Məhkəmə qərarları › İş №1(010)-89/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-89/2020

27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-89/2020 27.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, hazırkı işlə bağlı 18 – xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulmuş və müstəntiqin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə barəsində başqa cinayət işi ilə əlaqədar əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə həbsdə saxlanılması müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılıb) və həmin qətimkan tədbiri ilə əlaqədar hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, yuxarıda göstərilən başqa cinayət işi ilə əlaqədar barəsində «həbs» növündə qətimkan tədbiri seçildiyi nəzərə alınaraq hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxx 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 01 – 02 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 15 ünvanında yerləşən 1 nömrəli mənzilin həyətyanı sahəsinə daş hasarın üzərindən aşaraq qanunsuz olaraq daxil olmuş, həyətdəki saxlanc yeri hesab olunan anbardan sonuncuya məxsus olan bir ədəd 1.680 manat dəyərində perforatoru, 02 ədəd 350 manat dəyərində vibratoru, 02 ədəd 300 manat dəyərində mişarı, bir ədəd 150 manat dəyərində laqondanı, bir ədəd 150 manat dəyərində samovarı və ümumi dəyəri 370 manat təşkil edən mis naqilləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 3.000 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci ildə saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 13 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsinə daş hasarın üzərindən aşaraq qanunsuz olaraq daxil olmuş, orada ev tikilisinə quraşdırılmış, sonuncuya məxsus olan, üzərində markalanmaya dair məlumat olmayan LBW30CHT100B modelli istifadə olmuş hər birinin dəyəri 60 manat təşkil edən 02 ədəd müşahidə kamerasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 120 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci ildə saat 03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 10 ünvanında yerləşən evin həyətyanı sahəsinə daş hasarın üzərindən aşaraq qanunsuz olaraq daxil olmuş, oradan sonuncuya məxsus sarı rəngli, alüminium materialdan olan istifadə olunmuş bir ədəd 200 manat dəyərində nərdivanı üzərində “Kids Star” yazıları olan, istifadə olunmuş bir ədəd 30 manat dəyərində velosipedi və üzərində markalanmaya dair heç bir məlumat olmayan istifadə olunmuş 30 manat dəyərində boz rəngli qutuda 4 ədəd qaz açarını və digər alətləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 260 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək bildirmişdir ki, əvvəllər də məhkum olunub. Sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtardıqdan sonra özünə iş axtarmağa başlamış, lakin tapa bilməmişdir. Bu səbəbdən də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci ildə saat 01 radələrində yaşadığı evdən çıxaraq oğurluq etmək üçün ev axtarmağa başlamışdır. H.Allahverdiyev küçəsində yerləşən 13 nömrəli evin qarşısından keçərkən bu evin oğurluq etmək üçün münasib olduğunu düşünmüş və evin arxa sağ tərəfinə keçərək daş hasarın üzərindən aşıb həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin giriş qapısının üst hissəsinə müşahidə kamerası quraşdırıldığını görmüşdür. Həmin kameranı sataraq pul əldə edə biləcəyini, həmçinin görüntüləri kameraya düşməsin deyə onu çəkib yerindən çıxarmışdır. Sonra həyətdə olan su çəninin alt hissəsində də kamera quraşdırıldığını görmüş, da dartaraq yerindən çıxarmış, sonra hasardan çölə çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı kameraları yaşadığı evin yaxınlığında olan sahəyə gətirib orada gizlətmişdir ki, səhər açılanda satsın. Bundan başqa həmin gün saat 03 radələrində yenidən oğurluq etmək üçün yaşadığı qəsəbənin ərazisində olan H.Allahverdiyev küçəsinə gəlmişdir. Küçədəki bir evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə ətrafa nəzər salmışdır ki, onu görən olmasın. Sonra evin həyətyanı sahəsinin ətrafına çəkilmiş daş hasarın üzərinə çıxıb həyətə daxil olmuşdur. Həyətdə olan nərdivanı götürüb daş hasarın üzərindən çölə tərəfə yola atmış, sonra həyətdən sellofan tapmış və həyətdə bir küncdə olan tikinti alətlərini götürüb həmin sellofana yığmışdır. Həmçinin həyətdə bir ədəd velosiped olduğunu görmüş, onu da torbaya yığıb oğurladığı əşyaları çölə çıxarmışdır. İlk olaraq nərdivanı götürüb kameraları gizlətdiyi yerə gətirmişdir. Sonra yenidən oğurluq etdiyi evin daş hasarının yanına gələrək torbaya yığdığı alətləri və velosipedi götürüb digər əşyaları gizlətdiyi yerə gətirmişdir. Orada bütün əşyaları gizlətmiş və yaşadığı evə gəlmişdir. Yaşadığı evdə gecəni yatıb səhər açılanda oğurladığı əşyaları satmaq üçün müştəri axtarmağa başlamış, lakin tapa bilməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, ona ittiham olunan birinci epizod üzrə cinayət əməlini törətməyib. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki,Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 15, mənzil 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində anbar kimi istifadə etdiyi kiçik tikili var. Həmin tikilinin üç qapısı var. Orada müxtəlif tikinti alətləri saxlayır. xx xxxxxx 2019-cu ildə yuxudan oyanıb səhər saatlarında evin həyətində olan tikilinin qapısını açaraq içəri daxil olmuş və orada olan əşyaların dağıdıldığını görmüşdür. Başa düşmüşdür ki, gecə saatlarında anbardan oğurluq edilib. Əşyalara baxdıqda ona məxsus bir ədəd dəyəri 1.680 manat olan perforatorun, iki ədəd bir ədədinin dəyəri 175 manat olan iki ədəd vibratorun, iki ədəd bir ədədinin dəyəri 150 manat olan mişarın, bir ədəd dəyəri 150 manat olan laqondanın, bir ədəd dəyəri 150 manat olan samovarın və 370 manat dəyərində mis naqilin oğurlandığını aşkar etmişdir. Budan sonra DİN-nin 102xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Qeyd edir ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki,Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, ev 23, mənzil 120 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 13 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə aydır ki, yaşadığı evə müşahidə kameraları quraşdırmış və evi 24 saat kameralarla müşahidə olunmuşdur. Kameraların biri yaşadığı evin giriş qapısının yuxarı hissəsində, biri həyətdə olan kiçik tikilinin üzərindəki su çəninin aşağı hissəsinə, biri evin çölündən həyətə girmək üçün olan qapının qarşısına, birini isə həmin qapının içəri tərəfinə quraşdırılmışdır. Həmin kameralar daim işlək vəziyyətdə olur. xx xxxxxx 2020-ci ildə saat 18 – 19 radələrində yaşadığı evə gəlmiş, yemək yeyib bir qədər televizora baxdıqdan sonra yatmışdır. Səhər oyanıb çölə çıxdıqda qapının giriş hissəsində olan müşahidə kamerasının yerindən söküldüyünü görmüşdür. Həmçinin görmüşdür ki, su çəninin yanındakı kamera da sökülüb. Bu barədə həyat yoldaşı Təranəyə bildirmiş, evə daxil olub kompüterdə baxdıqda görmüşdür ki, xx xxxxxx 2020-ci il tarixə keçən gecə bir nəfər şəxs həyətə gələrək kameraları oğurlayıb gedir. Bundan sonra həyat yoldaşı Təranə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra evə polis əməkdaşları gəlmiş və iştirakı ilə mənzilə baxış keçirib fotoşəkillərini çəkmişlər. qeyd edir ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Eyni zamanda bildirir ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 4509 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların (bir ədəd sarı rəngli, alüminium materialdan olan istifadədə olmuş nərdivan (dəyəri 200 manat), bir ədəd üzərində “Kids Star” yazıları olan, istifadədə olmuş velosiped (dəyəri 30 manat), üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş boz rəngli qutuda 4 ədəd qaz açarı və digər alətlər (dəyəri 30 manat), üzərində markalanmaya dair məlumat olmayan LBW30CHT100B modelli istifadədə olmuş iki ədəd müşahidə kamerası (bir ədədi 60 manat iki ədədinin dəyəri 120 manat təşkil edir)) istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 380,00 manat təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə bütün epizodlarda özünü təqsirli bilərək ona ittiham olunan bütün cinayət əməllərini tam etiraf etmişdir. Məhkəmə hesab edir ki, işin məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin özünü birinci epizodda özünü təqsirli bilməməsi müvafiq epizod üzrə məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin müddəti Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə xx xxxxxxxx 2020-ci il tarixinədək uzadılmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində işin məhkəmə baxışı dövründə qətimkan tədbiri seçilməyib. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı hökmlə də qətimkan tədbiri seçilməsinə zərurət yoxdur. Belə ki, o, hazırda da Suraxanı Rayon Məhkəməsinin yuxarıda göstərilən qərarlarına əsasən həbsdə saxlanılır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd yaddaş kartı (fleş kart) iş materiallarında saxlanılmalı, üzərində markalanmaya dair məlumat olmayan LBW30CHT100B modelli istifadədə olmuş 02 (iki) ədəd müşahidə kamerası sahibi Zərərçəkmiş şəxs2, 01 (bir) ədəd sarı rəngli, alüminium materialdan olan istifadədə olmuş nərdivan, 01 (bir) ədəd üzərində “Kids Star” yazıları olan istifadədə olmuş velosiped, üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş boz rəngli qutuda 4 ədəd qaz açarı və digər alətlər sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 – xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçildiyi, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən həbsdə saxlanılması müddətinin xx xxxxxxxx 2020-ci il tarixinədək uzadıldığı nəzərə alınaraq onun barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd yaddaş kartı (fleş kart) iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, üzərində markalanmaya dair məlumat olmayan LBW30CHT100B modelli istifadədə olmuş 02 (iki) ədəd müşahidə kamerası sahibi Zərərçəkmiş şəxs2, 01 (bir) ədəd sarı rəngli, alüminium materialdan olan istifadədə olmuş nərdivan, 01 (bir) ədəd üzərində “Kids Star” yazıları olan istifadədə olmuş velosiped, üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş boz rəngli qutuda 4 ədəd qaz açarı və digər alətlər sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar