Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-88/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, 03 oktyabr 2023-cü il tarixdə, saat 12:30-da, Bakı şəhərində, xx xxxxx 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylik kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 18 iyun 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqıqnda iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri, xx xxxxxx 1969-cu ildə Lerik rayonunun Rvarud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də təmizlikçi işləyən, məhkumluğu olmayan, Lerik Təngəbin kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 18 iyun 2022- ci il tarixdə barəsində başqa yerə getməmək haqıqnda iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, 15 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə qonşusu Zərərçəkmiş şəxs yükünü gətirən yük avtomobilinin onun evinin qarşısında saxlamasını bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli hərəkətlər edib ictimai yer hesab olunan küçədə sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edib səs-küy yaratdıqdan sonra yaranmış səs-küyə oraya yaxınlıqda olan kafedən şəxslər gəldikdə ilkin olaraq Təqsirləndirilən şəxs1 əlində olan daş parçasını silah qismində tətbiq edərək sifətinin sol tərəfinə zərbə endirmiş, Zərərçəkmiş şəxs huşunu itirmiş və yerə yıxılmış, həmin vaxt orada olan Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərini davam etdirərək özünün şəxsiyyətini sonuncunun fövqündə tutmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək əlindəki daş parçasını silah qismində tətbiq edərək yerdə olan Zərərçəkmiş şəxs sifətindən zərbə endirib sonuncuya sol almacıq sümüyünün alın çıxıntısının, sol almacıq qövsünün və alın sümüyünün sol göz yuvası damında sınıqları, sol qaşın əzilmiş yarası, sol gözətrafı yumşaq toxumaların hematoması və həmin gözün ağlı qişasına qansızması ilə nəticələnənən ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, 15 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə qonşusu Zərərçəkmiş şəxs yükünü gətirən yük avtomobilinin onun evinin qarşısında saxlamasını bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli hərəkətlər edib ictimai yer hesab olunan küçədə sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edib səs-küy yaratdıqdan sonra yaranmış səs-küyə oraya yaxınlıqda olan kafedən şəxslər gəldikdə ilkin olaraq Təqsirləndirilən şəxs1 əlində olan daş parçasını silah qismində tətbiq edərək sifətinin sol tərəfinə zərbə endirmiş, Zərərçəkmiş şəxs huşunu itirmiş və yerə yıxılmış, həmin vaxt orada olan Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərini davam etdirərək özünün şəxsiyyətini sonuncunun fövqündə tutmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək əlindəki daş parçasını silah qismində tətbiq edərək yerdə olan Zərərçəkmiş şəxs sifətindən zərbə endirib sonuncuya sol almacıq sümüyünün alın çıxıntısının, sol almacıq qövsünün və alın sümüyünün sol göz yuvası damında sınıqları, sol qaşın əzilmiş yarası, sol gözətrafı yumşaq toxumaların hematoması və həmin gözün ağlı qişasına qansızması ilə nəticələnənən ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onun qonşu kimi Kənan ilə münasibətləri həmişə normal oluşdur. 15 oktyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində onun yaşadığı evə yük gətirən maşının ona məxsus evin qapısının yanında dayandığını görüb evdən qapıya çıxaraq həmin avtomobilin sürücüsünə iradını bildirmiş və maşını onun evinin qapısının qarşısında yox, başqa yerdə saxlamasını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onu ucadan nəlayiq küçə söyüşləri ilə təhqir edərək əlində olan ağac parçası ilə onun üstünə gəlmiş və ani olaraq gözləmədiyi anda onun kürək nahiyyəsinə əlində olan ağac parçası ilə zərbə vurmuşdur. O, almış olduğu zərbədən yerə yıxılmış və qışqıraraq evdə olan həyat yoldaşını çağırmışdır. Həmin vaxt onun səs küyünə qonşuları gəlmişdir. Bundan sonra polis əməkdaşları hadisənin baş verdiyi yerə gəlmişlər. Onun vəziyyəti pis olduğundan həyat yoldaşı Təqsirləndirilən şəxs2 təcili tibbi yardıma zəng edərək həkim çağırmışdır. Bundan sonra təcili tibbi yardım avtomobili gələrək onu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün yaşadığı ev buraxılmışdır. Səhəri gün Suraxanı RPİ-nin 31-ci PB-nə gələrək Kənan tərəfindən döyülməyi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin vaxtı o, özündə olmadığından orada müxtəlif adamların yığışmasını görmüş, lakin konkret olaraq həmin adamların adları yadında qalmamışdır. Bu mübahisə və dava-dalaş təxminən 15 dəqiqə müddət davam etmişdir. Zərərçəkmiş şəxs istintaqa yalan ifadə vermiş, o və həyat yoldaşı Kənana heç bir bədən xəsarəti yetirməmişdir. Əksinə Kənan onu döyərək bədən xəsarəti yetirmişdir. O və həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməmiş, əksinə olaraq Kənan ona xəsarət yetirmişdir. Onun Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir şəxsi qərəzliyi və ya ədavəti olmamışdır. O və Kənanın konkret olaraq mübahisəsi və dava dalaş-dalaş onun qapısına gələn yük avtomobilinin onun yaşadığı evin qapısında saxlamasına görə baş vermişdir. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onların qonşusudur. Onun qonşu kimi Kənan ilə münasibətləri həmişə normal olmuşdur. 15 oktyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evin küçəsindən həyat yoldaşı Zahirin səsini eşitmiş və küçəyə çıxmışdır. Bu zaman Zahirin yerdə uzandığını görmüş və ona yaxınlaşıb nə baş verməsini soruşmuşdur. Həmin vaxtı Zahirin yanında Kənan dayanmışdır. O, Kənanın Zahiri vuraraq xəsarət yetirməsini başa düşmüşdür. O, Kənana nə üçün belə hərəkət etdiyini soruşmuş. Kənan isə ona heç bir söz demədən çıxıb getmişdir. Həyat yoldaşı Zahirin vəziyyəti pis olduğundan təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardım vasitəsilə Zahir 3 saylı şəhər kliniki xəstəxanasına aparılmışdır. Xəstəxanada Zahirə ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün evə buraxılmışdır. Kənan və Zahirin mübahisə etmələrini və dalaşmaqlarını görməmişdir. Zərərçəkmiş şəxs istintaqa yalan ifadə vermiş, o və həyat yoldaşı Kənana heç bir bədən xəsarəti yetirməmişdir. Onun Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir şəxsi qərəzliyi və ya ədavəti olmamışdır. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan xaric edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdıqlarına görə cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak etmiş, 2-ci Vətən müharibəsində güllə yarası ilə yaralanmış və 2-ci qrup əlillik dərəcəsi vardır. Təqsirləndirilən şəxs1 onun qonşusudur. Onun qonşu kimi Zahir ilə münasibətləri olmamışdır, belə ki, onun yaşadığı evin torpağı Zahir tərəfindən ona satılmışdır. Zahir ona həmin torpaq sahəsinin sənədlərinin ona verməsini söz versə də ona əməl etməmişdir. Buna görə də, onun Zahir ilə münasibəti olmamışdır. 15 oktyabr 2021-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı evə yük gətirən maşın məhəllədə dayandığından maşını nə üçün burada saxlamağı barədə öz iradını bildirmişdir. O, Zahirin yüksək səs ilə danışdığını eşidərək qonşusu Tahirə və bacısı oğlu Elmana biraz yavaş danışmasını, maşın yükü boşaltdıqdan sonra çıxıb gedəcəyini Zahirə deməsini bildirmişdir. Bir neçə dəqiqədən Zahirin yenidən nəlayiq söyüşlər ilə onu təhqir etməsini eşidərək ona yaxınlaşmış və nə üçün onun ünvanına təhqiramiz ifadələr işlətməsini demişdir. Zahir ona yaxşı edib onun ünvanına təhqiramiz ifadələr işlətdiyini demişdir. Bunu deyəndən sonra ani olaraq əlində olan daş parçası ilə onun sifət nahiyyəsinə vurmuşdur. Həmin vaxtı onun arvadı Anaxanım həyətdən çıxaraq mişar daşı ilə onun göz nahiyyəsinə zərbə vurmuşdur. O, almış olduğu zərbələrdən huşunu itirərək yerə yıxılmışdır. Özünə gələndə yanında təcili tibbi yardım maşınının olduğunu görmüşdür. Onun sifət nahiyyəsindən qan gəldiyindən təcili tibbi yardım avtomaşını ilə Bakı şəhər 3 saylı kliniki tibbi mərkəzə aparılmışdır. Həkimlər tərəfindən onun sol qaş nahiyyəsinə tikiş vurulmuşdur. Ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra müalicəsinin davam etdirilməsi üçün evə buraxılmışdır. Səhəri gün özünü pis hiss etdiyindən Zərifə Əliyeva adma Milli Oftalmologiya mərkəzinə və 1 saylı Klinlci Tibbi mərkəzə müraciət etmişdir. Zahirin və onun arvadı Anaxanım onu vuraraq xəsarət yetirmələri barədə Suraxanı RPİ-nin 31-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin vaxt ətrafda qonşusu Tahir, Arif, Nizami, Sultan və bacısı oğlu Elman orada olmuş və hadisənin hansı şəraitdə və necə baş verməsini konkret olaraq görmüşlər. Onların mübahisəsi və dalaşması təxminən 15 dəqiqə müddət davam etmişdir. Sonda o, təqsirləndirilən şəxslərlə barışdığını, sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmənin 27 dekabr 2022-ci il tarixli iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və X4 onun qonşularıdır və onların hər ikisi ilə də münasibətləri vardır. 15 oktyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evin küçəsində səs-küy səsləri eşidərək evdən küçəyə çıxmış və Kənan ilə Zaurun bir birilər ilə mübahisə etdiklərini görmüşdür. Onlara yaxınlaşanda Zaur əlində olan daş parçasını Kənanın sifət nahiyyəsinə vurmuşdur. Kənan almış olduğu zərbədən yerə yıxılmışdır. Sonra Zaurun arvadı Xanım yerdən daş parçasını götürərək Kənanın sol göz nahiyyəsinə zərbə ilə vurmuşdur. O və orada olan qonşuları Sultanağa, Arif, Sultan Zaur və onun arvadı Xanımı sakitləşdirərək Kənanın yanından uzaqlaşdırmışlar. Kənan almış olduğu zərbədən huşunu itirmiş və sonuncunun sifət nahiyəsindən qan gəlmişdir. Qonşulardan kimsə təcili tibbi yardıma zəng etmiş və bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomaşını gələrək Kənanın xəstəxanaya aparmışlar. Sonradan öyrənmişdir ki, Kənan ilə Zaur Kənanın evinə yük gətirən maşın məhəllədə dayandığı üçün mübahisə edib dalaşmışlar. Hadisə vaxtı ətrafda qonşular Arif, Sultanağa, Sultan və Kənanın bacısı oğlu Elman olmuşlar. Məhkəmənin 27 dekabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, sonuncular Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 1119 saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxsbədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol almacıq sümüyünün alın çıxıntısının, sol almacıq qövsünün və alın sümüyünün sol göz yuvası damında sınıqları, sol qaşın əzilmiş yarası, sol gözətrafı yumşaq toxumaların hematoması və həmin gözün ağlı qişasına qansızına. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının 14 fevral 2022-ci il tarixli T48/2022 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol almacıq sümüyünün alın çıxıntısının, sol almacıq qövsünün və alın sümüyünün sol gözyuvası damının sınıqları, sol qaşın əzilmiş yarası, sol gözətrafı yumşaq toxumaların hematoması və həmin gözün ağlı qişasına qansızına olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, şahidlər Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, şahidlər Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, şahidlər Şahid1 ilə Təqsirləndirilən şəxs1 oğunun arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirə zamanı Şahid1 ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, şahidlər Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirə zamanı Şahid1 ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 02 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə elan edilmiş ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-cü maddəsinə görə məhkəmə tərəflərin vəsatəti və yaxud öz təşəbbüsü ilə sübutların toplanılmasında iştirak edir, o cümlədən dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanımaya təqdim etmə və digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa az ağır zərər vurma” adlanan 127-ci maddəsinə görə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2.3-cü maddəsi eyni əməllərin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: "Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 6-cı bəndində deyilir: "Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək) Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” İstintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli olmaları nəticəsinə gəlsələr də, Məhkəmə hesab edir ki, onların hadisə zamanı qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini məhz xuliqanlıq niyyətindən çıxış edərək törətmələri, eləcə də özlərinin şəxsiyyətlərini digərlərinin fövqündə tutmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərmələri, belə niyyətin əlamətlərinin olması faktı mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bildiyi göstərilsə də, bu hələ onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi üçün kifayət deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmənın 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İş materiallarında olan və istintaq orqanının təqdim etdiyi sübutlardan açıq-aydın görünür ki, zərərçəkmiş şəxslə təqsirkar şəxslər arasında mübahisə məhz Zərərçəkmiş şəxs yükünü gətirən yük avtomobilinin təqsirləndirilən şəxslərin evinin qarşısında saxlaması ilə bağlı olmuşdur. Göründüyü kimi tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində, yəni aralarında baş vermiş pul haqqı-hesabı nəticəsində baş vermişdir. Belə münasibətlər zəminində baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi işin faktiki hallarına və tərəflərin münasibətlərinə uyğun olmamışdır. Bundan başqa, Məhkəmə təqsirkar şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunması üçün bütün zəruri elementlər mövcüd olmamışdır. Açıq-aydın görünür ki, hadisə təqsirləndirilən şəxslərinin evinin önündə baş vermiş olsa da, hadisə zamanı yalnız tərəflər özləri, yəni təqsirkar tərəflər və zərərçəkmiş tərəf olmuşdur, təqsirləndirilən şəxslərin qonşuları isə hadisəninin səsküyünə gəlmişlər. Hər hansı üçüncü şəxsin orada olması, hər hansı üçüncü şəxsin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi halları istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Göründüyü kimi, şəxsi münasibətlər zəminində tərəflər arasında ilkin olaraq sözlü mübahisə başlamaqla həmin mübahisə əsnasında davam edən yaranmış şəxsi münasibətlər zəminində zərərçəkmişin sağlamlığına az ağır zərərvurmaya səbəb olan xəsarət yetirilmişdir ki, göstərilən hallar məhkum edilmiş şəxslərin özlərinin şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyması, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsi, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə bu nəticəyə gələrkən təqsirkar şəxlərin zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirmək məqsədilə qəsdən münaqişə yaratmadıqlarını da nəzərə alır. Məhkəmə bu nəticəyə gələrkən qətiyyən təqsirkar şəxslərə qətiyyən haqq qazandırmağa, onların etdiyi cinayət əməlinə görə müdafiə etməyə çalışmır, sadəcə olaraq işin faktiki hallarının düzgün dəyərləndirilməsi, obyektiv və ədalətli nəticəyə gəlinməsi üçün göstərilən xususatları, əməlin tövsifi ilə bağlı həmin incə məqamları qeyd etməyi zəruri, həm də vəzifə borcu olduğunu qeyd edir. Qeyd edilənlərə əsasən məhkəmə belə yekun nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Gəlinmiş həmin nəticə tərəflər arasında real münasibətləri əks etdirmir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 37-ci bəndinə əsasən, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Odur ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan xaric edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, onların Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda Məhkəmənın iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 halhazırda zərərçəkmiş şəxslə barışmışdır. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs 27 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, sonuncunun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-88/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-88/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver