Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-86/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1998-ci ildə Cəlilabad rayonu, Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Cəlilabad rayonu, Qarakazımlı ərazi dairəsi, Sarxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 06 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, 26 iyul 2024-cü il tarixdə axtarış qərarı ilə tutulmuş, 28 iyul 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq - xeyli miqdarda ümumi təmiz çəkisi 0,641 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 aprel 2024-cü il tarixdə, saat 20:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, “Yeddi Gözəl” abidəsinin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada otaqların birində üzərinə şəxsi axtarış həyata keçirilən zaman üzərində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,641 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ət kəsim məntəqəsində qəssab işləmişdir. 2022-ci il tarixdən etibarən psixotrop maddənin metamfetamin növündən istifadə etməyə başlamışdır. 05 aprel 2024-cü il tarixdə, təxminən saat 14:00 radələrində “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin adını bilmədiyi şəxsdən narkotik vasitə istəmiş, həmin şəxs sosial şəbəkədə ona yazaraq 01 (bir) ədəd narkotik maddənin Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən yaşayış binasında su sayğacının içərisində olmasını bildirmiş və onun hesabına 30 (otuz) manat pul göndərməsini, sonra ona həmin ünvanın konum adresini göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsin hesabına 30 (otuz) manat pulu göndərmiş və sonra, həmin şəxs ona narkotik vasitəni qoyduğu ünvanın konum adresini göndərmişdir. Həmin ünvana gedərək narkotik vasitəni götürmüş və sonra yaşadığı ünvana qayıtmışdır. 06 aprel 2024-cü il tarixdə, təxminən saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən “Yeddi Gözəl” abidəsinin yaxınlığında olan zaman ona iki mülki geyimli şəxs yaxınlaşmış və özlərini təqdim etdikdən sonra, onu Suraxanı RPİ-yə dəvət etmişlər. Polis idarəsində olan zaman təhqiqatçının xidməti otağında üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd mobil telefon, 01 (bir) ədəd plastik kart və 12 (on iki) manat pulu və sonra əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd psixotrop maddəni könüllü olaraq təqdim etmiş, daha sonra yanında qablaşdırılaraq möhürlənmişdir. Polis idarəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən şiddətə və ya işgəncəyə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. O, əvvəllər psixotrop maddə olan metamfetamindən istifadə etsə də, hazırda istifadə etmir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Yeddi Gözəl” heykəlinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşmış və Suraxanı RPİ-yə aparmışlar. İdarədə olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq göstərilmişdir. Döyülməyinə baxmayaraq bədənində xəsarətlər olmamışdır. O, qorxduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşıb, psixotrop maddəmetamfetamini götürmüş və videoçəkiliş aparılan zaman təqdim etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılıq tətbiq olunmuş, idarədə olduğu zaman adını bilmədiyi polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq göstərilməsi ilə bağlı ilk dəfə tutulduğu və məlumatsız olduğu üçün prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, onu tutan şəxslər şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etmişdir. Qorxduğu üçün polis əməkdaşlarının dediyini etmiş və videoçəkiliş zamanı psixotrop maddəni təqdim etmişdir. Onu Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Yeddi Gözəl” heykəlinin yaxınlığında iki nəfər mülki geyimli polis əməkdaşı saxlamış, həmin vaxt tək olmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman polis əməkdaşlarının ona verdiyi bükümü, telefonunu və bank kartını təqdim etmişdir. İş materiallarında olan imzalar özünə məxsusdur. Təxminən bir il psixotrop maddə-metamfetamindən istifadə etsə də, hazırda istifadə etmir. Əvvəllər psixotrop maddə-metamfetamin almamışdır, metamfetamini ona tanışları vermişdir. Xəsarətləri olmamışdır. Onu tutan polis əməkdaşları tərəfindən döyülməmişdir. Tutulduqdan sonra, yəni 06 aprel 2024-cü il tarixdən sonra psixotrop maddələrdən istifadə etməmiş, metamfetamini əvvəllər 1-2 dəfə tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Ambulator məcburi-narkoloji tibbi yoxlamadan tutulduğu gündən üç ay sonra keçmişdir. İttiham aktında qeyd edilən vaxtda tutulmamış, saat 20:00-dan daha tez saatda tutulmuşdur. Onu şühbəli şəxs qismində tutanlar arasında Şahid2 olub-olmamasını xatırlamamış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Şahid2 iştirak etmişdir. Polis bölməsində olduğu zaman polis əməkdaşları tərəfindən döyülsə də, ona qarşı Şahid2 tərəfindən hər hansı psixi və fiziki zorakılıq tətbiq olunmamışdır. Xəsarətləri ilə bağlı xəstəxanada müalicə almamışdır, lakin MSY-də olan zaman, 07 aprel 2024-cü il tarixdə güclü ağrıları olduğu üçün TTY çağırılmışdır. Ona qarşı fiziki zorakılıq tətbiq edən polis əməkdaşlarını tanımır. Şahid1 onu psixotrop maddəni üzərinə götürməyə məcbur etmiş, həmin psixotrop maddəni götürməsə, daha ağır cinayət əməli ilə ittiham olunacağını bildirmişdir. Onu şühbəli şəxs qismində tutanlar arasında Şahid1 da olmuşdur. Sonda isə özünü təqsirli bilmədiyini və tutulan zaman üzərində hər hansısa narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Suraxanı RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis kapitanı xüsusi rütbəsi daşımışdır. 06 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra, ondan və Suraxanı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, həmin gün saat 20:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Yeddi Gözəl” abidəsinin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə Suraxanı RPİ-yə gəlmişdir. Suraxanı RPİ-də əvvəlcə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə sonuncuya üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd “Mi A2 Lite” markalı mobil telefonu, 01 (bir) ədəd “Leobank” bank kartını, 12 (on iki) manat nağd pulu və əynindəki cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində “metamfetamin” kimi tanıdığı psixotrop maddə olduğunu və həmin psixotrop maddəni həmin gün “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin tanımadığı şəxsin verdiyi hesaba 30 (otuz) manat pul köçürərək öncədən ona bildirilən koordinat (konum) adresi üzrə Xətai rayonu, Əhmədli qəsəbəsindən öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş həmin 01 (bir) ədəd büküm və 01 (bir) ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Axırda isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, həmçinin təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman tək olmuşdur. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə-metamfetamin aşkar olunmuş, həmin psixotrop maddəni tanımadığı şəxdən onlayn qaydada öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə axşam saatlarında Şahid2 və o yaxınlaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, təqsirləndirilən şəxs də onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman tək olmuşdur. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansısa xəsarəti olmamış, uzun müddət keçdiyi üçün tutulan zaman narkotik vasitə təsiri altında olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə-metamfetamin aşkar olunmuş, həmin psixotrop maddəni tanımadığı şəxdən öz istifadəsi üçün alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman mülki geyimdə olmuşlar. Şübhəli şəxs qismində tutulan zaman Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunmuş, lakin müdafiəçinin kim olduğunu xatırlamır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman videoçəkiliş aparılmış, o da şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 07 aprel 2024-cü il tarixdə Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 06 aprel 2024-cü il tarixdə Suraxanı RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 6-7) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 5(010)-227/2024 saylı qərarı ilə Suraxanı RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 06 aprel 2024-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı məhkəmə nəzarəti qaydasında qanuni sayılmışdır. (iş.v. 121-122) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Mİ A2 Lite” markalı mobil telefon, 01 ədəd üzərində “Leobank” yazısı olan plastik kart və 12 manat pulu həmin şalvarın digər sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ kristallardan ibarət bükümü təqdim etmişdir. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs, təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət olan maddənin metamfetamin olmasını və həmin metamfetamini “İnstagram” sosial şəbəkəsində tanış olduğu və adını bilmədiyi şəxsin hesabına 30 manat pul ödəyərək Xətai rayonu, Əhmədli qəsəbəsində öncədən ona bildirilən koordinat (konum) adresindən əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş büküm, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 45 N-li” möhürü ilə möhürlənərək götürülmüşdür. (iş.v. 34-35) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilərərk tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilir, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Mi A2 Lite" markalı mobil telefon, 01 ədəd “Leobank” bank kartı, 12 manat nağd pul və əynindəki həmin cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim edir. Bundan sonra, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulur. Tərlan Nəsiov həmin bükümün içərisində “metamfetamin” kimi tanıdığı maddə olduğunu və həmin maddəni həmin gün “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin adını və ünvanını bilmədiyi şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir və onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmur. Təhqiqatçı tərəfindən ona polis əməkdaşları tərəfindən tutulan zaman, polis idarəsində olan zaman hər hansı fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə bağlı sual verilir, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülmədiyini, işgəncəyə məruz qalmadığını, həmin maddənin onun özünə məxsus olduğunu, üzərinə kiminsə tərəfindən qoyulmadığını səmimi olaraq etiraf etmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 aprel 2024-cü il tarixli, 3-16-16/2- 6/1906 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...”sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,641 qram ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,641 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,591 qram. (iş.v. 43-45) Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2024-cü il tarixli, 5173 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş.v. 123-124) 15 aprel 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqından protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilmiş 01 (bir) ədəd “Mİ A2 Lite” markalı mobil telefona baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, həmin telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir zəng, mesaj və fotoşəkillər qeydə alınmamışdır. Həmçinin mobil telefonun sms siyahısında istintaq marağı doğuran heç bir sms aşkar olunmamışdır. (iş.v. 84) İş materiallarına əlavə edilmiş 15 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan 01 (bir) ədəd “Redmi” markalı mobil telefonu saz və işlək vəziyyətdə İstintaq Şöbəsinin baş müstəntiqi Cavid İskəndərovdan təhvil almışdır. (iş.v. 85) 16 avqust 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,641 qram tədqiqatdan sonra qalıq qalmış 0,591 qram olan psixotrop maddə-metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı sənədlərin surəti çıxarılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs 0,641 qram psixotrop maddə-metamfetami əldə etdiyi naməlum şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata material ayrılmışdır. (iş.v. 129-135) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD diskin maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş.v. 117-124) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 22:40-da şübhəli şəxs qismində tutulmuş, saat 20:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 08 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 08 aprel 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 07 iyun 2024-cü il tarixli qərarla barəsində axtarış elan edilmiş, “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 26 iyun 2024-cü il tarixdə, Suraxanı rayonu ərazisində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 28 iyul 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 29, 56- 57, 71-73, 75-77, 78-80, 102-103, 106-107, 112-114, 116-119) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 02 oktyabr 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək tutulduğu zaman Suraxanı RPİ-nin MSY-də həkim müayinəsindən keçməsi və müayinənin nəticəsi barədə sənədlərin, qeydiyyat jurnalından həmin şəxslə bağlı məlumatın, o cümlədən Suraxanı RPİ-nin MSY-nə giriş və çıxış vaxtlarının əks olunduğu sənədin surətinin Suraxanı Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət ünvanlanmışdır. Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli müraciətinə cavab olaraq Suraxanı RPİ-nin MSY tərəfindən göndərilmiş AKT-dan görünür ki, Təqsirləndirilən şəxs, 06 aprel 2024-cü il tarix, saat 23:30-da Suraxanı RPİ-nin MSY-nə daxil olmuşdur. Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun 08 aprel 2024-cü il tarixli qərarı ilə həmin tarix, saat 17:55-də MSY-dən azad edilmiş, bu zaman Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 15 oktyabr 2024-cü il tarixdə, Respublika Təcili və X4 Mərkəzi” PHŞ-nin direktoruna 06 aprel 2024-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək olan müddətdə 1(010)-463/2024 saylı iş üzrə Təqsirləndirilən şəxs ilə bağlı Suraxanı RPİ-dən çağırışın olub-olmaması, müsbət halda, onda nə kimi xəsarətlərin aşkar olunması, həmçinin ona nə kimi tibbi yardımın göstərilməsi ilə bağlı sənədlərin surətlərinin Suraxanı Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı müraciət ünvanlanmışdır. Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli müraciətinə cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Respublika Təcili və X4 Mərkəzi” PHŞ tərəfindən göndərilmiş məktubdan görünür ki, 07 iyul 2024-cü il tarixdə, saat 21:52-də “Respublika Təcili və X4 Mərkəzi” PHŞ-nin Mərkəzi Çağrı Xidmətinə Suraxanı RPİ tərəfindən Tərlan adlı şəxsin (25 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı Suraxanı TTTYS bölməsinin həkimi Oqtay Xudayev icra edərək, xəstə Təqsirləndirilən şəxs “Nevrit, nevralgiya” diaqnozu qoymuş və Sol.Analqini 50%-2,0, sol.Dimedroli 1%-1,0 dərman preparatlarlarını əzələ daxilinə inyeksiya etmişdir. 07 aprel 2024-cü il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qeydiyyat Vərəqəsindən görünür ki, xəstənin şikayəti halsızlıq, baş-boyun və bədənindəki ağrılarla bağlı olmuşdur. Deməsinə görə, narkotik istifadəçisi olmuş, 3-4 gün qəbul edə bilmədiyi üçün bu ağrılar yaranmışdır. Məhkəmə iclaslarında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini bildirdiyi üçün məhkəmə tərəfindən 14 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə qeyd olunan məlumatla bağlı araşdırma aparılması üçün müraciət olunmuşdur. 30 yanvar 2025-ci il tarixli, Xidməti Araşdırmalar İdarəsinin prokuroru, ədliyyə müşaviri Elşən Məmmədov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, buna görə də cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs tərəfindən şikayət verilməmişdir. “Leobank” bank kartı tərəfindən verilmiş bank kartı çıxarışından görünür ki, həmin kart vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən heçkimin bank kartı hesabına 30 manat məbləğində ödəniş edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, 1(010)-86/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs məxsus bank kartından aparılan maliyyə əməliyyatları ilə bağlı məlumatların X6 ASC-dən götürülməsi barədə verdiyi şifahi vəsatəti təmin edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azerfon MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 517 06 07 saylı mobil nömrənin 01 fevral 2024-cü il tarixdən 06 aprel 2024-cü il tarixədək olan müddət ərzində sms yazışmaları ilə müəyyən edilmişdir ki, **********34 mobil nömrədən Tərlanın istifadəsində olmuş 077 517 06 07 saylı mobil nömrəyə (saahat 12 qeder pulu karta atmyen peyserdi sozmun usdune soz qoyan peyserdi atmason gor sene neler diyecem hele, Qaqa sen pulu mene vernde men narazilig eliyecem sende mene diyersenki qaqa birazdan 2 manat ataram kartiva, Sora 2 zad atmag lazim deyil ee) formatda sms yazışmaları yazılması əks olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bu barədə suallar verilərkən o, həmin suallara cavab verə bilməmiş, həmin sms-lərin nə üçün ona yazılmasını bilmədiyini qeyd etmişdir. Odur ki, iş üçün əhəmiyyət kəsb edən hallarla bağlı məlumatları özündə əks etdirmədiyindən həmin CD disk maddi sübut qismində tanınmamalı, iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X8 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. O, əvvəllər psixotrop maddə olan metamfetamindən istifadə etsə də, hazırda istifadə etmir. Suraxanı RPİ-də olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq göstərilmişdir. Döyülməyinə baxmayaraq bədənində xəsarətlər olmamışdır. O, qorxduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşıb, psixotrop maddə-metamfetamini üzərinə götürmüş və videoşəkiliş aparılan zaman təqdim etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılıq tətbiq olunmuş, idarədə olduğu zaman adını bilmədiyi polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq göstərilməsi ilə bağlı ilk dəfə tutulduğu və məlumatsız olduğu üçün prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Qorxduğu üçün polis əməkdaşlarının dediyini etmiş və videoçəkiliş zamanı psixotrop maddəni təqdim etmişdir. Xəsarətləri olmamışdır. Onu tutan polis əməkdaşları tərəfindən döyülməmişdir. Ambulator məcburi-narkoloji tibbi yoxlamadan tutulduğu gündən üç ay sonra keçmişdir. İttiham aktında qeyd edilən vaxtda tutulmamış, saat 20:00-dan daha tez saatda tutulmuşdur. Xəsarətləri ilə bağlı xəstəxanada müalicə almamışdır, lakin MSY-də olan zaman, 07 aprel 2024-cü il tarixdə güclü ağrıları olduğu üçün TTY çağırılmışdır. Şahid1 onu psixotrop maddəni üzərinə götürməyə məcbur etmiş, həmin psixotrop maddəni götürməsə, daha ağır cinayət əməli ilə ittiham olunacağını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs 2 gün şübhəli şəxs qismində tutulduqdan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri seçilmiş, daha sonra 2 gün təkrardan tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər onun üzərində tutulan zaman psixotrop maddə-metamfetamin olmamışdısa və polis əməkdaşları tərəfindən döyülmüşdüsə, istintaqın gedişindən narazı olduğu halda bunu vaxtında müvafiq prokurorluq və məhkəmə orqanlarına bildirmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən döyüldüyü üçün qorxduğundan metamfetamini üzərinə götürməsi və ittiham aktında qeyd edilən vaxtda deyil, saat 20:00-dan daha tez vaxtda tutulması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bildirdiyi bu halları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə psixotrop maddə-metamfetamin çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Videogörüntüdən əlavə, Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli müraciətinə cavab olaraq Suraxanı RPİ-nin MSY tərəfindən göndərilmiş AKT-dan da görünür ki, Nəsirov X5 RPİ-nin MSY-dən azad olunarkən tərəfindən heç bir şikayət daxil olmamışdır. Bundan əlavə, 30 yanvar 2025ci il tarixli, Xidməti Araşdırmalar İdarəsinin prokuroru, ədliyyə müşaviri Elşən Məmmədov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, buna görə də cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs tərəfindən şikayət verilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli müraciətinə cavab olaraq “Respublika Təcili və X4 Mərkəzi” PHŞ tərəfindən göndərilmiş məktubdan isə görünür ki, 07 iyul 2024-cü il tarixdə, saat 21:52-də “Respublika Təcili və X4 Mərkəzi” PHŞ-nin Mərkəzi Çağrı Xidmətinə Suraxanı RPİ tərəfindən Tərlan adlı şəxsin (25 yaş) adına çağırış daxil olsa da, həmin tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qeydiyyat Vərəqəsindən görünür ki, xəstənin şikayəti olan halsızlıq, baş-boyun və bədənindəki ağrılar özünün də deməyindən göründüyü kimi, narkotik vasitə istifadəçisi olduğundan və 3-4 gün qəbul edə bilmədiyindən yaranmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona yazılmış sms-lərlə bağlı onun məhkəmə iclasında suallara cavab verə bilməməsi də onun pul müqabilində narkotik vasitələr və psixotrop maddələr əldə etməsinə əsasların olmasını təsdiq edir. Yuxarıda qeyd olunan hallarla, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq göstərilməsi xüsusatı tam təkzib olunur. Bununla da, məhz döyüldüyü və qorxduğu üçün polis əməkdaşları tərəfindən ona verilən psixotrop maddəni üzərinə götürüb etiraf etməsi ilə bağlı bildirdikləri heç bir mötəbər sübutla təsdiqini tapmır, əksinə ifadəsində qeyd etdikləri toplanmış sübutlarla inkar olunur. Bununla da, təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyrimötəbər dəlillər olmasını göstərir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi bütün xüsusatlar toplanmış sübutların məcmusu ilə tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri onun cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiəsi kimi qiymətləndirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,641 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, “Yeddi Gözəl” abidəsinin yaxınlığıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq - xeyli miqdarda ümumi təmiz çəkisi 0,641 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 aprel 2024-cü il tarixdə, saat 20:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, “Yeddi Gözəl” abidəsinin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada otaqların birində üzərinə şəxsi axtarış həyata keçirilən zaman üzərində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,641 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 105) Təqsirləndirilən şəxs məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi və müalicəyə ehtiyacının olmaması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna yekun hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və tutulduğu müddətlər Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,591 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə mobil telefon danışıqlarını özündə əks etdirən 01 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 26 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,591 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mobil telefon danışıqlarını özündə əks etdirən 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-86/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-86/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver