Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-87/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1979-cu ildə Saatlı rayonu, Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında rastlaşdıqda, sonuncunun onun əmisi qızı X2 ilə evlilikləri dövründə aralarında dəfələrlə baş vermiş ailə-məişət münaqişələrinə görə bir-birlərinə qarşı olan qərəzli münasibətləri səbəbindən yaranmış şəxsi mübahisə zamanı Zərərçəkmiş şəxs yerdən götürdüyü daş parçası ilə qəsdən vuraraq, həmçinin əlbəyaxa olaraq ona sol əlin arxa səthinin şişkinlik və qançırı (hematoması), sıyrıqları, sağ diz oynağının əzilmiş yarası, sol göz ətrafı yumuşaq toxumalarının qançırı, sol almacıq, alın və təpə nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2022-ci lin may ayında əmisi qızı Vüsalə Əhmədova və Vüsalənin oğlu Şahidla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq sovxozunda yerləşən cücə sexində fəhlə işləmişlər. Vüsalə Əhmədova və oğlu Şahid Bakı şəhəri, Suraxanı rayonu. Hövsan Südçülük sovxozunda, özü isə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində kirayədə yaşamışdır. Hər gun işdən bır yerdə çıxıb Hövsan südçülük sovxozuna kimi bir yerdə gedib oradan avtobusla Mərdəkan qəsəbəsinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işdən çıxıb Vüsalə Əhmədova və Şahidla birlikdə piyada gələrək saat 19 radələrində Hövsan Südçülük sovxozuna çatmışlar. X3 keçmiş əri Zərərçəkmiş şəxs təzəliklə yaşadığı evin qarşısından keçdiyi üçün həmin vaxtı Zərərçəkmiş şəxs görmülər. Zərərçəkmiş şəxs onları görən kimi gəlib yaxasından tutaraq yumruqla sifətinə vurmuş, Zərərçəkmiş şəxs onu vurduqda o, da Zərərçəkmiş şəxs sifətinə və baş nahiyyəsinə vurmuş, əlbəyaxa olaraq yıxılıb süpürləşdik bir-birlərini vurmuşlar. Həmin vaxtı Vüsalə Əhmədova və Şahid onları aralaşdırmışdır. Yerdən bır balaca daş goturub Zərərçəkmiş şəxs atmış, daş Zərərçəkmiş şəxs sifətinə dəymiş, Zərərçəkmiş şəxs aralşan kimi oradan uzaqlaşmış, hadisənin səhərisi günü işdən çıxıb yaşadığı Saatlı rayonu, Şirinbəy kəndinə getmişdir. Hadisə baş verən vaxtı orada kənar şəxs olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxsla aralarındakı münaqişə, Zərərçəkmiş şəxs ilə əmisi Aslan Əliyev və əmisi qızı Vüsalə Əhmədova arasında 2021-ci ilin noyabr ayının 22-si və 28-i tarixlərində aralarında baş vermiş qarşılıqlı dava-dalaş zəminində yaranmış ədavətin davamı olaraq, Zərərçəkmiş şəxs özünün təşəbbüsü nəticəsində baş vermişdir. Məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməyə ehtiyacı yoxdur. Aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs onu vurmasına görə sonuncudan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, keçmiş arvadı X1 ondan şikayəti əsasında Bakı şəhəri Suraxanı RPİ-nin istintaq şöbəsində istintaq olunan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128 və 134-cü maddələri ilə cinayət məsuliyətinə cəlb edilmiş, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. Vüsalə Əhmədova ilə əvvəllər aralarında baş verən münaqişələrin bir qismi birgə yaşadıqları fərdi yaşayış evi ilə bağlı olduğuna görə Hövsan südçülük sovxozunda yerləşən həmin evi 2022-ci ilin mart ayında sataraq pulu öz aralarında böldükdən sonra aralarında heç bir əmlak mübahisəsi qalmamış, Hövsan südçülük sovxozunda ayrıca fərdi yaşayış evi alıb yaşamağa başlamış, keçmiş ailəsi ilə problem yaşamaması üçün onlarla bütün münasibətlərə son qoymuşdur. 03 may 2022-ci il tarixdə saat 20 radələrində evdən çıxıb qonşuya tikintidə kömək edib yenidən evinə qayıtdıqdan sonra həmin vaxt Vüsalə Əhmədova əmisi oğlu Təqsirləndirilən şəxslə birlikdə həyətinə daxil olmuşlar. Vüsalə Əhmədova «atam deyir ki, gedin onu öldürün» demiş, hər ikisi üstünə hücum çəkmişlər. Canını qurtarmaq üçün küçəyə qaçdıqda oğlu Elşad gəldiyini görmüş, Elşadın yanında tanımadığı bir oğlan da olmuşdur. Təqsirləndirilən şəxs, Vüsalə Əhmədova və oğlu Şahid yerdən daş parçaları götürüb onu vurmağa başlamış, sonra oraya qonşuların gəlməsindən ehtiyat edib qaçıb getmişqlər. Elşadın yanında olan tanımadığı oğlun hadisəyə qoşulmamışdır. Hadisə 3-5 dəqiqə ərzində baş verdiyindən qonşular hadisədən xəbər tutmamış, hadisə yerinə heç kim gəlməmişdir. Təxminən beş-on dəqiqə sonra Əhmədova Vüsalə, Əhmədov Elşən və Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis şöbəsinə dəvət olunaraq ərizə və izahat yazmış, xəsarət aldığı yerlər qanadığına görə 30-cu PŞ-nə təcili yardım çağırılmış, təcili tibbi yardım onu 3 saylı Klinik xəstəxanaya aparmış, orada tibbi yardım göstərilərək yaraları sarınmış, səhəri gün isə məhkəmə-tibbi ekspertizasına təqdim olundu və ekspertiza müayinəsindən keçmişdir. Ona xəsarəti Təqsirləndirilən şəxs yetirmiş, bədən səthində olan xəsarətlər də Təqsirləndirilən şəxs atdığı daşların dəyməsi nəticəsində əmələ gəlmişdir. Vüsalə Əhmədova və oğlu Şahid atdığı daşlar ona dəyməmişdir. Həmin şəxslər onu xəsarətləndirməmişlər. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasından dərhal azad edilsin İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-87/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-87/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver