Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-87/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri “Fortiori” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 447/36 saylı evdə qeydiyyatda olan, faktiki Bakı şəhəri. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz fərdi evdə yaşamış, 03 sentyabr 2022-ci tarixdə barəsində Suraxanı rayon Məhkəməsi tərəfindən «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə 1,381 qram narkotik vasitə heroini 27 aprel 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik maddələrin əldə olunması saxlanması, istifadəsi və gəzdirilməsi şübhəsi ilə xx.xx.2023-cü il tarixdə saat 18:10 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yaşadığı evin qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞnə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,767 qram və 0,614 qram olan, ümumi təmiz çəkisi 1,381 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə davam olaraq eyni üsulla 24 mart 2023-cü il tarixdə gecə saatlarında ünvan 1 ünvanında yerləşən mağazanın arxa hissəsində olan nəfəsliyi əl zərbəsi ilə açmaq yolu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 8,80 manat olan 24 ədəd “Collage” markalı saç boyasının, bir ədədinin qiyməti 2,60 qəpik olan 72 ədəd “Cia Color” saç boyasını, bir ədədinin qiyməti 3,50 manat olan 816 ədəd “Rexona” markalı təmzlik vasitəsinin, bir ədədinin qiyməti 2,80 manat olan 48 ədəd “Nexy” şampununun, bir ədədinin qiyməti 9,50 manat olan 38 ədəd “jilet blue 3” markalı üz qırxan vasitəsinin, bir ədədinin qiyməti 3,40 manat olan 360 ədəd “Emotion” markalı təmizlik vasitəsinin, bir ədədinin qiyməti 1,30 manat olan 36 ədəd “My Lady” markalı bezi , 13 may 2023-cü il tarixində saat 02 radələrində bir ədədinin qiyməti 3,50 manat olan 576 ədəd “Rexona” markalı təmizlik vasitəsini, bir ədədinin qiyməti 4 manat olan 216 ədəd “Axe” markalı təmizlik vasitəsinin, bir ədədinin qiyməti 2 manat olan 144 ədəd“Colgate” markalı diş pastasını, bir ədədinin qiyməti 6,50 manat olan 10 ədəd “Ariel” yuyucu vasitəsinin, bir ədədinin qiyməti 2,20 manat olan 48 ədəd “Molped” markalı bezini, 17 may 2023-cü il tarixdə saat 04 radələrində isə bir ədədinin qiyməti 3,30 manat olan 35 qutu 840 ədəd “Rexona” markalı təmizlik vasitəsini, bir ədədinin qiyməti 4 manat olan 288 ədəd “Axe” markalı təmzilik vasitəsini, bir ədədinin qiyməti 2 manat olan 144 ədəd “Colgate” markalı diş pastasını, bir ədədinin qiyməti 5,50 manat olan 48 ədəd “Clear” şampununu, bir ədədinin qiyməti 6,50 manat olan 10 ədəd “Ariel” markalı yuyucu vasitəni, bir ədədinin qiyməti 2, 20 manat olan 48 ədəd “Comet” qab yumaq üçün nəzərdə tutulan vasitəni, bir ədədinin qiyməti 2,60 manat olan 48 ədəd “Domestos” təmizlik vasitəsini, bir ədədinin qiyməti 40 qəpik olan 160 ədəd “Tenera” markalı uşaq bezini, bir ədədinin qiyməti 40 qəpik olan 92 ədəd “Tenera” markalı uşaq bezlərini, bir ədədinin qiyməti 45 qəpik olan “Sleepy” markalı uşaq bezini, bir ədədinin qiyməti 50 qəpik olan 48 ədəd “Leylək” markalı uşaq bezini, birinin qiyməti 60 qəpik olan 56 ədəd “Sleepers” markalı uşaq bezlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 13250 (on üç min iki yüz əlli) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqribən bir ilə yaxındır ki, heroin kimi tanıdığı narkotik vasitədən çəkmək yolu ilə istifadə edir. Əvvəllər məhkum olunmamışdır. Ailəlidir, 12 və 14 yaşlarında iki övladı var. Narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün narkotik maddə əldə etmək üçün pula ehtiyacı olur. 15 ildir ki, qeydiyyatda olduğu ünvanda yaşadığından Hövsan qəsəbəsini yaxşı tanıyır. Oğurluq etməmişdən bir neçə gün əvvəl Hövsan qəsəbəsində, İ.Əhlimanov küçəsində Poçtun yanında yerləşən adsız təmizlik məhsulları satılan mağazanı müşahidə etmişdir. Həmin mağazanın arxa hissəsində dəmir çərçivəsi olmayan nəfəslik var idi. Mağazanın sağ və sol tərəfində digər mağazalar olduğundan mağazanın arxa hissəsi görünmürdü. Həmin hissə boşluq idi və orada hər hansı tikili yox idi və ümumiyyətlə həmin hissədə heç kim olmurdu. Mağazadan arxa hissədə təxminən 30 metr məsafədə dərə var idi. 2023-cü ilin mart ayının ortalarında günorta saatlarında pul əldə edərək narkotik maddə almaq üçün Hövsan qəsəbəsində Poçtun yanında yerləşən həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Mağazamın bağlanması və ətrafda heç kimin olmaması üçün gecə saatlarında həmin yerə getmək qərarına gəlmişdir. Gecə saat 02 radələrində Hövsan qəsəbəsində Poçtun yanında yerləşən həmin mağazanın arxa hissəsinə gəlmişdir. Kənarda taxta nərdivan olmuş, həmin nərdivanı nəfəslik istiqamətində divara söykəmiş və nərdivanla yuxarı çıxmışdır. Yumruğu ilə nəfəsliyin pəncərəsini itələdikdə pəncərə açılmış və o, həmin nəfəslikdən mağazanın içərisinə daxil olmuşdur. İçəridən təxminən 100 qutu saç boyası, təxminən 40 ədəd şampun, təxminən 20 və ya 30 qutu olan üz qırxan vasitə, təxminən 40 qutu “reksona” və “Emotion” markalı təmizlik vasitələrini, təxminən 30 və ya 40 ədəd paçkada olan qadın bezlərini marketdən götürdüyü sellofanlara yığmışdır. Sonra içəridən qara rəngli tullantı üçün nəzərdə tutulan sellofan götürmüşdür. Sonra özü də mağazadan nəfəslik hissədən çölə çıxmışdır. Həmin sellofanları tullantı kimi görünməsi üçün həmin qara rəngli sellofana yığmış və 30 metr aralıda yerləşən dərəyə yerləşdirmişdir. Üstünü sellofanla örtmüşdür. Sonra yaşadığı ünvana gəlmişdir. Həmin gün axşamüstü həmin yerə gəlmişdir. Yolla hərəkət edən vaz 2107 markalı taksini saxlatdırmış, həmin sellofanları taksiyə yerləşdirərək yaşadığı binadan bir qədər aralıda yerləşən “Mars” marketə gəlmişdir. O, həmin mağazada kassada əyləşmiş əvvəldən adını bildiyi mağazanın sahibkarı Elmuraz adlı şəxsə yaxınlaşmışdır. İşlətdiyi mağaza bağlandığından məhsulları ucuz qiymətdən satdığını bildirmişdir. O, həmin malları çöldən mağazaya gətirmişdir. Elmuraz həmin məhsulları saymışdır. O, Elmuraza “Rexona” və “Emotion” markalı təmzilik vasitələrini, saç boyalarını bir ədədini 2 manata, üz qırxan vasitənin birini 3 manata, bezin bir qutusunu 50 qəpiyə, şampunların bir ədədini 1 manata, satmışdır. Satdığı həmin vasitələrin qarşılığında Elmuraz ona 1500 manat pul vermişdir. O, həmin pulu öz şəxsi istifadəsi üçün narkotik maddə alaraq istifadə etmişdir. May ayının əvvələrində oğurluq nəticəsində əldə etdiyi pul azaldığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Hövsan qəsəbəsində “CC” adlı marketə tez gedib gəlir. Orada işləyən sonradan adının Ülvi olduğunu bildiyi satıcıya yaxınlaşaraq topdan təmizlik məhsulları satdığını bildirmişdir. Ülviyə qardaşının birbaşa Türkiyədən özünün gətirdiyini, onun isə pərakəndə satışla məşğul olduğunu bildirmişdir. O, həmin məhsulları ona ucuz qiymətə təklif etmişdir. Ülvi də onunla razılaşmışdır. 13 may 2023-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı ünvandan çıxaraq həmin mağazanın arxa hissəsinə gəlmişdir. Taxta nərdivanı mağazanın divarına söykəyərək mağazanın içərisinə daxil olmuşdur. Yenidən mağazanın içərisində olan rəngli sellofanları götürərək depo hissədə olan məhsulları qutu və pərakəndə formada həmin sellofanlara yığmağa başlamışdır. Həmin vaxt 24 qutu “Rexona”3 qutu “axe” 3 qutu Colgate”, 10 ədəd “ariel” yuyucu vasitəsi, 2 qutu “My Lady” markalı bez oğurlamışdır. Bir qutunun içərisində 24 ədəd “Rexona” markalı təmizlik vasitəsi, bir qutunun içərisində 72 ədəd “Axe” markalı təmizlik vasitəsi, bir qutunun içərisində 48 ədəd “Colgate” markalı diş pastası olur, bir paçka “MY Lady” markalı bezin içərisində isə 24 ədəd bez olur. O, həmin məhsulları əvvəlki qaydada 30-40 metr məsafədə mağazanın arxa hissəsində yerləşən dərəyə yığmışdır. Yaşadığı ünvana gəlmişdir. Həmin gün günorta saatlarında həmin yerə gələrək yoldan keçən taksi ilə danışaraq həmin məhsulları həmin taksiyə yığmışdır. Ülvi ilə telefon əlaqəsi saxlamış, Ülviyə Türkiyədən məhsulların gəldiyini bildirib yenidən ona təklif etmişdir. Ülvidə ona Hövsan qəsəbəsi, Kənd Hövsanda yerlşən həyətə aparmağını bildirmişdir. O, taksi ilə X9 yaşadığı ünvana getmişdir. Oğurladığı məhsulları pərakəndə formada “Rexona” və “Axe” markalı təmizlik vasitəsinin, məhsulları bir ədədini 2 manata, “Ariel” markalı yuyucu vasitəinin birini 3 manata, “Colgate” markalı diş pastasının bir ədədini bir manata, “Molped” markalı bezin bir qutusunu 1 manata satmışdır. Ülvi satdığı məhsulların qarşılığında ona 1350 manat pul vermişdir. O, həmin pulları narkotik maddələrə və siqaret almaq üçün xərcləmişdir. Oğurluq edərək pul əldə etməyi barədə hər hansı şəxs və ya şəxslərə məlumat verməmişdir. Sonuncu dəfə 17 may 2023-cü il tarixdə Hövsan qəsəbəsində İ.Əhlimanov küçəsində yerləşən həmin mağazaya daxil olmaq qərarına gəlmişdir. Eyni qaydada gecə saat 04 radələrində həmin mağazanın arxa hissəsindən gəlib pəncərədən nərdivan vasitəsi ilə içəriyə daxil olmuşdur. Eyni qayadada depo hissədə olan məhsulları qutu və pərakəndə formada sellofanlara yığaraq çölə daşımışdır. Həmin vaxtda mağazadan 35 qutu rexona markalı, 4 qutu “Axe” markalı təmizlik vasitəsinin, 3 qutu “Colgate” markalı diş pastasının təxminən 40 və ya 50 ədəd şampun, “Ariel” yuyucu vasitəsi, qab yumaq üçün “Comet” yuyucu vasitəsi, 3 qutu “domestos” təmizlik vasitəsi və bir neçə paçkada uşaq bezi oğurlamış və eyni qaydada sellofanlarda dərəyə yığaraq yaşadığı ünvana gəlmişdir. Həmin gün günorta saatlarında Ülviyyə zəng edərək Türkiyədən yeni məhsulların gəldiyini bildirərək ona təklif etmişdir. Ülvi də onunla razılaşmışdır. Həmin məhsulları taksi ilə Ülvinin yaşadığı Hövsan qəsəbəsi, Kənd Hövsanda yerləşən Ülvinin yaşadığı ünvana aparmışdır. Həmin məsulları pərakəndə qaydada və pərakəndə qiymətinə “Rexona” və “Axe” markalı təmizlik vasitəsinin birini 2 manata, “Colgate” markalı diş pastasının bir qutusunu 1 manata, “Clear” markalı şampunun bir ədədini 3 manata, “Ariel” markalı yuyucu vasitəsinin birini 3 manata, “Comet” markalı yuyucu vasitənin birini 1 manata, “Domestos” markalı yuyucu vasitənin birini 1 manata satmışdır. Ümumilikdə Ülvi ona satdığı məhsulların qarşılığında 2200 manat pul vermişdir. Bundan başqa təqribən bir ilə yaxındır ki, heroin kimi tanıdığı narkotik vasitədən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik vasitəni hər dəfə tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə xx.xx.2023-ci il tarixdə 15.00 dəqiqədə Xətai rayonu Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 40 manat ödəniş edərək öz şəxsi istifadəsi üçün almış və istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-ci il tarixdə təxminən saat 18:10 dəqiqədə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən yaşadığı binanın qarşısında olduğu zaman Suraxanı RPİ-nin 30 PŞ-nin əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və onu yaxınlıqda olan PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmişdir. O, da üzərində yəni əynində olan göy rəngli cins şalvarının arxa sağ cibində saxladığı içərisində heroin kimi tanıdığı narkotik vasitə olan ümumillikdə 02 (iki) ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümə baxış keçirmişlər və içərisində heroin kimi tanıdığı narkotik vasitəni aşkar etmişlər. Sorğu zamanı aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Sonda o, törətmiş olduğu əmələ görə səmimi peşman olduğunu, zərəçəkmiş şəxslə barışdığığını və maddi ziyanın ödənildiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 3 azyaşlı uşağının olduğunu, atasının hər iki ayağının amputasiya olduğunu, ağır yataq bxəstəsi olduğunu, onun ailənin yeganə qazanc mənbəyi olduğunu nəzərə alınmasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən mağazanı icarə əsasında işlədir. Həmin mağazada olan məhsulların hamısı ona məxsusdur. Mağazada o, tək işləyir. Açar ancaq onda olur və ondan başqa qeyri iş saatlarında həmin mağazaya heç kimin daxil olmaq üçün icazəsi yoxdur. Həmin mağazada təmizlik üçün nəzərdə tutulan məhsullar satılır. 24 mart 2023-cü il tarixdə səhər saatlarında mağazaya gəlmiş, depo hissəyə keçdikdə depodan topdan satış yerindən 24 ədəd birini 8,80 manata aldığı “Collage” markalı saç boyasının, birində 24 ədəd olmaqla və bir ədədinin qiyməti 2,60 qəpik olan 3 qutu yəni 72 ədəd “Cia Color” saç boyasının, birində 24 ədəd olan və bir ədədi 3,50 manat olan 34 qutu “Rexona” markalı təmzlik vasitəsinin, bir ədədinin qiyməti 2,80 manat olan 48 ədəd “Nexy” şampununun, bir ədədinin qiyməti 9,50 manat olan 38 ədəd “jilet blue 3” markalı üz qırxan vasitəsinin, birində 36 ədəd olmaqla və bir ədədinin qiyməti 3,40 manat olan 10 qutu “Emotion” markalı təmizlik vasitəsinin, bir ədədinin qiyməti 1,30 manat olan 36 ədəd “My Lady” markalı bezin naməlum şəraitdə və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin gün naməlum şəxs və ya şəxslər tərəfindən törədilmiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 5020 manat 60 qəpik maddi ziyan dəymişdir. Həmin vaxt oğurluğun hansı şəraitdə baş verməsi barədə təsəvvürü olmamışdır. 13 may 2023-cü il tarixdə yenə sahər saatlarında sahibkarı olduğu mağazaya gəldikdə birinin içərisində 24 ədəd olan və bir ədədinin qiyməti 3,50 manat olan 24 qutu “Rexona” markalı təmizlik vasitəsinin, birində 72 ədəd olan və bir ədədinin qiyməti 4 manat olan 3 qutu “Axe” markalı təmizlik vasitəsinin, birində 48 ədəd olan və bir ədədinin qiyməti, 2 manat olan 3 qutu “Colgate” markalı diş pastasının, bir ədədinin qiyməti 6,50 manat olan 10 ədəd “Ariel” yuyucu vasitəsinin, hərəsində 24 ədəd olan və bir ədədinin qiyməti 2,20 manat olan 2 qutu “Molped” markalı bezin oğurlandığını aşkar etmişdir. 13 may 2023-cü il tarixdə aşkar etdiyi oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 3338 manat 60 qəpik maddi ziyan dəymişdir. 17 may 2023-cü il tarixdə səhər saatlarında sahibkarı olduğu mağazaya gəlmiş, depodakı mallara baxdıqda yenə depodan oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. Həmin gün ona məxsus birində 24 ədəd olmaqla bir ədədinin qiyməti 3,30 manat olan 35 qutu “Rexona” markalı təmizlik vasitəsinin, hər birində 72 ədəd olan və bir ədədinin qiyməti 4 manat olan 4 qutu “Axe” markalı təmzilik vasitəsinin, birində 48 ədəd olan və bir ədədinin qiyməti 2 manat olan 3 qutu “Colgate” markalı diş pastasının, bir ədədinin qiyməti 5,50 manat olan 48 ədəd “Clear” şampununun, bir ədədinin qiyməti 6,50 manat olan 10 ədəd “Ariel” markalı yuyucu vasitənin, birində 24 ədəd olan və bir ədədinin qiyməti 2, 20 manat olan 2 qutu “Comet” qab yumaq üçün nəzərdə tutulan vasitənin, birində 16 ədəd olan və bir ədədinin qiyməti 2,60 manat olan 3 qutu “Domestos” təmizlik vasitəsinin, birində 40 ədəd olan və bir ədədinin qiyməti 40 qəpik olan 4 qutu “Tenera” markalı uşaq bezinin, hər birində 46 ədəd olan və bir ədədinin qiyməti 40 qəpik olan 2 qutu “Tenera" markalı uşaq bezlərinin,birinin içərisində 48 ədəd olan və bir ədədinin qiyməti 45 qəpik olan 1 qutu “Sleepy” markalı uşaq bezinin, birinin içərisində 48 ədəd olan və birinin qiyməti 50 qəpik olan bir qutu “Leylək” markalı uşaq bezinin, birinin içərisində 56 ədəd olan və birinin qiyməti 60 qəpik olan bir qutu “Sleepers” markalı uşaq bezlərinin naməlum şəxs və ya şəxslər tərəfindən naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödədiyi üçün onun tərəfindən ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Həmçinin o, bildirdi ki, təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağın olduğunu,himayəsində iki ayağı amputasiya olunmuş ağır xəstə olan atasının olduğunun nəzərə alınmasını, onun tutulmasını istəmədiyini bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPl-nin 30-cu PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 28 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində olması v.ə üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat sahə inspektoru, polis mayoru Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi ünvanının qarşısına getmişlər. Həmin vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yaşadığı evin qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatımızın olduğunu bildirib, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 30-cu Pş-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 30cu PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün iki ədəd şəffaf sellofan bükümdə heroin kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarın sağ cibindən iki ədəd şəffaf sellofana bükülmüş bükümlərdə olan içərisində narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükümlərə baxış keçirmişlər. Baxış zamanı həmin bükümlərdə toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 27 aprel 2023cü il tarixdə Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən cəmi 40 manata almaqla öz istifadəsi üçün özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş iki büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis mayoru Şahid4 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində müxtəlif marketlərdə satıcı və kassir olaraq işləmişdir. Təqsirləndirilən şəxs müştəri olaraq üzdən tanıyır. Təxminən 20 gün bundan qabaq saat təxminən saat 18 radələrində Hövsan qəsəbəsində Çörək bişirilən yerin yaxınlığında yerləşən “CC” marketdən su və tütün məlumulatı almış və çölə çıxmışdır. Çölə çıxdıqdan sonra adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxsla qarşılaşmışdır. İxtiyar ona yaxınlaşmış, ona dostunun mağazasının bağlanması ilə əlaqədar bir sıra məhsullar qaldığını və həmin məhsullar dəyərindən aşağı qiymətə satıldığını bildirmişdir. O, İxtiyardan hansı məhsulları satdığını bildirdikdə ona parfümeriya və təmzilik məhsulları satdığını bildirmişdir. Hətta İxtiyar ona satdığı məhsulların siyahısını da təqdim etmişdir. O, məhsulların oğurluq olması barədə soruşduqda İxtiyar ona məhsulların oğurluq yolu ilə əldə olunmadığını bildirmişdir. İxtiyar ona məhsulların siyahısını göstərdib qabaqcadan qiymət barədə razılaşmışlar. “Palete” markalı saç boyasının bir ədədini 2 manatdan, “Emotion” təmzilik məhsulunu bir ədədini 2 manatdan, “Rexona” “Axe” təzmilik məhsullarını 2,50 manatdan, “Headen SHouders” markalı şampunları bir ədədini 6 manatdan, pamperslərin markasından asılı olmayaraq bir ədədini 20 qəpikdən alacağım barədə razılaşmışlar. Ertəsi gün saat 21 radələrində İxtiyar həmin məhsulları yaşadığı Hövsan qəsəbəsi, Kənd Hövsan qəsəbəsində yerləşən ünvana gətirmişdir. Birinci dəfə o, “Axe” və “Rexonalar”ı gətirmişdir. Ümumlikdə təxminən 20 qutu “Axe” və “Rexona” markalı təmizlik məhsullarını gətirmişdir. Bir qutuda təxminən 6 ədəd “Axe" “Rexona" olmuşdur. Aldığı mallar qarşılığında ***-**** manat arası pul almışdır. Həmin gündən ertəsi yox o biri gün İxtiyar ona zəng edərək həmin mağazada məhsulların bir hissəsinin qaldığını istəyib istəmədiyini bildirmişdir. O, İxtiyarla razılaşmış. Həmin gün saat 21 radələrində taksi ilə həmin məhsulları gətirmişdir. İkinci dəfə bir qutuda 6 ədəd olan 10 qutu “Headen Shoulders”, birində 10 ədəd olmaqla 2 qutu “Palete” markalı saç boyasını almışdır. Həmin vaxt ona ümumilikdə 600 manat pul vermişdir. Ertəsi gün bir daha ona zəng etmiş, məhsulların bir hissəsinin qaldığı barədə bildirmiş və o, İxtiyarla razılaşmışdır. Yenə gecə saat 21 radələrində “Toyota Prius” markalı avtomobillə həmin məhsulları gətirmişdir. 3-cü dəfə 25 qutu pampers gətirmişdir. Həmin pampers bezlərindən 8-i balaca ölçülü olmuşdur. Təxminən 400-500 manat pul vermişdir. O, pulları dəqiq və pərakəndə sayıb, qiymətini hesablamaqla pullarını ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda fərdi əməklə məşğul olur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində “Mars” adlı market ona məxsusdur. Təqsirləndirilən şəxs Nurədin oğlunu müştəri kimi tanıyır. Təqsirləndirilən şəxs təxminən 01 ay bundan qabaq təxminən saat 17 radələrində mağazaya daxil olaraq ona yaxmlşadır. İxtiyar dostununun mağazası olduğunu, bağlandığı üçün məhsulların satışa çıxarıldığını bildirmişdir. Hətta əlin də məhsulların siyahısını və qarşısında qiymətlərini də göstərmişdir. İxtiyar ona həmin malları qəbul edib satacağı təqdirdə 5-10 qəpik də ona xeyir qalacağını bildirmişdir. İxtiyar malların siyahısını və qarşısında qiymətlər də göstərildiyindən o, həmin malların oğurluq yolu ilə əldə olunacağı barədə fikirləşməmişdir. İxtiyar ona təmizlik məhsulları, yuyucu tozu, uşaq bezi və sabun təklif etmiş o, da razılaşmışdır. Bir neçə saat sonra İxtiyar əlində həmin məhsulları gətirmişdir. O, İxtiyardan bir ədədini 2,50 manatdan 5 ədəd “Axe”, 12 ədəd “Rexona”, 12 ədəd “Emoion” markalı təmizlik məhsullarını bir ədədi 4 manatdan 7 ədəd “Headen Shoulders” saç şambunu, bir ədədi 6manat olan bir ədəd 1,5 kiloqram olan 6 ədəd “Ariel” markalı yuyucu toz, bir ədədi 2,50 manat olan markasını xatırlamadığı 6 ədəd saç boyası, içərisində 24 ədəd bez olan qutusu 5 manatdan iki qutu uşaq bezi almışdır. O, həmin məhsulların nəqd pulunu verərək İxtiyardan almışdır. Cinayət işinin 67-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 108-242-ci vərəqlərində olan 30 aprel 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 110-111-ci vərəqlərində olan 30 aprel 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 72-73-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynində olan göy rəngli cins şalvarının sağ cibindən 2 ədəd bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büklər açıldıqda məlum olur ki, bükümlərin arasında narkotik vasitə olan heroinə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümün arasında narkotik vasitə heroin olduğunu, narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 15:00-da Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən cəmi 40 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Cinayət işinin 80-84-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 6/2485 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: "... imza Abbasov...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,767 qram, 0,614 qram, ümumi çəkisi 1,381 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1,381 qramdır, tədqiqata 0,20 qram sərf edilmişdir, qalıq isə 1,181 qramdır. Cinayət işinin 200-cü vərəqində olan 16 avqust 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Cavanşir Mansirov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİnin 30-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və 30-cu Polis şöbəsinin sahə inspektoru, polis mayoru Şahid4 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü' barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 02 ədəd şəffaf sellofanın içərisində ağ sellofana bükülmüş bükümləri çıxarıb təqdim edir və həmin 02 ədəd bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxaraq təqdim etdiyi 02 ədəd bükümlərin içərisindəki narkotik vasitə heroindir və həmin narkotik vasitəni 27 aprel 2023-cü il tarixində Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 40 manata alıb özündə saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükülərin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 171-172-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X6-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2023-cü il tarixli 2547 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 5-7-ci vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 25 may 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 4 ünvanında baş vermiş, hadisə yerin təmizlik malları və xırda məhsulların satışı ilə məşğul olan mağazadır. Hadisə yerinə hal şahidləinin iştirakı ilə və Suraxanı RPİ-nin əməkdaşları ilə araşdırma aparılır. Hal şahidlərinin iştirakı ilə baxış protokolu tərtib edilmiş, fotoşəkillər əlavə edilmişdir. Cinayət işinin 5-7-ci vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 25 may 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 5 ünvanında 23 ədəd “Rexona”, 04 bağlama “Tenera” pampers-hər bağlamada 40 ədəd, 01 bağlama “Sleepers” pampers-bağlamanın içərisində 56 ədəd, 01 bağlama “Leylək” pampers-içərisində 48 ədəd, 02 bağlama “Terera” pampers-05 nömrə-içərisində 46 ədəd, 01 bağlama “Sleepy” pampers-içərisində 48 ədəd götürülmüş. Hadisə yerinə baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 28-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 26 may 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə, saat 19:03-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 164-168-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-229/2023 saylı, 27 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 may 2023-cü il tarixindən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 182-186-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Alternativ ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 89 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, təqdim edilən 23 ədəd “Rexona” markalı təmizlik vasitəsinin qiyməti 115.00 manat, bir ədəd birində 40 ədəd olan 4 qutu “Tenera” uşaq bezinin qiyməti 48.00 manat, hər birində 46 ədəd olan 2 qutu “ Tenera” markalı uşaq bezlərinin qiməti 28.00 manat, birinin içərisində 48 ədəd olan 1 qutu “Sleepy” markalı uşaq bezinin qiyməti 15.00 manat, birinin içərisində 48 ədəd olan bir qutu “Leylək” markalı uşaq bezinin qiyməti 14.00 manat, birinin içərisində 56 ədəd olan bir qutu “Slipers” markalı uşaq bezlərinin isə oğurlandığı 2023-cü ilin mart ayına olan orta bazar qiyməti 17.00 manat, ümumilikdə dəyəri isə 237.00 manat məbləğində müəyyən edilir. Cinayət işinin 149-152-ci vərəqlərində olan ifadənin yerində yoxlanılması barədə 27 may 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazadan 24 mart 2023-cü il tarixdə 24 ədəd “Collage” markalı saç boyasını, “Cia Color” saç boyasını, 816 ədəd “Rexona” markalı təmzlik vasitəsini, 48 ədəd “Nexy” şampununu, 38 ədəd “jilet blue 3” markalı üz qırxan vasitəsini, 360 ədəd “Emotion” markalı təmizlik vasitəsini, 36 ədəd “My Lady” markalı bezini, 13 may 2023-cü il tarixində 576 ədəd “Rexona” markalı təmizlik vasitəsini, 216 ədəd “Axe” markalı təmizlik vasitəsini, 144 ədəd “Colgate” markalı diş pastasını, 10 ədəd “Ariel” yuyucu vasitəsini, 48 ədəd “Molped” markalı bezini, 17 may 2023- cü il tarixdə isə bir 35 qutu 840 ədəd “Rexona” markalı təmizlik vasitəsini, 288 ədəd “Axe” markalı təmzilik vasitəsini, 144 ədəd “Colgate” markalı diş pastasını, 48 ədəd “Clear” şampununu, 10 ədəd “Ariel” markalı yuyucu vasitəni, 48 ədəd “Comet” qab yumaq üçün nəzərdə tutulan vasitəni, 48 ədəd “Domestos” təmizlik vasitəsini, 160 ədəd “Tenera” markalı uşaq bezini, 92 ədəd “Tenera” markalı uşaq bezlərini, “Sleepy” markalı uşaq bezini, 48 ədəd “Leylək” markalı uşaq bezini və 56 ədəd “Sleepers” markalı uşaq bezlərini necə oğurladığını bir daha hadisə yerindən göstərmiş və bu barədə fotocədvəllər tərtib olunaraq protokollara əlavə olunmuşdur. Cinayət işinin 182-186-ci vərəqində olan cinayət işi üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Alternativ ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 89 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, təqdim edilən 23 ədəd “Rexona” markalı təmizlik vasitəsinin qiyməti 115.00 manat, bir ədəd birində 40 ədəd olan 4 qutu “Tenera” uşaq bezinin qiyməti 48.00 manat, hər birində 46 ədəd olan 2 qutu “ Tenera” markalı uşaq bezlərinin qiməti 28.00 manat, birinin içərisində 48 ədəd olan 1 qutu “Sleepy” markalı uşaq bezinin qiyməti 15.00 manat, birinin içərisində 48 ədəd olan bir qutu “Leylək” markalı uşaq bezinin qiyməti 14.00 manat, birinin içərisində 56 ədəd olan bir qutu “Slipers” markalı uşaq bezlərinin isə oğurlandığı 2023-cü ilin mart ayına olan orta bazar qiyməti 17.00 manat, ümumilikdə dəyəri isə 237.00 manat məbləğində müəyyən edilir. Cinayət işinin 190-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs Məmməd oğlu tərəfindən notarial qaydada təsdiq edilmiş 12 mart 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödədiyi üçün onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmamasını bildirmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X1 “sol ayaq İ barmağın amputasiyasından sonrakı vəziyyət. Pəncənin fleqmonası. Diabetik makroangiopatiya. Şəkərli diabet” diaqnozu qoyulmuşdur və “Sol ayağın transtibial amputasiyası” əməliyyatı icra olunmuşdur. Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur rayon Püsyan kənd İ.Ə.D nümayəndəliyi verilmiş AZ-İİ seriyalı 334736 nömrəli, xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X2 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 avqust 2009-cu il tarixdə 33 sayla qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X3 qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayonu Qeydiyyat şöbəsi verilmiş AZ-İİ seriyalı 722172 nömrəli, xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 13 avqust 2011-cu il tarixdə 2529 sayla qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X3 qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs tərəfindən oğlu oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,381 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin şikayəti və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmamış 2 uşağının olmasını, atasının ağır xəstə olmasını və atasına baxan yeganə şəxsin məhz o olmasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəzanın təyin edilməsinin xahişini cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildilməsini məqsədə uyuğun sayır. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin şikayəti və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmamış 2 uşağının olmasını, atasının ağır xəstə olmasını və atasına baxan yeganə şəxsin məhz o olmasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəzanın təyin edilməsinin xahişinə görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 28 aprel 2023-cü il tarixdən 30 aprel 2023-cü il tarixədək 2 (iki) gün müddət və həbsdə saxlanıldığı 26 may 2023-cü il tarixdən 18 mart 2024-cü il tarixədək olan 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddət, ümumilikdə 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 28 aprel 2023-cü il tarixdən 30 aprel 2023-cü il tarixədək 2 (iki) gün müddət və həbsdə saxlanıldığı 26 may 2023-cü il tarixdən 18 mart 2024-cü il tarixədək olan 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddət, ümumilikdə 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə, 01 il 07 ay 16 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 1,181 qram narkotik vasitə olan-heroin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-87/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-87/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver