Məhkəmə qərarları › İş №1(010)-87/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-87/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-87/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1966-cı ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış sahəsi, döngə 1, 3 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsəd ilə 26 may 2021ci il tarixdən 16 iyun 2021-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olnımış qəsdlə Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən filialının anbarına kiçik ölçülü plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan, 01 kiloqramı 06 manat olmaqla cəmi 720 manat dəyərində olan 120 kiloqram fındığı, 01 kiloqramı 01 manat 51 qəpik olmaqla cəmi 18 manat 20 qəpik dəyərində olan 12 kiloqram “Mastero” əmtəə nişanlı uzun düyünü, hər biri 01 manat 25 qəpik olmaqla cəmi 15 manat dəyərində olan 12 ədəd üzüm sirkəsini, 01 kiloqramı 03 manat 49 qəpik olmaqla cəmi 69 manat 80 qəpik dəyərində olan 20 kiloqram qozu, 383 manat dəyərində olan 01 ədəd “Karcher” markalı “K4 Compakt” modelli su aparatını və 01 kiloqramı 01 manat 80 qəpik olmaqla cəmi 72 manat dəyərində olan 40 kiloqram bananı gizli yolla talayıb zərərçəkmiş şəxsə vahid niyyətlə ümumilikdə 1.278 (min iki yüz yetmiş səkkiz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər avtoyuma məntəqələrində işləmiş, bir müddətdir spitli içkilərə alüdə olmuş, heç bir yerdə işləmədiyinə görə özünün maddi ehtiyatcalarnı ödəyə bilməmişdir. Buna görə də 2021-ci ilin may ayının sonlarında təxminən 25-i tarixində, gecə saat 04 radələrində yaşadığı evə gedərkən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Araz” marketin yanından keçən zaman həmin marketdən oğurluq etmək qərarına gələrək marketin bir mərtəbəli binasının arxasındakı elektrik enerji mənbəyinin dəmir torla hasara alındığı əraziyə girib binanın bu əraziyə açılan, yerdən təxminən 70-80 sm hündürlükdə yerləşən eni və uzunluğu 50 sm olan plastik materialdan pəncərəsini açıb oradan içəri girmiş və orada müxtəlif ərzaqlar, meyvə tərəvəz məhsualları olduğunu görüb həmin yerin anbar olduğunu bilmişdir. Sonra anbarda olan 01 qutu bananı götürüb içəri girdiyi həmin pəncərədən çıxardıb onu yaşadığı evin yaxınlığındakı binanın zirzəmisində gizlətmişdir. Səhər açılandan sonra isə bananları məhəllələrindən xeyli aralıda, tanımdığı şəxsə 25 manata satıb əldə etdiyi pulu həmin gün ərzində xərcləmişdir. Bundan 2-3 gün sonra yenidən gecə saatlarında marketin həmin anbarına əvvəlki kimi pəncərədən girib oradan götürdüyü 01 kisə fındığı da evlərinin yanındakı həmin binanın zirzəmisində gizlətmiş və ertəsi gün səhər satlarında isə Bakı şəhəri, Nizami rayonu ərazisindəki “8-ci kilometr” bazarına aparıb orada tanımadığı şəxsə 40 manat satıb əldə etdiyi pulu özü üçün yeyib içməyə xərcləmişdir. Bundan sonra da, 2-3 dəfə dəqiq xatırlmadığı tarixlərdə gecə saatlarında həmin marketin anbarına eyni yerdən girib içəridən olan mallardan 01 kisə fındıq, 01 kisə qoz, 01 qutu üzüm sirkəsi, 01 kisə düyü, 01 qutu banan götürüb onları da evinin yanındakı binanın anbarında gizlətmiş, daha sonra isə Bakı şəhəri, Nizami rayonu ərazisindəki “8-ci kilometr” bazarında və başqa yerlərdə tanımadığı şəxslərə müxtəlfi qiyamətlərə satmışdır. Sonuncu dəfə 16 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “İydəli” kafedə yeyib içdikdən sonra təxminən saat 04 radələrində evinə qayıdarkən həmin eyni yerdən yuxarıda qeyd etdiyi anbara girib oradan 01 ədəd avtoyuyucu aparatını, 01 kisə fndıq və 01 qutu banan götürüb pəncərədən bayıra qoymuş, sonra yaxınlıqda yeləşən “Dəniz” şadlıq sarayının həyətinin qarşısında, yolun kənarına qoyulan arabanı gətirib oğurladığı tərəvəzləri və avtoyuyucu aparatını ona yükləyərək əvvəlki kimi evinin yaxınlığındakı binanın zirzəmisində gizlədib evinə getmişdir. Səhər açılandan sonra isə təxminən saat 11 radələrində “2111 taksi” xidmətindən sifariş etdiyi, markasını və sürücüsünü tanımadığı taksi ilə oğurladığı 02 qutu bananla 01 kisə fındğı Bakı şəhəri, Nizami rayonu ərazisindəki “8-ci kilometr” bazarına aparıb hamısını bir yerdən tanımadığı şəxsə 100 manata satmışdır. Avtoyuyucu aparatını isə bir gün sonra 65 manata qonuşusu İmran adlı şəxsə satmışdır. O, oğurladığı ərzaqları və meyvə- tərəvəzləri satdığı şəxslərin heç birini tanımamış, onlara satdığı malları ucuz qiymətə başqsından aldığını, İmrana isə mayka aparatını özünün işlədiyi avtoyuma məntəqəsinin sahibinin bağışladığını bildirdiyinə görə həmin əmlakları oğurluq yolu ilə əldə etməsindən xəbərləri olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X3 08 fevral 2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, hüquqlarını təmsil etdiyi Zərərçəkmiş şəxsnə vurulmuş maddi ziyan təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ödədildiyinə görə sonuncuya qarşı heç bir şikayət və tələbin olmadığını bildirmiş və cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Araz” marketinin anbarındakı meyvə tərəvəz və ərzaqların bəzilərinin yerində olmadığı aşkar edildikdən sonra marketin rəhbərliyi tərəfindən müəyyən edilmişdir ki, 25 may 2021ci il taixdən 16 iyun 2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs bir neçə dəfə binanın arxasından anbara daxil olmuşdur. Anbardakı mallar təftiş edilərkən oradakı məhsullardan 720 manat dəyərində 120 kq fındığın, 18 manat 20 qəpik dəyərində 01 kisə “Mastero” əmtəə nişanlı düyünün, 15 manat dəyərind 12 ədəd üzüm sirkəsinin, 69 manat 80 qəpik dəyərində 20 kq qozun, 72 manat dəyərində 40 kq bananın, 383 manat dəyərində 01 ədəd avtoyuyucu aparatının oğurlandığı aşkar edilmişdir. Oğurluq nəticəsində Zərərçəkmiş şəxsnə cəmi 1.278 manat maddi ziyan vurulmuşdur. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qonşusu olaraq tanıyır, əvvllər onun avtoyuma məntəqələrində işlədiyini bilmişdir. 17 iyun 2021-ci il tarixdə günorta saatlarında İlhamla evlərinin yaxınlığında görüşərkən sonuncu işlədiyi avtoyuma məqtəqəsinin sahibinin bağışladığı 01 ədəd avtoyuma aparatını 100 manata ona təklif etmiş, sonra isə razılşaraq həmin aparatı 65 manata İlhamdan almışdır. Sonradan polis əməkdşlarından İlhamın həmin aparatı oğurldağını öyrənib, onu istintaqa təqdim etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 16 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən filialının anbarından oğurluq edilmişdir. Baxış zamanı anbarın giriş qapısından sol tərəfdə olan işıq sistemlərinin üst hissəsinin açıq şəkildə olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən X4 bildirmişdir ki, naməlum şəxsin anbara həmin yerdən daxil olması təhlükəsizlik kamrası tərəfindən qeydə alınmış videogörüntülərdən müəyyən edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 20 iyun 2021-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Araz” marketin anbarını göstərərək, 26 may 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək olan müddət ərzində, müxtəlif vaxtlarda həmin anbara arxada yerləşən pəncərədən daxil olduğunu, oradan kisələrdə və qutularda olan fındığı, qozu, bananı, sirkələri, düyünü, 01 ədəd avtoyuyucu aparatını oğurladığını bildirərək, hadisə yerini əyani olaraq göstərmişdir. İş materiallarında olan təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçiirlməsi barədə 20 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şahid 17 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs aldığını bildirərək ibtidai istintaqa təqdim etdiyi 01 ədəd “Karcher” markalı, “K4 Compakt” avtoyuyucu aparatına baxış keçirilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 avqust 2021-ci il tarixli, 9/5590 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Karcher” markalı, “K4 Compakt” modelli su aparatının istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 300 manat müəyyən edilir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 14 dekabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki birinci video görüntüdən görünür ki, bir nəfər şəxs mağazanın anbarından dolu kisəni çətinliklə anbarının pəncərisinin yanına aparır və oradan çölə çıxardır. İkinci video görüntüdən isə həmin şəxsin yenə də mağazanın anbarından dolu kisəni, nisbətən iri ölçülü içi dolu qutunu, daha sonra isə hissə-hissə kiçik ölçülü qutuları götürüb pəncərədən çölə çıxartdığı müəyyən edilir. Təqsirləndirilən şəxs, hər iki video görüntüdə olan və oğurluq edən şəxsin özü olduğunu bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə ona qarşı heç bir şikayət və tələbin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 19 iyun 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 iyun 2021-ci il tarixli qərardan, habelə vəsatətin müdafiə edilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı rayon prokurorunun 21 iyun 2021-ci il tarixli və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, qərarın surəti icra olunması, şəxsin azad olunması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 iyun 2021-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Karcher” markalı, “K4 Compakt” modelli su aparatının Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 iyun 2021-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Karcher” markalı, “K4 Compakt” modelli su aparatının ibtidai araşdırma zamanı sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar