Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-88/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkilli Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, “Hümbətov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-1 azyaşlı uşaq atası, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 102-də qeydiyyatda olmaqla yaşamış, xx.xx.2019-cu ildən həbsdə olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “xxxxx” Elmi-İstehsalat müəssisəsində çilingər işləmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, G. Əsədov küçəsi ev 3/5-də qeydiyyatda olmaqla yaşamış, xx.xx.2019-cu ildən həbsdə olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə, xx.xx.1971-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-yetkinlik yaşına çatmış 2 uşaq atası, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “xxxxx” Elmi-İstehsalat müəssisəsində çilingər işləmiş, Saatlı rayonu, Potubəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsi ev 15-də yaşamış, xx.xx.2019-cu ildən həbsdə olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirləndirilmələri barədə olan cinayət işinə baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs1, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edə biləcəyi “Zəfər” modelli tapançaya sonuncunun daraq və patronlar tapdıqdan sonra sataraq qazancı aralarında bölmək barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yaralı olan, 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, “Zəfər” modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir ədəd darağı və zavod üsulu ilə 2011-ci ildə Azərbaycan Dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 9x19 mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən 08 ədəd patronları qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin daraq və patronları qanunsuz olaraq əldə etdiyi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “xxxxx” X2 istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu silah hesab edilən, nömrəsi silinmiş “Zəfər” modelli tapançaya yerləşdirərək qabaqcadan əlbir olan bir qrup halında qanunsuz olaraq həmin odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını əldə edib, daşıyaraq, gizlətməklə saxlamışlar. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz olaraq əldə etdiyi texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu silah hesab edilən, nömrəsi silinmiş, üzərində 08 ədəd patronu olan “Zəfər” modelli tapançanı 2019-cu il noyabr ayının ortalarında tanışı X6 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15 ünvanına daşıyaraq, binanın giriş hissəsində 700 manata satmış, əldə olunan pulu aralarında olan razılaşmaya əsasən Cümşüd Məmmədova vermişdir. Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə etdiyi texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu silah hesab edilən, nömrəsi silinmiş, üzərində 08 ədəd patronu olan “Zəfər” modelli tapançanı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 102 ünvanına qanunsuz daşıyaraq, mənzilin mətbəxində yerləşən şkafda gizlədərək, saxlamış, xx.xx.2019-cu il saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Baş X1 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əldə edilərək, daşınmaqla saxlanılan bir ədəd texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu silah hesab edilən, nömrəsi silinmiş, üzərində 08 ədəd patronu olan “Zəfər” modelli tapança əldə edilərək, götürülmüşlər. Qeyd edilən cinayət əməlini törətmələri, Təqsirləndirilən şəxs2 etiraf etməsə də, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 etiraf ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə deyil 228.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “xxxxx” X2 bir yerdə işlədiklərinə görə, Təqsirləndirilən şəxs3 isə hadisədən təxminən bir il əvvəldən dostları vasitəsi ilə tanımış, normal münasibətləri olmuşdur. Həqiqətən də 2019-cu il noyabr ayının ortalarında Təqsirləndirilən şəxs3 700 manata üzərində 8 ədəd patronu olan bir ədəd “Zəfər” tapançası satmış, aldığı 700 manat pulu Təqsirləndirilən şəxs2 borcu olduğuna görə vermişdir. Həmin silahı, üzərində olan daraq və patronları özü əldə etmişdir. Belə ki, 2019-cu ilin yay aylarında Babəklə görüşərkən söhbət zamanı Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində işlədiyin bildiyindən odlu silah tapmağı xahiş etmiş, o da silahı olmadığını, tapa bilərsə bu barədə ona bildirəcəyini demişdir. Bu söhbətdən bir qədər sonra yaşadığı evin yaxınlığında olan dayanacaqda olarkən, tanışlardan birinin toy məclisində tanış olduğu Məmməd adlı şəxs yaxınlaşaraq salamlaşmış, Müdafiə Sənayesi Nazirliyində işlədiyini bildiyindən, üzərində darağı və patronu olan “Zəfər” silahı olmasını deyib, nə etməsini soruşmuş, qorxduğuna görə silahı özündən kənarlaşdırmaq istədiyini bildirmişdir. Bu barədə ona konkret cavab verməsə də, ondan cavab gözləməsini deyib, bir-birlərinə telefon nömrələrini vermişlər. Məmməd telefon nömrəsini verərkən, telefonun ancaq WhatsApp-nın işlədiyini bildirib, WhatsApp vasitəsi ilə zəng etməsini demiş, hazırda isə həmin nömrəni bilmir. Bu məlumatdan sonra təkrar Babəklə əlaqə saxlayaraq silahı almaq istəyib-istəmədiyin soruşmuş, o da almaq istədiyini bildirdiyindən WhatsApp vasitəsi ilə Məmmədlə əlaqə saxlamış, 2019-cu il noyabr ayının əvvəllərində evlərinin yaxınlığında “Zəfər” markalı silahı üzərində daraq və 8 ədəd patronla birlikdə Məmməddən qəbul etmişdir. Həmin vaxt Məmməd silahı nə edəcəyini soruşmuş, o da zavoda təhvil verəcəyini bildirmişdir. Silahı aldıqdan sonra baxarkən işlək vəziyyətdə olmasını, üzərində olan nömrənin silindiyini görmüş, silahı yaşadığı evə gətirərək həyətdə yerləşən tualetin arxa hissəsində gizlətmiş, bundan sonra Babəkə zəng edərək görüşmək istədiyini demiş və razılığa əsasən evlərinin yanında görüşmüşlər. Babəkə bildirmişdir ki, bir ədəd silah və 8 ədəd patronu 1200 manata tapa bilər. O da razılaşdığından 2019-cu il noyabr ayının ortalarında silahı alıbalmayacağını dəqiqləşdirmək məqsədilə yenə də Babəkə zəng etmiş, Babək silahla birlikdə evlərinin yanına gəlməsini dediyindən, silahı da götürərək getmiş və binanın blokunda görüşmüşlər. Babək cəmi 700 manatı olmasını, qalan pulu düzəldə bilmədiyini demiş, o da problem olmadığını bildirərək 700 manatı alaraq üzərində 8 ədəd patronu olan silahı Babəkə vermişdir. Səhəri işdə olarkən borcu olduğuna görə 700 manatı Cəmşidə vermişdir. Silah barədə Cəmşidin məlumatı olmamış, ibtidai istintaq zamanı verdiyi ifadələrində silah üçün daraq və 8 ədəd patronun Cəmşid tərəfindən verilməsini düzgün göstərməmiş, həmin ifadələri təzyiq altında vermişdir. Ona əməliyyatçılar tərəfindən fiziki təzyiq deyil, psixi təzyiq göstərilmiş, həmin təzyiqin hansı əməliyyatçı tərəfindən edilməsini xatırlamır. İfadələrini müdafiəçinin iştirakı ilə müstəntiq alsa da psixi təzyiqin təsiri altında nə yazılmasını bilməmişdir. Məhkəmə baxışı zamanı əməliyyatın keçirilməsində iştirak etmiş polis əməkdaşları dindirildikdən sonra Təqsirləndirilən şəxs1 ifadəsini düzgün vermədiyini bildirərək göstərmişdir ki, silahı Məmməd adlı tanışından alsa da silahın üzərində daraq və patronu olmamışdır. Həmin silahı satmaq istədiyinə görə işdə olarkən Cəmşidlə görüşüb bu barədə ona bildirmiş, o da əgər alıcı taparsa, silaha daraq və 8 ədəd patron tapa bilməsini demişdir. Cəmşidə silahı almaq istəyən bir nəfər etibarlı adamın olmasını, həmin şəxsin ona silah almaq istədiyini bildirməsini demiş, Cəmşid həmin şəxsin kim olmasını soruşduqda, tanışı olduğunu demişdir. Söhbət zamanı Cəmşidə bildirmişdir ki, əgər patron və daraq taparsa, silahı satdıqdan sonra, ona əvvəldən olan 300 manat borcunu qaytaracaq, qalmış pulu isə aralarında böləcəklər. Bu söhbətdən təxminən iki ay sonra Cəmşid ona silah üçün daraq və 8 ədəd patron tapdığını bildirdiyindən Məmmədə zəng edərək silahı gətirməsini demiş, Məmməd 2019-cu il noyabr ayının əvvəllərində evlərinin yaxınlığına gələrək üzərində daraq və patronu olmayan “Zəfər” markalı silahı ona verib nə edəcəyini soruşduqda, silahı işlədiyi zavoda təhvil verəcəyini demişdir. Silahı aldıqdan sonra baxarkən işlək vəziyyətdə olmasını, üzərində olan nömrəsinin silindiyini, həqiqətən də üzərində darağının olmadığını görmüşdür. Silahı yaşadığı evə gətirərək həyətdə yerləşən tualetin arxa hissəsində gizlətmiş, bir gündən sonra evlərinin yaxınlığında Cəmşidlə görüşmüş, gətirdiyi bir ədəd daraq və 8 ədəd patronu Cəmşid silaha yerləşdirərək silahı ona vermiş, o da silahı yenidən evlərinə apararaq əvvəlki yerində gizlətmişdir. Bundan sonra Babəkə zəng edərək görüşmək istədiyini bildirmiş, razılığa əsasən evlərinin yanında görüşmüşlər. Babəkə bildirmişdir ki, bir ədəd silah və 8 ədəd patronu 1200 manata tapa bilər. 2019-cu il noyabr ayının ortalarında silahı alıb-almayacağını dəqiqləşdirmək məqsədilə Babəkə zəng etmiş, o da silahla birlikdə evlərinin yanına gəlməsini dediyindən, silahı götürərək evlərinin yanına getmiş və binanın blokunda görüşmüşdür. Babək cəmi 700 manatı olmasını, qalan pulu düzəldə bilmədiyini bildirmiş, o da problem olmadığını deyərək 700 manatı alıb üzərində 8 ədəd patronu olan silahı Babəkə vermişdir. Səhəri işdə olarkən silahı 700 manata satmasını Cəmşidə demiş, o da pula ehtiyacı olduğundan həmin pulun hamısının ona verilməsini bildirdiyindən, 400 manat daraq və patronu tapdığına görə, 300 manat isə əvvəldən borcu olduğundan 700 manatın hamısını vermişdir. Polis tərəfindən dəvət olunarkən bilmişdir ki, satmış olduğu silah Babəkdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunan ilkin ifadələrində silahı 2019-cu ilin mart ayında məhvetməyə gətirilən silahların saxlandığı anbarda yerdən tapdığını, silahın Cəmşid tərəfindən təmir olunmasını düzgün göstərməmişdir. Silah işlək vəziyyətdə olmuş, sadəcə olaraq Cəmşidlə razılaşmış, o daraq və 8 ədəd patron tapmış və silahı 700 manata sataraq pulun hamısını Cəmşidə vermişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməmiş, törətmiş olduğu cinayətə görə peşman olmuşdur. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 tanımamış, Təqsirləndirilən şəxs1 isə Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin, “xxxxx” X2 bir yerdə işlədiyinə görə tanımış, normal münasibətləri olmuşdur. 2019-cu ilin yay aylarında işdə olarkən Təqsirləndirilən şəxs1 yaxınlaşıb, ona “Zəfər” modelli silah üçün daraq və patron lazım olmasını bildirmiş, lakin bunların nə üçün lazım olmasını, neçə ədəd patron lazım olmasını deməmişdir. Gündüzdən bunları nə üçün istədiyini soruşduqda isə, o məhvetməyə gələn silahları yoxlamaq üçün lazım olmasını bildirmişdir. Bunların müəssisədə olan məhv etmə anbarından tapmağın mümkün olmasını bildirdiyindən, Gündüz də gedib məhvetmə anbarından daraq və 8 ədəd patron götürmüşdür. 2019-cu ilin oktyabr ayının ortalarında Gündüz ona yaxınlaşaraq 700 manat pul vermişdir ki, həmin pulun 300 manatı Gündüzün ona olan borcu olmuş, 400 manatını isə xəstə olduğuna görə Gündüzdən borc almışdır. Gündüzdə “Zəfər” markalı silah olmasından xəbəri olmamış, Gündüzə daraq və patronlar verməmiş, sadəcə haradan əldə edə bilməsini demişdir. Polisə dəvət olunarkən bilmişdir ki, Gündüz silah satmış, buna görə də silahı alan şəxs və Gündüz saxlanmışdır. İstifadəsində olan telefonun WhatsAppı vasitəsi ilə Gündüzlə yazışmış, yazışma güllə deyil daraqla bağlı olmuşdur. Heç bir günahı olmadan saxlandığına görə bəraət verilməsini xahiş edir. Məhkəmədə tədqiq olunan ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində isə Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 2019-cu ilin mart ayında iş yoldaşı Gündüz yaxınlaşaraq əlində olan silahı göstərib, təmir edilməli olmasını bildirmiş, o da həmin silahın “Zəfər” silahı olub gəzdirməyin təhlükəli olmasını demişdir. Silahı təmir edərsə ona olan 300 manat borcunu və təmirə görə 400 manat olmaqla 700 manat verəcəyini bildirdiyindən razılaşaraq silahı təmir etmiş, silahın daraq və patronu olmadığından bir ədəd daraq və 8 ədəd patron taparaq Gündüzə vermişdir. Təxminən noyabr ayının ortalarında Gündüz ona yaxınlaşaraq silahı satdığını bildirib, 300 manat borcuna görə, 400 manat isə zəhmət haqqı olmaqla 700 manat vermişdir. Həmin ifadə ilə bağlı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ibtidai istintaq zamanı ona heç bir fiziki və psixi təzyiq göstərilməmiş, ifadəsini oxumadan imzalamış, nə yazılmasını bilməmiş, müstəntiq Gündüzün ifadəsinə uyğun olaraq onun da ifadəsini yazmışdır. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Cümşüd Məmmədovu tanımamış, Təqsirləndirilən şəxs1 isə tanımış və normal münasibətləri olmuşdur. Özü üçün odlu silah əldə etmək fikrinə düşdüyündən, tanışı Gündüzün isə Müdafiə Sənayesi Nazirliyində işlədiyini bildiyindən bu barədə ona müraciət edərək silah əldə etmək istədiyini demişdir. Gündüz əvvəlcə silahı olmadığını bildirsə də, sonradan silah tapacağını və 1200 manata satacağını demiş, razılığa gəlmişlər. 2019-cu ilin noyabr ayının ortalarında Gündüz silah tapdığını bildirdiyinə görə razılaşaraq 700 manat ödəyib “Zəfər” modelli silahı, üzərində olan 8 ədəd patronla birlikdə alaraq yaşadığı mənzildə mətbəxdə şkafın içərisinə qoyaraq saxlamışdır. xx.xx.2019-cu ildə saat 23 radələrində polis əməkdaşları gələrək, evdə qanunsuz odlu silah saxlamasını bildirib, baxış keçirərək mətbəxdən üzərində 8 ədəd patron olan silahı aşkar edərək götürmüş və polisə gedərək bu barədə protokol tərtib etmişlər. İlkin ifadəsində atası Azərbaycanda olmadığına görə silahın onun tərəfindən verildiyini bildirsə də, sonradan polis əməkdaşlarının Gündüzü də polisə gətirdiklərini, Gündüzün silahı ona satmasını etiraf etməsini bilib o da düzünü bildirərək silahı 700 manata Gündüzdən aldığını demişdir. Sonradan bilmişdir ki, silahın üzərində olan 8 ədəd patron və darağı Təqsirləndirilən şəxs2 vermişdir. Törətmiş olduğu cinayət hadisəsinə görə peşman olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edərək yaşadığı ünvanda saxlamasına dair əməliyyat məlumatı daxil olmuş, xx.xx.2019-cu il tarixli qərarla təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yaradılmış əməliyyat qrupu həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 15, mənzil 102 ünvana gəlinmiş, qapını açan Təqsirləndirilən şəxs3 özlərini təqdim edib, qanunsuz odlu silah saxlamasına dair məlumatları olduğundan evdə axtarış edəcəklərini bildirmişlər. Babək axtarışın aparılmasına etiraz etməmiş, bu barədə yazılı ərizəsini vermiş, ona təklif olunmuşdur ki, mənzildə odlu silah, döyüş sursatı varsa təqdim etsin. O da evdə üzərində 8 ədəd patronu olan bir ədəd tapança olmasını etiraf etmiş, mənzilə baxış keçirilərkən mətbəxdə şkafın içərisindən göy rəngli sellofan torbada üzərində 8 ədəd patronu olan, bir ədəd üzərində “Zəfər” və “Made in Azerbaijan” sözləri yazılmış, nömrəsi silinmiş tapança aşkar edilərək götürülmüşdür. Baxış zamanı mənzildən Babəkə məxsus bir ədəd mobil telefon da götürülmüşdür. Sorğu zamanı Babək aşkar edilmiş silah və patronları Hövsan qəsəbəsində olan zavodun yaxınlığından 4-5 gün əvvəl tapdığını, tapança üçün qabı isə sonradan internet vasitəsi ilə sifariş edərək 7 manata almasını bildirmişdir. Orada aşkar edilmiş əşyalar qablaşdırılaraq, möhürlənib götürülmüş, baxış video çəkiliş aparılmaqla həyata keçirilmişdir. Həmin evdə protokolun yazılması üçün şərait olmadığından Baş İdarəyə gəlinərək, müdafiəçi dəvət olunub protokol tərtib olunmuş, heç bir narazılıq olmadan iştirakçılar tərəfindən imzalanmışdır. Protokol tərtib olunarkən Təqsirləndirilən şəxs3 silahın əldə edilmə mənbəyi ilə bağlı düzgün məlumat vermədiyini bildirərək, həmin silahın 20-25 gün əvvəl hazırda Ukraynada olan atası Yaşar tərəfindən ona verildiyini bildirmişdir. Buna baxmayaraq əməliyyat tədbirləri davam etdirilmiş və aydın olmuşdur ki, silahı Təqsirləndirilən şəxs1 pulla almışdır. Təqsirləndirilən şəxs1 silahı əldə etmiş, silahın darağını və 8 ədəd patronu isə Təqsirləndirilən şəxs2 taparaq Gündüzə vermiş, bundan sonra Gündüz silahı sataraq pulunu Cümşüdə vermişdir. Əməliyyat tədbirləri keçirilərkən heç kimə fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Mirzamin oğlu və Şahid3 da ifadələrində Şahid1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası DİN BMCMİ-nin baş əməliyyat müvəkkilinin xx.xx.2019-cu il tarixli raportundan, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarından, BMCMİ-nin Ə46-007-19 saylı əmrindən aydın olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 15, mənzil 102-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edərək yaşadığı ünvanda saxladığından əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış və 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə tədqiq olunan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarı qanuni hesab edilsin. Məhkəmədə tədqiq olunan, Təqsirləndirilən şəxs3 BMCMİ-nin ünvanına yazdığı xx.xx.2019-cu il tarixli ərizəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 15, mənzil 102 saylı mənzilə baxış keçirilməsinə etiraz etmir. Məhkəmədə tədqiq olunan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” olan xx.xx.2019-cu il tarixli protokolda göstərilmişdir ki, DİN BMCMİ-nin əməkdaşları xx.xx.2019-cu ildə saat 23 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı ünvana gedərək özlərini təqdim edib, ona qanunsuz olaraq odlu silah və döyüş sursatları saxlamada şübhəli olduğunu bildirib, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış edərək mənzilə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs3 baxış keçirilməsinə etirazı olmadığını bildirərək, bu barədə yazılı ərizə təqdim etmiş, ona üzərində və ya mənzildə odlu silah və döyüş sursatı varsa təqdim etməsi bildirilmiş, o da yaşadığı mənzildə üzərində 8 ədəd patronu olan bir ədəd odlu silah olan tapança olmasını bildirmişdir. Mənzilə baxış keçirilmiş, mətbəx otağında olan şkafdan, göy rəngli sellofana bükülmüş üzərində “Zəfər”, “9x19mm” və “Made in Azərbaijan” sözləri yazılmış, nömrəsi silinmiş, 8 ədəd patronu olan bir ədəd tapança və tapança qabı, Babək Səlimova məxsus bir ədəd “Hauwei” markalı mobil telefon aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs3 bildirmişdir ki, mənzildən aşkar edilmiş üzərində 8 ədəd patronu olan bir ədəd “Zəfər” modelli tapançanı 4-5 gün əvvəl Hövsan qəsəbəsinin ərazisində yerləşən, hazırda fəaliyyət göstərməyən zavodun ərazisindən tapmış, tapançanın qabını isə internet vasitəsi ilə 7 dollara almışdır. Baxış keçirilərkən “Sony” markalı videokameradan istifadə edilməklə çəkiliş aparılmış, iştirakçılar tərəfindən narazılıq daxil olmamışdır. Baxış zamanı müvafiq sənədləşmənin aparılmasına şərait olmadığından iştirakçılar BMCMİ-nə gəlmiş, Təqsirləndirilən şəxs3 şübhəli olduğundan müdafiəçi dəvət olunmuş, xx.xx.2019-cu il tarixdə saat 01:50-dən 02:25-dək protokol tərtib olunmuş, iştirakçılar tərəfindən etiraz bildirilmədən protokol imzalanmışdır. Protokol tərtib olunduqda Təqsirləndirilən şəxs3 bildirmişdir ki, aşkar edilmiş üzərində 8 ədəd patronu olan bir ədəd “Zəfər” modelli silahı işləməyən zavodun ərazisindən tapmamış, 20-25 gün əvvəl atası Yaşar Seyidov tərəfindən verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 yaşadığı mənzilə baxış keçirilərkən videokamera vasitəsi ilə aparılmış çəkilişə baxış keçirilmiş, protokolda qeyd olunanlar bir daha təsdiqini tapmışdır. Məhkəmədə tədqiq olunan DİN BMCMİ-nin baş əməliyyat müvəkkilinin xx.xx.2019cu il tarixli raportunda göstərilmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs3 yaşadığı mənzildən içərisində 08 ədəd patron olan bir ədəd Zəfər tapançası aşkar edildikdən sonra, həmin silahın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri aparılmışdır. Müəyyən olunmuşdur ki, odlu silahı və ona məxsus döyüş sursatlarını Təqsirləndirilən şəxs3 vermiş şəxs, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxx” Elmi-İstehsalat Müəssisəsində çilingər işləyən, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs1, qeyd olunan odlu silaha məxsus darağın və patronların əldə olunmasını təşkil etməklə həmin cinayətin törədilməsində Təqsirləndirilən şəxs1 yaxından köməklik göstərmiş şəxs isə, sonuncu ilə birlikdə həmin müəssisədə çalışan xx.xx.1971-ci il tarixdə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2dur. Azərbaycan Respublikası DİN BMCMİ-nin əməliyyat tapşırığına verdiyi xx.xx.2020ci il tarixli cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilmiş 01 ədəd “Zəfər” modelli tapançanı, içərisində olan 01 ədəd daraq və 08 ədəd patronu Təqsirləndirilən şəxs1 satmışdır. Satılmış tapança Təqsirləndirilən şəxs1 özü tərəfindən əldə olunmuş, daraq və patronları isə sonuncuya Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin odlu silah, komplekt hissəsi və döyüş sursatlarını haradan, necə və hansı şəraitdə əldə etmələri, həmin silah-sursatı təmir etmələrinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Məhkəmədə tədqiq olunan “Üfüq” İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli 35/87 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu ildən işə qəbul edilərək müxtəlif işlərdə, son olaraq 4-cü dərəcəli yığım çilingəri işləmiş, xx.xx.2019-cu ildə işdən azad edilmiş, Təqsirləndirilən şəxs2 xx.xx.2009-cu ildən mülki işçi kimi işə götürülmüş, müxtəlif işlərdə işləmiş, son olaraq 6-cı dərəcəli yığım çilingəri işləmiş, xx.xx.2019-cu ildə xahişi ilə işdən azad edilmişdir. “xxxxx” X3 Nizamnaməsinin 3.2.1 və 2.1 bəndlərində müəssisənin fəaliyyət istiqamətlərində hərbi sursatların (patronların) istehsalı, təmiri və məhv edilməsi nəzərdə tutulmamış və müəssisədə heç vaxt hərbi sursat olmamışdır. Müəssisədə təmir olunmuş silahlar sifarişçilərin atəş poliqonunda hərbi hissənin heyəti və sursatı ilə sınaqdan keçirilir. Məhv olunmağa təqdim edilmiş “Zəfər” tapançalarının heç birinin darağı olmamışdır. Qüsur aktının tərtibi vaxtı, məhv edilmədən əvvəl fotolar çəkilir. 2019-cu ildə “xxxxx” X5 təmirə və məhv etməyə “Zəfər” və “Zəfər-K” tapançaları təqdim edilməmişdir. Məhkəmədə tədqiq olunan “Məhkəmə-ballistik” ekspertizasının xx.xx.2019-cu il tarixli 19/458R saylı rəyindən və foto şəkillərdən aydın olur ki, tədqiqata təqdim edilmiş bir ədəd nömrəsi silinmiş silah Azərbaycan Dövlətində, xxxxx EİM-də istehsal olunmuş 9 mm kalibrli Zəfər modelli tapançadır, yəni yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Zəfər modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə 2011-ci ildə Azərbaycan Dövlətində istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Təqdim edilmiş 08 ədəd 9x19 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2020-ci il tarixli 2113 saylı arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına əsasən xəstəxanada müalicədə olmamışlar. Məhkəmədə tədqiq olunan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən aydın olur ki, Təqsirləndirilən şəxs3 ailəli olmaqla, himayəsində xx.xx.2013cü ildə anadan olmuş bir az yaşlı övladı vardır. Bakı şəhəri 103 saylı MKİS-nin təqdim etdiyi xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 ali məktəbi bitirib, hərbi xidmətdə olub, yaşadığı müddətdə barəsində heç bir şikayət olmayıb. Cinayət işində olan Ə 009903 saylı vəsiqənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs2 Qarabağ müharibəsi iştirakçısı olmaqla İİİ qrup əlildir. Saatlı rayon İHB-nin Əlisoltanlı kənd icra nümayəndəsinin təqdim etdiyi xx.xx.2019cu il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 ərazidə yaşadığı müddətdə kənd sakinləri, qonşularla münasibəti yaxşı olmuş, ictimai tədbirlərdə fəal iştirak etmiş, böyük-kiçiyin yerini bilmiş, iki övladı vardır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “xxxxx” X3 verdiyi xx.xx.2018-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 işlədiyi müddətdə özünü bilikli, öz işinə məsuliyyətlə yanaşan işçi kimi göstərə bilmiş, ona verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Kollektivin ictimai həyatında fəal iştirak edir, hər zaman yeniliklərə can atır, özünün ideya və mənəvi səviyyəsinin yüksəldilməsi üzərində çalışır. İşgüzarlığı, özünə qarşı tələbkarlığı və səmimi davranışı ilə kollektivin hörmətini qazanmışdır. Ölkəmizin müdafiə qüdrətinin artmasında xüsusi rolu olmuşdur. Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2020-ci il tarixli xasiyyətnamədə isə göstərilir ki, Təqsirləndirilən şəxs2 istintaq təcridxanasında saxlandığı müddətdə təcridxananın daxili rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlandığı müddət ərzində rəhbərlik tərəfindən iki dəfə həvəsləndirilərək “təşəkkür” elan olunmuşdur. Suraxanı rayon Hövsan qəsəbə İƏD üzrə nümayəndənin xx.xx.2020-ci il tarixli 733 saylı arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ailəsi atası və anasından ibarətdir. Suraxanı rayon Hövsan qəsəbə İƏD üzrə nümayəndənin verdiyi xx.xx.2020-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 qəsəbədə yaşadığı müddətdə haqqında şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən aydın olur ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamış, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə olan cinayət işi xx.xx.1993-cü ildə məhkəməyə göndərilmiş, xx.xx.2004-cü ildə isə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. Cinayət işində olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” və xx.xx.2020-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərarlardan aydın olur ki, “Məmməd” adlı şəxsin müəyyən edilməsi, odlu silahın, onun komplekt hissəsinin və döyüş sursatlarının əldə olunması, daşınması və saxlanması xüsusatına görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Həmin qərarla bir ədəd “Zəfər” modelli nömrəsi silinmiş tapança, məhkəmə-ballistik ekspertizadan sonra qalıq qalmış 05 ədəd 9x19 mm kalibrli patron, bir ədəd tapança qabı maddi sübut kimi tanınaraq BMCMİ-nin saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs3 yaşadığı mənzilə baxış keçirilərkən aparılmış video çəkilişin yazıldığı bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir, Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı ifadəsində özünü təqsirli bilməyərək silahdan, onun satılmasından xəbəri olmadığını, silah üçün daraq və 8 ədəd patronun onun tərəfindən Gündüzə verilmədiyini göstərmişdir ki, məhkəmə həmin ifadəyə özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirildikdən sonra öz xətti ilə “ifadəsini oxumasını, doğru yazıldığını və imzası ilə təsdiq etdiyini” qeyd edərək protokolu imzalamış və həmin ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında iş yoldaşı Gündüz yaxınlaşaraq əlində olan silahı göstərmiş, həmin silahın “Zəfər” silahı olmasını görüb bu silahı gəzdirməyin təhlükəli olmasını demiş, silahın daraq və patronu olmadığından bir ədəd daraq və 8 ədəd patron taparaq Gündüzə vermiş, təxminən noyabr ayının ortalarında Gündüz ona yaxınlaşaraq silahı satdığını bildirib, 300 manat borcuna görə, 400 manat isə zəhmət haqqı olmaqla 700 manatı ona vermişdir. Həmçinin istər ibtidai istintaq və istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ifadələrində göstərmişdir ki, silahı əldə etdikdən sonra satmaq qərarına gəlmiş, üzərində daraq və patronu olmadığından bu barədə Təqsirləndirilən şəxs2 bildirmişdir. Təqsirləndirilən şəxs2 daraq və 8 ədəd patron taparaq bu barədə ona bildirmiş, o da silahla birlikdə Cəmşidin yanına getmiş, Cəmşid daraq və patronları silaha yerləşdirərək ona vermişdir. Cəmşidin silahın satılmasından xəbəri olmuş, bu məqsədlə daraq və patron tapmış, silahı satdıqdan sonra əldə etdiyi 700 manatı, 300 manat borcuna görə, 400 manat isə daraq və patron tapdığına görə Cəmşidə vermişdir. Beləliklə də, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228,1-ci maddəsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri kifayət qədər sübuta yetirildiyindən təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlini etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət hadisəsi törətməsini, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yaşlı ata və anasının olmasını, ilk dəfə cinayət hadisəsi törətməsini, Təqsirləndirilən şəxs2 Qarabağ müharibəsi iştirakçısı olmaqla İİİ qrup əlil olmasını, ailəli olmaqla 2 övladının olmasını, yaşayış yeri, iş yeri və istintaq izolyatoru tərəfindən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunsa da məhkumluğun ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə olan cinayət işi xx.xx.1993-cü ildə məhkəməyə göndərilmiş, xx.xx.2004-cü ildə isə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və cəzalarını çəkib qurtardığından Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluq ödənilmişdir. Həmin Məcəllənin 83.6-cı maddəsində göstərilir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət hadisəsi törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf edərək peşman olmasını bildirməsini, himayəsində 01 azyaşlı övladı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi qiymətləndirərək hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228,1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməklə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət hadisəsi törədərək cinayət əməlini etiraf edib peşman olmasını bildirməsini, himayəsində yaşlı ata və anasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs2 Qarabağ müharibəsi iştirakçısı olub 3-cü qrup əlil olmasını, yaşayış, iş yeri və istintaq izolyatoru tərəfindən müsbət xarakterizə olunmasını, ailəli olmaqla 2 övladı olmasını cəzanı yüngülləşdirən müstəsna hallar kimi qiymətləndirərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməklə cəzanın məqsədinə nail olmaq olar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə xx.xx.2019-cu il tarixdən şübhəli şəxs kimi saxlandığından və ibtidai istintaq zamanı barələrində həbs qətimkan tədbiri seçildiyindən Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən onların həbsdə saxlanması müddəti məhkəmə tərəfindən onlara təyin olunmuş cəza müddətinə daxil edilməli və hökm qanuni qüvvəsini alınadək barələrində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində göstərilir ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd “Zəfər” modelli silah, bir ədəd daraq, 05 ədəd patron və 01 ədəd tapança qabı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 yaşadığı mənzilə baxış keçirilərkən aparılmış video çəkilişin yazıldığı bir ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəsini ibtidai istintaq zamanı “Mərkəz” Vəkil Bürosunun vəkili X7, məhkəmə baxışı zamanı isə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkilli Müdafiəçi2 və Müdafiəçi1 həyata keçirdiyinə görə, 270 manat “Mərkəz” Vəkil Bürosunun hesabına, vəkil Müdafiəçi2 xidmətinə görə 144 manat, Müdafiəçi1 xidmətinə görə 84 manat olmaqla cəmi 228 manat Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx.xx.2019-cu ildən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd “Zəfər” modelli silah, bir ədəd daraq, 05 ədəd patron və 01 ədəd tapança qabı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilsin. Təqsirləndirilən şəxs3 yaşadığı mənzilə baxış keçirilərkən aparılmış video çəkilişin yazıldığı bir ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 müdafiəsini ibtidai istintaq zamanı “Mərkəz” Vəkil Bürosunun vəkili X7, məhkəmə baxışı zamanı isə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkilli Müdafiəçi2 və Müdafiəçi1 həyata keçirdiyinə görə, 270 manat “Mərkəz” Vəkil Bürosunun hesabına, vəkil Müdafiəçi2 xidmətinə görə 144 manat, Müdafiəçi1 xidmətinə görə 84 manat olmaqla cəmi 228 manat Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri, Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Kəramət Əliyev.
Məhkəmə qərarları › İş №1(010)-88/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-88/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver