Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-87/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxxx 2020-ci ildən hesablanmaqla 03 ay həddində “həbs" növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə həbsdə saxlanılması müddəti xx xxxxxx 2021-ci il tarixinədək uzadılıb, Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxxxx 2021-ci il tarixli qərarı ilə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb) və xx xxxxxxx 2020-ci ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,356 qram, ümumi çəkisi 0,669 qram təşkil edən açıq rəngli tozşəkilli narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitənin çəkisi 0,356 qram təşkil edən bir bükümünü xx xxxxxxx 2020-ci ildə ünvan 1 ünvanının qarşısında şərti alıcı Şahid1 20 manat müqabilində satmış, bu zaman Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 30-cu polis şöbəsinə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ cibindən ümumi təmiz çəkisi 0,313 qram təşkil edən açıq qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, heroin kimi tanıdığı narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. Həmin narkotik maddəni Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Rəsul adlı şəxsdən şəxsi istifadəsi üçün alırdı. Sonuncu dəfə xx xxxxxxx 2020-ci ildə günorta saatlarında Rəsul adlı şəxsdən 25 manat pul ödəyib iki büküm narkotik vasitə heroin almış, bir bükümdəki heroinin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonradan istifadə etməsi üçün özündə saxlamışdır. Digər bükümü xx xxxxxxx 2020-ci ildə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsində əvvəldən tanıdığı İlqar adlı şəxsə 20 manata satıb. Elə həmin gün saat 18 radələrində yaşadığı evin qarşısında olduğu vaxt üç nəfər mülki geyimli polis əməkdaşı onu saxlamış və aparıb polis şöbəsinə təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirmiş, o, isə buna etiraz etməmişdir. Ona hüquqları və vəzifələri izah edildikdən sonra üzərinə baxış keçirilməsinə başlanmış, bununla əlaqədar üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o, üzərində saxladığı, özünə məxsus olan, +**********53 mobil nömrə ilə istifadə etdiyi 1 ədəd “Nokia 1112” markalı mobil telefonu və İlqar adlı şəxsə narkotik vasitə satmaqla əldə etdiyi 1 ədəd 20 manatlıq pul əsginasını, həmçinin içərisində 1 ədəd bükümdə narkotik vasitə heroin olan şəffaf bağlamanı təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin onun təqdim etdiyi 1 ədəd “Nokia 1112” markalı mobil telefon aparatı və İlqar adlı şəxsdən aldığı 20 manatlıq pul əsginası da polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılıb. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 qeyd etmişdir ki, vətəndaş Şahid1 xx xxxxxxx 2020-ci ildə ərizə ilə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müraciət edərək Qabil adlı şəxsin Hövsan qəsəbəsində narkotik satışı ilə məşğul olduğunu bildirmişdir. Bununla əlaqədar əməliyyat təşkil olunmuş, şərti alıcı qismində iştirak etməsi üçün Şahid1 B20210868 nömrəli 20 manatlıq pul əsginası verilmişdir. Həmin gün Şahid1 ona təqdim olunmuş B20210868 nömrəli 20 manatlıq əsginasını Təqsirləndirilən şəxs verib ondan bir bükümdə narkotik vasitə heroin almış, sonra isə protokol tərtib edilməklə həmin bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsinə getmiş, Təqsirləndirilən şəxs həmin küçədə olduğu müəyyən edilərək, o, saxlanılıb 30-cu polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla və müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən əməliyyat tədbiri zamanı istifadə olunmuş B20210868 nömrəli 20 manatlıq pul əsginasını və bir büküm narkotik vasitə heroini könüllü təqdim edərək demişdir ki, həmin narkotik vasitəni Xəzər rayonunda yaşayan Rəsul adlı şəxsdən satın alıb. Həmçinin Təqsirləndirilən şəxs üzərində olan və könüllü təqdim etdiyi 20 manatlıq pul əsginasını İlqar adlı şəxsə narkotik maddə satması nəticəsində əldə etdiyini etiraf etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində cəlb edilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi işin məhkəmə baxışı zamanı elan edilərək tədqiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Ögey olsalar da hər zaman birlikdə yaşayıblar. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və narkotik vasitə satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Ancaq eşidib ki, Təqsirləndirilən şəxs ara-sıra marixuana çəkir. Bununla bağlı Qabilə böyük qardaş kimi öz iradını bildirmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. xx xxxxxxx 2020-ci il tarixli 6/2341 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs götürülmüş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,313 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Alıcı tərəfindən təqdim edilmiş maddi sübut” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,356 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd zərfdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyndirlər. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir”. xx xxxxxx 2021-ci il tarixli 103 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşiman olduğunu, atasının vəfat etdiyini, anasının isə 3-cü qrup əlil olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,263 qr və 0,306 qr, ümumi çəkisi 0,569 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış, üzərində “Qabil 234.1” yazısı olan 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan «B20210868» nömrəli 20 (iyirmi) manatlıq pul əsginası dövlət nəfinə keçirilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,263 qr və 0,306 qr, ümumi çəkisi 0,569 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, üzərində “Qabil 234.1” yazısı olan 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan «B20210868» nömrəli 20 (iyirmi) manatlıq pul əsginası dövlət nəfinə keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-87/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-87/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver