli yolayrıcının başlanıcı görünür. Videofraqmentin 50-ci saniyəsində kameraya qarşı istiqamətdə hərəkət edən tünd göy rəngli, üstündə taksi işarəsi olan Toyota Prius markalı avtomobil kadra daxil olub düz istiqamətdə hərəkətini davam etdirir, həmin avtomobilin ardınca 01 saniyə sonra qara rəngli Hyundai Elantra markalı avtomobil (Şahid1 deməsinə görə 10 may 2023-cü il tarixdə hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil) qabaq fənərlərini sayrışan tərzdə yandırıb söndürərək kadra daxil olur və eyni istiqamətdə sürətlə keçir. Videotəsvirlər müşahidə qurğusunun monitorundan kamera ilə çəkildiyinə görə müəyyən titrəyiş vardır, kadrın yuxarı sağ küncündə vaxt taymeri bir neçə dəfə qismən ghörünür, 31-ci saniyədə görüntüdə “2023-05-10 17-1” işarələri görünür ki, bu da hadisənin 10 may 2023-cü il tarixdə saat 17.10-dan tez olmayaraq baş verdiyini təsdiq edir. Video təsvirlərdə müşahidə kamerasının qeydiyyata aldığı səslər yoxdur, videonu kamera ilə çəkərkən iştirak elmiş şəxslərin səsləri eşidilir. Video 2 adlı faylda əvvəlki “video -1” adlı faylda əks etdirilənlərin 09 saniyədən ibarət fraqmenti müşahidə olunur ki, həmin fraqmentdə Toyota Prius markalı avtomobil kadra daxil olub düz istiqamətdə hərəkətini davam etdirməsi və ardınca 01 saniyə sonra qara rəngli Hyundai Elantra markalı avtomobilin kadra daxil olub eyni istiqamətdə sürətlə keçməsi görünür. Video 3 adlı faylda 01 dəqiqə 32 saniyə davam edən videotəsvirlər vardır. Kadrda şəhər küçəsi ərazisində nəqliyyat vasitələrinin hərəkət etdikləri avtomobil yolu müşahidə olunur. Kadrın sağ tərəfində çəkilişi aparan kameranın çəkdiyi istiqamətdə videofraqmentin 08-ci saniyəsində üstündə taksi işarəsi olan Toyota Prius markalı avtomobil kadra daxil olub düz istiqamətdə hərəkətini davam etdirir, həmin avtomobilin ardınca Hyundai Elantra markalı avtomobil kadra daxil olur və eyni istiqamətdə hərəkət edərək əvvəl Toyota Prius markalı avtomobili soldan keçmə çalışır, amma keçə bilmir. Toyota Prius markalı taksi bir qədər qabağa gedib yolan soluna yaxn dayanır, “Hyundai Elantra” markalı avlomibil isə onun sağında dayanır, Toyota Prius markalı taksidən çıxan qadın avtomobildən uzaqlaşaraq sağ tərəfdə kadrdan çıxır. Bundan sonra “Hyundai Elantra” markalı avlomibil azacıq qabağa gedir və taksinin qabağına keçib çəpinə dayanaraq yolunu kəsir. Videoyazının 36-cı saniyəsində “Hyundai Elantra” markalı avtomibilin sürücü qapısından çıxan şəxs taksinin sürücü qapısına yaxınlaşır və qapıya tərəf əyilir, hərəkətləri kadrda dəqiq seçilmir, 50-ci saniyədə “Hyundai Elantra” markalı avtomibilin sürücüsü yerinə qayıdır və maşına oturub sürərək qabağa gedib orada geri dönüb əks istiqamətdə gəlir, həmin avtomobil gələnədək Toyota Prius markalı taksi geriyə hərəkət edərək kadrdan çıxır. Video 4 adlı faylda əvvəlki “video 1” adlı faylda olan görüntüləri qeydə almış kameranın görüntüləridir, görüntülər 2 dəqiqə 36 saniyə davam edir. Kadrın əvvəlində qara rəngli “Hyundai Elantra” markalı avtomobil dükandan sonrakı yolayrıcının başlanğıcında dayanıb, 1 dəqiqə 56-cı saniyədə dükandan çıxan bir şəxs(Şahid1 demısinə görə oğlu Təqsirləndirilən şəxs) əlində tutduğu torba ilə Hyundai Elantra markalı avtomobilə yaxınaşıb sürücü yerinə oturur və yola düzələrək “video 1” adlı faylda keçdiyi istiqamətdə gedir. Götürmə zamanı Şahid1 bildirdi ki, təqdim videogörüntülərin üçü Əmircan qəsəbəsində Bərdə ət məhsulları dükanının kamerası, bir videogörüntü isə həmin yerdən uzaqda adsız dükanın kamerasından götürmüş və istintaq üçün əhəmiyyətli hesab etdiyinə, görə polisə təhvil verməyə gətirmişdir. Şahid1 götürülmüş bir ədəd DVD-R formatlı disk iş üzrə maddi sübut kimi tanınmalıdır. Cinayət işinin 153-155-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X2 ambulator məhkəmə psixiatrik ekspertizasının 08 avqust 2023cü il tarixli 2211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağılılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterni və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. O.A. Quluzadə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 52-53-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 11-12 may 2023-cü il tarixli 365№-li rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sol yulaq seyvanının bayır kənarının və başın sol gicgah nahiyəsinin qançırları müəyyən edildi.Xəsarətlər bərk küt əşyanm(əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Cinayət işinin 86-cı vərəqində olan 2 nömrəli X3 tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində daxil olmuş, ona mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-lyabil pozuntusu diaqnozu döyülmüşdür. Cinayət işinin 86-cı vərəqində olan 2 nömrəli X3 tərəfindən verilmiş ambulator stasionar xəstənin tibb kartasından çıxarışa əsasən, Təqsirləndirilən şəxs yüngül ifadəli üzvlü emosianol-lyabil pozuntusu diaqnozu qoyulmuş, aparılmış müalicə, göndərilmə və çıxarılma zamanı xəstənin vəziyyəti barədə zahirən səliqəli olması, düşüncəsinin pozulmadığı, zamanda, məkanda və öz şəxsiyyətində bələdliliyinin saxlanılması, bir qədər narahat olması, hövsələsiz olması ünsiyyətə bir qədər həvəssiz olaraq çətinlik çəkməsi, suallara ləng cavab verməsi, nitqində durğunluq və müfəssəlik əlamətlərinin olması, abstrak təfəkkürünün zəif olması, Prololektiv psixopatologiya aşkar olunması, vegetativ reaksiyalarının olmasının gözə çarpması, intellektual-instetik funksiyalarının bir qədər enmiş olması, emosiyalarının bir qədər qeyri-sabit olması, öz vəziyyətinı tənqidi münasibətdə olması qeyd edilmişdir. Cinayət işinin 95-ci vərəqində olan 74 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayır. Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində qonşular tərəfindən 74 saylı MKİS-nə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 108-109-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində Suraxanı Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmiş, həmin tarixdə xx.xx.2021-ci il tarixində CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum edilməməsini və əməlindən səmimi peşman olmasını, gənc olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə almalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-200/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 may 2023-cü il tarixindən hesablamaqla, 02 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş 02 ay müddətində həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmış, 11 iyul 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 10 may 2023-cü il tarixdən 20 iyun 2023-cü il tarixədək tutulduğu və 20 iyun 2023cü il tarixindən 11 iyul 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 02 ay müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış- Redmi T9 markalı smartfon zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdən 20 iyun 2023-cü il tarixədək tutulduğu və 20 iyun 2023-cü il tarixindən 11 iyul 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 02 ay müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq, 1000 (bir min) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış- Redmi T9 markalı smartfon zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-86/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-86/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver